Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Adrenomimetiklər qrupuna daxil olmayan preparat hansıdır?



Yüklə 0,82 Mb.
səhifə13/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

698) Adrenomimetiklər qrupuna daxil olmayan preparat hansıdır?
A) Izoprenalin (Izadrin,Novodrin)

B) Efedrin

C) Adrenalin

D) Orsiprenalin (Astmopent)

E) Lanatosid C (Selanid)
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008
699) Kordiamin hansı qrup preparatlara aiddir?
A) Tənəffüs analeptiki

B) Katoxolaminlər

C) Adrenoblokatorlar

D) Xolinolitiklər

E) Ürək qlikozidləri
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
700) 1 saatlıq diurez normada neçə ml-dir ?

A) 50-60


B) 20-30

C) 90-100

D) 10-20

E) 80-90
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.


701) Na-un plazmada konsentrasiyası normada neçə mmol/l-dir ?
A) 3,5-5,5

B) 35-55


C) 13,5-14,5

D) 55-75


E) 135-145
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
702) 1 vahid sadə insulin neçə qram glukozanının mənimsənilməsini təmin edir?
A) 2

B) 4


C) 20

D) 8


E) 10
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
703) Trombolitik terapiyanın aparılması üçün aşağıdakı preparatlardan hansıları istifadə edilir?
A) Fraksiyalanmış heparin preparatlarından

B) Ferment preparatlarından – lidaza, tripsin, ximotripsin

C) Fraksiyalanmamış heparindən

D) Proteoliz ingibitorlarından (qordoks, kontrikal)

E) Streptokinaza, stertodekaza
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
704) Bədxassəli hipertermiyalar zamanı bu preparatlatdan hansıları işlətmək düzgün deyil?
A) Katexolaminləri

B) Kortikosteroid hormonları

C) Laziksi

D) Mannitolu

E) Trankvilizatorları
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
705) Qanın laxtalanma müddəti Li-Uayt üsulu ilə normada neçə dəqiqədir ?
A) 9-13 dəqiqə

B) 7-12 dəqiqə

C) 3-5 dəqiqə

D) 10-15 dəqiqə

E) 5-10 dəqiqə
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
706) Protrombin indeksinin normal göstəriciləri neçə faizdir?
A) 60-70 %

B) 75-100 %

C) 100-120 %

D) 70-80 %

E) 50-60 %
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
707) Damarlarda trombozun baş verməsinin əsasını təşkil edən Virxov nəzərriyyəsi aşağıdakı hansı üçlükdən ibarətdir?
A) Arterial qan damarlarının spazmı , ürəyin yığılma qabiliyyətinin zəifləməsi və qanın laztalanma vaxtının azalması

B) Damar endotelinin tamlığının pozulması, qanın damarlarda axma sürətinin zəifləməsi və hiperkoaqulyasiya

C) Damar endotelinin tamlığının pozulması, eritrositlərin sayı və protrombin indeksinin 80%-dən aşağı olması

D) Venoz qan damarlarının iltihabı , ürəyin yığılma qabiliyyətinin zəifləməsi və qanın laxtalanma vaxtının azalması

E) Trombositlərin sayı, fibrinolitik sistemin vəziyyəti və qanın damarlarda axma sürəti
Ədəbiyyat: З.С. Баркаган; Геморрагические заболевания и синдромы, Москва, «Медицина», 1988.
708) 70 kq çəkisi olan xəstənin sidik ifrazı neçə ml/saat olarsa bu oliquriya adlana bilər?
A) 5 ml/s-dan az

B) 50 ml/s-dan az

C) 70 ml/s-dan az

D) 20 ml/s-dan az

E) 40 ml/s-dan az
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
709) Normal qidalanma və normal xarici mühit şəraitində 70 kq çəkisi olan adamın sutkalıq sidik ifrazı neçə litrdən cox olduqda bu poliuriya adlanır?
A) 1,2 l-dən çox

B) 3,5 l-dən çox

C) 2,5 l-dən çox

D) 5,0 l-dən çox

E) 4,0 l-dən çox
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
710) Bədən temperaturunun 1 dərəcə yüksəlməsiı maddələr mübadiləsinin neçə faiz(%) artmasına səbəb olur?
A) 20%

B) 2%


C) 30%

D) 5%


E) 10%
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
711) Qanaxmadan (qanitirmədən) sonra bu mexanizmlərdən hansı tez işə düşür?
A) Maddələr mübadiləsinin artması

B) Qara ciyərdə qan axınının sürətlənməsi

C) İtirilmiş zülalların qara ciyər vasitəsilə tez bərpa olması

D) Dalağın yığılması

E) Maddələr mübadiləsinin zəifləməsi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
712) Heparinin 1 ml-i neçə vahiddir?
A) 1000 TV

B) 10000 TV

C) 500 TV

D) 5000 TV

E) 2500 TV
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
713) Qeyri düz təsirli antikoaqulyantlara aiddir?
A) Fraksiparin və fenilin

B) Heparin və fenilin

C) Varfarin və fenilin

D) Kleksan və fenilin

E) Kleksan və varfarin
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
714) Uşaqlarda metabolizmin intensivliyi böyüklərlə müqayisədə?
A) Qızlarda böyüklərdən 2 dəfə azdır

B) 2 dəfə azdır

C) Eynidir

D) Oğlanlarda böyüklərə bərabərdir

E) 2 dəfə çoxdur
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
715) Normada horizontal vəziyyətdə beyindaxili təzyiq nə qədərdir (mm su süt.)?
A) 15-20

B) 10-15


C) 20-30

D) 100-150

E) 250-300
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
716) Kiçik molekullu heparinlərə aşağıdakılardan hansı aiddir?
A) Koraksan

B) Antitrombin III

C) Heparin

D) Kleksan

E) Fenilin
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
717) Dövr edən qan həcminin əsas hissəsi harada yerləşir?
A) Kapilyarlarda

B) Aorta və iri arteriyalarda

C) Arterio-venoz şuntlarda

D) Arteriolalarda

E) Venalarda
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
718) Heparinin antidotu kimi hansı preparat istifadə olunur?
A) Flumazenil

B) Nalokson

C) Protamin sulfat

D) Varfarin

E) Bemeqrid
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
719) Qlazqo şkalası hansı patoloji vəziyyətin ağırlıq dərəcəsinin təyini üçündür?
A) Komaların

B) Kəskin tənəffüs çatışmazlıqlarının

C) Qara ciyər çatışmazlığının

D) Kəskin ürək çatışmazlıqlarının

E) Kəskin böyrək çatışmazlığının
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
720) Epinefrin preparatına sinonim olan hansı dərman maddəsidir?
A) Lespenefril

B) Neframon

C) Heç biri

D) Furosemid

E) Adrenalin
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
721) Hemostaz sistemi nəyi təmin edir?
A) Qanın maye halında qalmasını və həm də qanaxmaların qarşısının alınmasını

B) Yalnız qanaxmaların qarşısının alınmasını

C) Tromboemboliyaların profilaktikasını

D) Yalnız trombozların profilaktikasını

E) Yalnız qanın maye halında qalmasını
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
722) Qanın özlülüyünə albumin və qlobulinlərin təsiri necədir?
A) Albuminlər artırır, qlobulinlər azaldır

B) Hər ikisi azaldır

C) Albuminlər azaldır, qlobulinlər artırır

D) Zülal fraksiyalarının səviyyəsi qanın özlülüyünə təsir etmir

E) Hər iki zulal fraksiyası artırır
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
723) Hipovolemiya dedikdə nə başa düşülür?
A) Bunlardan heç biri hipovolemiya deyil

B) Dövr edən qanın miqdarının damar məcrası həcmindən az olması

C) Mərkəzi venoz təzyiqin aşağı olması

D) Qan təzyiqinin aşağı olması

E) Qanın özlülüyünün aşağı olması
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
724) Böyrəklərin normal funksiyasında sidikqovucuların təsirindən qanın özlülüyü hansı dəyişikliyə uğrayır?
A) Yalnız osmotik sidikqovucular özlülüyü azaldır

B) Yalnız venadaxili vurulan halda özlülüyə təsir edə bilər

C) Artır

D) Azalır

E) Dəyişmir
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
725) Bu faktorlardan hansı hiperkoaqulyasiyaya səbəb olmur?
A) Dərin anesteziya

B) Səthi anesteziya

C) Sidikqovucular

D) Qanda katexolaminlərin səviyyəsinin artması

E) Simpatoadrenal sistemin qıcıqlanması
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
726) Postural reaksiyaların intensivləşməsinə bu faktorlardan hansı təsir göstərmir?
A) Neyroplegiya

B) Qanda kreatinin miqdarının 2 dəfə artması

C) Dərin anesteziya

D) Spinal anesteziyası

E) Epidural anesteziya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
727) Arterial qanın laborator müayinəsi nəticəsində respirator asidoz haqqında aşağıda yazılanlardan hansı düzgündür?
A) HCO3- artır

B) Bütün cavablar doğrudur

C) PCO2 azalır

D) PCO2 dəyişmir

E) HCO3 azalır
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
728) Aşağıdakılardan hansı metabolik asıdozun səbəbi ola bilər?
A) Hamısı

B) Zəhərlənmə

C) Hiperosmolyar qeyri ketotik koma

D) Uremiya

E) Hipovolemiya
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
729) Zədələnməyə ilk cavab reaksiyası kimi həmin nahiyədə kiçik damarlarda nə baş verir?
A) Genəlmə

B) Heç bir reaksiya olmur

C) Bir qrupunda spazm , digərlərində isə genəlmə

D) Spazm


E) 500 ml qan itirmədən sonra spazm başlayir
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
730) Kalium defisitinə səbəb ola bilər?
A) Bütün cavablar düzdür

B) Dəri vasitəsilə su itkisi

C) Ürək çatışmazlığı

D) Poliuriya və aramsız qusmalar

E) Kəskin tənəffüs çatmamazlığı
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
731) Damar zədələnmələri baş verdikdə göstərilən maddələrdən hansı trombositlər tərəfindən ifraz olunmur?
A) Bunların hamısı ifraz olunur

B) Serotonin

C) Betta trombomodulin

D) Katexolaminlər

E) Qlükaqon
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
732) Qan damarlarında normal halda qanın axın xarakteri necədir?
A) Turbulent

B) Venalarda turbulent , arteriyalarda laminar

C) Vegetativ sinir sisteminin tipindən asılı olaraq bəzi şəxslərdə turbulent, bəzilərində isə laminar

D) Laminar

E) Arteriyalarda turbulent, venalarda isə laminar
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
733) Hüceyrədə əsas enerji daşıyıcıdır?
A) Kreatinin

B) Qlükoza

C) Qlikogen

D) Süd turşusu

E) ATF
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
734) Göstərilən vitaminlərdən qanın laxtalanma prosesində iştirak edən vitamin hansıdır?
A) Vit. B12

B) Vit. B6

C) Vit. C

D) Vit. B1

E) Vit. K
Ədəbiyyat: З.С. Баркаган, А.П.Момот; Диагностика и контролируемая терапия нарушений гемостаза, Москва, изд. «Ньюдиамед», 2001.
735) Bunlardan hansı kristalloid infuzion məhlulu deyil?
A) 5%-li qlükoza məhlulu

B) Ringer-Lokk məhlulu

C) Fizioloji məhlul

D) Hartman məhlulu

E) Poliqlukin
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
736) Laxtalanmanın aktivləşmiş faktorlarını onların hemokoaqulyasion sıra nömrəsinə bu hərfi əlavə etməklə işarələmək razılaşdırılmışdır:
A) “z”

B) “x”


C) “m”

D) “l”


E) “a”
Ədəbiyyat: А.П. Зильбер; Клиническая физиология в анестезиологии и реаниматологии, Москва, «Медицина», 1984.
737) Qanın laxtalanma prosesində formalı elementlərdən hansı iştirak edir?
A) Limfositlər

B) Leykositlər

C) Eritrositlər

D) Monositlər

E) Trombositlər
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
738) Hansı fizioloji antikoaqulyant deyil?
A) Antitrombin III və Protein C

B) Antitrombin III

C) Protein C

D) Protein S

E) Protrombin
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
739) Yaşlı adamlarda PaO2 və SaO2-nin normal gostəriciləri neçə dəyişir?
A) Artır

B) Azalır

C) SaO2 artır , PaO2 isə azalır

D) PaO2 artır , SaO2 isə azalır

E) Dəyişmir
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
740) Xəstəxanaya qəbul olunarkən özünü göstərməyən və inkubasion dövrdə də olmayan, xəstənin klinikada yatdığı dövrdə inkişaf etmiş pnevmoniya necə adlanır?
A) Krupoz

B) Böyüklərin respirator-distress sindromu

C) Nozokomial

D) Plevra pnevmoniya

E) Ocaqlı
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
741) Hemotransfuzion reaksiya daha çox aşağıdakı halda baş verir?
A) Xəstənin qanının laxtalanma sistemində pozğunluq olduqda

B) İnfuziyanın həcmi 1000 ml-dən çox olduqda

C) Başqa qrup qan köçürüldükdə

D) 21 gündən çox müddətli qan köçürdükdə

E) Kəskin böyrək çatışmazlığında
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
742) Homeostaz nədir ?
A) Qan dövranı durğunluğudur

B) Orqanizmin daxili maye mühitinin dinamiki sabitliyidir

C) Qanın laxtalanma sistemidir

D) Qanın damarlarda axın sürətinin zəifləməsidir.

E) Qanın laxtalanmaya əks sistemidir
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина»,2002
743) Təzə dondurulmuş plazmanın transfuziyasına göstərişlərə aşağıdakı variantlardan hansı uyğun gəlmir?
A) Varfarin terapiyasının arzuolunmaz nəticələrinin aradan qaldırılması

B) Antikoaqulyant defisitinin aradan qaldırılması

C) Qanın durulaşdırılması

D) Laxtalanma faktorlarının defisiti nəticəsində baş vermiş qanaxmanın dayandırılması

E) Kapilyar qanaxmanın dayandırılması
Ədəbiyyat: В.Г. Лычев ; Диагностика и лечение диссеминированного внутрисосудистого свертывания крови, изд. НГМА, 1998.
744) Venoz qayıtma nədir?
A) Bir dəqiqədə ürəyə qayıdan qanın həcmi

B) Aşağı və yuxarı boş venaların tutum həcminə bərəbər olan qanın miqdarı

C) Diastola zamanı sol qulaqcığa yığılan qanın miqdarı

D) Bir sistola zamanı ürəyin vurduğu qanın miqdarı

E) Diastola zamanı sağ qulaqcığa yığılan qanın miqdarı
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
745) Oksihemoqlobinin dissosiasiya əyrisi hansı nisbəti (münasibəti, asılılığı) göstərir?
A) PaO2 : PvO2

B) Hb q/l : SaO2

C) PaO2 : SaO2

D) Hb q/l : PaO2

E) SaO2 : PvO2
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.

Bölmə 14. Tənəffüss funksiyasının kəskin pozğunluqları

746) Kəskin tənəffüs çatışmazlığı sindromu nə deməkdir?
A) Hipoksik hipoksiya

B) Hemik mənşəli hipoksiya

C) Xarici tənəffüs funksiyasının pozulması

D) Histotoksik hipoksiya

E) Sirkulyator mənşəli hipoksiya
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
747) Ventilyasion mənşəli kəskin tənəffüs çatışmazlığı üçün nə səciyyəvidir?
A) Ağciyərlərdə qazların diffuziyasının pozulması

B) Alveolyar ventilyasiyanın azalması

C) Alveolyar ventilyasiyanın artması

D) Tənəffüs alkalozu

E) Qanda karbon qazının miqdarının azalması
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
748) Parenximatoz mənşəli kəskin tənəffüs çatışmazlığı üçün nə səciyyəvidir?
A) Traxeobronxial sistemdə keçiriciliyin pozulması

B) Tənəffüs mərkəzinin funksiyasının zəifləməsi

C) Döş qəfəsinin tamlığının pozulması

D) Ağ ciyərlərdə qanın sağdan sola şuntlanması

E) Sinir impulslarının tənəffüs əzələlərinə keçməsinin pozulması
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
749) Ventilyasiya – perfuziya nisbəti nə qədər təşkil edir?
A) 2,0

B) 0,8


C) 0,2

D) 0,6


E) 1,0
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
750) Ventilyasion mənşəli kəskin tənəffüs çatışmazlığının səbəblərinə aiddir?
A) Ağ ciyər arteriyasının tromboemboliyası

B) Astmatik status

C) Narkotik maddələr ilə zəhərlənmələr

D) Ağır forma pnevmoniyalar

E) Kəskin respirator distress-sindrom
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
751) Kəskin tənəffüs çatışmazlığının müalicəsində hansı dərman preparatı tətbiq edilmir?
A) Nalokson

B) Teofillin

C) Asetilsistein

D) Pirasetam

E) Salbutamol
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
752) Hansı mənşəli kəskin tənəffüs çatışmamazlığı zamanı naloksonun tətbiqi göstərişdir?
A) Bronxoobstruksiya

B) Döş qəfəsinin tamlığının pozulması

C) Narkotik analgetiklər fonunda tənəffüsün pozulmas

D) Sinir-əzələ keçiriciliyin pozulması

E) Diafraqmanın zədələnməsi
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
753) Xarici tənəffüsü fəallaşdıran (stimulə edən) dərman preparatı hansıdır?
A) Atropin

B) Strofantin

C) Promedol

D) Eufillin

E) Prednizolon
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
754) Xəstəyə verilən qaz qarışığında oksigenin miqdarının (FiO2) ən təhlükəsiz səviyyəsi nə qədər təşkil edir?
A) 90-100%

B) 10-20%

C) 30-40%

D) 50-60%

E) 70-80%
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
755) Oksigenin helium ilə birgə inhalyasiya edilməsinə göstəriş hansıdır?
A) Miastenik sindrom

B) Mərkəzi mənşəli kəskin tənəffüs çatışmazlığı

C) Toxuma hipoksiyası

D) Tənəffüs yollarında obstruksiya

E) Ürək astması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
756) Ventilyasion mənşəli kəskin tənəffüs çatışmazlığı ilə müşayət edilmir?
A) İnterstisial ağ ciyər ödemi

B) Larinqospazm

C) Total miorelaksasiya

D) Qarın daxili təzyiqin yüksəlməsi

E) Pnevmotoraks
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
757) Kəskin tənəffüs çatışmazlığının kompensasiya mərhələsi üçün xasdır?
A) Tənəffüsün sayının 40-dan çox olması

B) Arterial təzyiqin yüksəlməsi

C) Arterial təzyiqin enməsi

D) Komatoz vəziyyət

E) Ürək vurğularının sayının azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
758) Adaptasiya üsulu ilə ağ ciyərlərin yardımçı süni ventilyasiyası zamanı nəfəs alma və nəfəs vermənin hansı nisbəti daha münasibdir?
A) 1: 1

B) 1: 1,5

C) 1: 3

D) 1: 2


E) 1 : 1,3
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
759) Dekompensasiya olunmuş tənəffüs asidozu zamanı hansı tədbir həyata keçirilməlidir?
A) Oksigen-helium qarışığının inhalyasiyası

B) Ağciyərlərin süni ventilyasiyası

C) Soda məhlulunun venadaxili infuziyası

D) Təmiz (100%) oksigen inhalyasiyası

E) Trisamin məhlulunun venadaxili infuziyası
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
760) Əgər pH = 7,32, PaCO2 = 58 mm c. süt., BE = +1,5 mmol/l aşkar edilirsə söhbət nədən gedir?
A) Turşu-qələvi vəziyyəti norma hüdudundadır

B) Kompensasiya olunmuş tənəffüs asidozu

C) Kompensasiya olunmuş metabolik asidoz

D) Dekompensasiya olunmuş metabolik alkalozu

E) Dekompensasiya olunmuş tənəffüs alkalozu
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
761) Xəstə ilə respirator (süni tənəffüs aparatı) arasında uyğunsuzluğu aradan götürmək üçün aşağıdakı variantlardan hansı tətbiq edilir?
A) Tənəffüsün dəqiqəlik həcmini 250-300% artırmaqla güclü hiperventilyasiya

B) Tənəffüsün dəqiqəlik həcmini 150-200% artırmaqla mötədil hiperventilyasiya

C) Antixolinesteraz preparatlar

D) Tənəffüsün dəqiqəlik həcmini 50-100% artırmaqla zəif hiperventilyasiya

E) Tənəffüs analeptikləri
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
762) Xəstə ilə respirator süni tənəffüs aparatı arasında uyğunsuzluğu aradan qaldırmaq üçün aşağıdakılardan hansı tətbiq edilmir?
A) Hiperventilyasiya rejimi

B) Nootrop preparatlar

C) Trankvilizatorlar

D) Barbituratlar

E) Opioid analgetiklər
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
763) Pulsoksimetriya zamanı SpO2 90% təşkil edirsə arterial qanda oksigen (PaO2) hansı səviyyədədir?
A) 65 mm c. süt.

B) 90 mm c. süt.

C) 85 mm c. süt.

D) 50 mm c. süt.

E) 75 mm c. süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
764) Ağ ciyərlərin süni ventilyasiyasının effektivliyinə nəzarət üçün hansı müayinə metodu tətbiq edilir?
A) Kapnoqrafiya

B) Ensefaloqrafiya

C) Bronxoqrafiya

D) Elektrokardioqrafiya

E) Rentgenoqrafiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
765) Kəskin respirator distress-sindromunun ən erkən əlaməti nədir?
A) PaO2 < 20 mm c. süt.

B) Hipoksemik koma

C) Alveolyar ağ ciyər ödemi

D) Təngənəfəslik

E) Taxikardiya
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə