Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Aşaqıda qeyd olunan respirator terapiyanın xüsusiyyətlərindən hansı ağ ciyərlərin obstruktiv patologiyası olan xəstələrdə adətən istifadə olunmur?



Yüklə 1,18 Mb.
səhifə17/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   20

938) Aşaqıda qeyd olunan respirator terapiyanın xüsusiyyətlərindən hansı ağ ciyərlərin obstruktiv patologiyası olan xəstələrdə adətən istifadə olunmur?
A) Plato təzyiqin 35 sm su süt-dan çox olmaması

B) O2-nin inspirator fraksiyasının (FiO2-nin) 0,6-dan aşağı olması

C) Məqbul oksigenasiyanı təmin edən minimal tənəffüs həcminin olması

D) Nəfəsvermənin sonunda müsbət təzyiqin (NSMT-nın) 8-12 sm su süt. səviyəsində olması

E) Qısa inspirator vaxtının (aşağı inspirator/ekspirator nisbətinin) – məcburi nəfəsalma vaxtının 0,7-1,0/s olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
939) Kəskin respirator distress-sindromunun patogenezində əsas faktor hansıdır?
A) Kəskin sağ mədəcik çatışmamazlığı

B) Larinqospazm

C) Ağ ciyərlərdə kəskin diffuz infiltrasiya

D) Kəskin sol mədəcik çatışmamazlığı

E) Bronxospazm
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
940) Kəskin respirator distress-sindromunun bütün mərhələlərində tətbiq edilir?
A) Essensiale forte

B) Prednizolon

C) Mannitol

D) Kordiamin

E) Pirasetam
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
941) Əgər hiperbarik oksigenasiya 3 atm təzyiq altında aparılırsa oksigenin plazmada həll olması neçə dəfə artır?
A) 20

B) 2


C) 10

D) 15


E) 5
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
942) Hiperbarik oksigenasiya aparılmasına göstəriş sayılmır?

A) Anaerob infeksiyalar

B) Ağır anemiyalar

C) Histotoksik hipoksiya

D) Yeni doğulmuların asfiksiyası

E) Bronxoobstruktiv sindrom


Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
943) Hiperbarik oksigenləşdirmə zamanı müşahidə edilmir?
A) Baş ağrıları

B) Selikli gişaların ödemi

C) Hemik hipoksiyanın dərinləşməsi

D) Döş arxasında diskomfort

E) Ağciyər kistlərinin partlaması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
944) Hiperbarik oksigenləşdirmə ağciyərlərin spontan ventilyasiyasına necə təsir edir?
A) Barokamerada təzyiqin səviyyəsinə uyğun yaxşılaşdırır

B) Az yaxşılaşdırır

C) Pisləşdirir

D) Təsir etmir

E) Çox yaxşılaşdırır
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
945) Oksigen terapiyasının ağırlaşmalarına aid deyil?
A) Pnevmonit

B) Hipertermik sindrom

C) Traxeobronxit

D) Qlomerulonefrit

E) Qıcolma sindromu
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
946) Hiperbarik oksigenləşdirmə zamanı baş verir?
A) Fizioloji boşluqlara kompressiyanın azalması

B) Tənəffüs mərkəzinin funksiyasının zəifləməsi

C) Tənəffüs alkolozu

D) Tənəffüs yollarının aerodinamik müqavimətinin azalması

E) Alveolyar şuntlanmanın azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
947) Yenidoğulmuşlarda kəskin respirator distress-sindromun səbəb olmur?
A) Surfaktant çatışmamazlığı

B) Ürəyin anadangəlmə qüsurları

C) Doğan qadının böhranlı vəziyyətdə olması

D) Amniotik mayenin aspirasiyası

E) Uşağın vaxtından tez doğulması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
948) Ağ ciyərlərin atelektazı hansı mənşəli olmur?
A) Obturasiya

B) Neyrogen

C) Toksiki

D) Hipoventilyasion

E) Kompressiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
949) Yenidoğulmuşlarda kəskin respirator distress-sindromu zamanı müşahidə edilmir?
A) Asidoz

B) Artan hipoksemiya

C) Arabir apnoe anları

D) Davamlı sianoz

E) Alkaloz
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
950) Histotoksik hipoksiyanın baş vermə səbəbi nədir?
A) Uremik intoksikasiya

B) Qara ciyər çatmalığından meydana çıxmış intoksikasiya

C) İntensiv diareya nəticəsində baş vermiş homeostaz pozğunluqları

D) Toxumaların oksigeni utilizasiya (mənimsəmək qabiliyyəti) edə bilməməsi

E) Bağırsaq keçməzliyi nəticəsində olan intoksikasiya
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
951) Bu terminlərdən hansı Mendelson sindromuna aid deyil?
A) Kəskin ekssudativ pnevmonit

B) Turşu-aspirasion sindrom

C) Ocaqlı infiltrativ pnevmoniya

D) Kimyəvi pnevmonit

E) Aspirasion pnevmonit
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
952) Mendelson sindromunun baş vermə səbəbi nədir?
A) Hipertonik kriz nəticəsində baş verən ağ ciyər ödemi

B) Mədənin kardial hissəsinin şişi

C) Krupoz pnevmoniya

D) Mədə xorasınin perforasiyası

E) Mədə möhtəviyyatının aspirasiyası
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
953) Bu faktorlardan hansı oksihemoqlobinin dissosiyasiya əyrisinə təsir etmir?
A) Qanda karbon qazının parsial təzyiqinin səviyyəsi

B) Bu faktorların hamısı təsir edir

C) Xarici mühütin temperaturu

D) Qanın pH-ı

E) Qanda hemoqlobinin miqdarının 80 q/l qədər enməsi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
954) Traxeyanın intubasiyasına aşağıdakılardan hansı obyektiv göstəriş sayıla bilməz?
A) Tənəffüs əzələlərinin nəfəsalma zamanı 20 mm c.st. mənfi təzyiq yarada bilməməsi

B) Tənəffüsün dəqiqəlik sayının 35-dən çox olması

C) Kəllədaxılı hipertenziyalı xəstələr üzərində əməliyyat aparılan zaman

D) Xroniki tənəffüs çatışmazlığı

E) PaO2 -nin 70 mm c.st. aşağı olması
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
955) Ağ ciyərlərin süni tənəffüs rejimlərindən olan “Nəfəsvermənin sonunda müsbət təzyiq” (NSMT) rejimi (PEEP) ürəyin vurğu və dəqiqəlik həcminə necə təsir göstərə bilər?
A) Azaldar

B) Yanaşı ürək catmazlığı olan xəstəyə NSMT rejimi 12 sm su süt.-dan çox olduqda ürəyin fəaliyyətinə müsbət təsir edə bilər

C) Yanaşı ürək çatmamazlığı olan xəstəyə müsbət təsir göstərər

D) Bu fikirlərin heç biri doğru deyil

E) Artırar
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
956) Ağ ciyəriərin süni tənəffüs rejimlərindən olan “Nəfəsvermənin sonunda müsbət təzyiq” (NSMT) rejimi (PEEP) tətbiq edilən zaman hansı dəyişikliklər baş verə bilər?
A) Böyrək çatmamazlığının inkisaf etməsinə səbəb ola bilər

B) Qara ciyər çatmamazlığının baş verməsinə səbəb ola bilər

C) Bu fikirlərin heç biri doğru deyil

D) Sağ mədəcik çatmamazlığı və ağ ciyər hipertenziyası

E) Yanaşı ürək çatmamazlığı olan xəstənin ürək fəaliyyətinə müsbət təsir göstərər
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
957) Ağ ciyərlərin süni tənəffüs rejimlərindən olan “Nəfəsvermənin sonunda müsbət təzyiq” (NSMT) rejiminin (PEEP) tətbiq edilməsinə əsas göstəriş nədir?
A) Mərkəzi venoz təzyiqin 120 mm su süt.-dan yuxarı olması

B) Yanaşı olaraq qara ciyər çamatmazlığının olması

C) Yanaşı olaraq böyrək çatmamazlığının olması

D) Süni tənəffüsün digər rejimləri ilə aradan qaldırılması mümkün olmayan arterial hipoksemiya

E) Xəstədə artıq ürək çatmazlığının inkişaf etməsi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
958) Süni tənəffüs zamanı tənəffüs sikllərinin sayı bir dəqiqədə neçə olduqda bu yüksəktezlikli süni tənəffüs rejimi hesab oluna bilər?
A) 60-dan çox

B) 30-dan çox

C) 24-dən çox

D) 40-dan çox

E) 35-dən çox
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
959) Uzun müddətli süni tənəffüs oksigenin maksimum neçə faizi ilə təhlükəsizdir?
A) 16,5

B) 40


C) 50

D) 80


E) 60
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
960) Hansı metod ağciyərlərin funksional fəaliyyətinin adekvatlığını təyin etmək üçün daha dəqiqdir?
A) Ağ ciyərlərin rentqen müayinəsi

B) EKQ və tənəffüs sisteminin spiroqrafiyası

C) Arterial qanın qaz tərkibinin analizi

D) Ağ ciyərlərin kompyuter muayinəsi

E) Tənəffüs sisteminin spiroqrafiyası
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
961) Bu hallarda paradoksal tənəffüsə rast gəlmək olur?
A) Ağ ciyərlərin emfizemasında

B) Pnevmatoraksda

C) Pnevmoniyada

D) Larinqospazmda

E) Ağ ciyərlərin süni ventilyasiyasında
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
962) Göstərilən hipoksiya formalarının hansında arterial qanın oksigenlə

zənginləşməsi kəskin pisləşir ?
A) Hemik

B) Histotoksik

C) Durğunluq

D) Toxuma

E) Hipoksik
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.

Bölmə 15. Reanimasiya və intensiv terapiyanın digər metodları

963) Astmatik vəziyyət dedikdə nə başa düşülməlidir?
A) Kəskin respirator distress sindromu

B) Ağ ciyər ödemi

C) Stranqulyasion asfiksiya

D) Aspirasiya sindromu

E) Bronxoobstruksiya sindromu
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
964) Astmatik vəziyyətin patogenezində vacib rol oynayır?
A) Hipertermiya

B) Hiperqlikemiya

C) Adrenomimetiklərə qarşı həssaslığın artması

D) Bronxgenəldici preparatlara qarşı rezistentliyin artması

E) Hipervolemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
965) Astmatik vəziyyət zamanı tənəffüsün mexanikası hansı şəkildə pozulur?
A) Nəfəs vermə uzanır və çətinləşır

B) Nəfəs alma qısalır və asanlaşır

C) Nəfəs vermə qısalır və asanlaşır

D) Nəfəs vermə uzanır və asanlaşır

E) Nəfəs alma uzanır və çətinləşır
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
966) Astmatik vəziyyət ürək fəaliyyətinə necə təsir edir?
A) Ürək fəaliyyəti pozulmur

B) Sol mədəcik çatışmamazlığı inkişaf edir

C) Sağ mədəcik çatışmamazlığı inkişaf edir

D) Total ürək çatışmamazlığı inkişaf edir

E) Ürək fəaliyyəti güclənir
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
967) Astmatik vəziyyətin “lal” ağ ciyər mərhələsi üşün xas deyil?
A) Tənəffüsün sayının 30/dəq çox olması

B) Hipoksemiya

C) Nəbzin sayının 120/dəq çox olması

D) Hiperkapniya

E) Komatoz hal
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
968) Astmatik vəziyyətin müalicə alqoritminə daxil deyil?
A) Kortikosteroidlər

B) Eufillin

C) Narkotik analgetiklər

D) Oksigen terapiyası

E) b2-aqonistlər
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
969) Astmatik vəziyyət zamanı müalicəvi narkoz məqsədi ilə hansı anestetik tətbiq edilir?
A) Azot – 1 oksid

B) Tsiklopropan

C) Ftorotan (0,5-1 həcm%)

D) Ftorotan (2-3 həcm%)

E) Efir
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
970) Astmatik vəziyyətin intensiv müalicəsndə prednizolonun sutkalıq dozası orta hesabla nə qədər təçkil edir?
A) 30-60

B) 60-90


C) 90-120

D) 200-300

E) 15-30
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
971) Nozokomial pnevmoniyanın inkişafında hansı faktor əhəmiyyət kəsb etmir?
A) Antasid preparatların tətbiqi

B) Ağciyərlərin uzun müddətli süni ventilyasiyası

C) Təkrari cərrahi əməliyyatlar

D) Abdominal sepsis

E) Kəskin qanitirmə
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
972) Ağ ciyərlərin süni ventilyasiyası fonunda inkişaf edən nozokomial pnevmoniyanın səmərəli antibakterial müalicə sxemini seçin?
A) Ampisilin + gentamisin

B) I nəsl sefalosporin + ampisillin

C) Tetrasiklin + amoksisiklin

D) Gentamisin + linkomisin

E) III nəsl sefalosporin + aminoqlikozid
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
973) Kardiogen ağ ciyər ödemi üçün xasdır?
A) Ürək atımının artması

B) Ürək atımının azalması

C) Poliuriya

D) Mərkəzi venoz təzyiqin azalması

E) Ağ ciyər arteriyası üzərində təzyiain azalması
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
974) Kardiogen ağ ciyər ödeminin müalicəsində ilk tədbirlərə daxil deyil?
A) Oksigen terapiyasın

B) Kordiamin (vena daxilinə)

C) Morfin (vena daxilinə)

D) Furosemid (vena daxilinə)

E) Nitroqliserin (dil altına)
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
975) Qeyri-kardiogen mənşəli ağ ciyər ödemi nə zaman baş verir?
A) Kiçik vurğu sindromu aşkar edilmişdir

B) Ağ ciyər damarlarında hidrostatik təzyiq və kolloid-osmotik təzyiq artmışdır

C) Ağ ciyər damarlarında hidrostatik təzyiq artmış, kolloid-osmotik təzyiq enmişdir

D) Hepatosplenomeqaliya vardır

E) Ağ ciyər damarlarında hidrostatik təzyiq azalmış və kolloid-osmotik təzyiq yüksəlmişdir
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
976) Ağ ciyər ödemi zamanı ağ ciyərlərin süni ventilyasiyası hansı rejimdə aparılır?
A) Ənənəvi süni ventilyasiyası

B) Nəfəs vermənin sonunda müsbət təzyiq yaratmaqla

C) Yardımçı süni ventilyasiyası

D) Yüksək tezlikli süni ventilyasiyası

E) Mexaniki ventilyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
977) Qeyri-kardiogen ağ ciyər ödemi zamanı plazmada zülalın miqdarı hansı səviyyədə olduqda albumin infuziya edilir?
A) < 60 q/l

B) < 50 q/l

C) < 55 q/l

D) < 70 q/l

E) < 65 q/l
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
978) Kliniki ölüm keçirmiş xəstədə 1 gün sonra huş yoxdur, zəif buynuz qişa refleksi, arterial hipotenziya, taxikardiya, hipertermiya, psixomotor oyanıqlıq və EEQ-də beyin qabığı hüceyrələrinin aktivliyinin kəskin zəifləməsi müşahidə edilirsə, bu vəziyyət hansı diaqnoza uygun gəlir?
A) Dekortikasiya

B) Preaqoniya

C) Bioloji ölüm

D) Kliniki ölüm

E) Posthipoksik ensefalopatiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
979) Postreanimasion mərhələnin erkən (ilk sutka ərzində) ağırlaşmalarına aiddir?
A) “Şoklu ağ ciyər” sindromu

B) Meninqoensefalit

C) Kəskin qara ciyər çatışmamazlığı

D) Pielonefrit

E) Damardaxili yayılmış laxtalanma sindromu
Ədəbiyyat: Неговский В.А. и др. Постреанимационная болезнь. М.: Медицина, 1987, 480 с.
980) Postreanimasion mərhələnin erkən (ilk 24 saat) ağırlaşmalarına aiddir?
A) Kəskin böyrək çatışmamazlığı

B) Meninqoensefalit

C) Pnevmoniya

D) Beyin ödemi

E) Kəskin qara ciyər çatışmamazlığı
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
981) Postreanimasion mərhələnin ilk dövründə bir qayda olaraq izlənir:
A) Taxikardiya və ürəyin dəqiqəlik həcminin artması

B) Bradikardiya və ürəyin dəqiqəlik həcminin artması

C) Nəbzin sayının və ürəyin dəqiqəlik həcminin norma səviyyəsində olması

D) Bradikardiya və ürəyin dəqiqəlik həcminin azalması

E) Taxikardiya və ürəyin dəqiqəlik həcminin azalması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
982) Erkən postreanimasion mərhələdə aşkar edilir?
A) Metabolik asidoz

B) Qarışıq asidoz

C) Respirator alkaloz

D) Metabolik alkaloz

E) Respirator asidoz
Ədəbiyyat: Анестезиология и реаниматология. Практические занятия. Под общей ред. Л.В. Усенко. – Киев: Вища школа. Головное изд-во, 1983 – 351 с.
983) Trombohemorragik sindrom zamanı mərhələsindən asılı olmayaraq aşağıda göctərilən hansı məhlulun v/daxili köçürülməsi əks göstərişdir?
A) Xəstənin öz qanının reinfuziyası

B) Birbaşa qan köçürmə

C) Eritrositar kütlənin köçürülməsi

D) Nativ plazmanın köçürülməsi

E) Təzəheparinləşdirilmiş qanın köçürülməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
984) Postreanimasion mərhələdə qanda oksigenin parsial təzyiqinin hansı səviyyədə saxlanması məsləhətdir?
A) 100 mm c. süt.

B) 90 mm c. süt.

C) 60 mm c. süt.

D) 70 mm c. süt.

E) 80 mm c. süt.
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
985) Postreanimasion mərhələdə qanda karbon qazının parsial təzyiqinin hansı səviyyədə olması məsləhətdir?
A) 20-25 mm c. süt.

B) 40-45 mm c. süt.

C) 15-20 mm c. süt.

D) 25-35 mm c. süt.

E) 10-20 mm c. süt.
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
986) Postreanimasion mərhələdə hematokritin hansı səviyyəsi optimal sayılır?
A) 0,35-0,40

B) 0,45-0,50

C) 0,30-0,35

D) 0,40-0,45

E) 0,25-0,30
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
987) Postreanimasion mərhələdə xəstəyə verilən qaz qarışığanda oksigenin neçə faiz olması məqsədəuyğun hesab edilir?
A) 50%

B) 30%


C) 100%

D) 40%


E) 70%
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
988) Postreanimasion mərhələnin erkən saatlarında öncə hansı preparatlar yeridilir?
A) Antibiotiklər

B) Ürək qlikozidləri

C) Antioksidantlar

D) Hepatoprotektorlar

E) Vitaminlər
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
989) Postreanimasion mərhələdə baş beyin hüceyrələrinin zədələnməsinin qarşısını almaq üçün tətbiq edilir?
A) Aktovegin

B) Tokoferol

C) Pirasetam

D) Eufillin

E) Nimotop
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
990) Postreanimasion mərhələdə baş beyinin enerjiyə tələbatını azaltmaq üçün tətbiq edilir?
A) Metilprednizolon

B) Ketamin

C) Fentanil

D) Tiopental natrium

E) Retabolil
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
991) Postreanimasion mərhələdə baş beyində dönməz dəyişiklərin qarşısını almaq üçün tətbiq edilir?
A) Kranioserebral hipotermiya

B) Bemeqrid

C) Kordiamin

D) Massiv qanköçürmə

E) Yüksək molekullu dekstranlar
Ədəbiyyat: Анестезиология и реаниматология. Практические занятия. Под общей ред. Л.В. Усенко. – Киев: Вища школа. Головное изд-во, 1983 – 351 с.
992) Postreanimasion mərhələdə baş beyində metabolizmi yaxşılaşdırmaq üçün tətbiq edilir?

A) Sirepar

B) Amiodaron

C) Diqoksin

D) Diklofenak

E) Serebrolizin


Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
993) Postreanimasion mərhələdə baş beyinin qan dövranını tənzimləmək üçün tətbiq edilir?
A) Nitroksolin

B) Nootropil

C) Natrium oksibutirat

D) Nitroqliserin

E) Nifedipin
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
994) Miokard infarktı nəticəsində, kəskin ürək çatışmamazlığı olan xəstə ilə intensiv iş prosesi zamanı, vena daxilinə strofantin yeridilməsinə başlanır ki, bu da hər saatda təkrarlanır. Strofantinin hər yeridilən dozası, əvvəlki dozadan necə fərqlənməlidir?
A) İki dəfə çox

B) Strofantini tez-tez yeritmək olmaz

C) Üç dəfə çox

D) İki dəfə az

E) Dozalar eynidir
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
995) Bəzi çətin tabe olan mədəcik taxikardiyası formalarını korreksiya etmək üçün – “azaldan” elektrostimulyasiya istifadə olunur. Bu metodun mahiyyəti nədir?
A) Ürək ritmini sinxronlaşdırır, tədricən süni seyrək ritm yaradır

B) Hər ikinci yığılma ilə sinxron impuls göndərmək məqsədi ilə

C) Hər üçüncüyığılma ilə sinxron impuls göndərmək məqsədi ilə

D) Göstərilən metod mövcud deyil

E) Cüt impuls göndərir, impulsun biri depolyarizasiya əmələ gətirir, sonra refraktorluq baş verir
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
996) Stenokardiya zamanı nitroqliserinin orqanizmə təsirində aparıcı mexanizm hansıdır?
A) Koronar damarlarını genişləndirir

B) Katexolaminlərin atılma intensivliyini çoxaldır

C) Analgetik effekti

D) Miokardın işinin intensivliyini azaldır

E) Katexolaminlərin atılma intensivliyini azaldır
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
997) Paraksizmal taxikardiyası olan xəstədə həkim elektroimpuls terapiya aparmaq istəyir. Nəzərə alsaq ki, xəstədə ürək çatışmamazlığı əlamətləri yoxdur, özünü normal hiss edir, həkim əvvəlcə çox zəif dərəcəli cərəyanla kardioversiya etmək qərarına gəlir. Bu taktika zamanı xəstədə hansı ciddi ağırlaşma ola bilər?
A) Tənəfüssün dayanması

B) Ürəyin vaqus mənşəli dayanması

C) A-V blokada

D) Onurğa beynin zədələnməsi

E) Ürək mədəciklərinin fibrilyasiyası
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə