Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Ürək masajı zamanı kompressiyanın effektiv olmasının nişanəsi hansıdır?



Yüklə 0,82 Mb.
səhifə12/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

636) Ürək masajı zamanı kompressiyanın effektiv olmasının nişanəsi hansıdır?
A) Yuxu arteriyaları üzərində nəbzin əllənməsi

B) Ürək tonlarının eşidilməsi

C) Bəbəklərin ölçülərinin sabit qalması

D) Huşun bərpa olması

E) Qaraciyərin ölçülərinin artması
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
637) Reanimasiya tədbirlərinin effektivliyini müəyyənləşdirmək üçün neçə ürək-ağ ciyər kompleksindən sonra nəbz yoxlanmalıdır?
A) 2

B) 4


C) 15

D) 10


E) 6
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
638) Kliniki ölümün bioloji ölümə keçməsini müəyyən etmək üçün reanimasiya tədbirləri ən azı nə qədər davam etdirilməlidir?
A) 10 - 15 dəq

B) 20 - 25 dəq

C) 25 - 30 dəq

D) 15 - 20 dəq

E) 5 - 10 dəq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.

Bölmə 12. Şok

639) Aşağıda sadalanan preparatlardan hansı periferik damarların tonusuna təsir etmədən, miokarda müsbət inotrop təsir edir ki, bu da onun kardiogen şokda olan xəstəyə yardım üçün seçici preparat edir?
A) Noradrenalin

B) Mezaton

C) Efedrin

D) Adrenalin

E) Dofamin
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
640) Qanın perfuzion təzyiqi 200 dən 70 mm c.st. qədər, yəni təxminən 3 dəfə azalarsa, böyrək qan dövranı neçə dəfə azalacaq?
A) Üç dəfə azalacaq

B) Tamam dayanacaq

C) Praktiki olaraq dəyişməyəcək

D) İki dəfə azalacaq

E) Üç dəfədən də artıq azalacaq
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
641) Çox saylı zədəsi olan xəstəni müayinə edərək reanimatoloq onda hipoksiya olduğunu təyin edir. Hipoksiyanın xarakterini təyin etmək üçün o barmağı ilə xəstənin dırnaq yatağını sıxıb buraxdı. Bundan sonra dırnaq yatağı əvvəl çəhrayi, sonra sianotik oldu. Bu simptom hipoksiyanın hansı növünü təsdiq edir?
A) Hipoksik

B) Histotoksik

C) Hemik

D) Hemik və histotoksik

E) Sirkulyator
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
642) İntensiv terapiya palatasına adekvat tənəffüsü, lakin kəskin taxikardiyası olan, dəri örtükləri avazımış, AT - i və MVT-i aşağı olan qarnın küt travması ilə xəstə daxil olub. Xəstənin bu vəziyyəti nə ilə əlaqədardır?
A) Kəskin tənəffüs çatışmazlığı

B) Hipovolemiya

C) Hipoksiya

D) Hiperkapniya

E) Kəskin ürək çatışmazlığı
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
643) Daxili qanaxma ilə müşaiyət olan çoxsaylı kombinəolunmuş zədəli xəstədə dinamiki müşahidə zamanı AT-nin enməsi fonunda MVT-in artması qeyd olunub. Bu nəyi göstərir?
A) Qanitirmənin tempinin artması

B) Qanın şuntlanması

C) Qanın venoz damarlarda yığılması

D) Hipervolemiya

E) Ürək zəifliyinin yaranması
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
644) Yüngül dərəcəli mədə-bağırsaq qanaxmaları üçün xarakterik olan göstəricilər hansıdır?
A) Hemoqlobin, A/T və nəbzin dəyişməməsi

B) Hemoqlobinin 100 q/l-ə qədən enməsi, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi

C) Hemoqlobinin 80 q/l-dən az, sistolik A/T-ın 100 mm c.süt-dan az, nəbzin 100/dəq-dən çox olması

D) Hemoqlobinin 80-100 q/l arasında olması, sistolik A/T-ın 100 mm c.süt-na qədər düşməsi, nəbzin 100/dəq-ə qədər artması

E) Hemoqlobinin 80 q/l-dən az olması, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
645) Orta dərəcəli mədə-bağırsaq qanaxmaları üçün xarakterik olan göstəricilər hansıdır?
A) Hemoqlobinin 80-100 q/l arasında olması, sistolik A/T-ın 100 mm c.süt-na qədər düşməsi, nəbzin 100/dəq-ə qədər artması

B) Hemoqlobinin 80 q/l-dən az olması, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi

C) Hemoqlobinin 100 q/l-ə qədən enməsi, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi

D) Hemoqlobinin 80 q/l-dən az, sistolik A/T-ın 100 mm c.süt-dan az, nəbzin 100/dəq-dən çox olması

E) Hemoqlobin, A/T və nəbzin dəyişməməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
646) Ağır dərəcəli mədə-bağırsaq qanaxmaları üçün xarakterik olan göstəricilər hansıdır?
A) Hemoqlobin, A/T və nəbzin dəyişməməsi

B) Hemoqlobinin 80 q/l-dən az, sistolik A/T-ın 100 mm c.süt-dan az, nəbzin 100/dəq-dən çox olması

C) Hemoqlobinin 80 q/l-dən az olması, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi

D) Hemoqlobinin 100 q/l-ə qədən enməsi, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi

E) Hemoqlobinin 80-100 q/l arasında olması, sistolik A/T-ın 100 mm c.süt-na qədər düşməsi, nəbzin 100/dəq-ə qədər artması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
647) Travmatik şok zamanı hemodinamikanın vəziyyətini qiymətləndirmək üçün şok indeksi istifadə olunur. Bu nədir?
A) Tənəffüs tezliyinin və tənəffüs həcminin münasibətidir

B) Sistolik və diastolik AT arasında olan fərq

C) Nəbz tezliyi və sistolik AT-nin münasibətidir

D) Qoltuqaltı ilə düz bağırsaq arasında olan temperatur fərqidir

E) MVT-in və dövr edən qanın həcminin münasibətidir
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
648) Kəskin qan itirmə zamanı aşağıda sadalanan hemodinamik göstəricilərdən hansı tez və daha aydın dəyişilir?
A) Mərkəzi venoz təzyiq

B) Periferik venoz təzyiq

C) Hər 4 göstəricinin dəyişilməsi sinxron gedir

D) Diastolik arterial təzyiq

E) Sistolik arterial təzyiq
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
649) Huşu özündə olan xəstənin daxili vidaci venasının kateterizasiyası zamanı döş-körpücük-məməvari əzələnin orientirlərini təyin etmək üçün nə etmək düzgün olardı?
A) Xəstənin başını əks tərəfə çevirib sol ayağını qaldırmağı təklif etmək

B) Xəstənin başını əks tərəfə çevirib başını çarpayıdan qaldırmağı təklif etmək

C) Xəstənin başını eyni tərəfə çevirib həmin tərəfdəki ayağının qaldırmağı təklif etmək

D) Xəstənin başını əks tərəfə çevirib sağ ayağını qaldırmağı təklif etmək

E) Xəstənin başını punksiya olunacaq vena tərəfə çevirib başını çarpayıdan qaldırmağı təklif etmək
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
650) Orta dərəcəli kombinə olunmuş travma zamanı qanaxma fonunda xəstənin dəri örtüyü kəskin avazımışdır, taxikardiya qeyd olunur, A/T və mərkəzi venoz təzyiqin göstəriciləri gözə çarpan dərəcədə enmişdir. Konservləşmiş qan yoxdur, onda hansı preparat tətbiq edilməlidir?
A) Poliqlükin

B) Efedrin

C) 5 % qlükoza

D) Adrenalin

E) Noradrenalin
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
651) Ağır hemorragik şok zamanı proteolitik aktivliyin ingibitorları hansı məqsədlə təyin edilir?
A) Kininlərin əmələgəlməsinin qarşısını almaq

B) Mədəaltı vəzin nekrozunun qarşısını almaq

C) Miokardda və qara ciyərdə qlükogenin sintezini yaxşılaşdırmaq

D) Amilazanın hemopoezə süsləşdirici təsirini aradan götürmək məqsədi ilə

E) Hemostatik məqsədlə
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
652) Hipervolemik vəziyyətə xasdır ?
A) Mərkəzi venoz təzyiqin qalxması

B) Periferik müqavimətin artması

C) Arterial təzyiqin enməsi, taxikardiya

D) Ürəyin birdəfəlik qovduğu qan miqdarının azalması

E) Dövr edən qanın həcminin azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
653) Hipovolemiya zamanı ürəyin atma funksiyasını artırmaq məqsədi ilə tətbiq etmək olmaz?
A) β-blokatorlar

B) Plazmaəvəzedicilər

C) Qan köçürmə

D) Kortikosteroidlər

E) Simpatomimetiklər
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
654) Kəskin qanitirmə fonunda hansı faktorun inkişafı xəstə üçün daha çox təhlükəlidir?
A) Koaqulopatiya

B) Hipovolemiya

C) Hipoproteinemiya

D) Fibrinogenin defisiti

E) Hemoqlobinin defisiti
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
655) Qanın hematokrit göstəricisi nəyi əks etdirir?

A) Qanın eritrositlərinin artma dərəcəsini

B) Eritrositlərinin həcminin qanın həcminə olan nisbətini

C) Qanın oksigen ehtiyatının vəziyyətini

D) Hemoqlobinin plazmaya olan nisbətini

E) Qanın özlülük vəziyyətini


Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
656) Nəzərə çarpan anemiyalı xəstədə yanaşı ürək çatışmazlığı müşahidə edilir. Hansı transfuzion məhlulun tətbiqi göstərilən situasiyada məqsədəuyğun hesab etmək olar?
A) Albumin

B) Nativ plazma

C) Eritrosit kütləsi

D) Təzə donor qanı

E) Təzə dondurulmuş plazma
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
657) Kardiogen şok üçün hansı əlamət xas deyil?
A) Ümumi periferik müqavimətin azalması

B) Ürəyin dəqiqəlik həcminin azalması

C) Taxikardiya

D) Ürəyin vurğu həcminin azalması

E) Oliqoanuriya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
658) Hansı minimal həcmli qan itirmədə artıq şokun klinikası izlənilir?
A) 10-20%

B) 20-30 %

C) 5-10 %

D) 50 %-dən yuxarı

E) 30-40 %
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
659) Aşağıdakı hansı infuzion məhlulun həcm effekti daha yüksəkdir?
A) Ringer

B) Poliqlükin

C) Hemodez

D) Plazma

E) 10 % qlükoza
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
660) Anafilaktik şokun müalicəsində hansı dərman istifadə olunmur?
A) Plazmaəvəzedicilər

B) Hipotenziv preparatlar

C) Adrenalin

D) Qlükokortikoidlər

E) Antihistamin preparatlar
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
661) Anafilaktik şok zamanı ilkin istifadə üçün seçim preparat nə olmalıdır?
A) Narkotik analgetiklər

B) Kalsium-xlor

C) Adrenalin

D) Dimedrol

E) Prednizalon
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.

Bölmə 13. Homeostaz və onun əsas pozğunluqları

662) Narkoz zamanı tənəffüs asidozu inkişaf edərsə, anestezioloqun taktikası nədən ibarət olmalıdır?
A) Natrium hidrokarbonat məhlulu köçürməli

B) İnfuziyanın həcmini artırmalı

C) Narkotik qarışığın köçürülməsini azaltmalı

D) Vena daxilinə tənəffüs analeptikləri vurmalı

E) Tənəffüsün dəqiqəlik ventilyasiya artırmalıdır
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
663) Metabolik asidoz zamanı qanda göstərilən hansı əlamətlər müşahidə edilir?
A) Aşağı pH və aşağı PaCo2

B) Yuxarıda göstərilənlərin heç biri

C) Yüksək pH və yüksək PaCo2

D) Yüksək pH və aşağı PaCo2

E) Aşağı pH və yüksək PaCo2
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
664) pH-ın hansı səviyyəsini turşu-qələvi müvazinətinin kompensasiya olunmuş səviyyəsi hesab etmək olur?
A) 7,46-7,51

B) 7,25-7,34

C) 7,19-7,28

D) 7,35-7,45

E) 7,0-7,1
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
665) Qlukoza məhlulunun göstərilən hansı konsentrasiyası ?
A) 4,2%

B) 3%


C) 5%

D) 10% məhlulu

E) 0,85%
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
666) Göstərilən hansı əlamətlər hiperhidratasiya üçün xarakterik deyil?
A) Periferik ödemin olması

B) Mərkəzi venoz təzyiqin aşağı olması

C) Diurezin 50-60 ml/saatdan çox olması

D) Ağciyərlərin ödemi

E) Hipertenziya
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
667) Çoxlu qusma və mədə möhtəviyyatının davamlı xaric olması zamanı qanda hansı əlamətlər qeyd edilir?
A) Qanın pH-ın yüksəlməsi

B) Qanda xlorun azalması

C) Qanda Na səviyyəsinin azalması

D) Qanda xlorun miqdarının artması

E) Göstərilən əlamətlərin heç biri
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
668) Oliqouriyanın müalicə sxemində göstərilən hansı vəziyyətlər əsas sayılmır?
A) Diurezin ölçülməsi

B) Əməliyyatdan sonrakı dövrdə su-elektrolit mübadiləsini tənzimlənməsi

C) Vena daxiili mannitolun köçürülməsi

D) Adekvat hidratasiyanın təmin edilməsi

E) Qanda zülalların səviyyəsi
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
669) Hipokaliyemiya zamanı bu əlamətlər xarakterikdir?
A) Hipertenziya

B) Bağırsaqların atoniyası

C) Bradikardiya

D) Bradipnoe

E) Metabolik və ya tənəffüs alkalozu
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
670) Hipotermiya zamanı aşağıdakı hansı əlamət daha xarakterikdir?
A) Hüceyrə dehidratasiyası

B) Hüceyrə hiperhidratasiyası

C) Yanğı hissinin artması

D) Davamlı qusma

E) Psixomotor oyanıqlıq
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
671) Kaliumun plazmada normal miqdarı?
A) 0.5-1.0 mmol/l

B) 3 – 4 mol/l

C) 4,5 – 6,5 mmol/l

D) 141-145 mmol/l

E) 3,5 – 5,1 mmol/l
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
672) Natriumun plazmada normal səviyyəsi?
A) 150 mmol/l

B) 3.5-5.1 mmol/l

C) 130 – 135 mmol/l

D) 136 – 145 mmol/l

E) 110-120 mmol/l
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
673) 70 kg bədən çəkisi olan insan üçün suya gündəlik təlabatı nə qədərdir?
A) 1000 ml

B) 4000 ml

C) 1500 ml

D) 2500 ml

E) 500 ml
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
674) Bədən kütləsinin neçə faizi sudan ibarətdir?
A) 60 – 70 %

B) 20-25 %

C) 75-85 %

D) 30 – 40 %

E) 40 – 50 %
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа».
675) Bədən temperaturunun 37 ° C – dən yuxarı qalxan hər 1 ° C – t – ru sutka ərzində nə qədər su itkisinə səbəb olur?
A) 200 ml

B) 100 ml

C) 1000 ml

D) 1500 ml

E) Təxminən 500 ml
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
676) Plazmanın osmolyarlığında göstərilən komponentlərdən hansı ən əsas rol oynayır?
A) Qalıq azotun miqdarı

B) Natriumun səviyyəsi

C) Kaliumun səviyyəsi

D) Sidik cövhəri

E) Qanda qlukozanın miqdarı
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
677) Hipokaliyemiya üçün bu əlamətlərin hansı xarakterikdir?
A) Ürəyin sistola fazasında dayanması

B) Poliuriyanın olması

C) Davamlı hipertermiya

D) Davamlı qıcolmalar

E) Davamlı tərləmə
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
678) Plazmada “K” – un konsentrasiyasının dəyişməsi göstərilən hansı hallara uyğun gəlir?
A) Asidozd zaman artır və alkaloz zamanı azalır

B) Stress zamanı azalır

C) Alkaloz zamanı artır

D) Asidoz zamanı azalır və alkaloz zamanı artır

E) Asidoz zamanı azalır
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
679) Hiperkaliyemiyanın ürəyə toksiki təsiri hansı preparatların tətbiqi ilə aradan qaldırılır?
A) 10 % qlükoza məhlulunun köçürülməsi

B) Kofein benzoat

C) Adrenalin hidroxlorid

D) Ürək qlikozidlərinin tətbiqi

E) Qələvi məhlulların köçürülməsi
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
680) Hüceyrədən kənar dehidratasiyanın korreksiyası üçün aşağıdakı məhlullardan hansı köçürülməlidir?
A) Ringer – laktat məhlulu

B) Natrium xloridin izotonik məhlulu

C) Natrium xloridin hipertonik məhlulu

D) 5 % qlukoza məhlulu

E) Zülal məhlulu
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
681) Hüceyrədaxili dehidratasiyanın korreksiyası zamanı bu məhlulların hansı köçürülür?
A) 5 % - li qlukoza məhlulu

B) 7,2 % - li Natrium xlor məhlulu

C) Trisol məhlulu

D) Albumin məhlulu

E) 20 % qlukoza məhlulu
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа
682) Hüceyrədən kənar və hüceyrədaxili osmotik təzyiqin tənzimlənməsində rol oynayır?
A) Böyrəklər

B) Ürəyin normal funksiyası

C) Plazmada “K” – un normal səviyyəsi

D) Damar tonusu

E) Qanın pH-ı
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
683) Artıq miqdarda köçürülən KCl məhlulunun kardiotoksiki təsirini aradan qaldırmaq məqsədi ilə bu məhlullardan hansının köçürülməsi məqsədə uyğundur?
A) β– blokatorların tətbiqi

B) Prednizolon

C) 40% qlükoza məhlulu

D) Kalsium qlükonat və ya kalsium xlor

E) Ürək qlükozidləri
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
684) Qara ciyər çatmamazlığı zamanı göstərilən hansı komponentlərin miqdarı azalır?
A) Albuminin və fibrinogenin

B) Plazmada kalium və natriumun

C) Bilrubinin

D) Leykositlərin

E) Şəkərin
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа» s.155
685) Böyrək çatışmazlığının ilkin əlamətləri üçün xarakterikdir?
A) Sidiyin miqdarının saatda 20 ml - ə qədər azalması

B) Qanın laxtalanma faktorlarının azalması

C) Sidiyin osmolyarlığının artması

D) Plazmanın ösmolyarlığının azalması

E) Qanda kaliumun sürətlə artması
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия.
686) Plazmanın osmolyarlığında aşağıdakılardan hansı iştirak etmir?
A) Sidik cövhəri

B) Kalium

C) Qlükoza

D) Bilrubin

E) Natrium
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
687) Verilən rəqəmlərdən hansılar poliqlukin məhlulunun orta molekul kütləsinə və osmolyarlığına uyğundur?
A) 40000 D; 300 mosm/l

B) Heç bir cavab düzgün deyil

C) 40000 D; 295 mosm/l

D) 60000 D; 300 mosm/l

E) 60000 D; 340 mosm/l
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
688) Verilən rəqəmlərdən hansılar Reopoliqlukin məhlulunun molekulyar kütləsinə və osmolyarlığına uyğundur?
A) 10000-20000 D; 300-308 mosm/l

B) 20000-40000 D; 285-300 mosm/l

C) 30000-40000 D; 285mosm/l

D) 40000-60000 D; 300 mosm/l

E) 30000-40000 D; 308 mosm/l
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
689) Reopoliqlukin məhlulunun sutqalıq infuziyasının hansı miqdarı məqsədəuyğun sayılır?
A) 200 ml

B) 1200-1600 ml

C) 400-800 ml

D) 800-1200 ml

E) 400ml qədər
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
690) Göstərilən məhlullardan hansı kristalloid məhlul sayılır?
A) Hemodez

B) Jelatinol

C) Reopoliqluikin

D) Poliqlukin

E) Trisol
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
691) Göstərilən rəqəmlərdən hansı Jelatinol məhlulunun osmolyarlığına uyğun gəlir?
A) 300 mosm/l

B) 271 mosm/l

C) 308 mosm/l

D) 295 mosm/l

E) 371 mosm/l
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
692) 8,4 %-li Natrium hidrokarbonatın osmolyarlığı hansı rəqəmə uyğundur?
A) 308 mosm/l

B) 2000 mosm/l

C) 317 mosm/l

D) 1200 mosm/l

E) 295 mosm/l
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
693) 8,4 % natrium hidrokarbonatın maksimal sutqalıq dozası nə qədərdir?
A) 2 mmol/kq

B) 1 mmol/kq

C) 0,5 mmol/kq

D) 3-4 mmol/kq

E) 0.1 mmol/kq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
694) Aşağıdakı göstərilən halların hansında Natrium hidrokarbonat məhlulunun köçürülməsi əks göstərişdir?
A) Metabolik asidoz

B) Hipotoniya

C) Hipertermiya

D) Hiponatriyemiya

E) Tənəffüz asidosu
Ədəbiyyat: А.П.Зильбер. Клиническая физиология в анестезиологии и реаниматологии. Москва. «Медицина» 1984.
695) 5% qlükoza məhlulunun köçürülməsi göstərilən hansı vəziyyətdə əks göstəriş sayılmır?
A) Hipertonik dehidratasiya zamanı

B) Hipotonik dehidratasiya zamanı

C) Hiperqlikemiya

D) Hiperhidratasiya zamanı

E) Metanol ilə zəhərlənmə
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
696) Qlükozanın 10%-li məhlulunun göstərilən hansı dozalarda köçürülməsi məqsədəuyğundur?
A) 0.5-1 ml/kq/saat

B) 4-8 ml/kq/saat

C) 2.5 ml/kq/saat

D) 0.1 ml/kq/saat

E) 6-10 ml/kq/ saat
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
697) Cərrahi əməliyyatdan sonrakı erkən dövrdə hipokaliyemiya əlamətləri tam keçməyibsə, hansı diuretikdən istifadə etmək olmaz?
A) Sorbitol

B) Spironolakton

C) Furosemid

D) Mannitol

E) Sidik cövhəri
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə