Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Hamilələrdə mədə-bağırsaq tərəfindən hansı dəyişiklik qeyd olunmur?



Yüklə 0,82 Mb.
səhifə10/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

515) Hamilələrdə mədə-bağırsaq tərəfindən hansı dəyişiklik qeyd olunmur?
A) Mədə şirəsinin pH-ın yüksəlməsi

B) Doğuş zamanı mədənin evakuasiyasının pozulması

C) Mədə şirəsinin pH-in azalması

D) Mədə möhtəviyyatının reflyuksu və aspirasiya ehtimalı

E) Mədə və bağıqsağın kranial istiqamətdə yer dəyişməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
516) Keysər kəsiyi əməliyyaıntda anesteziya zamanı istifadə edilən preparatlardan hansı ürək-damar sisteminə oksitosinlə sinergik olan təsir göstərir?
A) Fentanil

B) Ketamin

C) Tiopental natrium

D) Propofol

E) Droperidol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
517) Keysər kəsiyi əməliyyatı zamanı epidural anesteziyanın aparılmasına göstəriş deyildir?
A) Hipertoniya xəstəliyi yaxud hipertoniya ilə müşayiə edilən hestoz

B) Ağ ciyərlərin xronoki obstruktiv xəstəlikləri

C) Nəzərəçarpan ürək çatışmamazlığı ilə müşayiət edilməyən ürək qüsurları

D) Böyrək xəstəlikləri və yüksək dərəcəli miopiya

E) Dölün hipoksiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
518) Ciftin funksiyalarına aid deyildir?
A) Dölün qidalanmasının təmin edilməsi

B) Dölün qanyaradıcı funksiyasının üzərinə götürməsi

C) Döl orqanizmində gedən metabolizm proseslərinin son məhsullarının xaric edilməsi

D) Müxtəlif fermentlər və hormonların hasil edilməsi

E) Fetal zülal fraksiyalarının sintezinin həyata keçirməsi
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
519) Mamalıq praktikasında hansı hallarda halotanla anesteziya əks göstərişdir?
A) Bronxial astma tutmaları zamanı

B) Uşaqlığın hipertonusunda və cırılma təhlükəsi olduqda

C) Yüksək dərəcəli miopiya və qlaukoma zamanı

D) Uşaqlıq qanaxmaları və uşaqlıq hipotoniyası zamanı

E) Arterial hipertenziya zamanı
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
520) Mamalıq praktikasında hansı hallar halotan narkozuna birbaşa göstəriş hesab edilmir?
A) Yaşlı ilk doğan, dölyanı mayenin vaxtımdan əvvəl axması

B) Arterial hipertenziya və bronxial astma

C) Arterial hipertenziya və taxikardiya

D) Eklampsiya statusu

E) Qıcolma sindromlarında
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
521) Kiçik çanaq orqanlarının əməliyyatlarında epidural boşluq hansı səviyyədə punksiya olunmalıdır:
A) L4 - L5

B) L4 - S1

C) L2 - L5

D) T11 - L2

E) T8 - T9
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
522) Fizioloji hamiləliyin inkişafı ilə əlaqədar olaraq, dövredən qanın göstəriciləri necə dəyişir?
A) Hemoqlobin və hematokrit nisbətən artır, plazma isə azalır

B) Hemoqlobin və hematokrit azalır, plazma isə artır

C) Hematokrit və plazma nisbətən artır, hemoqlobin isə azalır

D) Hamısı eyni dərəcədə artır

E) Hamısı eyni dərəcədə azalır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
523) Fizioloji hamiləliyin fonunda dövredən plazmanın həcmi ilkin vəziyyətlə müqayisədə nə qədər artır?
A) 40-50%

B) 90-100%

C) 10-15%

D) 5-10%


E) 20-25%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
524) Fizioloji hamiləliyin fonunda dövredən qanın qlobulyar həcmi nə qədər artır?
A) 20-30%

B) 70-80%

C) 90-100%

D) 50-60%

E) 5-10%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
525) Fizioloji hamiləliyin gedişində plazma zülallarının fraksiyaları necə dəyişir?
A) Plazmada ümumi zülalların qatılığı artır, albumin fraksiyasının miqdarı artır, qlobulinin səviyyəsi isə azalır

B) Plazmada ümumi zülalların mütləq miqdarı azalır, qlobulin fraksiyasının nisbəti azalır

C) Plazmada ümumi zülalların qatılığı dəyişmir, lakin qlobulin fraksiyasına nisbətən albumin fraksiyasının səviyyəsi yüksəlir

D) Plazmada ümumi zülalların miqdarı azalır, albumin fraksiyasının nisbəti artır

E) Plazmada ümumi zülalların qatılığı azalır, albumin fraksiyasının nisbəti də azalır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
526) Keysər kəsiyi əməliyyatında ümumi anesteziya zamanı döl çıxarılana kimi anesteziyanı təmin etmək məqsədilə tiopental natriumu hansı variantda istifadə etmək məsləhət görülür?
A) Tiopental natrium 4-5 mq/kr birdəfəlik dozada + fentanil 100 mkq birdəfəlik dozada

B) Tiopental natrium 0,1-0,2 mq/kr birdəfəlik dozada + diazepam 10 mq birdəfəlik dozada

C) Tiopental natrium 8-10 mq/kq birdəfəlik dozada + midazolam 10 mq birdəfəlik dozada

D) Tiopental natrium 1-2 mq/kr birdəfəlik dozada + halotanın 0,5%-1,0% inhalyasiyası

E) Tiopental natrium 4-5 mq/kr birdəfəlik dozada + 50% azot oksidi və 50% O2-nin inhalyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
527) Keysər kəsiyi əməliyyatı vasitəsilə doğulan yenidoğulmuşların orqanizmində baş verə bilən pozğunluqların profilaktikası üçün hansı tədbirdən istifadə edilmir?
A) Minimal vaxt ərzində dölün çıxarılması

B) Döl çıxarıldıqdan dərhal sonra sorucu vasitəsilə dölün udlağının selikdən təmizlənməsi

C) Əməliyyat zamanı aortokaval kompressiyanın profilaktikası

D) Yenidoğulmuşa ilk saatlarda O2-nin verilməsi

E) Döl çıxarıldıqdan dərhal sonra onun parenteral qidalanmasının təmin edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
528) Ananın və dölün qanı bir-birinə qarışırmı?
A) Ananın və dölün qanı heç vaxt bir-birinə qarışmır

B) Normal vəziyyətdə bir-birinə qarışmır, lakin uşaqlıq-cift qan dövranı pozğunluqları zamanı isə bir-birinə qarışır

C) Ananın və dölün qanı hamiləliyin I yarısında bir-birinə qarışır, sonrakı dövrlərdə isə təcrid olunur və bir-birinə qarışmır

D) Ananın və dölün qanı yalnız xovlararası sahədə bir-birinə qarışır

E) Xovlararası sahədə ananın və dölün qanı bir-birinə qarışmır, xovların daxilində (ciftdə) isə qarışır
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
529) Ketamin uşaqlığa nəcə təsir göstərir?
A) Uşaqlıq əzələsini boşaldır

B) Uşaqlıq qanaxmasının həcmini artırır

C) Uşaqlığın patoloji hipertonuslarını aradan götürür

D) Uşaqlığın bazal tonusunu zəiflədir

E) Müəyyən hallarda uşaqlığın tonusunu artırır
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
530) Mamalıq praktikasında hansı hallarda azot-oksidindən istifadə etmək məqsədəuyğun deyildir?
A) Böyrəklərin iltihabi xəstəlikləri zamanı

B) Dölün bətndaxili hipoksiyası və ciftin vaxtından əvvəl ayrılması zamanı

C) Hipertenziyalarda, dərin miopiyalarda

D) Hipotoniyalar zamanı

E) Şəkərli diabet xəstəliyi zamanı
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
531) Mərkəzi sinir sisteminə təsir edən bütün preparatlardan (anestetiklərdən, neyrotrop və psixotrop preparatlardan, trankvilizatorlardan) hansı preparatlar cift baryerindən keçir?
A) Suda həll olmayanlar

B) Yalnız inhalyasion anestetiklər

C) Yalnız güclü təsirə malik olanlar

D) Yalnız bir qisim anestetiklər

E) Bu və ya digər dərəcədə hamısı
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
532) Fizioloji hamiləlik zamanı qeyd olunan dövredən qanın həcminin artmasının əhəmiyyəti nədən ibarətdir?
A) Arterial təzyiqi tənzimləyir

B) Diurezi artırır

C) Ana və döl arasında qida maddələri və tənəffüs qazlarının mübadiləsini asanlaşdırır, doğuş zamanı baş verən qanitirmənin ana orqanizminə olan təsirini azaldır

D) Qanın sirkulyasiyasını intensivləşdirərək trombotik fəsadların profilaktikasını təmin edir

E) Dövredən qanın həcminin artması aortokaval kompressiyanın inkişafına imkan vermir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
533) Hamiləlik zamanı hemodinamikanın göstəriciləri tərəfindən hansı dəyişiklik qeyd olunmur?
A) Dövredən qanın həcminin artması

B) Ürək vurğularının sayının artması

C) Ürəyin vurğu həcminin yüksəlməsi

D) Hipovolemiya

E) Aşağı boş vena sindromu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
534) Anestezioloji nöqteyi-nəzərdən hamilələrdə yuxarı tənəffüs yolları tərəfindən hansı hal qeyd olunmur?
A) Kiçik diametrli endotraxeal borulardan istifadə edilir

B) Səs yarığı ölçülərinin kiçilməsi

C) Traxeyanın intubasiyası daha rahat və təhlükəsiz olur

D) Burun, udlaq-qirtlaq və traxeyanın səlikli qişasının ödemi

E) Yuxarı tənəffüs yollarında manipulyasiyalar zamanı qanaxma ehtimalı artır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
535) Fizioloji doğuş zamanı uşaqlığın yığılması nəticəsində qan dövranına nə qədər qan daxil olur?
A) 100 ml

B) 50 ml


C) 200 ml

D) 1000 ml

E) 500 ml
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
536) Xəstə ürəyi olan qadınlarda fizioloji doğuşla əlaqədar uşaqlığın yığılması nəticəsində qan dövranına daxil olan qanın hesabına baş verə bilən ürək çatışmazlığı və ağciyərlərin ödeminin qarşısını almaq məqsədilə hansı tədbir məqsədəuyğun sayılır?
A) Diuretiklərin yeridilməsi

B) Ürək qlikozidlərinin yeridilməsi

C) Davamlı epidural blok

D) Traxeyanın intubasiyası və ağciyərlərin süni ventilyasiyası

E) Qanburaxma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
537) Hamiləlik zamanı sistolik küyün yaranması adətən nə ilə əlaqədar baş verir?
A) Revmatizmin kəskinləşməsi və ürək qapaqlarının deformasiyası

B) Arterial hipertenziya

C) Ürək kameralarının dilatasiyası ilə bağli requrgitasiya

D) Kiçik qan dövranında hipertenziya

E) Diafraqmanın səviyyəsinin yüksəlməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
538) Hamilələrdə epidural anesteziya zamanı epidural boşluğa yeridilən yerli anestetiklərin dozaların azaldılması nə ilə əlaqədar deyildir?
A) Epidural venaların genişlənməsi ilə əlaqədar epidural boşluğun həcminin azalması

B) Hipervolemiya

C) Hamilələrdə orqanizmin dərman preparatlarına yüksək həssaslığı

D) Damarların tonusunun saxlanılmasında simpatik requlyasiyanın üstünlüyü

E) Aortokaval kompressiyanın qan sirkulyasiyasına mənfi təsiri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
539) Aşağıda qeyd olunan miorelaksantlardan hansı Keysər kəsiyi əməliyyatı zamanı anesteziyaya induksiyadan sonra traxeyanın intubasiyası zamanı əzələ relaksasiyanı təmin üçün seçim preparatı sayılır?
A) Mivakurium (mivakron)

B) Atrakurium (trakrium)

C) Pipekuronium (arduan)

D) Pankuronium (pavulon)

E) Suksinilxolin (ditilin)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
540) Keysər kəsiyi əməliyyatında ümumi anesteziya zamanı qanqlioblokatorlar (arfonad, benzogeksonium, pentamin) arterial hipertenziyanın müalicəsi məqsədilə hansı hallarda istifadə edilə bilər?
A) Yalnız əməliyyat qurtardıqdan sonra

B) Yalnız döl çıxarıldıqdan sonra

C) İstənilən vaxtda

D) Yalnız traxeya intubasiyasından sonra

E) Yalnız anesteziyaya induksiya zamanı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
541) Xovlararası sahədə və xovların daxilində (ciftdə) olan qan kimə məxsusdur?
A) Hər ikisində olan qanın çox hissəsi anaya və az hissəsi isə dölə məxsusdur

B) Xovlararası sahədə olan qan dölə, xovların daxilində (ciftdə) olan qan isə anaya məxsusdur

C) Hamısı dölə məxsusdur

D) Hamısı anaya məxsusdur

E) Xovlararası sahədə olan qan anaya, xovların daxilində (ciftdə) olan qan isə dölə məxsusdur
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
542) Ağır formalı hamiləlik hestozları zamanı hipertenziv sindromun müalicəsində idarəolunan hipotoniya tətbiq etdikdə aşağıdakı əlamətlərdən hansı xarakterik deyildir?
A) Kiçik qan dövranında hipertenziyanı azaldır

B) Qanın ürəyə venoz qayıtmasını azaldır

C) Miokardın işi və oksigenə tələbatı artmış olur

D) Qan cərəyanının yenidən bölüşdürülməsi baş verir

E) Periferik damar müqaviməti aşağı düşür
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
543) Ürək xəstəliyindən əziyyət çəkən xəstədə əməliyyatdan sonra sianozla, AT enməsi, təngnəfəslik ilə müşayət olan tez artan taxikardiya yaranıb. Tez bir zamanda qaraciyərin böyüməsi qeyd alınıb. Bu ürək-damar sisteminin funksiyasının hansı kəskin pozğunluğudur?
A) Ağ ciyər emboliyası

B) Kəskin sol mədəcik çatışmamazlığı

C) Hər iki mədəciyin kəskin çatışmamazlığı

D) Kəskin sağ mədəcik çatışmamazlığı

E) Kəskin damar çatışmamazlığı
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
544) Doğuş zamanı bədən çəkisinə nisbətdə qadının itirdiyi nə qədər qanın miqdarı fizioloji maksimal qan itirmə sayılır?
A) 10 %

B) 5 %


C) 0,5 %

D) 1 %


E) 3 %
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
545) Süni qan dövranı şəraitində aparılan əməliyyatlar zamanı xəstəyə 2-3 mq/kq dozada heparin vurulur. Süni qan dövranından sonra heparini neytrallaşdırmaq üçün hansı preparatdan istifadə olunur?
A) Təzə dondurulmuş plazma

B) Aminokapron turşusu

C) Kontrikal

D) Kalsium xlor

E) Protamin sulfat
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
546) Kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə xəstə təcili qaydada əməliyyat stoluna götürülüb.Ümumi anesteziyanın aparilmasinda hansı taktika düzgündür?
A) Mədə zondla yuyulur və zond mədədə qalmaqla traxeya intubasiya edilir

B) Xəstənın qida qəbulundan 4 saat keçibsə, mədə zondlanmır

C) Mədə zondla yuyulduqdan sonra, zond çıxarılır və traxeyanın intubasiyasından sonra mədə yenidən zondlanır

D) Narkoz başlanır, traxeya intubasiya edilir və sonra mədə zondlanaraq yuyulur

E) Yalnız cərrahi əməliyyatın xarakteri tələb edərsə, mədəyə zond salınır
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
547) Hamiləlik zamanı aparılacaq əməliyyatda hansı inhalyasion anestetikin istifadəsi döl üçün daha təhlükəsizdir?
A) Desfluran

B) İzofluran

C) Hamısı

D) Enfluran

E) Halotan
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
548) Uşaqlarda planlı cərrahi əməliyyatlardan neçə saat əvvəl qidalanma dayandırılmalıdır?
A) 15 saat

B) 10 saat

C) 1 saat

D) 6 saat

E) 2 saat
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
549) Hansı preparat alfa-adrenoblokatorlara aiddir?
A) Izoprenalin (Izadrin, Novodrin)

B) Fentolamin

C) Pentamin

D) Arfonad

E) Skopolamin
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
550) Kəskin infarktın baş verməsindən 1 həftə sonra mədə xorasının perforasiyası və peritonit inkişaf etmişdir. Müalicə taktikası necə olmalıdır?
A) Dezintoksikasion tədbirlər kompleksi və güclü antibiotikoterapiya aparmaq

B) Xəstənin hərəkətlərini məhdudlaşdıraraq, infarktın müaləcəsini gücləndirməli

C) Qarın nahiyəsinə daimi buz qoymaqla peritonitin inkişafını tormozlamaq

D) Mədəni zondlayıb antiseptik məhlullarla intensiv yumaq lazımdır.

E) Nitrat preparatlarının və kiçik molekullu heparinlərin tətbiqi ilə təcili cərrahi əməliyyat aparılmalı
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
551) Yenidoğumuşların tənəffüs həcmi neçə ml/kq- dır?
A) 15

B) 10


C) 6

D) 12


E) 2
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
552) Yenidoğulmuşlarda tənəffüsün sayı 1 dəqiqədə nə qədərdir?
A) 24

B) 24-28


C) 12

D) 60


E) 40
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
553) Piylənmə ilə olan (kök) xəstələrdə endogen opiatların səviyyəsi normal çəkili adamlarla müqaisədə?
A) Eynidir

B) Azdır


C) Qadın kök xəstələrdə azdır

D) Çoxdur

E) Kişi kök xəstələdə çoxdur
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
554) Teratogenlik baxımından 3 aylıq hamilə qadın üçün hansı anesteziya növü təhlükısizdir?
A) Halotan işlətməklə kombinə olunmuş intubasion narkoz

B) Halotan+narkotik analgetiklərlə venadaxili anesteziya

C) Onurğa beyni anesteziyası

D) Ketamin işlətməklə kombinə olunmuş intubasion narkoz

E) Ketamin+diazepam+narkotik analgetiklərlə venadaxili anesteziya
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
555) Yanıqla olan xəstələrdə depolyarizəedici əzələ relaksantlarının istifadəsi zamanı hansı fəsadın baş vermə ehtimalı artır?
A) Periferik damarların spazmı

B) Arterial qan təzyiqinin yüksəlməsi

C) Mədəciklərin səyirməsi və ürək fəaliyyətinin dayanması

D) Bronxospazm

E) Tonik və klonik qıcolmalar
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
556) Sellik qaydası (üsulu, metodu) hansı məqsəd daşıyır?
A) Nazo-traxeal intubasiyanı asanlaşdırmaq üçün

B) Traxeyanın intubasiyasını asanlaşdırmaq üçün

C) Körpücükaltı venanın kateterizasiyasını asanlaşdırmaq üçün

D) Daxili vidaci venanın kateterizasiyasını asanlaşdırmaq üçün

E) Giriş narkozu zamanı mədə möhtəviyyatının requrgitasiyasının profilaktikası üçün
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
557) Keysər kəsiyi əməliyyatı zamanı ən optimal anesteziya növü hansıdır?
A) Spontan tənəffüs saxlanılmaqla vena daxili anesteziya

B) Maska ilə inhalyasion narkoz

C) Yerli anesteziya

D) Endotraxeal narkoz

E) Epidural və spinal anesteziya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
558) Anamnezində astma olan xəstə intubasion narkoz altında cərrahi əməliyyata məruz qalmışdır. Əməliyyat bitdikdən sonra dekurarizasiyaya münasibət necə olmalıdır?
A) Məsləhət deyildir

B) 0,5 ml atropindən sonra olmalıdır

C) 1,0 ml atropindən sonra olmalıdır

D) Mütləq olmalıdır

E) Atropin vurulduqdan sonra nəbzin sayı 1 dəqiqədə 15 vurğudan çox artarsa dekurarizasiya etmək olar.
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
559) Hamiləlik zamanı aparılacaq əməliyyatda hansı inhalyasion anestetikin istifadəsi döl üçün daha təhlükəsizdir?
A) Enfluran

B) İzofluran

C) Desfluran

D) Hamısı

E) Halotan
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
560) Tireotoksikozla olan xəstələrin premedikasiyasında hansı qrup preparatların istifadəsi məqsədəuyğun deyil?
A) Xolinolitiklər

B) Simpatomimetiklər

C) Qanqliolitiklər

D) Trankvilizatorlar

E) Adrenoblokatorlar
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.

Bölmə 10. Reanimatologiyanın ümumi məsələləri

561) Terminal hal zamanı hansı ardıcılliq izlənilir?
A) Terminal fasilə – Preaqoniya – Aqoniya –Kliniki ölüm – Bioloji ölüm

B) Preaqoniya – Aqoniya – Terminal fasilə – Kliniki ölüm – Bioloji ölüm

C) Kliniki ölüm – Terminal fasilə – Preaqoniya – Aqoniya – Bioloji ölüm

D) Kliniki ölüm – Preaqoniya – Aqoniya – Terminal fasilə– Bioloji ölüm

E) Preaqoniya – Terminal fasilə – Aqoniya – Kliniki ölüm – Bioloji ölüm
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
562) Preaqonal vəziyyət üçün səciyyəvidir?
A) Ürəyin dəqiqəlik həcminin artması

B) Toxumalarda hiperoksiya

C) Sistolik arterial təzyigin (AT) böhranlı səviyyəyə (70-60 mm c. s.) enməsi

D) AT kəskin yüksəlməsi

E) Anaerob qlikoliz
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
563) Aqonal vəziyyətdə nə müşahidə edilmir?
A) Ürək tonlarının karlaşması

B) Asidoz

C) Arterial hipotenziya

D) Ağ ciyərin normal ventilyasiyası

E) Hipoksiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
564) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Yuxu arteriyasının üzərində nəbzin zəifləməsi

B) Mil arteriyasının üzərində nəbzin itməsi

C) Kəskin taxiaritmiya

D) Yuxu arteriyasının üzərində nəbzin itməsi

E) Kəskin bradiaritmiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
565) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Arterial təzyigin aşağı düşməsi

B) Nəbzin sayının kəskin azalması

C) Bəbəklərin genəlməsi

D) Ürək tonlarının eşidilməməsi

E) Ürək tonlarının hədsiz karlaşması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
566) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Boyun əzələlərində rigidliyin olması

B) Bəbəklərin genəlməsi və işiga reaksiya verməməsi

C) Huşun pozulması

D) Qıcolmalar

E) Bəbəklərin kəskin daralması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə