BİZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Əlavə məlumat
Seçkili vəzifə Fonduna keçid: 
www.access-to-elected-office-fund.org.uk
  
İnternatura: 
www.socialmobility.org.uk/speakers-parliamentary-placements-scheme 
Onlayn təlim: 
www.access-to-elected-office-training.org.uk/Content/Login.aspx 
 
Siyasi partiyalar üçün direktiv: 
www.gov.uk/government/publications/access-to-elected-of-
fice-for-disabled-people-strategy-compliance-with-the-equality-act-2010-guidance-for-po-
litical-parties

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
119
Bərabərliyin analizi forması: Nümunə
Bərabərlik analizi
Parklar üçün büdcənin azaldılması təklifləri
Bərabərliklə bağlı siyasətin nəzərdən keçirilməsi bəli/xeyr  
Tam bərabərlik analizi üzrə siyasət bəli/xeyr
Siyasətin qısa icmalı
Ümumilikdə  32,7%  büdcə  ixtisarı  zərurəti  ilə  qarşılaşan  ətraf  mühit  müdiriyyətindən  büd-
cədə xüsusi ixtisarlar aparmaq tələb olunur. Baxmayaraq ki, əsas xidmətləri qorumaq üçün 
tədbirlər görüldü, park xidmətlərindən 23% büdcə ixtisarı tələb olundu.
Hazırda bir sıra seçimlər nəzərdən keçirilməkdədir və növbəti dörd həftədə liderlik qrupları-
na ötürüləcək. Tələb olunan qənaət səviyyəsinə əsasən, ehtimal ki, liderlik qrupu bu seçim-
lərdən bir neçəsini önə çıxarmağı gözdən keçirəcək. Bərabərlik Analizi bu seçimlərin hər 
birini bərabərlik nəticələrinə görə nəzərdən keçirir: onların ayrı-seçkiliyə və ya sıxışdırmaya 
səbəb  olma  ehtimalı  varmı;  onlar  bərabərliyi  artıracaq,  ya  yox  (müdafiə  olunan  qrupların 
başqa insanların ehtiyaclarından fərqli ehtiyaclarını ödəmək üçün əlavə addımlar atmaq və 
ya mənfi təsiri göstərməklə); onlar yaxşı əlaqələri genişləndirəcəkmi?
Seçimlər
Seçim 1:  Bütün 9 parkdakı fəaliyyətsiz park işçilərini ləğv etmək. Bunları mobil park xidməti 
ilə əvəzləmək. Qənaət səviyyəsi – orta.
Seçim 2:  Top oynamaq üçün çəmənlik, tennis meydançası, 5 tərəfli futbol meydançası, kriket 
toru və müxtəlif idman növlərinə görə haqqı artırmaq. Qənaət səviyyəsi – aşağı.
Seçim 3:  Şəhərin mərkəzindəki 3 kiçik parkı [Villou, Kanalsayd və Louer Strit] bağlayıb tor-
pağından istifadə etmək. Qənaət səviyyəsi – yüksək. 
Seçim  4:    Əsasən  könüllü  sektor  tərəfindən  idarə  edilən  park  tədbirləri  proqramına  son 
qoymaq. Bunlar müxtəlif parklarda növbə ilə keçirilən Bir Şəhər Festivalı, Fontan Parkında 
Uşaqların Karnavalı, Villou Parkda Qürur Festivalıdır. Qənaət səviyyəsi – orta.
Seçim  5:    Artıq  öz  təyinatına  uyğun  gəlməyən  6  park  tualetinin  bağlanması  və  sakinlərin 
yerli kafe və kitabxanaların tualetlərindən istifadə etməsi üçün avadanlıqların quraşdırılması. 
Qənaət səviyyəsi – orta.
Dəlil toplanması və təhlil edilməsi
Coğrafi baxımdan parklar şəhər boyunca yaxşı bölüşdürülüb. Böyük parklar bir qayda olaraq 
şəhərətrafı ərazilərdə, kiçik parklar [məsələn, Louer Strit və Çörçil] mərkəzdə yerləşir.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
120
Parklardan  istifadə  pulsuz  olduğuna  görə  onlardan  istifadə  edən  əhalinin  faizi  yüksəkdir 
(71%-dən artıq).
Bizim asudə vaxtın təhlili (2007-2008), Gənc İnsanların Panelində (bu problemə xüsusilə 2009-
cu ildə diqqət yetirdik) parkın istifadəsindən duyulan məmnunluq, eləcə də, keçən il sakinlər 
arasında aparılmış sorğu haqqında məlumatımız var. Əlilliyi olan şəxslərin Enisiti Təşkilatı, müx-
təlif inanc qrupları və LGBT qrup heyəti ilə birlikdə xüsusi müzakirələrə təşəbbüs göstərilib.
Yaş bərabərliyi
Məlumatlar göstərdi ki, parklar üçün yaş profili şəhər əhalisinin ümumi göstəricilərinə yax-
ındır. Yaşı 50-dən yuxarı olanlar daha çox təhlükəsizlikdən narahatdırlar, park tualetlərindən, 
habelə kriket, tennis və top oyunları daxil olmaqla əvvəlcədən sifariş verilən idman qurğu-
larından da daha çox onlar istifadə edirlər.  
Gənclərin Paneli  göstərdi ki, idman və əyləncə üçün onlar davamlı olaraq geniş şəhərətrafı 
parklardan, xüsusilə futbol və tennis meydançalarından istifadə edirlər. Onlar hiss edirlər ki, 
bu idman qurğuları yaxşı saxlanır, onları sifariş vermək asandır. Panel üzvlərindən heç biri 
heç vaxt Uşaq Karnavalında iştirak etməyib.
Əlilliyin bərabərliyi
Məlumat əlilliyi olan şəxslər tərəfindən istifadənin yaxşı səviyyədə olduğunu göstərdi. Buna 
baxmayaraq hərəkət və görmə məhdudiyyəti olanlar ümumi əhaliyə nisbətdə  parklardan az 
istifadə edirlər. Yerli əlillik təşkilatları ilə müzakirələr göstərir ki, bu, onların təhlükəsizlik sarıdan 
narahatlığı, əıçatımlı, uyğun tualetlərin yoxluğu və böyük parklarda çirklənmə ilə bağlıdır.
Gender bərabərliyi
Məlumatlar göstərdi ki, qadınların təhlükəsizliklə bağlı narahatlığı kişilərdən çoxdur, bu da 
onların  parkdan  istifadə  etməsinə  təsir  göstərir.  Bu,  xüsusilə  daha  böyük  parklardan  isti-
fadəyə aiddir. Ümumilikdə idman qurğularından, əsasən də futbol, kriket və basketbol mey-
dançalarından daha çox kişilər istifadə edir. 
Uşaq Karnavalına gəlincə, bir neçə qadın uşaqları ilə birlikdə bunu dəyərləndirdiyini vurğuladı.
İrq bərabərliyi
Məlumat göstərdi ki, Afrika, Karib, Çin və Asiya icmalarından olan istifadəçilər arasında təm-
silçilik  kifayət  qədər  deyil.  Şəhər  mərkəzindəki  parklar  afrikalı  və  karibli  icmalar  tərəfind-
ən bir az daha yaxşı istifadə olunur. Asiyalı və çinli kişilərin daha böyük parklardakı tennis 
meydançaları, kriket torları və sınaq  sessiyaları kimi əvvəlcədən sifariş verilən idman va-
sitələrindən istifadə səviyyəsi ortadan yuxarıdır.
Son üç ildə müxtəlif parklarda keçirilmiş, cəmiyyətin birliyini dəstəkləyən Bir Şəhər Festivalı 
çoxlu afrikalı, çinli, asiyalı iştirakçını özünə cəlb etməyib.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
121
Din/inanclar
Bir çox etiqad qrupu öz üzvlərinin parklardan istifadəsi haqqında heç bir məlumata sahib 
deyil. Bununla belə, iki böyük inanc təşkilatı davamlı şəkildə illik dinlərarası kriket yarışı və 
piknik də daxil olmaqla bir sıra sosial tədbirlər keçirib.
Cinsi oriyentasiya
Təhlil işi və məlumatların analizi cinsi oriyentasiya ilə bağlı hansısa xüsusi bərabərlik prob-
lemini nəzərə çatdırmır. Bununla belə, LGBT qrupu ilə müzakirələr göstərdi ki, ümumilikdə 
üzvlərin  asudə  vaxt  avadanlıqlarından  istifadə  səviyyəsi  yüksəkdir.  Onlar  böyük  parkların 
bəzilərində  təhlükəsizliklə  bağlı  narahatlıqlarını,  bir  də  hər  yay  keçirilən  Qürur  Festivalına 
həvəslərini ifadə ediblər.
Analiz
Aşağıdakı suallar hər seçimin bərabərlik üzərində təsirini meydana çıxarmağa 
kömək ola bilər.
•  Siyasətin hər hansı qolu qeyri-qanuni ayrı-seçkilik qoya bilərmi? 
•  Seçim müxtəlif qruplara qeyri-bərabər təsir göstərə bilərmi? 
•  Əgər bir qrupa böyük təsir varsa, onda bu, seçimin məqsədlərinə uyğundurmu? 
•  Siyasət müəyyən qrupdan olan insanlar üçün əlverişsiz ola bilərmi? 
•  İctimai həyatda iştirak da daxil olmaqla bərabərliyi yüksəltmək və yaxşı əlaqələr qur-
maq üçün seçim və xidmətlər əlverişli imkanlar yaradacaqmı? 
Hər bir seçimlə bağlı aşağıdakıların olub-olmamasını tövsiyə edin:
•  Seçimə böyük dəyişikliklər etməmək.
•  Bərabərliyi təkmilləşdirmək üçün seçimdə uyğunlaşma aparmaq.
•  Mənfi təsirə baxmadan seçimlərə davam etmək.
•  Seçimin dayandırılmasını və onun siyahıdan dərhal çıxarılmasını tövsiyə vermək.
Bu  yanaşma  tərzini  dəstəkləmək  üçün  məlumat  və    fəaliyyət  planında  uyğun  fəaliyyətləri 
nəzərdən keçirin və ya məsləhətlə təmin edin.
Seçim 1: Şəhərdəki bütün 9 parkdan fəaliyyətsiz park qulluqçularını kənarlaşdırmaq. 
Bunları mobil park xidməti ilə əvəzləmək. 
Seçim 2: Top oynamaq üçün çəmənlik, tennis meydançası, kriket toru və idman sınaq 
sessiyalarına görə haqqı artırmaq.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
122
Təlimçi bölməsi
Sessiya planı – bərabərliyin təsirinin qiymətləndi-
rilməsi/bərabərlik analizininin faydalarını araşdır-
maq (kiçik qruplarda çalışma)
 
Bərabərlik analizlərinin aşkar etdiyi faktlara əsasən hansı problemlər ortaya çıxarılıb? Siz o 
problemlərin aşkara çıxması nəticəsində nə edərdiniz?
1. 
 İşçi heyətinə müavinətlər
Nəqliyyat təminatı ilə bağlı hökumət orqanının işçilər üçün bir sıra əlavə müavinətləri var. 
Bərabərlik öhdəliyinin bir hissəsi olaraq onlar öz siyasətlərini nəzərdən keçirirlər. Dəlil ba-
zası müəyyən edir ki, onların bir qədər çox qadın işçi heyəti, bir neçə nəfər də lesbian, gey, 
biseksual və transgender işçiləri var. 
Heyətə verilən müavinətlərin əksəriyyəti, görünür ki, ədalətlə təmin olunub. Buna baxma-
yaraq,  bərabərliyin  analizini  aparanda  onlar  işçilərə  verilən  pulsuz  səyahət  müavinətini 
nəzərdən keçirirlər. Uşaqları və həyat yoldaşları heyət üzvləri ilə pulsuz səyahət edə bilərlər. 
Heyət üzvləri və onların ailələrindən savayı heç kəs üçün pulsuz səyahət yoxdur.
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz?
2. 
Ofisin temperaturu
Özünün İqlim Dəyişikliyi Strategiyasını həyata keçirmənin bir hissəsi kimi hökumət departa-
menti bütün idarələrində temperaturu iki dərəcə azaltmağı qərara alır. 
Bu  fəaliyyət  planı  bərabərlik  analizlərindən  keçiriləndə  heyətin  bərabərlik  üzrə  qrupunda 
müzakirə olunur. Əlilliyi olan işçilər deyirlər ki, qalan heyət aşağı temperaturda işləyə bilsə 
də, onlar üçün bu, çətin olar, üstəlik, temperaturun aşağı salınması onların iş qabiliyyətinə 
də mənfi təsir göstərər. 
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz ?
3. 
Konfrans
Hökumət departamenti yeni siyasi istiqamətlə bağlı maraqlı tərəflər üçün böyük konfrans 
keçirməyi  planlaşdırır.  Tədbirin  məqsədi  maraqlı  tərəflərin  yeni  siyasətə  töhfələr  verməsi 
üçün onları geniş spektrdə cəlb etməkdir. 
Bərabərlik analizləri göstərir ki, bu siyasət böyük əhəmiyyət daşıyacaq, ona görə də müxtəlif 
qruplardan olan maraqlı tərəfləri konfransın işinə cəlb etmək vacibdir. 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
123
Müxtəlif problemlər var, bunlardan biri də ilkin tarixin Ramazan günlərinə düşməsidir.  Əlbət-
tə, bu fakt müsəlman olan maraqlı tərəflərin iştirakını mümkünsüz etməyəcək, bunula belə, 
bəzi insanları iştirakdan çəkindirə bilər. 
Tədbirin keçirilmə yeri əvvəlcədən sifariş verilib.
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz ?
4. 
Təchizat
Regional hökumət orqanı öz təchizat prosesini nəzərdən keçirir ki, yüksək effektivlik və pul 
dəyərinə nail olsun. 
Hökumət orqanlarının hazırda əmtəə və xidmətlər tədarük etdiyi biznes strukturlarının bərabər-
lik profilini müəyyənləşdirmək üçün iş aparılır. Bunların yarıdan çoxu bərabərliklə bağlı yaxşı 
göstəriciləri olan böyük təşkilatlardır. Qalanları isə xırda və orta biznes müəssisələridir ki, bun-
ların da böyük hissəsi qaradərili vətəndaşlara və etnik azlıqlara məxsusdur. Daha az sayda 
biznes qurumu qadınlara və əlilliyi olan şəxslərə məxsus olub onlar tərəfindən idarə edilir. 
Təhlilin əsas məqsədi hökumət orqanlarını təmin edən təşkilatların sayını xeyli azaltmaqdır. 
Bu, xeyli administrativ qənaətlərə yol açacaq və güman ki, pul dəyərini artıracaq.
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz ?
5. 
İşə götürmə
Hökumət orqanı öz işəgötürmə siyasətini və bununla bağlı prosesləri nəzərdən keçirir. Bu, 
bərabərliklə bağlı olduğu ehtimal edilən başlıca siyasətdir, ona görə də həmin siyasəti inkişaf 
etdirməyin tərkib hissəsi kimi bərabərlik analizləri aparılmalıdır. 
İşə qəbul üçün standart ərizə forması iddiaçılardan əlil, yaxud hamilə olub-olmadıqları daxil 
geniş məlumat verməyi tələb edir. 
Bundan başqa, bəzi vəzifələrlə bağlı öhdəliklərdə müraciət edənlərin axşamlar və həftəsonu 
da işləməli olduqları vurğulanır, üstəlik, onlardan sürücülük vəsiqəsi tələb olunur.
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz ?
6. 
Mənzil tikintisi
Yerli səlahiyyətli orqan vətəndaşlara mənzil ayrılması üçün illik baxış keçirir. Səlahiyyətli qurumun 
aldığı şikayətlər bu məqsədlə aparılmalı olan bərabərlik analizinin dəlil bazasının bir hissəsini for-
malaşdırır. 
Yeni gələn icmalardan olan insanlara ədalətsiz şəkildə yaşayış yeri ayrıldığı iddia edilən çoxlu 
xırda şikayət var. Yerli orqan əsassız fikirləri əks etdirən bu şikayətlərdən narahatdır, bunlar 
irqlərarası münasibətlərə mənfi təsir göstərə bilər. 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
124
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz ?
7. 
İdman mərkəzi
Yerli səlahiyyətli orqanların böyük idman mərkəzinə maddi dəstəyi azaldılıb. Buna görə də, 
yeni müştərilər cəlb etmək və gəlirləri artırmaq üçün yeni strategiya işlənib hazırlanır.
Üzvlük haqqı ilə bağlı məlumatlar göstərir ki, hazırkı müştərilərin əksəriyyəti azlıqda olan bir 
sıra etnik qrup və etiqadlara mənsub 25-50 yaşlı kişilərdir.  
Başqa bir məlumat isə göstərir ki, kişilərdə korta görə kirayə haqqının qiyməti ilə, qadınlarda 
isə günlük üzvlük haqqında güzəşt olunmamasından tutmuş hovuzdan istifadədə sıxışdırıl-
maya qədər bir sıra problemlərlə bağlı şikayətlər nisbətən çoxluq təşkil edir. Bundan başqa, 
gimnastika  zalına  homofobiya  məzmunlu  musiqili  videolar  göstərən  ekranların  qoyulması 
sarıdan da az sayda şikayətlər var.
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz ?
8. 
Yeməkxananı bağlamaq
Kollec  öz  kiçik  ərazilərindən  birində  tələbələrə  xidmət  göstərən  yeməkxananı  bağlamaq 
qərarına  gəlib.  Qərar  kollecin  idarə  heyətində  təsdiqlənib  və  yeməkxananı  ərzaqla  təmin 
edən şirkətlərlə müqaviləyə son verilib.
Bağlanma ilə əlaqəli tələbələr çoxlu narazılıq ediblərsə də, şikayətlər yalnız bu yaxınlarda 
bəzi idarə heyəti üzvlərinin diqqətini çəkib. Şikayətlərin əksəriyyəti kifayət qədər ümumidir, 
amma bir neçəsində diqqətə xüsusi çatdırılır ki, kollecin yerləşdiyi ərazinin yaxınlığında yerli 
pabdan başqa ərzaq alınası bir yer yoxdur.
Bərabərlik problemləri hansılardır və siz nə edərdiniz ?

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
125
Bölmə 5. Mənbələr
Fəal vətəndaşlar – British Council Ukrayna vebsayt: 
http://www.britishcouncil.org.ua/en/
programmes/society/citizens-participation 
Qərar qəbuletmə prosesində vətəndaş iştirakının yaxşı təcrübəsinə dair məcəllə - Avropa 
Şurası: 
http://www.coe.int/t/ngo/code_good_prac_en.asp 
Esseks Nəzarət hüququ: 
http://www.essex.gov.uk/Health-Social-Care/Care-for-Adults/
Staying-Independent/Right-to-Control/Pages/Default.aspx 
İştirak nümunələri: 
http://www.equalityhumanrights.com/advice-and-guidance/public-
sector-equality-duty/case-studies/case-studies-consultation-involvement/ 
Yerli səviyyədə qərarvermədə vətəndaş iştirakına dair direktivlər, British Council Ukrayna: 
http://www.britishcouncil.org.ua/en/programmes/society/citizens-participation
 
İnklüziv Dizayn Vasitələr toplusu: 
http://www.inclusivedesigntoolkit.com/betterdesign2/ 
İnklüziv siyasət formalaşdırılması: 
http://odi.dwp.gov.uk/inclusive-policymaking/index.php
 
INDYSPACE –  dünyadakı gənc əlilliyi olan fəalların əlaqə saxlaması üçün məkan: 
http://indyspace.org/ 
İştirak və birgə ərsəyə gətirmə (istehsal) – Əlillik məsələlərinə dair idarə: 
http://odi.dwp.
gov.uk/involving-disabled-people/co-production.php
 
“Əlilliyi olan şəxslərin iştirakı”, Əlillik məsələlərinə dair idarə 
http://odi.dwp.gov.uk/docs/reso/idp-intro.pdf
İşıq, Kamera, Hərəkət – İctimai sektorda əlilliyi olan şəxslərin bərabərliyinin təşviqi: 
http://
www.equalityhumanrights.com/uploaded_files/EqualityAct/PSED/radar-ded_acc.pdf
 
Gənc əlilliyi olan şəxslərin Avropa Şurası və ona üzv ölkələrə tövsiyələri – Avropa Şurası: 
http://vimeo.com/43637110
BMT Konvensiyası: 
http://www.equalityhumanrights.com/human-rights/our-human-rights-
work/international-framework/un-convention-on-the-rights-of-persons-with-disabilities/ 
‘Who’s on my side’ (Kim mənim tərəfimdədir) – ALLFİE və valideynlər tərəfindən yaradılmış 
video gənclərin (3-25) iştirakı üçün valideynlər, valideyn birlikləri və onların İnklüziv təhsili 
necə dəstəkləyə bilməsi haqqındadır.
 
http://www.youtube.com/watch?v=AuAjxJ-cE9k 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
126
Əlilliyə dair BMT Konvensiyası: əsas sənəd və resurslar
UN  Enable:  BMT-nin  vebsaytı  bütövlükdə  Əlilliyi  olan  Şəxslərin  Hüquqlarına  dair  BMT 
Konvensiyası barədədir. Bu vebsaytda həmçinin Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT 
Konvensiyası və ona Əlavə Protokolun tam mətni, həm də ingilis dilində sadə versiyası və 
asan oxunan versiyası verilib. 
http://www.un.org/disabilities/
Parliamentarilərin Konvensiyaya dair masaüstü kitabı: 
http://www.un.org/disabilities/
default.asp?id=212
Making rights a reality (hüquqları reallığa çevirmək): komissiya tərəfindən Konvensiya 
mətnindən  hazırlanmış  kitabça.  Siz  onu 
Komissiyanın  kömək  xəttindən  (Commission’s 
Helpline) əldə edə və ya vebsaytdan yükləyə bilərsiniz.
BMT-nin İnsan Hüquqlarına dair İdarəsi (Office of the United Nations High Commissioner 
for Human Rights) (OHCHR) BMT Əlillik Komitəsi, onun monitorinq və hesabat prosedurası 
barədə məlumatla təmin edir. Onun soraq kitabçası var: “Əlilliyi olan Şəxslərin Hüquqlarına 
dair  Konvensiyanın  Monitorinqi”.  Vebsaytda  həmçinin  şikayət  forması  var.
 
http://www2.
ohchr.org/english/bodies/treaty/CCD.htm
OHCHR bir neçə soraq kitabı, Konvensiyalar və BMT ilə iş haqqında fakt cədvəlləri nəşr 
etmişdir. 
http://www.ohchr.org/EN/PublicationsResources/Pages/Publications.aspx
Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Komitəsi 
Poçt ünvanı: CRPD katibliyi, UNOGOHCHR, CH-1211 Cenevrə 10, İsveçrə: 
crpd@ohchr.org
http://www2.ohchr.org/english/bodies/crpd/index.htm
Baş çəkmək üçün ünvan: Palais Wilson, 52 Rue des Pâquis, 1201, Cenevrə, İsveçrə
Telefon: +44 (0)1229179703.
BMT-nin  İqtisadi  və  Sosial  Məsələlər  üzrə  Şöbəsi  (UN  Department  of  Economic  and 
Social Affairs) (BMT-dəki “konsultativ status” barədə məlumat üçün) Başçısı, QHT Filialı Bir 
BMT Plaza, Otaq
 DC1-1480, Nyu York, NY 10017, ABŞ
Telefon: +44 1 212 963 8652,
Fax: +44 1 212 963 9248
ngobranch@un.org
http://esango.un.org/paperless/Web
Konvensiyaya dair Soraq Kitabları və Vasitələr Topluları
Avropa  və  beynəlxalq  təşkilatların  çoxu  Konvensiya  soraq  kitabları  və  vasitələr  topluları 
işləyib hazırlayıb. Onlardan bir neçəsi aşağıdakılardır:
Disabled People’s International (Əlilliyi olan Şəxslərin Beynəlxalq Təşkilatı) əlilliyi olan 
şəxslərin təşkilatlarını birləşdirən baş təşkilatdır. Onun məqsədi tam iştirak, imkan bərabərliyi 
və  beynəlxalq  əməkdaşlıq  vasitəsilə  əlilliyi  olan  bütün  şəxslərin  insan  hüquqlarını  təşviq 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
127
etməkdir. Onlar icraçı vasitələr toplusu işləyib hazırlayıblar.
http://www.icrpd.net/implementation/en/aboutus.htm
Konvensiya barədə maarifləndirmə ilə bağlı seminar təşkili üçün onların soraq kitabına bax:
http://v1.dpi.org/lang-en/resources/topics_detail?page=953#_Sample_agenda
European  Disability  Forum  əlilliyi  olan  şəxslərin  maraqlarını  müdafiə  edən  milli  Avropa 
təşkilatların  baş  təşkilatıdır.  Onların  vebsaytında  Konvensiyanın  Avropa  İttifaqı  ilə  necə 
əlaqələnməsi barədə məlumat var.
http://www.edf-feph.org/Page_Generale.asp?DocID=13854&thebloc=13857
Onların  vebsaytında  əlilliyi  olan  şəxslərin  maraqlarını  müdafiə  edən  Avropa  təşkilatları  ilə 
əlaqə yaratmaq üçün məlumatlar da var.
http://www.edffeph.org/Page_Generale.asp?DocID=10906&id=1&namePage=about&langu
e=EN
International  Disability  Alliance  (IDA)  –  Beynəlxalq  Əlillik  Alyansı  Əlilliyi  olan  Şəxslərin 
Hüquqlarına  dair  BMT  Konvensiyasının  effektli  həyata  keçirilməsini  təşviq  edən  əlilliyi 
olan şəxslərin təşkilatlarının beynəlxalq şəbəkəsidir. Onların vebsaytı əlilliyi olan şəxslərin 
təşkilatlarının  potensialının  artırılması,  eləcə  də  Konvensiya  barədə  ümumi  məlumata 
malikdir.
 
www.internationaldisabilityalliance.org
Kölgə-hesabat barədə IDA direktivlərinə bax: 
http://www.internationaldisabilityalliance.org/
projects-and-events/guidance-document-on-parallelreporting/
İşlək etmək! (Making It Work!) Bütün dünyada yoxsulluğa, sosial kənarlaşdırmaya, əlilliyi 
olan şəxslərə qarşı diskriminasiyaya son qoyulması ilə bağlı müsbət təcrübənin mübadiləsi 
və təşviqi üçün. 
http://www.makingitwork-crpd.org/
Bərabərlik və İnsan Hüquqları Komissiyasının 
Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün 

Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə