Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) 10-litrlik balоnda maye formasında saxlanılan 6 kq azоt oksidi qaz aхını 3 L/dəq sürətilə istifadə etdik neçə saata çatar?



Yüklə 0,82 Mb.
səhifə4/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

177) 10-litrlik balоnda maye formasında saxlanılan 6 kq azоt oksidi qaz aхını 3 L/dəq sürətilə istifadə etdik neçə saata çatar?
A) 40 saata

B) 20 saata

C) 10 saata

D) 6 saata

E) 25 saata
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
178) Azot oksidilə müqayisədə halotan qanda təxminən neçə defə çox həll oluna bilər?
A) 2

B) 5


C) 3

D) 7


E) 1
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
179) Desfluranın qan/qaz paylanma koeffisiyenti neçəyə bərabərdir?
A) 0,6

B) 0,47


C) 1,4

D) 2,4


E) 0,42
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
180) Enfluranın qan/qaz paylanma koeffisiyenti neçəyə bərabərdir?
A) 0,42

B) 0,47


C) 2,4

D) 1,4


E) 1,9
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
181) İzofluranın qan/qaz paylanma koeffisiyenti neçəyə bərabərdir?
A) 0,42

B) 2,4


C) 1,4

D) 1,9


E) 1,0
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
182) Halotan mərkəzi sinir sisteminə aşağıdakı təsiri göstərir?
A) Güclü analgеtik еffеkt göstərir

B) Oyanıqlığı əmələ gətirir

C) Simpatik sinir sistemini aktivləşdirir

D) Bеyin qan dövranını azaldır

E) Güclü anеstеtik еffеkt göstərir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
183) Aşağıda göstərilən anestetiklərdən hansı feoxromositoma ilə əlaqədar aparılan əməliyyatlar üçün seçim preparatıdır?
A) Halotan

B) Enfluran

C) Dietilefir

D) Ketamin

E) İzofluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
184) İzofluranı maska vasitəsilə inhalyasiya etdikdə preparatın ilkin konsentrasiyası hansı səviyyəsində olmalıdır?
A) 1–2 həcmi %-i

B) 15–20 həcmi %-i

C) 10–15 həcm %-i

D) 8–10 həcmi %-i

E) 4–5 həcmi %-i
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
185) İzofluranla anesteziyanın saxlanması üçün preparatın konsentrasiyası hansı səviyyəsində olmalıdır:
A) 2–3 həcmi %-i

B) 6–8 həcmi %-i

C) 10–15 həcmi %-i

D) 0,2-0,5 həcmi %-i

E) 8–10 həcmi %-i
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
186) Hansı hallarda izofluran ehtiyatla istifadə olunmalıdır?
A) Arterial hipertoniya olan xəstələrdə

B) Əməliyyat zamanı katexolaminlərin istifadəsi lazım olanda

C) Şəkərli diabet olan xəstələrdə

D) Ürəyin işemik xəstəliyi olan xəstələrdə

E) Adrenalektomiya əməliyyatı zamanı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
187) Ümumi anesteziya zamanı bədхassəli hipеrtеrmiya klinik diaqnоzu qоyulubsa hansı tədbir görülməlidir?
A) İnfiziyanın sürəti artırılmalıdır

B) Vеnadaхili dantrоlеn yeridilməlidir

C) Heparin yeridilməlidir

D) Ağ ciyərlərin dəqiqəlik vеntilyasiyasını artırmaq lazımdır

E) FiO2-ninı 0,5-dən yuxarı olmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
188) Aşağıda göstərilən anesteziya metodlarından hansı birləşdirilmiş anesteziya deyildir?
A) Spinal anesteziyası zamanı ketaminin yeridilməsi

B) Epidural anesteziya zamanı azot oksidinin maska vasitəsilə inhalyasiyası

C) Halotanla aparılan endotraxeal anesteziyası zamanı ketaminin yeridilməsi

D) Azot oksidi və halotanla aparılan endotraxeal anesteziya zamanı müsariqə kötüyünün blokadası

E) Üz maskası vasitəsilə aparılan enfluran anesteziyası zamanı oturaq sinirinin blokadası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
189) Aşağıda göstərilən anesteziya metodlarından kombinasiya edilmiş ümuni anesteziya hansıdır?
A) Spinal-epidural anesteziya

B) İnhalyasion anesteziya zamanı yerli infiltrasion anesteziyanın istifadə edilməsi

C) Neyroleptanalgeziya

D) Halotanla ümumi anesteziya zamanı müsariqə kötüyünün blokadası

E) Ataralgeziya zamanı epidural blokadanın istifadə edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
190) Neyroleptanalgeziyadan sonra baş verən refentanilizasiya fenomeni nə ilə bağlıdır?
A) Fentanilə qarsı rezistentliyin yaranması

B) Morfinlə müqayisədə fentanilin analgetik effektinin 300 dəfə güclü olması

C) Anesteziyadan sonra narkotiklərə meylliyin yaranması

D) Orqanizmdə fentanilə qarşı tolerantlığının inkişaf etməsi

E) Fentanilin tez bir zaman toxumalara paylanması ilə əlaqədar onun effektinin qısamüddətli olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
191) Halotanın dozasının çox olması nəticəsində xəstədə kəskin ürək-damar çatışmazlığı əmələ gəlib. Bu vəziyyətdə hansı dərmandan istifadə olunması daha çox məqsədəuyğundur?
A) Mezaton

B) Adrenalin

C) Noradrenalin

D) Efedrin

E) Dofamin
Ədəbiyyat: М.Д. Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
192) Ftorotan narkozu zamanı arterial hipotoniyaya əsas səbəb hansıdır?
A) Uzunsov beyində yerləşən damar mərkəzinə birbaşa təsiri

B) Ürək aritmiyaların əmələ gəlməsi

C) Kardiotoksiki təsir

D) Qanqlioblokator təsiri

E) Halotanı ümumi qəbul olunmuş dozada istifadə etdikdə arterial hipotoniya olmur
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
193) Hansı inhalyasion anestetikin hepatotoksiki təsiri yüksəkdir?
A) Halotan

B) Azot oksidi

C) Metoksifluran

D) Sevofluran

E) İzofluran
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
194) İnhalyasion anestetiklərin təsir gücünü hansı parametrlə müqayisə edirlər?
A) Minimal alveolyar konsentrasiya

B) Anesteziyanın davametmə müddəti

C) Miorelaksasiya vermə qabiliyyəti

D) Qan və toxumalarda həllolma koeffisienti

E) Maliyyə dəyəri
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
195) Hansı inhalyasion anestetik ürəyin vurğu həcmini nəzərəçarpacaq dərəcədə azaldır?
A) N2O

B) Ksenon

C) Halotan

D) Sevofluran

E) İzofluran
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
196) Hansı inhalyasion anestetikin istifadəsi zamanı xəstəyə katexolaminlərin (adrenalin, noradrenalin) yeridilməsi mədəciklərin fibrilyasiyasına səbəb ola bilər?
A) Sevofluran

B) İsofluran

C) Halotan

D) Desfluran

E) Ksenon
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
197) Aşağıdakılardan hansı effekt halotan üçün xarakterik deyildir?

A) Əzələ zəifliyi

B) Tənəffüsün zəifləməsi

C) Narkotik effekt

D) Analgeziya

E) Amneziya


Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
198) Azot -1 oksidi (N2O)?
A) Serebral sirkulyasiyaya CO2 effekti verir

B) Bədxassəli hipertermiyaya səbəb olmur

C) Güclü narkotik təsirə malikdir

D) Istifadəsi zamanı tənəffüs dayanması olur

E) Uşaqlarda istifadə etmək olmaz
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.А. Бунятяна, Москва, «Медицина», 1998.
199) Izofluran?
A) Hipoksik ağ ciyər vazokonstriksiyasını artırır

B) Tənəffüs həcmini artırır

C) Bronxokonstriksiyanı gücləndirir

D) Baroreseptorların reflekslərini azaldır

E) Funksional qalıq həcmi artırır
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита. Москва, «Медицина», 1999, том 1-2.
200) Hansı patologiyada N2O istifadəsi təhlükəli ola bilər?
A) Pnevmotoraks

B) Bronxial astma

C) Pnevmoniya

D) Hemotoraks

E) Kəskin ürək çatışmazlığı
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
201) Hansı patologiyada halotanın istifadəsi məqsədə uyğun deyil ?
A) Aortal stenoz

B) Pnevmotoraks

C) Bronxial astma

D) Bağırsaq keçməzliyi

E) Aortal çatışmazlıq
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
202) Beyindaxili təzyiqi yuksək olan xəstələrin müalicəsində göstərilən preparat və ya üsullardan hansının istifadəsi yol verilməzdir?
A) Barbituratlar

B) Halotanla inhalyasiya

C) Osmotik diuretiklər

D) Kortikosteroid hormonlar

E) Kanalcıq sidik qovucuları (furosemid və s.)
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
203) Sadalanan inhalyasion anestetiklərdən hansı serebrospinal mayenin miqdarını artıraraq onun sorulmasını ləngidir?
A) Halotan və metoksifluran

B) Halotan

C) Sevofluran

D) Enfluran

E) Metoksifluran
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
204) Hansı inhalyasion anestetik ultraqısa təsir müddətinə malikdir?
A) Sevofluran

B) İzofluran

C) Desfluran

D) Halotan

E) Efir
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
205) Хəstə ilə kоntaktın saхlanılması şərti ilə maksimal analgеziyaya nail olmaq üçün oksiqenlə verilən N2O-nin оptimal konsentrasiyası neçə olmalıdır?

A) 5%


B) 35%

C) 50%


D) 10%

E) 15%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


206) Aşağıda göstərilən təsirlərdən hansı izofluran üçün xarakterik deyildir?

A) Bronxodilatasiya

B) Böyrək qan dövranının zəifləməsi

C) Kəllədaxili təzyiqin artması

D) Tənəffüsün depressiyası

E) Əzələ tonusunun artması


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.

Bölmə 5. Qeyri-inhalyasion anesteziya

207) Vena daxili narkoz zamanı istifadə olunan dərmanlardan hansı ağrısızlaşdırma zamanı AT-ni qaldırır?
A) Heksenal

B) Ketamin

C) Natrium tiopental

D) NLA preparatları

E) Propofol
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
208) Ketaminin dəfələrlə həddən çox dozada yeridilməsi nəticəsində, anestetika xas olan hipertenziya arterial hipotoniya ilə əvəz olunmağa başlamışdır. Bu vəziyyətdə vazopressorların tətbiqi nə qədər sübutdur?
A) Sübut deyil

B) Ketaminin dozasının aşması hipertenziyanın hipotenziyaya keçməsi xas deyil

C) Bu vəziyyətdə hipotoniya qısamüddətli olur və dərman korreksiyaya ehtiyac olmur

D) Əks göstərişdir

E) Sübutdur
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
209) Vena divarlarını ən az qıcıqlandıran hansı benzodiazepindir?
A) Midazolam

B) Diazepam

C) Sibazon

D) Oksazepam

E) Lorazepam
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
210) Benzodiazepinlərin spesifik antaqonisti hansı prerparatdır?
A) Flumazenil

B) Atropin

C) Nalokson

D) Prozerin

E) Kordiamin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
211) Sadalanan opioidlərdən hansı ən güclü sayılır?
A) Morfin

B) Alfentanil

C) Remifentanil

D) Promedol

E) Sufentanil
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
212) Hansı opioidin istifadəsi zamanı əzələ rigidliyi daha qabarıq özünü biruzə verir?
A) Sufentanil

B) Fentanil

C) Omnopon

D) Morfin

E) Alfentanil
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
213) Ambulator anesteziyada venadaxili anestetiklərdən hansının istifadəsi daha məqsədəuyğun sayılır?
A) Oksibutirat-Na

B) Heksenal

C) Ketamin

D) Propofol

E) Tiopental-Na
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
214) Çoxsaylı travma və hipovolemiya ilə müşaiyət olunan digər patologiyalarda hansı venadaxili anestetikin istifadəsi məqsədəuyğundur?
A) Heksenal

B) Tiopental-Na

C) Ketamin

D) Propofol

E) Oksibutirat -Na
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
215) Hansı venadaxili anestetik kəllədaxili təzyiqi artırır?
A) Oksibutirat-Na

B) Tiopental

C) Etomidat

D) Propofol

E) Ketamin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
216) Morfin hansı reseptorlara təsir edir?
A) ς (siqma)

B) δ (delta)

C) δ (delta) və υ (nyü)

D) υ (nyü)

E) μ (myü)
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
217) Hansı opioid histamini sərbəstləşdirmir?
A) Kodein

B) Promedol

C) Omnopon

D) Fentanil

E) Morfin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
218) Hansı venadaxili anestetikin uzunmüddətli infuziyası zamanı böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı baş verə bilər?
A) Etomidat

B) Oksibutirat-Na

C) Midazolam

D) Ketamin

E) Tiopental-Na
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
219) Droperidol hansı reseptorların antaqonisti sayılır?
A) Dofamin

B) κ (kappa)

C) μ (myü) və κ (kappa)

D) μ (myü)

E) ς (siqma)
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
220) Benzodiazepinlər hansı məqsədlə istifadə olunur?
A) Dekurarizasiya

B) Analgeziya

C) Premedikasiya və induksiya

D) Miorelaksasiya

E) Heç biri
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
221) Sadalananlardan hansı ketaminin təsirlərinə aid deyildir?
A) Kəllədaxili təzyiqin azalması

B) Postoperasion ürəkbulanma və qusma

C) Ağrı reseptorlarını blokadası

D) Simpatoadrenal fəallıq

E) Hallyusinasiya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
222) Bunlardan hansı orqanizmin öz daxili opioididir?
A) Kodein

B) Meperidin

C) Endorfin

D) Morfin

E) Metadon
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
223) Opioid analgetiklərdən hansı tosqun hüceyrələrdən histamini sərbəstləşdirir?
A) Hamısı

B) Morfin

C) Alfentanil

D) Remifentanil

E) Sufentanil
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
224) Xolesistoektomiya zamanı Oddi sfinkterində spazm verən preparat hansıdır?
A) Lidokain

B) Droperidol

C) Qlikopirrolat

D) Fentanil

E) Ketoralak
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.А. Бунятяна, Москва, «Медицина», 1998.
225) 3 ayliq hamilələk dövründə olan qadına ümumi anesteziya altında təcili cərrahi əməliyyat aparmaq lazımdır. Teratogenlik baxımından anestetikərin hansı kombinasiyası daha zərərsizdir?
A) Barbituratlar +narkotik analgetiklər+əzələ relaksantları

B) Halotan+ketamin+əzələ relaksantları

C) Ketamin+narkotik analgetiklər+əzələ relaksantları

D) Bu kombinasiyaların heç biri

E) Halotan +narkotik analgetiklər+əzələ relaksantları
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
226) Barbituratlar təhlükəsiz dozalarda?
A) Hipnotik təsir göstərirlər

B) İmmuniteti zəiflədirlər

C) Yaxşı analgeziya verirlər

D) Yaxşı relaksasiya verirlər

E) Bütün cavablar düzdür
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
227) Tiopental Na arteriya daxilinə vurularsa nə baş verə bilər?
A) Kapilyarların spazmı

B) Böyük damarların uzunmüddətli spazmı

C) Kimyəvi endoarterit

D) pH artar

E) pH azalar
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита, Москва, «Медицина», 1999, том 1-2.
228) Daha çox analgetik aktivliyə malikdir?
A) Heksenal

B) Ketamin

C) Tiopental-Na

D) (QOMK) Qamma oksi yağ turşusu

E) Propofol
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
229) Qamma oksi yağ turşusu (QOMK)?
A) Orqanizmin oksigenə olan tələbatını artırır

B) Toksiki təsirə malikdir

C) Hipokalemiyada işlətmək təhlükəlidir

D) Narkozdan çıxış zamanı oyanıqlıq ola bilər

E) Ürəkbulanma və qusma törədir
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
230) Diazepam?
A) Koronar qan dövranını pisləşdirir

B) Mikrosirkulyasiyanı pozur

C) Ürəyin dəqiqəlik həcmini artırır və koronar qan dövranını pisləşdirir

D) Ürəyin dəqiqəlik həcmini artırır

E) Ürəyin dəqiqəlik həcmini azaldır
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
231) Droperidol:
A) Bütün cavablar düzdür

B) Periferik damarların spazmına səbəb olur

C) Dəri və əzələlərdə qan cərəyanını azaldır

D) Adrenalin və noradrenalinin pressor effektini azaldır, periferik damarları genəldir

E) Adrenalin və noradrenalinin pressor effektini artırır
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
232) Barbituratların vena daxili yeridilməsi zamanı tənəffüsün zəifləməsinin səbəbi?
A) Yarımkürələrin depressiyası

B) Karotid hissəciklərin CO2 – yə həssaslığı

C) Karotid sinusun depressiyası

D) Bütün cavablar düzdür

E) Tənəffüs mərkəzinin CO2-yə həssaslığının azalması
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
233) Barbituratların vena daxili yeridilməsi tam əks göstərişdir?
A) Doguş zamanı

B) Naməlum mənşəli komalarda

C) Şok zamanı

D) Porfiriya zamanı

E) Feoxromositoma xəstəliyi zamanı
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
234) Fentanilin vena daxılı inyeksiyası:
A) Sistem vazokonstriksiyası verir

B) Onurğa beyni mayesinin təzyiqini artırır

C) Döş qəfəsinin elastikliyini azaldır

D) Oddi sfinkterinin tonusunu azaldır

E) Uşaqlıq qan cərəyanını zəiflədir
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
235) Atropin:
A) Göz daxili təzyiqi azaldır

B) Tənəffüs mərkəzini zəiflədir

C) Dəri damarlarını büzür

D) Parasimpatik depressantdır

E) Asetilxolinin istehsalı və ya parçalanmasında effekti var
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.А. Бунятяна, Москва,«Медицина», 1998. М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
236) Aşağıdakı preparatlardan hansı antikonvulsantdırlar?
A) Suksametonium

B) Midazolam

C) Kordiamin

D) Atrakurium

E) Nifedipin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
237) Ketamin:

A) Qaraciyərdə çox gec metabolizə olunur

B) Noradrenalinin xaric olmasını dayandırır

C) Güclü analgetikdir

D) Ürək-damar sisteminə depressiv təsir göstərir

E) Əzələ relaksasiyası verir


Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
238) Propofol?
A) Beyin qan cərəyanını artırır

B) Yuxarı tənəffüs yollarının reflekslərini azaldır

C) Bədxassəli hipertermiya verir

D) Sidikdən dəyişilməmiş halda xaric olur

E) Sinir - əzələ blokadasını gücləndirir
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
239) Droperidol:
A) Tez-tez hallarda qusma verir

B) Beta-adrenoblokadaedici təsiri var

C) Ekstrapiramid sistemi stimulyasiya edir

D) Dopaminin sinergistidir

E) Alfa-adrenostimulyasiyaedici təsiri var
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
240) Aşağıdakılardan hansının təsirindən beyinin oksigen çatmazlığına həssaslığı azalır?
A) Azot -1 oksidi

B) Halotan

C) Morfin

D) Kalipsol

E) Tiopental – Na və propofol
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
241) Ketamin:
A) Normal laringeal refleksləri saxlayır

B) Diabetdə əks göstərişdir

C) Subnarkotik konsentrasiyalarda analgetik effekti var

D) Beta-adrenoreseptorların blokatorunu qəbul edən xəstələrdə qan təzyiqini artırmır

E) Salivasiyanı azaldır
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
242) Ketamin üçün nə xarakterik deyildir?
A) Hipertenziyada əks göstərişdir

B) Qara ciyərdə tez metabolizə olunması

C) Kəllə daxili təzyiqi yüksək olan xəstələrdə istifadə olunması

D) Salivasiyasını artırır

E) Astmalı xəstələrdə istifadə olunması
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
243) Opioidlərlə premedikasiya hansı təsirə malikdir?
A) Uşaqlarda əks göstərişdir

B) Anestetik agentlərə qarşı qaraciyər klirensini yaxşılaşdırır

C) Mədədən evakuasiyanı gecikdirir

D) Opioidlərə olan perioperasion həssaslığı zəiflədir

E) Bütun cavablar düzdür
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə