Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Gözdə aparılan əməliyyatlar zamanı okulokardial refleksin qarşısını almaq üçün nə edilməlidir?



Yüklə 0,82 Mb.
səhifə8/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

419) Gözdə aparılan əməliyyatlar zamanı okulokardial refleksin qarşısını almaq üçün nə edilməlidir?
A) Ürək qlikozidləri yeridilməlidir

B) Spinal blokada aparılmalıdır

C) Retrobulbar blokada aparılmalıdır

D) Torakal epidural blokada aparılmalıdır

E) Beta-adrenoblokatorlar yeridilməlidir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
420) Gözdə əməliyyatlar aparılan pasiyentlərdə ümumi anesteziya zamanı okulokardial refleks adətən nə vaxt baş verir?
A) Analgeziya və neyrovegetatıv müdafiə qeyri-adekvat olduqda

B) Anesteziya üçün ketamindən istifadə etdikdə

C) Miorelaksasiya məqsədilə suksinilxolindən istifadə etdikdə

D) Ürək qlikozidlərdən istifadə etdikdə

E) Anesteziya zamanı hiperventilyasiyadan istifadə etdikdə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
421) Okulokardial refleks hansı klinik əlamətlərlə müşayiət olunur?
A) Qusma

B) Bradikardiya

C) Taxikardiya

D) Larinqospazm

E) Hipertenziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
422) Aşağıda qeyd olunan halların hansında anesteziyadan əvvəl mütləq traxeostomiya icra olunmalıdır?
A) Əməliyyatlara hazırlanan xəstələrin anamnezində bronxial astmanın olması

B) Əməliyyatlara hazırlanan xəstələrin anamnezində yuxuda apnoe sindromunun olması

C) Konxotomiya əməliyyatına hazırlanan xəstələrdə

D) Ağız boşluğu və boynun fleqmonası ilə əlaqədar əməliyyatlarda

E) Tonzillektomiya əməliyyatlarında
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
423) Aşağıda qeyd olunan fəaliyyətlərdən hansı retroqrad intubasiyanın icra metodikasına uyğundur?
A) Sağ yaxud sol aşağı burun keçəcəyindən istifadə edərək endotraxeal borunun səs yarığına keçirilməsi

B) Traxeyanın 2-ci və 3-cü halqaların arasından punksiya edib iynənin içərisindən plastmas sapın (leska) keçırılməsi

C) Krikotireoid membranı punksiya edib traxeyanın intubasiyası üçün Seldinger üsulundan istifadə olunması

D) Dəri və krikotireoid membranı köndələn istiqamətdə kəsərək traxeostomik borunun yerləşdirilməsi

E) Fibrobronxoskopun nəzarəti ilə endotraxeal borunun səs yarığına keçirilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
424) Tonzillektomiya əməliyyatına hazırlanan kiçik yaş qrupuna aid uşaqlarda anesteziyaya induksiyasını palatada aparanda hansı şərtə əməl olunmalıdır?
A) Xəstəyə uşağın valideynlərinin nəzarətinin olması

B) Xəstəyə LOR həkimin nəzarətinin olması

C) Xəstəyə anestezioloqun nəzarətinin və yardımının göstərilməsi üçün şəraitin olması

D) Xəstəyə palatanın tibb bacısının nəzarətinin olması

E) Xəstəyə anestezist tibb baçısının nəzarətinin və yardımının göstərilməsi üçün şəraitin olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
425) Tonzillektomiya zamanı anesteziya aparkən endotraxeal borunun hansı yolla keçirilməsi üstün sayılır?
A) Sol orta burun yolundan

B) Sağ yaxud sol aşağı burun yolundan

C) Traxeostomik kəsiyi icra edib onu endotraxeal borunun keçirilməsi məqsədi ilə istifadə edilməsi

D) Sağl orta burun yolundan

E) Orotraxeal yolla
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
426) Ümumi anesteziya ilə aparılan tonzillektomiya əməliyyatı zamanı yaradan olan qanaxmanın artması hansı anestezioloji səbəb ilə bağlı olur?
A) Anesteziya preparatlarının təsiri nəticəsində disseminə olunmuş damardaxili laxtalanma sindromunun (DDLS-ın) inkişafı ilə

B) Anestetik preparatların hipokoaqulyasion təsiri ilə

C) Əzələ relaksasiyası ilə

D) Xəstədə səthi anesteziya zamanı gücənmənin və öskürəyin baş verməsi ilə

E) İnfuziyaların nəticəsində hemodilyusiyanın yaranması ilə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
427) Tonzillektomiya əməliyyatı olunan xəstələrdə endotraxeal narkoz zamanı miorelaksasiyanı davam etdirmək məqsədilə hansı preparatlardan istifadə edilməsi daha üstün sayılır?
A) Uzunmüddətli təsirə malik qeyridepolyarizasiyaedici relaksantlardan

B) Depolyarizasiyaedici relaksantlardan

C) İnhalyasion anestetiklərin böyük dozalarının miorelaksasiyaedici təsirindən

D) Qısamüddətli təsirə malik qeyridepolyarizasiyaedici relaksantlardan

E) Orta təsir müddətinə malik qeyridepolyarizasiyaedici relaksantlardan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
428) Burun nahiyəsində aparılan əməliyyatlarda ağızdan ağ ciyərlərin süni ventilyasiyasını aparmaq üçün hansı borudan istfadə etmək daha məqsədəuyğundur?
A) Düz bucaq altında əyilmiş yaxud armaturlaşdırılmış (sıxılmayan) endotraxeal borudan

B) Sol tərəfli ikiyollu endobronxial borudan

C) Manjeti olmayan endotraxeal borudan

D) Laringeal maskadan

E) Sağ tərəfli ikiyollu endobronxial borudan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
429) Burun nahiyəsində aparılan əməliyyatlarda endotraxeal anesteziya zamanı qırtlağın bərk tamponadası hansı məqsədlə aparılır?
A) Ağız suyunu sormaq üçün

B) Qan aspirasiyasının profilaktiktikası üçün

C) Tənəffüs konturun qermetikliyini təmin etmək üçün

D) Mədə requrgitasiyasının qabağını almaq məqsədilə

E) Endotraxeal borunun fiksasiyası üçün
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
430) Aşağıda qeyd olunanlardan hansı tədbir anesteziya zamanı gözdaxili təzyiqin yüksəlməsinin profilaktikasına yönəldilməmişdir?
A) Miorelaksasiya məqsədilə mivakuriumdən istifsadə edilməsi

B) Premedikasiyanın tərkibində və anesteziyanın induksiyası zamanı atropindən istifadə edilməsi

C) Larinqoskopiya və intubasiyadan əvvəl tənəffüs yollarına yerli anestetikin çilənməsi

D) Depolyarizasiyaedici relaksantların istifadəsindən əvvəl prekurarizasiyanın aparılması

E) Boyun venalarının sıxılmasının qarşısının alınması (məs., endotraxeal borunu fiksasiya edən dairəvi sarğı boynun ətrafından keçirilməməlidir)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
431) Aşağıda qeyd olunanlardan hansı tədbir anesteziya zamanı və anesteziyadan sonra gözdaxili təzyiqin yüksəlməsinin profilaktikasına aid deyildir?
A) Anesteziya zamanı xəstənin oyanmasının, hərəki reaksiyaların, öskürəyin profilaktikasının təmin edilməsi

B) Anesteziya zamanı süni hipotoniyanın yaradılması (qanqlioblokatorlar, natrium nitroprussid, nitroqliserinlə)

C) Əməliyyatdan sonra qusmanın profilaktikasının təmin edilməsi

D) Miorelaksasiya məqsədilə suksinilxolindən istıfadə edilməsi

E) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsalmada təzyiqin 10-12 sm su süt-dan yuxarı olmaması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
432) Okulo-kardial, okulo-qastral və okulo-respirator reflekslər nə vaxt yaranır?
A) Gözdaxili təzyiq yüksələndə

B) Hipoksiya zamanı

C) Depolyarizasiyaedici miorelaksantlardan istifadə etdikdə

D) Göz əzələlərinin traksiyası zamanı

E) Gözdaxili mayenin filtrasiyası pozulduqda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
433) Ağ ciyərlərin süni ventilyasiyasını (ASV-nı) yüksək tezlikli inyeksion metodla aparanda insuffilyasiya üçün kateterin ucu harada yerləşdirilməlidir?
A) Sağ bronxda

B) Səs bağlarından 2 sm distal

C) Qırtlaq qapağının yanında

D) Səs bağlarından 2 sm proksimal

E) Traxeya bifurkasiyasına 5 sm məsafə qalanda yaxud ona daha yaxın
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
434) Tonzillektomiyaya hazırlanan kiçik yaş qrupuna aid uşaqlarda palatada anesteziyanın induksiyası üçün əzələdaxili atropin, droperidol yaxud diazepamla birlikdə yeridilən ketaminin dozası nə qədər olmalıdır?
A) 5,5-6,0 mq/kq

B) 9,0-10,0 mq/kq

C) 1-1,5 mq/kq

D) 14,0-15,0 mq/kq

E) 2,5-3,0 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
435) Okulo-qastral refleks hansı klinik əlamətlərlə müşayiət olunur?
A) Taxikardiya

B) Epiqalstral nahiyədə ağrılar

C) Hiçqırma, qusma

D) Bradikardiya

E) Hipertenziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
436) Okulo-respirator refleks hansı klinik əlamətlərlə müşayiət olunur:
A) Təngnəfəslik

B) Taxikardiya

C) Bronxospazm

D) Hipotoniya

E) Larinqospazm
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
437) Aşağıda qeyd olunmuş tənəffüs modellərindən hansı açıq pnevmotoraks zamanı müşahidə olunur?
A) Spontan tənəffüs zamanı hava tənəffüs yollarından ağ ciyərlərə daxil olur, qaz mübadiləsi baş verir, sonra isə hava tənəffüs yolları vasitəsilə xaric olur

B) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən plevra boşluğun daxil olur, nəfəsvermə zamanı isə hava döş qəfəsinin defekti olan yerdən xaric olur

C) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən ağ ciyərə daxil olur, nəfəsvermə zamanı isə hava döş qəfəsinin defekti olan yerdən xaric olur

D) Spontan tənəffüs zamanı havanın bir qismi bir ağ ciyərdən digərinə keçir və tənəffüs qarışmış (atmosfer və ekspirator) hava ilə baş verir

E) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən plevral boşluğa daxil olur, nəfəsvermə zamanı isə döş qəfəsinin defekti bağlanır və plevral boşluqda olan havanın təzyiqi artır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
438) Açıq pnevmotoraks olan xəstələrdə inkişaf edən ventilyasion-perfuzion pozulmaların mexanizmi nədən ibarətdir?
A) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə güclü arterio-venoz şunt əmələ gəlir və buradan axan qan daha yaxşı oksigenasiya olunur

B) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə ventilyasiya və perfuziya baş vermir

C) Pnevmotoraks tərəfdəki ağciyərə hava döş qəfəsinin defektindən daxil olur, nəfəsvermədə döş qəfəsinin defekti bağlanır, havanın təzyiqi artır və oksigenasiya daha yaxşı baş verir

D) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə qanın perfuziyası baş vermir, kiçik qan dövranından keçən bütün qan normal ağciyərdən axır

E) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə ventilyasiya olunmayan sahələr əmələ gəlir və oradan perfuziya olunan qan oksigenasiya olunmur
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
439) İkimənfəzli boru vasitəsilə ağciyərlərin süni ventilyasiyası apardıqda aşağıda qeyd olunan fəaliyyətlərdən hansını həyata keçirmək mümkün olmur?
A) Bronxiolların müstəqil ventilyasiyası

B) Bir ağ ciyərin ventilyasiyası zamanı ventilyasiya olunmayan ağciyər bronxlarının sanasiyası

C) Eyni zamanda hər iki ağ ciyərin ventilyasiyası

D) Sağ ağ ciyərin müstəqil ventilyasiyası

E) Sol ağ ciyərin müstəqil ventilyasiyası
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
440) Pulmonektomiya zamanı birləşdirilmiş anesteziyanın tərkibində tətbiq edilən epidural blokada hansı səviyyədə aparılmalıdır?
A) L2 – L4

B) Th4 – Th7

C) Th10 – L1

D) C6 – Th2

E) L5 – S1
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
441) Böyüklərdə pulmonektomiya zamanı sağ və sol ağ ciyərin müstəqil ventilyasiyanın aparması üçün ikimənfəzli borudan istifadə edəndə onun kəsici dişlərin səviyyəsində olan nişanı neçə sm göstərməlidir?
A) 16

B) 26


C) 13

D) 9


E) 29
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
442) Endotraxeal (yaxud endobronxial) borudan istifadə edərək sorucu vasitəsilə traxeya və bronxlardaki qanın xaric edilməsi üçün nə edilməlidir?
A) Əvvəl boruya 5 ml antibiotik məhlulu yeridilməlidir

B) Əvvəl boruya 5 ml 0,9%-li natrium xlorid yeridilməlidir

C) Əvvəl boruya 5 ml distillə olunmuş su yeridilməlidir

D) Əvvəl boruya 5 ml 4%-li natrium hidrokarbonat yeridilməlidir

E) Əvvəl boruya 5 ml 1%-li lidokain məhlulu yeridilməlidir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
443) Açıq pnevmotoraks zamanı baş verən ventilyasion-perfusion pozulmaların nəticəsində təmiz oksigenin verilməsi ilə korreksiya olunmayan PaO2-nin kritik enməsi üçün həqiqi şuntun fraksiyası neçə faizdən çox olmalıdır?
A) 20%

B) 10%


C) 30%

D) 15%


E) 25%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
444) Klapanlı pnevmotoraksla müşahidə olunan ağ ciyərlərin zədələnməsi olan xəstələrdə ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı gərgin pnevtoraksın profilaktikası üşün nə edilməlidir?
A) ASV-dan əvvəl plevral boşluğun drenajı yaradımalıdır

B) ASV zamanı 100% oksigenlə ventilyasiya aparılmalıdır

C) Nəfəsvermənin sonunda müsbət təzyiq rejimində ASV aparılmalıdır

D) ASV zamanı sorucu vasitəsilə vaxtaşırı bronxların sanasiyası aparılmalıdır

E) İkimənfəzli boru vasitəsilə sağ və sol ağ ciyələrin müstəqil ventilyasiyası aparılmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
445) Traxeya üzərində əməliyyatlar və ağ ciyər qanaxmaları olan xəstələrdə əməliyyatlar aparılanda anesteziya zamanı ilk növbədə nəyə fikir verilməlidir?
A) Ağ ciyərlərin süni ventilyasiyasından (ASV-dan) əvvəl plevral boşluğun drenajı yaradılmalıdır

B) Nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimində ağ ciyərlərin süni ventilyasiyası (ASV) aparılmalıdır

C) Anesteziya inhalyasion anestetiklərlə aparılmalıdır

D) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı 100% oksigenlə ventilyasiya aparılmalıdır

E) İkimənfəzli boru vasitəsilə sağ və sol ağ ciyələrin müstəqil ventilyasiyası təmin edilməlidir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
446) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı anesteziyanın aparılması üçün daha uyğun olan inhalyasion anestetik hansıdır?
A) Enfluran

B) Dietilefir

C) Halotan

D) Azot oksidi

E) İzofluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
447) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı anesteziyaya induksiya “kardioinduksiya” sxemi üzrə aparılması nəyi nəzərdə tutur?
A) Azot oksidinin yüksək konsentrasiyalarından istifadə etməklə anesteziyaya induksiyanın aparılmasını

B) Depolyarizasiyaedici relaksantlardan istifadə etməklə tez bir zamanda miorelaksasiyaya nail olmasını

C) Anesteziyaya induksiya yalnız ketamin vasitəsilə aparılmasını

D) Anesteziyaya induksiyanın yalnız inhalyasion anestetiklər vasitəsilə aparılmasını

E) Mərkəzi analgetiklər, benzodiazepinlər yaxud digər preparatların böyük dozalarından istifadə etməklə simpatoadrenal sistemin aktivləşməsinin qarşısının alınmasını
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
448) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı süni qan dövranı fazasında anesteziyanın davamı hansı preparatlar vasitəsilə aparılır?
A) Azot oksidi, benzodiazepinlər, propofol

B) Azot oksidi və propofol

C) Mərkəzi analgetiklər, benzodiazepinlər, propofol

D) İzofluran

E) Azot oksidi və halotan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
449) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı hipertenziv reaksiyaların terapiya və profilaktikası üçün hansı hipotenziv preparatlardan istifadə edilməsi məqsədəuyğundur?
A) Droperidol

B) Nitroprussid natrium

C) Dibazol

D) Nitroqliserin

E) Pentamin
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
450) Torakal cərrahiyyədə hansı əməliyyatlarda birləşdirilmiş anesteziyadan (ümuni anesteziya + epidural blokada) istifadə etmək məqsədəuyğun deyildir?
A) Mitral çatmamazlığın korreksiyası

B) Mitral stenozun korreksiyası

C) Aortokoronar şuntlama (AKŞ)

D) Aortal çatmamazlığın korreksiyası

E) Pulmonektomiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
451) Kəskin bağırsaq keçməməzliyində həyatı vacib funksiyaların pozğunluqlarının inkişafının ilk fizioloji mexanizmi hansıdır?
A) Ürəyin nasos funksiyasının zəiflənməsi

B) Ağciyər ventilyasiyasının pozulması nəticəsində inkişaf edən hipoksemiya

C) Su-elektrolit və turşu-qələvi pozğunluqları

D) Simpato-adrenal sisteminin aktivləşməsi nəticəsində inkişaf edən hiperkatexolaminemiya

E) Böyrək funksiyasının zəiflənməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
452) Kəskin bağırsaq keçməməzliyində hemodinamika tərəfindən hansı tip pozğunluqu müşahidə olunur?
A) Hiperdinamik sindromu

B) Hipertenziya

C) Hipovolemiya

D) Preyüklənmənin artması

E) Hipervolemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
453) Kəskin bağırsaq keçməməzliyində qusması olmayan xəstələrdə turşu-qələvi balansının hansı tip pozğunluqu müşahidə olunur?
A) Metabolik asidoz

B) Tənəffüs asidozu

C) Metabolik alkaloz

D) Dekompensasiya olunmuş tənəffüs alkalozu

E) Kompensasiya olunmuş tənəffüs alkalozu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
454) Kəskin bağırsaq keçməməzliyində inkişaf edən intoksikasiyanın mənbəyi hansıdır?
A) Ağ ciyərlər

B) Bağırsaq möhtəviyatı

C) Mədəaltı vəzi

D) Qara ciyər

E) Böyrəklər
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
455) Kəskin pankreatiti və pankreatonekrozu olan xəstələrdə inkişaf edən toksemiyanın səbəbi hansıdır?
A) Bağırsaq möhtəviyatının qana sorulması

B) Qanda öd turşularının və piqmentlərin konsentrasiyasının artması

C) Qara ciyər funksiyasının pozulması

D) Proteolitik və lipolitik fermentlərin qana və limfaya sorulması

E) Böyrəklərin sekretor funksiyasının pozulması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
456) Kəskin pankreatit və pankreatonekroz zamanı inkişaf edən hemodinamik pozğunluqlarının inkişaf mexanizmi nədən ibarətdir?
A) Simpato-adrenal sistemin aktivləşməsi nəticəsində hiperdinamik sindromunun inkişafı

B) Mədə-bağırsaq qanaxmaları

C) Plazmanın parapankreatik toxumalara ekssudasiyası, periferik damarların parezi, qusma

D) Böyrəklərin ifrazedici funksiyasının pozulması nəticəsində hipervolemiyanın inkişafı

E) Plazmadan su və elektrolitlərin bağırsaq mənfəzinə keçməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
457) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə əməliyyatönü hazırlığın aparılmasına nə qədər vaxt verilir?
A) Adətən 1 sutka, cox ağır hallarda 12 saat

B) Adətən 3-4 saat, cox ağır hallarda 8 saat

C) Adətən 30-40 dəqiqə, cox ağır hallarda 1 saat

D) Adətən 1-2 saat, cox ağır hallarda 3-4 saat

E) Adətən 5-6 saat, cox ağır hallarda 24 saat
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
458) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə əməliyyatdan əvvəl mədəni boşaltmaq ücün optimal tədbir hansıdır?
A) Mədə möhtəviyatını bağırsağa boşaltmaq və qida borusunun aşağı sfinkterinin tonusunu artırmaq məqsədilə xəstəyə metoklopramid (reqlan, serukal) yeridilir

B) Əvvəl traxeyanın intubasiyası aparılır, sonra zond mədəyə salınır, mədə yuyulub təmizlənir və əməliyyat başlanılır

C) Yoğun zond vasitəsilə mədə təmiz su gələnə kimi yuyulub təmizlənir; traxeyanın inbasiyasından əvvəl zond çıxarılır

D) Nazik zond vasitəsilə mədə yuyulub təmizlənir; anesteziya zamanı və əməliyyatdan sonrakı dövrdə zond mədədə saxlanılır

E) Zond anesteziyaya induksiyadan əvvəl mədəyə salınır və orada əməliyyat qurtarana qədər saxlanılır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
459) Aşağıda qeyd olunan vəziyyətlərdən hansı kəskin bağırsaq keçməməzliyi və peritonitlə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələr üçün xarakterik deyildir?
A) Hipotermiya

B) Hipoalbuminemiya

C) Hipotenziya

D) Hipovolemiya

E) Hipoproteinemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
460) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə anesteziyaya induksiya və traxeyanın intubasiyası zamanı requrgitasiyanın profilaktikası məqsədilə hansı tədbirdən istifadə olunmur?
A) Əməliyyat stolu Fovler vəziyyətə gətirilir

B) Depolyarizasiyaedici miorelaksantlardan istifadə etdikdə mütləq prekurarizasiya aparılır

C) Zond mədəyə salınır və bu vəziyyətdə anesteziyaya induksiya, miorelaksasiya və traxeyanın intubasiyası aparılır

D) Qeyri-depolyarizasiyaedici miorelaksantlardan istifadə edilmir

E) Sellik üsulundan istifadə edilir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
461) Böyüklərdə sutka ərzində mədə-bağırsaq traktına sekresiya olunan ifrazatların ümumi həcmi nəçə litr təşkil edir:
A) 1,5-2,0

B) 8,0-9,0

C) 0,3-0,5

D) 5,0-6,0

E) 3,0-3,5
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
462) Kəskin bağırsaq keçməməzliyi ilə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələrdə anesteziyaya induksiya zamanı mədənin turş reaksiyalı möhtəviyatının aspirasiyasının profilaktikası məqsədilə hansı tədbirdən istifadə olunmur?
A) Mədə zondu vasitəsilə mədəni yuyub təmizlənmək

B) Əməliyyatdan 40 dəq əvvəl 300 mq simetidin yeritmək

C) Əməliyyatdan 30 dəq əvvəl mədəyə zondla antasid preparat yeritmək

D) Mədənin boşalmasını təmin etmək məqsədilə əməliyyatı 6 saat təxirə salmaq

E) Anesteziyaya induksiya və traxeyanın intubasiyası zamanı Sellik üsulundan istifadə etmək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə