Bmt-nin Qadınlara qarşı ayri-seçkiliyin bütün növ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix23.12.2016
ölçüsü0,85 Mb.
1   2   3   4   5

21

 

The European Commission for the Efficiency of Justice





 

AZERBAIJAN: Evaluation exercise - 2012 Edition . 



 

22 


Buna  baxmayaraq,  qadınların  media  qurumlarının  qərarverici  orqanlarında  təmsilçiliyi 

kifayət  qədər  aşağı  rəqəmlərlə  ifadə  olunur:  90  KİV  redaksiyasından    yalnız  10-unun 

rəhbəri qadındır. Bunun nəticəsidir ki, çox zaman KİV qadınların bacarıqları barədə mənfi 

stereotipləri  və  ənənəvi  düşüncə  tərzlərini  təbliğ  edir,  qadınların  daha  çox  qurbana 

çevrilməsini  xüsusi  ilə  işıqlandırır,  onların  müsbət  dəyişikliyə  səbəb  olacaq  özünəməxsus 

töhfə  vermə  bacarıqlarına  isə  diqqət  yetirmirlər.

 

Qadın  jurnalistlər    kütləvi  informasiya 



vasitələrindən  kişilər  kimi  istifadə  etməlidirlər.  Onlar  daha  sərbəst  olmalıdırlar.  Həm 

kişilər və həm də qadınlar üçünbərabərliyinin təmin olması üçün vacibdir. 

 

2012-ci  ilin    məlumatlarına  görə



22

,  iqtisadi  fəal  (məşğul  və  işsizlərin  ümumi  sayı) 

qadınlar  49,1%,  işsiz  qadınlar  58,3%,  məşğul  (muzdla  işləyənlər  və  özüməşğul  əhali) 

qadınlar  –  48,6%,  təşkil  edir.  Kənd  təsərrüfatı  ilə  məşğul  olanların    –  23%  -ni, 

elektroenerji, qaz və su təchizatı sahəsində - 14%-ni, tikinti sahəsində - 6,8%-ni,  ticarət – 

33%-ni, mehmanxana və restoran, iaşə sektorunda – 27,7%-ni, nəqliyyat, rabitədə - 17%-

ni,  təhsildə  -  71%-ni,,  səhiyyə  və  sosial  xidmətlərdə  -  77,6%-ni,  peşə,  elm  və  texniki 

fəaliyyət sahəsində 41,1%-ni qadınlar təşkil edir.   

 

Qərarların  qəbul  olunmasında  rolların  bölünməsi    ölkədə  üstüörtülü  ayrı-  seçkiliyin 



olmasını  sübut  edir.  Bu,  həmiçinin  cəmiyyətin    aşağı  səviyyəli  gender  idrakı  və 

qadınların özlərinə inamsızlığı - bunlar siyasi və sosial həyatda qadınların fəaliyyətlərinin 

artırılmasına mane olan səbəblərdir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə  qadınların 

maarifləndirilməsi  ilə  bağlı  dövlət  və  qeyri-dövlət  struktuları  müxtəlif  layihələr  həyata 

keçirirlər. 

 

―Qadınların inkişafı naminə ictimai maraqların qorunması‖ layihəsi çərçivəsində sorğuda 



iştirak  edən  qadınlar  da  ölkədə  qadınların  vəziyyətinə  öz  münasibətlərini  bildirmişlər. 

Onlardan  65%  -i    ölkənin  qanunverici  orqanı  olan  Milli  Məclisdə  qadınların  sayının  az 

olduqlarını  bildirmişdilər.  Onların  fikrincə  ali  qanunverici  orqanda  qadınların  sayı  çox 

olarsa  qadınların problemləri  də  bir qədər  asan  həll olunar.  15%    iştirakçı  bu  problemə 

münasibət  bildirməkdə  çətinlik  çəkmişlər.  20%  isə  qadınların  sayının  artmasının 

problemin həllinə təsir etməsinə şübhə ilə yanaşmışlar. 

                                                 

22

 Azərbaycanda qadınlar və kişilər. Azərbaycan Respublikası Statistika Komitəsi, 2012 



 

23 


 

Cəmiyyətin  gender  bərabərliyinə,  qadınların  siyasi,  sosial  və  iqtisadi  sahələrdə  kişilərlə  

balanslaşdırılmış  iştiraketmə  məsələsinə  münasibətlərini  aparılan  sorğular  vasitəsilə 

müəyyən etmək olur. Sorğuda iştirak edənlərin 85 %  qadınların ictimai həyatda, biznes 

və  siyasət  də  daxil  olmaqla  daha  aktiv  iştirak  etməsinin  tərəfdarı  olduqlarını,  15%  isə 

cavab verməkdə çətinlik çəkdiklərini bildirdilər. Sorğuların nəticəsinə görə yaş həddi 41-

50 olan qadınların iqtisadi aktivliyi daha yüksək olub təxminən 40%-dir.  

 

Novxanıdan  olan  qadın  iştirakçı:  ―Bərabər  hüquq  -  bu  ilk  əvvəl  puldur.  Maddı 



imkansızlıq  qadınlara    qərar  qəbulunda  iştirak  etmələrinə  mane  olur,  onlarda  özlərinə 

inamsız yanaşırlar‖.  

 

Masallıdan olan qadın: ―Rayon yerlərində yalnız kişilər deyil,  əksər qadınlar belə hesab 



edirlər  ki,  qadın  işləməməlidir,  uşaqlarının  yaşından  asılı  olmayaraq  evdə  oturub 

təsərrüfat işləri ilə məşğul olmalıdır.‖ 

 

Novxanıdan olan kişi : ―Mənim evdə gəlinim var, o ev işləri ilə məşğul olur, ona görə də 



həyat yoldaşım  işləyir. Cavan olanda o da işləmirdi‖.  

 

Rayonlarda qadınların sosial passivliyi onların böyük hissəsinin işsiz olması ilə bağlıdır. 



Bu  isə

 

öz  növbəsində  qadınların  ictimai  əlaqə  dairələrinin  həddən  artıq  kiçik  olduğunu 



göstərir.  ―Qadınlar ev işlərindən başqa heç nə ilə məşğul deyillər.  İlk növbədə qadınları 

qazla,    su  ilə  təminin  etmək  lazımdır,  yollar  çəkilməli  və  iş  yerləri  açılmalıdır.    Sivil 

şəraitdə  qadınlar  daha  fəal  olarlar.  Onları  müxtəlif  tədbirlərə  dəvət  etmək,  dünya 

görüşlərini artırmaq lazımdır.  Bundan sonra onların baxışları da dəyişər‖- dinləmələrdə 

iştirak edən qadının  fikri.

  

 



Gənc  qadın  və  qızların  iqtisadi  və  ictimai  aktivlyinin  zəifliyini  sorğunun  keçirildiyi 

ərazilərdə ailələrin çoxuşaqlı olması, uşaq baxçalarının olmaması və  ya aşağı səviyyəsi, 

ev işlərinin çoxluğu və cəmiyyətdə kişi əməyinin qadın əməyindən üstünlüyü stereotipi 

ilə izah etmək olar. 

 


 

24 


Neftçaladan  olan  qadın  qadınlar  üçün  hər  işin  müvafiq  olmadığını  geyd  etdi.  Onun 

fikrincə  qadınların  karyeralarının  artmasına  mane  olan  ailələrdə  kişilərin  işə 

münasibətidir  və  burada  əsas  rolu  məvacibin  böyük-kiçik  olması  deyil,  işin  təyin 

edilmiş vaxt ərzində başa çatmasıdır.  

 

Sorğu iştirakçılarının əksəriyyəti son zamanlar qadınların öz sosial əhəmiyyətlərini daha 



dərindən  dərk  etmələrini,  ictimai  həyatda  və  əmək  bazarında  onlar  öz  mövqelərini 

tutmağa  çalışdıqlarını  qeyd  etdilər.  Respondentlər  cəmiyyət  mövcud  olan  gender 

stereotipinin qadınların inkişafına sədd çəkdiyini  xüsusilə vurğuladılar. 

 

Qadınların  rəhbər  vəzifələrdə  çalışmalarını    məhdudlaşdıran  amillərdən  biri  də    bu 



vəzifə sahiblərinin iş saatından sonra işdə qalıb işləmək imkanlarının məhdud olmasıdır. 

Adətən yüksək vəzifələrdə çalışanlar iş saatından sonra iş yerində qalıb işləyirlər ki, bu 

da  ailəli  qadınlar  üçün  mümkün  olmayan  bir  haldır.  Bu  səbəbdən  də  çox  vaxt  ailəli 

qadınlar könüllü olaraq rəhbər vəzifələrə getməkdən imtina edirlər. 

 

30  faiz  qadının  yalnız  Konvensiya  haqda  məlumatlı  olduğu  məlum  oldu.  Bu  qadınların 



əksəriyyəti  müəllim  və  həkim  idi.  Lakin  onların  Konvensiyanın  mahiyyəti  haqqında 

anlayışları  çox  aşağı  idi.  İştirakçıların  əksəiyyəti  ―Məişət  zorakılığının  aradan 

qaldırılması  qanunu‖  haqda  məlumatlı  idilər.    Lakin    onlar  qanunun  həyata  keçməsinə 

şübhə  ilə  yanaşırdılar.  Qeyd  etmək  lazımdır  ki,  qanunla  əlaqədar  həm  Ailə,  Qadın  və 

Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  və  həm  də  bir  çox  QHT-lər    əhali  arasında 

məlumat kampaniyaları aparmışlar.  

 

Respondentlərin    60  %    cəmiyyətdə  ayrı-seçkiliyin  mövcud  olduğdunu  və  bunun  



cəmiyyətdə növcud olan stereotiplər və patriarxal dəyərlər,  eləcə də qadınların ictimai və 

fəaliyyətlərinə  mane  olan  ailə  və  ev  qayğıları,  resurslara  çıxış  ilə  bağlı  olduğunu 

göstədilər (diaqram 3).  


 

25 


                 

0

0,1



0,2

0,3


0,4

0,5


0,6

Ailə qayğıları

Stereotiplər

İnfrastruktur

Kredit alma

 

                Diaqram 3. Qadınların ictimai fəaliyyətlərinə mane olan amillər. 



 

Sorğuda  iştirak  edənlərin    40%  isə    qadınların  özlərinin  qeyri-fəal  olduqlarını  qeyd 

etdilər. Mövcud vəziyyətdən çıxış kimi, onlar istər qadınlar və istərsə də kişilər arasında 

maarifləndirmə  işlərinin  aparılmasını,  qadınların  məişət  qayğılarının  azaldılmasını, 

qadınların  daha  savadlı,  daha  peşəkar  olmalarını  və  öz  hüquqlarını  bilmələrini  qeyd 

etdilər. Onların fikrincə savadlı, bacarıqlı   qadın istədiyinə nail ola bilər.  

 

Dəyirmi masalarda iştirak edən kişi – ―Qadınların yaşayış şəraitinin yaxşılaşdırılması və 



onların ölkənin sosial və iqtisadi həyatında fəal iştirak etmələri ilə gücləndirilməsi uzun 

müddətli davamlı inkişaf üçün əsas ola bilər. Bu  ailədə harmoniyaya və digər sahələrdə 

yüksək rifaha da təsir göstərər‖.  

 

İqtisadiyyatın və digər fəaliyyət sahələrinin müəyyən sferalarında qadınların və kişilərin 



üstünlük  təşkil  etmələri  dünya  üzrə  geniş  yayılmış  haldır.  Belə  ki,  qadınların  üstünlük 

təşkil  etdikləri  sahələr  kişilərin  üstünlük  təşkil  etdikləri  sahələrə  nisbətən  daha  aşağı 

statusa  və  daha  az  əmək  haqqına  malikdir.  Azərbayjanda  gender  üzrə  mövcud  olan 

məlumatlar  göstərir  ki,  qadınlar  səhiyyə,  sosial  müdafiə,  təhsil  kimi  sosial  xidmətlər 

sektorunda  və  digər  ictimai  xidmətlərdə  cəmləşməyə  meyllidirlər.  Səhiyyə  sektorunda 

əmək haqqı ölkə üzrə orta əmək haqqının təxminən 30%-ni təşkil edir, təhsil sektorunda 

isə,  bu  rəqəm  70%-dir.    Gender  üzrə  məşğulluq  statistikası  iqtisadiyyatın  yalnız  formal 

sektorunu əhatə etdiyindən və işçi qüvvəsinə dair müntəzəm sorğular keçirilmədiyindən, 

bütövlükdə,  iqtisadiyyatda  əməyin  sektorlar  üzrə  bölgüsü  haqqında  dolğun  məlumat 

yoxdur.    Statistik  məlumatlarda  qadınların  əmək  haqqının  kişilərə  nisbətən  aşağı  olması 



 

26 


tendensiyası müşahidə olunur. 

Qadınlar əksərən günün yarısı çalışa bilərlər, ailəylə bağlı 

səbəblərə  görə  karyera    haqda  fikirləşmirlər,  ən  əsası  yüksək  maaşlı  işlərə  sahib  ola 

bilmirlər.  

 

Aparılan  sorğuların  təhlili  də  peşə  seçimində  cins  bölgüsünün  olduğunu  bir  daha  təsdiq 



etdı. Belə ki, həm sorğularda və həm də  dinləmələrdə iştirak edənlər qadınların  müəllim, 

həkim  peşələrini  daha  yaxşı  yerinə  yetirmələrini  vurğuladılar.    Axır  vaxtlar  banklarda 

qadınların sayının artması müşahidə olunur. Təəssüf olsun ki, burada da qadınlar rəhbər 

vəzifələrdə deyil, əməliyyatçı vəzifəsində işləyirlər.  Qadın və kişinin eyni bir işi yerinə 

yetirə  bilərmi  sualına  isə  respondentlərin    müsbət  cavabları  50%-dən  aşağıdır  (diaqram 

4).  



                

0

5

10

15

20

25

30

35

40

Masallı

Neftçala

Novxanı

 

 Diaqram 4. Qadın və  kişinin eyni bir işi  yerinə  yetirə bilməsinə  müsbət  münasibət (% 



ilə). 

 

Dinləmələrin  nəticəsi  kimi,  məlum  oldu  ki,    qadın  məşğulluğunun  təmin  olunmasına 



obyektiv  və subyektiv  maneələr təsir göstərir. Subyektiv  maneələrin aradan  qaldırılması 

nisbətən  sadə  və  asan  olsa  da,  obyektiv  maneələrin  -  fizioloji,  ailə-məişət  işlərinə 

bağlılığı,    təklif olunan işləri həmişə  qəbul edə  bilməmələri, işləmək üçün  uzaq  yerlərə 

getmək  imkanlarının  məhdud  olması,  milli  adət-ənənə,  analıq  funksiyası  və  s.  aradan 

qaldırılması bir qədər mürəkkəb prosesdir. Bu səbəbdən də, məşğulluq sferasında gender 

bərabərliyinin təmin olunması üçün qeyd olunan amillərin aradan qaldırılması bir o qədər 

də asan deyil.  


 

27 


 

Bütün  bunlar  problemin  cəmiyyətdə  dərkedilmə  dərəcəsinin  artırılmasının  və  müxtəlif 

səviyyələrdə  qadınların fəallaşdırılmasının vacibliyini göstərir.  Qadınların öz hüquqları 

və  imkanları  barədə  maarifləndirilməsinin  səviyyəsinin  artması  onlara  ictimai  həyatda 

daha aktiv iştirak etməyə kömək edə bilər. Lakin maarifləndirici işlər tək qadınlara yox, 

həmçinin  kişilərə  də  istiqamətləndirilməlidir.  Kişilər    siyasi-ictimai  həyatda  qadınlarla  

bərabər  təmsil  olunmalı  olduqlarını    və  bunun  ümumilikdə  cəmiyyət  üçün  faydalı 

olacağını başa düşməlidirlər. 

 

Azərbaycanda  qadinlarin  vəziyyəti  ilə  əlaqədar  yuxarıdıkıları    nəzərə  alsaq    belə  nəticə 



çıxartmaq  olar  ki,  inzibatı    və  dövlət    işçilərinin    gender    haqda  mükəmməl  anlayışları 

olmadığından  həyata  keçirdikləri  fəaliyyətdə  gender  aspektlərinin  nəzərə  alınması  şübhə 

yaradır. Yuxarıda qeyd olunduğu kimi son vaxtlar Azərbaycanın bütün nazirliklərdə, yerli 

hakimiyyət  idarələrində  və  digər  dövlət  strukturlarında  yaradılan  Gender 

Əlaqələndiricilərin vəzifələri hakimiyyət strukturu çərçivəsində bütün siyasət planlarında 

və proqramlarda gender anlayışı perspektivlərinə dair atılan müsbət bir addımdır

23

. Lakin, 



görülən  tədbirlərin  yeniliyi  və  təcrübə  azlığı  mexanizmin  inkişafında  böyük  bir  boşluq 

yaradıb.   Bu boşluğun doldurulması    qadınların qərar qəbul etmədə təmsil olunmasının 

gücləndirilməsi siyasətini daha böyük nailiyyətlərə gətirə bilər. 

 

Gender  Əlaqələndiricilərin  işinin  düzgün  formalaşdırılması,  gender  anlayışına  dair 



peşəkar  işçi  heyətini,  nazirlik  departamentlərini,  agentlikləri,  araşdırma  mərkəzlərini, 

məktəbləri, universitetləri, peşəkar təşkilatları və digərlərini məlumatlandırmaq, məsləhət 

vermək  və  dəstəkləmək  istiqamətində  aparılan  çox  qiymətli  bir  töhfədir.  Bu 

Əlaqələndiricilərin vəzifəsinə müntəzəm görülən işə yeni və vacib məsuliyyət və öhdəlik 

əlavə edir. 

 

Əksər  hallarda  Əlaqəlndiricilər  gender  məsələlərinə  dair  mütəxəssis  olmurlar,  onlar 



gender  məsələləri  ilə  bağlı  formal  təlim  kursu  keçmirlər,  hətta  daha  öncə  bu  sahədə 

işləməyiblər  və  bu  sahəyə  aid  lazımi  ədəbiyyatla  belə  tanış  olmayıblar.  Bunları  nəzərə 

                                                 

23

   Handbook  for  Gender  Focal  Points  in  UNESCO  National  Commissions  (The  Section  for  Women  and  Gender 



Equality Bureau of Strategic Planning, 2005)  

 


 

28 


alaraq Əlaqələndiriciləri iş müddəti ərzində tələb olunan peşəkar inkişaf imkanları ilə, o 

cümlədən  səlahiyyətlərinin inkişafına dair ilkin proqramlarla təmin etmək çox vacibdir. 

Həmçinin  Əlaqələndiricilər  üçün  hakimiyyət  strukturunun  digər  sahələrində  çalışan 

gender mütəxəssislərinin məsləhətləri və dəstəyini əldə etmək imkanı yaradılmalıdır.    

 

Gender  bərabərliyinə  həm  qanun,  və  həm  də  cəmiyyətin  idrak  müstəvisindən  yanaşmaq 



lazımdır.    Birinci  müstəvidə    mövcud  siyasəti    qadınların  maraqlarına  yönələtməkdir. 

Məsələn,  qadınların  rəhbər  vəzifələrdə,  seçkili  orqanlarda  sayının  artırılması.    İkinci 

müstəvidə  isə  qender  bərabərliyinin  fundamental  xarakter  daşıması  nəzərə  alınmalıdır.  

Siyasi  iradə  və  qanunvericilik  aktları  istənilən  sahədə  qender  tarazlığını  təmin  etmək 

üçün  kifayət  deyil.  Cəmiyyəti  buna  hazırlamaq  lazımdır.  Bunun  üçün  qender  qeyri-

bərabərliyinin  cəmiyyətdə  kök  salan  prinsiplərdən  irəli  gəlməsini  qəbull  edərək  bu 

prinsiplərin transformasiyasına nail olmaq lazımdır.  

 

Yuxarıda qeyd olunan problemlərin araşdırılması 



 

qanunverici bazanın tam mükəmməl olmamasını, 

 

icra mexanizminin işlənib hazırlanmamasını,  



 

hakimiyyətin bütün səviyyələrində qender yaxınlaşmasının nəzərə alınmamasını, 

 

hökumət,  vətəndaş  cəmiyyəti  və  biznes  strukturlar  arasında  əməkdaşlığın 



olmamasını, 

 

resurslardan bərabər istifadə edilməməsini



 

qadınlara qarşı zorakılığın olmasını göstərir. 

 

 Bu problemlərin yaranmasına təsir göstərən faktorlardan biri də Qarabağ münaqişəsidir. 



 

Azərbaycanda  gender  hüquq  bərabərliyi  məsələləri  üzrə  fəaliyyət  göstərən  xüsusi  bir 

dövlət  qurumu  yoxdur.  Ölkədə  qadın  siyasətinin  problemləri  ilə  məşğul  olan  yeganə 

qurum 2006-cı ildə yaradılmış Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsidir. 

Qurumun  adından  göründüyü  kimi,  qadın  problemləri    qadının  cəmiyyətin  bütün 

sferalarında  fəaliyyətə eyni imkanlarla çıxışı kimi deyil,  ailə, uşağa qayğı kontekstində 

həll olunur.  

 


 

29 


4. KONVENSĠYANIN  10-CU MADDƏSĠ:  TƏHSĠL 

SAHƏSĠNDƏ QADINLARA  QARġI AYRI-SEÇKĠLĠYĠN 

ARADAN QALDIRILMASI 

 

 

 

Konvensiyanın  10-cu  maddəsi  təhsilə  aiddir.  Bu  maddə  dövlətlərdən  qadınların  təhsil 

sahəsində  ayrı-seçkiliyin  bütün  formalarının  aradan  qaldırılmasından  ötrü    ―bütün 

müvafiq‖ ölçülərin götürülməsini tələb edir. Buna nail olmaq üçün qız və qadınlar üçün 

ibtidai və orta təhsil icbari olmalıdır. 

CEDAW  Komitəsinin  CEDAW/C/AZE/Q/4/26.05.09  Add.1    tövsiyələrində  təhsillə 

bağlı  qızların  ənənəvi    qadın  peşələrinə  sahib  olmalarından  və  bunun  nəticəsində  yeni 

ixtisaslarla bağlı işlə təmin oluna bilmədiklərindən və təhsil və elm sahələrində qadınların 

rəhbər vəzifələrdə saylarının az olması ilə bağlı narahatçılıq qeyd olunmuşdur. 



 

 

Təhsillə bağlı əsas problemlər aĢağıdakılarla əlaqədardır : 

 

• Qızların orta təhsildən yayınma riskləri

• Peşə və ali məktəblərdə qender seqreqasiyası;  

• Dərsliklərdə qender qeyri-bərabərliyi.   

 

Azərbaycanda  bir  sistemdən  digər  sistemə  keçid  siyasi  -  sosial  sahələrdəki  dəyişikliklər 



patriarxal  ideologiyanın  güclənməsinə  səbəb  olmuşdur.  Bu  isə  öz  növbəsində    qızların 

məktəbdən  yayınmasında,    erkən  yaşda  nikahlarda,  qadınların  sosial  statusunun  aşağı 

düşməsində özünü büruzə vermişdir.  

 

Azərbaycanda  təhsil  beynəlxalq  təcrübəyə  əsaaslanaraq  müasir  təhsil  standartlarına 



uyğun strategiya  üzrə aparılır. Strategiyada təhsilin bütün pillələri: məktəbəqədər təhsil, 

orta,  ali  təhsil,  diplomdan  sonrakı  təhsil,  distant  təhsil  əks  olunmuşdur.  Bu  sahədə 

müəyyən  irıliyişlər  vardır:  yeni  məktəb  binaları  tikilmiş  və  ya  əsaslı  təmir  edilmişdir, 

universitetlər  əsaslı  təmir  edilmişdir,  maddi-texniki  baza  gücləndirilmişdir,  yeni 

kurikulumlar və interaktiv təlim metodları tətbiq edilir. Müxtəlif proqramlar çərçivəsində 

istər orta məktəb şagirdləri, istərsə universitet tələbələrinin xaricdə hətta dövlət hesabına 

təhsil almaq imkanları həyata keçirilir.  


 

30 


 

Təhsil  sahəsində  müəyyən  islahatların  aparılmasına    baxmayaraq  dinləmələrdəki 

müzakirələr  göstərdi ki, təhsillə əlaqədar çoxlu sayda problemlər qalmaqdadır. Təhsilin 

keyfiyyəti və dərsə davamiyyət aşağı düşmüşdür. Məktəblərdə şagirdlərin  asudə vaxtını 

səmərəli  keçirmək  üçün  heç  bir  tədbirlər  aparılmır.  İxtisaslı  müəllimlərin  çatışmaması 

səbəbindən ucqar kənd məktəblərində müəllimlər  bəzən öz ixtisaslarına uyğun olmayan  

fənnləri  aparırlar.  Dərslik  və  programların  keyfiyyətinin  aşağı  səviyyədə,  pedaqoji 

universitetlərə  tələbələrin  aşağı  balla  qəbul  edilməsi  gələcək  müəllimlərin  peşəkarlıq 

səviyyəsinin aşağı səviyyədə olmasına gətirir. 

Yuxarı  sinif  şagirdləri  arasında  davamiyyət  göstəriciləri  xeyli  aşağıdır.  Bu  problemi 

yaradan  səbəblər  arasında  sagirdlərin  müntəzəm  olaraq  repetitorlarla  məşğul  olmalarını, 

iqtisadi cəhətdən ağır  durumlu ailələrdən olan şagirdlərin dərsliklərə,  məktəb ləvazimatı 

və  geyimə  olan  ehtiyacını,  qızların  erkən  yaşlarından  məktəbdən  yayınaraq  nikaha 

qoşulmalarını və təhsilə olan ehtinasızlığı göstərmək olar.   

 

Azərbaycanda erkən nikah halları  qızların təhsil almalarına da təsir göstərir. Azərbaycan  



erkən  nikahların  mövcud  olduğu  ölkə  sayılır.  Amma  statistik  göstəricilərin  dəqiq 

olmaması erkən nikahların yayılmasının miqyaslarına və nəticələrinə qiymət verilməsini 

çətinləşdirir.  Erkən  nikahların  statistik  göstəriciləri  bu  nıkahdan  doğulan  uşaqların 

qeydiyyatı,  boşanmaların  qeydiyyatı  zamanı  və  digər  problemlər  üzə  çıxdıqda  ancaq 

məlum olur.  

 

Statistik göstəricilərə görə



24

  1999-2011-cu illərdə Azərbaycan Respublikası üzrə nikaha 

daxil olan erkən yaşlı qızlar  bu illər ərzində nikaha daxil olan qadınların ümumi sayına 

nisbətən ən çox 1999-cu ildə (7,1%) olmuşdur. 2003- cü ildə isə ən az (4,6%). 2007- ci 

ildən isə bu göstəricilər artmaqdadır. Hazırda nikaha daxil olan qadınların ümumi sayına 

nisbətən 18 yaşadək olan qızlar 6,17 % təşkil edir.  

 

Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi,  BMT-  nin  Əhali  Fondunun 



(UNFPA)  Azərbaycandakı  nümayəndəliyi  və  Azərbaycan  Respublikası  Ailə,  Qadın  və 

Uşaq  problemləri  üzrə  Dövlət  Komitəsinin  maddi  və  texniki  dəstəyi  ilə  birgə  2010-cu 

                                                 

24

  A. Veysəlova. Erkən Nikahlar. Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Araşdırmaları. 



 

31 


ildə  ölkənin regionlarının şəhər və kənd yerlərində ―Qızların erkən nikaha daxil olması 

və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair‖ statistik tədqiqata əsasən 

18  yaşadək  erkən  nikaha  daxil  olan  qadınların  38,9  %-i  şəhər,  61,1%-i  isə  kənd 

yerlərində qeydə alınmışdır.  

 

Erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi 



altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olduğuna görə, 7,9%-i nişanlısının  maddi 

cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və 1,6 %-i hamilə olduğuna görə erkən 

nikaha  daxil  olmuşdur.  16  yaşda  öz  istəyi  ilə,  15  yaşda  hamilə  olduğuna  görə  erkən 

nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olmuşdur. Qaçırılma halları 15 və 

17 yaşlar arasında daha çox baş vermişdir. Erkən nikaha daxil olan qadınların atalarının 

əksəriyyəti  kənd  təsərrüfatı  işçisi  -  31,9%,  fəhlə  -  17,0%,  nəqliyyat  işçisi  -  9,6%, 

analarının  -  evdar  qadın  -  53,7  %,  kənd  təsərrrüfatı  işçisi  -17,9%,  ərləri  isə  -  kənd 

təsərrüfatı  21,1%,  ticarət  14,1%  nəqliyyat  9,9%  və  tikinti-  7,2%,    fəhlə  -13,1%,  fermer 

7,3 % və işsiz – 7,0% olmuşdur. Buradan da görünür ki, həm erkən nikah halları, həm də 

erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində (Bakı kəndləri də daxil 

olmaqla) yaşayanlardır. 

 

Erkən  nikahdan  yaranan  fəsad  yalnız  qadının  özünə  deyil  bütün  cəmiyyətə  mənfi  təsir 



göstərir.  Qadının  təhsildən  geri  qalması,  karyerasının  olmaması,  sağlamlığını  cavan 

yaşında  itirməsi,  dünyaya  gətirəcəyi  uşağın  həyatının  təhlükədə  olması  deməkdir.  Bu, 

nəinki fərd olaraq bir nəfərə, bütünlükdə cəmiyyətin gələcək inkişafına mənfi təsir eləyən 

ağrılı  amildir.  Çünki  təhsilini  yarımçıq  buraxıb,  məcburi  təhsil  pilləsini  belə  keçmədən 

erkən  nikaha  daxil  olan  qızlar  ailə  başçısı  kimi  öz  funksiyalarını  yerinə  yetirməyə  hazır 

olmurlar.  Müasir  dövrdə  təhsili  olmayan  qadın  övladının  təhsili  ilə  məşğul  ola 

bilmədiyindən,  onu  cəmiyyət  üçün  normal  vətəndaş  kimi  hazırlaya  bilmədiyindən 

problem yaradır. 

 


 

32 


Ali  təhsil  alan  qızların  bəziləri  ərə  getdikdən  sonra  işləmərinə  mane  olan  amil,  onların 

həyat  yoldaşlarının  işə  getməyə  icazə  verməmələridir.  ―  Ər  evində  qızların  ‖  hüquqları 

valideynlərinin evindən daha çox pozulur, onlar asılı vəziyyətdə olurlar

25



 

Orta  ümumtəhsil  məktəblərində  çalışan  müəllimlərin  əksəriyyəti  qadınlardır.  Lakin 

məktəblinin tərbiyyəsində həm qadın,  həm də kişi iştirak etməlidir. Məktəblilər uşaq və 

gənc  yaşlarından  kişi və qadının eyni bir vəzifəni yerinə  yetirmə qabiliyyətlərinə malik 

olduqlarını anlamalıdırlar. 

 

Dinləmələrin  iştirakçıları  bu  problemləri  müzakirə  etdikdən  sonra    bir  sıra  təkliflər  irəli 



sürdülər: 

-

 



oğlanların pedoqoji təhsilə həvəsinin artırılması məqsədi ilə tədbirlər görülməli; 

-

 



dövlətin  qəbul  etdiyi  qanunların  yerlərdə  yerinə  yetirilməsinə  nəzarəti 

gücləndirməli; 

-

 

təhsildə rüşvətxorluğ aradan qaldırılmalı; 



-

 

əyalətlərdə kadr potensialının tənzimlənməsi məqsədilə təyinatla göndərişi bərpa 



etməli ; 

-

 



məktəb direktorlarının təyini seçkili və alternativ şəkildə aparılmalı;  

-

 



əyalətlərdə dərs demək üçün maraq artırılmalı (müəyyən güzəştlərlə); 

-

 



dərsliklərdəki proqramlar yenidən işlənməli; 

-

 



dərsliklərə genderlə bağlı mövzular salınmalı; 

-

 



şagirdlərin dərslərdən yayınmasının qarşısı  alınmalı; 

-

 



məktəb düşərgələri yaradılmalı; 

-

 



məktəbdə dərnəklərin işini bərpa etməli; 

-

 



yaradıcılıq mərkəzlərinin işləri gücləndirməli;  

-

 



erkən nikahların təhlükəsi barədə məlumatlar yayınmalı; 

-

 



valdeynlərin məktəblə əlaqəsi güclənməli. 

 

                                                 



25

 

Anna  Matveeva.  Baseline  Survey.  CARE  international  in  the  Caucasus,  ‘Strengthening  Women‘s  Capacity  for 



Peace Building in the South  Caucasus Region‘ project, 2010 – 2012 

 


 

33 


Göründüyü kimi iştirakçıların irəli sürdükləri problemlər olduqca çoxdur. Lakin istənilən 

sahədə nailiyyətin əldə edilməsində təhsilin aparıcı rol oynadığını nəzərə alsaq qaldırılan 

problemlərin həlli ən vacib işdir.  

 

Fəlsəfə  doktorlarının    cins  üzrə  bölgüsünə  görə  1991-ci  ildə  kişilərin  sayı  6566, 



qadınların sayı isə 2339 olduğu halda, sonrakı illər ərzində kişilərin sayı azalaraq 2012-ci 

ildə  5071,  qadınların  sayı  isə  bu  illər  ərzində  müntəzəm  artaraq  2012  –ci  ildə  3443 

olmuşdur

26

.  Bu    fəlsəfə  doktoru  elmi  dərəcəsini  alan  insanların  elm  və  ali  təhsil 



ocaqlarında  işləyib  o  qədər  də  yüksək  məvacib  ala  bilməmələri  ilə  əlaqədardır.  Kişiləri 

daha çox yüksək məvacib maraqlandırdığı halda,  qadınlar  iş müddəti məhdud çərçivədə 

olan  ali  məktəb  və  elm  ocaqlarında  işləməyə  maraqlı  olurlar.  Lakin  buna  baxmayaraq, 

CEDAW Komitəsinin CEDAW/C/AZE/Q/4/26.05.09 Add.1     tövsiyələrinin bu sahədə 

müəyyən qədər  ölkədə həyata keçməsi nəzərə çarpır.   

 

Yuxarıda qeyd olunan rəqəmlərə baxmayaraq ali təhsil məktəblərində professor-müəllim 



heyyətinin  tərkibində  cins  bərabərliyinin  pozulduğu  aşağıdakı  rəqəmlərdən  aydın  olur: 

qadın prorektor/filial direktorları -14,3%, fakultə dekanı-34,8%, kafedra müdiri-24,%.  

 

 Peşə  və  ali  məktəblərdə  cins  bölgüsünə  baxsaq  burada    da    qender  seqreqasiyası 



oldugunu  görərik.  Bunu  aşağıdakı  diaqram  5    aşkar  göstərir

27

.  Orta  ümumtəhsil 



məktəblərində  qadın  müəllimlərin  sayı  kişilərə  nəzərən  olduqca  çox  olduğu  halda  ali 

məktəblərdə  bu  əksinədir.  Buna  səbəb  orta  məktəblərdə  əmək  haqqının  ali  məktəblərə 

nəzərən kiçik olmasıdır. 

 

Təhsilin  qarşısında  duran  mühüm  məsələlərdən  biri  məktəblərdə  gender  idrakının 



formalaşdırılmasıdır.    Gender  yanaşmasının  nə  olduğunu  nəinki  məktəblilər,  hətta 

müəllimlərin  çoxu  da  bilmir.  Orta  məktəb  programında    qız  və  oğlanların  gender 

həssaslığına  yönəlmiş  fənn  yoxdur.  Bir  sıra  ali  məktəblərdə    gender  fənni  tədris  olunur. 

Ancaq bunun artıq formalaşmış şüura nə dərəcədə təsir etməsi bir qədər çətin olur.   

 

 

                                                 



26

 Azərbaycanda qadınlar və kişilər.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2012. 

27

 Bax. 22 



 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə