Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Kəskin respirator distress-sindromu zamanı müalicə tədbirlərinə nə daxil deyildir?



Yüklə 0,82 Mb.
səhifə14/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

766) Kəskin respirator distress-sindromu zamanı müalicə tədbirlərinə nə daxil deyildir?
A) Oksigen inhalyasiyası

B) Ağ ciyərlərin süni ventilyasiyası

C) Surfaktant tətbiqi

D) Hiperbarik oksigenasiya

E) Nəfəsvermənin sonunda müsbət təzyiq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
767) Kəskin respirator distress-sindromu zamanı ağ ciyərlərin süni ventilyasiyasını apararkən tənəffüs həcminin təhlükəsiz miqdarı nə qədər təşkil edir?
A) 8-10 ml/kq

B) 11-14 ml/kq

C) 15-18 ml/kq

D) 3-4 ml/kq

E) 5-7 ml/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
768) Kəskin respirator distress-sindromunda (KRDS-də) ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) adətən hansı səviyyədə olur?
A) 40 sm su süt.

B) 8-12 sm su süt.

C) 30-35 sm su süt.

D) 4-5 sm su süt.

E) 25-30 sm su süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
769) Kəskin respirator distress-sindromunun (KRDS-ın) respirator müalicəsi zamanı O2-nin inspirator fraksiyanın (FiO2-nin) hansı göstəriciləri toksikli sayılır?
A) 0,4-ə bərabər olan

B) 0,3-dən yüksək olan

C) 0,21-dən yüksək olan

D) 0.3-ə bərabər olan

E) 0,5-0,6-dan yüksək olan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
770) Kəskin respirator distress-sindromunun (KRDS-ın) respirator müalicəsi zamanı nəfəsalmada maksimal plato təzyiqi hansıdır?
A) 25 sm su süt.

B) 45 sm su süt.

C) 15 sm su süt.

D) 55 sm su süt.

E) 35 sm su süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
771) Aşaqıda qeyd olunan respirator terapiyanın xüsusiyyətlərindən hansı ağ ciyərlərin obstruktiv patologiyası olan xəstələrdə adətən istifadə olunmur?
A) Qısa inspirator vaxtının (aşağı inspirator/ekspirator nisbətinin) – məcburi nəfəsalma vaxtının 0,7-1,0/s olması

B) Plato təzyiqin 35 sm su süt-dan çox olmaması

C) Nəfəsvermənin sonunda müsbət təzyiqin (NSMT-nın) 8-12 sm su süt. səviyəsində olması

D) Məqbul oksigenasiyanı təmin edən minimal tənəffüs həcminin olması

E) O2-nin inspirator fraksiyasının (FiO2-nin) 0,6-dan aşağı olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
772) Kəskin respirator distress-sindromunun patogenezində əsas faktor hansıdır?
A) Ağ ciyərlərdə kəskin diffuz infiltrasiya

B) Kəskin sağ mədəcik çatışmazlığı

C) Larinqospazm

D) Kəskin sol mədəcik çatışmazlığı

E) Bronxospazm
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
773) Kəskin respirator distress-sindromunun bütün mərhələlərində tətbiq edilir?
A) Prednizolon

B) Kordiamin

C) Mannitol

D) Pirasetam

E) Essensiale forte
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
774) Əgər hiperbarik oksigenasiya 3 atm təzyiq altında aparılırsa oksigenin plazmada həll olması neçə dəfə artır?
A) 10

B) 20


C) 2

D) 5


E) 15
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
775) Hiperbarik oksigenasiya aparılmasına göstəriş sayılmır?

A) Histotoksik hipoksiya

B) Ağır anemiyalar

C) Yeni doğulmuşların asfiksiyası

D) Bronxoobstruktiv sindrom

E) Anaerob infeksiyalar


Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
776) Hiperbarik oksigenləşdirmə zamanı müşahidə edilmir?
A) Baş ağrıları

B) Selikli gişaların ödemi

C) Hemik hipoksiyanın dərinləşməsi

D) Döş arxasında diskomfort

E) Ağ ciyər kistlərinin partlaması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
777) Hiperbarik oksigenləşdirmə ağciyərlərin spontan ventilyasiyasına necə təsir edir?
A) Barokamerada təzyiqin səviyyəsinə uyğun yaxşılaşdırır

B) Az yaxşılaşdırır

C) Pisləşdirir

D) Çox yaxşılaşdırır

E) Təsir etmir
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
778) Oksigen terapiyasının ağırlaşmalarına aid deyil?
A) Pnevmonit

B) Qlomerulonefrit

C) Qıcolma sindromu

D) Hipertermik sindrom

E) Traxeobronxit
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
779) Hiperbarik oksigenləşdirmə zamanı baş verir?
A) Alveolyar şuntlanmanın azalması

B) Fizioloji boşluqlara kompressiyanın azalması

C) Tənəffüs yollarının aerodinamik müqavimətinin azalması

D) Tənəffüs mərkəzinin funksiyasının zəifləməsi

E) Tənəffüs alkolozu
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
780) Yenidoğulmuşlarda kəskin respirator distress-sindromun səbəb olmur?
A) Doğan qadının böhranlı vəziyyətdə olması

B) Amniotik mayenin aspirasiyası

C) Uşağın vaxtından tez doğulması

D) Ürəyin anadangəlmə qüsurları

E) Surfaktant çatışmazlığı
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
781) Ağ ciyərlərin atelektazı hansı mənşəli olmur?
A) Hipoventilyasion

B) Neyrogen

C) Toksiki

D) Kompressiya

E) Obturasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
782) Histotoksik hipoksiyanın baş vermə səbəbi nədir?
A) Qara ciyər çatışmalığı zamanı meydana çıxmış intoksikasiya

B) Bağırsaq keçməzliyi nəticəsində olan intoksikasiya

C) Uremik intoksikasiya

D) Toxumaların oksigeni utilizasiya (mənimsəmək qabiliyyəti) edə bilməməsi

E) İntensiv diareya nəticəsində baş vermiş homeostaz pozğunluqları
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
783) Bu terminlərdən hansı Mendelson sindromuna aid deyil?
A) Ocaqlı infiltrativ pnevmoniya

B) Kimyavi pnevmonit

C) Aspirasion pnevmonit

D) Kəskin ekssudativ pnevmonit

E) Turşu-aspirasion sindrom
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
784) Mendelson sindromunun baş vermə səbəbi nədir?
A) Mədə xorasınin perforasiyası

B) Mədənin kardial hissəsinin şişi

C) Krupoz pnevmoniya

D) Mədə möhtəviyyatının aspirasiyası

E) Hipertonik kriz nəticəsində baş verən ağ ciyər ödemi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
785) Bu faktorlardan hansı oksihemoqlobinin dissosiyasiya əyrisinə təsir etmir?
A) Xarici mühütin temperaturu

B) Bu faktorların hamısı təsir edir

C) Qanın pH-ı

D) Qanda karbon qazının parsial təzyiqinin səviyyəsi

E) Qanda hemoqlobinin miqdarının 80 q/l qədər enməsi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
786) Ağ ciyərlərin süni tənəffüs rejimlərindən olan “Nəfəsvermənin sonunda müsbət təzyiq” (NSMT) rejimi ürəyin vurğu və dəqiqəlik həcminə necə təsir göstərə bilər?
A) Yanaşı ürək çatışmamazlığı olan xəstəyə müsbət təsir göstərər

B) Bu fikirlərin heç biri doğru deyil

C) Yanaşı ürək catışmazlığı olan xəstəyə NSMT rejimi 12 sm su süt.-dan çox olduqda ürəyin fəaliyyətinə müsbət təsir edə bilər

D) Azaldar

E) Artırar
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
787) Ağ ciyəriərin süni tənəffüs rejimlərindən olan “Nəfəsvermənin sonunda müsbət təzyiq” (NSMT) rejimi tətbiq edilən zaman hansı dəyişikliklər baş verə bilər?
A) Sağ mədəcik çatışmazlığı və ağ ciyər hipertenziyası

B) Yanaşı ürək çatışmazlığı olan xəstələrdə ürək fəaliyyətinə müsbət təsir göstərər

C) Böyrək çatışmazlığının inkisaf etməsinə səbəb ola bilər

D) Qara ciyər çatışmazlığının baş verməsinə səbəb ola bilər

E) Bu fikirlərin heç biri doğru deyil
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
788) Hansı metod ağciyərlərin funksional fəaliyyətinin adekvatlığını təyin etmək üçün daha dəqiqdir?
A) Ağ ciyərlərin kompyuter muayinəsi

B) Ağ ciyərlərin rentqen müayinəsi

C) EKQ və tənəffüs sisteminin spiroqrafiyası

D) Tənəffüs sisteminin spiroqrafiyası

E) Arterial qanın qaz tərkibinin analizi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
789) Bu hallarda paradoksal tənəffüsə rast gəlmək olur?
A) Larinqospazmda

B) Ağ ciyərlərin süni ventilyasiyasında

C) Pnevmoniyada

D) Pnevmotoraksda

E) Ağ ciyərlərin emfizemasında
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.

Bölmə 15. Reanimasiya və intensiv terapiyanın digər metodları

790) Astmatik vəziyyətin patogenezində vacib rol oynayır?
A) Hipertermiya

B) Bronxgenəldici preparatlara qarşı rezistentliyin artması

C) Hipervolemiya

D) Adrenomimetiklərə qarşı həssaslığın artması

E) Hiperqlikemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
791) Astmatik vəziyyət zamanı tənəffüsün mexanikası hansı şəkildə pozulur?
A) Nəfəs vermə uzanır və çətinləşır

B) Nəfəs alma uzanır və çətinləşır

C) Nəfəs alma qısalır və asanlaşır

D) Nəfəs vermə qısalır və asanlaşır

E) Nəfəs vermə uzanır və asanlaşır
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
792) Astmatik vəziyyət ürək fəaliyyətinə necə təsir edir?
A) Total ürək çatışmazlığı inkişaf edir

B) Ürək fəaliyyəti güclənir

C) Sol mədəcik çatışmazlığı inkişaf edir

D) Ürək fəaliyyəti pozulmur

E) Sağ mədəcik çatışmazlığı inkişaf edir
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
793) Astmatik vəziyyətin “lal” ağ ciyər mərhələsi üşün xas deyil?
A) Hipoksemiya

B) Nəbzin sayının 120/dəq çox olması

C) Komatoz hal

D) Hiperkapniya

E) Tənəffüsün sayının 30/dəq çox olması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
794) Astmatik vəziyyətin müalicə alqoritminə daxil deyil?
A) β2-aqonistlər

B) Kortikosteroidlər

C) Narkotik analgetiklər

D) Oksigen terapiyası

E) Eufillin
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
795) Astmatik vəziyyətin intensiv müalicəsində prednizolonun sutkalıq dozası orta hesabla nə qədər təşkil edir?
A) 15-30 mg

B) 60-90 mg

C) 30-60 mg

D) 200-300 mg

E) 90-120 mg
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
796) Ağ ciyərlərin süni ventilyasiyası fonunda inkişaf edən nozokomial pnevmoniyanın səmərəli antibakterial müalicə sxemini seçin?
A) Tetrasiklin + amoksisiklin

B) Ampisillin + gentamisin

C) III nəsl sefalosporin + aminoqlikozid

D) I nəsl sefalosporin + ampisillin

E) Gentamisin + linkomisin
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
797) Kardiogen ağ ciyər ödeminin müalicəsində ilk tədbirlərə daxil deyil?
A) Oksigen terapiyasın

B) Kordiamin (vena daxilinə)

C) Furosemid (vena daxilinə)

D) Nitroqliserin (dil altına)

E) Morfin (vena daxilinə)
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
798) Ağ ciyər ödemi zamanı ağ ciyərlərin süni ventilyasiyası hansı rejimdə aparılır?
A) Mexaniki ventilyasiya

B) Nəfəs vermənin sonunda müsbət təzyiq yaratmaqla

C) Yüksək tezlikli süni ventilyasiya

D) Yardımçı süni ventilyasiya

E) Ənənəvi süni ventilyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
799) Kliniki ölüm keçirmiş xəstədə 1 gün sonra huş yoxdur, zəif buynuz qişa refleksi, arterial hipotenziya, taxikardiya, hipertermiya, psixomotor oyanıqlıq və EEQ-də beyin qabığı hüceyrələrinin aktivliyinin kəskin zəifləməsi müşahidə edilirsə, bu vəziyyət hansı diaqnoza uygun gəlir?
A) Bioloji ölüm

B) Kliniki ölüm

C) Posthipoksik ensefalopatiya

D) Dekortikasiya

E) Preaqoniya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
800) Postreanimasion mərhələnin erkən (ilk sutka ərzində) ağırlaşmalarına aiddir?
A) Damardaxili yayılmış laxtalanma sindromu

B) Meninqoensefalit

C) Kəskin qara ciyər çatışmazlığı

D) “Şoklu ağ ciyər” sindromu

E) Pielonefrit
Ədəbiyyat: Неговский В.А. и др. Постреанимационная болезнь. М.: Медицина, 1987, 480 с.
801) Postreanimasion mərhələnin erkən (ilk 24 saat) ağırlaşmalarına aiddir?
A) Pnevmoniya

B) Kəskin qara ciyər çatışmazlığı

C) Meninqoensefalit

D) Beyin ödemi

E) Kəskin böyrək çatışmazlığı
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
802) Postreanimasion mərhələnin ilk dövründə bir qayda olaraq izlənir:
A) Bradikardiya və ürəyin dəqiqəlik həcminin artması

B) Taxikardiya və ürəyin dəqiqəlik həcminin artması

C) Taxikardiya və ürəyin dəqiqəlik həcminin azalması

D) Nəbzin sayının və ürəyin dəqiqəlik həcminin norma səviyyəsində olması

E) Bradikardiya və ürəyin dəqiqəlik həcminin azalması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
803) Erkən postreanimasion mərhələdə aşkar edilir?
A) Qarışıq asidoz

B) Respirator asidoz

C) Respirator alkaloz

D) Metabolik alkaloz

E) Metabolik asidoz
Ədəbiyyat: Анестезиология и реаниматология. Практические занятия. Под общей ред. Л.В. Усенко. – Киев: Вища школа. Головное изд-во, 1983 – 351 с.
804) Postreanimasion mərhələdə qanda oksigenin parsial təzyiqinin hansı səviyyədə saxlanması məsləhətdir?
A) 100 mm c. süt-na yaxın səviyyədə

B) 60 mm c. süt-na yaxın səviyyədə

C) 80 mm c. süt-na yaxın səviyyədə

D) 70 mm c. süt-na yaxın səviyyədə

E) 90 mm c. süt-na yaxın səviyyədə
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
805) Postreanimasion mərhələdə qanda karbon qazının parsial təzyiqinin hansı səviyyədə olması məsləhətdir?
A) 15-20 mm c. süt.

B) 40-45 mm c. süt.

C) 20-25 mm c. süt.

D) 25-35 mm c. süt.

E) 10-20 mm c. süt.
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
806) Postreanimasion mərhələdə hematokritin hansı səviyyəsi optimal sayılır?
A) 0,45-0,50

B) 0,25-0,30

C) 0,35-0,40

D) 0,40-0,45

E) 0,30-0,35
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
807) Postreanimasion mərhələnin erkən saatlarında öncə hansı preparatlar yeridilir?
A) Ürək qlikozidləri

B) Antioksidantlar

C) Vitaminlər

D) Hepatoprotektorlar

E) Antibiotiklər
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
808) Postreanimasion mərhələdə baş beyinin enerjiyə tələbatını azaltmaq üçün tətbiq edilir?
A) Tiopental natrium

B) Metilprednizolon

C) Fentanil

D) Retabolil

E) Ketamin
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
809) Postreanimasion mərhələdə baş beyində dönməz dəyişiklərin qarşısını almaq üçün tətbiq edilir?
A) Massiv qanköçürmə

B) Bemeqrid

C) Kordiamin

D) Kranioserebral hipotermiya

E) Yüksək molekullu dekstranlar
Ədəbiyyat: Анестезиология и реаниматология. Практические занятия. Под общей ред. Л.В. Усенко. – Киев: Вища школа. Головное изд-во, 1983 – 351 с.
810) Postreanimasion mərhələdə baş beyində metabolizmi yaxşılaşdırmaq üçün tətbiq edilir?

A) Sirepar

B) Amiodaron

C) Diqoksin

D) Serebrolizin

E) Diklofenak


Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
811) Postreanimasion mərhələdə baş beyinin qan dövranını tənzimləmək üçün tətbiq edilir?
A) Nitroqliserin

B) Nitroksolin

C) Nifedipin

D) Nootropil

E) Natrium oksibutirat
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
812) Miokard infarktı nəticəsində, kəskin ürək çatışmazlığı olan xəstə ilə intensiv iş prosesi zamanı, vena daxilinə strofantin yeridilməsinə başlanır ki, bu da hər saatda təkrarlanır. Strofantinin hər yeridilən dozası, əvvəlki dozadan necə fərqlənməlidir?
A) İki dəfə çox

B) İki dəfə az

C) Dozalar eynidir

D) Üç dəfə çox

E) Strofantini tez-tez yeritmək olmaz
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
813) Xəstədə kəskin sol mədəcik çatışmazlığı nəticəsində ağ ciyər ödemi baş verib. Bu halda oksigenoterapiya ilə yanaşı hansı inhalyasiya aparmaq daha məqsədəuyğundur?
A) Antifomsilanla inhalyasiya

B) Antorfin inqalyasiyası

C) Otların dəmləməsi ilə inhalyasiyası

D) Helium-oksigen inhalyasiyası

E) Buxar-oksigen inhalyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
814) Xəstədə kollaps fonunda A/T-in sistolik göstəricisi 60 mm c. süt-na qədər enib. Bununla əlaqədar hansı preparatın tətbiqi məsləhətdir?
A) Efedrin

B) Reopoliqlükin

C) 5% qlükoza

D) Jelatinol

E) Poliqlükin
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
815) Ağ ciyər ödemi zamanı müalicə kompleksinə sidik qovucuların istifadəsi daxildir. Bu məqsədlə hansı preparata üstünlük verilir?
A) Laziks

B) Sidik cövhəri

C) Mannitol

D) Veroşpiron

E) Fərqi yoxdur
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
816) Miokardın ocaqlı zədələnməsini hansı elektrokardioqrafik dişcik daha qabarıq əks edir?
A) Q

B) S


C) P

D) T


E) R
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
817) Miokard infarktlı xəstələrdə kardiogen şokun profilaktikası məqsədi ilə tətbiq edilmir?
A) Angiotenzinçevrici fermentlərin ingibitorları

B) β-adrenostimulyatorlar

C) Nitropreparatların v/d yeridilməsi

D) β-adrenoblokatorlar

E) Narkotik analgetiklar
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
818) Kəskin miokard infarktı zamanı xəstəni ağrısızlaşdırma məqsədi ilə təcili yardım briqadası tərəfindən nəyin tətbiqi daha məqsədəuyğundur?
A) N2O : O2 qarışığın inqalyasion anesteziyası

B) Narkotik analgetiklər

C) Trankvilizatorlar

D) Qeyri narkotik analgetiklər

E) Epidural anesteziya
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
819) Xəstədə ürəyin çəpər nahiyəsinin miokard infarktının 4-cü günündə qəflətən qısa müddətli huşun itməsindən sonra nəbzin bir dəqiqədə 42 qədər seyrəlməsi, A/T – 80/40 mm c.süt-na düşməsi, huşun alaqaranlaşması inkişaf etmişdir. Göstərilən hansı tədbirin aparılması düzdür?
A) Kardioversiya

B) Kordaronun yeridilməsi

C) Kranioserebral hipotermiya

D) İzoptinin v/d yeridilməsi

E) Atropin, eufillin v/d yeridilməsi
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
820) 60 yaşında kişidə hipertonik kriz zamanı ağ ciyər ödemi baş vermişdir. A/T – 240/150 mm c. süt. bərabərdir. Təzyiqi salmaq məqsədi ilə hansı preparat tətbiq edilmir?
A) Mannitol

B) Morfin

C) Furosemid

D) Nitropreparatların infuziyası

E) Pentamin
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
821) EKQ-də miokard infarktına xas olan dəyişikliklər II; III; aVF; V5-V6 – aparmalapda aşkar edilmişdir. Miokard infarktın lokalizasiyasını göstərin?
A) Sol mədəciyin ön-zirvə divarı

B) Sol mədəciyin arxa divarı

C) Sol mədəciyin arxa-yan divarı

D) Sol mədəciyin ön-yan divarı

E) Sirkulyator
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
822) Hansı halda sağ ürəyin yüklənməsi baş vermir?
A) Massiv pnevmoniya

B) Massiv atelektaz

C) Pnevmotoraks

D) Kollaps vəziyyətində

E) Ağ ciyər arteriyasının tromboemboliyası
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
823) Kəskin miokard infarktı zamanı mədəciklərin residivləşən fibrilyasiyası zamanı hansı üsula üstünlük verilir?
A) Lidokain

B) Elektroimpulsterapiya

C) Kordaron

D) Ornid


E) Adrenalin
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
824) Surətli doğuş zamanı qadında birdən-birə titrəmə, bədən temperaturunun 41°C-qalxması, AT-in katastrofik enməsi baş verib və tezliklə ağ ciyər ödeminin simptomları meydana çıxır. Bu hansı ağırlaşmanın inkişafı ilə əlaqəlidır?
A) Dölyanı maye emboliyası

B) Daxili profuz qanaxma

C) Eklampsiya tutması

D) Böyrəküstü vəzinin kəskin çatışmamazlığı

E) Trombohemorragik sindromun inkişaf etməsi
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
825) Kəskin böyrək çatışmamazlığının neçə dövrü ayırd edilir?
A) 5

B) 6


C) 4

D) 2


E) 3
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
826) Kəskin böyrək çatışmazlığı zamanı qanda kreatininin hansı səviyyəsi hemodializə göstərişdir?
A) 300 mkmol/l

B) 200 mkmol/l

C) 500 mkmol/l

D) 150 mkmol/l

E) 800 mkmol/l
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
827) Etioloji faktorlardan asılı olaraq kəskin böyrək çatışmazlığının necə forması müəyyən edilir?
A) 1

B) 5


C) 3

D) 2


E) 4
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə