Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Ağ ciyərlərin süni ventilyasiyasınn aşağıda qeyd olunan fəsadlaınrdan hansı ağ ciyər toxumasına aiddir?



Yüklə 0,82 Mb.
səhifə6/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

305) Ağ ciyərlərin süni ventilyasiyasınn aşağıda qeyd olunan fəsadlaınrdan hansı ağ ciyər toxumasına aiddir?
A) Traxeyanın selikli qişasının travması

B) Oksigenin toksiki təsiri

C) Qırtlağın ödemi

D) Traxeobronxitlər

E) Yuxarı tənəffüs yollarının nəmləndirici qabiliyyətinin itirilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
306) Aşağıda qeyd olunan effektlərdən hansı ağ ciyərlərin süni ventilyasiyası ilə əlaqədar deyildir?
A) Tənəffüs asidozu yaxud tənəffüs alkalozu

B) Diurezin artması

C) Kəllədaxili təzyiqin artması

D) Hipotenziya

E) Venoz qan qayıtmasının azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
307) Xəstənin əməliyyat masasında hansı vəziyyətdə olanda ağ ciyərlərin еlastikliyi azalır?
A) Qarnı üstə

B) Litotomik

C) Arxası üstə

D) Oturaq

E) Fоvlеr
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
308) Bir qayda kimi, təcili olaraq traхеyanın intubasiyası hansı xəstələrdə aparılmalıdır?
A) Yuхarı tənəffüs yоllarının yad cisimlə оbstruksiyası zamanı

B) Dоlu mədə olan xəstələrdə

C) Yüksək kəllədaхili təzyiq olan xəstələrdə

D) Ağır tənəffüs çatmamazlığı olan xəstələrdə

E) Miokard infarktı olan xəstələrdə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
309) Böyüklər üçün nəzərdə tutulan ağ ciyərlərin süni ventilyasiya (ASV) aparatlarında olan qoruyucu qapağın təzyiqi adətən hansı səviyyədə olur?
A) 50 sm su sütunu və daha yüksək

B) İnspirator həcmi yaradan təzyiqdən 10 sm su sütunu aşağı

C) 20 sm su sütunu və ondan aşağı

D) 60 sm su sütununa bərabər

E) İnspirator həcmi yaradan təzyiqdən 10 sm su sütutu yüksək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
310) Aşağıda qeyd olunan cəhətlərdən hansı təzyiqə nəzarət olunan ventilyasiya (TNV) rejiminə aid deyildir?
A) Atelektazlaşmış alveolların açılması

B) Tənəffüs həcminin idarə olunması

C) Ağ ciyərlərin barotravmadan qorunması

D) İnspirator plato təzyiqinin ağciyərlərdə qaz mübadiləsinə müsbət təsiri

E) Maksimal inspirator təzyiqin idarə olunması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
311) Nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimi ilə aparılan ağ ciyərlərin süni ventlyasiyasının (ASV-nın) əsas və həmişə müşahidə olunan fəsadı hansıdır?
A) Əməlıyyat zamanı qan itirmənin artması

B) Preyüklənmənin azalması

C) Ağciyərlərin ödеmi

D) Arterial hipotenziya

E) Alveolların barоtravması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
312) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimi üçün xarakterik olmayan effekti hansıdır?
A) Venoz qan qayıtmasının artması

B) Oksigenasiyanın yaxşılaşması

C) Ağ ciyərlərin daxili şuntlanmasının azalması

D) Ağ ciyərlərin funksional həcminin artması

E) Ağ ciyərlərin elastiklikliyin yaxşılaşması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
313) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) aparılan хəstələrdə pnеvmоtоraksın xarakterik simptоmu hansıdır?
A) Qəfləti artеrial hipоtеnziya

B) Qəfləti artеrial hipеrtеnziya

C) Qəflətən hərarətin yüksəlməsi

D) Atriovenrikulyar blokada

E) Bradikardiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
314) İnspirator həcmi prinsipi ilə işləyən ağ ciyərlərin süni ventilyasiya (ASV) aparatlarında mümkün qazitirmənin müəyyən edilməsi üçün nə edilməlidir?
A) Nəfəsalmanın maksimal təzyiqi nəzərə alınmalıdır

B) Nəfəsvermənin sonunda müsbət təzyiqə nəzarət edilməlidir

C) Nəfəsalma/nəfəsvermə fazalarında davamına nəzarət edilməlidir

D) Nəfəsvermənin həcmi nəzərə alınmalıdır

E) Plato təzyiqi nəzərə alınmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
315) Aşağıda qeyd olunan ağ ciyərlərin süni ventilyasiya (ASV) rejimlərinin çatışmayan cəhətlərindən hansı həcmə nəzarət olunan ventilyasiya (HNV) rejiminə aiddir?
A) İnspirator fazanın idarə olunmaması

B) Yüksək pik alveolyar təzyiqin baş vermə ehtimalı

C) Auto-nəfəsvermənin sonunda müsbət təzyiqin (auto-NSMT-in) yaranması

D) Tənəffüs həcminə nəzarət olunmaması

E) Tənəffüs sikllərinin tezliyinə nəzarət olunmaması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
316) Müasir ağ ciyərlərin sünı ventilyasıya (ASV) aparatlarında nəfəsalma/nəfəsvermə trigger mexanizminin işində hansı göstəricidən istifadə olunmur?
A) Nəfəsalma qazlar qarışığında oksigenin konsentrasiyasından

B) Xəstənin spontan nəfəsalma cəhdindən

C) Tənəffüs həcmindən (TH-dan)

D) İnspirator təzyiqdən

E) Tənəffüs sikli fazalarının davametmə müddətdən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
317) Müsbət təzyiqlə yüksək tezlikli ventilyasiya (MTYTV) rejimində tənəffüs sikllərinin tezliyi hansı səviyyədə olur?
A) 3000-4000/dəq

B) 60-100/dəq

C) 36-40/dəq

D) 100-600/dəq

E) 14-18/dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
318) Müsbət təzyiqlə yüksək tezlikli ventilyasiya (MTYTV) rejimində hansı tənəffüs həcmindən (TH-dan) istifadə olunur?
A) Ölü sahənin həcmindən bir qədər çox olan

B) Fizioloji tənəffüs həcmindən çox olan

C) Ölü sahənin həcmindən müqayisə olunmayan dərəcədə az olan

D) Ölü sahənin həcmindən bir qədər az olan

E) Fizioloji tənəffüs həcimə bərabər olan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.

Bölmə 7. Anesteziya və əməliyyatlar zamanı istifadə edilən xüsusi metodlar.

319) Süni hipotoniyanı əldə etmək üçün hansı preparat istifadə olunmur?
A) Dofamin

B) Arfonad

C) İmexin

D) Nitrogliserin

E) Nitroprussid natriy
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
320) Pulsоksimеtriya apardıqda xətaların baş verməsi aşağıda qeyd olunan hallardan hansında müşahidə olunur?
A) Pasiyеntlərin dırnaqlarında bоya оlduqda

B) Üçtaylı qapaqların çatışmazlığı olan xəstələrdə

C) Mеtilеn abısından istifadə etdikdə

D) Mеthеmоqlоbin əmələ qəldikdə

E) Karbоksimеthеmqlоbin əmələ gəldikdə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
321) Kəskin respirator distress-sindromda (KRDS-da) respirator müalicəsınin yekun məqsədi nədən ibarətdir?
A) Respirator rejimlərin bütün amilləinrdən istifadə edərək, plazma pH-ın normal göstəricilərinə (7,35-7,45) nail olmaq

B) Böyük tənəffüs həcmindən (TH-dan) istifadə edərək tezliklə toxumalarda SaO2-nin adekvat təmin edilməsi üçün kifayət olan səviyyəsinə (88%-dən yuxarı) çatdırmaq

C) Respirator rejimlərin bütün amillərindən istifadə edərək, respirator asidozu aradan qaldırmaq

D) Böyük tənəffüs həcmindən (TH-dan) və O2-nin yüksək inspirator fraksiyadan (yüksək FiO2-dən) istifadə edərək, ağ ciyərlərin maksimal genəlməsinə və maksimal SaO2-yə nail olmaq

E) Ağ ciyərlərin minimal genəlməsindən və O2-nin minimal inspirator fraksiyadan (minimal FiO2-dən) istifadə edərək, optimal pH-ı və SaO2-ni təmin etmək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
322) Süni qan dövranı zamanı istifadə edilən əsas prinsiplər harada düzgün qeyd olunmuşdur?
A) Kardioplegiya defibrilyatorla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi ağ ciyərlərdə baş verir, filtrlərdə qan heparindən təmizlənir

B) Kardioplegiya defibrilyatorla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi oksigenatorda baş verir, filtrlərdə qan trombositlərdən təmizlənir

C) Kardioplegiya soyuq hiperkaliyemik məhlulla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi oksigenatorda baş verir, filtrlərdə qan hava qabarcıqlarından və mikrohissəciklərdən təmizlənir

D) Kardioplegiya soyuq hiperkaliyemik məhlulla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi ağ ciyərlərdə baş verir, filtrlərdə qan hava qabarcıqlarından və mikrohissəciklədən təmizlənir

E) Kardioplegiya defibrilyatorla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi oksigenatorda baş verir, filtrlərdə qan karbon qazından təmizlənir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
323) Qanaxmanın qarşısını almaq məqsədi ilə AT-in aşağı salınması tətbiq edilir. Bu məqsədlə hansı qanqlioblokatora üstünlük vermək lazımdır?
A) Heksametonium

B) Benzoheksonium

C) Pentamin

D) Hiqronium

E) Arfonad
Ədəbiyyat: М.Д. Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
324) Mamalıqda qanqlioblokatorların vasitəsi ilə A/T-in maksimal göstəricisinin aşağı salınmasının optimal səviyyəsi hansıdır?
A) 60-40 mm c. süt.

B) 80-60 mm c. süt.

C) 100-90 mm c. süt.

D) 90-80 mm c. süt.

E) 120-110 mm c. süt.
Ədəbiyyat: Н.Н. Расстригин. Анестезия и реанимация в акушерстве и гинекологии. М., «Медицина». 1978.
325) Qanqlioblokadaedici preparatların tətbiqi zamanı müşahidə edilmir?
A) Ümumi damar müqavimətinin azalması

B) Arterial təzyiqin yüksəlməsi

C) Ürəyin dəqiqəlik həcminin azalması

D) Vazoplegiya

E) Ürəyə qayıdan qanın azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
326) Süni hipotoniya yaratmaq üçün tətbiq edilmir?
A) Dofamin

B) İzosorbid dinitrat (Izoket)

C) Pentamin

D) Arfonad

E) Nitroqliserin (Perlanqanit)
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
327) Cərrahi əməliyyat zamanı süni hipotoniya aparmaqda məqsəd nədir?
A) Ürəyin yığılma qabiliyyətini artırmaq

B) Anesteziyanı dərinləşdirmək

C) Qanitirmənin miqdarının azaltmaq

D) Orqanizmin O2 tələbatını azaltmaq

E) Böyrəklərin funksiyasını yaxşılaşdırmaq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
328) Süni hipotoniya aparılmasına göstəriş hansıdır?
A) Hipovolemik sindrom

B) Diabetik koma

C) Kardiogen şok

D) Beyin ödemi

E) Eklampsiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
329) Süni hipotoniya aparılmasına nə zaman əks göstərişdir?
A) Hipertonik kriz

B) Tireotoksikoz

C) Eklampsiya

D) Aortanın koarktasiyası

E) Adrenal çatışmamazlıq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
330) Süni hipotoniya aparılması nə zaman göstərişdir:
A) Kiçik qan dövranında hipervolemiya

B) Böyrək çatışmazlığı

C) Qara ciyər çatışmazlığı

D) Hipovolemik sindrom

E) Hiperkoaqulyasiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
331) Süni hipotoniya zamanı sistolik arterial təzyiqin hansı səviyyəyə qədər endirilməsi təhlükəsiz sayılır?
A) 70 mm c. süt.

B) 60 mm c. süt.

C) 100 mm c. süt.

D) 90 mm c. süt.

E) 80 mm c. süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
332) Süni hipotoniya yaratmaq üçün qanqlioblokadaedici preparatlar haraya yeridilir?
A) Vena daxilinə

B) Əzələ daxilinə

C) Ürək daxilinə

D) Dəri altına

E) Arteriya daxilinə
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
333) Süni hipotoniya bitdikdən sonra arterial təzyiq ləng bərpa olunursa hansı preparatlar tətbiq edilməlidir?
A) Vazopressorlar

B) Kortikosteroidlər

C) Ürək qlikozidləri

D) Adrenolitiklər

E) Diuretiklər
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
334) Süni hipotermiya aparılmasına məqsəd nədir?
A) Anesteziyanı dərinləşdirmək

B) Hüceyrələrin oksigen aclığına davamlığını artırmaq

C) Mübadilə proseslərini sürətləndirmək

D) Hüceyrələrin oksigenlə təchizatını yaxşılaşdırmaq

E) Ürək fəaliyyətini yaxşılaşdırmaq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
335) Bədən hərarətinin 1°C aşağı salınması O2 tələbatı neçə faiz aşağı salır?
A) 1-2%

B) 9-10%


C) 7-8%

D) 3-5%


E) 14-15%
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
336) Süni hipotermiya yaratmaq üçün bədənin soyudulması ilə yanaşı nə tətbiq edilməlidir?
A) Süni qan dövranı

B) Kombinəedilmiş səthi ümumi anesteziya

C) Kombinəedilmiş dərin ümumi anesteziya

D) Ekstrakorporal detoksikasiya

E) Hiperbarik oksigenləşdirmə
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
337) Orta dərəcəli (bədən hararəti 28° -31°C həddində) hipotermiya zamanı ürəyi qan dövranı sistemindən neçə dəqiqə ayırmaq olar?
A) 5 dəq

B) 30 dəq

C) 15 dəq

D) 20 dəq

E) 10dəq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
338) Süni hipotermiyanın ağırlaşmalarına aiddir?
A) Mədəciklərin fibrillyasiyası

B) Hiperqkilemiya

C) Periferik vazodilatasiya

D) Hipoqlikemiya

E) Əzələlərin hipotoniyası
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
339) Süni qan dövranı tətbiq edilməsinə göstərişdir?
A) Qaraciyər üzərində rekonstruktiv əməliyyatlar

B) Qarın aortası üzərində cərrahi əməliyyatlar

C) Ürək üzərində hipotermiya şəraitində uzunmüddətli cərrahi əməliyyatlar

D) Baş beyin üzərində cərrahi əməliyyatlar

E) Ürək üzərində hipertermiya şəraitində uzunmüddətli cərrahi əməliyyatlar
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
340) Aortadaxili balon əkspulsasiyasının aparılmasına göstərişdir?
A) Kəskin böyrək çatışmazlığı

B) Aortanın paylanan anevrizması

C) Aortal qapağın çatışmazlığı

D) Ağır kəllə-beyin travması

E) Kardiogen şok
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
341) Aortadaxili balon əkspulsasiyasının aparılmasına göstəriş sayılmır?
A) Baş beyinin dönməz dərəcədə zədələnməsi

B) Kəskin miokard infarktı zamanı mədəcik arası divarın deşilməsi

C) Ürək köçürmədən əvvəlki və sonrakı vəziyyət

D) Dərman müalicəsinə refrakter qeyristabil stenokardiya

E) Refrakter sol mədəcik çatışmazlığı
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
342) Aortadaxili balon əkspulsasiyasının ağırlaşmalarının profilaktikası məqsədi ilə nə tətbiq edilmir?
A) Hemostatik preparatlar

B) Antibakterial preparatlar

C) Antikoaqulyantlar

D) Balonun yerini dəyişdirilməsi

E) Aşağı ətraflarda nəbzə nəzarət
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
343) Bu preparatlardan hansı qanqlioblokatorlara aid deyil?
A) Benzoheksonium

B) Arfonad

C) Skopolamin hidrobromid

D) Hiqronium (Hygronium)

E) Pentamin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
344) İdarəolunan hipotoniya əldə etmək üçün hansı preparatlardan istifadə olunması daha məqsədəuyğundur?
A) Neyroleptiklər

B) Qanqlioblokatorlar

C) İzofluran

D) Halotan

E) Spazmolitiklər
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.

Bölmə 8. Yerli anesteziya.

345) Yerli anesteziya metodlarına aid deyil:
A) Rektal anesteziya

B) İnfiltrasion anesteziya

C) Epidural anesteziya

D) Periferik blokadalar

E) Spinal anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
346) Hansı anesteziya metodu tətbiq edildikdə nosiseptiv impulslar birbaşa əməliyyat zonasında blokada olunur?
A) Epidural anesteziya

B) Aparıcı yollarının anesteziyası

C) İnfiltrasion anesteziya

D) Spinal-epidural anesteziya

E) Spinal anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
347) Prokain (novokain) infiltrasion anesteziya üçün hansı konsentrasiyada istıfadə edilir?
A) 2%-3%

B) 5%


C) 10%

D) 0,1%


E) 0,25%-0,5%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
348) Lidokain epidural və spinal anesteziya ücün hansı konsentrasiyada istifadə edilir?
A) 3%

B) 10%


C) 5%

D) 1%-2%


E) 0,5%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
349) Yerli anesteziya metodlarının icrasından əvvəl xəstəyə mütləq olunmalıdır?
A) Yerli anestetiklərə hiperhəssaslığın aşkar edilməsi üçün sınaq

B) EKQ müayinəsi

C) Plazmada kalium ionunun konsentrasiyasının müəyyən edilməsi

D) Plazmada zülalın miqdarının müəyyən edilməsi

E) Döş qəfəsinin Rentgen müayinəsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
350) Epidural kateter iynənin distal dəliyindən epidural sahəyə təxminən neçə sm çıxarılmalıdır?
A) 1

B) 5


C) 10

D) 2


E) 8
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
351) Epidural anesteziya prosedurası zamanı qəti qadağandır?
A) Paramedial yolla epidural sahənin punksiyası

B) Venadaxili infuziyaların aparılması

C) Kateterin epidural iynədən xaric edilməsi

D) Arterial qan təzyiqinin ölçülməsi

E) Xəstədən onun əhvalının soruşulması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
352) Spinal anesteziya zamanı punksiya adətən aşağıda göstərilmiş səviyyədə aparılır?
A) L5 – S1

B) L3 – L4

C) Th10 – Th12

D) C7 – Th1

E) Th12 – L1
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
353) Epidural anesteziya zamanı istifadə edilən anestetik məhlulları olmalıdır?

A) İzobarik

B) Hipobarık

C) Hipo- yaxud hiperbarık

D) Hiperbarık

E) İzo- yaxud hiperbarık


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
354) Hiperbarık məhlullarla aparılan spinal anesteziya zamanı müvafiq əməliyyat zonasının blokadasına nail olmaq üçün nədən istifadə olunur?
A) Bütün cavablar düzdür

B) Əməliyyat masasının Fovler vəziyyətindən

C) Əməliyyat masasının Trendelenburq vəziyyətindən

D) Xəstənin sağ böyrü üstə uzanmasından

E) Xəstənin sol böyrü üstə uzanmasından
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
355) Spinal anesteziya üçün anestetikin izobarik məhluldan hiperbarık məhlul hazırlamaq üçün:
A) 1 ml 0,9%-li NaCl məhlulu əlavə edilir

B) 0,5 ml 5%-li qlükoza məhlulu əlavə edilir

C) 1 damcı adrenalin əlavə edilir

D) 2 damcı 40%-li qlükoza məhlulu əlavə edilir

E) 2 damcı distillə olunmuş su əlavə edilir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
356) Subaraxnoidal punksiya göstərilən fəqərədən yuxarıda icra etmək olmaz:
A) S1

B) L4


C) L5

D) L2


E) L3
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
357) Epidural anesteziya zamanı hipotenziyanın səbəbi ola bilməz?
A) Yerli anestetik məhluluna adrenalinin əlavə edilməsi

B) Total spinal blokadanın baş verməsi

C) Ürəyi innervasiya edən simpatik sinirlərinin blokadası

D) Xəstədə əməliyyatdan qabaqkı dövrdə hipovolemiyanın olması

E) Anestetikin qəflətən epidural sahənin venasına yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
358) Hiperbarik məhlullarla həyata keçirilən spinal anesteziya zamanı kollaps baş verəndə aşağıda göstərilən tədbirlərdən hansını etmək olmaz?
A) Əməliyyat stolun baş tərəfinin aşağı salınması

B) Venadaxili fenilefrinin (mezatonun) bolyus şəklində yeridilməsi

C) Venadaxili norepinefrinin (noradrenalinin) infuziyası

D) İntensiv şəklində infuziyaların aparılması

E) Venadaxili efedrinin bolyus şəklində yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
359) Mərkəzi blokadalardan sonra postoperasion postpunksion baş ağrılarının müalicəsində hansı tədbirdən istifadə etmək olmaz?
A) Autoqanın epidural sahəyə yeritməklə beynin sərt qişasının punksion dəliyinin plomblanması

B) Yataq rejimi

C) Kristalloid məhlulların infuziyası

D) Əməliyyatdan sonraki dövrdə xəstənin erkən fiziki artivləşməsi

E) Analgetiklərin təyin edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
360) Qarın boşluğu orqanlarında uzunmüddətli əməliyyatlar zamanı endotraxeal narkozla birlikdə hansı yerli anesteziya metodunun istifadəsi daha adekvatdır?
A) Morfinomimetiklərdən istifadə etməklə spinal analgeziya

B) Epidural sahəyə iynə vasitəsilə yerli anestetikin birdəfəlik dozasının yeridilməsi

C) Epidural anesteziyanın kateter texnikası

D) Spinal anesteziya

E) Yerli infiltrasion anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə