BİZİM ÜÇÜn biZSİz heç NƏ


ƏOŞHDBMTK nə üçün yaradıldı?



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   15

ƏOŞHDBMTK nə üçün yaradıldı?
Özlərinin ayrıca insan hüquqları konvensiyasının olması üçün əlilliyi olan şəxslər 20 ildən çox 
mübarizə  aparıblar.  Sənədin  məzmunu  üzrə  razılaşmaq  üçün  bütün  dünyadan  əlilliyi  olan 
çoxlu şəxs və onların təşkilatları iştirak edirdi.
Dünyada hər kəs kimi əlilliyi olan şəxslərin hüquqları da 1948-ci ildə qəbul edilmiş Ümumdünya 
İnsan  Hüquqları  Bəyannaməsində  təsbit  olunub.  Bu  baxımdan,  ƏOŞHDBMTK  əlilliyi  olan 
şəxslərə «yeni» insan hüquqları vermir. Ancaq kağız üzərindəki hüquqların gündəlik reallığa 
çevrilməsi üçün hərəkətə keçmək lazım gəldiyi bu sənədlə etiraf edilir. Hədsiz maneələr əlilliyi 
olan şəxslərin hüquqlarının pozulmasına, onlara məhəl qoyulmamasına hələ də rəvac verir.
ƏOŞHDBMTK-nın məqsədi bu maneələrin aradan qaldırılması üçün dünyada hər bir ölkənin 
atmalı olduğu addımları ortaya qoymaq idi. Ölkələrin çoxu razılaşdı ki, əlilliyi olan şəxslərin 
real ləyaqəti, bərabərliyi və iştirakını irəlilətmək üçün spesifik konvensiya olmalıdır. 
Konvensiyanın mətni barədə 2006-cı ilin dekabrında BMT-də razılığa gəlindi. BK Konvensiyanı 
30  mart  2007-ci  ildə  imzalayıb,  8  iyun  2009-cu  ildə  isə  ratifikasiya  edib.  Azərbaycan  bu 
sənədi 2009-cu ildə ratifikasiya edib.
 
IDEAS layih
əsi ölkələrində ƏOŞHDBMTK-nın statusu

Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində” 02 oktyabr 
2008-ci il tarixli 686-IIIQ nömr
əli Azərbaycan Respublikası Qanunu və “əlilliyi olan insanların 
hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq bar
əsində 02 oktyabr 
2008-ci il tarixli 687-IIIQ nömr
əli Azərbaycan Respublikası Qanunu
Ölkə  ƏOŞHDBMTK-nı  imzalayırsa,  bu  o  deməkdir  ki,  əlilliyi  olan  şəxslərin  insan  hüquqları 
barədə Konvensiyada deyilənlərlə razıdır. 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
41
Ölkə ƏOŞHDBMTK-nı ratifikasiya edirsə, bu o deməkdir ki, Konvensiyada deyilənlərə əməl 
etməyə və sənəddəki hüquqlara praktikada əməl olunması üçün dəyişikliklər etməyə razılaşır. 
ƏOŞHDBMTK əlilliyi olan şəxslər üçün niyə əhəmiyyətlidir?
1. BMT-nin Əlilliyə dair Komitəsi tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təşviqinə dair 
performansı üzrə hesabatlar vasitəsilə
 hökuməti məsuliyyətə cəlb edir. 
2. 
Əlilliyi  olan  insanlara  onların  həyatına  təsir  edən  siyasət  barədə  öz  sözlərini 
qətiyyətlə demək imkanı verir. Güman var ki, hökumət əlilliklə bağlı yeni qanun yaradanda, 
yeni siyasət yürüdəndə və Konvensiyada nəzərdə tutulan öhdəlikləri necə yerinə yetirdiyi 
barədə BMT-yə hesabat yazanda öz planlarının icrasına əlilliyi olan şəxsləri də cəlb edəcək.
3. 
Hökumət və dövlət qurumlarının əlilliyi olan şəxslərin hüquqlarını müdafiə və təşviq 
etməsi  üçün  yeni  standartlar  qoyur.  Bu,  inklüziv  təhsil  və  ya  istədiyin  yerdə  yaşamaq 
hüququ kimi məsələlərdən ətraflı bəhs edən ilk insan hüquqları razılaşmasıdır.
4. 
Əlilliyi  olan  şəxslərin  öz  həyatlarını  nəzarətə  götürməsini  və  cəmiyyətdə  tam 
iştirakını gücləndirmək üçün hökumətin üzərinə geniş əhatəli məsuliyyətlər qoyur.
5. 
Konvensiya əlilliyə qarşı ayrı-seçkilikdən daha güclü və tam müdafiəyə gətirib çıxara 
bilər. Hökumət əlilliyə qarşı ayrı-seçkiliyə dair qanundakı boşluqları doldurmaq üçün tədbir 
görməyə məcbur olar. 
6. 
Bu sənəddən Bərabərlik Borcu ilə yanaşı İnsan Hüquqları Aktının şərhi məqsədilə, 
insan  haqlarına  hörmət  olunmadıqda  mübarizə  aparmaq  və  əlilliyi  olan  insanların 
bərabərliyi istiqamətində işləmək üçün istifadə edilə bilər.
7. 
Əlilliyi  olan  şəxslər  və  onların  təşkilatları  milli,  yaxud  yerli  səviyyədə  hansısa 
məsələlər  üzrə  danışıb  razılığa  gəlmək,  icra  orqanlarına  təsir  göstərmək  üçün  bu 
sənəddən  istifadə  edə  bilərlər  (məsələn,  yerli    hökumət  qurumu  əlilliyi  olan  şəxslərin 
müstəqil yaşamasına dəstək verən başlıca sosial xidmətləri ləğv etməyə çalışanda).
8. 
Konvensiya  əlilliyi  olan  şəxslərə  qarşı  müsbət  münasibətləri  təşviq  etməlidir  - 
çünki hökumətin əlilliyi olan şəxslərin hüquq və ləyaqətinə hörmətin təbliği və bu sahədə 
maarifləndirmə  aparmaq,  onlara  qarşı  xürafat  yönümlü  pis  rəftarı  aradan  qaldırmaq  və 
onların cəmiyyətə verə biləcəyi töhfələr barədə təşviqat aparmaq üzrə öhdəliyi var. 
ƏOŞHDBMTK-da kimin hüquqları tanınır?
ƏOŞHDBMTK əlilliyi olan şəxslərin insan hüquqları barədədir. Bu, sağlamlıq məhdudiyyəti, 
xəstəliyi, zədəsi olan, cəmiyyətdə iştirak üçün maneələrlə üzləşən şəxs ola bilər. Bu sıraya 
eşitmə qabiliyyəti olmayan insanlar, qavrama, hissi, psixi, fiziki sağlamlıq məhdudiyyətləri, 
autizmi, epilepsiyası, İİV+ olan insanlar daxildir. 
Konvensiyada deyilir ki, «əlilliyi olan şəxs» kateqoriyasına uzunmüddətli sağlamlıq məhdudiyyəti olanlar 
aiddir. Ancaq bu anlayış qısamüddətli sağlamlıq məhdudiyyəti olan insanları da əhatə edə bilər. 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
42
Konvensiya əlilliyin sosial modelinə əsaslanır. Sənəd sağlamlıq məhdudiyyəti olan şəxslərin 
cəmiyyət tərəfindən yaradılmış maneələrlə kənarlaşdırılmasını etiraf edir – onlar əlçatımlı 
olmayan  xidmətlər,  mühitdən  doğan  maneələr,  xürafat  və  stiqma  vasitəsilə  əlil  edilirlər. 
Orada deyilir ki, maneələr zaman keçdikcə fərd üçün dəyişilir.
ƏOŞHDBMTK beynəlxalq ictimaiyyət qarşısında hansı 
öhdəlikləri qoyur? 
Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti 
dünyada  tanınır.  Konvensiya  buna  aydın  şəkildə  münasibət  bildirir  və  dövlətlərin  bir-biri, 
eləcə  də,  uyğun  beynəlxalq  və  regional  təşkilatlar,  vətəndaş  cəmiyyətləri  ilə  aşağıdakı 
şəkildə əməkdaşlıq etməsini onların qarşısına öhdəlik qoyur:
•  məlumat, təcrübə, təlim proqramları və ən yaxşı təcrübələrin paylaşılması yolu ilə 
potensialı artırmaq 
•  tədqiqat proqramları və elmi biliklərə əlçatımlılıqa kömək etmək
•  maliyyə yardımı və köməkçi texnologiyalarla təmin etmək.
Beynəlxalq  əməkdaşlığa  dair  ayrıca  maddə  daxil  etməklə  (maddə  32)  Konvensiya 
vurğulayır ki, əlilliyi olan şəxslər bütün bu fəaliyyətlərdə (onların arasında beynəlxalq inkişaf 
proqramları da var) iştirak etməlidirlər. Hər bir ölkədə əlilliyi olan şəxslərin böyük faizinin 
yoxsulluq içində yaşadığını nəzərə alsaq, bərabərsizlik və diskriminasiyanın güclənməsini 
aradan qaldırmaq üçün onları inkişaf proqramlarının planlaşdırılması və həyata keçirilməsi 
işinə cəlb etmək vacibdir.
Konvensiya təsdiq edir ki, əlilliyi olan şəxslərin insan hüquqlarının təşviqi üçün Konvensiyaya qoşulmuş 
dövlətlər, geniş ictimaiyyət, BMT-nin xüsusi agentlikləri, Dünya Bankı və digər inkişaf bankları, Avropa 
Komissiyası və Afrika İttifaqı kimi beynəlxalq və regional təşkilatlar mühüm rol oynamalıdır.
ƏOŞHDBMTK hökumətin üzərinə hansı öhdəlikləri qoyur?
Konvensiyanın  4-cü  maddəsinə  əsasən,  bu  sənədi  ratifikasiya  edən  dövlət  əlilliyi  olan 
şəxslərin  əsas  hüquq  və  azadlıqlarının  ayrı-seçkilik  qoyulmadan  tam  həyata  keçirilməsi 
öhdəliyini üzərinə götürmüş olur.
Hər bir dövlət ixtiyarında olan resursların əhəmiyyətli hissəsindən istifadə etməklə iqtisadi, 
sosial və mədəni hüquqların tədricən həyata keçirilməsi üçün tədbirlər görməlidir. Başqa 
sözlə,  tədricən  həyata  keçirmə  kimi  əks  olunan  bu  öhdəlikdə  bildirilir  ki,  çox  zaman  bu 
hüquqları  tamlığı  ilə  həyata  keçirmək  lazım  gəlir  (məsələn,  sosial  və  səhiyyə  xidməti 
sistemlərinin yaradılması və inkişaf etdirilməsi gərək olan ölkələrdə). 
Tədricən həyata keçirmə prinsipi Konvensiyaya qoşulan dövlətlərə konvensiya məqsədlərinə 
nail olmaq üçün elastik fəaliyyət imkanı verir ki, bu da inkişaf etməkdə olan ölkələr üçün 
xüsusilə əhəmiyyətlidir. Bununla belə, bu prinsip Konvensiya ilə qorunan hüquqlara təminat 
vermək  öhdəliyindən  dövlətləri  azad  etmir.  Məsələn,  dövlət  əlilliyi  olan  şəxsləri  sosial 
yardımdan kənarlaşdırmamalı və məhrum etməməlidir. 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
43
İqtisadi, sosial və mədəni öhdəliklərdən fərqli olaraq vətəndaş və siyasi hüquqların tədricən 
həyata keçirilməsinə icazə verilmir. Bu, o deməkdir ki, dövlətlər bu hüquqları qorumalı və 
onların dərhal həyata keçirilməsinə kömək etməlidir.
Konvensiya dövlətlər üçün aydın müəyyən olunmuş üç əsas öhdəliyi ehtiva edir:
1.  Hörmət öhdəliyi – dövlət əlilliyi olan şəxslərin öz hüquqlarından istifadəsinin qarşısını 
almaqdan  çəkinməlidir.  Məsələn,  əlilliyi  olan  şəxslər  üzərində  tibbi  eksperimentlər 
aparılmamalıdır, əlilliklə bağlı səbəbə görə şagird məktəbdən çıxarılmamalıdır. 
2.  Müdafiə  etmək  öhdəliyi  –  dövlət  üçüncü  tərəfin  əlilliyi  olan  şəxslərin  hüquqlarını 
pozmasının  qarşısını  almalıdır.  Məsələn,  özəl  sektordan  münasib  uyğunlaşdırmalar 
aparmaq qarışıq uyğun iş şəraiti yaratmasını tələb etməlidir. Dövlət əlilliyi olan şəxsləri 
pis, alçaldıcı rəftardan qorumaq üçün tədbirlər görməlidir.
3.  Həyata keçirmək öhdəliyi – əlilliyi olan şəxslərin hüquqlarını tam həyata keçirmək üçün 
dövlət müvafiq qanunvericilik, inzibati, maliyyə, hüquqi və digər tədbirlər görməlidir.
Hökumət Konvensiyanı ratifikasiya edəndə orada nəzərdə tutulan hüquqları reallaşdırmaq 
üçün praktik addımlar atmağı öhdəsinə götürür. Bunlar aşağıdakılardır:
 
•  əlilliyi olan şəxslərin bütün hüquqlarından istifadə edə bilmələri üçün addımlar 
atmaq (məsələn, münasib uyğunlaşdırma aparılmamasına qarşı tədbir görmək daxil 
ayrı-seçkiliyin bütün formalarından onları tam müdafiə etmək)
•  mövcud qanunları nəzərdən keçirmək və hansı dəyişikliklərin lazım olduğunu 
söyləmək
•  əlilliyi olan şəxslərə ayrı-seçkilik qoyan qanunları və təcrübələri ləğv etmək
•  lazım olduqca yeni qanunlar və siyasətlər qəbul etmək
•  hər bir məsələdə əlilliyi olan şəxslərin insan hüquqlarını nəzərə almaq (insanlar 
bunu çox zaman «əsas axına salma» adlandırırlar - əlilliyi olan şəxslərin 
kənarlaşdırılmaması üçün prosesin əvvəlindən bu barədə düşünmək)
•  əlilliyi olan şəxslərin Konvensiya hüquqlarını pozan addımlar atmaqdan çəkinmək 
•  əlilliyi olan şəxslərlə işləyən professionallara onların hüquqlarına necə hörmət 
qoymağı anlatmaq üçün təlim keçmək 
•  özəl sektor və fərdlərin əlilliyi olan şəxslərin hüquqlarına hörmətlə yanaşmasını 
təmin etmək 
•  standartların işlənib hazırlanması daxil olmaqla əlçatımlılığı təşviq etmək
•  beynəlxalq inkişaf proqramlarının əlillik məsələlərinin həllinə ünvanlanmasını, əlilliyi 
olan şəxslərin bu proqramlarda iştirakını, eləcə də digər beynəlxalq qurumlarla işini 
təmin etmək
•  irəliləyişin izlənməsi və daha yaxşı siyasətlərin işlənib hazırlana bilməsi üçün əlilliyi 
olan şəxslərin cəmiyyətdə mövqeyi barədə statistik məlumat toplamaq.
 
Konvensiya  «Tərəf  Dövlət»in  üzərinə  öhdəliklər  qoyur.  Ancaq  Konvensiya  üzrə  əksər 
hüquqların  müdafiəsi  və  təşviqi  regional  və  yerli  hökumət  qurumlarından,  digər  milli 
qurumlardan asılıdır. Buna görə də hökumət öz qurumlarının (məsələn, yerli səhiyyə şöbələri, 
yerli şuralar, müfəttişliklər, polis) Konvensiyanın həyata keçirilməsi məqsədilə lazım olanları 
etməsi üçün tədbirlər görməlidir. 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
44
Əgər hökumət belə tədbirlər görə bilməzsə, bu, Konvensiyanın pozulması ola bilər. 
ƏOŞHDBMTK-da  müxtəlif  növ  hüquqların  olduğunu  qeyd  etmək  lazımdır.  Bəzi  hüquqlar 
hökumətə çeviklik verir, bəziləri isə yox. Məsələn, kimisə həyatdan məhrum etməyə və ya 
kiməsə  işgəncə  verməyə  heç  zaman  icazə  verilmir.  Digər  hüquqlar  qanunda  göstərilməli 
olan bəzi situasiyalarda məhdudlaşdırıla bilər: məsələn, insanın azadlıq hüququ var, ancaq 
qanunda nəzərdə tutulan pozuntuya görə o, həbs oluna bilər. 
Konvensiyadakı hüquqların çoxu hökumətdən qabaqlayıcı tədbirlər görməyi tələb edir. Ancaq 
Konvensiya bunu da bildirir ki, ölkələrin çoxu bəzi hüquqları əlilliyi olan bütün şəxslər üçün 
dərhal reallaşdırmağa qabil olmaya bilər. Bununla belə, hökumət imkan daxilində hər şeyi 
etməyə çalışmalı və əlilliyi olan şəxslərin öz insan haqlarından mümkün qədər tez faydalanması 
üçün bütün resurslardan yararlanmalıdır. Bu, çox zaman “proqressiv reallaşdırma” adlanır. 
[BMT bir çox əsas problemlərin artıq həll olunduğu Britaniya kimi nisbətən varlı ölkənin öz 
öhdəliklərini inkişaf etməkdə olan ölkədən daha yaxşı yerinə yetirəcəyini gözləyə bilər.] 
Hökumətlər hüquqların yaxşılaşdırılması üzərində işləyərkən:
  
•  əlilliyi olan şəxsləri öz insan hüquqlarının istifadəsindən məhrum edən addımlar 
atmaqdan çəkinməli və  
•  hər bir kəsi ərzaq və sığınacaq ehtiyacları, səhiyyə xidməti və təhsilin əsas səviyyələri 
baxımından minimum dəstəklə təmin etməlidir.
Qeyd-şərtlər
Hökumət  Konvensiyanı  ratifikasiya  edəndə  oradakı  bir  sıra  maddələr  və  bir  şərh  edilən 
bəyannamə ilə bağlı qeyd-şərtlər etdi. Qeyd-şərt hökumətin müəyyən məsələ üzrə hələlik 
addım atmayacağını bildirir. Şərh edilən bəyannamə müəyyən maddənin hökumətin anlamında 
nəyi  bildirdiyini  və  onun  bu  tərzdə  şərh  olunması  şərti  ilə  ratifikasiyasına  razılaşacağını 
göstərir. 
ƏOŞHDBMTK-nı həyata keçirmək kimin işidir?
Hökumət Konvensiyanın həyata keçirilməsini təmin etməyə məsuldur.
Konvensiya bunun üçün hər bir hökumətin «əlaqələndirici nöqtə və mexanizm» yaratmasını 
tələb edir.
Əlilliyi olan şəxslərin və onların təşkilatlarının hansı rolu var?
ƏOŞHDBMTK-da  deyilir  ki,  vətəndaş  cəmiyyəti,  xüsusilə  də,  əlilliyi  olan  şəxslər  və  onların 
təşkilatları  Konvensiyanın  həyata  keçirilməsinin  monitorinqində  yaxından  iştirak  etməlidir. 
Hökumət  irəliləyişin  monitorinqini  aparanda  əlilliyi  olan  şəxslərin  həmin  prosesdə  tam 
iştirakını təmin etməlidir.
«Vətəndaş cəmiyyəti» o deməkdir ki, burada təmsil olunan fərdlər və təşkilatlar hökumətin 
tərkibinə daxil deyil. Buraya aşağıdakılar aiddir:

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
45
•  insan hüquqları pozuntularının birbaşa aid olduğu insanlar 
•  müstəqil yaşayış mərkəzləri, özünütəşviq qrupları, əlçatımlı qrupları, yerli əlil təşkilatları 
daxil olmaqla onlarla işləyən könüllü təşkilatlar 
•  etiqad qrupları, gənclər qrupları, yaşlılar qrupları, qadın qrupları, lesbian, gey və 
biseksual insanların qrupları kimi digər könüllü təşkilatlar
•  əlilliyi olan uşaqların valideynləri və əlilliyi olan şəxslərin ailələri
•  insan hüquqları təşkilatları
•  həmkarlar ittifaqları 
•  professional qruplar.
Əlil  qrupları  Konvensiyadan 
danışıq  aparmaq  vasitəsi,  təşviq  və  hüquqi  məsələlərdə 
arqument gətirmək üçün istifadə etməlidir. Monitorinq və həyata keçirmə prosesinə təsir 
etmək  üçün  ən  güclü  alət  kölgə  hesabatların  yazılmasıdır  ki,  onların  vasitəsilə  əlilliyi  olan 
şəxslər və onların təşkilatları Konvensiyaya əsasən hüquqlara hörmət, onların müdafiəsi və 
təşviqi üçün hökumətin etdikləri (və ya etmədikləri) barədə fikirlərini bildirir. Bu işi hər kəs 
görə bilər. Bu, hökumət üzərində qarşılıqlı balans və nəzarəti saxlayır.
BMT-nin rolu
BMT  Konvensiyanı  ratifikasiya  edən  hər  bir  ölkədə  monitorinq  aparmaq  üçün  əlilliyi  olan 
şəxslərin hüquqları üzrə ekspertlər komitəsi yaradıb. Onun faktiki adı «Əlilliyi olan Şəxslərin 
Hüquqları  üzrə  Komitə»dir,  ancaq  bu  bələdçi  materialda  biz  onu  BMT  Əlillik  Komitəsi 
adlandırırıq. 2010-cu ildə komitənin 12 üzvü vardı ki, bunlardan da 9-u əlilliyi olan şəxslər idi.
BMT Əlillik Komitəsi:
•  Konvensiyadakı müəyyən hüquqların necə şərh olunması (məsələn, onlar Tərəf Dövlətin 
hansı addımlar atmasını gözləyir) barədə Ümumi Tövsiyələr/Ümumi Şərhlər verə bilər;
•  Tərəf Dövlətin Konvensiyaya uyğunluğunu monitorinq edib, əlilliyi olan şəxslərin insan 
hüquqlarını gerçəkləşdirmək üçün hökumətin daha nə etməli olduğu barədə tövsiyələr 
verə bilər. Azərbaycan hökuməti BMT Əlillik Komitəsinə ilk hesabatını 2011-ci ilin yanvar 
ayında təqdim edib.
BMT  Əlillik  Komitəsinin  bəzi  səlahiyyətləri  Konvensiya  ilə  bağlı  olan  «Əlavə  Protokol»  adlı 
ikinci razılaşmadan gəlir. 
Siz BM Əlillik Komitəsinin insan hüquqları pozuntusu ilə 
bağlı təhqiqata başlamasına necə nail ola bilərsiniz?
BM Əlillik Komitəsi Konvensiya və Əlavə Protokolu ratifikasiya etmiş ölkənin yol verdiyi ciddi 
və ya geniş yayılmış Konvensiya pozuntusu ilə bağlı təhqiqat aparmağa başlaya bilər. “Geniş 
yayılmış” o deməkdir ki, pozuntular çox insana təsir göstərir və/və ya düşünülmüş siyasətin 
tərkib  hissəsidir.  Təhqiqata  ehtiyac  olduğunu  qərarlaşdırmazdan  əvvəl  komitənin  iddia 
edilən pozuntularla bağlı tutarlı dəlillərə ehtiyacı var. Fərdlər və ya təşkilatlar belə dəlilləri 
təqdim edə, yaxud da hüquq pozuntularını BMT Komitəsinin nəzərinə çatdırmaq üçün “fərdi 
kommunikasiya proseduru”ndan istifadə edə bilərlər.   

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
46
Digər  konvensiyalar  üzrə  aparılmış  təhqiqatların  da  təcrübəsi  göstərir  ki,  bunlar  insan 
hüquqlarının pozulmasını dayandırmağın və dəyişikliyə nail olmağın ən təsirli yoludur.  
 
ƏOŞHDBMTK yerli qanunlarla necə əlaqələnir?
Hökumət  ölkədəki  qanunların  Konvensiyanın  tələblərinə  uyğun  olmasını  təmin  etməlidir. 
Belə olmazsa, qanunlara dəyişiklik edilməlidir. Qanunlarımız və ya onların həyata keçirilməsi 
Konvensiyanın tələblərini ödəmirsə, hökuməti cavabdeh etməyin bir sıra yolları var. 
Əgər əlilliyi olan şəxs Konvensiya üzrə hüquqlarının pozulduğuna inanırsa, hökuməti və ya 
hər  hansı  dövlət  qurumunu  məhkəməyə  verə  bilər,  çünki  Konvensiya  yerli  qanunların  bir 
hissəsi deyil. Ancaq insan hüquqları və ya əlilliyin diskriminasiyası qanunvericiliyi ilə bağlı 
işlər məhkəməyə verilərkən Konvensiya mühüm dəstəkverici rol oynaya bilər.
http://www.un.org/disabilities/Convention/Conventionfull.shtml 
Əlillik və gender 
Beynəlxalq  miqyasda  əldə  olunmuş  faktlar  əlilliyi  olan  qadınların  adekvat  mənzil,  səhiyyə 
xidmətləri,  təhsil,  peşə  hazırlığı  və  yardımçı  cihazlara  çıxış  baxımından  xüsusilə  əlverişsiz  
vəziyyətdə olduğunu göstərir. Onların institusionallaşdırılması da daha çox ehtimal olunur. 
Əlilliyi olan qadınlar işə qəbul edilərkən, vəzifədə irəli çəkilərkən və onlara bərabər iş üçün  
ödəniş edilərkən ayrı-seçkiliklə üzləşirlər. İctimai qərar qəbul edilməsi prosesində də onlar 
nadir hallarda iştirak edirlər.
Onlar həyatın bütün sahələrində - sosial, mədəni, siyasi və iqtisadi sahələrdə ayrı-seçkiliyə 
məruz qalırlar. Onların cinsi zorakılıq qurbanı olması daha çox ehtimal edilir. İnkişaf etməkdə 
olan ölkələrdə əlilliyi olan şəxslər cəmiyyət tərəfindən zorakılıq, stiqma və rədd edilməyə 
xüsusilə həssasdırlar. Onların çoxunun özünüqiymətləndirməsi aşağı səviyyədə olur, təhsil  
almırlar  və  adətən,  ailənin  ən  yoxsul  üzvü  olurlar.  Çox  vaxt  onlar  “evlənmək  üçün  uyğun 
olmayan” sayılırlar ki, bu da qadınların rolunun daha məhdud olduğu ənənəvi cəmiyyətlərdə 
böyük bir çatışmazlıqdır.
Ərəb regionunda əlilliyi olan qadınlar ən həssas və təcrid olunmuş sosial qruplardan biridir. 
Daha mühafizəkar ərəb icmalarında adət-ənənə və sosial normalar qadınların ayrı-seçkiliyin  
çıxılmaz vəziyyətinə düşməsi üçün tələ rolunu oynayır. Bununla da onların nigah, adekvat 
təhsil və reabilitasiya imkanları, iqtisadi-ictimai fəaliyyətlərdə iştiraka çıxışı azalır (BMT-nin 
İqtisadi və Sosial Şurasından götürülüb). 
Təşkilatlar əlilliyi olan qadınların xüsusi ehtiyaclarını tanımayan siyasət və proqramlar hazırlamaqda 
davam edir. Qadın təşkilatları əlilliyi olan qadınları cəlb etmək üçün onlarla əlaqə yaratmır və ya  
buna səy göstərmir. Əlillik təşkilatlarında isə qərarverici postları əsasən kişilər tuturlar.
Dəyişikliyin idarə olunması: əlilliyin inkişaf prosesinin əsas qrupuna daxil edilməsi, iyun 
2012-ci il  
http://www.escwa.un.org/information/publications/edit/upload/E_ESCWA_
SDD_12_B-1_e.pdf 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
47
Əlilliyi  olan  qadınlar  üçün  əsas  narahatlıq  doğuran  sahələrdən  bəziləri  aşağıda  göstərilib 
(“Qadın və gender üzrə inkişafı inklüziv edin” vasitələr toplusundan götürülüb). 
Bu  səbəbdən,  əlilliyi  olan  qadınlar  Birləşmiş  Millətlər  Təşkilatının  Əlilliyi  olan  Şəxslərin 
Hüquqları haqqında Konvensiyasında onların hüquqları və vəziyyətləri üzrə ayrıca maddənin 
yer alması uğrunda mübarizə apardılar. Onlar uğur qazandılar: Konvensiyanın 6-cı maddəsi 
“Qadınlar” adlanır. 
Əlilliyi olan qadınlar üçün narahatlıq doğuran sahələrin bəziləri bunlardır:
 
•  Təhsil: əlilliyi olan qızların əlilliyi olan oğlanlara nisbətən məktəbə getmək ehtimalı daha 
azdır. 
•  Məşğulluq: əlilliyi olan qadınlara kredit vəsaitlərinin verilməsi və ya onların işə 
götürülməsi  daha az ehtimal olunur. 
•  Zorakılıq: əlilliyi olan qadın və qızlar xüsusilə də ev şəraitində zorakılığa çox 
həssasdırlar. Ən çox da əqli və/və ya eşitmə əlilliyi olan qadınlar arasında cinsi zorakılıq 
geniş yayılıb. 
•  Səhiyyə xidmətləri: səhiyyə işçiləri çox vaxt əlilliyi olan qadın və qızlara müvafiq ailə 
planlaşdırılması xidmətləri və üsulları haqqında məsləhət verməkdən imtina edirlər. 
“Əlillik və gender üzrə inkişafı inklüziv edin” vasitələr toplusundan götürülüb:
 http://www.make-development-inclusive.org/toolsen/03_mainstreaming.pdf 
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə