Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) TUR-sindromunun xarakterik əlamətlərinə daxil deyildir?



Yüklə 1,18 Mb.
səhifə11/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

565) TUR-sindromunun xarakterik əlamətlərinə daxil deyildir?
A) Baş ağrıları

B) Təngnəfəslik

C) Larinqospazm

D) Oyanma halı yaxud şüurun dolaşıqlığı

E) Arterial hipotoniya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
566) Hiponatriyemik hiperhidratasiya, qıcolmalar və koma ilə müşayiət olunan TUR-sindromun müalicəsi üçün istifadə olunmur?
A) Diuretiklər

B) Midazolam (2-4 mq) yaxud diazepam (3-5 mq)

C) 3-5%-li NaCl məhlulu

D) Antibiotiklər

E) Tiopental natrium (50-100 mq)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
567) Aşağıda qeyd olunmuş effektlərdən hansı onkoloji xəstəliklərdə əməliyyatönü dövrdə aparılmış kimyəvi terapiyanın əlavə təsirlərinə aid deyildir?
A) Leykositoz

B) Ağ ciyər fibrozu (bleomisindən sonra)

C) Kardiomiopatiyalar (doksorubisindən sonra)

D) Sümük iliyinin depressiyası

E) Böyrək çatışmazlığı (sisplastindən sonra)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
568) Kəskin böyrək çatişmamazlığının oliqoanurik mərhələsi olan xəstələrə penisillin qrupunun kalium duzlu antibiotikləri nə üçün əks-göstərişdir?
A) Nefrotoksikliyinə görə

B) Hiperhidratasiya törətdiyinə görə

C) Antibiotikin yüksək dərəcədə kumulyasiyası olduğuna görə

D) Antibiotikin antibakterial effektinin zəif olmasına görə

E) Plazmada kaliumun miqdarı yüksək olduğuna görə
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
569) Aşağıda qeyd olunanlardan hansı böyrəyin böyük şişləri ilə əlaqədar aparılan əməliyyatlar zamanı baş verə bilən xarakterik ağırlaşmalara aid deyildir?
A) Arterial hipertenziyanın inkişafı

B) Şiş ayrılan zaman diafraqmanın zədələnməsi nəticəsində pnevmotoraksın baş verməsi

C) Massiv qanitirmə

D) Şiş ayrılan zaman aşağı boş venanın zədələnməsi

E) Börəküstü vəzin çıxarılması yaxud zədələnməsi hesabına böyrəküstü vəzi fünksiyasının çatışmazlığı
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
570) TUR-sindromunun kliniki əmətlərinin yaranma səbəbi nə ilə bağlıdır?
A) Hipovolemiya

B) Metabolik alkaloz

C) Hücəyrədaxili dehidratasiya

D) Hücəyrədaxili hiperhidratasiya

E) Tənəffüs asidozu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
571) Uroloji xəstələrdə əməliyyatlardan sonrakı dövrdə ağrılara qarşı hansı metodun istifadə edilməsi məqsədəuyğun sayılır?
A) Azot oksidinin inhalyasiyası

B) Uzunmüddətli epidural analgeziya

C) Qeyri-opioid analgetiklərin sistemli şəkildə yeridilməsi

D) Qeyri-inhalyasion anestetiklərin kiçik dozalarının yeridilməsi

E) Opioid analgetiklərin sistemli şəkildə yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
572) Onkoloji xəstəliklərdə radikal əməliyyatlar zamanı endotraxeal metodla ümumi anesteziya və epidural anesteziyadan ibarət olan birləşdirilmiş anesteziya metodunun müsbət cəhətlərinə aid deyildir?
A) Cərrahi zonadan olan nosiseptiv afferentasiya iki səviyyədə blokada olunur

B) Ümumi anestetiklərə olan tələbat azalır

C) İnkişaf edən süni hipotenziya nəticəsində cərrahlar “quru” əməliyyat sahədə işləmək imkanı qazanırlar

D) Əməliyyat zamanı qanitirmənin həcminin azalması

E) Periferik damarların ümumi müqavimətinin yüksəlməsi ilə əlaqədar hipotenziyanın profilaktikasının təmin edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
573) Aşağıda qeyd olunmuş tədbirlərdən hansı uroloji xəstəliklərlə əlaqədar əməliyyatlar aparılan pasiyentlərdə tromoboembolik fəsadların profilaktikası məqsədilə istifadə olunmur?
A) Aşağımolekullu heparinlərin profilaktik dozalarının yeridilməsi

B) Konservləşrmiş donor qanının yaxud eritrosit kütləsinin infuziyası

C) Aşağı ətrafları elastik bintlə sarımaq yaxud elastik corablar geydirmək

D) Əməliyyatdan sonrakı dövrdə xəstələrin erkən fiziki aktivləşdirməsi

E) İnfuzion terapiyanın tərkibində reoloji preparatlardan istifadə edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
574) Böyrəklərdə və sidik axarlarının yuxarı və orta 1/3-də aparılan əməliyyatlar zamanı adətən hansı anesteziya metodundan istifadə olunur?
A) Epidural anesteziya

B) Endotraxeal metodla ümumi anesteziya

C) Yerli infiltrasion anesteziya

D) Spontan tənəffüslə venadaxili anesteziya

E) Spinal anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
575) Sidik axarlarının aşağı 1/3-də, sidik kisəsində və uretrada aparılan əməliyyatlar zamanı adətən hansı anesteziya metodundan istifadə olunur?
A) Yerli infiltrasion anesteziya

B) Spontan tənəffüslə müşayiet edən venadaxili anesteziya

C) Spinal yaxud epidural anesteziya

D) Bud sinirinin blokadası

E) Endotraxeal metodla ümumi anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
576) Uzunmüddətli və travmatik uroloji əməliyyatlar (sidik kisəsinin ekstirpasiyası, sidik axarlarının enteroplastikası, böyrəyin transplantasiyası, sidik yollarında təkrar rekonstruktiv əməliyyatlar, börək damarlarında əməliyyatlar) zamanı hansı anesteziya metodunun istifadəsi məqsədəuyğundur?
A) Uzunmüddətli təsir müddəti olan yerli anestetiklərlə epidural anesteziya

B) Yerli infiltrasion anesteziya + spontan tənəffüslə venadaxili anesteziya

C) Endotraxeal metodla ümumi anesteziya + epidural anesteziya

D) Epidular yolla yerli anestetiklər + opioid preperatları

E) Yerli anestetiklərin hiperbarık məhlulları ilə spinal anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
577) TUR-sindromu inkişafı zamanı yuyucu maye sidik kisəsindən qana hansı sürətlə daxil olunur?
A) 2 ml/dəq

B) 0,02 ml/dəq

C) 20 ml/dəq

D) 0,2 ml/dəq

E) 200 ml/dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
578) Aşağıda qeyd olunmuş əlamətlərdən hansı sidik kisəsinin perforasiyası üçün xarakterik deyildir?
A) Tərlilik

B) Sidik kisəsindən qayıdan yuyucu məhlulun həcminin azalması

C) Qarında ağrı

D) Larinqospazm

E) Ürəkbulanma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
579) Sidik axarlarının aşağı 1/3-də, sidik kisəsində və uretrada aparılan əməliyyatlardan sonra uzunmüddətli regionar analgeziya məqsədilə epidural sahəyə morfin hansı dozada yeridilir)
A) 0,2-0,4 mq

B) 8-10 mq

C) 18-20 mq

D) 5-6 mkq

E) 2-4 mq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
580) Fizioloji hamiləlik zamanı leykositlərin səviyyəsi necə dəyişir?
A) Dəyişmir

B) Hemoqlobinin səviyyəsindən asılı olaraq dəyişir

C) Azalır

D) Qan plazmasında ümumi zülalların səviyyəsindən asılıdır

E) Artır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
581) Fizioloji hamiləliyin inkişafı zamanı tənəffüs sistemi tərəfindən hansı dəyişiklik müşahidə olunmur:
A) Tənəffes həcminin artması

B) Dəqiqəlik ventilyasiyanın artması

C) Alveolyar hipoventilyasiya

D) Alveolyar qazda CO2-nin parsial təzyiqin azalması

E) Tənəffüs tezliyin artması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
582) Hamilə və doğan qadınlarda anestetik preparatlara qarşı həssaslıq?
A) Dəyişməz qalır

B) Artır


C) Azalır

D) Yalnız qanaxmalar zamanı artır

E) Yalnız hamiləliyin patologiyaları zamanı dəyişir
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
583) Keysər kəsiyi əməliyyatı zamanı aşağıda qeyd edilən preparatlatdan hansı uşaqlıq tonusuna depressiv təsir göstərmir?
A) Promedol

B) Morfin

C) Halotan

D) Ketamin

E) Fentanil
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
584) Keysər kəsiyi əməliyyatı zamanı aşağıda qeyd edilən preparatlatdan hansı uşaqlıq motorikasına mənfi təsir göstərir?
A) Barbituratlar kiçik dozalarda

B) Midazolam

C) Diazepam

D) Azot oksidi

E) Halotan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
585) Aşağıda qeyd edilən preparatlardan hansı ciftdən keçmir?
A) Benzodiazepinlər

B) Ketamin

C) Barbituratlar

D) Qanqlioblokatorlar

E) Halotan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
586) Keysər kəsiyi əməliyyatında anesteziya zamanı istifadə edilən miorelaksantlar?
A) Adi hallarda ciftdən keçmir

B) Bütün miorelaksantlar asanlıqla ciftdən keçir

C) Qeyri-depolyarizasiyaedici miorelaksantlar ciftdən keçir

D) Uzunmüddətli təsirə malik qeyri-depolyarizasiyaedici miorelaksantlar ciftdən keçir

E) Depolyarizasiyaedici miorelaksantlar ciftdən keçir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
587) Keysər kəsiyi əməliyyatı zamanı anesteziyaya induksiya məqsədilə tiopental natrium hansı dozada yeridilir?
A) 1-1,5 mq/kq

B) 0,5-1 mq/kq

C) 4-5 mq/kq

D) 8-10 mq/kq

E) 1,5-2 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
588) Keysər kəsiyi əməliyyatı zamanı anesteziyaya induksiya məqsədilə ketamin hansı dozada yeridilir?
A) 10 mq/kq

B) 0,1 mq/kq

C) 1 mq/kq

D) 5 mq/kq

E) 3 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
589) Keysər kəsiyi əməliyyatında ümumi anesteziya zamanı narkotik analgetiklər (fentanil, morfin, promedol) hansı halda istifadə edilə bilər?
A) Anesteziyaya induksiya mərhələsində

B) Əməliyyat zamanı istənilən vaxtda

C) Yalnız döl çıxarıldıqdan sonra

D) Yalnız miorelaksant yeridildikdən dərhal sonra

E) Premedikasiya məqsədilə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
590) Fizioloji hamiləlik zamanı hemostaz tərəfindən hansı dəyişiklik müşahidə olunmur?
A) Plazmanın laxtalanma faktorlarının konsentrasiyasının artması

B) Fibrinigenin konsentrasiyasının artması

C) Trombositlərin konsentrasiyasının artması

D) Hipokoaqulyasiya

E) Hiperkoaqulyasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
591) Hamilələrdə mədə-bağırsaq tərəfindən hansı dəyişiklik qeyd olunmur?
A) Mədə şirəsinin pH-in azalması

B) Doğuş zamanı mədənin evakuasiyasının pozulması

C) Mədə və bağıqsağın kranial istiqamətdə yer dəyişməsi

D) Mədə möhtəviyyatının reflyuksu və aspirasiya ehtimalı

E) Mədə şirəsinin pH-ın yüksəlməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
592) Hamilələrdə mədə-bağırsaq tərəfindən hansı dəyişiklik qeyd olunmur?
A) Mədə və bağıqsağın kranial istiqamətdə yer dəyişməsi

B) Mədə şirəsinin pH-ın azalması

C) Mədə möhtəviyyatının reflyuksu və aspirasiya ehtimalı

D) Mədə şirəsinin pH-ın yüksəlməsi

E) Doğuş zamanı mədənin evakuasiyasının pozulması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
593) Keysər kəsiyi əməliyyaıntda anesteziya zamanı istifadə edilən preparatlardan hansı ürək-damar sisteminə oksitosinlə sinergik olan təsir göstərir?
A) Tiopental natrium

B) Ketamin

C) Droperidol

D) Fentanil

E) Propofol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
594) Keysər kəsiyi əməliyyatı zamanı epidural anesteziyanın aparılmasına göstəriş deyildir?
A) Böyrək xəstəlikləri və yüksək dərəcəli miopiya

B) Nəzərəçarpan ürək çatışmamazlığı ilə müşayiət edilməyən ürək qüsurları

C) Hipertoniya xəstəliyi yaxud hipertoniya ilə müşayiə edilən hestoz

D) Dölün hipoksiyası

E) Ağ ciyərlərin xronoki obstruktiv xəstəlikləri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
595) Ciftin funksiyalarına aid deyildir?
A) Müxtəlif fermentlər və hormonların hasil edilməsi

B) Fetal zülal fraksiyalarının sintezinin həyata keçirməsi

C) Dölün qidalanmasının təmin edilməsi

D) Dölün qanyaradıcı funksiyasının üzərinə götürməsi

E) Döl orqanizmində gedən metabolizm proseslərinin son məhsullarının xaric edilməsi
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
596) Mamalıq praktikasında hansı hallarda halotanla anesteziya əks-göstərişdir?
A) Bronxial astma tutmaları zamanı

B) Uşaqlığın hipertonusunda və cırılma təhlükəsi olduqda

C) Yüksək dərəcəli miopiya və qlaukoma zamanı

D) Arterial hipertenziya zamanı

E) Uşaqlıq qanaxmaları və uşaqlıq hipotoniyası zamanı
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
597) Mamalıq praktikasında hansı hallar halotan narkozuna birbaşa göstəriş hesab edilmir?
A) Arterial hipertenziya və taxikardiya

B) Arterial hipertenziya və bronxial astma

C) Yaşlı ilk doğan, dölyanı mayenin vaxtımdan əvvəl axması

D) Qıcolma sindromlarında

E) Eklampsiya statusu
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
598) Kiçik çanaq orqanlarının əməliyyatlarında epidural boşluq hansı səviyyədə punksiya olunmalıdır:
A) TVIII - TXI səviyyəsində

B) LIV - LV səviyyəsində

C) LIV - SI səviyyəsində

D) LII - LV səviyyəsində

E) TXI - LII səviyyəsində
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
599) Fizioloji hamiləliyin inkişafı ilə əlaqədar olaraq, dövredən qanın həcmi necə dəyişir?
A) Dövredən qanın həcmi heç bir dəyişkənliyə məruz qalmır

B) Dövredən qanın həcmi dəyişmədən plazma hissəsi azalır, formalı elementlərin isə proporsional artımı baş verir

C) Qanın plazma və qlobulyar hissələri eyni dərəcədə artır

D) Qanın plazma hissəsinə nisbətən qlobulyar hissəsi az artır

E) Qanın plazma hissəsi azalır, dövredən qanın həcminin artması isə formalı elementlərinin miqdarının artması hesabına baş verir
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
600) Fizioloji hamiləliyin inkişafı ilə əlaqədar olaraq, dövredən qanın göstəriciləri necə dəyişir?
A) Hematokrit və plazma nisbətən artır, hemoqlobin isə azalır

B) Hamısı eyni dərəcədə artır

C) Hemoqlobin və hematokrit azalır, plazma isə artır

D) Hemoqlobin və hematokrit nisbətən artır, plazma isə azalır

E) Hamısı eyni dərəcədə azalır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
601) Fizioloji hamiləliyin fonunda dövredən plazmanın həcmi ilkin vəziyyətlə müqayisədə nə qədər artır?
A) 10-20%

B) 40-50%

C) 50-60%

D) 20-30%

E) 30-35%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
602) Fizioloji hamiləliyin fonunda dövredən qanın qlobulyar həcmi nə qədər artır?
A) 40-50%

B) 50-60%

C) 20-30%

D) 10-20%

E) 30-40%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
603) Fizioloji hamiləliyin gedişində plazma zülallarının fraksiyaları necə dəyişir?
A) Plazmada ümumi zülalların qatılığı dəyişmir, lakin qlobulin fraksiyasına nisbətən albumin fraksiyasının səviyyəsi yüksəlir

B) Plazmada ümumi zülalların qatılığı artır, albumin fraksiyasının miqdarı artır, qlobulinin səviyyəsi isə azalır

C) Plazmada ümumi zülalların mütləq miqdarı azalır, qlobulin fraksiyasının nisbəti azalır

D) Plazmada ümumi zülalların miqdarı azalır, albumin fraksiyasının nisbəti artır

E) Plazmada ümumi zülalların qatılığı azalır, albumin fraksiyasının nisbəti də azalır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
604) Fizioloji hamiləlik zamanı albumin/qlobulin nisbəti necə dəyişir?
A) Nisbətin artıb-azalması qan plazmasında ümumi zülalların qatılığından asılıdır

B) Dəyişmir

C) Azalır

D) Artır


E) Nisbətin artıb-azalması hamiləliyin müddətindən asılıdır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
605) Keysər kəsiyi əməliyyatında ümumi anesteziya zamanı döl çıxarılana kimi anesteziyanı təmin etmək məqsədilə tiopental natriumu hansı variantda istifadə etmək məsləhət görülür?
A) Tiopental natrium 1-2 mq/kr birdəfəlik dozada + halotanın 0,5%-1,0% inhalyasiyası

B) Tiopental natrium 0,1-0,2 mq/kr birdəfəlik dozada + diazepam 10 mq birdəfəlik dozada

C) Tiopental natrium 8-10 mq/kq birdəfəlik dozada + midazolam 10 mq birdəfəlik dozada

D) Tiopental natrium 4-5 mq/kr birdəfəlik dozada + fentanil 100 mkq birdəfəlik dozada

E) Tiopental natrium 4-5 mq/kr birdəfəlik dozada + 50% azot oksidi və 50% O2-nin inhalyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
606) Keysər kəsiyi əməliyyatı vasitəsilə doğulan yenidoğulmuşların orqanizmində baş verə bilən pozğunluqların profilaktikası üçün hansı tədbirdən istifadə edilmir?
A) Minimal vaxt ərzində dölün çıxarılması

B) Əməliyyat zamanı aortokaval kompressiyanın profilaktikası

C) Döl çıxarıldıqdan dərhal sonra sorucu vasitəsilə dölün udlağının selikdən təmizlənməsi

D) Döl çıxarıldıqdan dərhal sonra onun parenteral qidalanmasının təmin edilməsi

E) Yenidoğulmuşa ilk saatlarda O2-nin verilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
607) Ananın və dölün qanı bir-birinə qarışırmı?
A) Xovlararası sahədə ananın və dölün qanı bir-birinə qarışmır, xovların daxilində (ciftdə) isə qarışır

B) Normal vəziyyətdə bir-birinə qarışmır, lakin uşaqlıq-cift qan dövranı pozğunluqları zamanı isə bir-birinə qarışır

C) Ananın və dölün qanı yalnız xovlararası sahədə bir-birinə qarışır

D) Ananın və dölün qanı heç vaxt bir-birinə qarışmır

E) Ananın və dölün qanı hamiləliyin I yarısında bir-birinə qarışır, sonrakı dövrlərdə isə təcrid olunur və bir-birinə qarışmır
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
608) Ketamin uşaqlığa nəcə təsir göstərir?
A) Uşaqlığın bazal tonusunu zəiflədir

B) Uşaqlıq qanaxmasının həcmini artırır

C) Uşaqlığın patoloji hipertonuslarını aradan götürür

D) Uşaqlıq əzələsini boşaldır

E) Müəyyən hallarda uşaqlığın tonusunu artırır
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
609) Mamalıq praktikasında hansı hallarda azot-oksidindən istifadə etmək məqsədəuyğun deyildir?
A) Böyrəklərin iltihabi xəstəlikləri zamanı

B) Şəkərli diabet xəstəliyi zamanı

C) Hipotoniyalar zamanı

D) Hipertenziyalarda, dərin miopiyalarda

E) Dölün bətndaxili hipoksiyası və ciftin vaxtından əvvəl ayrılması zamanı
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
610) Mərkəzi sinir sisteminə təsir edən bütün preparatlardan (anestetiklərdən, neyrotrop və psixotrop preparatlardan, trankvilizatorlardan) hansı preparatlar cift baryerindən keçir?
A) Yalnız güclü təsirə malik olanlar

B) Bu və ya digər dərəcədə hamısı

C) Yalnız bir qisim anestetiklər

D) Suda həll olmayanlar

E) Yalnız inhalyasion anestetiklər
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
611) Fizioloji hamiləlik zamanı qeyd olunan dövredən qanın həcminin artmasının əhəmiyyəti nədən ibarətdir?
A) Dövredən qanın həcminin artması aortokaval kompressiyanın inkişafına imkan vermir

B) Ana və döl arasında qida maddələri və tənəffüs qazlarının mübadiləsini asanlaşdırır, doğuş zamanı baş verən qanitirmənin ana orqanizminə olan təsirini azaldır

C) Diurezi artırır

D) Qanın sirkulyasiyasını intensivləşdirərək trombotik fəsadların profilaktikasını təmin edir

E) Arterial təzyiqi tənzimləyir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
612) Hamiləlik zamanı hemodinamikanın göstəriciləri tərəfindən hansı dəyişiklik qeyd olunmur?
A) Hipovolemiya

B) Ürək vurğularının sayının artması

C) Dövredən qanın həcminin artması

D) Aşağı boş vena sindromu

E) Ürəyin vurğu həcminin yüksəlməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
613) Anestezioloji nöqteyi-nəzərdən hamilələrdə yuxarı tənəffüs yolları tərəfindən hansı hal qeyd olunmur?
A) Traxeyanın intubasiyası daha rahat və təhlükəsiz olur

B) Yuxarı tənəffüs yollarında manipulyasiyalar zamanı qanaxma ehtimalı artır

C) Səs yarığı ölçülərinin kiçilməsi

D) Kiçik diametrli endotraxeal borulardan istifadə edilir

E) Burun, udlaq-qirtlaq və traxeyanın səlikli qişasının ödemi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
614) Fizioloji doğuş zamanı uşaqlığın yığılması nəticəsində qan dövranına nə qədər qan daxil olur?
A) 100 ml

B) 50 ml


C) 1000 ml

D) 500 ml

E) 200 ml
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə