Bmt-nin Qadınlara qarşı ayri-seçkiliyin bütün növ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix23.12.2016
ölçüsü0,85 Mb.
1   2   3   4   5

76 

73 

72 

64 

57 

49 

40 

24 

27 

28 

36 

43 

51 

60 

0

 



10

 

20



 

30

 



40

 

50



 

60

 



70

 

80



 





Qadınlar    



 

Kişilər    

 

1- Dövlət əyani ümumi təhsil müəssisələrində müəllimlər;  



 2- Qeyri-dövlət orta ixtisas təhsil müəssisələrində müəllimlər;  

3- Dövlət orta ixtisas təhsil müəssisələrində müəllimlər; 

 4- İlk peşə-ixtisas təhsil müəssisələrində müəllimlər;  

5- Qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində müəllimlər;  

6- Dövlət ali təhsil müəssisə -lərində müəllimlər;  

7- Qeyri-dövlət ali təhsil müəssisələrində müəllimlər. 

 


 

34 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Diaqram 5. 2011-2012 –ci tədris ilinin əvvəlində tədris müəsisələrində %-lə cins 

 bölgüsü.                    

 

Dərsliklərin  mövzularında,  nümunə  kimi  verilən  əhvalat  və  yazılarda    aşkar 



diskriminasiya vardır. Belə ki, dərsliklərdə qadın  adətən ana, ev işləri, uşaqların tərbiyəsi 

ilə məşğul olan bir rolda verilir. Qadınların kişilərlə bərabər həyatın istənilən sahəsindəki 

rollarının  dərsliklərdə  özünə  yer  tapmaması  insanların  kiçik  yaşlarından    şüurlarında 

gender  qeyri-bərabərliyinin  möhkəmlənməsinə  səbəb  olur.  Dərsliklərdə  gender 

məsələsinin  bir  tərəfli  işıqlandırılması  qadınların  təhsil  sahəsində  siyasətin  hazırlanıb 

həyata keçirilməsində kifayət qədər iştirak etməməsinin nəticəsidir.   



 

CEDAW  Komitəsinin  CEDAW/C/AZE/Q/4/26.05.09  Add.1      qadınların  təhsili  ilə 

əlaqədar  tövsiyələri  ilə  bağlı  ölkədə  bir  sıra  işlərin  aparılmasına  baxmayaraq    ölkədəki 

vəziyyəti nəzərə alaraq aşağıdakılar tövsiyyə olunur:



 

-

 



İxtisaslı  müəllimlərin  hazırlanmasından  ötrü  Pedoqoji  institutların  keçid 

ballarının yüksəltmək; 

-

 

Dərsliklərin gender ekspertizasını keçirib, onların gender həssaslığını artırmaq; 



-

 

Qızların  təhsildən  yayınmalarının  qarşısını  almaqdan,  tam  təhsil  və  ölkənin 



inkişafında əsas rol oynayan    peşə ixtisaslarına  yiyələnməklərindən ötrü xüsusi 

proqramlar hazırlamaq. 



 

 

35 


 

 

5. KONVENSĠYANIN  12-ci MADDƏSĠ:  SƏHĠYYƏ 

SAHƏSĠNDƏ QADINLARA QARġI AYRI-SEÇKĠLĠYĠN 

ARADAN QALDIRILMASI 

 

 

Konvensiyanın  11-ci  maddəsi  səhəyyə  sahəsində  qadınlara  qarşı    ayrı-seçkiliyin  aradan 



qaldırılmasını və bunun üçün  dövlətin  qarşısına müvafiq tədbirlərin aparılmasını qoyur.  

 

CEDAW 



Komitəsinin 

CEDAW/C/AZE/Q/4/26.05.09 

Add.1 

tövsiyələrində 

Azərbaycanda  qadınların,  xüsusilə  kənd  qadınlarının  reproduktiv  sağlamlığı,  ailə 

planlaşdırılması  ilə  bağlı  problemlərin  olması,  ana  ölümünün  yüksək  səviyyəsi    qeyd 

olunmuşdur. 

 

Konvensiyaya  görə  yoxsul,  savadsız,  eləcə  də    azadlıqdan  məhrum  edilmiş  qadınların 



tibbi  xidmətlərdən  rahatlıqla  istifadə  edə  bilmələri  üçün    müvafiq  addımlar  atılmalıdır. 

Konvensiyaya qoşulan dövlətlər lazım olarsa qadınları hamiləlik və ondan sonrakı dövrdə 

pulsuz xidmətlər, və müvafiq qida məhsulları ilə təmin etməlidirlər.  

 

Konvensiyada  qadınların  mülki  hüquqları  ilə  yanaşı,  onlar  üçün  ən  mühüm  narahatçılıq 



doğuran reproduktiv hüquqlarına da  böyük diqqət yetirilir. Konvensiyanın preambulasında 

bu  məsələyə  münasibət  bildirilərək  qeyd  edilir  ki,  "qadınların  nəsil  artırılmasındakı  rolu 

ayrı-seçkiliyə  səbəb  olmamalıdır".  Qadınların  reproduktiv  rolu    Konvensiyanın  5-ci 

maddəsində "analığın sosial funksiya kimi düzgün başa düşülməsi" təşviq olunur və uşağın 

böyüdülməsi  ilə  əlaqədar  məsuliyyətlərin  hər  iki  cinsin  nümayəndələri  –  ata  və  ananın 

arasında  tam  paylaşdırılması  tələbi  qoyulur.  Buna  müvafıq  olaraq,  analığın  qorunması  və 

uşağa qayğı ilə əlaqədar təminatların əsas hüquqlar hesab edilməsi bəyan edilir.  

 

 



Konvensiya dövlətdən qadın və kişilərin  bərabər səhiyyə xidmətindən istifadə etmələrini, 

ailə  planlaşdırılmasını,  qadınlara  hamiləlik  və  doğuşdan  sonrakı  dövrlərdə    patronaj 

qulluğunun təmin olunmasını tələb edir.  


 

36 


 

Bu  müddəalar  Konvensiyanın  toxunduğu  bütün  sahələrə,  o  cümlədən  işə  götürülmə,  ailə 

hüququ,  səhiyyə  və  ya  təhsil  sahələrinə  də  daxil  edilir.  Dövlət  vətəndaşların  həm  öz  ailə 

öhdəliklərini yerinə yetirə, həm də işləyə və ictimai həyatda iştirak edə bilmələri üçün sosial 

xidmətlər,  xüsusilə  uşaqlara  qayğı  kimi  xidmətləri  təmin  etməlidir.  Maddə  4-də  analığın 

qorunması  üçün  xüsusi  tədbirlərin  aparılması  tövsiyə  edilir  və  bu  tədbirlər  "ayrı-seçkilik 

hesab  edilmir".  Eyni  zamanda,  Konvensiya  qadınların  reproduktiv  sahədə  seçim  etmək 

hüququnu təsdiq edir. Qeyd etmək lazımdır ki, Konvensiya ailə planlaşdırması məsələsinə 

toxunan insan hüquqlarına dair yeganə beynəlxalq sənəddir.  

 

Konvensiyanı  qəbul  edən  dövlətlər  təhsil  prosesinə  ailə  planlaşdırması  ilə  əlaqədar 



məsləhətlər  daxil  etməli  (Madda  1)  və  qadınların  "uşaqların  sayı  və  onların  doğulmaları 

arasındakı  müddətlərlə  bağlı  məsələni  sərbəst  və  məsuliyyətlə  həll  etmək  və  onlara  bu 

hüququ  həyata  keçirməyə  imkan  verən  məlumata,  təlim  və  vasitələri  əldə  edə  bilmək" 

hüquqlarına təminat verən ailə məcəllələri hazırlanmalıdır (Maddə 16, e). 

 

Bütün  dünyada  olduğu  kimi,  Azərbaycanda  da    əsas  məsələlərdən  biri  əhaliyə    müasir 



səviyyədə  tibbi  qulluğun  göstərilməsidir.  Təsadüfü  deyildir  ki,    BMT-nin  Minilliyin  

İnkişaf Məqsədlərində  əsas piroritet kimi uşaq ölümünün azaldılması, ana sağlamlığının 

qorunması,  malyariya,  QİÇS və s. xəstəliklərlə mübarizə  müəyyən edilmişdir.  

 

Əhalinin  sağlamlıq    durumu  Azərbaycan  üçün  də  aktual  olduğundan,  axır  illər  bir  sıra 



fərmanlar və göstərişlər verilmişdir. 1997 - ci ildə  «Əhalinin sağlamlığının qorunması», 

2003-ildə  «Körpələrin qidalanması» istiqamətində məqsədli proqramlar hazırlanmışdır.  

5  Sentyabr  2006-cı  ildə  Nazirlər  Kabinetinin  211  №  li  qərarı  ilə  "Ana  və  uşaqların 

sağlamlığının  qorunması  üzrə  Tədbirlər  Proqramı"  təsdiq  edildi.  Bu  proqramda  Ailə 

Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsinin    aşağıdakı  təklifləri  öz  əksini 

tapmışdır: 

 

Azərbaycan  Respublikasının  şəhər  və  rayonlarında  ana  və  uşaq  sağlamlığının 



qorunması xidmətinin fəaliyyəti üzrə monitorinqin keçirilməsi və nəticələrin təhlili

 

37 


 

Reproduktiv  sağlamlıq,  ana  və  uşaqların  mühafizəsi  sahəsində  qanunvericilik 

aktlarının  Ümumdünya  Səhiyyə  Təşkilatının    tövsiyələrinə  uyğunlaşdırılması 

məqsədilə təkliflərin hazırlanması; 

 

Mamalıq patologiyasında yeni müalicə və diaqnostika üsullarının tətbiq olunması 



üçün  beynəlxalq  təcrübənin  öyrənilməsi  məqsədilə  elmi-praktik  konfrans  və 

seminarın keçirilməsi; 

 

Əhali  arasında  sanitar-maarifçilik  işinin  genişləndirilməsi,  reproduktiv  sağlamlıq 



və ailə planlaşdırılması mövzusunda radio və televiziyada xüsusi verlişlərin təşkili. 

 

Ölkədə  aparılan  işlərə  baxmayaraq,  səhiyyə  sahəsində  bir  sıra  ciddi  problemlər 



qalmaqdadır.  Fokus  qruplarda    aparılan  müzakirələr  aşağıdakı  daha  aktual  istiqamətləri 

və  bunlarla  bağlı  problemləri  müəyyən  etdi.  Bu  problemlər  qadınların  nəinki 

səhhətlərinin  durumu  ilə  bağlıdır,  bunlar  eyni  zamanda  qadınların  cəmiyyətin  bərabər 

hüquqlu vətəndaşı kimi fəaliyyət göstərməsinə mane olur:  

1.  10 %-dən artıq qadın işləyən müəssisələrdə  sanitar-gigiyena  otaqları ayoxdur. 

2.  Bir  çox  rayon  mərkəzlərində    təcili  yardım  maşınlarının  yararsız  və  az  olması 

nəticəsində kəndlərdən hamilə qadınları doğuş üçün mərkəzə çatdırmaq mümkün deyildir 

ki, bu da çox vaxt  ölümlə nəticələnir.  

3. Uşaq və reproduktiv sağlamlıq sahəsində  hamilə qadınlar üçün  əlverişli məişət şəraiti 

yaradılmalı, onları  ailədə və iş  yerində ağır fiziki işdən azad etmək, südəmər uşaqların 

qidası və patronaj qulluğun keyfiyyətini qaldırmaq sahəsində proqramlar hazırlanmalıdır.          

4.  Arzu  edilməz  hamiləliyin  qarşısını  almaqdan  ötrü  kontraseptlərdən  istifadə  etməyi 

nəinki qadınlar arasında, kişilər arasında da təbliğ etmək lazımdır.  

5. Yaşlı və qoca qadınların səhhətinə diqqəti artırmaq, onların vaxtaşırı tibbi müayiəndən 

keçmələri üçün nəzarət gücləndirməlidir.  

6.  Fiziki  və  əqli  cəhətdən  zəif  uşaqlar  üçün  ixtisaslaşdırılmış  diaqnostik  mərkəzlərin   

yaradılması,  onların  inkişafına  təsir  göstərən  mərkəzlərin,  uşaq  bağçalarının  açılması  

həm  anaların  mənəvi  sıxıntılarının  azalmasına  və  həm  də  işləmələri  üçün  şərait  yarada 

bilər.  

7.  İçməli  sular  müntəzəm  olaraq  yoxlanılmalı,  onlarda  yod,  sink  və  dəmirin  normaya 

uyğun  olduğu  müəyyən  edilməli,  normaya  uyğun  olmadıqda  yerli  əhali  uyğun  dərman 

preparatları ilə təmin edilməlidir.   



 

38 


8. Genetik xəstəliklərin qarşısını almaqdan ötrü qohumlar arasında bağlanılan nikahların 

fəsadları  haqqında əhali, xüsüsilə  gənclər arasında izahedici işləri vaxtında aparmaq, bu 

sahədə kütləvi informasiya vasitələrindən istifadə etmək lazımdır.    

9.  Qızların vaxtından əvvəl ərə verilməsinin qarşısını almaqdan ötrü, belə nikahların həm 

ana və həm də dünyaya gələcək uşaqların səhhəti üçün təhlükəli olduğunu  ictimaiyyətə 

çatdırılma kampaniyasını aparmaq, bu işdə iştirak edən yaşlı insanlar üçün cəza tədbirləri 

görmək lazımdır. 

 

Qadınların  reproduktiv  sağlamlıqlarına  təsir  edən  mənfi  amillərdən  biri  də  abortlardır. 



Azərbaycan qanunvericiliyi  abortları qadağan etmir. Abortlar qanuni sayılır və onların 6 

həftəlik  müddətə  qədər  ambulator  şəraitində,  6  həftədən  12  həftəyədək  müddətdə  isə 

yalnız stasionrada aparılmasına icazə verilir.  

 

Müasir dövrdə dunyada abortların səbəbləri aşagıdakı kimi müəyyənləşdirilmişdir: 



40% qadinların öz arzusuna görə

25% yaĢayıĢ və həyat tərzi göstəricilərinə gorə; 

23% sosial göstəricilərə görə; 

12% tibbi gostəricilərə görə. 

 

BMT-nin sağlamlıq hüququ məsələləri üzrə Azərbaycan məruzəçisi Anand Hrover qeyd 



etmişdir  ki,  Azərbaycan  abortların  sayına  görə  lider  ölkələrdən  biridir.    Azərbaycanda  

hər 1000 fertil yaşda olan qadına 10.3% abort düşür

28

.  Bu bir tərəfdən uşağın cinsiyyəti 



ilə  bağlıdırsa  digər  tərəfdən  isə  cinsi  və  reproduktiv  sağlamlıqla  əlaqədar  dövlət 

proqramlarının catışmamazlığı ilə izah olunur.  

 

Abort intim problem olduğundan göstərilən rəqəmlərin nə dərəcədə doğru olması şübhə 



altına düşür. Azərbaycanda da bu rəqəmlər  real vəziyyətə daha uyğun gəlmir. Səhiyyə 

nazirliyi  abortlar  nəticəsində  son  iki  ildə  Azərbaycanda  ölən  olmadığını  bəyan  etsə  də, 

Ümumdünya Səhiyyə  Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq 

qadın məhz abort nəticəsində dünyasını dəyişir.  

 

                                                 



28

 Azərbaycanda qadınlar və kişilər. Azərbaycan Respublikası Statistika Komitəsi, 2012. 

 


 

39 


Aparılan  tədqiqatlardan  məlum  oldu  ki,    Azərbaycanda  abortların  müxtəlif  səbəbləri 

vardır.  Bəzi  qadınlar  ailə  planlaşmasında  üçüncü  və  daha  çox  uşağın  olmasını  nəzərdə 

tutmurlar.  Buna  səbəb  kimi  şəraitin,  evin  olmamasını,  işsiz  olduqlarını  göstərirlər.  Bu 

siyahıya  cinsinə  görə  hamiləliyin  süni  şəkildə  pozulmasını  da  aid  etmək  olar.  Qadınlar 

abort edəndə sənədlərdə öz arzusu ilə abort etdiklərini qeyd etmələrinə baxmayaraq,  bir 

cox hallarda onlar  aborta məcbur edilirlər.  

 

Bu gün selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən 



kənarda  qalmayıb.  Cinslər  üzrə  əhalinin  ümumi  sayına  nisbətən  0-17  yaş  arasında 

uşaqların  1996-ci ildə  oğlanlar  -  39,5%, qızlar  –  36,1%, 2001-ci ildə  oğlanlar  -  37,6%, 

qızlar -36,4%, 2006-cı ildə oğlanlar - 33,1%, qızlar- 30,6%, 2011-ildə oğlanlar - 29,8%, 

qızlar-  26,0%,    2012-ci  ililn  birinci  yarısıda  isə  oğlanlar  -29,4%,  qızlar-  25,6% 

olmuşdur

29

.  



 

Demoqrfik  inkişafa  görə    hər  doğulan  105  oğlan  uşağına  100  qız  uşağı  düşməlidir. 

Azərbaycanda  isə  artıq  kəskin  fərqlənmə  nəzərə  çarpır:  hər  112  oğlana  100  qız  uaşğı 

düşür.  Belə  ki,  hazırda  problem  acıq  aydın  görünməsə  də,  bu  gələcəkdə  demoqrafik 

problemə  cevrilə bilər.  

 

Azərbaycanda  ən  çox  25-29  yaşlı  qadınlar  aborta  gedirlər.  Belə  qadınların  sayı  son  3  il 



ərzində  17425  nəfər  olub.  35-49  yaşlı  qadınların  payına  isə  3  il  ərzində  10488  abort 

düşüb.  Buradan  belə  nəticə  cixarmaq  olar  ki,  Azərbaycanın  şəhər  və  kəndlərində 

maarifləndirici tədbirlər kecirmək məqsədə uyğundur. Bunlar  rəsmi statistikadır. Nəzərə 

alsaq ki, tibb müəssisələrindən kənarda, bəzən evlərdə də bu gün abortlar həyata keçirilir, 

onda mənzərə daha qorxulu olur. Qeyri - rəsmi statistikaya görə 100 hamilə qadından 30-

u abort etdirir.   Bu isə abortların səviyyəsinin  yüksəlməsinə gətirib çıxarır.  Qeyd etmək 

lazımdır  ki,  əgər  2000-ci  ildə  kontraseptivlərdən  istifadə  edənlərin  hər  1  000

 

qadına 


düşən sayı 13,8 % olduğu halda, 2011-ci ildə bu rəqəm azalaraq 7,3 % olmuşdur. Uyğun 

illər üçün hər 1 000 qadına düşən abortların sayı  isə 7,85-dən 10,3 % ə artmışdır

30

. Buna 


                                                 

29

 A. Veysəlova. Abort-müasir cəmiyyətin aktual problemi kimi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 



Komitəsinin araşdırmaları. 

30

 



Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti. Azərbaycan Statistika Komitəsi, 2012 

 


 

40 


səbəb  2000-ci  ildə  ölkədə  müxtəlif  təşkilatlar  tərəfindən  kontraseptivlərdən  istifadə 

kampaniyası  aparılmışdır.  Bu  bir  daha  ailə  planlaşdırılması  haqda  məlumatların  kütləvi 

xarakter daşımalı olmasını təsdiq edir.  

 

Fokus  qruplarda  aparılan  müzakirələr  zamanı  məlum  oldu  ki,    həm  kişilər,  həm  də 



qadınlar  öz  reproduktiv  sağlamlıqlarının  nə  olduğunu  bilmədiklərindən    onun  qeydinə 

qalmırlar.  Bunun üçün orta ümumtəhsil və orta ixtisas məktəblərin yuxarı sinif şagirdləri 

və tələbələri, eləcə də, ali təhsil müəssisələrinin tələbələri arasında bu məsələ ilə əlaqədar 

maarifləndirici  tədbirlərin  keçirilməsi  vacibdir.  Eyni  zamanda,  abort  məqsədi  ilə  qadın 

məsləhətxanalarına  müraciət  edən  hamilə  qadınları  fikrlərindən  daşındırmaq  üçün 

həkimlər  abortun  fəsadları,  psixoloqlar  isə  bunun  psixi  cəhətdən  törədə  biləcəyi 

problemləri  onların  nəzərinə  çatdırmalıdırlar.  Qadın  məsləhətxanalarında  abortun  qadın 

sağlamlığına  mənfi  təsirlərinə  aid  plakatlar,  fotolar  və  digər  təbliğat  vasitələri  olsa,  bu 

aborta  hazırlaşan  qadına  müsbət  mənada  təsir  edə  bilər.  Bundan  əlavə  sosial  çarxların 

hazırlanması  və  KİV-də  bu  məlumatların  daha  ətraflı  işıqlandırılması  da  zəruri 

məsələlərdəndir.  

 

2011-ci ildə   qadınlar arasında  xərçəng xəstəliklərindən süd vəzisinin xərçəngi 32.6% , 



digər  cinsi  orqanların  xərçəngi  isə  19%  təşkil  etmişdir.  Müşahidə  olunan  problem  bu 

xəstəliklərin  vaxtında  aşkar  edilməməsidir.  Qadın  poliklinikalarında  demək  olar  ki, 

mamoqraf  yoxdur.  Özəl  klinikalarda  isə  mamoqraf  müaniyəsi  baha  olduğundan 

profilaktik  müayinədən keçənlərin sayı çox aşağıdır.   

 

Ana  və  uşaq  ölümü  göstəricisinin  yüksək  olması  xüsusi  ilə  ciddi  narahatlıq  doğurur. 



İnzibati  məlumatlara  əsasən  qadınlar  arasında  ölüm  əmsalı  kənd  yerlərində  daha 

yüksəkdir.  Bu  artımın  bir  neçə  səbəbi  ola  bilər.  İlk  növbədə  kənd  yerlərində  zəruri 

avadanlıqların və təcrübəli tibb işçilərinin çatışmamazlığını qeyd etmək lazımdır.  

 

Ana  ölümünə  səbəb  olan  digər  bir  amil  də  təcrübəli  tibb  işçilərinin  iştirakı  olmadan 



doğuşların  qəbul  olunmasıdır.  Bəzi  kəndlərdən,  xüsusilə  dağ  kəndlərindən  xəstəxanaya 

məsafənin uzaq olması, yolların bərbad vəziyyəti, nəqliyyat problemləri eləcə də maliyyə 

vəsaitinin  məhdudluğu  səbəbindən  kənd  yerlərində  qadınların  bir  qismi  hamiləlikdən 

                                                                                                                                                             

 


 

41 


evdə azad olma məcburiyyətində qalır. Bütün bu səbəblər kənd yerlərində həm də körpə 

ölümünə səbəb olur.    

 

11  may  2010-cu  ildə    ―İnsanın  İmmunçatışmazlığı  Virusunun  (İİV)  törətdiyi  xəstəliklə 



mübarizə  haqqında‖  Azərbaycan  Respublikasının  qanunu  qəbul  edilmişdir.  Bu  Qanun 

Azərbaycan  Respublikası  ərazisində  İİV-in  törətdiyi  xəstəliyin  (İİV  infeksiyasının) 

profilaktikasının, diaqnostikasının, müalicəsinin, İİV-lə yaşayan şəxslərə tibbi və sosial-

psixoloji  yardım  göstərilməsinin  hüquqi  əsaslarını  müəyyən  edir,  bu  sahədə  yaranan 

münasibətləri tənzimləyir.  

 

Azərbaycanda  ilk  dəfə  İİV    infeksiyasının  aşkar  edildiyi  1987-ci  ildən  2012-ci  ilin 



dekabrına  qədər  3720  nəfərdə  İİV  infeksiyasının  olduğu  təsdiqlənib.  İİV-ə  yoluxmuş 

Azərbaycan  vətəndaşlarının  2879-u  kişi,  714-ü  qadındır.  QİCS  (Qazanılmış  İmmun 

Çatışmazlığı  Sindromu)  mərhələsində  olanların  sayı  1098  nəfərdir.  Onlardan  1082-si 

Azərbaycan vətəndaşıdır.  

2011-ci  ilin  9  ayı  ərzində  Azərbaycanda  İİV-ə  yoluxması  yeni  aşkar  olunan  insanların 

sayı  412  nəfər  təşkil  edib.  Onlardan  403-ü  (97,8%)  Azərbaycan  vətəndaşı,  9  nəfəri 

(2,8%)  isə  əcnəbi  vətəndaşdır.  Qeydiyyata  alınmış  403  Azərbaycan  vətəndaşından  296-

nəfəri  (73,4%)  kişi,  107-nəfər  isə  (26,6%)  qadındır.  Bu  dövr  ərzində  QİÇS  mərhələsinə 

keçən insanların sayı 160 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 155 nəfər, İİV-

infeksiyasından  dünyasını  dəyişmiş  insanların  sayı  39  nəfər,  onlardan  Azərbaycan 

vətəndaşların sayı 38 nəfər olub. Qadınlara aid göstərilən rəqəmlər o qədər də real deyil, 

belə ki, bir çoxları kimi qadınlar da bu xəstəliyin ancaq cinsi yolla keçdiyini hesab edib, 

özlərini  şübhə  altına  qoymaq  istəməyərək  qeydiyyatlı    həkim  müayinəsindən 

keçməyiblər.   

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən statistik rəqəmlərə görə, Azərbaycanda 



təkcə 2011-ci ilin 9 ayı ərzində aşkar olunan QİÇŞ-in ilkin mərhələsi olan İİV  yoluxma 

hallarının 56,8%-i, ümumilikdə isə 1987-ci ildən - 01.10.2010-cu il tarixinə olan dövrdə 

bütün yoluxma hallarının 61,7%-i infeksiyalı  narkotik maddələrin istifadəsi nəticəsində 

baş verib.  

 


 

42 


QİÇS  haqda,  onun  insandan  insana  keçməsi  haqda  məlumatı  olmayanlar  çoxdur.  Bu 

xəstəliyə  yoluxanların  böyük  əksəriyyəti  də  rayon  sakinləridir.   Məlumatsızlıq 

nəticəsində bu xəstəliyin yoluxma yollarını bilmədikləri üçün  bir tərəfdən xəstə insanlara 

münasibət  dəyişir,  digər  tərəfdən  isə  cəmiyyətdən  təcrid  olunmaqlarından  qorxduqları 

üçün  İİV-ə yoluxanlar  vaxtında həkimə müraciət etmirlər. Əksər İİV-ə yoluxan qadınlar 

xəstəliyə iş üçün başqa ölkələrə gedən ərlərindən yoluxublar.  Bu sahədə qadınların hansı 

profilaktik tədbirlər aparmaları haqda məlumatları olmur.   

 

Aparılan təhlil  problemləri aşağıdakı kimi qruplaşdırılmasına gətirir: 



 

 

Qadınların keyfiyyətli tibbi xidmətlərdən, o cümlədən reproduktiv sağlamlıqla 



əlaqədar tibbi imkanlardan istifadə edə bilməməsi; 

 

 Ailə planlaşdırılmasına dair müasir metodlardan istifadə edilməməsi



 

 İİV / QİÇS -ə görə diskriminasiya; 

 

 Döş vəzisinin və uşaqlıq yolunun xərçənginin aşağı səviyyəli diaqnostikası. 



 

TÖVSĠYƏLƏR: 

 



Kəndlərdə patronaj tibb xidmətini inkişaf etdirmək; 

 



Həm qadın və həm də kişilər arasında  ailə planlaşdırılmasına aid geniş təbliğat 

apararaq abortun fəsadları ilə onları tanış etmək; 

 

Vaxtaşırı  döş  vəzisinin  və  uşaqlıq  yolunun  xərçənginin  profilaktikası  üçün 



məcburi müaniyələrin aparılması; 

 



Əhali,  xüsusilə  gənclər  arasında  İİV/QİÇS  yoluxmalarından  qorunma,  cinsi 

tərbiyə haqda  məlumatları tədris planına fakultətiv fənn kimi salmaq.  

 

 

6. QADIN SAHĠBKARLIĞI 



 

CEDAW  Komitəsinin  CEDAW/C/AZE/Q/4/26.05.09  Add.1        tövsiyələrində    qadın 

məşğullu  ilə  əlaqədar  Azərbaycanda  bir  sıra  problemlərin  olması  göstərilmişdir.  Ölkədə 

əmək  bazarında    həm  şaquli  və  həm  də  üfüqi    gender  seqreqasiyası  mövcuddur;  

qadınların əksəriyyəti az məvacibli işlərdə təmsil olunublar, özəl sektorda qadın və kişi 

əməyinin ödənilməsində fərqlər vardır.  



 

43 


 

Konvensiya iştirakçı dövlətlərdən məşğulluq sahəsində qadınlara qarşı edilən hər bir ayrı-

seçkilyin  qarşısını  almağa  çağırır.  Konvensiya  qadınlar  üçün  qanunvericilikdə  bərabər 

əmək  şəraiti  şərtləri,  bərabər  əmək  haqqı,  eyni  dəyərli  iş  üçün  bərabər  əmək  haqqının 

nəzərdə tutulmasını zəruri hesab edir.   Dövlətlər ailə qurmalarına və analıq rollarına görə 

qadınlara  qarşı  diskriminasiyanı  aradan  götürülməsi  və  onların  effektli    əmək 

hüquqlarının qorunması üçün müvafiq tədbirlər görməlidir.   

 

Konvensiya  iştirakçı  dövlətlərin  qadınların  iqtisadi  müstəqilliyini  təmin  etmədikcə, 



qadınların  öz  evlərinə  sahib  ola  bilməmələri  və  öz  işlərini  qura  bilməmələrinini  ifadə 

edir.  Maliyyə  və  kredit  qurumları  qadınlara  kredit  ala  bilməmələri  üçün  daha  yüksək 

tələblər  irəli  sürərək  qadınların  maliyyə  və  kredit  imkanlarından  yararlanmasını 

çətinləşdirir. Konvensiyaya görə qadınlar istiqraz, ipoteka və kredit almaq üçün hüquqları 

dövlət tərəfindən təmin edilməlidir.  

  

Azərbaycan  Respublikasında  qanunvericilikdə  qadın  və  kişilər  üçün  məşğulluq  üçün 



bərabər  imkanlar  yaradılmışdır.  Respublikada  müəssisə,  idarə  və  təşkilatlarda  tətbiq 

edilən əməyin ödənilməsi sistemlərində qadın və kişilər üçün bərabər əməyə görə bərabər 

haqq  verilməsi  prinsipləri  gözlənilir  və  əməyin  ödənilməsində  cinsi  ayrı-seçkiliyə  yol 

verilmir.  

 

Bütün  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  yoxsul  qadınların  sayı  yoxsul  kişilərin 



sayından çoxdur. Qeyd olunan problemlər sırasında Azərbaycanda daha çox məşğulluq, 

işsizlik  və  maddi  ehtiyatların  və  pul  gəlirlərinin  ədalətli  bölüşdürülməməsi,  büdcə 

vəsaitlərində  gender  faktorunun  nəzərə  alınmaması,  qadınların  cəmiyyətdə  özünü 

təsdiqetmə  imkanlarının  kişilərə  nisbətən  məhdud  olması  və  s.  öz  aktuallığı  ilə  seçilir. 

Resursların  bölüşdürülməsində  əsasən  kişilərin  iştirak  etməsi    bu  problemlərin  aradan 

qaldırılmasını  məhdudlaşdırır  və  ölkədə  gender  probleminin  hələ  də  kəskin  formada 

qalmasını göstərir.  

 

Əhalinin  51-52  faizini    təşkil  edən  əmək  qabiliyyətli    qadınların    əksəriyyəti    işdən 



məhrumdur.    Bu  fikri  dinləmələrdəki  müzakirələr  bir  daha  təsdiq  etdi.  Bir  çox  uşaq 

 

44 


müəssisələrinin  bağlanması  və  ya  fəaliyyət    səviyyəsinin  aşağı  düşməsi,  məişət 

xidmətlərinin  bahalaşması  və  onların  kənd  yerlərində    olmamağı  qadınları  ictimai 

həyatdan  və gəlir gətirən əməkdən uzaqlaşdırıb. Digər tərəfdən, kişilər arasında işsizlik, 

ailə büdcəsinin aşağı düşməsi, əvvəllər xarakterik hal sayılmayan ailənin qadın tərəfindən 

dolandırılmasına  səbəb  olmuşdur.  Xüsusilə,    iqtisadiyyatın  qeyri-formal  sektorunda 

işləyən  qadınların  sayı  artmışdır.  Lakin  bu  sahədə  işləyən  qadınların  məvacibi  eyni  işi 

görən kişilərin məvacibindən çox aşağıdır.     

 

Respublika iqtisadiyyatının bir sıra sahələrində (təhsil, səhiyyə, mədəniyyət, sosial və s.) 



işçilərin  76,5%-ni,  o  cümlədən,  təhsildə  67,1%-ni  və  digər  kommunal,  sosial  və  şəxsi 

xidmətlərin  göstərilməsi  sahəsində  54,3%-ni  qadınlar  təşkil  edir.  Iqtisadiyyatın  bu 

sahələrində  fəaliyyət  göstərən  müəssisələr  əsasən  büdcədən  maliyyələşdirilir  ki,  burada 

da əmək haqqı nisbətən aşağıdır. Bu amil qadınların orta aylıq əmək haqqının kişilərdən 

az olmasına öz təsirini göstərir. 

 

Dinləmələrdə fermer təssərrüfatının strateji vacibliyi  və bu təsərrüfatın idarə edilməsində 



qadınların rolu xüsusilə vurğulanmışdır. Məhsul yetişdirməklə ailə büdcəsinə gəlir gətirə 

biləcək  həyatyanı  sahələrin  çox  kiçik  olması,  mini  kənd  təssərrüfatı  texnikasının  demək 

olar  ki,  olmaması  yoxsulluğa  mənfi  təsir  edən  amillərdəndir.  İslahatların  aparılmasına 

baxmayaraq,  ümumiyyətlə  ölkə  üzrə  əhalinin  məşğulluq  səviyyələlərində  gender 

bərabərliyi nisbətən təmin olunsa da iqtisadi fəallıq səviyyəsində bu pozulur.  

Həssas  qruplardan  olan  qadınların  (məcburi  köçkün,  əlil,  tənha  qadınlar)  sosial  müdafiə 

sahəsində  problemləri  daha  kəskin  olaraq  qalır.  Regionlarda  zəif  infrastruktur,  su 

kəmərlərinin olmaması və bəzən  yararsız  olması, xüsusilə  dağ rayonlarında  məşğulluqla 

bağlı  çoxlu  problemlər  yaradır.  Yolların  xüsusilə  yararsız  olması  mərkəzlə  əlaqəni 

çətinləşdirir. 

 

Qadınların  iqtisadi  vəziyyətləri,  onların  bizneslə  məşğul  olması    üzrə  aparılan 



müzakirələr  zamanı  üzə  çıxan  problemlərin  bütün  Azərbaycan  üçün  səciyyəvi  olduğu 

məlum oldu.  Məlum oldu ki,  yeni iş  yerlərinin açılması planında  yerin coğrafi və təbii 

resursların  və  potensial  bazarın  olması  nəzərdə  tutulmalıdır.  Yeni  iş  yerlərinin  açılması, 

bağlanılmış  müəssisələrin  yenidən  işə  salınması,  iqlimə  uyğun  əkin  sahələrinin  və 



 

45 


plantasiyaların    genişləndirilməsi,  dağ  yerlərində  xalçaçılıq,  dərman  bitkilərinin 

toplanması və qurudulması, meyvələrin yığılması sahəsində kiçik sexlərin açılması və s. 

yerlərdə  qadınların  müəyyən  dərəcədə  işlə  təmin  olunmasına  səbəb  ola  bilər.  Həyatyanı 

sahələrin  genişləndirilməsi  və  becərilən  məhsulun  yerlərdə  qəbul  edilməsi  üçün  tədarük 

qəbul məntəqələrinin və aqrotexniki xidmətin yaradılması ailə büdcəsinə gəlir gətirə bilər 

və  eyni  zamanda    cavan  qız  və  oğlanların  da  kəndlərdən  şəhərə  axınının  qarşısını  ala 

bilər.  

 

Qadınların  kiçik  və  orta  bizneslə  məşğul  olmasına  mane  olan  səbəblər  arasında  onların 



biznes-plan,    mikro-kredit    və  maliyyə  hesabatını  aparmaq  haqqında  anlayışlarının  zəif 

olması və güzəştli kreditləri ala bilməməsini göstərmək olar.  

 

Analıq  funkisiyasının  qadın  məşğulluğuna  çox  böyük  təsiri  vardır.  Bir  qayda  olaraq 



dünyaya  gələn  övlada  baxmaq  üçün  analar  uşağa  görə  ya  məzuniyyət  (1,5-3  ilə  qədər) 

götürür,  ya da  işdən  öz  arzusu  və  ya  məcburi çıxır.  Bu hal bir tərəfdən onların iqtisadi 

fəallığını aşağı salır, digər tərəfdən isə onların gələcəkdə pensiya təminatlarının və tibbi 

sığortalarının  yüksək    səviyyədə  təşkil  olunması  imkanından  kənarda  qoyur.  Bu  amil 

analıq  məzunyyətinə  çıxan  qadınlara  işlədiyi  müəssisə  tərəfindən  maddi  və  mənəvi 

dəstək  verməsinin  vacib  olduğunu  əsaslandırır.  Əks  halda  bu  beynəlxalq  sənədlərə  görə 

sosial ədalətsizlik prinsiplərindən kənarda qalan bir hal kimi qiymətləndirilir.  Bu həm də 

qadınlar arasında yoxsulluq səviyyəsinin yüksək olmasına bilavasitə təsir göstərir, cünki 

əvvəldə  qeyd  olunduğu  kimi  yoxsulluğun  aradan  qaldırılmasının  ən  mühüm  şərti 

məşğulluq  hesab  olunur  və  bu  sahədə  qadınlara  qarşı  olan  diskriminasiya  onların 

məşğulluğuna təsir göstərir. Belə problemin qabaqcadan qarşısını almaq üçün sahibkarlar 

adətən qadını işə götürməkdə maraqlı olmurlar.  

 

Bundan  başqa,  əmək  bazarında  qadınların  fəallığının  aşağı  olması  qadınların  əmək 



fəaliyəti müddətinin az olması (iş vaxtı qurtardıqdan sonra işi davam etdirmək iqtidarında 

olmamaları), qadınlar  arasında  könüllü işləyənlərin az  olması,  yenicə  ailə  quranların öz 

həyat  yoldaşları  tərəfindən  onların  qarşısında  işləməmək  şərtinin    qoyulması  və  s.  milli 

adət-ənənələrlə də əlaqələndirilə bilər.  

 


 

46 


Bazar islahatlarının aparılması, sosial-iqtisadi transformasiya gender tarazlığına müxtəlif 

formalarda  təsir  göstərir.  Belə  ki,  bir  tərəfdən  sosial  proqramların  və  sosial  sferanın 

getdikcə  müəyyən  bir  istiqamətlərdə  cəmləşməsi,  digər  bir  tərəfdən  isə  müəssisələrdə 

günün  tələbinə  uyğun  işçi  qüvvəsinə  ehtiyacın  yaranması  müşahidə  olunur.    Belə  bir 

vəziyyət kişilərin və qadınların ölkənin sosial-iqtisadi həyatında rollarını dəyişir və qadın 

işçi qüvvəsinin rəqabət qabiliyyətinə mənfi təsir göstərir.   

 

Büdcə  sistemində  işləyənlərin  əmək  haqlarında  cinsə  görə  fərq  olmadığından,  özəl 



sektorda    fər  nəzərə  çarpacaq    dərəcədədir.  Rəsmi  statistika  göstəricilərinə  əsasən 

respublikada  qadın  və  kişi  işçilərin    orta  aylıq  əmək  haqqı  getdikcə  artır.  Göstəricilərə 

görə orta hesabla qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əmək haqqının 50-

58%-ni təşkil edir. 

 

Ümumilikdə  2009-2012-ci  illər  ərzində  Dövlət  Məşğulluq  Xidməti  tərəfindən  41442 



nəfər  qadın  işlə  təmin  edilmiş,  7594  nəfər  qadın  isə  müxtəlif  peşə  kurslarına  cəlb 

olunmuşdur

31



 



2003-cü  ildə  kişilərdə  məşğulluq  səviyyəsi  68,4%  olduğu  halda  2010-cu  ildə  azalaraq  

64,8%    -ə  enmişdir.  Qadınlarda  isə  məşğulluq  səviyyəsi  artaraq  2003-cü  ildə  44,9% 

olduğu halda 2010-cu ildə 57,7%- ə çatmışdır. Məsələyə gender bərabərliyi baxımından 

nəzər  yetirsək,  müşahidə  edirik  ki,  məşğulluq  səviyyələri  arasındakı  fərq  ilbəil  azalmış, 

2003-cü  ildə  bu  fərq  23,5%  təşkil  etdiyi  halda  2010-cu  ilədək  bu  fərq  7,1%-dək 

azalmışdır ki, bu da kişi və qadınlar arasında məşğulluğun bərabər imkanlar baxımından 

təmin  edilməsində  müsbət  dinamikadır

32

.    Lakin  problemə  dərindən  nəzər  salsaq, 



məşğulluq termini altında müvəqqəti iş yerləri də nəzərə alınıb. 

 

Son  zamanlar    həyata  keçirilən  iqtisadi  islahatlar  çərçivəsində  fəallıq  göstərən 



qadınların bəziləri özəl müəssisələr yaradaraq cəmiyyətin imkanlı təbəqələrinə transfer 

etmişlər.  Bu  da  onların  sosial  təminat,  pensiya  və  səhiyyə  sistemlərindən    kişilərlə 

                                                 

31

 Dövlət Məşğulluq Xidmətinin məlumatı, 2012 



32

 T.  İbrahimova.  Azərbaycanda  gender  bərabərliyinin  təmin  edilməsinə  dair  məlumat.  Ailə,  Qadın  və  Uşaq 

Problemləri üzrə Dövlət Komitəsi.  

 


 

47 


bərabər şəkildə faydalana bilmələrinə səbəb olmuşdur.  Bu zaman onlar ailənin rifahına 

yardım göstərməklə yanaşı şəxsi inkişafları üçün də imkanlar əldə ediblər. Sahibkarlığın 

və  kiçik  biznesin  inkişafının  yeni  iş  yerlərinin  yaradılması,  işsizliyin  azaldılması  və 

məşğulluğun  artırılması  sahəsində  səmərəli  vasitə  olduğunu  nəzərə  alsaq,  mövcud  və 

potensial  qadın  sahibkarların  inkişaf  proseslərindən  kənarda  qalmadığı  təmin 

edilməlidir.  Belə  ki,  qadın  sahibkarlığının  inkişafı  yoxsulluğun  azaldılmasına, 

qadınların  iqtisadi  və  sosial  nüfuzunun  artmasına  və  bir  çox  hallarda,  cəmiyyətdə 

gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.   

 

Həqiqətən,  qadınların  iqtisadi  imkanlarının  artırılması  onların  sərbəst  iş  qurma  qabiliy-



yətləri ilə əlaqədardır. Əgər qadın pul qazanırsa o aşağıdakı imkanlara malik olmalıdır: 

 

 



Özünə pul xərcləmək imkanı; 

 

Təhsil alma imkanı; 



 

Ailə üzvlərinə kömək imkanı; 

 

Seçmə imkanı; 



 

Özünə inam və özünü təmin etmə hissi

 

Gözəl və firavan həyat qurma imkanı; 



 

Siyasətlə məşğul olma imkanı; 

 

Övladlarına təhsil vermə imkanı. 



 

Özəl  gəlir  gətirən  müəssisələrdə  qadınlar  adətən  icraedici  işləri  yerinə  yetirilər. 

Azərbaycanda  istehsal  xarakterli  iri  dövlət  və  özəl  müəssisələrində,  böyük  gəlir  gətirən 

sahibkarlıqda qadınların sayı çox azdır. Burada milli mentalitetdən irəli  gələn  səbəblər 

də  az  deyil.  Ailədə  kişilər    əksər  hallarda  qadınların  onlardan  yüksək  gəlir  gətirən 

vəzifələrdə işləmələrinə mane olurlar

.

 

 



Azərbaycanda 1996-cı  ildə  yaradaıalan Qadın Sahibkarların Milli  Assosasiyası fəaliyyət 

göstərir.    Lakin  araşdırmalar  sahibkar  qadınalrın  təşkilatlanması,  təşəbbüskarlığı  çox 

aşağı səviyyədə olmasını göstərir. 

 

Azərbaycanda h



azırda ümumi daxili məhsulda

 özəl sektorun payı 83% təşkil edir. Ölkədə 

sahibkarlıq  subyektlərinin  sayı    500  minədək  artıb.  Ümumilikdə  hazırda  respublikada 

40.063  (8%)  nəfər  sahibkar  qadın  fəaliyyət  göstərir,  onlardan  22.377  (4,47  %)  nəfəri  

aktiv fəaliyyətdədir. Göründüyü kimi bu rəqəm kiçikdir. Azərbaycanda fəaliyyət göstərən 


 

48 


qadın sahibkarlar əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi incəsənət, xalq 

sənətkarlığı, yeyinti sənayesi, kənd  təsərrüfatı, ticarət və xidmət  sahələrində çalışırlar.  

 

Qeyd  edilənlərlə  yanaşı,  ölkədə  sahibkar  qadınlar  biznes  fəaliyyəti  ilə  məşğul  olduqları 



zaman bir sıra çətinliklərlə də üzləşirlər. Bunlara qadınların mülkiyyət sahibliyinin aşağı 

olması, cəmiyyətdə qadınlara stereotiplərlə yanaşma, qadının ailədən ənənəvi asılılığı və 

digərlərini aid etmək olar.  

 

 14-15  noyabr  2012-ci  il  tarixlərində  UNECE  və  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə 



Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Sahibkar Qadınların İİİ Forumu Bakı şəhərində 

keçirilmişdir. 35 xarici ekspertin və 100-dən artıq yerli nümayəndələrin iştirakı ilə keçən 

tədbirdə  əməkdaşlığın  gələcək  perspektivləri  müzakirə  olunmuş  və  ―Qadınlar və  vergi‖, 

―Qadınlar və iqtisadiyyat‖ kimi mövzular ətrafında müzakirələr aparılmışdı.  

 

Dövlət Məşğulluq Xidməti tərəfindən 2009-2012-ci ilin 9 ayı ərzində 41442 nəfər qadın 



işlə təmin edilmiş, 7594 nəfər qadın isə müxtəlif peşə kurslarına cəlb olunmuşdur. 

 

İqtisadi  İnkişaf  Nazirliyinin  Sahibkarlığa  Kömək  Milli  Fondu  tərəfindən  2002-2012-ci 



illər ərzində 1601 qadın sahibkara 36 milyon manat verilmişdir. Son 3 il və 2012-ci ilin 9 

ayı  ərzində  qadın  sahibkarlara  verilmiş  güzəştli  kreditlər  hesabına  933  yeni  iş  yerinin. 

yaradılması nəzərdə tutulmuşdur. 

 

Gəlir  gətirən  müəssisənin  sahibi  hüquq  cəhətdən    qadın  olması  bəzən  formal  xarakter 



daşıyır. Çox vaxt iş ailədə kişi cinsi tərəfindən aparılır.   Ailədə kişinin və qadının işsiz 

olmasının  psixoloci  təsirləri  müxtəlifdir.  Eyni  təhsil  səviyyəsində  və  peşəkarlıq 

baxımından  eyni  qabiliyyətə  malik  olan  ər  və  arvad  arasında    aparılan  bəzi  sorğuların 

nəticələrinə  görə  də  onların  hər  ikisinə  verilən  eyni  məbləğli  pulun  kim  tərəfindən 

sahibkarlıq  fəaliyyətinə  yönəldilməsində  qadınların  bu  səlahiyyətlərin  öz    ərlərinə 

verilməsini seçmişlər.  Buna səbəb  qadınların «evdar qadın» və işsiz   olmalarını özləri 

üçün ciddi problem kimi qəbul etməmələridir. Bu onlara psixoloji təsir etmir. Kişilər isə 

qadınlardan fərqli olaraq, işsizliyin psixoloji təsirinə daha çox məruz qalırlır.   



 

49 


 

Evdar qadınların əməyi müqabilində, onların ərzaq, qeyri-ərzaq və digər istehlak xərcləri 

ödənilmir.  İqtisadi  fəal  əhalinin  30,3%-ni  evdə  çalışan,  uşaqlara,  yaşlı  və  xəstə  ailə 

üzvlərinə  qulluq  edənlərdir.    Bu  fəaliyyətlə  məşğul  olan  qadınlar  44,2%  olduğu  halda, 

kişilərdə    sıfır  faiz  təşkil  edir.      Bu  baxımdan  ölkə,  cəmiyyət  üçün  əmək  ehtiyatının 

formalaşdırılmasında mühüm rol oynayan qadınların həyat səviyyəsinin yaxşılaşdırılması 

istiqamətində    xüsusi  tədbirlər  planı  hazırlamalı  və  bu  müddəalar  hər  il  ölkə 

parlamentində  təsdiqlənən  büdcə  qanunlarının  xərclər  bölməsində  öz  əksini  tapmalıdır. 

Hər il büdcə təsdiq olunarkən cəmiyyət üçün məhsuldar qüvvə yetişdirən  uşaqlı analara 

müavinət  şəklində  haqq  verilməsi  (məzuniyətdə  olan    analara  əmək  haqqının  100%-i) 

üçün  vəsait  ayrılması  ölkədə  sosial  ədalət  prinsiplərinin  təmin  edilməsini  yaxşılaşdırar.  

Bundan başqa, belə qadınlara müəyyən müavinətlərin verilməsinə dünya təcrübəsində də 

təsadüf edilir.   

 

Qadınların iqtisadi durumu onların səlahiyyətlərinin artmasına, qərar qəbuluna çıxışlarını, 



yəni seçkilərdə  namizəd kimi iştiraklarına   şərait  yaradan  amillərdən biridir. Qadınların 

iqtisadi  vəziyyətinin  yaxşılaşdırılması  üçün  onlara  professional  təhsil  almaq  imkanları 

yaratmaq  vacibdir.  Onları  sahibkarlığın  inkişafına,  kredit  alma,  biznes  planlarının 

hazırlanma  proqramlarına cəlb etmək lazımdır. 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə