Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Asistoliya əlamətlərinə aiddir?



Yüklə 1,18 Mb.
səhifə13/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

675) Asistoliya əlamətlərinə aiddir?
A) EKQ-də düz xəttin qeydə alınması

B) Ürək tonlarının karlaşması

C) Arterial təzyiginin aşağı enməsi

D) Paroksizmal taxikardiya

E) EKQ-də R-dişciyinin ölçülərinin kiçilməsi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
676) Elektromexaniki dissosasiyanın əlamətlərinə aiddir?
A) Ürək tonlarının karlaşması

B) EKQ-də düz xəttin qeydə alınması

C) Bəbəklərin daralması

D) Arterial təzyiginin yüksəlməsi

E) EKQ-də sinus bradiaritmiyası fonunda genəlmiş QRS komplekslərinin izlənməsi
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
677) “Dekortikasiya” zamanı müşahidə edilmir?
A) Bəbəklərin daralması

B) Bradikardiya

C) Total arefkeksiya

D) Dərin koma

E) Qanda xolinesterazanın miqdarının azalması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
678) “Dekortikasiya” zamanı müşahidə edilir?
A) Qan dövranı göstəricilərinin sabitliyi

B) Qanda fermentlərin aktivliyinin artması

C) Yuxu arteriyalarında və daxili vidaci venada oksigen fərginin 5%-dan çox olması

D) Onurğa beyni mayesində süd turşusunun miqdarının azalması

E) Bəbəklərin daralması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
679) “Dekortikasiya” əlamətlərinə aiddir?
A) Reflekslərin güclənməsi

B) Yuxu pozğunluğu

C) Qanda fermentlərin aktivliyinin azalması

D) EEQ-də beyin gabığı hüceyrələrinin aktivliyinin sönməsi

E) Likvorda süd turşusunu migdarının azalması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
680) “Dekortikasiya” diaqnozunu qoymaq üçün hansı müayinənin aparılması mütləqdir?
A) Yuxu arteriyalarının dopleroqrafiyası

B) Fibrobronxoskopiya

C) Baş beyinin kompyuter tomoqrafik müayinəsi

D) Elektroensefaloqrafiya

E) Elektrokardioqrafiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
681) “Bioloji ölüm” zamanı müşahidə edilmir?
A) Ürək fəaliyyati və spontan tənəffüs

B) Bəbəklərin genəlməsi

C) EEQ-də beyin qabığı hüceyrələrinin aktivliyinin sönməsi

D) Huşun itməsi

E) Bədən hərarətinin aşağı enməsi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
682) “Bioloji ölüm” üçün xasdır?
A) Reanimasiya tədbirləri fonunda reflekslər bərpa olur

B) Reanimasiya tədbirləri fonunda ürək fəaliyyəti bərpa olmur

C) Reanimasiya tədbirləri fonunda bəbəklər daralır

D) Reanimasiya tədbirləri fonunda huş bərpa olur

E) Reanimasiya tədbirləri fonunda tənəffüs bərpa olur
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
683) Massiv qanitirmiş xəstədə rəngin kəskin avazıması arterial təzyigin 50/20 enməsi, sapvari çətin sayılan nəbz, huşun alaqaranlıq olması, oyaniqliq izlənməsi varsa bu vəziyyət necə adlanır?
A) Terminal fasilə

B) Kliniki ölüm

C) Preaqonal hal

D) Aqonal hal

E) Dekortikasiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
684) Miokard infarktı diaqnozu ilə klinikaya daxil olmuş xəstədə mədəcik taxikardiyası və arterial təzyiqin enməsi (70/50) qeyd edilirsə bunlar nəyin baş verə biləcəyinə işarədir?
A) Damar kollapsının

B) Ağ ciyər arteriyasının tromboemboliyasının

C) Kəskin sol mədəcik çatışmazlığının

D) Kardiogen şokun

E) Qan dövranının dayanmasının
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.

Bölmə 11. Ürək-ağciyər-beyin reanimasiyasi.

685) ABC (baza) reanimasiya kompleksi reanimatoloji xidmətin hansı mərhələsində tətbiq edilməlidir?
A) Hospitalaqədərki mərhələdə (hadisə yerində)

B) Xəstəxanaya nəql etmə mərhələsində (reanimatoloq olmayan halda)

C) Xəstəxanaya nəql etmə mərhələsində (reanimatoloqun iştirakı ilə)

D) İxtisaslaşdırılmış reanimasiya mərhələsində

E) Bütün mərhələlərdə
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
686) ABC reanimasiya kompleksi nə zaman tətbiq edilir?
A) Ürək dayanmasının bütün növlərində

B) Yalnız mədəcik səyriməsi zamanı

C) Ürək dayanmasının heç bir növündə tətbiq edilmir

D) Yalnız asistoliya zamanı

E) Yalnız elektromexaniki dissosasiya zamanı
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
687) Bir reanimatoloq ağ ciyərlərin süni ventilyasiyasını və ürək masajını hansı nisbətdə aparmalıdır?
A) 1 : 15

B) 2 : 15

C) 3 : 10

D) 2 : 5


E) 1 : 5
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
688) İki reanimatoloq yardım göstərərkən ağ ciyərlərin süni ventilyasiyası və ürək masajı hansı nisbətdə aparılmalıdır?
A) 1 : 5

B) 3 : 10

C) 2 : 5

D) 2 : 15

E) 1 : 10
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
689) Reanimasiya zamanı ağ ciyərlərin süni ventilyasiyası bir dəqiqə ərzində neçə dəfə aparılmalıdır?
A) 12-14 dəfə

B) 16-18 dəfə

C) 18-20 dəfə

D) 8-10 dəfə

E) 6-8 dəfə
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
690) Reanimasiya zamanı ürək masajı bir dəqiqə ərzində neçə dəfə aparılmalıdır?
A) 105-110 dəfə

B) 55-65 dəfə

C) 65-75 dəfə

D) 110-120 dəfə

E) 80-100 dəfə
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
691) ABC reanimasiya prosesində ürək masajı neçə faiz hallarda qapalı üsulla aparılır?
A) 84 – 85 %

B) 89 – 90 %

C) 97 – 98 %

D) 71 – 72 %

E) 59 – 60 %
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
692) Qan dövranının dayanmasında ürəyin açıq masajına göstərişdir?
A) Ağır kəllə-beyin travması

B) Tam köndələn blokada

C) Mədəciklərin səyriməsi

D) Onurğa sütununun boyun səviyyəsində zədələnməsi

E) Deşib keçən torakoabdominal yaralanmalar
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
693) Qan dövranının dayanması zamanı ürəyin açıq masajının aparılmasına göstəriş sayilmır?
A) Mədəciklərin səyriməsi

B) Ürəyin tamponadası

C) İki tərəfli pnevmotoraks

D) Qabırğaların çox xətlər üzrə sınıqları

E) Döş qəfəsinin deformasiyaları
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
694) Ürək masajı zamanı döş sümüyü onurğaya tərəf neçə sm sıxılmalıdır?
A) 2-3 sm

B) 1-2 sm

C) 6-7 sm

D) 5-6 sm

E) 4-5 sm
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
695) Ürəyin qapalı masajı zamanı onun vurğu (sistolik) həcmi normanın neçə faizini təşkil edir?
A) 60-65 %

B) 20-25 %

C) 50-55 %

D) 30-35 %

E) 40-45 %
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
696) Hansı dərman preparatı ürək dayanmasının bütün növlərində seçmə preparatı sayılır?
A) Strofantin

B) Lidokain

C) Adrenalin

D) Atropin

E) Amiodaron
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
697) Mədəciklərin səyriməsi zamanı hansı dərman preparatları tətbiq edilmir?
A) Kontrikal

B) Pirasetam

C) Atropin

D) Adrenalin

E) Kordiamin
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
698) Mədəciklərin səyriməsi zamanı ilk növbədə hansı preparat yeridilir?
A) Adrenalin

B) Bemeqrid

C) Atropin

D) Lidokain

E) Ürək qlikozidi
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
699) Reanimasiya zamanı adrenalinin haraya yeridilməsi önəmli sayılır?
A) Mərkəzi venalarin birinə

B) Arteriya daxilinə

C) Periferik venaya

D) Sol mədəciyin boşluğuna

E) İntratraxeal
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
700) Reanimasiya prosesində adrenalinin ən yüksək ümumi dozası nə qədər təşkil edə bilər?
A) 7 mq

B) 8 mq


C) 5 mq

D) 10 mq


E) 3 mq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
701) Mədəcik paroksizmal taxikardiyası zamanı hansı preparatın tətbiqi daha önəmlidir?
A) Obzidan

B) Anaprilin

C) Lidokain

D) İzoptin

E) Kordaron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
702) Mədəcik paroksizmal taxikardiyası zamanı lidokainin ilkin venadaxili birdəfəlik (bolyus) dozası nə qədər təşkil edir?
A) 2,0-2,5 mq/kq

B) 1-1,5 mq/kq

C) 2,5-3,0 mq/kq

D) 0,25- 0,5 mq/kq

E) 0,5-1,0 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
703) Mədəciklərin səyriməsi zamanı hansı dərman preparatının tətbiqi məqsədəuyğun deyil?
A) Adrenalin

B) Natrium bikarbonat

C) Lidokain

D) Amiodaron

E) Atropin
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
704) Mədəciklərin səyriməsi zamanı hansı tədbir həyata keçirilir?
A) Elektrik defibrilyasiyası

B) Kardioversiya

C) Koronar angioqrafiya

D) Elektrokardiostimulyasiya

E) Exokardioqrafiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
705) Elektrik defibrilyasiya aparanda ilk dəfə onun elektrik cərəyanı nəçə coul olmalıdır?
A) 300

B) 400


C) 200

D) 350


E) 100
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
706) Defibrilyasiya hansı sxem əsasında aparılır?
A) 200 – 300 – 360 C

B) 50 – 100 – 150

C) 100 – 200 – 300

D) 50 – 150 – 250

E) 150 – 250 – 350
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
707) Normostenik şəxslərdə xarici defibrilyasiya öncə kondensatora nə qədər (əgər bu 200 C təşkil edirsə) cərəyan yığmaqla aparılır?
A) 1500 V

B) 5000 V

C) 2500 V

D) 3500 V

E) 6000 V
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
708) Xarici defibrilyasiya apararkən hər növbəti dəfə cərəyanın miqdarı nə qədər artırılmalıdır?
A) 500 V

B) 1000 V

C) 100 V

D) 1500 V

E) 200 V
Ədəbiyyat: Анестезиология и реаниматология. Практические занятия. Под общей ред. Л.В. Усенко. – Киев: Вища школа. Головное изд-во, 1983 – 351 с.
709) Kliniki ölüm zamanı endotraxeal intubasiya apararkən öncə hansı hazırlıq görülür?
A) Əzələ relaksantı istifadə edilir

B) Səthi narkoz vəziyyəti yaradılır

C) Udlaq nahiyəsi anesteziya edilir

D) Xüsusi hazırlıq tələb olunmur

E) Venadaxilinə relanium yeridilir
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
710) Mədəciklərin səyriməsinin refrakter formalarında seçmə preparatı hansıdır?
A) Lidokain

B) Korqlükon

C) Atropin

D) Kalsium xlorid

E) Kordiamin
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
711) Mədəciklərin fibrilyasiyasının refrakter formalarında hansı preparatın tətbiqi məsləhətdir?
A) Kalsium xlorid

B) Mezaton

C) Atropin

D) Dopamin

E) Amiodaron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
712) Mədəciklərin fibrilyasiyasının refrakter formalarında hansı preparatın tətbiqi məsləhətdir?
A) Noradrenalin

B) Askorbin turşusu

C) Kalsium xlorid

D) Korqlükon

E) Maqnezium sulfat
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
713) Mədəciklərin fibrilyasiyasının refrakter formalarında hansı preparatın tətbiqi əks göstərişdir?
A) Lidokain

B) Atropin

C) Amiodaron

D) Maqnezium sulfat

E) Propranolol
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
714) Reanimasiya prosesində natrium bikarbonatın dozası nə qədər təşkil etməlidir?
A) 0,5 mmol/kq

B) 1,5 mmol/kq

C) 1 mmol/kq

D) 3,0 mmol/kq

E) 2,0 mmol/kq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
715) Supraventrikulyar paroksizmal taxikardiyalar zamanı seçmə preparatı hansıdır?
A) Lidokain

B) İzoptin

C) Atenolol

D) Kordaron

E) Kalsium xlorid
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
716) Supraventrikulyar paroksizmal taxikardiyalar zamanı izoptinin orta dozası nə qədər təşkil edir?
A) 1-2 mq

B) 5-10 mq

C) 15-20 mq

D) 3-4 mq

E) 12-14 mq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
717) Qulaqcıqların səyriməsi zamanı kardioversiya məgsədilə defibrilyatorun kondensatoruna ilk dəfə nə qədər enerji toplamaq lazımdır?
A) 150 C

B) 240 C


C) 50 C

D) 180 C


E) 100 C
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
718) Supraventrikulyar paroksizmal taxikardiya zamanı kardioversiya məqsədilə defibrilyatora ilk dəfə nə qədər enerji toplanır?
A) 360 C

B) 50 C


C) 240 C

D) 180 C


E) 100 C
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
719) Asistoliya zamanı hansı tədbir həyata keçirilir?
A) Elektrik defibrilyasiyası

B) Plazmaferez

C) ABC-reanimasiya kompleksi

D) Hemosorbsiya

E) Hemodializ
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
720) Asistoliya zamanı ilk növbədə hansı preparat yeridilir?
A) Kordiamin

B) Anaprilin

C) Laziks

D) Adrenalin

E) Amiodaron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
721) Asistoliyanın müalicəsinin alqoritminə daxil deyil?
A) Kardioversiya

B) Endotraxeal intubasiya

C) Atropin (vena daxilinə)

D) Ürək-ağ ciyər reanimasiyası

E) Kardiostimulyasiya
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
722) Bradiaritmiya fonunda baş verən ürək dayanmasında yeridilməsi məsləhətdir:
A) Atropin

B) Efedrin

C) Prokainamid

D) Kalsium xlorid

E) Prednizolon
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
723) Reanimasiya prosesində atropinin ilkin venadaxili dozası nə qədər təşkil edir?
A) 3 mq

B) 0,5 mq

C) 1 mq

D) 1,5 mq



E) 2 mq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
724) Reanimasiya prosesində atropinin ən yüksək ümumi dozası nə qədər təşkil edə bilər?
A) 5 mq

B) 4 mq


C) 1 mq

D) 7 mq


E) 3 mq
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
725) Asistoliya zamanı hansı tədbir aparılmır?
A) ABC-reanimasiya kompleksi

B) Adrenalin inyeksiyası

C) Kardiostimulyasiya

D) Elektrik defibrilyasiyası

E) Atropin inyeksiyası
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
726) Elektrokardiostimulyasiya aparılmasına göstəriş sayilmir?
A) Sinus düyününün zəifliyi sindromu

B) Mədəciklərin səyriməsi

C) Morqan – Adams – Stoks sindromu

D) Asistoliya növ ürək dayanması

E) Qulaqcıqların səyriməsi
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
727) Elektromexaniki dissosasiya zamanı hansı reanimasiya tədbiri həyata keçirilir?
A) Ftorotan inhalyasiya edilir

B) Ürək qlikozidi tədbiq edilir

C) Kordaron yeridilir

D) ABC-reanimasiya kompleksi

E) Elektrik defibrilyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
728) Elektromexaniki dissosasiya zamanı öncə hansı preparat yeridilir?
A) Laziks

B) Adrenalin

C) Anaprilin

D) Atropin

E) Amiodaron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
729) Elektromexaniki dissosasiya zamanı hansı tədbir həyata keçirilir?
A) Exoensefaloqrafiya

B) İnfuzion-transfuzion terapiya

C) Prekardial zərbə

D) Elektrik defibrilyasiyası

E) Müalicəvi narkoz (ftorotan ilə)
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
730) Qirtlaqda müxtəlif mənşəli (ödem, hematoma, yad cisim) tıxanma zamanı seçmə metodu sayilir?
A) Krikotireoidotomiya

B) Esmarx fəndi

C) Müalicəvi bronxoskopiya

D) Mikrotraxeostomiya

E) Safarın triadası
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
731) Təxirəsalınmaz hallarda tənəffüs yollarının keçiriciliyini təmin etmək üçün daha önəmli hesab edilir?
A) Esmarx fəndi

B) Safarın triadası

C) Burun kateterlərinin yeridilməsi

D) Endotraxeal intubasiya

E) Laringeal maskanın tədbiqi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
732) Xüsusi şərait olmayan halda hansı metod tənəffüs yollarının keçiriciliyinin sürətli, az travmatik və davamlı təmin edilməsinə imkan verir?
A) Hiperbarik oksigenasiya

B) Mikrotraxeostomiya

C) Konikotomiya

D) Bronxoskopiya

E) Traxeostomiya
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
733) Ürək masajı zamanı kompressiyanın effektiv olmasının nişanəsi hansıdır?
A) Ürək tonlarının eşidilməsi

B) Yuxu arteriyaları üzərində nəbzin əllənməsi

C) Qaraciyərin ölçülərinin artması

D) Bəbəklərin ölçülərinin sabit qalması

E) Huşun bərpa olması
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
734) Reanimasiya tədbirlərinin effektivliyini müəyyənləşdirmək üçün neçə ürək-ağ ciyər kompleksindən sonra nəbz yoxlanmalıdır?
A) 4

B) 2


C) 10

D) 15


E) 6
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
735) Kliniki ölümün bioloji ölümə keçməsini müəyyən etmək üçün reanimasiya tədbirləri ən azı nə qədər davam etdirilməlidir?
A) 5 - 10 dəq

B) 10 - 15 dəq

C) 15 - 20 dəq

D) 25 - 30 dəq

E) 20 - 25 dəq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.

Bölmə 12. Şok

736) Doğuşdan sonra patoloji qanaxması olan qadına vaxtinda qan və qanəvəzedicilər köçürülmüşdür. Stabil sistolik təzyiq fonunda, diastolik təzyiq artmışdır. Bu simptom nəyin göstəricisidir?
A) Damar tonusunun azalması nəticəsində kollapsa təhlükə

B) Ürək atımının kompensator artması

C) Ürək zəifliyi ilə əlaqədar

D) Venoz təzyiqin artması

E) Generalizə olmuş kompensator vazokonstriksiya
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
737) Aşağıda sadalanan preparatlardan hansı periferik damarların tonusuna təsir etmədən, miokarda müsbət inotrop təsir edir ki, bu da onun kardiogen şokda olan xəstəyə yardım üçün seçici preparat edir?
A) Dofamin

B) Adrenalin

C) Mezaton

D) Efedrin

E) Noradrenalin
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
738) Qanın perfuzion təzyiqi 200 dən 70 mm c.st. qədər, yəni təxminən 3 dəfə azalarsa, böyrək qan dövranı neçə dəfə azalacaq?
A) Üç dəfədən də artıq azalacaq

B) Üç dəfə azalacaq

C) İki dəfə azalacaq

D) Praktiki olaraq dəyişməyəcək

E) Tamam dayanacaq
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
739) Çox zədəsi olan xəstəni müayinə edərək reanimatoloq onda hipoksiyanın olduğunu təyin edir. Hipoksiyanın xarakterlini təyin etmək üçün o barmağı ilə xəstənin dırnaq yatağını sıxıb buraxdı. Bundan sonra dırnaq yatağı əvvəl çəhrayi, sonra sianotik oldu. Bu simptom hipoksiyanın hansı növünü təsdiq edir?
A) Hemik və histotoksik

B) Histotoksik

C) Hemik

D) Sirkulyator

E) Hipoksik
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
740) İntensiv terapiya palatasına adekvat tənəffüsü, lakin kəskin taxikardiyası olan, dəri örtükləri avazımış, AT - i və MVT-i aşağı olan qarnın küt travması ilə xəstə daxil olub. Xəstənin bu vəziyyəti nə ilə əlaqədardır?
A) Kəskin tənəffüs çatışmazlığı

B) Hiperkapniya

C) Hipovolemiya

D) Hipoksiya

E) Kəskin ürək çatışmazlığı
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə