BİZİM ÜÇÜn biZSİz heç NƏ


Nümunə: Konvensiya parlamentdə



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Nümunə: Konvensiya parlamentdə
 
Surbitondan olan müstəqil Lord Baronessa Kempbel yeni təklif olunan pulsuz şəxsi qayğı 
hüququnu “səyyar” etmək üçün apardığı uğurlu kampaniyada Konvensiyadan istifadə etdi. 
Yeni siyasət həyata keçirilərsə, pulsuz şəxsi qayğıdan bəhrələnmə hüququ olan şəxslər heç 
bir maliyyə və xidmət kəsintisi olmadan bir yerli qurumdan digərinə hərəkət edə biləcəklər. 
O,  dəlillərlə  sübuta  yetirməyə  çalışırdı  ki,  hökumət  bunu  əlilliyi  olan  şəxslərə  Konvensiya 
əsasında verilmiş hüquqlara, xüsusilə onların başqaları ilə bərabər əsasda yaşadıqları yeri 
seçmək, işləmək və öz icmalarında iştirak etmək hüququna, istismardan, zorakılıqdan və pis 
rəftardan azad olmaq hüququna hörmət naminə etməlidir. Baronessa Kempbel sübut etmək 
istəyirdi ki, insanlar dəstəyin davamlılığına, fasiləsizliyinə əmin olmasalar, bütün bu hüquqlar 
risk altında qala bilər.
Örnəklərin öyrənilməsi: Böyük Britaniya – 
qərar qəbulunda iştirak və Britaniya qanunu 
•  Əlilliyi olan şəxslərin Bərabərliyi Vəzifəsinə (2006-2011-ci illər) onların ictimai həyatda 
iştirakını təbliğ etmək və  əlilliyi olan şəxsləri onların bərabərliyinə dair proqramların 
hazırlanmasına cəlb etmək kimi vəzifələr daxildir.    
•  Bu, 2011-ci ildən dövlət sektorunun bərabərliyi vəzifəsi ilə əvəz olunub ki, buraya 
da  “müdafiə olunan xarakterik xüsusiyyətləri bölüşən şəxslərin [bu halda əlilliyi olan 
şəxslərin] ictimai həyatda və ya belə şəxslər tərəfindən iştirakın qeyri-proporsional 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
99
şəkildə aşağı səviyyədə olduğu hər hansı digər fəaliyyətdə iştirakına kömək etmək 
(ruhlandırmaq) vəzifəsi daxildir”. Bu yeni vəzifəyə əlilliyi olan şəxslərin bərabərliyi 
vəzifəsində aydın şəkildə göstərilən “cəlb etmək” vəzifəsi daxil deyil.  
•  Bərabərlik və İnsan Hüquqları Komissiyasından – UNCRPD yanında Britaniyanın 
“müstəqil mexanizmindən” ən azı bir nəfər əlilliyi olan şəxsin qanunla Komissiya üzvü 
olması və 2017-ci ilə kimi qanunla nəzərdə tutulan Əlillik üzrə Komitənin yaradılması 
tələb edilir.
Təlimçi bölməsi
Sessiya planı: kiçik qruplarda çalışma – siyasət formalaşdırma 
prosesində effektli iştirak
Xülasə
Aşağıdakı diaqramlar əlilliyi olan şəxslərin siyasi ardıcıllığı çərçivəsində müxtəlif 
yollarla cəlb olunduqları zaman nə hiss etdiklərini əks etdirir
 
Məlumat    
   
       Məsləhətləşmə 
         İnklüziv qərar qəbulu
Əlaqə yoxdur                           Məhdud qarşılıqlı əlaqə        Başlanğıcdan bərabər 
partnyorlar
İştirak yoxdur 
 
      Bir qədər iştirak                    Çox iştirak
Təsir yoxdur  
 
      Məhdud təsir       
         Artıq qoyulmuş parametrlər      
                                                                                              daxilində çox təsir
•  Sizin siyasət formalaşdıranlar/vətəndaş cəmiyyəti təşkilatları/media sektorunuz 
əlilliyi olan şəxslərin bu siyasi ardıcıllıqdakı qərar qəbulunda iştirakına necə dəstək 
verə bilər?
•  Sizin sektorunuzdakı fərdlər və təşkilatlar birlikdə necə daha effektli işləyə bilər?
•  Öz sektorunuzda olmayan şəxslər və təşkilatlarla necə daha yaxşı işləyə bilərsiniz, 
(məsələn, milli və yerli siyasətçilər və rəsmilər/vətəndaş cəmiyyəti təşkilatları və 
media)?
Sessiya planı: qrup çalışması – siyasət formalaşdıranlar siyasi 
ardıcıllığın hər bir mərhələsində nə etməlidirlər?
İnklüziv qərar qəbuluna kömək üçün hökumət orqanı hər bir siyasət formalaşdırma 
mərhələsində hansı növ  fəaliyyətləri öz üzərinə götürə bilər və ya götürməlidir.
1. 
Məqsədlərin qoyulması
[məsələn, həll edilməli olan problemlə əlaqəli məlumat təminatı; dəlil və fikirlər 
səsləndirməyə çağırış; ictimai dinləmə və forumlar; birgə komitələr və işçi qruplar.]

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
100
2. 
Seçimlərin ilkin variantının hazırlanması və təhlili
[məsələn, ictimai məşvərətlər üçün minimum standartlar; siyasi layihələr və əlaqəli məlumata 
əlçatımlılıq; fokus qrupları və ictimai görüşlər; ekspertləri və digər maraqlı tərəfləri cəlb etmək.]
3. 
Siyasəti müəyyən etmək
[məsələn, siyasi problemlər və təkliflər/siyasi layihələrlə əlaqəli sənədlərə çatımı təmin 
etmək; ictimai dinləmələr; vətəndaşlardan ibarət münsiflər; iştirakla hazırlanmış büdcə.]
4. 
Siyasəti həyata keçirmək
[məsələn, açıq və şəffaf tender; çatdırılma üçün strateji tərəfdaşlığın planlaşdırılması və işlənib 
hazırlanması; siyasətdən faydalananlar tərəfindən çatdırılmaya cəlb edilən mütəxəssislərin təlimi.]
5. 
Monitorinq və nəzərdən keçirmə
[məsələn, fikirlərin bildirilməsi, şikayət və təriflər; vətəndaş cəmiyyəti təşkilatları ilə 
müntəzəm görüşlər; məqsədlərlə əlaqəli nəticələrin ekspert araşdırması və analizi; komitə 
görüşləri, ekspert məşvərətləri, ictimai debat vasitəsilə siyasətin nəzərdən keçirilməsi.]
Sessiya planı: kiçik qruplarda çalışma – inklüziv qərar qəbulu 
üçün uyğun model işləyib hazırlamaq
Ssenari seçin
1. 
Siz çətin vəziyyətdə olan valideynlərinizi dəstəkləmək üçün yeni xidmətə 
başlayırsınız.
2. 
Əlilliyi olan şəxslər arasında yüksək işsizlik faizini aşağı salmaq üçün yeni siyasət 
işləyib hazırlayırsınız.
3. 
Siz yerli iqtisadiyyata və icmaya töhfə verəcək avtobus xidmətlərini yaxşılaşdırmaq 
üçün nəzərdən keçirirsiniz. Ətraf ərazidə fabrik, həbsxana, xəstəxana və bir neçə məktəb 
var.
Fəaliyyət (45 dəqiqə)
1. 
Qərar qəbulu və kommunikasiya proseslərini ayrı-ayrı qruplarda hazırlayın. Qərar 
qəbulu prosesinə kimi cəlb edəcəyinizi və atacağınız addımları müəyyənləşdirin.
2. 
İştirakçılar bu prosesi plakat vərəqə yazmalı, prosesi ətraflı izah etməyə hazır olmalı, 
seçimlərini əsaslandırmalıdırlar.
Müzakirə (45 dəqiqə)
1. 
Hər qrupdan təklif etdikləri prosesi paylaşmağı xahiş edin, digər qrupların fikirlərini 
dinləyin.
2. 
Hər bir qrupun fayda və narahatlıqlarının qısa icmalını verin.
3. 
Təklif olunan prosesdə narahatlıq doğuran məsələlərin həlli üçün dəyişiklik etməyi 
qrupdan xahiş edin.
4. 
Dəyişiklik prosesində qrup razılığının olmasını yoxlayın.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
101
Ətraflı düşünün, sonra qərara alın
Məlumat 
                   Müzakirə 
 
   Qərar 
         Nəzərdən keçirmə
Araşdırma   
          Əks etdirmə
Fikirlər 
 
          Yoxlama seçimləri
Sessiya planı – VCT-lər üçün siyasət necə layihələşdirilir 
və işlənib hazırlanır 
•  Bu, milli/yerli miqyasda edilir?
•  Bu, ilkin olaraq milli və ya yerli proqramların təsirinə məruz qalır?
•  Bu, siyasi qərar qəbul edənlər və ya hökumət işçiləri tərəfindən təsirə uğradılıbmı?
•  Bu, əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş xüsusi müdaxilədir, yoxsa axına 
salınmaya daha geniş yanaşmanın bir hissəsidir?
•  Bunu kim və necə maliyyələşdirir? 
•  Bu siyasətdən təsirlənəcəyi, cəlb olunacağı gözlənən hansı maraq qrupları var?
•  Vaxt çərçivəsi necədir?
•  Bu, yenidir, yoxsa artıq mövcud olanlar üzərində qurulub?
Sessiya planı – nə vaxt və necə məsləhətləşmək
İnsanlar nə qədər məlumat verməlidirlər; onlar öz fikirlərində nə qədər inamlı olmalıdırlar; 
geniş  ictimaiyyət  qarşısında  deyiləsi  fikri  beyində  formalaşdırmaq  üçün  nə  qədər  vaxt 
lazımdır;  onlar  müdirlərini/özlərindən  vəzifəcə  yüksək  insanları  müzakirənin  əhəmiyyətinə 
necə inandırırlar; onlar qərar qəbulu ardıcıllığının müxtəlif mərhələlərində müzakirə açmaqla 
bağlı riskləri necə qəbul edirlər. 
Sessiya planı
Qrup üzvlərinin öz rollarının nədən ibarət olduğunu və sizin nə üçün məhz onları cəlb etdiyinizi 
aydın başa düşdüklərinə necə əmin olmalı; hansı mərhələdə kimi cəlb etməyə necə qərar 
vermək, onların iştirakını nə üçün və necə təmin etmək barədə bəzi məsləhətlər verməli. 
Sessiya planı
Ehtiyac  duyduğunuz  resursları  planlaşdırmaq  və  koordinasiyalı  yanaşmaya  sahiblənmək 
barədə xüsusi vasitə/sessiya planı tuta bilərsinizmi? Siz qərar qəbuluna inklüziv yanaşmanı 
necə maliyyələşdirirsiniz, bunun üçün sizə nə qədər vaxt lazımdır?

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
102
Nümunə – əlilliyin bərabərliyinin təsirini 
qiymətləndirmək
Əlilliyin bərabərliyinin təsirini qiymətləndirmə nümunəsi
Siyasətin adı
Mərhələ 1:  Əlilliyin bərabərliyinin qiymətləndirilməsinin müşahidə olunması (DEIA)
Siyasətin/vəzifənin adı:  
Aparıcı qiymətləndirici:  
Prosesin başlanma tarixi:  
Prosesin bitmə tarixi:  
S1. Siyasətin hansı sağlamlıq məhdudiyyəti qruplarına uyğun olduğunu qiymətləndirmək 
üçün nəzərdən keçirici qiymətləndirmədən istifadə olunubmu?
Bəli – Nəzərdən keçirilmə yerinə yetirilib    
   
Əgər uyğundursa işarələyin
Nəzərdən keçirilmə tarixi:                                 
Xeyr:  Nəzərdən keçirilmə tamamlanmayıb     
  
Əgər uyğundursa işarələyin
S2. Siyasətin əsas məqsəd və nəticələri nədən ibarətdir? Sizin siyasi təklifiniz aydın 
olmalıdır:  siz bununla nə əldə etmək istəyirsiniz? Bundan kim faydalanacaq?
Məqsədlər:    
Məqsəd və nəticələr:   
Kim faydalanacaq:  
S3.  Siyasətin  hansı  tərəfləri/fəaliyyətləri  ayrıca  olaraq  əlilliyin  bərabərliyinə  xüsusilə 
münasibdir? Bu mərhələdə sizin mümkün təsirləri siyahıya almanıza ehtiyac yoxdur, yalnız 
sahələri müəyyənləşdirməlisiniz.
Fəaliyyət/Aspekt
S4. Dəlil toplama
Müxtəlif sağlamlıq məhdudiyyəti qruplarına təsirini müəyyənləşdirmək üçün istifadə 
olunacaq məlumat və araşdırmanın siyahısını aşağıda verin
Mövcud dəlil - təsiri müəyyənləşdirmək üçün istifadə olunur
 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
103
S5. Dəlil boşluqları 
Təsirin ehtimal və/və ya dərəcəsini dəqiq müəyyənləşdirmək üçün sizə əlavə məlumat 
lazımdırmı? 
Xeyr: zəhmət olmasa, 6-cı suala keçin. 
Bəli: zəhmət olmasa, hər hansı dəlil boşluğunu necə dolduracağınızı izah edin. 
Dəlil boşluğu           Dəlil necə tutuşdurulacaq 
  Məsul fərd, yaxud komanda və  
 
 
 
 
 
 
 
 
  vaxt çərçivəsi
 
 
S6. İştirak və məsləhətləşmə
Qeyd:  Siz  qiymətləndirmə  zamanı  maraqlı  tərəfləri  iştiraka  necə  cəlb  edə  bilərsiniz?  İşti-
rakın ölçüsü siyasətin xarakterindən asılı olacaq. Bu, müəyyən olunmuş seçimlərə məlumat-
lı  baxışa,  nöqteyi-nəzərə,  eləcə  də  təsirlərin  qiymətləndirilməsinə  imkan  verəcək.  Maraqlı 
tərəflərin arzu olunmayan təsirlərin həllinə yönəlmiş ən effektiv metodlar haqqında fikirləri 
nəzərə alınmalıdır. Məsləhətləşmə və iştirakdan sonra qiymətləndirməyə qayıtmaq və aşkar 
etdiklərinizə uyğun düzəlişlər aparmaq zərurəti yarana bilər.
Baş vermiş məsləhətləşmə - kiminlə, nə vaxt və necə:
Məsləhətləşmə barədə fikir və rəylərin icmalı:
Sorğu:
Nəticədə meydana çıxan fəaliyyət:
Sorğu:
Nəticədə meydana çıxan fəaliyyət:
Sorğu:
Nəticədə meydana çıxan fəaliyyət: 
Qiymətləndirmə ilə yanaşı nəşr ediləcək hər hansı məsləhətləşmə üzrə yazılı mən-
bəyə keçid:
Maraqlı tərəflərlə iş necə davam edəcək:

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
104
Mərhələ 2: Əlilliyin bərabərliyinə kömək etmək üçün təsir və imkanları 
qiymətləndirmək 
3-cü sualda əlilliyin bərabərliyi (üstəlik, dəlil toplama və ya iştirak mərhələlərində aşkar olunan 
digərləri) ilə əlaqəli müəyyənləşdirilmiş sahələrə baxın və aşağıdakı cədvəldə sənədləşdirin.  
S7: Toplanmış dəlildən istifadə etməklə hər hansı bir təsiri müəyyənləşdirmək olarmı? Aşkar 
etdiyiniz faktları və təsirə uğramış hissələri sənədləşdirmək üçün aşağıdakı cədvəldən isti-
fadə edin.
S8: Siz əlilliyin bərabərliyini daha da artırmaq üçün əlavə nə edə bilərsiniz? Zəhmət olmasa, 
aşağıda sənədləşdirin.
Mərhələ 3: Siyasəti qüvvətləndirmək
Aşkar olunmuş hər hansı təsiri aradan qaldırmaq və ya azaltmaq üçün nə etmək olar? Zəhmət 
olmasa, öz qüvvətləndirmə fəaliyyətinizi sənədləşdirmək üçün aşağıdakı cədvəldən istifadə 
edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S9. Əlilliyin bərabərliyini daha da artırmaq imkanları
Mərhələ 4: Monitorinq və  nəzərdən keçirmə
S10. Siyasətinizin həqiqi təsirini qiymətləndirmək üçün sizin yerində hansı monitorinq mex-
anizmləriniz var?
Fəaliyyət/ 
Aspekt
Müvafiqdirsə, 
müəyyən sağlamlıq 
məhdudiyyəti qrupu 
Potensial/
həqiqi təsir
Təsiri aradan qaldırmaq 
və ya azaltmaq üçün 
fəaliyyəti qüvvətləndirmək

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
105
Aşağıdakı monitorinq məlumatından bu siyasəti ədalətlə tətbiq etmək üçün istifadə oluna 
bilər:
Bu qiymətləndirmə üzrə yeniləndirməni tamamlamaq məqsədilə nəzərdən keçirmə tarixini 
təmin edin. 
Tarix: 
Əlillik və digər bərabərlik məsələləri üzrə məlumat əldə 
etmək üçün forma
BK bərabər imkanların monitorinqi üzrə forma nümunəsi 
Biz  xidmət  göstərdiyimiz  müxtəlif  icmaları  bütün  səviyyələrdə  əks  etdirən  işçi  qüvvəsi  cəlb 
etmək, saxlamaq və inkişaf etdirmək niyyətindəyik. Bizim müxtəlif məlumatları yoxlayıb analiz 
etməyimiz insan resurslarına yönəlik proseslərimizin ədalətli, şəffaf olması, bütün heyət üçün 
imkan bərabərliyini təşviq etməsi, hər hansı ayrıca qrupa mənfi təsirinin olmaması üçün zəruridir. 
Sizin  bizi  dəqiq  məlumatla  təmin  etməyiniz  təkcə  bizim  öz  qanuni  öhdəliklərimizi  yerinə 
yetirməyimizə  deyil,  bundan  da  vacibi,  bizim  müxtəlif  istedadlı  və  stimullu  işçi  qüvvəsini 
cəlb edən, saxlayan siyasət yürütməyimizə gətirib çıxaracaq. Bu formada təqdim olunmuş 
istənilən məlumat tam məxfi saxlanacaq və yalnız statistik məqsədlərlə istifadə olunacaq. 
Seçim prosesində birbaşa iştirak edən heç kəs bunu görməyəcək. Şəxsin tanınmasına səbəb 
ola biləcək heç bir məlumat hər hansı bir şəkildə nəşr və ya istifadə olunmayacaq.
 
Cins    
 
    Kişi    
 
 
Qadın    
Siz evlisiniz, yoxsa vətəndaş nigahındasınız?  
 
Bəli      
 
Xeyr      
 
Yaş 16-24    25-29    30-34    35-39    40-44    45-49    50-54    55-59    60-64    65+   
Deməməyə üstünlük verirəm
  
 
 
 
Milli mənsubiyyətinizi necə ifadə edərdiniz? 
İngilis       
  
Uelsli    
  
Şotland        
  
Şimali İrlandiyalı       
Britaniyalı     
Başqa  
  
Deməməyə üstünlük verirəm
   
 
Sizin etnik mənşəyiniz nədir? 
Etnik mənşə kateqoriyaları milliyət, doğum yeri və ya vətəndaşlıqla əlaqəli deyil. Bu zaman 
sizin fərd kimi mənsub olduğunuzu düşündüyünüz qruplar nəzərdə tutulur. Zəhmət olmasa, 
münasib qrafanı işarələməklə öz etnik mənşəyinizi göstərin 
türk          rus   
   
talış   
 kürd      
ləzgi        qaraçı     
tat        
Digər etnik qrup     
Deməməyə üstünlük verirəm    
 
  

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
106
Siz özünüzü əlil hesab edirsinizmi?   Bəli         Xeyr       Deməməyə üstünlük verirəm   
Burada verdiyiniz hər bir məlumatdan yalnız monitorinq məqsədilə istifadə olunacaq - əgər 
sizin “uyğun nizamlama”ya ehtiyacınız varsa, onda ayrıca prosesə rəvac verin. Biz sizin 
ayrıca ehtiyaclarınızı ödəmək üçün uyğun addımlar atacağıq. 
Aşağıdakı sağlamlıq məhdudiyyəti növlərindən hansı ilə bağlı təcrübəniz var?
Fiziki/hərəkət  
 
 
  
 
Əqli sağlamlıq vəziyyəti    
Qavrama məhdudiyyəti   
 
 
Görmə məhdudiyyəti  
Eşitmə məhdudiyyəti  
 
 
 
Öyrənmə məhdudiyyəti   
Uzunmüddətli xəstəlik (vəziyyət)  
  
Digər   
 
 
 
Sizin cinsi oriyentasiyanız nədir? 
Heteroseksual/birbaşa    
  
 
Lesbian   
 
Gey   
 
 
  
 
 
Biseksual    
 
 
Başqa  
 
 
 
  
 
Deməməyə üstünlük verirəm 
 
Sizin dininiz və ya inancınız nədir? 
Heç bir din    
 
 
  
 
Buddist  
    
Xristian  
        
Hindu   
 
 
 
  
 
İudaist  
        Müsəlman           
Sikh    
 
 
 
  
 
Digər din        
Deməməyə üstünlük  
 
 
 
 
 
 
 
 
 
 
verirəm  
Sizin hazırkı iş vəziyyətiniz necədir? 
Tam ştat                               
                     Yarım ştat               
Deməməyə üstünlük verirəm 
 
Sizin elastik iş formanız hansıdır?  
Heç biri 
 
 
 
  
 
Elastik vaxt     
 
 
Pilləli saat        
 
 
  
 
Rüb (semestr) vaxtı saatlar   
Elastik illik saat 
 
 
  
 
1 ştatlı işi 2 nəfərin paylaşması   
 
Elastik növbələr    
 
  
 
Sıxılmış (1 həftəlik işi bir neçə günə)   
Evdə işləmə   
 
 
  
 
Digər   
 
 
Sizin baxım öhdəliyiniz varmı? Əgər varsa, aid olanı işarələyin 
Heç bir  
 
 
 
 
 
Uşaqların əsas baxıcısı (18 yaşdan az)          Əlilliyi olan uşağın/ların əsas baxıcısı                       
Əlilliyi olan yetkinlərin əsas baxıcısı (18 və daha artıq)   
Yaşlı insanların əsas baxıcısı (65+)              
İkinci dərəcəli baxıcı           
  
 
Deməməyə üstünlük verirəm 
 
 
Bu anketi doldurmaqla siz bizə bir işəgötürən kimi hər kəs üçün imkan bərabərliyini 
necə təmin edə biləcəyimizi başa düşməyə kömək etmiş olursunuz.  
Bu anketi doldurduğunuza görə sizə təşəkkür edirik.
106
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
107
Bölmə 4. 
İnklüziv qərar qəbulunda siyasət 
formalaşdıranların rolu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
108
Xülasə
BM Konvensiyası və müxtəlif beynəlxalq sənədlərin gözləntiləri budur ki, milli və yerli hö-
kumətlər, digər siyasət formalaşdıranlar əlilliyi olan şəxsləri cəlb etməklə inklüziv qərar qəb-
ulunu öhdələrinə götürsünlər.
Bu  vasitələr  toplusunun  əsas  hədəfi  siyasət  formalaşdıran  qurumlar  və  şəxslərdir.  Toplu 
əlavə olaraq vətəndaş cəmiyyəti və medianın rolunu da birincilər sırasında vurğulayır - həm 
onların  inklüziv qərar qəbuluna kömək etmək üçün xüsusi öhdəlikləri, həm də siyasət forma-
laşdıranların daha inklüziv olmaları üçün verə biləcəkləri dəstək baxımından.
Siyasət formalaşdıranların əlilliyi olan şəxsləri qərar qəbuluna cəlb etməsi sarıdan gözlən-
tilərin artdığı vaxtda bunun yürüdülən siyasətin və qəbul olunan qərarların keyfiyyətinə fay-
daları da artmaqdadır. Bura aşağıdakılar daxildir:
•  siyasətin effektivliyini mümkün qədər təmin etmək - bu da çox vaxt xərcləri ortalama 
olaraq uzun müddətə aşağı salır; 
•  leqal risklərdən çəkinmək;
•  əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərini nümayiş etdirmək, başqalarının onlara 
münasibətini və işəgötürmə perspektivlərini yaxşılaşdırmaq.
 
            
 
Daun sindromlu şəxs yerli müşavir olmaq məqsədinə çatır
İctimai məşğulluq effektiv idarəetmə üçün şərtdir 
Hökumət yoxsulluq və işsizlik kimi mürəkkəb qlobal və daxili problemlərlə təkbaşına məşğul 
ola bilməz. O, dar büdcəsinə baxmayaraq daha keyfiyyətli ictimai xidmətlərə tələbatın art-
ması  kimi  çətin  mübadilələrlə  üzləşir.  Hökumət  bu  problemin  həlli  yolunu  tapmaq  üçün 
öz  vətəndaşları  və  digər  maraqlı  tərəflərlə  birlikdə  işləməlidir.  Üstəlik  də,  yaxşı  məlumat-
landırılmış və daha az hörmət, itaət göstərən savadlı vətəndaşlar hökuməti “demokratik per-
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə