Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Beynin sərt qişasının sisternası hansı fəqərəyə kimi davam edir?



Yüklə 0,82 Mb.
səhifə2/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

57) Beynin sərt qişasının sisternası hansı fəqərəyə kimi davam edir?
A) L5

B) L1


C) S5

D) Th12


E) S2
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
58) Böyüklərdə bronxlar traxeyadan hansı bucaqı altında ayrılırlar?
A) Sağ bronx 45º, sol bronx 25º altında

B) Traxeyanın sağ və sol bronx arasında olan bucaqlar bərabərdir

C) Sağ bronx 60º, sol bronx 90º altında

D) Sağ bronx 25º, sol bronx 45º altında

E) Sağ bronx 45º, sol bronx 90º altında
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
59) Anatomik ölü sahənin həcmi :
A) 300 ml

B) 500 ml

C) 600 ml

D) 50 ml


E) 150 ml
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
60) Krikotireoid membranın iynə ilə punksiyası və həmin iynənin içərisindən plastmas kateterin keçirilməsi?
A) Adi rejimdə ağciyərlərin süni ventilyasiyasını aparmaqla adekvat qaz mübadiləsini təmin edir

B) Oksigenlə adekvat spontan tənəffüsün bərpasını təmin edir

C) Atmosfer hava ilə adekvat spontan tənəffüsün bərpasını təmin edir

D) Heç bir halda göstəriş deyildir

E) Adekvat spontan tənəffüsün bərpasını təmin etmir, lakin ağ ciyərlərin translaringeal şırnaqla ventilyasiyasının aparılmasına imkan verir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
61) Krikotireoid membranın üzərində yerləşən toxumalar aşağıda göstərilənlərdən ibarətdir?
A) Dəri, dərialtı piy və əzələlər

B) Dəri və birləşdirici toxuma

C) Dəri və əzələlər

D) Dəri və dərialtı piy

E) Dəri
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
62) Sağ qulaqcıqda pik (ən yüksək) təzyiq normada, mm c.s.?
A) 15-20

B) 10-15


C) 8-10

D) 2-6


E) 20-25
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
63) Sağ qulaqcıqda diastolik təzyiq normada, mm c.s.?
A) 10-15

B) 0-2


C) 5-10

D) 5-7


E) 7-10
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
64) Sağ mədəcikdə pik (zirvə, ən yüksək) təzyiq normada, mm c.s.?
A) 30-35

B) 5-10


C) 0-2

D) 0-5


E) 10-15
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
65) Sağ mədəcikdə diastolik təzyiq normada, mm c.s.?
A) 3-5

B) 10-15


C) 5-7

D) 0-1


E) 5-10
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
66) Ağ ciyər arteriyasında pik (ən yüksək) təzyiq normada, mm c.s.?
A) 0-2

B) 25-30


C) 5-10

D) 0-5


E) 2-5
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
67) Ağ ciyər arteriyasında diastolik təzyiq normada, mm c.s.?
A) 0-5

B) 15-20


C) 0-2

D) 5-10


E) 10-15
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
68) Sol qulaqcıqda pik (ən yüksək) təzyiq normada, mm c.s.?
A) 2-5

B) 30-35


C) 7-17

D) 0-2


E) 0-5
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
69) Sol qulaqcıqda diastolik təzyiq normada, mm c.s.?
A) 5-10

B) 5-15


C) 10-15

D) 0-2


E) 15-20
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
70) Sol mədəcikdə pik (ən yüksək) təzyiq normada, mm c.s.?
A) 0-5

B) 100-140

C) 30-35

D) 35-50


E) 10-15
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
71) Sol mədəcikdə diastolik təzyiq normada, necə mm c.s.?
A) 15-20

B) 30-35


C) 15-35

D) 70-80


E) 0-2
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
72) Böyüklərdə ürəyin dəqiqəlik həcmi normada nə qədər olur(litr/dəqiqə) ?
A) 1-3

B) 5-7


C) 10-15

D) 2-3


E) 1-2
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
73) Ürəyin vurğu həcmi (sol mədəciyin bir yığılmada verdiyi həcm) normada böyüklərdə, ml?
A) 15-20

B) 100-150

C) 20-25

D) 10-30


E) 70-80
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
74) Mərkəzi venoz təzyiq normada, mm su süt?
A) 15-20

B) 10-15


C) 60-120

D) 0-10


E) 150-200
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
75) Ürək indeksi nədir?
A) 1 dəqiqədə ağ ciyərlərdən keçən qanın miqdarıdır

B) Ürəyin 1 dəqiqədə qovduğu qanın miqdarıdır

C) Sol mədəciyin bir sistolası zamanı qovulan qanın miqdarının bədən səthinin sahəsinə olan nisbətidir

D) Ürəyin 1 dəqiqəlik həcminin bədən səthinin sahəsinə olan nisbətidir

E) Sol mədəciyin bir yığılması (sistolası) zamanı qovulan qanın miqdarıdır
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
76) İynə ürəyin bütün qatlarından keçərək tac damarları zədələnmədən sol mədəcik boşluğuna daxil olur, əgər?
A) Döş sümüyünün sol tərəfindən 1-2 sm aralı 4-cü qabırğaarası sahədən perpendikulyar şəklində yeridilir

B) Döş sümüyünün sol tərəfindən 5 sm aralı 2-ci qabırğaarası sahədən perpendikulyar şəklində yeridilir

C) Döş sümüyünün sağ tərəfindən 1-2 sm aralı 4-cü qabırğaarası sahədən perpendikulyar şəklində yeridilir

D) Döş sümüyün sağ tərəfindən 4 sm aralı 2-ci qabırğaarası sahəsində perpendikulyar şəklində yeridilir

E) Döş sümüyünn sol tərəfindən 1-2 sm aralı 6-cı qabırğaarası sahədən perpendikulyar şəklində yeridilir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
77) Körpücükaltı arteriyanın medial hissəsi?
A) Körpücükaltı venadan aşağı yerləşir

B) Körpücükaltı venadan yuxarı yerləşir

C) Körpücükaltı venadan yuxarı və ön tərəfdə yerləşir

D) Körpücükalti venanın arxasında yerləşir

E) Körpücükaltı venanın önündə yerləşir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
78) Mərkəzi venaların kateterizasiyası üçün ən təhlükəsiz sayılan vena7
A) Sol bud vena

B) Daxili vidaci vena

C) Sağ bud vena

D) Sol körpücükaltı vena

E) Sağ körpücükaltı vena
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
79) Arxa epidural sahə epidural sahənin hansı həcmini tutur?
A) 1/2

B) 1/3


C) 7/10

D) 3/5


E) 9/10
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
80) Fəqərə sütununun bel nahiyəsində arxa epidural sahənin saqital müstəvidə olan eni?
A) 2-3 mm-dir

B) 10-15 mm-dir

C) 1-2 sm-dir

D) 8-10 mm-dir

E) 5-6 mm-dir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
81) Uşaqlarda böyüklərlə müqayisədə burundan traxeyanın intubasiyası yaxud nazoqastral zondun yerləşdirilməsi zamanı?
A) Burundan traxeyanın intubasiyası yaxud nazoqastral zondun yerləşdirilməsi üçün istifadə etmək olmaz

B) Burun boşluğu nisbətən dar olduğuna görə çox hallarda qanaxmalara rast gəlinir

C) Burun boşluğunun selikli qişasının tərkibində mağaralı kələflər olmadığına görə qanaxmalara az hallarda rast gəlinir

D) Burun boşluğunun selikli qişası nazik olduğuna görə çox hallarda qanaxmalara rast gəlinir

E) Yalnız sağ burun boşluğundan istifadə etmək olar
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
82) Hansı anatomik xüsusiyyətlər uşaqların qırtlağı üçün xarakterikdir?
A) Qırtlağın eni səs bağları hissəsində və üzüyəbənzər qığırdağın səviyyəsində eynidir

B) Qırtlağın forması böyüklərdən fərqlənmir

C) Üzüyəbənzər qığırdağın səviyyəsində enli, səs bağları hissəsində dardır

D) Qırtlaq qığırdaqları sümükləşməmişdir

E) Səs bağları hissəsində nisbətən enli, üzüyəbənzər qığırdağın səviyyəsində dardır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
83) Hansı faktоr kəllədaхili təzyiqin artmasına səbəb оlur:?

A) Arterial hipertenziya

B) Fоvlеr vəziyyəti

C) Hipеrventilyasiya

D) Hipоtеrmiya

E) Hipеrkapniya


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
84) Baş beyin qabığının tonusunun və huşun saxlanması üçün lazımdır?
A) Retikulyar formasiyanın daima aktiv olması

B) Parasimpatik sinir sisteminin aktivliyinin daha yüksək olması

C) Qabıqaltı strukturların oyanması

D) Hiperalgeziyanın olması

E) Ağrının olmaması
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
85) Müxtəlif orqanların arterial damarları hipoksemiyaya fərqli cavab verirlər. Aşağıda göstərilən hansı orqanın və ya toxumanın arteriyası hipoksemiyaya damarların genişlənməsi ilə cavab verir?
A) Qaraciyərin

B) Böyrəklərin

C) Ürəyin

D) Skelet əzələlərinin

E) Dərinin
Ədəbiyyat: Физиология человека. Т.2 Под редакцией Р. Шмидта и Г. Тевса. М.: «Мир». 1996.
86) Mülayim dərəcəli miokard hipoksiemiyası olan xəstəyə adrenalin yeridilib. Bu hipoksik dəyişilmiş miokarda necə təsir göstərəcək?
A) Adrenalinin yeridilməsi miokardın mübadilə proseslərinə təsir etməyəcək

B) Hipoksiya tam aradan götürələcək

C) Hipoksiyanın dərəcəsi azalacaq

D) Hipoksiyanın dərəcəsi artacaq

E) Hipokapniya qeyd olunacaq
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
87) Aşağıda göstərilən maddələrdən hansının kiçik dozalarda istifadəsi ilə damarların ümumi periferik müqavimətini azaltmaq olar?
A) Efedrin

B) Mezaton

C) Adrenalin

D) Heç biri

E) Noradrenalin
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
88) Aşağıda göstərilən dərman vasitələrindən hansının damargenişləndirici effekti onun a-adrenoblokadaedici təsiri ilə əlaqədardır?
A) Fentolamin

B) Pentamin

C) Arfonad

D) Benzoheksoniy

E) Nitroprusid
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
89) Ürək-damar sisteminin hansı şöbəsindən koronar arteriyalar başlayır?
A) Sol koronar arteriya - aortadan, sağ koronar arteriya – ağ ciyər arteriyasından

B) Qulaqcıqların boşluğundan

C) Mədəciklərin boşluğundan

D) Aortadan

E) Ağ ciyər arteriyasından
Ədəbiyyat: Р.Д. Синельников. Атлас анатомии человека. Т.II. М., «Медицина». 1966.
90) Ürək yığılmasının hansı fazasında koronar qan dövranı baş verir?
A) Koronar qan dövranı ürək yığılmasının fazalarından asılı deyil

B) İzotoniya fazasında

C) Aktiv diastola fazasında

D) Sistola fazasında

E) İzomeriya fazasında
Ədəbiyyat: Физиология человека. Т.2 Под редакцией Р. Шмидта и Г. Тевса. М.: «Мир». 1996.
91) Damar sisteminin hansı hissəsi damar müqavimətinin formalaşmasında aparıcıdır?
A) Aorta

B) Arteriyalar

C) Arteriollar

D) Kapilyarlar

E) Venalar
Ədəbiyyat: А.П.Зильбер. Клиническая физиология в анестезиологии и реаниматологии. М., «Медицина». 1984.
92) Qan dövranının adekvat olduğunu hansı göstərici daha tam əks etdirir?
A) Bu göstəricilərdən heç biri

B) Həcmli qanaxımı

C) Qan axımına müqavimət

D) Qanın arterial təzyiqi

E) Mərkəzi venoz təzyiq
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
93) Ürək-damar sisteminin hansı şöbəsində daha çox qan yerləşir?
A) Ağciyər və ürək damarlarında

B) Arteriyalarda

C) Kapilyarlarda

D) Qaraciyər damarlarında

E) Venalarda
Ədəbiyyat: А.П.Зильбер. Клиническая физиология в анестезиологии и реаниматологии. М., «Медицина». 1984.
94) Oftalmocərrahi praktikada göz əzələlərinin traksiyası zamanı okulokardial refleks ola bilər, bu da xəstənin həyatı üçün ciddi təhlükə törədir. Bu refleksin mahiyyəti nədir?
A) Ürək yığımlarının yavaşıması, ürəyin dayanmasına qədər

B) Arterial təzyiqin yüksəlməsi

C) Venoz təzyiqin yüksəlməsi

D) Stenokardiya tutmaları

E) Ürək aritmiyası
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
95) Kəskin sol mədəciyin nəzərə çarpan çatışmazlığının ilkin mərhələsində bir qayda olaraq hipoksiyanın hansı növü müşahidə olunur?
A) Histotoksik

B) Hemik


C) Sirkulyator

D) Hemik və histotoksik

E) Hipoksik
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
96) Kəskin sol mədəcik çatışmazlığının ağır dərəcəsində artıq mövcud olan sirkulyator hipoksiyaya hipoksiyanın hansı növü əlavə olunur?
A) Heç biri

B) Hipoksik

C) Hemik və histotoksik

D) Histotoksik

E) Hemik
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
97) Anesteziya zamanı hemodinamiki pozulmaların qarşısını almaq məqsədi ilə qabaqlayıcı hipervolemik hemodilusiya aparılır. Bunun mahiyyəti nədir?
A) Qanı durulaşdırmaq, laxtalanmanın qarşısını almaq

B) Qlükokortikoidlər yeritmək

C) Qan buraxma, sonra qanburaxmanı üstələyən həcmdə qan əvəzedicilərin köçürülməsi,

D) Konsrevləşdirilmiş qan köçürmək

E) Qan əvəzedicilərin köçürülməsi
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
98) Bir-biri ilə bağlı olan hansı üç göstərici orqanizmin hemodinamik vəziyyətini müəyyən edir?
A) Arterial təzyiq, mərkəzi venoz təzyiq və ürək yığılmalarının sayı

B) Divararası sorma funksiyası, qanın reoloji vəziyyəti və ürəyin vurğu həcmi

C) Mərkəzi venoz təzyiq, dövr edən qanın həcmi və ürəyin venoz qayıdışı

D) Dövr edən qanın həcmi, qan dövranın dəqiqəlik həcmi və ümumi periferik damar müqaviməti

E) Ürək yığılmalarının sayı, ürəyə venoz qayıdış və ürəyin vurğu həcmi
Ədəbiyyat: Физиология человека. Т.2 Под редакцией Р. Шмидта и Г. Тевса. М.: «Мир». 1996.
99) Əməliyyatdan öncəsi xəstənin volemik statusunu necə müəyyən etmək olar?
A) Hamısı

B) Hemodinamik göstəricilərlə (nəbz, AT, tənəffüsün sayı, MVT)

C) Plevral mayenin artıq olması və s.

D) Diurezə nəzarətlə

E) Fizikal müayinəlrlə (dərinin turqoru, selikli qişaların vəziyyəti, ödemlər, assit)
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
100) Planlı əməliyyatdan neçə saat əvvəl qida qəbulu dayandırılmalıdır?
A) 4-6 saat

B) 6-8 saat

C) 10 saat

D) 12 saat

E) 1-2 saat
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.

Bölmə 3. Ümumi anesteziya, onun orqanizmə olan təsirləri.

101) Anestezioloji letallığın ən geniş yayılmış həqiqi səbəbi aşağıdakıdır:
A) Aspirasiya

B) Səhvən dərman preparatlarının yeridilməsi

C) Narkozdan sonraki dövrdə müşahidənin lazımi səviyyədə olmaması

D) Dərman maddələrin doza artıqlığı

E) Tənəffüs yollarının obstruksiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
102) Ümumi anesteziyanın tərifi harada göstərilmişdir?
A) Dönmə qabiliyyətə malik olan huşun itməsi, analgeziya, amneziya və müəyyən miorelaksasiya ilə xarakterizə olunan süni şəkildə törədilən fizioloji vəziyyət

B) Qeyri-inhalyasion anestetiklərin istifadəsi nəticəsində əmələ gələn huşun itməsi, analgeziya, amneziya və miorelaksasiya ilə xarakterizə olunan fizioloji vəziyyət

C) Analgeziya, amneziya, miorelaksasiya ilə xarakterizə olunan ağciyərlərin süni ventilyasiyası tətbiq edilən xəstələrdə müşahidə olunan vəziyyət

D) Narkoz, əzələ relaksasiyası, oksigenasiya və ağciyərlərin süni ventilyasiyası aparılan xəstələrdə müşahidə olunan vəziyyət

E) İnhalyasion anestetiklərin istifadəsi nəticəsində əmələ gələn huşun itməsi, analgeziya, amneziya və miorelaksasiya ilə xarakterizə olunan fizioloji vəziyyət
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
103) Hansı ümumi anestetikin istifadəsi zamanı ümumi anesteziyanın mərhələləri daha aydın şəklində təzahür olunur?
A) Halotanın

B) Dietilefirin

C) İzofluranın

D) Ketaminin

E) Natrium tiopentalın
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
104) Qvedelin təsnifatına uyğun olaraq ümumi anesteziyanın neçə mərhələsi mövcuddur?
A) 6

B) 5


C) 4

D) 7


E) 3
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
105) Qvedelin təsnifatına uyğun olaraq ümumi anesteziyanın mərhələləri və onların inkişafının ardıcıllığı harada düzgün göstərilmişdir?
A) Oyanma, analgeziya, anesteziya, depressiya, ayılma

B) Analgeziya, oyanma, anesteziya, ayılma

C) Oyanma, analgeziya, anesteziya, depressiya

D) Oyanma, analgeziya, anesteziya, ayılma

E) Husun karlaşması, analgeziya, anesteziya, ayılma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
106) Fеntanilin analgetik təsiri morfinlə müqayisədə?
A) 5 dəfə güclüdür

B) 100 dəfə güclüdür

C) 2 dəfə zəifdir

D) 300 dəfə güclüdür

E) 30 dəfə güclüdür
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
107) Orqanizmdə baş verən effektlərdən hansı fеntanil üçün xarakterik deyil?
A) Tənəffüsün depressiyası

B) Tolerantlığın yaranmaması

C) Döş qəfəsi və qarın əzələlərin rigidliyi

D) Hipotoniya

E) Bradikardiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
108) Fеntanilin istifadəsi nəticəsində baş vermiş tənəffüs depressiyasının aradan qaldırılması üçün hansı preparat yeridilməlidir?
A) Osmodiuretiklərdən istifadə olunmalıdır

B) Nalorfin yeridilməlidir

C) Tənəffüs analeptiklərdən istifadə olunmalıdır

D) Saluretiklər yeridilməlidir

E) Xolinomimetiklər yeridilməlidir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
109) Fеntanilin hansı dozaları tənəffüs depressiyasını törədir?
A) 0,5-1 mq/kq

B) 10-40 mkq/kq

C) 1-2 mkq/kq

D) 100 mkq/kq

E) 3-4 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
110) Müasir ümumi anеstеziyanın əsas kоmpоnеntləri hansılardır?
A) Amneziya, analgeziya, adеkvat qaz mübadiləsinin qоrunub saхlanılması

B) Əzələ relaksasiyası, buynuz qişa rеflеksinin saхlanılması

C) Anesteziya,analgeziya,əzələ relaksasiyası

D) Analgeziya, udlaq rеflеksinin saхlanılması

E) Arеflеksiya, neyrovegetativ blokada
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
111) Aşağıdakı effektlərdən hansını kеtamin əmələ gətirir?
A) Simpatоlitik

B) Simpatоmimеtik

C) Qarışıq еffеkt

D) Vaqоlitik

E) Parasimpatоmimеtik
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
112) Prоpоfоlun istifadəsinə mütləq əksgöstərişdir?
A) Tənəffüs yоllarının оbstruksiyası

B) Gözdaxili hipertenziya

C) Ekstrasistolik aritmiya

D) Kəllədaхili hipеrtеnziya

E) Aşağı ətrafların parezi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
113) Droperidolun hipotenziv təsirinin əsasında hansı mexanizm durur?
A) Analgetiklərin təsirinin gücləndirilməsi

B) α–adrenoreseptorların blokadası

C) Qusma ələyhinə təsiri

D) Antihistamin aktivliyi

E) Sedativ təsiri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
114) Nosiseptiv impulsların nəqlində iştirak edən strukturlar və mərhələlər harada düzgün ardıcıllıqla göstərilmişdir?
A) Afferent reseptorlardan onurğa beyinə, aralıq neyronlarla retikulyar formasiya, hipotalamus və talamusa, talamusdan kortikal zonaya

B) Afferent reseptorlardan talamusa, onurğa beyindən retikulyar formasiyaya, hipotalamusdan kortikal zonaya

C) Afferent reseptorlardan kortikal strukturlarına, onurğa beynindən neyronlarla hipotalamusa, talamusdan retikulyar formasiyaya

D) Retikulyar formasiyadan afferent reseptorlara, onurğa beyindən aralıq neyronlarla orta beyinə, hipotalamusdan talamusa

E) Aralıq neyronlarla afferent reseptorlara, retikulyar formasiyadan hipotalamusa, talamusdan kortikal zonaya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
115) Aşağıda göstərilən opiat və opioidlərdən hansı antinosiseptiv sistemin μ-, δ- və κ-opiat reseptorların aqonistidir?
A) Morfin

B) Buprenorfin

C) Pentazosin

D) Ketamin

E) Nalokson
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
116) Aşağıda göstərilən opiat və opioidlərdən hansı antinosiseptiv sistemin μ-, δ- və κ-opiat reseptorların antaqonistidir?
A) Morfin

B) Nalokson

C) Buprenorfin

D) Ketamin

E) Pentazosin
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
117) Hansı cərrahi əməliyyatlarda ümumi adaptasion sindrom inkişaf edir?
A) Bütün cərrahi əməliyyatlarda

B) İmmunitetin pozğunluqları olan xəstələrdə aparılan cərrahi əməliyyatlarda

C) Uzunmüddətli cərrahi əməliyyatlarda

D) Kiçik həcmli cərrahi əməliyyatlarda

E) Massiv qanitirmə ilə müşayiət edilən cərrahi əməliyyatlarda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
118) Ağrının persepsiyası nəyi nəzərdə tutur?
A) Ağrının psixoemosional olaraq duyulmasını

B) Ağrı nəticəsində stressor hormonların səviyyəsinin yüksəlməsini

C) Ağrı nəticəsində baş verən neyrohumoral pozğunluqları

D) Ağrı nəticəsində mərkəzi sinir sistemində baş verən dəyişiklikləri

E) Orqanizmdə ağrı nəticəsində baş verən bütün dəyişiklikləri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə