Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Kəskin pankreatit və pankreatonekroz zamanı hansı orqan yaxud sistem tərəfinndən olan xarakterik pozğunluqlar daha tez nəzərə çarpır?



Yüklə 0,82 Mb.
səhifə9/15
tarix11.12.2016
ölçüsü0,82 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

463) Kəskin pankreatit və pankreatonekroz zamanı hansı orqan yaxud sistem tərəfinndən olan xarakterik pozğunluqlar daha tez nəzərə çarpır?
A) Hemostaz sistemi

B) Qara ciyər

C) Tənəffüs

D) Hemodinamika

E) Mərkəzi sinir sistemi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
464) Qara ciyərin cərrahi patologiyası olan xəstələrdə zülal mübadiləsinin pozulması nəticəsində hansı dəyişikliklər müşahidə olunur?
A) Qanda albuminin, fibrinogenin və protrombinin səviyyəsinin azalması

B) Qanda qlükozanın konsentrasiyasının artması

C) Qanda ammonyak, fenol, aşağı molekullu piy turşuları və piroüzüm turşusu törəmələrinin səviyyələnin artması

D) Plazmada öd turşularının və piqmentlərin konsentrasiyasının artması

E) Qanda proteolitik və lipolitik fenmentlərin olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
465) Qara ciyər və öd kisəsinin cərrahi patologiyası ilə əlaqədar inkişaf edən xolestazın nəticəsində hansı dəyişikliklər müşahidə olunur?
A) Qanda öd turşularının və piqmentlərinin səviyyələri artır

B) Qana proteolitik və lipolitik fenmentlər daxil olur

C) Qanda qlükozanın konsentrasiyası artır

D) Qanda albuminlərin, fibrinogenin və protrombinin səviyyələri enir

E) Qanda qlükozanın konsentrasiyası azalır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
466) Qara ciyər koması olan xəstələrdə turşu-qələvi balansının hansı tipli pozğunluqu müşahidə olunur?
A) Dekompensasiya olunmuş metabolik alkaloz

B) Tənəffüs asidozu

C) Metabolik asidoz

D) Tənəffüs alkalozu

E) Kompensasiya olunmuş metabolik alkaloz
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
467) Aşağıda qeyd olunanlardan hansı qarın boşluğu orqanlarında əməliyyatlar aparılan xəstələrdə bağırsaq parezinin inkişaf mexanizmlərinə aid deyildir?
A) Kalium ionun mübadiləsinin pozulması

B) Parasimpatik sinir sisteminin aktivləşməsi

C) Simpatik sinir sisteminin tonusunun yüksəlməsi

D) Ekzo- və endogen toksinlərin qana daxil olması

E) Hiperkatexolaminemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
468) Postoperasion pankreatitin etiopatogenetik faktorlarına aid deyildir:
A) Hipoqlikemiya

B) Mədəaltı vəzinin əməliyyat zamanı zədənmələri

C) Mikrosirkulyasiyanın pozğunluqları

D) Duodenal hipertenziya

E) Hipovolemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
469) Geniş peritondaxili əməliyyatlar zamanı hansı anestetziya metodundan istifadə olunmalıdır?
A) Kaudal anesteziya

B) Traxeyanın intubasiyası və ağ ciyərlərin süni ventilyasiyası ilə ümumi anesteziya

C) Spinal anesteziya

D) Epidural anesteziya

E) Yerli infiltrasion anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
470) Hepatopankreatoduodenal zonada əməliyyatlar aparılan xəstələrdə kəskin postoperasion pankreatitin profilaktikası məqsədilə hansı anesteziya metodundan istifadə olunması məqsədəuyğundur?
A) Ümumi anesteziya (ağ ciyərlərin süni ventilyasiyası ilə) və kaudal blokadadan ibarət olan birləşdirilmiş anesteziya

B) Spinal anesteziya

C) Ümumi anesteziya (ağ ciyərlərin süni ventilyasiyası ilə) və epidural blokadadan ibarət olan birləşdirilmiş anesteziya

D) Spontan tənəffüslə aparılan venadaxili anesteziya

E) Kaudal anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
471) Hepatopankreatoduodenal zonada əməliyyatlarda anesteziya zamanı kəskin postoperasion pankreatitin profilaktikası məqsədilə hansı tədbirdən istifadə olunmur?
A) 5-ftorurasil (somatostatinin sintetik analoqu) 10 mq/kq təyinindən

B) Kontrikal 30.000 V dəri kəsiyindən əvvəl və hepatopankreatoduodenal zonada işləyən vaxtı təyinindən

C) Epidural blokadadan

D) Əməliyyatdan əvvəl və əməliyyatdan sonra pankreatik fermentlərin təyinindən

E) Oktreotid (sandostatin) 0,1 mq anesteziyanın əvvəlində və axırında təyinindən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
472) Kəskin pankreatitin və pankreatonekrozun patogenezinə aid deyildir?
A) Hipervolemiya

B) Pankreatik ifrazatın vəzi toxumasına düşməsi

C) Mədəaltı vəzin axarlarında olan təzyiqin yüksəlməsi

D) Proteoliz

E) Endogen toksemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
473) Kəskin pankreatitin intensiv terapiyasının qarşısında duran vəzifələrə aid deyildir?
A) Su-elektrolit və turşu-qələvi tarazlığı pozğunluqlarının korreksiyası

B) Kəllədaxili təzyiqin yüksəlməsinin profilaktikası

C) Ağrısızlaşdırma

D) Dezintoksikasiya

E) Hipovolemiyanın korreksiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
474) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə əməliyyat önü hazırlıq zamanı hipovolemiyanın korreksiyası üçün hansı preparatlardan istifadə olunmur?
A) Aminturşular məhlulu

B) Süni kolloid plazmaəvəzedicilər məhlulu

C) Protein məhlulu

D) Elektrolit məhlulu

E) 5%-li glükoza məhlulu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
475) Mədə-bağırsaq qanaxmaları ilə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələrdə anesteziyaya induksiya üçün hansı anestetikdən istifadə etmək məqsədəuyğundur?
A) Propofol 2-2,5 mq/kr

B) Tiopental 4-5 mq/kq

C) Ketamin 2-3 mq/kq

D) Etomidat 0,2 mq/kq

E) Metoheksital 1-1,5 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
476) Boğulmuş yırtıqlarla əlaqədar aparılan əməliyyatlarda ümumi anesteziya başlayanda miorelaksantların yeridilməsi nəticəsində hansı xarakterik ağırlaşmanın baş verməsi gözlənilir?
A) Əzələ ağrıları

B) Miorelaksantların uzunmüddətli təsiri

C) Bədxassəli hipertermiya sindromunun inkişafı

D) Yırtığın öz-özünə yerinə salınması və yırtığın içindəki möhtəviyatla qarın boşluğunun infeksiyalaşması

E) Plazmada kalium ionunun konsentrasiyasının artması ilə əlaqədar aritmiyaların baş verməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
477) Destruktiv xolesistitlə əlaqədar aparılan təxirəsalınmaz müdaxilələrdən əvvəl əməliyyatönü hazırlıq hansı müddət ərzində aparılır?
A) 10 saat

B) 16 saat

C) 6 saat

D) 1-2 saat

E) 24 saat
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
478) Mexaniki sarılıq və kəskin xolesistitlə xəstənin əməliyyatönü hazırlığı hansı növ preparatların daxil edilməsi patogenetik nöqtəyi-nəzərdən əsassızdır?
A) Proteazaların ingibitorları

B) Kristalloid məhlulları

C) Spazmolitiklər

D) Reoloji preparatlar

E) Ürək qlikozidləri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
479) Kəskin bağırsaq keçməməzliyində sutka ərzində itirilmiş zülülların miqdarı nə qədər olur?
A) 300 qram və daha çox

B) 0,5-2,0 qrama qədər

C) 30-35 qram

D) 80-90 qram

E) 50-60 qram
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
480) Kəskin bağırsaq keçməməzliyində su-elektrolit balansının hansı formalı pozğunluğu müşahidə olunur?
A) Ümumi hiperhidratasiya

B) Hücəyrədaxili hiperhidratasiya

C) Hücəyrəxarici hiperhidratasiya

D) Hücəyrədaxili dehidratasiya

E) Hücəyrəxarici dehidratasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
481) Hansı travmatoloji əməliyyatlarda regionar anesteziya metodlarının tətbiqi göstərişdir?
A) Ətraflarda aparılan qısa və ortamüddətli planlı əməliyyatlarda

B) Tənəffüs pozğunluqları qeyd olunan xəstələrdə

C) Travmatik şokla müşayiət olunan xəstələrdə

D) Bədənin qeyri-fizioloji vəziyyətlərində aparılan əməliyyatlarda

E) Kompensasiya olunmamış qanaxma ilə müşayiət olunan təcili əməliyyatlarda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
482) Fəqərə sütununda travma yaxud xəstəliklərlərlə əlaqədar aparılan əməliyyatlarda hansı anesteziya metodunun istifadəsi göstərişdir?
A) Epidural anesteziya

B) Spinal anesteziya

C) Miorelaksasiya və ağ ciyərlərin süni ventilyasiyası ilə aparılan ümumi anesteziya

D) Kaudal anesteziya

E) Spontan tənəffüslə venadaxili anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
483) Odlu silah yaralanması zamanı aşağı ətrafların çoxsaylı sınıqları alan xəstələrin təxminən neçə faizində travmatik şok müşahidə olunur?
A) 5%

B) 20%


C) 50%

D) 1%


E) 10%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
484) Bud-çanaq, diz oynaqları və bud sümüyündə aparılan rekonstruktiv-bərpa əməliyyatları zamanı hansı anesteziya metodu göstərişdir?
A) Terminal anesteziya

B) Kaudal anesteziya

C) Yerli infiltrasion anesteziya

D) Spontan tənəffüslə venadaxili anesteziya

E) Kontrol olunan sedasiya fonunda spinal-epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
485) Bud-çanaq oynağı və bud sümüyündə ortopedik əməliyyatlarda aşağı ətrafların dərin venalarının trombozu inkişaf edən xəstələrin neçə faizində ağciyər arteriyası tromboemboliyasının kliniki əlamətləri müşahidə olunur?
A) 0,1%

B) 30%


C) 80%

D) 50%


E) 5%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
486) Aşağıda qeyd olunan veziyyətlərdən hansı bud-çanaq oynağı və bud sümüyündə ortopedik əməliyyatlar aparılan xəstələr üçün xarakterik deyildir?
A) Piy emboliyası

B) Qanitirmə

C) Aspirasion pnevmoniya

D) Aşağı ətrafların dərin venaların trombozu

E) Ağ ciyər arteriyanın tromboemboliyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
487) Uroloji əməliyyatlar zamanı xəstə əməliyyat stolunda litotomik yaxud lateral “böyrək” vəziyyətində olanda orqanizmdə hansı dəyişiklik baş vermir?
A) İncik sinirinin zədələnməsi

B) Plazmada kalium ionunun konsentrasiyasının azalması

C) Diafraqma ekskursiyarın çətinləşməsi

D) Bud sinirinin və qapayıcı sinirin zədələnməsi

E) Venoz qan qayıtmasının pozulması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
488) Operativ sistoskopiya zamanı adətən hansı anesteziya metodunun istifadəsi məqsədəuyğun sayılmır?
A) Spontan tənəffüslə aparılan maska vasitəsilə inhalyasion anesteziya

B) Traxeyanın intubasiyası və ağ ciyərlərin süni ventilyasiyası ilə aparılan ümumi anesteziya

C) Spinal anesteziya

D) Lyumbal epidural anesteziya

E) Spontan tənəffüslə aparılan venadaxili anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
489) Aşağıda qeyd olunmuş fəsadlardan hansı prostat vəzinin hiperplaziyası ilə əlaqədar transuretral rezeksiya əməliyyatı aparılan xəstələrdə tez-tez rast gəlinən fəsadlardan deyildir?
A) Sidik kisəsinin perforasiyası

B) Hiponatriyemik hiperhidratasiya sindromu

C) Qara ciyər çatmamazlığı

D) Qanaxma

E) Hipotermiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
490) TUR-sindromunun xarakterik əlamətlərinə daxil deyildir?
A) Baş ağrıları

B) Oyanma halı yaxud şüurun dolaşıqlığı

C) Larinqospazm

D) Təngnəfəslik

E) Arterial hipotoniya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
491) Hiponatriyemik hiperhidratasiya, qıcolmalar və koma ilə müşayiət olunan TUR-sindromun etiopatogenetik müalicəsi üçün istifadə olunmur?
A) Diuretiklər

B) 3-5%-li NaCl məhlulu

C) Tiopental natrium (50-100 mq)

D) Midazolam (2-4 mq) yaxud diazepam (3-5 mq)

E) Antibiotiklər
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
492) Aşağıda qeyd olunmuş effektlərdən hansı onkoloji xəstəliklərdə əməliyyatönü dövrdə aparılmış kimyəvi terapiyanın əlavə təsirlərinə aid deyildir?
A) Kardiomiopatiyalar (doksorubisindən sonra)

B) Sümük iliyinin depressiyası

C) Böyrək çatışmazlığı (sisplastindən sonra)

D) Leykositoz

E) Ağ ciyər fibrozu (bleomisindən sonra)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
493) Kəskin böyrək çatişmamazlığının oliqoanurik mərhələsi olan xəstələrə penisillin qrupunun kalium duzlu antibiotikləri nə üçün əks-göstərişdir?
A) Antibiotikin yüksək dərəcədə kumulyasiyası olduğuna görə

B) Nefrotoksikliyinə görə

C) Hiperhidratasiya törətdiyinə görə

D) Plazmada kaliumun miqdarı yüksək olduğuna görə

E) Antibiotikin antibakterial effektinin zəif olmasına görə
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
494) Aşağıda qeyd olunanlardan hansı böyrəyin böyük şişləri ilə əlaqədar aparılan əməliyyatlar zamanı baş verə bilən xarakterik ağırlaşmalara aid deyildir?
A) Massiv qanitirmə

B) Arterial hipertenziyanın inkişafı

C) Şiş ayrılan zaman aşağı boş venanın zədələnməsi

D) Böyrəküstü vəzin çıxarılması yaxud zədələnməsi hesabına böyrəküstü vəzi fünksiyasının çatışmazlığı

E) Şiş ayrılan zaman diafraqmanın zədələnməsi nəticəsində pnevmotoraksın baş verməsi
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
495) TUR-sindromunun kliniki əmətlərinin yaranma səbəbi nə ilə bağlıdır?
A) Hücəyrədaxili dehidratasiya

B) Tənəffüs asidozu

C) Hipovolemiya

D) Metabolik alkaloz

E) Hücəyrədaxili hiperhidratasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
496) Uroloji xəstələrdə əməliyyatlardan sonrakı dövrdə ağrılara qarşı hansı metodun istifadə edilməsi məqsədəuyğun sayılır?
A) Azot oksidinin inhalyasiyası

B) Qeyri-opioid analgetiklərin sistemli şəkildə yeridilməsi

C) Opioid analgetiklərin sistemli şəkildə yeridilməsi

D) Uzunmüddətli epidural analgeziya

E) Qeyri-inhalyasion anestetiklərin kiçik dozalarının yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
497) Onkoloji xəstəliklərdə radikal əməliyyatlar zamanı endotraxeal metodla ümumi anesteziya və epidural anesteziyadan ibarət olan birləşdirilmiş anesteziya metodunun müsbət cəhətlərinə aid deyildir?
A) İnkişaf edən süni hipotenziya nəticəsində cərrahlar “quru” əməliyyat sahədə işləmək imkanı qazanırlar

B) Periferik damarların ümumi müqavimətinin yüksəlməsi ilə əlaqədar hipotenziyanın profilaktikasının təmin edilməsi

C) Əməliyyat zamanı qanitirmənin həcminin azalması

D) Ümumi anestetiklərə olan tələbat azalır

E) Cərrahi zonadan olan nosiseptiv afferentasiya iki səviyyədə blokada olunur
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
498) Aşağıda qeyd olunmuş tədbirlərdən hansı uroloji xəstəliklərlə əlaqədar əməliyyatlar aparılan pasiyentlərdə tromoboembolik fəsadların profilaktikası məqsədilə istifadə olunmur?
A) Əməliyyatdan sonrakı dövrdə xəstələrin erkən fiziki aktivləşdirməsi

B) İnfuzion terapiyanın tərkibində reoloji preparatlardan istifadə edilməsi

C) Konservləşrmiş donor qanının yaxud eritrosit kütləsinin infuziyası

D) Aşağı ətrafları elastik bintlə sarımaq yaxud elastik corablar geydirmək

E) Aşağımolekullu heparinlərin profilaktik dozalarının yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
499) Böyrəklərdə və sidik axarlarının yuxarı və orta 1/3-də aparılan əməliyyatlar zamanı adətən hansı anesteziya metodundan istifadə olunur?
A) Endotraxeal metodla ümumi anesteziya

B) Yerli infiltrasion anesteziya

C) Spinal anesteziya

D) Spontan tənəffüslə venadaxili anesteziya

E) Epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
500) Sidik axarlarının aşağı 1/3-də, sidik kisəsində və uretrada aparılan əməliyyatlar zamanı adətən hansı anesteziya metodundan istifadə olunur?
A) Bud sinirinin blokadası

B) Terminal anesteziya

C) Spontan tənəffüslə müşayiət edən venadaxili anesteziya

D) Yerli infiltrasion anesteziya

E) Spinal yaxud epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
501) Uzunmüddətli və travmatik uroloji əməliyyatlar (sidik kisəsinin ekstirpasiyası, sidik axarlarının enteroplastikası, böyrəyin transplantasiyası, sidik yollarında təkrar rekonstruktiv əməliyyatlar, böyrək damarlarında əməliyyatlar) zamanı hansı anesteziya metodunun istifadəsi daha məqsədəuyğundur?
A) Spontan tənəffüslə venadaxili anesteziya

B) Kandal anesteziya

C) Yerli anestetiklərlə epidural anesteziya

D) Yerli infiltrasion anesteziya + spontan tənəffüslə venadaxili anesteziya

E) Endotraxeal metodla ümumi anesteziya + epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
502) TUR-sindromunun inkişafı zamanı yuyucu maye sidik kisəsindən qana hansı sürətlə daxil olur?
A) 0,02 ml/dəq

B) 20 ml/dəq

C) 2 ml/dəq

D) 0,2 ml/dəq

E) 200 ml/dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
503) Aşağıda qeyd olunmuş əlamətlərdən hansı sidik kisəsinin perforasiyası üçün xarakterik deyildir?
A) Tərlilik

B) Sidik kisəsindən qayıdan yuyucu məhlulun həcminin azalması

C) Qarında ağrı

D) Larinqospazm

E) Ürəkbulanma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
504) Fizioloji hamiləlik zamanı leykositlərin səviyyəsi necə dəyişir?
A) Hemoqlobinin səviyyəsindən asılı olaraq dəyişir

B) Dəyişmir

C) Azalır

D) Artır


E) Qan plazmasında ümumi zülalların səviyyəsindən asılıdır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
505) Fizioloji hamiləliyin inkişafı zamanı tənəffüs sistemi tərəfindən hansı dəyişiklik müşahidə olunmur:
A) Alveolyar hipoventilyasiya

B) Tənəffüs tezliyin artması

C) Dəqiqəlik ventilyasiyanın artması

D) Tənəffes həcminin artması

E) Alveolyar qazda CO2-nin parsial təzyiqin azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
506) Hamilə və doğan qadınlarda anestetik preparatlara qarşı həssaslıq?
A) Azalır

B) Artır


C) Yalnız hamiləliyin patologiyaları zamanı dəyişir

D) Dəyişməz qalır

E) Yalnız qanaxmalar zamanı artır
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
507) Keysər kəsiyi əməliyyatı zamanı aşağıda qeyd edilən preparatlatdan hansı uşaqlıq tonusuna depressiv təsir göstərmir?
A) Morfin

B) Fentanil

C) Ketamin

D) Promedol

E) Halotan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
508) Keysər kəsiyi əməliyyatı zamanı aşağıda qeyd edilən preparatlatdan hansı uşaqlıq motorikasına mənfi təsir göstərir?
A) Diazepam

B) Barbituratlar kiçik dozalarda

C) Midazolam

D) Halotan

E) Azot oksidi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
509) Aşağıda qeyd edilən preparatlardan hansı ciftdən keçmir?
A) Barbituratlar

B) Ketamin

C) Benzodiazepinlər

D) Halotan

E) Qanqlioblokatorlar
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
510) Keysər kəsiyi əməliyyatında anesteziya zamanı istifadə edilən miorelaksantlar?
A) Qeyri-depolyarizasiyaedici miorelaksantlar ciftdən keçir

B) Uzunmüddətli təsirə malik qeyri-depolyarizasiyaedici miorelaksantlar ciftdən keçir

C) Bütün miorelaksantlar asanlıqla ciftdən keçir

D) Depolyarizasiyaedici miorelaksantlar ciftdən keçir

E) Adi hallarda ciftdən keçmir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
511) Keysər kəsiyi əməliyyatı zamanı anesteziyaya induksiya məqsədilə tiopental natrium hansı dozada yeridilir?
A) 0,5-1 mq/kq

B) 8-10 mq/kq

C) 4-5 mq/kq

D) 1-1,5 mq/kq

E) 1,5-2 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
512) Keysər kəsiyi əməliyyatı zamanı anesteziyaya induksiya məqsədilə ketamin hansı dozada yeridilir?
A) 5 mq/kq

B) 0,1 mq/kq

C) 3 mq/kq

D) 1 mq/kq

E) 10 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
513) Keysər kəsiyi əməliyyatında ümumi anesteziya zamanı narkotik analgetiklər (fentanil, morfin, promedol) hansı halda istifadə edilə bilər?
A) Yalnız miorelaksant yeridildikdən dərhal sonra

B) Yalnız döl çıxarıldıqdan sonra

C) Əməliyyat zamanı istənilən vaxtda

D) Premedikasiya məqsədilə

E) Anesteziyaya induksiya mərhələsində
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
514) Fizioloji hamiləlik zamanı hemostaz tərəfindən hansı dəyişiklik müşahidə olunmur?
A) Hipokoaqulyasiya

B) Plazmanın laxtalanma faktorlarının konsentrasiyasının artması

C) Hiperkoaqulyasiya

D) Trombositlərin konsentrasiyasının artması

E) Fibrinigenin konsentrasiyasının artması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə