Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Ketaminlə anesteziyada venadaxili induksiya dozası bədən çəkisindən asılı olaraq böyüklər üçün hansıdır?



Yüklə 0,82 Mb.
səhifə5/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

244) Ketaminlə anesteziyada venadaxili induksiya dozası bədən çəkisindən asılı olaraq böyüklər üçün hansıdır?
A) 3-5 mq/kq

B) 2-3 mq/kq

C) 10-12 mq/kq

D) 5-7 mq/kq

E) 7-10 mq/kq
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
245) Fentanilin yüksək dozaları uşaqlarda bu pozğunluqları törədir?
A) Tənəffüsün zəifləməsi, arterial hipotoniya və bradikardiya

B) Arterial hipertenziya və taxikardiya

C) Tənəffüsün sürətlənməsi

D) Qıcolmalar

E) Bütün cavablar səhvdir
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, V«Медицина», 1985.
246) Ümumi anesteziya zamanı işlədilən bu preparatlardan hansılar bədxassəli hipertermiyaya səbəb ola bilər?
A) Trankvilizatorlar

B) Narkotik analgetiklər

C) Halotan

D) Barbituratlar

E) Neyroleptiklər
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
247) Beyindaxili təzyiq yüksək olan xəstələrdə ümumi anesteziya zamanı bu preparatlardan hansının istifadəsi məqsədəuyğundur?
A) Halotan

B) Ketamin

C) Enfluran

D) Heç birinin

E) Barbituratlar
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
248) Hansı dərman preparatı yerli venoz tromboflebit verir?
A) Pankuronium

B) Suksinilxolin

C) Propofol

D) Etomidat

E) Tiopental-Na
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.А. Бунятяна, Москва, «Медицина», 1998.
249) Propofol induksiyasından sonra arterial təzyiqin enməsinə əsas səbəb?
A) Tənəffüsün depressiyasıdır

B) Bradikardiyadır

C) Ürəyin dəqiqəlik həcminin azalmasıdır

D) Taxikardiyadır

E) Vazodilatasiyadır
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
250) Etomidatın vena daxili orta dozası belədir?
A) 1,0 mq/kq

B) 0,3 mq/kq

C) 2-3 mq/kq

D) 3-5 mq/kq

E) 5-7 mq/kq
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
251) Ketaminin tipik təsirlərinə aiddir?
A) Faringeal reflekslərin tormozlanması

B) Bunların hamısı

C) Analgeziya və anesteziya

D) Laringeal reflekslərin tormozlanması

E) Miorelaksasiya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
252) Venadaxili anesteziya preparatlarına xas olan bu ümumi xüsusiyyət onların təsirinin əsas qanunauyğunluğudur?
A) Neyrolepsiya

B) Miorelaksasiya

C) Bunlardan heç biri

D) Analgeziya

E) Şüurun itirilməsı
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
253) Hansı preparat hallyusinasiya və deliriy verə bilər?
A) Ketamin

B) Dormikum

C) Tiopental-Na

D) Na-oksibutirat

E) Propofol
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
254) Bu anestetiklərdən hansı əzələ daxili vurulduqda venadaxili inyeksiya effektinə çox yaxın təsir göstərir?
A) Tiopental-Na

B) Propofol

C) Sadalananların heç biri

D) Na-oksibutirat

E) Ketamin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
255) Porfiriya ilə olan xəstəyə propofol?
A) İşlətmək olmaz

B) İşlətmək olar

C) İnduksiyanı tiopental-Na ilə başlayaraq işlətmək olar

D) Doğru cavab yoxdur

E) Əvvəlcə propofol və sonra tiopental-Na infuziya etməklə işlətmək olar
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
256) Bu anestetiklərdən hansı hipoksiya və asidoza qarşı orqanizmin dözümlülüyünə müsbət təsir göstərir?
A) Propofol

B) Heç biri

C) Tiopental-Na

D) Ketamin

E) Na-oksibutirat
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
257) Ketaminnin təsir xüsusiyyətlərinə aiddir?
A) Parasimpatomimetik effekt

B) Vaqolitik effekt

C) Vegetativ sinir sisteminə təsiri yoxdur

D) Simpatolitik effekt

E) Simpatomimetik effekt
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.

Bölmə 6. Əzələ relaksasiyası və ağciyərlərin süni ventilyasiyası

258) Kurarizasiyanın qalıq əlamətlərini aradan qaldırmaq məqsədi ilə xəstəyə vena daxili 0,05 %-4 ml prozerin yeridilib. Buna cavab olaraq xəstədə bradikardiya başlayıb, ürəyin dayanmasına təhlükə var və güclü tüpürcək axması müşahidə olunur. Bu simptomları aradan qaldırmaq üçün nə etməli?
A) Mezaton

B) Noradrenalin

C) Efedrin

D) Atropin

E) Bemeqrid
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
259) Requrqitasiya barədə yazılanlardan hansı fikir doğrudur?
A) Yalnız sərxoş şəxslərdə ola bilər

B) Yalnız hamilə qadınlarda ola bilər

C) Mədə möhtəviyyatının qeyri-fizioloji olaraq qida borusu və ağız boşluğuna daxil olmasıdır

D) Bütün fikirlər doğrudur

E) Uşaqlarda ola bilməz
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
260) Qusma ilə requrqitasiyanı fərqləndirən fikirlərdən hansı doğrudur?
A) Requrqitasiya uşaqlarda ola bilməz

B) Bütün fikirlər doğrudur

C) Qusma aktiv, requrqitasiya isə passiv prosesdir

D) Requrqitasiya yalnız hamilə qadınlarda olur

E) Qusma zamanı yalnız nazik bağırsaq mohtəviyyatı , requrqitasiyada isə mədə möhtəviyyatı gəlir
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
261) İrsi fermentopatiyalar hansı preparata qarşı orqanizmin reaksiyasını dəyişir?
A) Dikumarin

B) Atrakurium

C) Ketamin

D) Etomidat

E) Suksinilxolin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
262) Periferik sinir-əzələ blokunu nə potensə edə bilər?
A) AÇF ingibitorları

B) Katexolaminlər

C) İmmunokorrektorlar

D) Antibiotiklər

E) Antidepressantlar
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
263) Spontan tənəffüsdə alveolyar və plevradaxili təzyiq necə dəyişir?
A) Nəfəsalmada ən az, nəfəsvermədə ən çox olur

B) Nəfəsalmada ən çox, nəfəsvermədə ən az olur

C) Tənəffüsün hər iki aktında yalnız plevradaxili təzyiq dəyişir

D) Tənəffüsün hər iki aktı zamanı təkcə alveolyar təzyiq dəyişir

E) Spontan tənəffüsdə bu təzyiqlər dəyişməz olurlar
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
264) Ağ ciyərlərin süni tənəffüsü zamanı alveolyar və plevradaxili təzyiqin artması venoz qayıtmaya necə təsir edir?
A) Ona müsbət təsir edir

B) Yalnız alveolyar təzyiq venoz qayıtmaya təsir edir

C) Yalnız plevradaxili təzyiq artdıqda venoz qayıtma artar

D) Venoz qayıtmaya mənfi təsir edir

E) Bunlarin bir-biri ilə asılılığı yoxdur
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
265) Bədxassəli hipertermiya haqqında deyilənlərdən hansı doğrudur?
A) Böyrək çatışmazlığı olan xəstələrdə inkişaf edir

B) Kəskin ürək çatmazlığı onu yarada bilər

C) Tireotoksikozlu xəstələrdə inkişaf edir

D) 3 saatdan çox davam edən əməliyyatlarda özünü biruzə verir

E) Suksinilxolinin təsirindən baş verə bilər
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
266) Bunlardan hansı depolyarizasiyaedici miorelaksantlara aiddir?
A) Atrakurim

B) Rokuronium

C) Pipekuronium

D) Suksinilxolin

E) Pankuronium
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
267) Suksinilxolinin (Ditilin) arzuolunmaz təsirlərinə aiddir?
A) Bədxassəli hipertermiya

B) Hamısı

C) Plazmada kalium ionlarının konsentrasiyasını artırır

D) Əzələ fassikulyasiyası

E) Bradikardiya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
268) Miorelaksantlardan hansı postoperasion mialgiyalara səbəb ola bilər?
A) Doksakurium

B) Sisatrakurium

C) Vekuronium

D) Mivakurium

E) Suksinilxolin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
269) Miorelaksantlar qara ciyər və böyrəklər tərəfindən neytrallaşdırılır. Aşağıdakılardan hansı spontan parçalandığı üçün unikal preparat sayılır və qaraciyər, böyrək çatmazlığı olan xəstələrdə optimal variant kimi tətbiq oluna bilər?
A) Mivakurium

B) Rokuronium

C) Atrakurium

D) Pipekuronium

E) Pankuronium
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
270) Qanqlionar stimulyasiya və vaqolitik effekt nəticəsində taxikardiya verən miorelaksant hansıdır?
A) Sisatrakurium

B) Vekuronium

C) Pankuronium

D) Piperkuronium

E) Suksilinxolin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
271) Miokardın yığılma qabiliyyətinə təsir edən miorelaksant hansıdır?
A) Atrakurium

B) Heç biri

C) Suksilinxolin

D) Piperkuronium

E) Pankuronium
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
272) Aşağıdakı faktorlardan hansı hiperkapniyaya səbəb ola bılər?
A) Hipoventilyasiya

B) Heç biri

C) Süni qan dövranı

D) Hiperventilyasiya

E) 100% O2 inhalyasiyası
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
273) Massiv travmalarla olan xəstəyə normal gedişli giriş narkozu zamanı suksinilxolin vurulduqda ürək fəaliyyətinin dayanması baş vermişdir. Daha çox güman olunan səbəb hansıdır?
A) Hiperkaliyemiya nəticəsində mədəciklərin səyirməsi

B) Travmatik şok

C) Kəskin qara ciyər çatmamazlığı

D) Kəskin tənəffüs çatmamazlığı

E) Kəskin böyrək çatmamazlığl
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
274) Depolyarizəedici relaksantların vurulması zamanı mədəciklərin səyirməsi və ürək fəaliyyətinin dayanması baş verə bilər. Bu fəsadın profilaktikası üçün nə etmək lazımdır?
A) İnhalyasiya olunan halotanın dozasını bir az artırmalı

B) Relaksantdan əvvəl kortikosteroid hormonlardan birini müvafiq dozada vurmalı

C) Relaksantdan əvvəl spazmolitiklər vurmalı

D) Antidepolyarizəedici relaksantlarla prekurarizasiya etməli

E) Bütün cavablar dogrudur
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
275) Ağ ciyərlərin süni tənəffüsü zamanı oksigenasiyanı yaxşılaşdırmaq üçün hansı tədbirlər effektli ola bilər?
A) FiO2 –nin artırılması

B) Mikrosirkulyasiyann yaxşılaşdırılması

C) Miorelaksasiyanın adekvatlaşdırılması

D) Hamısı

E) Dəqiqəlik ventilyasiya həcminin artırılması
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
276) Ağ ciyərlərdə normal qaz mübadiləsinin getməsi üçün hansı proseslər mühümdür?
A) Ventilyasiya, diffuzuya, perfuziya

B) Qanın plazmasında onkotik təzyiqin normal olması

C) Düzgün cavab yoxdur

D) Tənəffüs – qaz qarışığında oksigenin 50%-dən çox olması

E) Tənəffüs – qaz qarışığında oksigenin 80%-dən çox olması
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
277) Narkoz zamanı hipoksiya və hiperkapniyanın hansı ilkin klinik-fizioloji təzahürləri müşahidə oluna bilər?
A) Hipotenziya və bradikardiya

B) Hipotenziya və taxikardiya

C) Duzgun cavab yoxdur

D) Hipertenziya və bradikardiya

E) Hipertenziya və taxikardiya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
278) Dekurarizasiya aşağıdakı şərtlər daxilində aparılmalıdır?
A) Sinir əzələ keçiriciliyi tam blokada vəziyyətində ikən

B) Sərbəst tənəffüs elementləri əmələ gəldikdə

C) Əməliyyat və narkoz bitən kimi

D) Əməliyyatdan 20 dəqiqə keçib lakin spontan tənəffüs bərpa olmayıb

E) Əməliyyatdan 1 saat keçib , lakin tənəffüs bərpa olunmayıb
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
279) Atrakurium?
A) Plazmanın esterazasından asılı olaraq parçalanması güclənir

B) Böyrəklərin xəstəliklərində əks göstərişdir

C) Orta müddət təsirli sinir-əzələ blokatorudur

D) Atrakuriumun uzunmüddətli infuziyası alan pasientlərdə opiatlar akkumliyasiya olunur

E) Onun təsirindən heç bir halda histamin xaric olmur
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
280) Süni tənəffüs apararkən tənəffüs həcmi (tənəffüsün birdəfəlik həcmi) böyüklərdə belədir?
A) 30 – 40 ml/kq

B) 5 – 8 ml/kq

C) 10 – 15 ml/kq

D) 20 – 25 ml/kq

E) 15 - 20 ml/kq
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
281) Dəqiqəlik alveolyar ventilyasiya (DAV), Tənəffüs həcmi (TH) ,Tənəffüsün sayı (TS) və Ölü boşluq həcmini (ÖBH) bu qaydada qısa göstərməklə aşağıdakı düsturlardan hansı doğrudur?
A) DAV = (TH - ÖBH) : TS

B) DAV = (TH + ÖBH) x TS

C) DAV = (TH – ÖBH) x TS

D) DAV = (TH - ÖBH) + TS

E) DAV = (TH : ÖBH) + TS
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
282) Traxeyanın intubasiyası və atravmatik larinqaskopiya zamanı A/T hansı səbəbdən artır?
A) Tənəffüs yollarının sinir reseptorlarının mexaniki qıcıqlanmasından

B) Düzgun cavab yoxdur

C) Hipoksiyadan

D) Sinir sistemi labil olduğundan

E) Hiperkarbiyadan
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
283) Redford nomoqramması hansı parametrləri müəyyən etmək üçün tərtib olunmuşdur?
A) Dəri səthinin sahəsini

B) Ağ ciyərlərin süni tənəffüs parametrlərini

C) İnfuziya edilməli olan mayenin həcmini

D) İtirilmiş mayenin miqdarını

E) Qanda K ionunun defisitini
Ədəbiyyat: А.А. Бунятян, Г.А. Рябов, А.З. Маневич; Анестезиология и реаниматология, Москва, «Медицина», 1984.
284) Qeyri-depolyarizasiyaedici relaksantların spesifik antaqonistləri nədir?
A) Sadalananların heç biri

B) Psevdoxolinesterazanın ingibitorları

C) Plazma xolinesterazası

D) Asetilxolinesterazanın ingibitorları

E) Plazma psevdoxolinesterazası
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
285) Qeyri-depolyarizasiyaedici miorelaksantlardan hansı spesifik antidot yeridilməsi tələb etmir?
A) Vekuronium

B) Atrakurium

C) Mivakurium

D) Pipekuronium

E) Doksakurium
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
286) Nəyə görə suksinilxolinin uşaq və yeniyetmələrdə istifadə olunması əks göstərişdir?
A) Bütün cavab variantları doğrudur

B) Yüksəl rabdomioliz riski

C) Böyüklərə nisbətən uşaqlarda suksinilxolinin dozasının yüksək olması

D) Bəzi hallarda tam miorelaksasiyanın alınmaması

E) Miorelaksasiyanın çox gec alınması
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
287) Hansı preparat bədxassəli hipertermiyanın güclü triggeri (qıcıqlandırıcısı) sayılır?
A) Rokuronium

B) Suksionilxolin

C) Pankuronium

D) Tubokurarin

E) Midazolam
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
288) Bunlardan hansı antixolinesteraza preparatı deyil?
A) Edrofonium

B) Kordiamin

C) Prozerin

D) Fizostiqmin

E) Neostiqmin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
289) Orta çəkili böyük adamda maksimal dərin nəfəsalma zamanı ağciyərlərin ümumi həcmi normada tərəddüd edir (litrlə)?
A) 8-10

B) 10-12


C) 3-6

D) 0,5-1,0

E) 1-2
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
290) Orta çəkili böyük sağlam şəxsdə ağ ciyərlərin ümumi həcmi daha çox asılıdır?
A) Arterial qan təzyiqindən

B) Çəkidən

C) Ürək vurğularının sayından

D) Boydan

E) Mərkəzi venoz təzyiqdən
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
291) Maksimal dərin nəfəsalma zamanı ağciyərlərin tutduğu hava həcmi necə adlanır?
A) Anatomik ölü boşluq

B) Tənəffüsün dəqiqəlik həcmi

C) Tənəffüs həcmi

D) Ağ ciyərlərin ümumi həcmi

E) Ağ ciyərlərin xüsusi həcmi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
292) Maksimal nəfəsalmadan sonra nəfəsvermədən alınan hava həcmi necə adlanır?
A) Tənəffüs həcmi

B) Tənəffüsün bir dəqiqəlik həcmi

C) Ağ ciyərlərin həyat həcmi

D) Ağ ciyərlərin xüsusi həcmi

E) Ağ ciyərlərin ümumi həcmi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
293) Sakit vəziyyətdə normal dərinlikli tənəffüs zamanı daxil olan yaxud xaric olan hava həcmi necə adlanır?
A) Tənəffüsün dəqiqəlik həcmi

B) Ağ ciyərlərin xüsusi həcmi

C) Tənəffüs həcmi

D) Ağ ciyərlərin həyat həcmi

E) Ağ ciyərlərin ümumi həcmi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
294) Tənəffüsün dəqiqəlik həcmi nəyə bərabərdir?
A) Tənəffüs həcmi× xəstənin çəkisi

B) Ağ ciyərlərin ümumi həcmi : 2

C) Tənəffüs həcmi×tənəffüsün 1 dəqiqəlik sayı

D) Tənəffüs həcmi× xəstənin illərlə tam yaşı

E) Ağ ciyərlərin həyat həcmi : 2
Ədəbiyyat: А.А. Бунятян, Г.А. Рябов, А.З. Маневич; Анестезиология и реаниматология, Москва, «Медицина», 1984.
295) Tənəffüs sisteminin fiziologiyasında ölü boşluq dedikdə nə nəzərdə tutulur?
A) Klinik ölum baş verdikdən sonra ağciyərlərdə qalan hava həcmi

B) Ürək çatmazlığı ilə olan xəstənin tənəffüs həcmi

C) Tənəffüs yolları strukturunda yerləşdiyi və qaz mübadiləsində iştirak etməyən havanın həcmi

D) Bioloji ölum konstatasiya edildikdən sonra ağciyərlərdə qalan hava həcmi

E) Kəskin tənəffüs çatmazlığı olan xəstənin tənəffüs həcmi
Ədəbiyyat: А.А. Бунятян, Г.А. Рябов, А.З. Маневич; Анестезиология и реаниматология, Москва, «Медицина», 1984.
296) Xəstə intubasiya edildikdən sonra anatomik ölü boşluq?
A) Yalnız uşaqlarda azalır

B) Yalnız böyüklərdə artır

C) Azalır

D) Artır


E) Dəyişməz qalır
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
297) Anatomik ölü boşluğun (AÖB) həcmini ml-lərlə hesablamaq üçün bu düsturların hansı doğrudur?
A) AÖB = boy (sm)×3,33

B) AÖB = çəki (kq)×3,33

C) AÖB = çəki (kq)× 2,22

D) AÖB = boy (sm)×2,22

E) AÖB = boy (sm) çıxılsın çəki (kq) və alınan nəticəni 2,22-yə vurmaq
Ədəbiyyat: А.А. Бунятян, Г.А. Рябов, А.З. Маневич; Анестезиология и реаниматология, Москва, «Медицина», 1984.
298) Spontan tənəffüsdə normal fizioloji halda bu müddəaların hansı doğrudur?
A) Yuxu halında hər ikisi passiv, ayıq olduqda isə hər ikisi aktivdir

B) Nəfəsalma aktiv, nəfəsvermə isə passiv prosesdir

C) Nəfəsalma və nəfəsvermə hər ikisi passivdir

D) Nəfəsalma və nəfəsvermə hər ikisi aktivdir

E) Nəfəsalma passiv, nəfəsvermə isə aktivdir
Ədəbiyyat: А.П. Зильбер; Клиническая физиология в анестезиологии и реаниматологии, Москва, «Медицина», 1984.
299) Suksinilxolin hansı dozada yenidoğulmuş üçün (keysəriyyə əməliyyatı zamanı) təhlükəsizdir?
A) 500 mq qədər

B) 50 mq qədər

C) 100 mq qədər

D) 300 mq qədər

E) 200 mq qədər
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
300) Asetilxolinesteraza ingibitorlarından hansı hematoensefalik baryeri keçir?
A) Heç biri keçmir

B) Neostiqmin

C) Fizostiqmin

D) Fizostiqmin, piridostiqmin və neostiqmin

E) Piridostiqmin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
301) Tənəffüs siklinin fazalarının dəyişdirilməsində istifadə olunan mexanizm baxımından ağ ciyərlərin süni ventilyasiya (ASV) aparatlarının təsnifatında aşağıda göstərilən hansı parametr istifadə olunmur?
A) Oksigenin konsentrasiyası

B) İnspirator (inspirator–ekspirator) vaxtı

C) Tənəffüs konturundaki təzyiq

D) Qaz axını

E) İnspirator həcmi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
302) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı dəqiqəlik venyilyasiya həcmi (DVH) necə hesablanmalıdır?
A) Tənəffüs həcmi (TH) × tənəffüs hərəkətlərinin dəqiqəlik sayı (THDS)

B) Tənəffüs yollarında orta təzyiq × tənəffüs həcmi (TH)

C) Tənəffüs həcmi (TH) / tənəffüs siklinin davametmə müddəti

D) Pik (ən yüksək) inspirator təzyiq × tənəffüs həcmi (TH)

E) Nəfəsalma müddəti / nəfəsvermə müddəti
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
303) Əməliyyat qurtardıqdan sonra atmosfer hava ilə spontan tənəffüs alan xəstədə aşağıda qeyd olunan parametrlərdən hansı uğurlu ekstubasiyanın aparılmasına marker ola bilər?
A) Tənəffüs hərəkətlərinin sayının 1 dəqiqə ərzində 10-dan çox artması yaxud 30-dan çox olması

B) Sistolik arterial təzyiqin 20 mm c.süt artması yaxud enməsi

C) Ürək yığılmaların sayının 1 dəqiqə ərzində 20-dən çox artması

D) Arterial qanda hemoqlobinin oksigenlə doymasının (SaO2-ni) 90%-dən yuxarı səviyyədə saxlamaq imkanı

E) Tənəffüs həcminın 250 ml-dən az olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
304) Ağ ciyərlərin süni ventilyasiyasının aşağıda qeyd olunan fəsadlarından hansı tənəffüs yollarına aiddir?
A) Oksigenin toksiki təsiri

B) Nozokominal pnevmoniya

C) Traxeobronxitlər

D) Atelektaz

E) Barotravma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə