Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur



Yüklə 1,18 Mb.
səhifə1/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   20
Anesteziologiya – reanimatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu


Bölmə 1. Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi

1) Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s. məsələləri əks etdirən əsas qanunudur:
A) Tibb müəssisənin müdiriyyətinin əmrləri

B) Cenevrə Bəyannaməsi

C) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu

D) BMT-nin İnsan Hüquqları Deklarasiyası

E) Tibbi Etikanın Bəynəlxalq Kodeksi
Ədəbiyyat: Səhiyyə sahəsində Azərbaycan Respublikasının Qanunlar Toplusu. Bakı, 2000.
2) Anesteziya, intensiv terapiya ya reanimasiyaya məruz qalan pasiyentin hüquqlarına daxil deyildir:
A) Tibbi sənədlərlə tanış olması

B) Tibbi müdaxiləyə razılıq verməsi

C) Diaqnostik-müalicə prosedurlarının və medikamentlərin təyin edilməsi

D) Şikayətlə tibb müəssisənin rəhbərinə müraciət etməsi

E) Tibbi müdaxilədən imtina etməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
3) Anestezioloq-reanimatoloqun vəzifə borcu deyildir:
A) Qrafik üzrə gecə növbəsində işləmək

B) Anesteziya metodunun seçimi

C) Anestezioloji-reanimatoloji bölmələrdə işləyəm orta tibb personalının işinə nəzarət etmək

D) Cərrahların işinin qiymətləndirilməsi

E) Anesteziya, intensiv terapiya və reanimasiya aparılan xəstələrin vəziyyətlərinin qiymətləndirilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
4) Anestezioloq-reanimatoloqun əsas hüquqi sənədidir:
A) Reanimasiya və intensiv terapiya kartası

B) Təyinat vərəqi

C) Anesteziya kartası

D) Xəstəlik tarixi (Stasionar xəstənin tibbi kartası)

E) Xəstənin əməliyyatönü baxışı kartası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
5) Anestezioloq-reanimatoloq bilavasitə tabeliyindədir:
A) Anesteziologiya-reanimatologiya şöbə müdirinin

B) Cərrahiyyə şöbəsi müdirinin

C) Daha təcrübəli anestezioloq-reanimatoloqun

D) Baş həkimin

E) Baş həkimin müalicə işləri üzrə müavinin
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
6) Anestezist tibb bacısının vəzifə borcu deyildir:
A) Anesteziyadan əvvəl lazım olam medikamentləri hazırlamaq

B) Anesteziya kartasında lazımi qeydlər aparmaq

C) Anesteziya metodunu seçmək

D) Xəstənin əməliyyat masasına yerləşdirilməsində kömək etmək

E) Anesteziyadan əvvəl anestezioloji avadanlığın işə hazırlamaq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
7) Aşağıda göstərilənlərdən hansı anestezist tibb bacısının vəzifə borcu deyildir:
A) Xəstənin vəziyyətinə nəzarət etmək

B) Anestezioloji kartasında qeydlər aparmaq

C) İnhalyasion anestetiklərin konsentrasiyanı tənzimləmək

D) Anestezioloqun nəzarəti altında infuzion-transfuzion terapiya aparmaq

E) Spontan yaxud süni tənəffüsün adekvatlığına nəzararət etmək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
8) “Anesteziologiya” elminin əsas məsələlərə aid deyildir:
A) Orqanizmin əməliyyatın zərərli təsirlərdən qorunması

B) Ölmə zamanı orqanizmdə baş verən proseslərin öyrənilməsi

C) Əməliyyat zamanı və əməliyyatdan sonra ağrısızlaşdırma

D) Orqanizmin həyati vacib funksiyalarının idarə olunması

E) Əməliyyata hazırlıq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
9) Tibb işçiləri tərəfindən ən çox rastlaşan professional cinayətin xarakteri:
A) Qəsdən xəstənin səhhətinə zərər vurmaq

B) Bilvasitə niyyətlə xəstənin səhhətinə zərər vurmaq

C) Həkim borcunu yerinə yetirməkdən imtina etməsi nəticəsində xəstənin səhhətinə zərər vurmaq

D) Düşüncəsizliklə bağlı ehtiyyatsızlıqdan xəstənin səhhətinə zərər vurmaq

E) Səhlənkarlıqla bağlı ehtiyyatsızlıqdan xəstənin səhhətinə zərər vurmaq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Bölmə 2. Kliniki anatomiya, kliniki fiziologiya, xəstənin anesteziyaya hazırlanması

10) Yuxarı tənəffüs yolları hansılardan ibarətdir?
A) Traxeya və bronxlar

B) Burun boşluğu, ağız boşluğu, udlaq və qırtlaq

C) Burun boşluğu, ağız boşluğu, traxeya və bronxlar

D) Burun boşluğu, ağız boşlu

E) Udlaq, qırtlaq və traxeya
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
11) Nazotraxeal intubasiya yaxud nazoqastral zondun yerləşdirilməsi zamanı nədən istifadə edilməlidir?
A) Ağız boşluğundan

B) Yuxarı burun yolundan

C) Yalnız sağ burun yolundan

D) Sağ yaxud sol aşağı burun yolundan (keçəcəyindən)

E) Sağ, yaxud sol orta burun yolundan
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
12) Qırtlağın ən dar hissəsi hansıdır?
A) Səs yarığıdır

B) Qırtlaq dəhlizidir

C) Səs yarığı və qırtlaq dəhlizidir

D) Qırtlağın bütün hissələri eyni genişlikdədir

E) Qırtlağın səsaltı boşluğudur
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
13) Səs yarığı hansı formadıdır?
A) Oval formasındadır

B) Piramidaya bənzər formadadır: ön hissəsi geniş, arxa hissəsi dardır

C) Uşaqlarda oval, boyüklərdə isə piramidaya bənzər formadadır

D) Piramidaya bənzər formadadır: ön hissəsi dar, arxa hissəsi genişdir

E) Kvadrata bənzər formadadır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
14) Böyüklərlə müqayisədə yenidoğulmuşlarda:
A) Qırtlaq nisbətən uzundur, qıf formasındadır, 3 fəqərə yuxarıda yerləşir

B) Qırtlaq nisbətən qısadır, 3 fəqərə aşağıda yerləşir

C) Qırtlaq nisbətən qısadır, qıf formasındadır, 3 fəqərə yuxarıda yerləşir

D) Qırtlağın yuxarı hissəsi dar, aşağı hissəsi genişdir

E) Qırtlağın bütün hissələr eyni genişlikdədir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
15) Krikotireoid membranı harada yerləşir?
A) Traxeyanın 2-ci və 3-cü halqaları arasında yerləşir

B) Qırtlaqüstü və səs bağların arasında yerləşir

C) Traxeyanın və üzüyəbənzər qığırdağın arasında yerləşir

D) Qalxanabənzər və üzüyəbənzər qığırdaqların arasında yerləşir

E) Traxeyanın 1-ci və 2-ci halqaları arasında yerləşir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
16) Anesteziologiya və reanimatologiyada dərman maddələrinin yeridilməsi üçün ən optimal və universal üsul?
A) İnhalyasion yolla

B) Aplikasion yolla

C) Dərialtı

D) Venadaxili

E) Əzələdaxili
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
17) Anesteziologiya və reanimatologiyada dərmanların venadaxili yeridilməsi üçün daha çox hansı istifadə olunur?
A) Aşağı ətrafların səthi venaları

B) Bud venası

C) Yuxarı ətrafların səthi venaları

D) Xarici vidaci vena

E) Daxili vidaci vena
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
18) Bud venasının punksiyası və kateterizasiyası ilə əlaqədar baş verən ağırlaşmalara nə daxil deyildir?
A) Ağ ciyər arteriyasının tromboemboliyası

B) Qalça venasının trombozu

C) Plevra günbəzinin zədələnməsi

D) Tromboflebit

E) Bud venasının trombozu
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
19) Körpücükaltı venanın kateterizasiyası zamanı xəstənin stolda veziyyəti?
A) Xəstə sol böyrü üstə uzanır

B) Xəstə sağ böyrü üstə uzanır

C) Xəstənin başının altına yastıq qoyulur

D) Stolun baş tərəfi 15-20° yuxarı qaldırılır

E) Stolun ayaq tərəfi 15-20° yuxarı qaldırılır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
20) Döş limfa axarı tökülür?
A) Sağ tərəfdən daxili vidaci venanın və körpücükaltı venanın birləşdiyi bucağa

B) Sol tərəfdən daxili vidaci venanın və körpücükaltı venanın birləşdiyi bucağa

C) Sağ xarici vidaci venaya

D) Yuxarı boş venaya

E) Sol xarici vidaci venaya
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
21) Nəyə görə körpücükaltı venanın sağ tərəfdən punksiyası sol tərəfli punksiyası ilə müqayisədə nisbətən təhlükəsiz sayılır?
A) Sol tərəfdən plevra gümbəzinin zədələnməsi mümkündür

B) Sol tərəfdən ümumi yuxu arteriyasının zədələnməsi mümkündür

C) Sol tərəfdən azan sinirinin zədələnməsi mümkündür

D) Sol tərəfdən döş limfa axarının zədələnməsi mümkündür

E) Sol tərəfdən aortanın zədələnməsi mümkündür
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
22) Onurğa beyninə sıx bitişikdir?
A) Yumşaq beyin qişası

B) Hörümçək torunabənzər qişa

C) Beynin sərt qişası

D) Tinüstü bağ

E) Sarı bağ
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
23) Spinal punksiya zamanı iynə hansı ardıcıllıqla beyin qişalarını keçir?
A) Hörümçək torunabənzər qişa, beynin sərt qişası

B) Yumşaq beyin qişası, beynin sərt qişası

C) Beynin sərt qişası, hörümçək torunabənzər qişa

D) Hörümçək torunabənzər qişa, yumşaq beyin qişası

E) Yumşaq beyin qişası, hörümçək torunabənzər qişa
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
24) Uşaqlarda neyronların differensasiya prosesi əsasən neçə yaşa qədər davam edir?
A) 3

B) 5


C) 1

D) 7


E) 15
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
25) Böyüklərdə onurğa beyin hansı səviyyəyə çatır?
A) L1-2

B) Th12 – L1

C) S1-2

D) L5 – S1



E) S4
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
26) Fəqərə sütunu aşağıdaki hansı şöbələrdən ibarətdir?
A) 7 boyun, 15 döş, 5 bel və 5 oma fəqərələrindən və büzdümdən

B) 7 boyun, 12 döş, 6 bel və 5 oma fəqərələrindən və büzdümdən

C) 7 boyun, 12 döş, 7 bel və 3 oma fəqərələrindən və büzdümdən

D) 8 boyun, 12 döş, 5 bel və 4 oma fəqərələrindən və büzdümdən

E) 7 boyun, 12 döş, 5 bel və 5 oma fəqərələrindən və büzdümdən
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
27) Onurğa beyni hansı səviyyədə qurtarır?
A) L2

B) S5


C) Th12

D) S2


E) L4
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
28) Epidural punksiya zamanı iynə bağları hansı ardıcıllıqla keçir?
A) Tinüstü bağ, sarı bağ, tinarası bağ

B) Tinarası bağ, tinüstü bağ, sarı bağ

C) Sarı bağ, tinüstü bağ, tinarası bağ

D) Tinüstü bağ, tinarası bağ, sarı bağ

E) Sarı bağ, tinarası bağ, tinüstü bağ
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
29) Fəqərə sütununun saqital müstəvidə olan fizioloji əyrilikləri hansılardır?
A) Bel və oma lordozu, boyun və döş kifozu

B) Boyun və bel kifozu, döş və oma lordozu

C) Döş və boyun lordozu, bel və oma kifozu

D) Boyun, bel və oma lordozu, döş kifozu

E) Boyun və bel lordozu, döş və oma kifozu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
30) Epidural sahənin uzunluğu aşağıda gəstərilən kimidir:
A) Th1-dən S5-ə kimi

B) L1-dən oma dəliyinə kimi

C) C1-dən oma dəliyinə kimi

D) C1 -dən L1-ə kimi

E) Th1-dən L5-ə kimi
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
31) Nazotraxeal intubasiya zamanı istifadə edilən boruların ölçüləri:
A) Boruların daxili diametri 4 mm-dən az olmalıdır

B) Orotraxeal intubasiya üçün istifadə edilən borulardan istifadə olunmalıdır

C) Orotraxeal intubasiya üçün istifadə edilən borulardan 1 nömrə kiçik olmalıdır

D) Xəstənin bədən çəkisinə uyğun olaraq hesablanmalıdır

E) Orotraxeal intubasiya üçün istifadə edilən borulardan 1 nömrə böyük olmalıdır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
32) Böyüklərdə sağ baş bronxun uzunluğu neçə santimetrdir?
A) 2,5

B) 1


C) 5

D) 8


E) 12
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
33) Böyüklərdə sol baş bronxun uzunluğu neçə santimetrdir?
A) 2,5

B) 15


C) 1

D) 5


E) 10
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
34) Böyüklərdə krikotireoid membranın ölçüləri?
A) 0,9 sm × 3,0 sm təşkil edir

B) 3,0 sm × 5,0 sm təşkil edir

C) 0,5 sm × 5,0 sm təşkil edir

D) 1,5 sm × 1,5 sm təşkil edir

E) 0,5 sm × 0,5 sm təşkil edir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
35) Sеrеbral damarları ən güclü gеnişləndirir?
A) PCO2-nin artması

B) Halоtan

C) Efir

D) Barbituratlar



E) PO2-nin azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
36) Krikotireoidotomiya yaxud membranın punksiyası üçün göstərişdir?
A) Səs yarığı yaxud ondan yuxarı səviyyədə obstruksiya ilə əlaqədar olan asfiksiya, əgər traxeyanın intubasiyası mümkün deyilsə

B) Arterial qanda oksigenin parsial təzyiqinin kritik səviyyəyə qədər düşməsi ilə müşahidə olunan bütün hallar

C) Səs yarığı yaxud ondan yuxarı səviyyəsində obstruksiyası ilə əlaqədar olan asfiksiya, əgər traxeyanın intubasiyası mümkündirsə

D) Arterial qanda karbon qazının parsial təzyiqinin 2 dəfə yüksəlməsi ilə müşahidə olunan bütün hallar

E) Traxeyanın aşağı səviyyəsində obstruksiya ilə əlaqədar olan asfiksiya
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
37) Krikotireoidotomiya metodu icra olunanda?
A) Dəri və krikotireoid membranı köndələn istiqamətdə kəsilir

B) Dəri qövsvarı kəsiklə, krikotireoid membranı uzununa kəsilir

C) Dəri və krikotireoid membranı xaçvari kəsilir

D) Dəri köndələn istiqamətdə, krikotireoid membranı uzununa kəsilir

E) Dəri və krikotireoid membranı uzununa kəsilir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
38) Krikotireoidotomiya metodu icra olunanda xəstənin spontan tənəffüsü üçün kifayət olan borunun minimal daxili diametri?
A) 2 sm olmalıdır

B) 1 sm olmalıdır

C) 2 mm olmalıdır

D) 15-16 mm olmalıdır

E) 4-5 mm olmalıdır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
39) Larinqospazm üçün nə xarakterikdir?
A) Bronxiolların daralması

B) Səs yarığının normada geniş olan ön hissəsinin daralması

C) Səs yarığının normada geniş olan arxa hissəsinin daralması

D) Qırtlağın üzüyəbənzər qığırdaq səviyyədə daralması

E) Qırtlaq qapağı ilə qırtlaq girişinin bağlanması
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
40) Yenidoğulmuşlarda traxeyanın uzunluğu?
A) 10 sm-dır

B) 7 sm-dır

C) 1 sm-dır

D) 2 sm-dır

E) 4 sm-dır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
41) Böyüklərdə traxeyanın uzunluğu?
A) 5 – 9 sm arasındadır

B) 9 – 15 sm arasındadır

C) 20 sm-dır

D) 5 sm-dır

E) 3 – 5 sm arasındadır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
42) Böyüklərdə traxeyanın uzunluğunun ortası yerləşir?
A) Döş sümüyünün aşağı 1/3 səviyyəsində

B) Vidaci çuxuru səviyyəsində

C) Döş sümüyünün yuxarı 1/3 səviyyəsində

D) Xəncərəbənzər çıxıntı səviyyəsində

E) Döş sümüyünün ortası səviyyəsində
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
43) Sorucu kateteri endoraxeal borudan keçirməklə tənəffüs yollarını bəlğəmdən təmizlədikdə?
A) Minimal diametrli sorucu kateterdən istifadə edilməlidir

B) Sorucu kateter endotraxeal borunun dəliyini tam tutmalıdır

C) Sorucu kateterin və endotraxeal borunun ölçüləri eyni olmalıdır

D) Sorucu kateter endotraxeal borudan tam sərbəst keçməlidir

E) Sorucu kateterin diametri endotraxeal borunun diametrindən 2 dəfə kiçik olmalıdır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
44) Arxası üstə uzanan xəstənın bəlğəmi adətən yığılır?
A) Retrofaringeal sahədə

B) Yuxarı burun keçəcəyində

C) Dilin altında

D) Ağız boşluğunda

E) Aşağı burun keçəcəyində
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
45) Anеstеziya zamanı anafilaktik rеaksiyanı aradan qaldırmaq üçün aşağıda göstərilən tədbir düzgündür?
A) Anеstеziyanın dərinləşməsi üçün nəfəs alınan qarışıqda anеstеtikin kоnsеntrasiyasının yüksəlməsi

B) Vеnadaхili infuziyaların dayandırılması

C) Adrеnalinin vеnadaхili vurulması (50-100 mkq)

D) Natrium bikarbоnatın vеnadaхili yeridilməsi

E) Yüksək dоzada furоsеmidin vеnadaхili yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
46) Anafilaksiya zamanı ilk növbədə nə lazımdır?
A) Antihistamin prеparatlarının yeridilməsi

B) Traхеyanın intubasiyası

C) Kоrtikоstеrоidlərin yeridilməsi

D) Mayе infuziyası

E) Adrеnalin hidrохlоridin vеnadaхili yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
47) Kişilərdə kəsici dişlərdən traxeyanın bifurkasiyasına qədər olan məsafə bərabərdir?
A) 20 sm

B) 18 sm


C) 26 sm

D) 23 sm


E) 29 sm
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
48) Əgər kişilərdə intubasion borunun kəsici dişlərin səviyyəsində olan nişanı 28 sm göstərirsə, onda borunun distal ucu yerləşir?
A) Traxeyanın bifurkasiyasında

B) Qırtlaqda

C) Sağ baş bronxda

D) Traxeyanın bifurkasiyadan yuxarı olan nahiyədə

E) Sol baş bronxda
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
49) Kişilərdə kəsici dişlərdən səs bağlarına kimi olan məsafə təxminən bərabərdir?
A) 13 sm

B) 20 sm


C) 23 sm

D) 17 sm


E) 10 sm
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
50) Böyüklərdə onurğa-beyni mayesinin miqdarı?
A) 5-10 ml

B) 400-500 ml

C) 30-40 ml

D) 800-1000 ml

E) 130-150 ml
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
51) Sarı bağ fəqərələrin hansı hissələrini birləşdirir?
A) Fəqərə cisimlərini ön tərəfdən

B) Fəqərə cisimlərini arxa tərəfdən

C) Fəqərə cisimlərini və tin çıxıntılarını

D) Fəqərələrin tin çıxıntılarını

E) Fəqərə qövslərini
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
52) Hansı fəqərələrin tin çıxıntıları üfüqi xəttdə yerləşir?
A) Orta və aşağı döş fəqərələrinin

B) Boyun, iki yuxarı döş və aşağı bel fəqərələrinin

C) Aşağı döş, bel, oma fəqərələrinin

D) Boyun və döş fəqərələrinin

E) Bel, beş oma və büzdüm fəqərələrinin
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
53) Yenidoğulmuşlarda onurğa beyni neçənci fəqərəyə kimi çatır?
A) S4

B) S2


C) L3

D) L1


E) L5
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
54) Beyin kötüyünə daxil deyildir?
A) Orta beyin

B) Ara beyin

C) Beyincik

D) Uzunsov beyin

E) Baş beyin körpüsü
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
55) Yuxarı ətrafın medial dərialtı venası?
A) Əlin arxasının medial nahiyyəsində başlayır, bazunun yxarı hissəsinin ortasına çatanda bu venadan qoltuqaltı vena başlayır

B) Yuxarı ətrafın lateral dərialtı venasından başlayır, dirsək çuxurunu çəpinə keçərək, medial dərialtı venaya daxil olur

C) Qoltuqaltı venanın davamıdır

D) Əlin arxasının lateral nahyiyəsində başlayır, körpücükaltı-döş fassiyasını deşir və qoltuqaltı venaya daxil olur

E) Qoltuqaltı nahiyyəsində yerləşir və yuxarı ətrafın səthi və dərin venaların əsas kollektorudur
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
56) Körpücükaltı vena üçün xarakterik deyildirdir?
A) Tromboflebitin əmələ gəlməsi

B) Nəfəsalma zamanı yığılmaması

C) Punksiya zamanı hava emboliyasının baş vermə ehtimalı

D) Sklerotik dəyişikliklərin olmaması

E) Böyüklərdə venanın diametri 12 – 25 mm olması
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə