Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur



Yüklə 1,18 Mb.
səhifə12/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

615) Xəstə ürəyi olan qadınlarda fizioloji doğuşla əlaqədar uşaqlığın yığılması nəticəsində qan dövranına daxil olan qanın hesabına baş verə bilən ürək çatışmazlığı və ağciyərlərin ödeminin qarşısını almaq məqsədilə hansı tədbir məqsədəuyğun sayılır?
A) Davamlı epidural blok

B) Diuretiklərin yeridilməsi

C) Traxeyanın intubasiyası və ağciyərlərin süni ventilyasiyası

D) Ürək qlikozidlərinin yeridilməsi

E) Qanburaxma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
616) Hamiləlik zamanı sistolik küyün yaranması adətən nə ilə əlaqədar baş verir?
A) Revmatizmin kəskinləşməsi və ürək qapaqlarının deformasiyası

B) Kiçik qan dövranında hipertenziya

C) Arterial hipertenziya

D) Diafraqmanın səviyyəsinin yüksəlməsi

E) Ürək kameralarının dilatasiyası ilə bağli requrgitasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
617) Hamilələrdə epidural anesteziya zamanı epidural boşluğa yeridilən yerli anestetiklərin dozaların azaldılması nə ilə əlaqədar deyildir?
A) Epidural venaların genişlənməsi ilə əlaqədar epidural boşluğun həcminin azalması

B) Aortokaval kompressiyanın qan sirkulyasiyasına mənfi təsiri

C) Hipervolemiya

D) Damarların tonusunun saxlanılmasında simpatik requlyasiyasının üstünlüyü

E) Hamilələrdə orqanizmin dərman preparatlarına yüksək həssaslığı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
618) Ciftdən keçən qanın neçə faizi arterial axacaqı vasitəsilə şuntlanır və beləliklə dölün toxumalarına çatmır?
A) 10%

B) 40%


C) 20%

D) 50%


E) 30%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
619) Aşağıda qeyd olunan miorelaksantlardan hansı Keysər kəsiyi əməliyyatı zamanı anesteziyaya induksiyadan sonra traxeyanın intubasiyası zamanı əzələ relaksasiyanı təmin üçün seçim preparatı sayılır?
A) Pankuronium (pavulon)

B) Pipekuronium (arduan)

C) Mivakurium (mivakron)

D) Atrakurium (trakrium)

E) Suksinilxolin (ditilin)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
620) Keysər kəsiyi əməliyyatında ümumi anesteziya zamanı qanqlioblokatorlar (arfonad, benzoqeksonium, pentamin) arterial hipertenziyanın müalicəsi məqsədilə hansı halda istifadə edilə bilər?
A) İstənilən vaxtda

B) Yalnız anesteziyaya induksiya zamanı

C) Yalnız əməliyyat qurtardıqdan sonra

D) Yalnız döl çıxarıldıqdan sonra

E) Yalnız traxeya intubasiyasından sonra
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
621) Xovlararası sahədə və xovların daxilində (ciftdə) olan qan kimə məxsusdur?
A) Hər ikisində olan qanın çox hissəsi anaya və az hissəsi isə dölə məxsusdur

B) Xovlararası sahədə olan qan anaya, xovların daxilində (ciftdə) olan qan isə dölə məxsusdur

C) Hamısı anaya məxsusdur

D) Hamısı dölə məxsusdur

E) Xovlararası sahədə olan qan dölə, xovların daxilində (ciftdə) olan qan isə anaya məxsusdur
Ədəbiyyat: Растригин Н.Н. Анестезия и реанимация в акушерстве и гинекологии. М.: Медицина, 1988.
622) Ağır formalı hamiləlik hestozları zamanı hipertenziv sindromun müalicəsində idarəolunan hipotoniya tətbiq etdikdə aşağıdakı əlamətlərdən hansı xarakterik deyildir?
A) Qan cərəyanının yenidən bölüşdürülməsi baş verir

B) Miokardın işi və oksigenə tələbatı artmış olur

C) Kiçik qan dövranında hipertenziyanı azaldır

D) Qanın ürəyə venoz qayıtmasını azaldır

E) Periferik damar müqaviməti aşağı düşür
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
623) Ürək xəstəliyindən əziyyət çəkən xəstədə əməliyyatdan sonra sianozla, AT enməsi, təngnəfəslik ilə müşayət olan tez artan taxikardiya yaranıb. Tez bir zamanda qaraciyərin böyüməsi qeyd alınıb. Bu ürək-damar sisteminin funksiyasının hansı kəskin pozğunluğudur?
A) Kəskin sağ mədəcik çatışmamazlığı

B) Kəskin damar çatışmamazlığı

C) Kəskin sol mədəcik çatışmamazlığı

D) Ağ ciyər emboliyası

E) Hər iki mədəciyin kəskin çatışmamazlığı
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
624) Doğuş zamanı bədən çəkisinə nisbətdə qadının itirdiyi nə qədər qanın miqdarı fizioloji maksimal qan itirmə sayılır?
A) 3 %

B) 10 %


C) 0,5 %

D) 5 %


E) 1 %
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
625) Aşağıda sadalanan anestetiklərdən hansı tireotoksikozlu xəstəyə əks göstərişdir?
A) Viadril

B) NLA preparatları

C) N2O

D) Siklopropan



E) Ftorotan
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
626) Yanıqlar zamanı psevdoxolinesteraza fermentinin aktivliyi azalır. Hansı müalicəvi tədbirlər bu halda daha effektli ola bilər?
A) Kortikosteroid hormonlarının böyük dozalarda tətbiqi

B) Kontrikalın böyük dozalarda infuziyası

C) Kontrikalın orta dozalarda infuziyası

D) Təzə qanın köçürülməsi

E) Təzə dondurulmuş plazmanın köçürülməsi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
627) Süni qan dövranı şəraitində aparılan əməliyyatlar zamanı xəstəyə 2-3 mq/kq dozada heparin vurulur. Süni qan dövranından sonra heparini neytrallaşdırmaq üçün hansı preparatdan istifadə olunur?
A) Təzə dondurulmuş plazma

B) Aminokapron turşusu

C) Protamin sulfat

D) Kalsium xlor

E) Kontrikal
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
628) Kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə xəstə təcili qaydada əməliyyat stoluna götürülür.Ümumi anesteziyanın aparilmasinda hansı taktika düzgündür?
A) Xəstənın qida qəbulundan 4 saat keçibsə, mədə zondlanmır

B) Mədə zondla yuyulur və zond mədədə qalmaqla traxeya intubasiya edilir

C) Yalnız cərrahi əməliyyatın xarakteri tələb edərsə, mədəyə zond salınır

D) Mədə zondla yuyulduqdan sonra, zond çıxarılır və traxeyanın intubasiyasından sonra mədə yenidən zondlanır

E) Narkoz başlanır, traxeya intubasiya edilir və sonra mədə zondlanaraq yuyulur
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
629) Hamiləlik zamanı aparılacaq əməliyyatda hansı inhalyasion anestetikin istifadəsi döl üçün daha təhlükəsizdir?
A) İzofluran

B) Hamısı

C) Halotan

D) Desfluran

E) Enfluran
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
630) Suni qan dövranı şəraitində aparılan əməliyyatlar zamanı xəstəyə vurulmuş heparini perfuziyadan sonrakı dövrdə neytrallaşdırmaq üçün protomin sulfat hansı nisbətdə istifadə olunur (heparin : protamin sulfat) ?
A) 1:1

B) 1:0,5


C) 1:3

D) 1:2


E) 1:5
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
631) Uşaqlarda planlı cərrahi əməliyyatlardan neçə saat əvvəl qidalanma dayandırılmalıdır?
A) 15 saat

B) 1 saat

C) 2 saat

D) 6 saat

E) 10 saat
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
632) Hansı preparat alfa-adrenoblokatorlara aiddir?
A) Pentamin

B) Skopolamin

C) Arfonad

D) Fentolamin

E) Novidrin
Ədəbiyyat: М.Д. Машковский; Лекарственные средства, Москва, «Медицина», 2008.
633) Kəskin infarktın baş verməsindən 1 həftə sonra mədə xorasının perforasiyası və peritonit inkişaf etmişdir. Müalicə taktikası necə olmalıdır?
A) Nitrat preparatlarının və kiçik molekullu heparinlərin tətbiqi ilə təcili cərrahi əməliyyat aparılmalı

B) Qarın nahiyəsinə daimi buz qoymaqla peritonitin inkişafını tormozlamaq

C) Dezintoksikasion tədbirlər kompleksi və güclü antibiotikoterapiya aparmaq

D) Xəstənin hərəkətlərini məhdudlaşdıraraq, infarktın müaləcəsini gücləndirməlı

E) Mədəni zondlayıb antiseptic məhlullarla intensiv yumaq lazımdır.
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
634) Yenidoğumuşların tənəffüs həcmi neçə ml/kq- dır?
A) 12

B) 6


C) 2

D) 10


E) 15
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
635) Yenidoğulmuşlarda tənəffüsün sayı 1 dəqiqədə nə qədərdir?
A) 24-28

B) 12


C) 24

D) 40


E) 60
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
636) Piylənmə ilə olan (kök) xəstələrdə endogen opiatların səviyyəsi normal çəkili adamlarla mügaisədə?
A) Çoxdur

B) Azdır


C) Qadın kök xəstələrdə azdır

D) Eynidir

E) Kişi kök xəstələdə çoxdur
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
637) Teratogenlik baxımından 3 aylıq hamilə qadın üçün hansı anesteziya növü təhlükısizdir?
A) Halotan+narkotik analgetiklərlə venadaxili anesteziya

B) Ketamin+diazepam+narkotik analgetiklərlə venadaxili anesteziya

C) Onurğa beyni anesteziyası

D) Halotan işlətməklə kombinə olunmuş intubasion narkoz

E) Ketamin işlətməklə kombinə olunmuş intubasion narkoz
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
638) Süni qan dövranı apparatı həm də belə adlanır?
A) Beyin-ağ ciyər apparatı

B) Ürək-beyin apparatı

C) Bunların heç biri doğru deyil

D) Ürək-ağ ciyər apparatı

E) Ürək-böyrək apparatı
Ədəbiyyat: А.П. Зильбер; Клиническая физиология в анестезиологии и реаниматологии, Москва, «Медицина», 1984.
639) Yaniqla olan xəstələrdə depolyarizəedici əzələ relaksantlarının istifadəsi zamanı hansı fəsadın baş vermə ehtimalı artır?
A) Arterial qan təzyiqinin yüksəlməsi

B) Periferik damarların spazmı

C) Mədəciklərin səyirməsi və ürək fəaliyyətinin dayanması

D) Bronxospazm

E) Tonik və klonik qıcolmalar
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
640) Sellik qaydası (üsulu, metodu) hansı məqsəd daşıyır?
A) Körpücükaltı venanın kateterizasiyasını asnlaşdırmaq üçün

B) Daxili vidaci venanın kateterizasiyasını asnlaşdırmaq üçün

C) Nazo-traxeal intubasiyanı asanlaşdırmaq üçün

D) Giriş narkozu zamanı mədə möhtəviyyatının aspirasiyasının profilaktikası üçün

E) Traxeyanın intubasiyasını asanlaşdırmaq üçün
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
641) Keysər kəsiyi əməliyyatı zamanı ən optimal anesteziya növü hansıdır?
A) Maska ilə inhalyasion narkoz

B) Epidural və spinal anesteziya

C) Yerli anesteziya

D) Spontan tənəffüs saxlanılmaqla vena daxili anesteziya

E) Endotraxeal narkoz
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
642) Anamnezində astma olan xəstə intubasion narkoz altında cərrahi əməliyyata məruz qalmışdır. Əməliyyat bitdikdən sonra dekurarezasiya etmək olarmı?
A) Olar

B) 0,5 ml atropindən sonra olar

C) 1,0 ml atropindən sonra olar

D) Atropin vurulduqdan sonra nəbzin sayı 1 dəqiqədə 15 vurğudan çox artarsa dekurarezasiya etmək olar.

E) Olmaz
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
643) Hamiləlik zamanı aparılacaq əməliyyatda hansı inhalyasion anestetikin istifadəsi döl üçün daha təhlükəsizdir?
A) Desfluran

B) Halotan

C) İzofluran

D) Enfluran

E) Hamısı
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
644) Tireotoksikozla olan xəstələrin premedikasiyasında hansı qrup preparatların istifadəsi məqsədəuyğun deyil?
A) Trankvilizatorlar

B) Adrenoblokatorlar

C) Simpatomimetiklər

D) Xolinolitiklər

E) Qanqliolitiklər
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.

Bölmə 10. Reanimatologiyanın ümumi məsələləri

645) Terminal hal zamanı hansı ardıcılliq izlənir?
A) Preaqoniya – Aqoniya – Terminal fasilə – Kliniki ölüm – Bioloji ölüm

B) Kliniki ölüm – Preaqoniya – Aqoniya – Terminal fasilə– Bioloji ölüm

C) Kliniki ölüm – Terminal fasilə – Preaqoniya – Aqoniya – Bioloji ölüm

D) Terminal fasilə – Preaqoniya – Aqoniya –Kliniki ölüm – Bioloji ölüm

E) Preaqoniya – Terminal fasilə – Aqoniya – Kliniki ölüm – Bioloji ölüm
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
646) Preaqonal vəziyyət üçün səciyyəvidir?
A) Anaerob qlikoliz

B) Ürəyin dəqiqəlik həcminin artması

C) AT kəskin yüksəlməsi

D) Sistolik arterial təzyigin (AT) böhranlı səviyyəyə (70-60 mm c. s.) enməsi

E) Toxumalarda hiperoksiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
647) Aqonal vəziyyətdə müşahidə edilmir?
A) Ağ ciyərin normal ventilyasiyası

B) Asidoz

C) Arterial hipotenziya

D) Hipoksiya

E) Ürək tonlarının karlaşması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
648) Terminal fasilə nə vaxt izlənir?
A) Kliniki ölümdən sonra

B) Preaqonal mərhələdən öncə

C) Preaqonal mərhələdən sonra

D) Dekortikasiya zamanı

E) Aqonal mərhələdən sonra
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
649) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Yuxu arteriyasının üzərində nəbzin zəifləməsi

B) Kəskin taxiaritmiya

C) Yuxu arteriyasının üzərində nəbzin itməsi

D) Mil arteriyasının üzərində nəbzin itməsi

E) Kəskin bradiaritmiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
650) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Ürək tonlarının eşidilməməsi

B) Arterial təzyigin aşağı düşməsi

C) Ürək tonlarının hədsiz karlaşması

D) Nəbzin sayının kəskin azalması

E) Bəbəklərin genəlməsi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
651) Kliniki ölümün əlamətlərinə nə aiddi?
A) Huşun pozulması

B) Qıcolmalar

C) Bəbəklərin kəskin daralması

D) Bəbəklərin genəlməsi və işiga reaksiya verməməsi

E) Boyun əzələlərində rigidliyin olması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
652) Kliniki ölümün əlamətlərinə aiddir?
A) Huşun alagaranlıg olması

B) Huşun itməsi

C) Psixomotor oyanmalar

D) Qıcolmalar

E) Əzələ-vətər reflekslərinin kəskin yüksəlməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
653) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Tənəffüsün sayının kəskin azalması

B) Tənəffüsün dayanması

C) Tənəffüsün hədsiz səthiləşməsi

D) Tənəffüsün sayının kəskin artması

E) Dərin və səsli tənəffüsün olması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
654) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Arterial təzyigin geyri sabit olması

B) Nəbzin sapvari olması

C) Arterial təzyigin kəskin enməsi

D) Arterial təzyigin müəyyən edilməməsi

E) Arterial təzyigin kəskin yüksəlməsi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
655) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Dəri örtüyünün kəskin qızarması

B) Dəri örtüyünün tərlə örtülməsi

C) Bəbəklərin daralması

D) Bəbəklərin genəlməsi

E) Dəri örtüyünün kəskin avazıması və sianozlaşması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
656) Kliniki ölümün əlamətlərinə nə aiddir?
A) Hədsiz sinus taxikardiyası

B) Hədsiz sinus bradikardiyası

C) Mədəcik taxikardiyası

D) Supraventrikulyar paroksizmal taxikardiya

E) EKQ-də düz xəttin alınması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
657) Kliniki ölüm zamanı müşahidə nə edilmir?
A) Huşun olması

B) Tənəffüsün dayanması

C) Nəbzin itməsi

D) Bəbəklərin genəlməsi

E) Dəri örtüyünün avazıması və sianozlaşması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
658) Ürək dayanmasının diaqnozu nə qədər vaxt ərzində qoyulmalıdır?
A) 21-25 san

B) 18-20 san

C) 27-30 san

D) 14-15 san

E) 10-12 san
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
659) Klinika şəraitində qan dövranının dayanması orta hesabla neçə faiz hallarda tənəffüs pozqunluqları ilə əlaqədar bradiaritmiya fonunda baş verir?
A) 65 %

B) 10 %


C) 100 %

D) 50 %


E) 35 %
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
660) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Damar kollapsı

B) Massiv qanitirmə

C) Kardiogen şok

D) Mədəciklərin asistoliyası

E) Hipertonik kriz
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
661) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Hədsiz sinus bradikardiyası

B) Mədəciklərin fibrilyasiyası

C) Hədsiz sinus taxikardiyası

D) Səyrici aritmiya

E) Ürəyin tamponadası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
662) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Elektromexaniki dissosasiya

B) Astmatik status

C) Ağ ciyər ödemi

D) Suda boğulma

E) Beyin ödemi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
663) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Kəskin böyrək çatışmamazlığı

B) Hipertermik sindrom

C) Hemodinamikanın pozulması ilə gedən mədəcik taxikardiyası

D) Travmatik şok

E) Hemorragik insult
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
664) Qan dövranının dayanmasının mexanizmlərinə aiddir?
A) Massiv qanitirmə

B) Mədəciklərin fibrilyasiyası

C) Mədəciklərin asistoliyası

D) Nəbzin itməsi ilə müşayət edilən mədəcik taxikardiyası

E) Elektromexaniki dissosasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
665) Qan dövranının dayanmasının mexanizmlərinə aid deyil?
A) Hemodinamikanın pozulması ilə gedən mədəcik taxikardiyası

B) Mədəciklərin fibrilyasiyası

C) Kardiogen şok

D) Mədəciklərin asistoliyası

E) Elektromexaniki dissosasiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
666) Mədəciklərin fibrilyasiyası qan dövranının dayanmasının mexanizmi kimi hansı tezlikdə rast gəlir?
A) 2/3

B) 1/2


C) 1/3

D) 3/4


E) 4/5
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
667) Hansı növ ürək dayanması zamanı proqnoz nisbətən yaxşı gözlənilir?
A) İkincili asistoliya

B) Tonik fibrilyasiya

C) Birincili asistoliya

D) Mədəciklərin asistoliya

E) Klonik fibrilyasiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
668) Kliniki ölümün müddəti normotermiya şəraitində orta hesabla nə qədər təşkil edir?
A) 3 dəq

B) 5 dəq


C) 10 dəq

D) 2 dəq


E) 7 dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
669) Hansı faktor kliniki ölümün davam müddətinə bilavasitə təsir edir?
A) Hiperqlikemiya

B) Hipervolemiya

C) Hiperbilirubinemiya

D) Hiperkatexolaminemiya

E) Hipertermiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
670) Hansı faktor kliniki ölümün davam müddətinə bilavasitə təsir etmir?
A) Hipertermiya

B) Hipotermiya

C) Hipoksiya

D) Hipoqlikemiya

E) Hiperkapniya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
671) Hansı faktor kliniki ölümün müddətini uzadır?
A) Hipotermiya

B) Beyin ödemi

C) Hipoksiya

D) Hiperqlikemiya

E) Hiperkarbiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
672) Hipotermiya (30-32C) şəraitində kliniki ölümün müddəti orta hesabla nə qədər təşkil edir?
A) 10 dəq

B) 60 dəq

C) 30 dəq

D) 20 dəq

E) 5 dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
673) Qan dövranının dayanmasının növü nəyin əsasında müəyyən edilir?
A) Kliniki nişanələr

B) EKQ-müayinə

C) Elektroensefaloqrafiya

D) Qanda şəkərin miqdarına görə

E) Qanda kortikosteroidlərin səviyyəsinə görə
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
674) Mədəciklərin fibrilyasiyasının əlamətlərinə aiddir?
A) Bəbəklərin kəskin daralması

B) EKQ-də yüksək tezlikli (dəq. 200-400 dəfə) sinusoidal əyrinin olması

C) Ürək tonlarının karlaşması

D) Tənəffüsün sayının artması

E) EKQ-də düz xəttin qeydə alınması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə