Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Cərrahi əməliyyatlar zamanı aparılan anesteziyanın əsas məsələlərinə daxil deyildir?



Yüklə 0,82 Mb.
səhifə3/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

119) Cərrahi əməliyyatlar zamanı aparılan anesteziyanın əsas məsələlərinə daxil deyildir?
A) Xəstənin psixo-emosional komfortun təmin edilməsi

B) Orqanizmin həyati vacıb funksiyaların qorunması və korreksiyası

C) Cərrahların işinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması

D) Sinir sısteminin müxtəlif səviyyələrində nosiseptiv axınını blokadası

E) Anesteziya ilə əlaqədar sərf olunan maddi xərclərinin maksimum dərəcədə azaldılması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
120) Venadaxili yeridildikdən sonra fеntanilin analgetik təsiri hansı müddət ərzində davam edir?
A) 1 saat

B) 45 dəqiqə

C) 1,5 saat

D) 30 dəqiqə

E) 15 dəqiqə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
121) Anеstеtik orqanizmə hansı yolla daхil еdilərsə, anesteziya daha idarə olunan olacaqdır?
A) İnhalyasiоn

B) Vеnadaхili

C) Əzələdaхili

D) Rеktal

E) Entеral
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
122) Venadaxili yeridilmiş droperidolun effektiv klinik dozaların təsiri hansı müddətdən sonra başlayır?
A) 20-30 saniyədən

B) 20-30 dəqiqədən

C) 15-20 dəqiqədən

D) 2-3 dəqiqədən

E) 10-12 dəqiqədən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
123) Yerli adaptasion sindromun mərhələləri hansılardır?
A) Hiperemiya, ödem

B) Alterasiya, ekssudasiya, proliferasiya

C) Alterasiya, adaptasiya, proliferasiya

D) Ödem, hiperemiya, tromboz

E) Transsudasiya, adaptasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
124) Ümumi adaptasion sindrom zamanı mədə-bağırsaq traktında stressor xoraların əmələ gəlməsində əsas rol nəyə aiddir?
A) Katexolamin və qlükokortikoidlərin yüksək konsentrasiyalarının mitotik proseslərə olan mənfi təsirinə

B) Mədə və bağırsaq traktının hipokinezinə

C) Mədə şirəsinin turşuluğunun yüksəlməsinə

D) Mədə-bağırsaq traktında qidanın olmamasına

E) Mədə-bağırsaq traktı qandövranının pozğunluqlarına
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
125) Nosisepsiya prosesi aşağıda göstərilən ardıcıllıqla inkişaf edir?
A) Modulyasiya, transduksiya, transmissiya, persepsiya

B) Transduksiya, transmissiya, modulyasiya, persepsiya

C) Persepsiya, transmissiya, modulyasiya, transduksiya

D) Transduksiya, persepsiya, transmissiya, modulyasiya

E) Persepsiya, modulyasiya, transduksiya, transmissiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
126) Porfiriya diaqnozunun qoyulmasında laborator analizlərdən hansı əsas ola bilər?
A) Onurğa beyin mayesinin analizi

B) Təzə götürülmüş qan analizi

C) Qara ciyər sınaqları

D) Təzə buraxılmış sidiyin analizi

E) Boğazdan götürülən yaxmanın analizi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2. Руководство по анестезиологии, под ред. А.А. Бунятяна, Москва, «Медицина», 1998.
127) Bronxial astmalı xəstələrdə ümumi anesteziya aparılan zaman hansı anestetikin istifadə olunması məsləhət görülmür?
A) Propofol

B) Na oksibutirat

C) Tiopental Na

D) Ketamin

E) Halotan
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
128) Narkozun induksiya dövründə baş verən hipotoniyanın səbəblərinə aşağıdakı cavab variantlarından hansı uyğun gələ bilər?
A) Bir neçə gün davam edən tam bağırsaq keçməzliyi

B) Preinfuziyanın aparılmaması

C) Venadilatasiya

D) Hamısı

E) Ümumi periferik damar müqavimətinin enməsi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
129) Narkozun dərinliyi haqqında fikir söyləmək üçüç əsas əlamət hansıdır:

A) Qandövranı göstəriciləri

B) Əzələ tоnusunun vəziyyəti

C) Huşun vəziyyəti

D) Diurezin miqdarı

E) Tənəffüsün dərinliyi və хaraktеri


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
130) Venadaxili yeridilmiş droperidolun effektiv klinik dozaların maksimum təsiri hansı müddət ərzində davam olunur:

A) 3-5 dəqiqə

B) 30-40 dəqiqə

C) 8-10 dəqiqə

D) 1-2 saat

E) 12-15 dəqiqə


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.

Bölmə 4. İnhalyasion anesteziya

131) Qaz inhalyasion anestetiki hansıdır?
A) Azot oksidi

B) Halotan

C) Desfluran

D) İzofluran

E) Enfluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
132) Burundan intubasiya ilə əlaqədar olaraq baş verə bilən fəsad hansıdır?
A) Bronxospazm

B) Qırtlağın zədələnməsi

C) Bronxial ifrazatın artması

D) Burun qanaхması

E) Dişlərin zədələnməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
133) Aşağıda qeyd olunan mühitlərdən hansında inhalyasion anestetikin fraksion konsentrasiyası Fi işarəsi ilə qeyd olunur?
A) Alveollarda olan qazlarda

B) Sinir hücəyrələrində

C) Plazmada

D) İnterstisial mayedə

E) Tənəffüs yollarına daxil olan qazlarda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
134) Aşağıda qeyd olunan mühitlərdən hansında inhalyasion anestetikin fraksion konsentrasiyası "FA" işarəsi ilə qeyd olunur?

A) İnterstisial mayedə

B) Alveollarda olan qazlarda

C) Tənəffüs yollarına daxil olan qazlarda

D) Plazmada

E) Baş beyin toxumasında


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
135) Azot oksidi ilə aparılan inhalyasion anesteziyadan sonra diffuzion hipoksiyanın profilaktikası üçün nə edilməlidir?
A) Bronxları genişləndirmək məqsədilə 10 ml 2,4%-li eufillin yeridilməlidir

B) 5-20 dəqiqə ərzində 100% oksigenlə inhalyasiya aparılmalıdır

C) Böyük dozalarda saluretiklər yeridilməlidir

D) 5-10 dəqiqə ərzində təmiz atmosfer hava ilə hiperventilyasiya aparılmalıdır

E) Nəfəsvermənin sonunda müsbət təzyiqdən istifadə etməklə 5-10 dəqiqə ərzində təmiz atmosfer hava ilə ventilyasiya olunmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
136) Halotanın hər iki mühitdə eyni parsial təzyiqi fonunda onun qanda olan miqdarı alveollarda olan mirdarının 240%-ni təşkil edir. Halotanın qan/qaz paylanma koeffisiyenti neçəyə bərabərdir?
A) 12,0

B) 2,4


C) 1,0

D) 1,4


E) 4,8
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
137) Azot oksidinin oksigendə olan konsentrasiyası neçə faizdən yuxarı olmamalıdır?
A) 90%-dən

B) 80%-dən

C) 50%-dən

D) 30%-dən

E) 70%-dən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
138) Balonlarda azot oksidini neçə atmosfer təzyiq altında saxlayırlar?
A) 1 atm

B) 3 atm


C) 150 atm

D) 50 atm

E) 100 atm
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
139) Halotan aşağıdaki kоnsеntrasiyada oksigenlə qarışıqda alışır?
A) Halоtan oksigenlə qarışıqda alışmır

B) 20% оksigеnlə

C) 50% оksigеnlə

D) 2% оksigеnlə

E) 10% оksigеnlə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
140) Halotanla mоnоnarkоzun cərrahi mərhələsi nə ilə хaraktеrizə оlunur?

A) Salivasiyanın artması

B) Taхikardiya

C) Artеrial hipоtеnziya

D) Tənəffüsün tezləşməsi

E) Əzələ gərginliyi


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
141) Aşağıda göstərilənlərdən hansı effekt halotanın farmakodinamikasına xas deyil?
A) Taxikardiya

B) Bronxodilatasiya

C) Miokardın katexolaminlərə olan həssazlığının artması

D) Miorelaksasiya

E) Qanqlionların blokada edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
142) Aşağıda göstərilənlərdən hansı təsir halotan üçün xarakterikdir?
A) Baş beyində qan dövranının intensivliyinin azalması

B) Parasimpatik sinir sistemi aktivliyinin yatırılması

C) Tac damarların daralması

D) Arterial təzyiqin artması

E) Ağız suyu vəzilərinin və bronxial vəzilərin ifrazatının azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
143) Halotanla anesteziya zamanı hansı fəsadın baş verməsi onun farmakodinamiki təsirlərilə əlaqədar deyil?
A) Bədxassəli hipertermiyanın

B) Mədəciklərin fibrilyasiyasının

C) Bradikardiyanın

D) Kəllədaxili hipertenziyanın

E) Arterial hipertenziyanın
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
144) Hansı hal halotanla anesteziyanın aparılmasına əks göstərişdir?
A) Gözdaxili hipertenziya

B) Bronxial astma

C) Arterial hipertoniya

D) Ürək çatmamazlığı

E) Sinus taxikardiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
145) Hansı inhalyasiyon anestetik halogen tərkibli efirlərə aid deyildir?
A) Enfluran

B) Desfluran

C) Sevofluran

D) Halotan

E) İzofluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
146) Kombinasiya edilmiş ümuni anesteziya nəyi nəzərdə tutur?
A) Yerli anesteziya və venadaxili sedasiyanın eyni zamanda tətbiq edilməsini

B) Müxtəlif qeyri-inhalyasion anestetiklərin eyni zamanda tətbiq edilməsini

C) Ümumi və yerli anesteziya metodlarının eyni zamanda tətbiq edilməsini

D) Ümumi anesteziyanın müxtəlif metodlarının eyni zamanda tətbiq edilməsini

E) Müxtəlif inhalyasion anestetiklərin eyni zamanda tətbiq edilməsini
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
147) Aşağıda göstərilən variantlardan hansını neyroleptanalgeziya adlandırmaq olmaz?
A) Fentanil, droperidol və azot oksidin birgə istifadəsini

B) Fentanil və droperidolun birgə istifadəsini

C) Fentanil, droperidol, halotan və azot oksidinin birgə istifadəsini

D) Fentanil, droperidol, azot oksidi, miorelaksasiya, endotraxeal intubasiya və ağciyərlərin süni ventilyasiyasını

E) Fentanil, droperidol, azot oksidı, miorelaksasiya, endotraxeal intubasiya və sonrakı spontan tənəffüsü
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
148) Neyroleptanalgeziyaya hazırlanan xəstəyə təyin edilən premedikasiyanın tərkibində hansı preparatlar olmalıdır?
A) Fentanil, droperidol, atropin

B) Droperidol, ketamin, atropin

C) Fentanil, dimedrol, analgin

D) Droperidol, dimedrol, atropin

E) Diazepam, dimedrol, droperidol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
149) Neyroleptanalgeziya zamanı nə vaxt fentanilin əlavə dozalarının yeridilməsinə ehtiyac yaranır?
A) Bradikardiya müşahidə olunanda

B) Nəbzin tezləşməsi və arterial təzyiqin artması baş verəndə

C) Arterial təzyiqin enməsi baş verəndə

D) Ətrafların hərəkətləri müşahidə olunanda

E) Salivasiyanın artması müşahidə olunanda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
150) Neyroleptanalgeziya zamanı əlavə yeridilən fentanilin dozaları adətən təşkil edir?
A) 25 mkq hər 10-15 dəqiqədən bir

B) 50 mkq hər 50-60 dəqiqədən bir

C) 0,1 mq hər 15-20 dəqiqədən bir

D) 0,3 mq hər 30 dəqiqədən bir

E) 0,1 mq hər 60 dəqiqədən bir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
151) Neyroleptanalgeziya zamanı fentanilin son dozası adətən nə vaxt yeridilir?
A) Əməliyyatın ən travmatik anında

B) Əməliyyatın sonuna 5-10 dəqiqə qalanda

C) Əməliyyatın sonuna 30-40 dəqiqə qalanda

D) Əməliyyatın sonuna 10-15 dəqiqə qalanda

E) Sonuncu tikiş qoyulanda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
152) Neyroleptanalgeziya zamanı yeridilən droperidolun neyroleptik təsiri ne vaxta qədər davam edir?
A) 30-40 dəqiqə

B) 4-5 saat

C) 15-20 dəqiqə

D) 8-10 saat

E) 1-2 saat
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
153) Ataralgeziya zamanı giriş narkozu üçün diazepamın dozası təşkil edir?
A) 0,2-0,3 mq/kq

B) 0,05-0,1 mq/kq

C) 1,5-2 mq/kq

D) 1-1,2 mq/kq

E) 0,6-0,8 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
154) Ataralgeziya zamanı fentanilin əlavə edilən dozaları adətən təşkil edir?
A) 25 mkq hər 10-15 dəqiqədən bir

B) 50 mkq hər 50-60 dəqiqədən bir

C) 0,5 mq hər 30 dəqiqədən bir

D) 0,1 mq hər 15-20 dəqiqədən bir

E) 0,1 mq hər 60 dəqiqədən bir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
155) Ataralgeziya zamanı fentanilin və ketaminin son dozaları adətən nə vaxt yeridilir?
A) Sonuncu tikiş qoyulanda

B) Əməliyyatın sonuna 40-50 dəqiqə qalanda

C) Əməliyyatın ən travmatik anında

D) Əməliyyatın sonuna 5-10 dəqiqə qalanda

E) Əməliyyatın sonuna 15-20 dəqiqə qalanda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
156) Larinqоspazm adətən nə zaman baş vеrir?
A) Yuхarı tənəffüs yоlları sеlikli qişasının qıcıqlanmasına rеflеktоr cavab оlaraq

B) Miorelaksasiyadan sonra larinqоskоpla kоbud manipulyasiya zamanı

C) Rеlaksantlardan çох böyük dоzada istifadə etdikdə

D) Günəş kələfinin qıcıqlanması zamanı

E) Mədə çəkilən zaman
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
157) Anesteziya zamanı alveollarda inhalyasion anestetikin konsentrasiyası təxminən neçə minimal alveolyar konsentrasiyaya (MAK-a) çatanda xəstədə cərrahi stimulyasiyaya cavab olaraq hərəkətlər qeyd olunmur?
A) 1

B) 1,3


C) 2

D) 1,5


E) 2,5
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
158) 40-litrlik balоnda 150 atm təzyiq altında saxlanılan оksigеni qaz aхını 2 l/dəq sürətlə istifadə edəndə neçə saata çatar?
A) 100

B) 10


C) 30

D) 50


E) 20
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
159) Aşağıda göstərilən xüsusiyyətlərdən hansı inhalyasion anestetiklərə xas deyildir?
A) Orqanizmdə paylanmasının diffuziya qanunlarına uyğun olaraq baş veməsi

B) Orqanizmdə böyük dozalarda kumulyasiya olunması

C) Orqanizmə tənəffüs yolları vasitəsilə daxil olması

D) Orqanizmdən ağciyərlər vasitəsilə xarıc olması

E) Yalnız kiçik bir hissəsinin orqanizmdə metabolizmə uğraması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
160) Azot oksidinin qan/qaz paylanma koeffisiyenti neçəyə bərabərdir?
A) 0,42

B) 0,59


C) 1,4

D) 0,47


E) 2,0
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
161) 1 kq maye azot oksidindən neçə litr qaz əmələ gəlir?
A) 10

B) 150


C) 50

D) 100


E) 500
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
162) Aşağıda göstərilən təsirlərdən hansı azot oksidin məxsus deyildir?
A) Zəif narkotik təsirə malik olması

B) Miokardın katexolaminlərə olan həssaslığın artması

C) Ağ ciyər arteriyasının daralması

D) İnhalyasiyadan sonra təsirin tez başlanması və orqanizmdən tez eliminasiya olunması

E) Tənəffüs yollarına qıcıqlandırıcı təsiri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
163) Azot oksid hava olan boşluqlara yüksək sürətlə diffuziya etdiyinə görə onu hansı xəstələrdə istifadə etmək təhlükəli deyildir?
A) Ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri olan

B) Təbil pərdəsində aparılan plastik əməliyyatlar zamanı

C) Pnevmotoraks olan

D) Pnevmosefaliya olan

E) Kəskin bağırsaq keçməməzliyi olan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
164) İnhalyasion anestetikin qan/qaz paylanma koeffisiyenti nəyi əks etdirir?
A) Alveollarda olan havada anestetikin konsentrasiyasını

B) Arterial qanda anestetikin parsial təzyiqini

C) Qanın plazmasında anestetikin konsentrasiyasını

D) Anestetikin qanda həll olunmasını

E) Tənəffüs yollarına daxil olan qazlarda anestetikin konsentrasiyasını
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
165) Halotanla anesteziyaya hazırlanan xəstələrdə hansı preparat premedikasiyaya mütləq daxil edilməlidir?
A) Diazepam

B) Atropin

C) Droperidol

D) Morfin

E) Dimedrol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
166) Halotanın minimal alveolyar konsentrasiyası (MAK-ı) neçəyə bərabərdir?
A) 0,5%-ə

B) 1%-ə


C) 0,75%-ə

D) 1,25%-ə

E) 1,5%-ə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
167) Halotanla anesteziyanın saxlanması üçün preparatın konsentrasiyası hansı səviyyədə olmalıdır?
A) 0,1–0,5 həcm %-i

B) 6–7 həcm %-i

C) 4–5 həcm %-i

D) 0,5–1,5 həcm %-i

E) 2–3 həcm %-i
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
168) Halotanla anesteziya zamanı preparatın ilkin konsentrasiyası hansı səviyyədə olmalıdır?
A) 0,5–1 həcm %-i

B) 4–5 həcm %-i

C) 8–10 həcm %-i

D) 0,1–0,5 həcm %-i

E) 2–3 həcm %-i
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
169) İzofluranın hansı təsirinə görə o, halotandan nəzərəçarpacaq dərəcədə fərqlənir?
A) Tənəffüsü depressiya etdiyinə

B) Kəllədaxili təzyiqı artırdığına

C) Əzələ tonusunun azaltdığına

D) Arterial təzyiqi endirdiyinə

E) Yuxarı tənəffüs yollarının qıcıqlandırmasına
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
170) Birləşdirilmiş anesteziya nəyi nəzərdə tutur?
A) Ümumi anesteziyanın müxtəlif metodlarının eyni zamanda tətbiq edilməsini

B) Müxtəlif inhalyasion anestetiklərin eyni zamanda tətbiq edilməsini

C) Yerli anesteziya və venadaxili sedasiyanın eyni zamanda tətbiq edilməsini

D) Müxtəlif qeyri-inhalyasion anestetiklərin eyni zamanda tətbiq edilməsini

E) Ümumi və yerli anesteziya metodlarının eyni zamanda tətbiq edilməsini
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
171) Neyroleptanalgeziya zamanı adətən fentanilin ilkin dozasını təşkil edir?
A) 30-40 mkq/kq

B) 5-7 mkq/kq

C) 0,5-1 mq/kq

D) 50-60 mkq/kq

E) 15-20 mkq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
172) Neyroleptanalgeziyanın üstün cəhətlərinə aid deyildir?
A) Yaşa, cinsə və risk dərəcəsinə görə əks-göstərişlərin olmaması

B) Fentanilin antaqonistinin olması

C) Miokardın katexolaminlərə qarsı sensibilizasiyanın yaranmaması

D) Anesteziyanın dərinliyinin yaxşı idarə olunması

E) Bədxassəli hipetermiyaya meylliyin olmaması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
173) Neyroleptanalgeziyanın çatışmayan cəhətlərinə aid deyildir?
A) Oyanıqlıqla və qorxu hisslərilə müşayiət olunan droperidolun paradoksal effektinin baş vermə ehtimalı

B) Ayılandan sonra refentanilizasiya fenomeninin baş vermə ehtimalı

C) Ekstrapiramidal pozğunluqların (tremor, koordinasiyanın pozulması) baş vermə ehtimalı

D) Üzunmüddətli əməliyyatdan sonraki dövrdə neyrolepsiya və adinamiyanın olması

E) Baş beyin qan dövranında və beyin metabolizmində dəyişikliklərin baş verməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
174) Aşağıda göstərilən hansı variant üçün neyroleptanalgeziyanın aparılması məqsədəuyğun deyildir?
A) Geniş anatomik zonanı əhatə edən əməliyyatlarda anesteziya

B) Orta həcmli əməliyyatlarda anesteziya

C) Əməliyyatdan sonraki monitorinqin aparılmasına yaxşı şərait olan hallar

D) Kiçik və qısamüddətli əməliyyatlarda anesteziya

E) Uzunmüddtli əməliyyatlarda anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
175) Ataralgeziya zamanı giriş narkozu üçün fentanilin və ketaminin dozalarını təşkil edir?
A) Fentanil 10-15 mkq/kq, ketamin, 4-5 mkq,kq

B) Fentanil 1-3 mkq/kq, ketamin 3-4 mq/kq

C) Fentanil 0,5-1 mq/kq, ketamin 2-3 mq/kq

D) Fentanil 5-7 mkq/kq, ketamin 1-1,5 mq/kq

E) Fentanil 0,3-0,5 mq/kq, ketamin 1-2 mq,kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
176) Azоt оksidindən uzunmüddətli istifadə еtdikdə:
A) Qaraciyər üçün tоksikdir

B) Böyrəklər üçün tоksikdir

C) Tənəffüs funksiyası pozulur

D) Hipertenziya inkişaf edir

E) Sümük iliyinə mənfi təsir göstərir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə