Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur

) Kliniki ölümün əlamətlərinə nə aiddir?

Yüklə 0,82 Mb.
səhifə11/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

567) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Psixomotor oyanmalar

B) Huşun itməsi

C) Əzələ-vətər reflekslərinin kəskin yüksəlməsi

D) Qıcolmalar

E) Huşun alagaranlıg olması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
568) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Dərin və səsli tənəffüsün olması

B) Tənəffüsün dayanması

C) Tənəffüsün hədsiz səthiləşməsi

D) Tənəffüsün sayının kəskin artması

E) Tənəffüsün sayının kəskin azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
569) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Arterial təzyigin kəskin yüksəlməsi

B) Arterial təzyigin geyri sabit olması

C) Nəbzin sapvari olması

D) Arterial təzyigin müəyyən edilməməsi

E) Arterial təzyigin kəskin enməsi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
570) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Dəri örtüyünün kəskin qızarması

B) Dəri örtüyünün kəskin avazıması və sianozlaşması

C) Yuxu arteriyasının zəif pulsasiyası

D) Bəbəklərin daralması

E) Dəri örtüyünün tərlə örtülməsi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
571) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Hədsiz sinus bradikardiyası

B) Mədəcik taxikardiyası

C) EKQ-də düz xəttin alınması

D) Hədsiz sinus taxikardiyası

E) Supraventrikulyar paroksizmal taxikardiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
572) Ürək dayanmasının diaqnozu nə qədər vaxt ərzində qoyulmalıdır?
A) 10-12 san

B) 25-30 san

C) 1-2 san

D) 40-50 san

E) 1 dəq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
573) Klinika şəraitində qan dövranının dayanması orta hesabla neçə faiz hallarda tənəffüs pozqunluqları ilə əlaqədar bradiaritmiya fonunda baş verir?
A) 50 %

B) 10 %

C) 35 %

D) 100 %

E) 65 %
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
574) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Damar kollapsı

B) Kardiogen şok

C) Mədəciklərin asistoliyası

D) Massiv qanitirmə

E) Hipertonik kriz
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
575) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Mədəciklərin fibrilyasiyası

B) Hədsiz sinus bradikardiyası

C) Ürəyin tamponadası

D) Hədsiz sinus taxikardiyası

E) Səyrici aritmiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
576) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Ağ ciyər ödemi

B) Elektromexaniki dissosasiya

C) Suda boğulma

D) Astmatik status

E) Beyin ödemi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
577) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Kəskin böyrək çatışmamazlığı

B) Travmatik şok

C) Hemorragik insult

D) Hipertermik sindrom

E) Hemodinamikanın pozulması ilə gedən mədəcik taxikardiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
578) Mədəciklərin fibrilyasiyası qan dövranının dayanmasının mexanizmi kimi hansı tezlikdə rast gəlir?
A) 1/3

B) 3/4

C) 2/3

D) 4/5

E) 1/2
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
579) Hansı növ ürək dayanması zamanı proqnoz nisbətən yaxşı gözlənilir?
A) Klonik fibrilyasiya

B) İkincili asistoliya

C) Mədəciklərin asistoliyası

D) Birincili asistoliya

E) Tonik fibrilyasiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
580) Kliniki ölümün müddəti normotermiya şəraitində orta hesabla nə qədər təşkil edir?
A) 5 dəq

B) 10 dəq

C) 2 dəq

D) 7 dəq

E) 3 dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
581) Hansı faktor kliniki ölümün davam müddətinə bilavasitə təsir edir?
A) Hiperbilirubinemiya

B) Hipertermiya

C) Hiperqlikemiya

D) Hipervolemiya

E) Hiperkatexolaminemiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
582) Hansı faktor kliniki ölümün davam müddətinə bilavasitə təsir etmir?
A) Hiperkapniya

B) Hipotermiya

C) Hipoksiya

D) Hipertermiya

E) Hipoqlikemiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
583) Hansı faktor kliniki ölümün müddətini uzadır?
A) Beyin ödemi

B) Hipoksiya

C) Hipotermiya

D) Hiperkarbiya

E) Hiperqlikemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
584) Hipotermiya (30-32°C) şəraitində kliniki ölümün müddəti orta hesabla nə qədər təşkil edir?
A) 60 dəq

B) 5 dəq

C) 10 dəq

D) 30 dəq

E) 20 dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
585) Qan dövranının dayanmasının növü nəyin əsasında müəyyən edilir?
A) Qanda kortikosteroidlərin səviyyəsinə görə

B) EKQ-müayinə

C) Elektroensefaloqrafiya

D) Qanda şəkərin miqdarına görə

E) Kliniki nişanələr
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
586) Mədəciklərin fibrilyasiyasının əlamətlərinə nə aiddir?
A) Tənəffüsün sayının artması

B) Ürək tonlarının karlaşması

C) Bəbəklərin kəskin daralması

D) EKQ-də yüksək tezlikli (dəq. 200-400 dəfə) sinusoidal əyrinin olması

E) EKQ-də düz xəttin qeydə alınması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
587) Asistoliya əlamətlərinə aiddir?
A) Arterial təzyiginin aşağı enməsi

B) EKQ-də R-dişciyinin ölçülərinin kiçilməsi

C) Ürək tonlarının karlaşması

D) EKQ-də düz xəttin qeydə alınması

E) Paroksizmal taxikardiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
588) Elektromexaniki dissosasiyanın əlamətlərinə aiddir?
A) Bəbəklərin daralması

B) Ürək tonlarının karlaşması

C) EKQ-də sinus bradiaritmiyası fonunda genəlmiş QRS komplekslərinin izlənməsi

D) EKQ-də düz xəttin qeydə alınması

E) Arterial təzyiginin yüksəlməsi
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
589) “Dekortikasiya” (dönməz koma) zamanı nə müşahidə edilmir?
A) Bradikardiya

B) Bəbəklərin daralması

C) Total arefkeksiya

D) Qanda xolinesterazanın miqdarının azalması

E) Dərin koma
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
590) “Dekortikasiya” zamanı nə müşahidə edilir?
A) Yuxu arteriyalarında və daxili vidaci venada oksigen fərginin 5%-dan çox olması

B) Bəbəklərin daralması

C) Qanda fermentlərin aktivliyinin artması

D) Onurğa beyni mayesində süd turşusunun miqdarının azalması

E) Qan dövranı göstəricilərinin sabitliyi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
591) “Dekortikasiya” əlamətlərinə nə aiddir?
A) Reflekslərin güclənməsi

B) Likvorda süd turşusunu migdarının azalması

C) Qanda fermentlərin aktivliyinin azalması

D) EEQ-də beyin gabığı hüceyrələrinin aktivliyinin sönməsi

E) Yuxu pozğunluğu
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
592) “Bioloji ölüm” üçün xasdır?
A) Reanimasiya tədbirləri fonunda huş bərpa olur

B) Reanimasiya tədbirləri fonunda ürək fəaliyyəti bərpa olmur

C) Reanimasiya tədbirləri fonunda tənəffüs bərpa olur

D) Reanimasiya tədbirləri fonunda bəbəklər daralır

E) Reanimasiya tədbirləri fonunda reflekslər bərpa olur
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
593) Massiv qanitirmiş xəstədə rəngin kəskin avazıması arterial təzyigin 50/20 mm.c.süt. enməsi, sapvari çətin sayılan nəbz, huşun alaqaranlıq olması, oyanıqlıq izlənməsi varsa bu vəziyyət necə adlanır?
A) Preaqonal hal

B) Terminal fasilə

C) Kliniki ölüm

D) Aqonal hal

E) Dekortikasiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
594) Miokard infarktı diaqnozu ilə klinikaya daxil olmuş xəstədə mədəcik taxikardiyası və arterial təzyiqin enməsi (70/50) qeyd edilirsə bunlar nəyin baş verə biləcəyinə işarədir?
A) Kəskin sol mədəcik çatışmazlığının

B) Ağ ciyər arteriyasının tromboemboliyasının

C) Qan dövranının dayanmasının

D) Kardiogen şokun

E) Damar kollapsının
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.

Bölmə 11. Ürək-ağciyər-beyin reanimasiyasi.

595) ABC (baza) reanimasiya kompleksi reanimatoloji xidmətin hansı mərhələsində tətbiq edilməlidir?
A) Hospitalaqədərki mərhələdə (hadisə yerində)

B) Xəstəxanaya nəql etmə mərhələsində (reanimatoloqun iştirakı ilə)

C) İxtisaslaşdırılmış reanimasiya mərhələsində

D) Bütün mərhələlərdə

E) Xəstəxanaya nəql etmə mərhələsində (reanimatoloq olmayan halda)
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
596) ABC reanimasiya kompleksi nə zaman tətbiq edilir?
A) Qan dövranının dayanmasının bütün növlərində

B) Yalnız asistoliya zamanı

C) Yalnız mədəcik səyriməsi zamanı

D) Qan dövranının dayanmasının heç bir növündə tətbiq edilmir

E) Yalnız elektromexaniki dissosasiya zamanı
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
597) Bir reanimatoloq ağ ciyərlərin süni ventilyasiyasını və ürək masajını hansı nisbətdə aparmalıdır?
A) 2 : 5

B) 3 : 10

C) 2 : 15

D) 1 : 5

E) 1 : 15
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
598) İki reanimatoloq yardım göstərərkən ağ ciyərlərin süni ventilyasiyası və ürək masajı hansı nisbətdə aparılmalıdır?
A) 3 : 10

B) 1 : 10

C) 1 : 5

D) 2 : 15

E) 2 : 5
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
599) Reanimasiya zamanı ağ ciyərlərin süni ventilyasiyası bir dəqiqə ərzində neçə dəfə aparılmalıdır?
A) 8-10 dəfə

B) 18-20 dəfə

C) 6-8 dəfə

D) 12-14 dəfə

E) 16-18 dəfə
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
600) Reanimasiya zamanı ürək masajı bir dəqiqə ərzində neçə dəfə aparılmalıdır?
A) 55-65 dəfə

B) 110-120 dəfə

C) 80-100 dəfə

D) 105-110 dəfə

E) 65-75 dəfə
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
601) Qan dövranının dayanmasında ürəyin açıq masajına göstərişdir?
A) Tam köndələn blokada

B) Deşib keçən torakoabdominal yaralanmalar

C) Mədəciklərin səyriməsi

D) Ağır kəllə-beyin travması

E) Onurğa sütununun boyun səviyyəsində zədələnməsi
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
602) Ürək masajı zamanı döş sümüyü onurğaya tərəf neçə sm sıxılmalıdır?
A) 1-2 sm

B) 5-6 sm

C) 2-3 sm

D) 6-7 sm

E) 4-5 sm
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
603) Ürəyin qapalı masajı zamanı onun vurğu (sistolik) həcmi normanın neçə faizini təşkil edir?
A) 20-25 %

B) 40-45 %

C) 60-65 %

D) 30-35 %

E) 50-55 %
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
604) Hansı dərman preparatı ürək dayanmasının bütün növlərində seçmə preparatı sayılır?
A) Lidokain

B) Atropin

C) Strofantin

D) Amiodaron

E) Adrenalin
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
605) Mədəciklərin səyriməsi zamanı ilk növbədə hansı preparat yeridilir?
A) Adrenalin

B) Atropin

C) Ürək qlikozidi

D) Bemeqrid

E) Lidokain
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
606) Reanimasiya zamanı adrenalinin haraya yeridilməsi önəmli sayılır?
A) İntratraxeal

B) Arteriya daxilinə

C) Periferik venaya

D) Sol mədəcik boşluğuna

E) Mərkəzi venaların birinə
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
607) Reanimasiya prosesində adrenalinin ən yüksək ümumi dozası nə qədər təşkil edə bilər?
A) 10 mq

B) 5 mq

C) 7 mq

D) 1 mq

E) 3 mq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
608) Mədəcik paroksizmal taxikardiyası zamanı hansı preparatın tətbiqi daha önəmlidir?
A) Anaprilin

B) Obzidan

C) İzoptin

D) Kordaron

E) Lidokain
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
609) Mədəcik paroksizmal taxikardiyası zamanı lidokainin ilkin venadaxili birdəfəlik (bolyus) dozası nə qədər təşkil edir?
A) 2,5-3,0 mq/kq

B) 0,5-1,0 mq/kq

C) 2,0-2,5 mq/kq

D) 0,25- 0,5 mq/kq

E) 1-1,5 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
610) Mədəciklərin səyriməsi zamanı hansı dərman preparatının tətbiqi məqsədəuyğun deyil?
A) Adrenalin

B) Lidokain

C) Natrium bikarbonat

D) Atropin

E) Amiodaron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
611) Mədəciklərin səyriməsi zamanı hansı tədbir həyata keçirilir?
A) Elektrokardiostimulyasiya

B) Exokardioqrafiya

C) Elektrik defibrilyasiyası

D) Kardioversiya

E) Koronar angioqrafiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
612) Defibrilyasiya hansı sxem əsasında aparılır?
A) 50 – 150 – 250 C

B) 50 – 100 – 150 C

C) 200 – 300 – 360 C

D) 150 – 250 – 350 C

E) 100 – 200 – 300 C
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
613) Kliniki ölüm zamanı endotraxeal intubasiya apararkən öncə hansı hazırlıq görülür?
A) Udlaq nahiyəsi anesteziya edilir

B) Əzələ relaksantı istifadə edilir

C) Səthi narkoz vəziyyəti yaradılır

D) Xüsusi hazırlıq tələb olunmur

E) Venadaxilinə relanium yeridilir
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
614) Mədəciklərin səyriməsinin refrakter formalarında seçim preparat hansıdır?
A) Lidokain

B) Korqlükon

C) Kordiamin

D) Atropin

E) Kalsium xlorid
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
615) Mədəciklərin fibrilyasiyasının refrakter formalarında hansı preparatın tətbiqi məsləhətdir?
A) Atropin

B) Dopamin

C) Amiodaron

D) Mezaton

E) Kalsium xlorid
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
616) Mədəciklərin fibrilyasiyasının refrakter formalarında hansı preparatın tətbiqi məsləhətdir?
A) Maqnezium sulfat

B) Korqlükon

C) Kalsium xlorid

D) Askorbin turşusu

E) Noradrenalin
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
617) Mədəciklərin fibrilyasiyasının refrakter formalarında hansı preparatın tətbiqi əks göstərişdir?
A) Lidokain

B) Propranolol

C) Maqnezium sulfat

D) Amiodaron

E) Atropin
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
618) Reanimasiya prosesində natrium bikarbonatın dozası nə qədər təşkil etməlidir?
A) 2,0 mmol/kq

B) 3,0 mmol/kq

C) 1,5 mmol/kq

D) 1 mmol/kq

E) 0,5 mmol/kq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
619) Supraventrikulyar paroksizmal taxikardiyalar zamanı seçim preparat hansıdır?
A) Lidokain

B) Kalsium xlorid

C) Kordaron

D) İzoptin

E) Atenolol
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
620) Supraventrikulyar paroksizmal taxikardiyalar zamanı izoptinin orta dozası nə qədər təşkil edir?
A) 1-2 mq

B) 3-4 mq

C) 15-20 mq

D) 5-10 mq

E) 12-14 mq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
621) Qulaqcıqların səyriməsi zamanı kardioversiya məgsədilə defibrilyatorun kondensatoruna ilk dəfə nə qədər enerji toplamaq lazımdır?
A) 240 C

B) 100 C

C) 50 C

D) 150 C

E) 180 C
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
622) Supraventrikulyar paroksizmal taxikardiya zamanı kardioversiya məqsədilə defibrilyatora ilk dəfə nə qədər enerji toplanır?
A) 240 C

B) 50 C

C) 360 C

D) 180 C

E) 100 C
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
623) Asistoliya zamanı hansı tədbir həyata keçirilir?
A) Plazmaferez

B) Hemosorbsiya

C) Hemodializ

D) ABC-reanimasiya kompleksi

E) Elektrik defibrilyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
624) Asistoliya zamanı ilk növbədə hansı preparat yeridilir?
A) Adrenalin

B) Amiodaron

C) Anaprilin

D) Kordiamin

E) Laziks
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
625) Asistoliyanın müalicəsinin alqoritminə daxil deyil?
A) Endotraxeal intubasiya

B) Kardiostimulyasiya

C) Kardioversiya

D) Ürək-ağ ciyər reanimasiyası

E) Atropin (vena daxilinə)
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
626) Bradiaritmiya fonunda baş verən ürək dayanmasında yeridilməsi məsləhətdir:
A) Efedrin

B) Kalsium xlorid

C) Prokainamid

D) Atropin

E) Prednizolon
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
627) Reanimasiya prosesində atropinin ilkin venadaxili dozası nə qədər təşkil edir?
A) 1,5 mq

B) 1 mq

C) 3 mq

D) 0,5 mq

E) 2 mq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
628) Reanimasiya prosesində atropinin ən yüksək ümumi dozası nə qədər təşkil edə bilər?
A) 1 mq

B) 7 mq

C) 3 mq

D) 5 mq

E) 4 mq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
629) Asistoliya zamanı hansı tədbir aparılmır?
A) Elektrik defibrilyasiyası

B) Atropin inyeksiyası

C) Adrenalin inyeksiyası

D) Kardiostimulyasiya

E) ABC-reanimasiya kompleksi
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
630) Elektrokardiostimulyasiya aparılmasına göstəriş sayilmir?
A) Sinus düyününün zəifliyi sindromu

B) Asistoliya növ qan dövranının dayanması

C) Mədəciklərin səyriməsi

D) Qulaqcıqların səyriməsi

E) Morqan – Adams – Stoks sindromu
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
631) Elektromexaniki dissosasiya zamanı hansı reanimasiya tədbiri həyata keçirilir?
A) Elektrik defibrilyasiyası

B) Halotan inhalyasiya edilir

C) ABC-reanimasiya kompleksi

D) Ürək qlikozidi tədbiq edilir

E) Amiodaron yeridilir
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
632) Elektromexaniki dissosiasiya zamanı öncə hansı preparat yeridilir?
A) Furosemid

B) Amiodaron

C) Anaprilin

D) Atropin

E) Adrenalin
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
633) Qirtlağın müxtəlif mənşəli (ödem, hematoma, yad cisim) tıxanması zamanı seçim metodu sayılır?
A) Esmarx fəndi

B) Krikotireoidotomiya

C) Mikrotraxeostomiya

D) Müalicəvi bronxoskopiya

E) Safarın triadası
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
634) Təxirəsalınmaz hallarda tənəffüs yollarının keçiriciliyini təmin etmək üçün daha önəmli hesab edilir?
A) Endotraxeal intubasiya

B) Burun kateterlərinin yeridilməsi

C) Esmarx fəndi

D) Safarın triadası

E) Laringeal maskanın tədbiqi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
635) Xüsusi şərait olmayan halda hansı metod tənəffüs yollarının keçiriciliyinin sürətli, az travmatik və davamlı təmin edilməsinə imkan verir?
A) Hiperbarik oksigenasiya

B) Traxeostomiya

C) Bronxoskopiya

D) Mikrotraxeostomiya

E) Konikotomiya
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.

Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə