BİZİM ÜÇÜn biZSİz heç NƏ


İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
109
formans”larına (qərar qəbulu prosesinin demokratik prinsiplərə əsasən keçmə dərəcəsi) və 
“siyasi performans”ına (cəmiyyət üçün nəzərə çarpan müsbət nəticələr təqdim etmək qabili-
yyəti) görə mühakimə edirlər. 
Açıq və inklüziv siyasət formalaşdırmaq çox vaxt demokratik performansı inkişaf etdirmək 
vasitəsi kimi təbliğ olunur. Bu, şəffaflığı və məsuliyyəti, ictimai iştirakı artırır, vətəndaş po-
tensialını səfərbər edir. Bununla belə, açıq və inklüziv siyasət daha çox şey verə bilər. Bu, 
vətəndaşlar, vətəndaş cəmiyyəti təşkilatları, biznes strukturları və digər maraqlı tərəflərlə 
birgə  işləmək  hesabına  siyasi  nəticələrdə  və  ictimai  xidmətlərin  keyfiyyətində  konkret 
irəliləyişlərə nail olmaq üçün hökumətə öz siyasi performanslarını artırmaq yolu təklif edir. 
İƏİT-ə  daxil  25  milli  hökumətin  və  14  ölkədən  54  vətəndaş  cəmiyyəti  təşkilatının  sorğu-
lara verdiyi cavablara əsaslanan açıq və inklüziv siyasət formalaşdırmağa dair dəlil gələcək 
təcrübələri təkmilləşdirmək üçün təşkilatın “Açıq və inklüziv siyasət formalaşdırmaq üçün 
aparıcı prinsiplər” adlı on toplu yaratmasına gətirib çıxardı. 
Açıq və inklüziv siyasət yürüdülməsi dövlət siyasətini və xidmətlərini yaxşılaşdır-
mağa kömək edir 
Açıq və inklüziv siyasət mümkün qədər geniş diapozonda müxtəlif vətəndaşların şəffaf çıxış 
imkanı olan çevik prosesdir. Açıqlıq deyiləndə vətəndaşları informasiya ilə təmin etmək və 
siyasi prosesləri çıxış imkanlı, cevik etmək nəzərdə tutulur. İnklüzivlik mümkün qədər geniş 
çeşiddə vətəndaşları siyasi hazırlıq prosesinə cəlb etməkdir.  
Uğur  qazanmaq  üçün  bu  elementlər  dövlət  siyasəti  və  xidmətlərinin  planlaşdırılıb  həyata 
keçirilməsinin bütün mərhələlərində tətbiq edilməlidir. 
İƏİT-in faktları göstərir ki, açıq və inklüziv siyasət hökumətlərə aşağıdakıları etməyə yardım 
göstərməklə siyasətin keyfiyyətini yaxşılaşdıra bilər: 
•  İnsanların artan ehtiyaclarını daha yaxşı başa düşmək, cəmiyyətdə daha böyük müx-
təlifliyə cavab vermək, həm siyasətin hazırlanması prosesində, həm də xidmətlərdən 
istifadə zamanı yol verilən qeyri-bərabərliyi aradan qaldırmaq. 
•  Müəssisələrdə, vətəndaş cəmiyyətlərində, ayrı-ayrı vətəndaşlarda olan məlumat, ideya 
və resurslardan mürəkkəb siyasi problemləri həll etmək və dövlət xidmətlərinin keyfi-
yyətini yaxşılaşdırmaq üçün innovasiyanın hərəkətverici mexanizmi kimi istifadə etmək.
•  Uğurun fərdlərin davranışındakı dəyişikliklərdən asılı olduğu sahələrdə (məsələn, səhi-
yyə, iqlim dəyişikliyi) insanlara tədbirlər görməyə stimul verməklə xərcləri daha da 
azaltmaq və siyasi nəticələri yaxşılaşdırmaq. 
•  Siyasət yürüdülməsi və xidmət göstərilməsi zamanı administrativ yükün, uyğunlaşdırma 
xərclərinin, münaqişə və gecikmə riskinin azaldılması. 
Açıq siyasətdən inklüziv siyasətə doğru 
Açıqlıq faydalı olsa da, inklüziv ictimai iştirakı təmin etmək üçün kifayət deyil. İnklüzivlik effe-
ktivlik və bərabərlik baxımından vacibdir.    
Effektivlik - siyasi hazırlığın açıq olması hesabına faktlara, dəlillərə əsaslanan və qərar qəb-

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
110
ulunda nəzərə alınan məlumatlar, fərqli şəxslərdən daha geniş diapozonlu fikirlər almaqla 
əldə olunan nəticədir.  
Bərabərlik  -  demokratiyada  “ictimai  marağın”  müəyyən  edilməsi  naminə  dövlətdə  iştirak 
üçün ən az imkanı olanlarla (məsələn yeni vətəndaşlar, gənclər) əlaqə saxlamaq məqsədilə 
əlavə cəhdlər göstərməyi hökumətdən tələb edir. 
Sübut olunub ki, siyasət hazırlanması, dövlət xidmətlərinin planlaşdırılması və göstərilməsi 
proseslərində iştirak etməmək üçün insanların bir çox əsaslı səbəbləri var. Bunlar iki başlıca 
qrupa ayrıla bilər: 
•  İştirak etmək istəyən, amma mədəniyyət, yaxud dil maneəsi, coğrafi məsafə, əlillik  və 
ya sosial-iqtisadi status kimi müxtəlif səbəblərə görə qatıla bilməyən insanlar.
•  İştirak imkanı olan, amma siyasətlə çox maraqlanmadığı üçün, ya vaxtı olmadığına görə, 
yaxud da verəcəyi məlumatlardan hökumətin istifadə edəcəyinə inanmadığına  görə 
qatılmaq istəməyən insanlar. 
İştirak etmək istəyən, amma qatıla bilməyən insanları cəlb etmək üçün hökumət (məsələn, 
bir çox dildə məlumat verməklə) maneələri azaltmağa investisiya qoymalıdır. İştirak imkanı 
olan,  amma  qatılmaq  istəməyənlər  üçün  hökumət  iştirakı  daha  cəlbedici  etməlidir  (misal 
üçün, uyğun məsələləri seçməklə, iştirak üçün üz-üzə, online və mobil seçimlər qarışıq çoxlu 
kanal yaratmaqla). Hökumət insanları hərəkətə gətirmək istəyirsə, xalqın öz ayağı ilə onun 
hüzuruna gəlməsini gözləməkdən vaz keçməli, insanların ayağına getməlidir. 
İndi hökumətin icranın yaxşılaşdırılmasına sərmayə qoyması lazımdır  
Açıq və inklüziv siyasətin dəyəri indi İƏİT ölkələrində geniş şəkildə etiraf olunur. Öhdəliyi 
təcrübəyə çevirməyin çətinlikləri hələ də qalır. İndi hökumət aşağıdakıları etməlidir:
 
•  Siyasətin yerinə yetirilməsini yaxşılaşdırmaq üçün ictimaiyyətin cəlb olunmasını inkişafın əsas 
axını istiqamətinə daxil etmək lazımdır. Açıq və inklüziv siyasətin hökumətin əsas işlərindən 
biri olduğu fikrini aşılamaq, dövlət qulluqçuları arasında qabiliyyətləri artırmaq, dəstəkləyici 
siyası və idarəçilik mədəniyyətini müəyyən etmək üçün real investisiyalar qoyulmalıdır.    
•  Effektiv dəyərləndirmə vasitələrini inkişaf etdirmək lazımdır. Açıq və inklüziv siyasi pros-
eslərin keyfiyyətini və təsirlərini dəyərləndirmək əksər hökumətlər üçün yeni bir haldır. 
Uyğun dəyərləndirmə çərçivələri, alətləri hazırlamaq və bununla bağlı təlimlər keçirmək 
üçün ölkələr öz səylərini birləşdirməlidir. 
•  Texnologiya və iştirakçı internet səhifəsindən istifadə edilməlidir. Bloqlar, vikilər (infor-
masiya mübadiləsinə imkan verən internet səhifələr) və sosial media (Web 2.0 kimi də 
tanınır) ictimaiyyətin cəlb olunmasını avtomatik təmin etmir. İştirakçı internet səhifəsinin 
əsasını qoyan konseptual modellər (yəni, şaquli üfüqiyə qarşı; təkrar olunan ardıcıla qa-
rşı; açıq özələ qarşı; çoxtərəflilik ikitərəfliliyə qarşı) alətlərin özlərindən daha güclü ola, 
daha geniş tətbiq edilə bilər. 
•  Təcrübəni dəstəkləmək üçün sağlam prinsiplər qəbul olunmalıdır. “Bir ölçü hamıya uyğun-
dur” prinsipi doğru seçim deyil. Effektiv, açıq və inklüziv olmaq üçün siyasətin hazırl-
anması müvafiq şəkildə planlaşdırılmalı, ölkənin kontekstinə, hökumətin səviyyəsinə və 
siyasət sahəsinə uyğun olmalıdır. Amma güclü prinsiplər toplusu öz təşəbbüslərini plan-
laşdırarkən, həyata keçirərkən və dəyərləndirərkən təcrübəçilərə istiqamət verə bilər. 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
111
İƏİT-in açıq və inklüziv siyasətə dair rəhbər prinsipləri 
İƏİT-in  rəhbər  prinsipləri  İƏİT  ölkələri  tərəfindən  təcrübəni  hər  bir  ölkənin  şəraitinə  uyğun-
laşdırmaq üçün ümumi təməl kimi qəbul edilib. Onların başlanğıc nöqtəsi nə olursa olsun, bütün 
ölkələrdə hökumət yol ayrıcındadır. Qarşılaşılan siyasi çətinliklərin öhdəsindən uğurla qəlmək 
ənənəvi idarəçilikdən daha geniş idarəetmə perspektivlərinə keçməyi tələb edir. Elə bir idarəet-
mə ki, vətəndaşlar üçün yox, vətəndaşlarla birlikdə daha yaxşı siyasi nəticələr və yüksək keyfi-
yyətli xidmətlər göstərmək üçün açıqlıq və inklüzivliyin iki ekiz sütununa əsaslansın.
İƏİT ölkələri qəbul edir ki, açıq və inklüziv siyasət hökumətin cavabdehliyini, vətəndaşların qərar-
lar üzərində təsirini artırır və vətəndaş potensialını oyadır. Eyni zamanda, inklüzivlik siyasi hazırlıq 
dönəmində fakt-sübut bazasını yaxşılaşdırır, icra xərclərini azaldır, siyasətin hazırlanması və xid-
mətlərin göstərilməsində innovasiyalara nail olmaq üçün daha geniş şəbəkələrə şaxələnir. 
Rəhbər prinsiplər hökumətə öz siyasi performansını və xidmətlərin göstərilməsini tək-
milləşdirmək vasitəsi kimi açıq və inklüziv siyasət hazırlanmasını gücləndirməyə kömək 
etməyə yönəldilib. Bunlar aşağıdakılardır:
1. 
Öhdəlik
Açıq  və  inklüziv  siyasət  hazırlanmasına  bütün  səviyyələrdə  -  siyasətçilər,  yuxarı  səviyyəli 
menecerlər və dövlət məmurları səviyyəsində rəhbərlik, güclü öhdəlik (sədaqət) lazımdır. 
2. 
Hüquqlar
 
Vətəndaşların  siyasət  hazırlanmasının  və  xidmət  göstərilməsinin  bütün  mərhələlərində 
(məlumat, məsləhətləşmə və ictimai iştirak) iştirakı qanunla və ya siyasi iradə ilə möhkəm-
ləndirilməlidir. Hökumətin vətəndaşlara cavab vermə öhdəliyi aydın şəkildə göstərilməlidir. 
Bu hüquqların tətbiqinə nəzarət üçün müstəqil mexanizmlər yaradılmalıdır.   
3. 
Aydınlıq
Məlumat,  məsləhətəşmə  və  ictimai  iştirak  üzrə  konkret  məqsədlər  və  məhdudiyyətlər 
başlanğıcdan yaxşı müəyyən olunmalıdır. Bütün tərəflərin rol və vəzifələri aydın olmalıdır. 
Hökumətin informasiyaları tam, obyektiv, etibarlı, müvafiq, əlçatımlı və başadüşülən olmalıdır. 
4. 
Vaxt
İctimaiyyətin siyasi prosesə cəlb olunması (iştirakı) mümkün qədər erkən həyata keçirilməlidir 
ki, daha geniş diapozonda qərarların qəbul edilməsinə imkan versin və qərarların icrası zam-
anı uğur imkanlarını artırsın. Məsləhətləşmə və iştirakın effektivliyi üçün kifayət qədər vaxt 
olmalıdır. 
5. 
İnklüzivlik
Bütün vətəndaşların informasiyaya çıxışı, məsləhətləşmə və iştirak üçün bərabər imkanları 
və çoxlu kanalları olmalıdır. Müxtəlif sahələrdən daha çox insan cəlb etmək üçün göstərilən 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
112
hər bir ağıllı cəhd dəstəklənməlidir. 
   
6. 
Resurslar
Effektiv ictimai məlumatlandırma, məsləhətləşmə və iştirak üçün kifayət qədər maliyyə, insan resursu 
və texniki resurs lazımdır. Hökumət məmurlarının müvafiq ixtisaslara, təlimat və treninqlərə, həmçinin 
həm ənənəvi, həm də online vasitələri dəstəkləyən təşkilati mədəniyyətə çıxış imkanları olmalıdır.
7. 
Əlaqələndirmə
Siyasətin əlaqəliliyini təmin etmək, təkrarlara yol verməmək və “məsləhətləşmə yorğunluğu” 
riskini  azaltmaq  üçün  vətəndaş  cəmiyyətini  məlumatlandırmaq,  məsləhətləşmək  və  cəlb 
etmək  təşəbbüsləri  hökumət  qurumları  arasında  əlaqələndirilməlidir.  Əlaqələndirmə  cəh-
dləri  təşəbbüsü və innovasiyaları boğmamalı, əksinə, hökumət daxilində və kənarda bilik 
şəbəkələrinin, təcrübə cəmiyyətlərinin gücündən istifadə etməlidir.
8. 
Məsulliyət
Hökumətin vəzifəsidir ki, ictimai məsləhətləşmə və iştirak vasitəsilə əldə olunmuş məlumat-
lardan necə istifadə etdiyi barədə iştirakçılara məlumat versin. Siyasi hazırlıq prosesinin ay-
dın, şəffaf və xarici araşdırma vasitəsilə düzəlişlərə açıq olmasını təmin edən tədbirlər hö-
kumətin cavabdehliyini və hökumətə inamı artıra bilər.  
 
9. 
Dəyərləndirmə
Hökumət işin yerinə yetirilməsini dəyərləndirməlidir. Bunu effektiv şəkildə həyata keçirmək 
ictimaiyyətin iştirakını dəyərləndirmək üçün tələb, potensial, mədəniyyət və vasitələr yarat-
mağı tələb edəcək.
 
10. 
Fəal vətəndaşlıq
Toplum dinamik vətəndaş cəmiyyətinin olmasından faydalanır. Hökumət isə informasiyaya çıx-
ış imkanını asanlaşdıra, iştirakı həvəsləndirə, məlumatlılığı artıra, vətəndaşların təhsilini və qa-
biliyyətlərini gücləndirə, həmçinin vətəndaş cəmiyyəti təşkilatları arasında potensialın yaradıl-
masını dəstəkləyə bilər. Hökumət vətəndaşlar, vətəndaş cəmiyyəti təşkilatları və müəssisələr 
tərəfindən problemin müstəqil həllini effektiv şəkildə dəstəkləmək üçün yeni rollar tapmalıdır.  
 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
113
 
 
 
 
 
 
 
 
Əlilliyi olan şəxslər problemi hamıdan  
 
 
 
 
 
 
 
 
yaxşı həll edirlər
              
 
 
 
 
 
 
Baronessa Kempbell, Surbito 
Hökumət üçün zəruri fəaliyyət
Əlilliyi olan şəxsləri qərar qəbuluna cəlb etmək üçün hökumət aşağıdakıları etməlidir:
•  əlilliyi olan şəxslərin hüquqlarının təminatı üçün qanuni və inzibati tədbirlər həyata 
keçirmək;
•  ayrı-seçkiliyi və sıxışdırmanı aradan qaldırmaq üçün qanuni və digər tədbirlər görmək;
•  hər strategiya və proqramda əlilliyi olan şəxslərin hüquqlarının müvafiqliyini nəzərdən 
keçirmək; 
•  əlilliyi olan şəxslərin hüquqlarının pozulmasının qarşısını almaq;
•  dövlət sektoru tərəfindən əlilliyi olan şəxslərin hüquqlarına hörmətlə yanaşılmasını 
təmin etmək;
•  özəl sektor və ayrıca fərdlər tərəfindən əlilliyi olan şəxslərin hüquqlarına hörmətlə 
yanaşılmasını təmin etmək;
•  iştiraka kömək edən və başqalarını da eyni tədqiqatlara girişməyə cəsarətləndirə 
biləcək məhsulları, xidmətləri və texnologiyaları təkmilləşdirmək məqsədilə tədqiqat 
aparmaq;
•  əlilliyi olan şəxsləri yardımçı texnologiya haqda məlumatla təmin etmək;
•  əlilliyi olan şəxslərə kütləvi və effektli təsir göstərə biləcək qanun və siyasətin işlənib 
hazırlanması, həyata keçirilməsi zamanı onlarla məsləhətləşmək və onları iştiraka cəlb 
etmək.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
114
Əlilliyin bərabərliyinin təsirini qiymətləndirmək
Bərabərliyin  təsirinin  qiymətləndirilməsi  və  ya  bərabərlik  analizləri  hökumət  orqanlarının 
bərabərliklə bağlı siyasət və təcrübəsinin təsirini təhlil etməyi nəzərdə tutur – yəni bunlar 
mənfi, yoxsa müsbət təsir göstərir? Təsirə uğrayanların iştirakı və ya öhdəlikləri üçün onların 
qarşısına məqsədlərin qoyulması, təsirin analiz edilməsi və nəticələrin yoxlanıb qiymətləndi-
rilməsi mühümdür.
  
Əlilliyin bərabərliyinin təsirini qiymətləndirmək xüsusilə əlilliyi olan şəxslərin bərabərliyinə 
təsirlə sıx bağlıdır.
Mənbələr
•  Disability equality: a priority for all 
•  Equality and Human Rights Commission: Equality impact assessment quick-start guide 
•  Equality and Human Rights Commission: Equality impact assessment guidance 
•  Involving disabled people
Bərabərliyin analizi
Bərabərliyin  analizi  Bərabərlik  Aktının  tərkib  hissəsi  və  dövlət  sektorunun  ümumi  vəzifəsi 
kimi təqdim olunur. BK hökumət orqanlarından bərabərliyin qiymətləndirilməsini aparmağı 
tələb edirdi. İndi isə tələb bərabərliyin analizini (BA) aparmaqdan ibarətdir.
BA  təklif  edilən  və  ya  mövcud  siyasətin  bərabərlik  perspektivindən  analiz  olunmasını  eh-
tiva  edir.  Həlledici  ifadə  “lazımi  diqqət”dir  –  hökumət  orqanı  analizi  öhdəsinə  götürərkən 
bərabərliyə lazımi diqqət yetirməlidir. Siyasət onun strategiyası, funksiyaları, prosedurları və 
daha vacib qərarlar da daxil olmaqla qurumun bərabərliklə əlaqəli etdiyi hər şey deməkdir. 
BA-nın məqsədləri
BA-nın məqsədi aşağıdakılara nail olmaq üçün müxtəlif bərabərlik qruplarına və ya “müdafiə 
olunan qrup”lara müxtəlif təsirləri və ya ehtimal olunan təsirləri müəyyənləşdirməkdir:
•  ayrı-seçkiliyi, sıxışdırma və incidilməni aradan qaldırmaq; 
•  siyasətin bərabərliyin səviyyəsini yüksəltmə yollarını nəzərdən keçirmək;
•  müxtəlif bərabərlik qrupları arasında yaxşı əlaqələri inkişaf etdirmək. 
Bunlara bəzən Bərabərliyin Qiymətləndirilməsi və Ümumi Bərabərlik Borcunun üç məqsədi 
kimi istinad edilir. 
Məqsəd 1.  Ayrı-seçkiliyi aradan qaldırmaq
Bəzən  BA  qeyri-qanuni  ayrı-seçkiliyi,  sıxışdırma  və  ya  incidilməni  müəyyənləşdirəcək  ki, 
bununla dərhal məşğul olunmalıdır.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
115
Məqsəd 2. Bərabərliyin səviyyəsini yüksəltmək
Bəzən BA bərabərliyi aşağıdakı yollarla daha yaxşı yüksəltmə üsullarını müəyyənləşdirir:
•  İnsanların müdafiə olunan səciyyəvi xüsusiyyətlərinə görə üzləşdikləri narahatlıqların 
aradan qaldırılması və ya azaldılması – mənfi təsiri azaltmaqla.
•  Müdafiə olunan qruplardan sayılan insanların başqalarının ehtiyaclarından fərqlənən 
ehtiyaclarını ödəmək üçün addımların atılması. Bu, məsələn, “cinsi bitərəflik” yanaşması 
deyil, kişi və qadınların müxtəlif ehtiyaclarını nəzərə almaqdır. 
•  Müdafiə olunan qruplardan sayılan insanları onların iştirakının qeyri-mütənasib şəkildə 
aşağı olduğu ictimai həyatda və ya digər fəaliyyətlərdə iştiraka cəsarətləndirmək.
Məqsəd 3. Yaxşı əlaqələri genişləndirmək
•  Yaxşı əlaqələri inkişaf etdirmək xürafatı aradan qaldırmaq, müdafiə olunan səciyyəvi 
xüsusiyyətləri olan-olmayan insanlar arasında anlayışı yüksəltmək deməkdir. 
Müdafiə olunan səciyyəvi xüsusiyyətlər
BA “müdafiə olunan səciyyəvi xüsusiyyətli” sayılan müxtəlif bərabərlik qruplarını nəzərə al-
malıdır. Bunlar aşağıdakılardır:
•  yaş
•  əlillik 
•  cinsin yenidən müəyyən olunması 
•  hamiləlik və analıq 
•  irq
•  din və ya inanc
•  cins və ya cinsi oriyentasiya 
Evlilik və vətəndaş nigahı ilə bağlı yalnız ayrı-seçkiliyin aradan qaldırılması tətbiq olunur. 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
116
Örnəklərin öyrənilməsi
Örnəklərin öyrənilməsi: BK - istifadə imkanının 
yaxşılaşdırılmasında iştirak
•  Viltşir və Svindon İstifadəçilər Şəbəkəsi nəyə görə əlilliyi olan bu qədər az şəxsin dün-
yaca məşhur Stonhenc ərazisinə baş çəkdiyini “English Heritage” ilə birlikdə araşdırdı.  
•  İstifadə imkanının auditi, əlilliyi olan yerli şəxslərlə məsləhətləşmə, məlumat auditi aparıldı.
•  Yeni ziyarətçi mərkəzi üçün memarlarla birlikdə işlədilər – dizayna düzəliş edildi.
•  Yerli müəssər qrupları əlçatımlılığı təkmilləşdirmək üçün yerli planlaşdırma orqanları, 
hökumət qurumları və bizneslə birlikdə işləyir.
Örnəklərin öyrənilməsi: BK – əlçatımlı mənzil 
tikintisində iştirak
•  Hull şəhər şurası planlaşdırma sənədlərini oxumaq üçün təlim keçilən və əlilliyi olan 
başqa insanlara təlim keçməyi bacaran əlilliyi olan şəxslərin icraçılar qrupu – Hull 
Əlçatımlığın Artırılması Qrupunu təsis etdi.  Düzəliş olunmuş planlaşdırma direktiv-
ləri nəticəsində yenilənmiş partnyorluq geniş ictimai konsultasiya həyata keçirdi (Hull 
Əlçatımlığın Artırılması Qrupu daxil olmaqla).
•  Onlar siyasətə mühüm dəyişiklik olunması üzrə razılaşdılar: “Həyatboyu evlər” (inklüziv 
dizayn) standartlarını təkmilləşdirmək üçün planlaşdırma tələbləri ilə birləşdirmək. 
Örnəklərin öyrənilməsi: BK – əlilliyi olan şəxslərin 
təşkilatlarının potensialını artırmaq
•  Hökumət fərdi DPULO-ları öz təşkilatlarının dayanıqlığını formalaşdıra biləcək  layihələrə 
başlamaq üçün maliyyələşdirən £3 milyon dəyərində Yardım Fondu  təsis etdi.
•  Bu vaxta qədər 130-dan çox DPULO bu fond hesabına maliyyələşib.
•  DPULO-lar məşğulluğa dəstək, nifrət cinayətlərinin aradan qaldırılması, sosial qayğı qa-
rışıq geniş fəaliyyətlər silsiləsinə cəlb olunub. 
Örnəklərin öyrənilməsi: BK – sosial xidmətlərə 
nəzarət hüququnun bərqərar edilməsində iştirak
Əlilliyi olan Şəxslərin Esseks Koalisiyası əlilliyi olan şəxslərə verilən dəstəyi onların özlərinin 
nəzarətə götürməsinə kömək etmək üçün yerli hakimiyyət orqanları, İş və Təqaüd Departa-
menti ilə birlikdə işləyir.
 
Əlilliyi olan insanların aşağıdakı hüquqları var:
•  hazırkı xidmətdən razıdırsa, eyni dəstək xidmətlərilə davam etmək; 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
117
•  ictimai orqana (məsələn, Esseks Qraflıq Şurası və ya İş Mərkəzi) tələb olunan dəstək xid-
mətlərini qurmağa icazə vermək; 
•  ictimai qurumun verdiyi puldan istifadə yolu ilə dəstək xidməti almağa şəxsi qabil etmək;
•  bunların hamısının qarışığı.
Örnəklərin öyrənilməsi: BK – sabahın əlilliyi olan 
liderlərinə sərmayə qoymaq
BK Əlillik Hüquqları Liderlik Proqramı cəmiyyətin hər sahəsindən gələn bir çox əlilliyi olan 
şəxslərin  həyatında  dəyişiklik  yaratmaq  üçün  əlilliyi  olan  şəxsləri  bacarıq  və  vərdişlərlə 
təmin edir, onlara inam verir. Hər il Liderlik Proqramı əlilliyi olan şəxslərə insanlar qarşısın-
da nitq söyləmə, öz inamını artırma və uğur naminə şəbəkələnmə kimi liderlik bacarıqları 
üzrə təlim keçir.
Örnəklərin öyrənilməsi: 
BK – seçkili vəzifədə iştirak
Parlament üzvü, İcmalar Palatasının spikeri Con Berkcou parlament internləri ilə birgə.
2010-cu ildə nəşr olunmuş partiyalararası “Parlament Təmsilçiliyi üzrə Natiqlərin Konfrans 
Hesabatı”  qadınların,  etnik  azlıqların  və  əlilliyi  olan  şəxslərin  kifayət  qədər  təmsil  olun-
mamasını nəzərdən keçirdi. 
Əlilliyi  olan  şəxslərin  parlamentdə  sayı  barədə  rəsmi  rəqəm  bilinməsə  də,  onların  çox  az 
olduğu sirr deyil. Bütün BK əhalisini təmsil etmək üçün 650 parlament üzvündən 100 nəfəri 
onlardan olmalıdır, yaxud da BK-nın işləmək yaşında olan əhalisini təmsil etmək üçün 650 
nəfərdən 65-i onlardan olmalıdır.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
118
Yerli hökumətlərdə bu göstərici təxminən 12 faizdir - amma bu, əsasən yaşla əlaqəlidir, on-
ların əlillik dərəcəsi yaşla bağlı artır və bir çox şura üzvü təqaüd yaşındadır. 
Namizədliyini irəli sürmüş, ancaq siyasi partiyalar tərəfindən seçilməmiş əlilliyi olan insan-
ların sayı ilə bağlı heç bir məlumat yoxdur, amma ayrı-seçkilik hesab olunan hallarla bağlı 
ayrı-ayrı dəlillər var. 
  
Siyasi vəzifə və seçki təcrübəsinin əldə olunması yolunda duran bəlli maneələr aşağıdakılardır:
•  proses haqqında biliyin yoxluğu;
•  xərclər;
•  əlçatımlılıq;
•  fikirlər/anlama.
Hökumət “Əlilliyi olan İnsanlar üçün Seçkili Vəzifə Strategiyasına Çatım” sənədini yaratdı. 
Buraya daxildir: 
•  əlilliyi olan insanların 2012 - 2014-cü illər arasında seçkili vəzifədə olmaları üçün qa-
rşılaşdıqları əlavə xərclərin ödənməsi daxil £2.6 milyon büdcəyə malik pilot layihə 
maliyyələşdirmək; 
•  siyasi partiyalar üçün direktivlər; 
•  onlayn təlim;
•  parlamentdə interna layihəsi.
Layihənin məqsədi siyasətlə maraqlanan, imkansız olan, internaya maliyyə baxımından gücü 
çatmayan şəxslərin üzünə parlament qapılarını açmaq üçün dizayn olunmuş 9 aylıq ödənişli 
iş yeri təcrübəsini təmin etməklə ödənişsiz interna mədəniyyətini aradan qaldırmaq idi.
Layihə  indi  üçüncü  ilindədir  və  doqquz  ay  ərzində  parlament  üzvlərinin  ofisinə  təxminən 
10  uğurlu  namizəd  yerləşdirib.  Bazar  ertəsindən  cümə  axşamına  qədər  onlar  parlament 
üzvünün  assistenti  kimi  işləyir,  onun  gündəliyini  hazırlayır,  işlərini  aparır,  iclaslarda  iştirak 
edir, cümə günləri isə palatanın şöbələrinə getməklə parlament palataları haqqında daha 
dərindən öyrənir, Vestminister siyasətinin mürəkkəbliyindən daha yaxşı baş çıxara bilirlər.
Layihə istənilən yaşda, istənilən ərazidə olanlara açıqdır. Əvvəlki illərdə uğurlu namizədlər 
məktəb məzunlarından tutmuş 50 yaşlarında olan namizədlərə qədər dəyişirdi. Onlar BK-nın 
10 regionundan Londona hərəkət edirdilər. 
Hər ilin oktyabr ayında layihə doqquz aylığa öz işinə başlayır.

Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə