Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur



Yüklə 1,18 Mb.
səhifə10/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

518) Klapanlı pnevtoraksla müşahidə olunan ağ ciyərlərin zədələnməsi olan xəstələrdə ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı gərgin pnevtoraksın profilaktikası üşün nə edilməlidir?
A) ASV zamanı 100% oksigenlə ventilyasiya aparılmalıdır

B) ASV-dan əvvəl plevral boşluğun drenajı yaradımalıdır

C) İkimənfəzli boru vasitəsilə sağ və sol ağ ciyələrin müstəqil ventilyasiyası aparılmalıdır

D) Nəfəsvermənin sonunda müsbət təzyiq rejimində ASV aparılmalıdır

E) ASV zamanı sorucu vasitəsilə vaxtaşırı bronxların sanasiyası aparılmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
519) Traxeya üzərində əməliyyatlar və ağ ciyər qanaxmaları olan xəstələrdə əməliyyatlar aparılanda anesteziya zamanı ilk növbədə nəyə fikir verilməlidir?
A) Ağ ciyərlərin süni ventilyasiyasından (ASV-dan) əvvəl plevral boşluğun drenajı yaradılır

B) Anesteziya inhalyasion anestetiklərlə aparılmalıdır

C) Nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimində ağ ciyərlərin süni ventilyasiyası (ASV) aparılmalıdır

D) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı 100% oksigenlə ventilyasiya aparılmalıdır

E) İkimənfəzli boru vasitəsilə sağ və sol ağ ciyələrin müstəqil ventilyasiyası təmin edilməlidir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
520) Pulmonektomiya əməliyyatından sonra qanitirmənin korreksiyası zamanı məsləhət olunan mülayim həmodilyusiya rejimi hematokritin hansı səviyyəsini nəzərdə tutur?
A) 35-40%

B) 25-30%

C) 30-35%

D) 45-50%

E) 20-25%
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
521) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı anesteziyanın aparılması üçün daha uyğun olan inhalyasion anestetik hansıdır?
A) Halotan

B) Azot oksidi

C) İzofluran

D) Dietilefir

E) Enfluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
522) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı anesteziyaya induksiya “kardioinduksiya” sxemi üzrə aparılması nəyi nəzərdə tutur?
A) Depolyarizasiyaedici relaksantlardan istifadə etməklə tez bir zaman miorelaksasiyaya nail olmasını

B) Azot oksidinin yüksək konsentrasiyalarından istifadə etməklə anesteziyaya induksiyanın aparmasını

C) Anesteziyaya induksiyanın yalnız inhalyasion anestetiklər vasitəsilə aparmasını

D) Anesteziyaya induksiya yalnız ketamin vasitəsilə aparmasını

E) Mərkəzi analgetiklər, benzodiazepinlər yaxud digər preparatların böyük dozalarından istifadə etməklə simpatoadrenal sistemin aktivləşməsinin qarşısının almasını
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
523) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı süni qan dövranı fazasında anesteziyanın davamı hansı preparatlar vasitəsilə aparılır?
A) Azot oksidi, benzodiazepinlər, propofol

B) Mərkəzi analgetiklər, benzodiazepinlər, propofol

C) İzofluran

D) Azot oksidi və propofol

E) Azot oksidi və halotan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
524) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı hipertenziv reaksiyaların terapiya və profilaktikası üçün hansı hipotenziv preparatlardan estifadə edilməsi məqsədəuyğundur?
A) Nitroprussid natrium

B) Nitroqliserin

C) Pentamin

D) Dibazol

E) Droperidol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
525) Torakal cərrahiyyədə hansı əməliyyatlarda birləşdirilmiş anesteziyadan (ümuni anesteziya + epidural blokada) istifadə etmək məqsədəuyğun deyildir?
A) Pulmonektomiya

B) Mitral çatmamazlığın korreksiyası

C) Mitral stenozun korreksiyası

D) Aortal çatmamazlığın korreksiyası

E) Aortokoronar şuntlama (AKŞ)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
526) Kəskin bağırsaq keçməməzliyində həyatın vacib funksiyaların pozğunluqlarının inkişafının ilk fizioloji mexanizmi hansıdır?
A) Ağciyər ventilyasiyasının pozulması nəticəsində inkişaf edən hipoksemiya

B) Börək funksiyasının zəiflənməsi

C) Su-elektrolit və turşu-qələvi pozğunluqları

D) Simpato-adrenal sisteminin aktivləşməsi nəticəsində inkişaf edən hiperkatexolaminemiya

E) Ürəyin nasos funksiyasının zəiflənməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
527) Kəskin bağırsaq keçməməzliyində hemodinamika tərəfindən hansı tip pozğunluqu müşahidə olunur?
A) Preyüklənmənin artması

B) Hipovolemiya

C) Hiperdinamik sindromu

D) Hipervolemiya

E) Hipertenziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
528) Kəskin bağırsaq keçməməzliyində qusması olmayan xəstələrdə turşu-qələvi balansının hansı tip pozğunluqu müşahidə olunur?
A) Kompensasiya olunmuş tənəffüs alkalozu

B) Metabolik alkaloz

C) Metabolik asidoz

D) Tənəffüs asidozu

E) Dekompensasiya olunmuş tənəffüs alkalozu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
529) Kəskin bağırsaq keçməməzliyində inkişaf edən intoksikasiyanın mənbəyi hansıdır?
A) Qara ciyər

B) Ağ ciyərlər

C) Mədəaltı vəzi

D) Bağırsaq möhtəviyatı

E) Böyrəklər
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
530) Kəskin pankreatiti və pankreatonekrozu olan xəstələrdə inkişaf edən toksemiyanın səbəbi hansıdır?
A) Qanda öd turşularının və piqmentlərin konsentrasiyasının artması

B) Proteolitik və lipolitik fermentlərin qana və limfaya sorulması

C) Bağırsaq möhtəviyatının qana sorulması

D) Qara ciyər funksiyasının pozulması

E) Böyrəklərin ifrazedici funksiyasının pozulması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
531) Kəskin pankreatit və pankreatonekroz zamanı inkişaf edən hemodinamik pozğunluqlarının inkişaf mexanizmi nədən ibarətdir?
A) Simpato-adrenal sistemin aktivləşməsi nəticəsində hiperdinamik sindromunun inkişafı

B) Plazmadan su və elektrolitlərin bağırsaq mənfəzinə keçməsi

C) Plazmanın parapankreatik toxumalara ekssudasiyası, periferik damarların parezi, qusma

D) Mədə-bağırsaq qanaxmaları

E) Böyrəklərin ifrazedici funksiyasının pozulması nəticəsində hipervolemiyanın inkişafı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
532) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə əməliyyatönüı hazırlığın aparılmasına nə qədər vaxt verilir?
A) Adətən 30-40 dəqiqə, cox ağır hallarda 1 saat

B) Adətən 3-4 saat, cox ağır hallarda 8 saat

C) Adətən 1 sutka, cox ağır hallarda 12 saat

D) Adətən 1-2 saat, cox ağır hallarda 3-4 saat

E) Adətən 5-6 saat, cox ağır hallarda 24 saat
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
533) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə əməliyyatdan əvvəl mədəni boşaltmaq ücün optimal tədbiri hansıdır?
A) Yoğun zond vasitəsilə mədə təmiz su qələnə kimi yuyub təmizlənir; traxeya inbasiyadan əvvəl zond çıxarılır

B) Mədə möhtəviyatını bağırsağa boşaltmaq və qida borusunun aşağı sfinkterinin tonusunu artırmaq məqsədilə xəstəyə metoklopramid (reqlan, serukal) yeridilir

C) Əvvəl traxeyanın intubasiyası aparılır, sonra zond mədəyə salınır, mədə yuyub təmizlənir və əməliyyat başlanılır

D) Nazik zond vasitəsilə mədə yuyub təmizlənir; anesteziya zamanı və əməliyyatdan sonrakı dövrdə zond mədədə saxlanılır

E) Zond anesteziyaya induksiyadan əvvəl mədəyə salınır və orada əməliyyat qurtarana qədər saxlanılır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
534) Aşağıda qeyd olunan vəziyyətlərdən hansı kəskin bağırsaq keçməməzliyi və peritonitlə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələr üçün xarakterik deyildir?
A) Hipovolemiya

B) Hipoalbuminemiya

C) Hipotermiya

D) Hipotenziya

E) Hipoproteinemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
535) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə anesteziyaya induksiya və traxeyanın intubasiyası zamanı requrgitasiyanın profilaktikası məqsədilə hansı tədbirdən istifadə olunmur?
A) Qeyri-depolyarizasiyaedici miorelaksantlardan istifadə edilmir

B) Sellik üsulundan istifadə edilir

C) Depolyarizasiyaedici miorelaksantlardan istifadə etdikdə mütləq prekurarizasiya aparılır

D) Əməliyyat stolu Fovler vəziyyətə gətirilir

E) Zondun mədəyə salınır və bu vəziyyətdə anesteziyaya induksiya, miorelaksasiya və traxeyanın intubasiyası aparılır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
536) Böyüklərdə sutka ərzində mədə-bağırsaq traktına sekresiya olunan ifrazatların ümumi həcmi nəçə litr təşkil edir:
A) 3,0-3,5

B) 1,5-2,0

C) 5,0-6,0

D) 0,3-0,5

E) 8,0-9,0
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
537) Kəskin bağırsaq keçməməzliyi ilə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələrdə anesteziyaya induksiya zamanı mədənin turşu reaksiyalı möhtəviyatının aspirasiyasının profilaktikası məqsədilə hansı tədbirdən istifadə olunmur?
A) Əməliyyatdan 40 dəq əvvəl 300 mq simetidin yeritmək

B) Mədə zondu vasitəsilə mədəni yuyub təmizlənmək

C) Əməliyyatdan 30 dəq əvvəl mədə zondun antasid preparatı yeritmək

D) Mədənin boşalmasını təmin etmək məqsədilə əməliyyatı 6 saata təxirə salmaq

E) Anesteziyaya induksiya və traxeyanın intubasiyası zamanı Sellik üsulundan istifadə etmək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
538) Kəskin pankreatit və pankreatonekroz zamanı hansı orqan yaxud sistem tərəfinndən olan xarakterik pozğunluqlar daha tez nəzərə çarpır?
A) Hemostaz sistemi

B) Mərkəzi sinir sistemi

C) Tənəffüs

D) Qara ciyər

E) Hemodinamika
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
539) Qara ciyərin cərrahi patologiyası olan xəstələrdə zülal mübadiləsinin pozulması nəticəsində hansı dəyişikliklər müşahidə olunur?
A) Plazmada öd turşularının və piqmentlərin konsentrasiyasının artması

B) Qanda proteolitik və lipolitik fenmentlərin olması

C) Qanda qlükozanın konsentrasiyasının artması

D) Qanda ammonyak, fenol, aşağı molekullu piy turşuları və piroüzüm turşusu törəmələrinin səviyyələnin artması

E) Qanda albuminlər, fibrinogen və protrombinin səviyyəsinin azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
540) Qara ciyər və öd kisəsinin cərrahi patologiyası ilə əlaqədar inkişaf edən xolestazın nəticəsində hansı dəyişikliklər müşahidə olunur?
A) Qanda öd turşuların və piqmentlərinin səviyyələri artır

B) Qanda albuminlərin, fibrinogenin və protrombinin səviyyələri enir

C) Qanda qlükozanın konsentrasiyası azalır

D) Qanda qlükozanın konsentrasiyası artır

E) Qana proteolitik və lipolitik fenmentlər daxil olur
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
541) Qara ciyər koması olan xəstələrdə turşu-qələvi balansının hansı tipli pozğunluqu müşahidə olunur?
A) Tənəffüs alkalozu

B) Metabolik asidoz

C) Kompensasiya olunmuş metabolik alkaloz

D) Tənəffüs asidozu

E) Dekompensasiya olunmuş metabolik alkaloz
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
542) Aşağıda qeyd olunanlardan hansı qarın boşluğu orqanlarında əməliyyatlar aparılan xəstələrdə bağırsaq parezinin inkişaf mexanizmlərinə aid deyildir?
A) Simpatik sinir sisteminin tonusunun yüksəlməsi

B) Kalium ionun mübadiləsinin pozulması

C) Ekzo- və endogen toksinlərin qana daxil olması

D) Hiperkatexolaminemiya

E) Parasimpatik sinir sisteminin aktivləşməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
543) Postoperasion pankreatitin etiopatogenetik faktorlarına aid deyildir:
A) Hipovolemiya

B) Hipoqlikemiya

C) Mikrosirkulyasiyanın pozğunluqları

D) Mədəaltı vəzinin əməliyyat zamanı zədənmələri

E) Duodenal hipertenziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
544) Geniş peritondaxili əməliyyatlar zamanı hansı anestetziya metodundan istifadə olunmalıdır?
A) Traxeyanın intubasiyası və ağ ciyərlərin süni ventilyasiyası ilə ümumi anesteziya

B) Epidural anesteziya

C) Spinal anesteziya

D) Yerli infiltrasion anesteziya

E) Kaudal anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
545) Hepatopankreanoduodenal zonada əməliyyatlar aparılan xəstələrdə kəskin postoperasion pankreatitin profilaktikası məqsədilə hansı anesteziya metodundan istifadə olunması məqsədəuyğundur?
A) Ümumi anesteziya (ağ ciyərlərin süni ventilyasiyası ilə) və epidural blokadadan ibarət olan birləşdirilmiş anesteziya

B) Kaudal anesteziya

C) Spinal anesteziya

D) Ümumi anesteziya (ağ ciyərlərin süni ventilyasiyası ilə) və kaudal blokadadan ibarət olan birləşdirilmiş anesteziya

E) Spontan tənəffüslə aparılan venadaxili anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
546) Hepatopankreanoduodenal zonada əməliyyatlarda anesteziya zamanı kəskin postoperasion pankreatitin profilaktikası məqsədilə hansı tədbirdən istifadə olunmur?
A) Kontrikal 30.000 V dəri kəsiyindən əvvəl və hepatopankreanoduodenal zonada işləyən vaxtı

B) Epidural blokada

C) Oktreotid (sandostatin) 0,1 mq anesteziyanın əvvəlində və axırında

D) Əməliyyatdan əvvəl və əməliyyatdan sonra pankreatik fermentlərin təyini

E) 5-ftorurasil (somatostatinin sintetik analoqu) 10 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
547) Kəskin pankreatitin və pankreatonekrozun patogenezinə aid deyildir?
A) Proteoliz

B) Mədəaltı vəzin axarlarında olan təzyiqin yüksəlməsi

C) Hipervolemiya

D) Pankreatik ifrazatın vəzi toxumasına düşməsi

E) Endogen toksemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
548) Kəskin pankreatitin intensiv terapiyasının qarşısında duran vəzifələrə aid deyildir?
A) Kəllədaxili təzyiqin yüksəlməsinin profilaktikası

B) Ağrısızlaşdırma

C) Dezintoksikasiya

D) Su-elektrolit və turşu-qələvi tarazlığı pozğunluqlarının korreksiyası

E) Hipovolemiyanın korreksiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
549) Qarın boşluğu orqanlarında əməliyyatların aparılmasına təcili göstərişlər olan xəstələrdə əməliyyat önü hazırlıq zamanı hipovolemiyanın korreksiyası üçün hansı preparatlardan istifadə olunmur?
A) 5%-li glükoza məhlulu

B) Elektrolit məhlulu

C) Süni kolloid plazmaəvəzedicilər məhlulu

D) Aminturşalar məhlulu

E) Protein məhlulu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
550) Mədə-bağırsaq qanaxmalar ilə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələrdə anesteziyaya induksiya üçün hansı anestetikdən istifadə etmək məqsədəuyğundur?
A) Ketamin 2-3 mq/kq

B) Metoheksital 1-1,5 mq/kq

C) Etomidat 0,2 mq/kq

D) Propofol 2-2,5 mq/kr

E) Tiopental 4-5 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
551) Boğulmuş yırtıqlarla əlaqədar aparılan əməliyyatlarda ümumi anesteziya başlayanda miorelaksantların yeridilməsi nəticəsində hansı xarakterik ağırlaşmanın baş verməsi gözlənilir?
A) Miorelaksantların uzunmüddətli təsiri

B) Bədxassəli hipertermiya sindromunun inkişafı

C) Yırtığın öz-özünə yerinə salınması və yırtığın içindəki möhtəviyatla qarın boşluğunun infeksiyalaşması

D) Əzələ ağrıları

E) Plazmada kalium ionunun konsentrasiyasının artması ilə əlaqədar aritmiyaların baş verməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
552) Destruktiv xolesistitlə əlaqədar aparılan təxirəsalınmaz müdaxilələrdən əvvəl əməliyyatönü hazırlıq hansı müddət ərzində aparılır?
A) 1-2 saat

B) 6 saat

C) 16 saat

D) 24 saat

E) 10 saat
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
553) Mexaniki sarılıq və kəskin xolesistitlə xəstənin əməliyyatönü hazırlığı hansı növ preparatların daxil edilməsi patogenetik nöqtəyi-nəzərdən əsassızdır?
A) Spazmolitiklər

B) Reoloji preparatlar

C) Ürək qlikozidləri

D) Proteazaların inhibitorları

E) Kristalloid məhlulları
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
554) Kəskin bağırsaq keçməməzliyində sutka ərzində itirilmiş zülülların miqdarı nə qədər olur?
A) 100-110 qram

B) 0,5-2,0 qrama qədər

C) 30-35 qram

D) 60-70 qram

E) 300 qram və daha çox
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
555) Kəskin bağırsaq keçməməzliyində su-elektrolit balansının hansı formalı pozğunluğu müşahidə olunur?
A) Hücəyrəxarici dehidratasiya

B) Hücəyrədaxili dehidratasiya

C) Ümumi hiperhidratasiya

D) Hücəyrədaxili hiperhidratasiya

E) Hücəyrəxarici hiperhidratasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
556) Hansı travmatoloji əməliyyatlarda regionar anesteziya metodlarının tətbiqi göstərişdir?
A) Bədənin bir neçə seqmenti üzərində aparılan uzunmüddətli (1,5-2 saatdan çox) əməliyyatlarda

B) Ətraflarda aparılan qısa və ortamüddətli planlı əməliyyatlarda

C) Bədənin qeyri-fizioloji vəziyyətlərində aparılan əməliyyatlarda

D) Travmatik şokla müşayiət olunan xəstələrdə

E) Kompensasiya olunmamış qanaxma ilə müşayiət olunan təcili əməliyyatlarda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
557) Fəqərə sütununda travma yaxud xəstəliklərlərlə əlaqədar aparılan əməliyyatlarda hansı anesteziya metodunun istifadəsi göstərişdir?
A) Kaudal anesteziya

B) Spinal anesteziya

C) Spontan tənəffüslə venadaxili anesteziya

D) Miorelaksasiya və ağ ciyərlərin süni ventilyasiyası ilə aparılan ümumi anesteziya

E) Epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
558) Odlu silah yaralanması zamanı aşağı ətrafların çoxsaylı sınıqları alan zərərçəkənlərin təxminən neçə faizində travmatik şok müşahidə olunur?
A) 10%

B) 5%


C) 1%

D) 50%


E) 20%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
559) Bud-çanaq, diz oynaqları və bud sümüyündə aparılan rekonstruktiv-bərpa əməliyyatları zamanı hansı anesteziya metodu göstərişdir?
A) Spontan tənəffüslə venadaxili anesteziya

B) Miorelaksasiya və ağ ciyərlərin süni ventilyasiyası ilə aparılan ümumi anesteziya

C) Kontrol olunan sedasiya fonunda spinal-epidural anesteziya

D) Kaudal anesteziya

E) Spinal anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
560) Bud-çanaq oynağı və bud sümüyündə ortopedik əməliyyatlarda aşağı ətrafların dərin venalarının trombozu inkişaf edən xəstələrin neçə faizində ağciyər arteriyası tromboemboliyanın kliniki əlamətləri müşahidə olunur?
A) 0,1%

B) 50%


C) 5%

D) 30%


E) 80%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
561) Aşağıda qeyd olunan veziyyətlərdən hansı bud-çanaq oynağı və bud sümüyündə ortopedik əməliyyatlar aparılan xəstələr üçün xarakterik deyildir?
A) Aspirasion pnevmoniya

B) Ağ ciyər arteriyanın tromboemboliyası

C) Aşağı ətrafların dərin venaların trombozu

D) Piy emboliyası

E) Qanitirmə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
562) Uroloji əməliyyatlar zamanı xəstə əməliyyat stolunda litotomik yaxud lateral “böyrək” vəziyyətində olanda orqanizmdə hansı dəyişiklik baş vermir?
A) Plazmada kalium ionunun konsentrasiyasının azalması

B) Venoz qan qayıtmasının pozulması

C) Diafraqma ekskursiyarın çətinləşməsi

D) Bud sinirinin və qapayıcı sinirin zədələnməsi

E) İncik sinirinin zədələnməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
563) Operativ sistoskopiya zamanı adətən hansı anesteziya metodunun istifadəsi məqsədəuyğun sayılmır?
A) Spinal anesteziya

B) Spontan tənəffüslə aparılan maska vasitəsilə inhalyasion anesteziya

C) Spontan tənəffüslə aparılan venadaxili anesteziya

D) Traxeyanın intubasiyası və ağ ciyərlərin süni ventilyasiyası ilə aparılan ümumi anesteziya

E) Lyumbal epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
564) Aşağıda qeyd olunmuş fəsadlardan hansı prostat vəzinin hiperplaziyası ilə əlaqədar transuretral rezeksiya əməliyyatı aparılan xəstələrdə tez-tez rast gəlinən fəsadlardan deyildir?
A) Hipotermiya

B) Qara ciyər çatmamazlığı

C) Qanaxma

D) Hiponatriyemik hiperhidratasiya sindromu

E) Sidik kisəsinin perforasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə