Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur



Yüklə 1,18 Mb.
səhifə18/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   20

998) Qulaqcıqların səyriməsi olan xəstəyə reanimatoloq kardioversiya etmək qərarına gəlir. EKQ - kompleksinin hansı fazası defibrilyatorun dərəcəsi ilə sinxronizə edilməlidir?
A) P dişi ilə

B) EKQ kompleksin fazasını nəzərə almaq əhəmiyyətli deyil

C) Q dişi ilə

D) T dişi ilə

E) R-dişinin enən fazası ilə
Ədəbiyyat: В.В.Руксин. Неотложная кардиология. Спб. «Невский диалект». 1998.
999) Ağrı sindromu olan miokard infarktlı xəstədə müalicəvi narkoz aparmaq qərara alınıb. Bu zaman azot qazı oksigenlə hansı nisbətdə verilməlidir?
A) 4 : 1

B) 1 : 2


C) 2 : 1

D) 1 : 4


E) 1 : 3
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1000) Miokard infarktı zamanı adı çəkilən hansı adrenolitik preparat oyanıqlığı və oksigenə olan tələbatı daha effektiv aşağı salır?
A) İnderal

B) Tropafen

C) Heç biri

D) Pirroksan

E) Fentolamin
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
1001) Xəstədə kəskin sağ mədəcik çatışmamazlığı nəticəsində ağ ciyər ödemi baş verib. Bu halda oksigenoterapiya ilə yanaşı hansı inqalyasiya aparmaq daha məqsədəuyğundur?
A) Buxar-oksigen inqalyasiyası

B) Antifomsilanla inqalyasiya

C) Otların dəmlənməsi inqalyasiyası

D) Helium-oksigen inqalyasiyası

E) Antorfin inqalyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1002) Reanimasion və ya postreanimasion dövrdə böyrəklərin vəziyyətini göstərən sindromlar arasında qan dövranının bərpa olunması fenomeni deyilən sindrom var. Bu nədir?
A) Qanın şuntlanması

B) Kontrpulsasiya üsulunun fenomenlərindən biri olan, damar sisteminin müəyyən hissələrində qan dövranının periodik dayanması

C) Ürək masajının effektiv olmayaraq böyrəklərin qan dövranının təmin etməməsi

D) Bərpa olunmuş ümumi hemodinamika fonunda böyrəklərdə mikrosirkulyasiya səviyyəsində qan dövranının olmaması

E) Böyrək arteriyasının trombozu
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
1003) Damar daxili laxtalanma (DDL) sindromu zamanı müalicə məqsədi ilə aminokapron turşusunun tətbiqi hansı mərhələdə aparılır?
A) IV mərhələ (bərpa)

B) Heç bir mərhələdə

C) II mərhələ (sərfolunmuş koaqulopatiya)

D) III mərhələ (fibrinoliz)

E) I mərhələ (hiperkoaqulyasiya)
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
1004) Xəstədə kollaps fonunda A/T-in sistolik göstəricisi 60 mm c. süt. qədər enib. Bununla əlaqədar hansı preparatın tətbiqi məsləhətdir?
A) Reopoliqlükin

B) Jelatinol

C) 5% qlükoza

D) Efedrin

E) Poliqlükin
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1005) Ağ ciyər ödemi zamanı müalicə kompleksinə sidik qovucuların istifadəsi daxildir. Bu məqsədlə hansı preparata üstünlük verilir?
A) Fərqi yoxdur

B) Mannitol

C) Laziks

D) Sidik cövhəri

E) Veroşpiron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1006) Mərkəzi hemodinamik göstəricisinə aid deyil?
A) Ürək indeksi

B) Mərkəzi venoz təzyiq

C) Nəbz təzyiqi

D) Dövr edən qanın həcmi

E) Damarların ümumi periferik müqaviməti
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1007) Mərkəzi hemodinamik göstəricisinə aid deyil?
A) Damarların ümumi periferik müqaviməti

B) Dövr edən qanın həcmi

C) Nəbz təzyiqi

D) Ürəyin birdəqiqəlik həcmi

E) Mərkəzi venoz təzyiq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1008) Məlumdur ki, beyindaxili təzyiq osmodiuretiklərin tətbiqi fonunda azalır, ancaq sonradan beyindaxili təzyiq və beyin ödemi yenidən artır. Aşağıdakı hansı osmodiuretukdə bu mənfi effekt müqaisədə daha zəifdir?
A) Mannit

B) Göstərilən preparatların dördündə də bu effekt eynidir

C) Sidik cövhəri

D) Mannitol

E) Qliserol
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
1009) Ürək vurğularının sayı hipotermiya zamanı necə dəyişir?
A) Öncə artır, sonra azalir

B) Artır


C) Azalır

D) Dəyişmir

E) Azalır, sonra artır
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1010) Ürək-damar sisteminin hansı müayinəsi mərkəzi hemodinamik göstəricilərin təyininə xas deyil?
A) Doplerometriya (ikidəstəli puls doplerometriyası – двухпучковая пульсовая доплерометрия)

B) İnvaziv üsulla Svans-Qans kateterinin tətbiqi vasitəsi ilə

C) Exokardioqrafiya

D) Tetrapolyar döş reoqrafiyası

E) Tac damarların angioqrafiyası
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1011) Hipertonik kriz fonunda hansı fəsadlaşmanın inkişafı xas deyil?
A) Hipertonik ensefalopatiya

B) Kəskin miokard infarktı

C) Beyin qan dövranın işemik tipli kəskin pozulması

D) Kəskin böyrək çatışmamazlığı

E) Kəskin sol mədəcik çatışmamazlığı
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1012) Hipertonik kriz fonunda hansı fəsadlaşmanın inkişafı xas deyil?
A) Kəskin sol mədəcik çatışmamazlığı

B) Kollaps

C) Kəskin miokard infarktı

D) Kəskin hemorragik insult

E) Kəskin işemik insult
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1013) Xəstədə idarə olunan hipotoniya yaratmaq lazımdır. Göctərilən hansı qanqlioblokatorun təsiri daha idarə olunandır?
A) Pentamin

B) Arfonad

C) Benzoheksonium

D) Kamfonium

E) Hiqronium
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1014) Hipertoniyalı xəstədə idarə olunan hipotoniya üsulu ilə yardım göstərilir. Anamnezində xəstənin öz təzyiqi daim 220/120 mm c. süt. olur. A/T maksimal göstəricisini hansı səviyyəyə qədər salmaq tövsiyə olunur?
A) 180 mm c. süt.

B) 160 mm c. süt.

C) 100 mm c. süt.

D) 140 mm c. süt.

E) 120 mm c. süt.
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1015) Qulaqcıqların paroksizmal taxikardiyası zamanı müalicə məqsədi ilə istifadə edilmir?
A) Lidokain

B) Verapamil

C) Karotid sinusun masajı

D) b-adrenoreseptorların blokatorları

E) Kardioversiya
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1016) Miokardın ocaqlı zədələnməsini hansı elektrokardioqrafik dişcik daha qabarıq əks edir?
A) Q

B) S


C) R

D) P


E) T
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1017) Miokard infarktlı xəstələrdə kardiogen şokun profilaktikası məqsədi ilə tətbiq edilmir?
A) Angiotenzinçevrici fermentlərin ingibitorları

B) b-adrenostimulyatorlar

C) Nitropreparatların v/d yeridilməsi

D) Narkotik analgetiklar

E) b-adrenoblokatorlar
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1018) Supraventrikulyar paroksizmal taxikardiya zamanı istifadə edilmir?
A) İzoptin

B) Novokainamid

C) Lidokain

D) Diqoksin

E) Kordaron
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1019) Kəskin miokard infarktı zamanı xəstəni ağrısızlaşdırma məqsədi ilə təcili yardım briqadası tərəfindən nəyin tətbiqi daha məqsədəuyğundur?
A) Qeyri narkotik analgetiklər

B) Epidural anesteziya

C) Narkotik analgetiklər

D) Trankvilizatorlar

E) N2O : O2 qarışığın inqalyasion anesteziyası
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1020) Elektrokardiostimulyasiya göstərilən hansı hallarda tətbiq olunmur?
A) Sinus düyünün zəifliyi sindromu

B) Atrioventrikulyar keçiriciliyin II dərəcəli pozulması

C) Atrioventrikulyar keçiriciliyin III dərəcəli pozulması

D) Volf-Parkinson-Uayt sindromu

E) Qan dövranın asistoliya mənşəli dayanması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
1021) Xəstədə ürəyin çəpər nahiyəsinin miokard infarktının 4-cü günündə qəflətən qısa müddətli huşun itməsindən sonra nəbzin bir dəqiqədə 42 qədər seyrəlməsi, A/T – 80/40 vv c.süt. düşməsi, huşun alaqaranlaşması inkişaf etmişdir. Göstərilən hansı tədbirin aparılması düzdür?
A) Kardioversiya

B) İzoptinin v/d yeridilməsi

C) Kordaronun yeridilməsi

D) Atropin, eufillin v/d yeridilməsi

E) Kranioserebral hipotermiya
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1022) Xəstədə hiperkaliyemiyanın kardiotoksik təsirini azaltmaq üçün hansı üsul tətbiq edilmir?
A) Hemodializ

B) Qlükoza-insulin qarışığı

C) Adrenalin

D) Kalsi preparatları

E) Furosemid
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1023) Damar mənşəli kollaps zamanı nəbz təzyiqi necə dəyişir?
A) Dəyişmir

B) Artır


C) Azalır

D) Artır, sonra azalır

E) Öncə azalır, sonra artır
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1024) 60 yaşında kişidə hipertonik kriz zamanı ağ ciyər ödemi baş vermişdir. A/T – 240/150 mm c. süt. bərabərdir. Təzyiqi salmaq məqsədi ilə hansı preparat tətbiq edilmir?
A) Mannitol

B) Furosemid

C) Pentamin

D) Morfium

E) Nitropreparatların infuziyası
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1025) Ürəyin keciricilik funksiyasınin pozulması fonunda qəflətən xəstədə baş gicəllənmə, huşun itməsi, qicolmalar, bradikardiya, sianoz inkişaf etmişdi. Göstərilən kliniki vəziyyət hansı sindroma müvafiqdir?
A) Klerk – Levi - Kritesko

B) Frederik

C) Morqani – Edams - Stoks

D) Volf – Parkinson - Uayt

E) P – Q intervalın qısalması
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1026) Hansı preparat antikoaqulyant qrupuna aid deyil?
A) Heparin

B) Fibrinolizin

C) Pelentan

D) Fraksiparin

E) Kleksan
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1027) Hansı preparat antikoaqulyant qrupuna aid deyil?
A) Kleksan

B) Fraksiparin

C) Pelentan

D) Heparin

E) Streptokinaza
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1028) Paroksizmal supraventrikulyar taxikardiyalarda aşağıdakılardan hansı istifadə olunmur?
A) Verapamil

B) Kardioversiya

C) β-blokatorlar

D) Lidokain

E) Polyarizasiya edici qarışıq
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
1029) Bədxassəli hipertermiyanın müalicəsində hansı preparat istifadə olunur?
A) Metoprolol

B) Pankuroniun

C) Arduan

D) Mg-sulfat

E) Dantrolen
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
1030) Ağ ciyər ödemi zamanı intensiv terapiyaya daxil deyil?
A) Tənəffüs analeptiklərin vena daxili vurulması

B) Sidikqovucuların vurulması

C) Traxeobronxial ağacın sanasiyası və oksigenoterapiyanın aparılması

D) Nitratların iastifadəsi

E) Qanqlioblokatorların istifadəsi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1031) Kəskin sağ mədəcik çatışmazlığında rast gəlməyən göstərici hansıdır?
A) Kiçik qan dövranın yüksəlməsi

B) Mərkəzi venoz təzyiqin qalxması

C) Boyun venaların şişməsi

D) Mərkəzi venoz təzyiqin enməsi

E) Sağ mədəcikdə son diastolik təzyiqin yüksəlməsi
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1032) EKQ-də miokard infarkta xas olan dəyişikliklər II; III; aVF; V5-V6 – aparmalapda aşkar edilmişdir. Miokard infarktın lokalizasiyasını göstərin?
A) Arxa-yan divar

B) Ön-yan divar

C) Sirkulyator

D) Arxa


E) Ön-zirvə
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1033) Kəskin miokard infarktin müalicəsində hansı mülahizə səhvdir?
A) Perikardın sürtünmə küyü trombolizis müalicəsində əks göstərişdir

B) Sol mədəcik çatışmazlığınin qarşısını almaq məqsədi ilə ürək qlikozidlərinin tətbiqi zəruridir

C) b-adrenoblokatorların təyini proqnozu yaxşılaşdırır

D) Antiaqreqantların profilaktik təyini tromboembolik ağırlaşma riskini azaldır

E) Mədəcik ekstrasistolik aritmiyanın fibrilyasiyaya keçmək riskini lidokaininin tətbiqi azaldır
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1034) Hansı halda sağ ürəyin yüklənməsi baş verir?
A) Pnevmotoraks

B) Massiv atelektaz

C) Ağ ciyər arteriyasının tromboemboliyası

D) Massiv pnevmoniya

E) Kollaps vəziyyətində
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1035) Hansı halda sağ ürəyin yüklənməsi baş vermir?
A) Pnevmotoraks

B) Dehidratasiya zamanı

C) Astmatik status

D) Massiv pnevmoniya

E) Hidrotoraks
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1036) Kəskin miokard infarkti zamanı mədəciklərin residivləşən fibrilyasiyası zamanı hansı üsula üstünlük verilir?
A) Adrenalin

B) Kordaron

C) Ornid

D) Elektroimpulsterapiya

E) Lidokain
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1037) Damargenişləndirici effekt qeyd edilmir?
A) Qliserin

B) Klofelin

C) Nitropreparatları

D) Dibazol

E) Pentamin
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1038) Hipertonik kriz fonunda hansı fəsadlaşmanın inkişafı xas deyil?
A) Hipertonik ensefalopatiya

B) Kollaps

C) Kəskin hemorragik insult

D) Kəskin işemik insult

E) Kəskin sol mədəcik çatışmamazlığı
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1039) Surətli doğuş zamanı qadında birdən-birə titrəmə, bədən temperaturunun 41C-qalxması, AT katastrofik enməsi baş verib və tezliklə ağ ciyər ödeminin simptomları meydana çıxır. Bu hansı ağırlaşmanın inkişafı ilə əlaqəlidır?
A) Daxili profuz qanaxma

B) Böyrəküstü vəzinin kəskin çatışmamazlığı

C) Eklampsiya tutması

D) Dölyanı maye emboliyası

E) Trombohemorragik sindromun inkişaf etməsi
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
1040) Oliquriya zamanı xəstələrdə sutkalıq sidiyin miqdarı neçə ml qeyd edilir?
A) 50-100 ml-ə qədər

B) 1000ml

C) 800 ml

D) 100-500 ml

E) 30-50 ml
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1041) Anuriya zamanı xəstələrdə sutkalıq sidiyin miqdarı neçə ml təşkil edir?
A) 300 ml

B) 250 ml-ə qədər

C) 500 ml

D) 100 ml-dən az

E) 200 ml
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1042) Ağır dərəcəli kəskin böyrək çatışmamazlığı zamanı qanda kreatinin miqdarı neçə dəfə artır?
A) 5 dəfə

B) 6-dəfədən çox

C) 2 dəfə

D) 3 dəfə

E) 4 dəfə
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1043) Yüngül dərəcəli kəskin böyrək çatışmamazlığı zamanı qanda kreatinin miqdarı neçə dəfə artır?
A) 10 dəfə

B) 4-5 dəfə

C) 15 dəfə

D) 6-7 dəfə

E) 2-3 dəfə
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1044) Orta ağır dərəcəli kəskin böyrək çatışmamazlığı zamanı qanda kreatinin miqdarı neçə dəfə artır?
A) 2-3 dəfə

B) 8-10 dəfə

C) 1-2 dəfə

D) 6-7 dəfə

E) 4-5 dəfə
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1045) Kəskin böyrək çatışmamazlığının neçə dövrü ayırd edilir?
A) 4

B) 2


C) 3

D) 5


E) 6
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
1046) Hemokvant (qanın damardaxili lazer şualandırılması, qanın ultrabənövşəyi şualarla şualandırılması) terapiyasının aparılmasına göstəriş?
A) Hemoblastozun terminal dövrü

B) Fotodermatoz

C) Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi

D) Hipokoaqulyasion sindrom

E) Pellaqra
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1047) Bioloji substrata təsir mexanizmlərinə görə qeyriefferent ekstrakorporal hemokorreksiya metodları neçə qrupa bölünür?
A) 3

B) 1


C) 2

D) 7


E) 5
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1048) Kəskin böyrək çatışmazlığı zamanı qanda kreatininin hansı səviyyəsi hemodializə göstərişdir?
A) 200 mkmol/l

B) 800 mkmol/l

C) 500 mkmol/l

D) 300 mkmol/l

E) 150 mkmol/l
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
1049) Etioloji faktorlardan asılı olaraq kəskin böyrək çatışmazlığının necə formaları müəyyən edilir?
A) 3

B) 1


C) 2

D) 5


E) 4
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
1050) Bir seans kiçik sürətli hemodializ zamanı neçə faiz kreatinin xaric ola bilər?
A) 85-95 %

B) 75-85 %

C) 70-75 %

D) 65-70 %

E) 40-60 %
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1051) Bir seans kiçik sürətli hemodializ zamanı neçə faiz sidik cövhəri xaric olur?
A) 80-85 %

B) 70 85 %

C) 90-95 %

D) 60-70 %

E) 70 75 %
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1052) Ekstrakorporal detoksikasiya hansıdır?
A) Maqnito-, lazeroterapiya

B) Qara ciyərin detoksikasiya funksiyanın artırılması

C) Peritoneal dializ

D) Plazmaferez, hemodializ, hemofiltrasiya

E) Gücləndirici sidik qovma
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1053) İntrakorporal detoksikasiya yolları hansıdır?
A) Hemofiltrasiya

B) Plazmaferez

C) Hemosorbsiya

D) Peritoneal dializ, bağırsaq dializi, elektro-, termo-, svetoterapiya

E) Hemodializ
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1054) Transfuzioilogiyanın əsas funksiyası hansıdır?
A) Qanın və qan preparatlarının hazırlanması və köçürülməsi

B) Dezintoksikasiyanın aparılması

C) Kolloidlərin köçürülməsi

D) Kristalloid məhlulların köçürülməsi

E) Zülal preparatların köçürülməsi
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1055) Kliniki transfuzioilogiyanın əsas məqsədi nədir?
A) Parenteral qidalanmanın təyin olması

B) Dezintoksikasion müalicənin təyini

C) Homeostazın stabilləşməsinin təyini

D) Dehidratasiyanın aradan qaldırılması

E) Hemotransfuzion preparatların köçürülməsinə göstərişin təyin olması
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1056) Daha yüksək molekullu toksinlər hansılardır (100 000 Da-dan çox)?
A) Hormonlar, prostaqlandinlər

B) Histamin, serotonin

C) Zülallar, lipoproteinlər

D) Kreatinin, sidik cövhəri

E) Fibrinmonomer, krioqlobulin, kriofibrinogen
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1057) Yüksək molekullu toksinlər hansılardır (5000-10 000 Da)?
A) Serotonin

B) Kreatinin

C) Zülallar, lipoproteinlər

D) Sidik cövhəri

E) Histamin
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1058) Orta molekullu toksinlər hansılardır (500-5000 Da)?
A) Bradikinin, hormonlar, prostaqlandinlər

B) Zülallar, lipoproteinlər

C) Sidik cövhəri

D) Histamin, serotonin

E) Kreatinin
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1059) Kiçik molekullu toksinlər hansılardır (500 Da qədər)?
A) Lipoproteinlər

B) Prostaqlandinlər

C) Bradikinin, hormonlar, prostaqlandinlər

D) Kreatinin, sidik cövhəri, histamin, serotonin

E) Zülallar
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
1060) Kobra ilanı ilə zəhərlənmə zamanı ölümə səbəb?
A) Kollaps

B) Kəskin qara ciyər çatişmamazlığı

C) Kloniki və toniki qicolmalar

D) Kəskin ürək çatışmamazlığı

E) Tənəffüs mərkəzinin iflici
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
1061) Şahmar ilan zəhərlənməsində ölümə səbəb nədir?
A) Kollaps və tənəffüs dayanması

B) Mədəciklərin fibrilyasiyası

C) Beyin ödemi

D) Qanın damardaxili laxtalanma sindromu

E) Tənəffüs mərkəzinin paraliçi
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
1062) Sirkə turşusunun neçə ml-ni daxilə qəbul etdikdə ölüm baş verə bilər?
A) 5-10 ml

B) 30-50 ml

C) 1-5 ml

D) 10-20 ml

E) 20-25 ml
Ədəbiyyat: Клиническая токсикология. 2004 Лужников Е. А.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə