Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Maksimal dərin nəfəsalma zamanı ağciyərlərin tutduğu hava həcmi necə adlanır?



Yüklə 1,18 Mb.
səhifə7/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

357) Maksimal dərin nəfəsalma zamanı ağciyərlərin tutduğu hava həcmi necə adlanır?
A) Ağ ciyərlərin ümumi həcmi

B) Tənəffüs həcmi

C) Ağ ciyərlərin xüsusi həcmi

D) Anatomik ölü boşluq

E) Tənəffüsün dəqiqəlik həcmi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
358) Maksimal nəfəsalmadan sonra nəfəsvermədən alınan hava həcmi necə adlanır?
A) Ağ ciyərlərin xüsusi həcmi

B) Ağ ciyərlərin həyat həcmi

C) Ağ ciyərlərin ümumi həcmi

D) Tənəffüs həcmi

E) Tənəffüsün bir dəqiqəlik həcmi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
359) Sakit vəziyyətdə normal dərinlikli tənəffüs zamanı olan hava həcmi necə adlanır?
A) Ağ ciyərlərin ümumi həcmi

B) Ağ ciyərlərin həyat həcmi

C) Tənəffüsün dəqiqəlik həcmi

D) Ağ ciyərlərin xüsusi həcmi

E) Tənəffüs həcmi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
360) Tənəffüsün dəqiqəlik həcmi nəyə bərabərdir?
A) Ağ ciyərlərin həyat həcmi : 2

B) Ağ ciyərlərin ümumi həcmi : 2

C) Tənəffüs həcmi× xəstənin illəriə tam yaşı

D) Tənəffüs həcmi× xəstənin çəkisi

E) Tənəffüs həcmi×tənəffüsün 1 dəqiqəlik sayı
Ədəbiyyat: А.А. Бунятян, Г.А. Рябов, А.З. Маневич; Анестезиология и реаниматология, Москва, «Медицина», 1984.
361) Tənəffüs sisteminin fiziologiyasında ölü boşluq dedikdə nə nəzərdə tutulur?
A) Tənəffüs yolları strukturunda qaz mübadiləsində iştirak etməyən havanın yerləşdiyi həcm

B) Bioloji ölum konstatasiya edildikdən sonra ağciyərlərdə qalan hava həcmi

C) Ürək çatmazlığı ilə olan xəstənin tənəffüs həcmi

D) Kəskin tənəffüs çatmazlığı olan xəstənin tənəffüs həcmi

E) Klinik ölum baş verdikdən sonra ağciyərlərdə qalan hava həcmi
Ədəbiyyat: А.А. Бунятян, Г.А. Рябов, А.З. Маневич; Анестезиология и реаниматология, Москва, «Медицина», 1984.
362) Dəqiqəlik alveolyar ventilyasiya dedikdə nə başa düşülür?
A) Düzgun cavab yoxdur

B) Bir tənəffüs tsiklində alveolalara daxil olan hava həcmi

C) Tənəffüsün bir dəqiqəlik həcminin tənəffüsün sayına olan nisbəti

D) Tənəffüs həcminin tənəffüsün sayına olan hasili

E) Bir dəqiqə ərzində alveolalardan keçən hava həcmi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
363) Xəstə intubasiya edildikdən sonra anatomik ölü boşluq?
A) Yalnız böyüklərdə artır

B) Azalir

C) Artir

D) Yalnız uşaqlarda azalır

E) Dəyişməz qalir
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
364) Anatomik ölü boşluğun (AÖB) həcmini ml-lərlə hesablamaq üçün bu düsturların hansı doğrudur?
A) AÖB = boy (sm) çıxılsın çəki (kq) və alınan nəticəni 2,22-yə vurmaq

B) AÖB = boy (sm)×2,22

C) AÖB = çəki (kq)× 2,22

D) AÖB = çəki (kq)×3,33

E) AÖB = boy (sm)×3,33
Ədəbiyyat: А.А. Бунятян, Г.А. Рябов, А.З. Маневич; Анестезиология и реаниматология, Москва, «Медицина», 1984.
365) Spontan tənəffüsdə normal fizioloji halda bu müddəaların hansı doğrudur?
A) Nəfəsalma passiv, nəfəsvermə isə aktivdir

B) Nəfəsalma və nəfəsvermə hər ikisi aktivdir

C) Nəfəsalma aktiv, nəfəsvermə isə passiv prosesdir

D) Yuxu halında hər ikisi passiv, ayıq olduqda isə hər ikisi aktivdir

E) Nəfəsalma və nəfəsvermə hər ikisi passivdir
Ədəbiyyat: А.П. Зильбер; Клиническая физиология в анестезиологии и реаниматологии, Москва, «Медицина», 1984.
366) Suksinilxolin hansı dozada yenidoğulmuş üçün (keysəriyyə əməliyyatı zamanı) təhlükəsizdir?
A) 200 mq qədər

B) 300 mq qədər

C) 500 mq qədər

D) 50 mq qədər

E) 100 mq qədər
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, «Медицина», 1985.
367) Asetilxolinesteraza ingibitorlarından hansı hematoensefalik baryeri keçir?
A) Piridostiqmin

B) Heç biri keçmir

C) Neostiqmin

D) Fizostiqmin

E) Fizostiqmin, piridostiqmin və neostiqmin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
368) Tənəffüs siklinin fazalarının dəyişdirilməsində istifadə olunan mexanizm baxımından ağ ciyərlərin süni ventilyasiya (ASV) aparatlarının təsnifatında aşağıda göstərilən hansı parametr istifadə olunmur?
A) İnspirator həcmi

B) Qaz axını

C) Oksigenin konsentrasiyası

D) İnspirator (inspirator–ekspirator) vaxtı

E) Tənəffüs konturundaki təzyiq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
369) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı dəqiqəlik venyilyasiya həcmi (DVH) necə hesablanmalıdır?
A) Tənəffüs həcmi (TH) / tənəffüs siklinin davametmə müddəti

B) Pik (ən yüksək) inspirator təzyiq × tənəffüs həcmi (TH)

C) Tənəffüs yollarında orta təzyiq × tənəffüs həcmi (TH)

D) Tənəffüs həcmi (TH) × tənəffüs hərəkətlərinin dəqiqəlik sayı (THDS)

E) Nəfəsalma müddəti / nəfəsvermə müddəti
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
370) Ağ ciyərlərin sünı ventilyasıya (ASV) aparatlarının əksəriyyətində nəfəsalma/nəfəsvermə triqqer mexanizminin işində hansı universal amildən istifadə olunur?
A) İnspirator təzyiqdən

B) Tənəffüs sikli fazalarının davametmə müddətindən

C) Tənəffüs həcmindən (TH-dan)

D) Nəfəsvermənin sonunda müsbət təzyiqdən (NSMT-dan)

E) Tənəffüs yollarında orta təzyiqdən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
371) Əməliyyat qurtardıqdan sonra atmosfer hava ilə spontan tənəffüs alan xəstədə aşağıda qeyd olunan parametrlərdən hansı uğurlu ekstubasiyanın aparılmasına marker ola bilər?
A) Ürək yığılmaların sayının 1 dəqiqə ərzində 20-dən çox artması

B) Tənəffüs hərəkətlərinin sayının 1 dəqiqə ərzində 10-dan çox artması yaxud 30-dan çox olması

C) Sistolik arterial təzyiqin 20 mm c.süt artması yaxud enməsi

D) Arterial qan hemoqlobinin oksigenlə doymasını (SaO2-ni) 90%-dən yuxarı səviyyəsində saxlamaq imkanı

E) Tənəffüs həcminın 250 ml-dən az olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
372) Ağ ciyərlərin süni ventilyasiyasının aşağıda qeyd olunan fəsadlarından hansı yuxarı tənəffüs yollarına aiddir?
A) Traxeobronxitlər

B) Barotravma

C) Oksigenin toksiki təsiri

D) Atelektaz

E) Nozokominal pnevmoniya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
373) Ağ ciyərlərin süni ventilyasiyasınn aşağıda qeyd olunan fəsadlaınrdan hansı ağ ciyər toxumasına aiddir?
A) Traxeyanın selikli qişasının travması

B) Traxeobronxitlər

C) Yuxarı tənəffüs yollarının nəmləndirici qabiliyyətinin itirilməsi

D) Qırtlağın ödemi

E) Oksigenin toksiki təsiri
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
374) Aşağıda qeyd olunan effektlərdən hansı ağ ciyərlərin süni ventilyasiyası ilə əlaqədar deyildir?
A) Venoz qan qayıtmasının azalması

B) Kəllədaxili təzyiqin artması

C) Hipotenziya

D) Tənəffüs asidozu yaxud tənəffüs alkalozu

E) Diurezin artması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
375) Xəstənin əməliyyat masasında hansı vəziyyətdə olanda ağ ciyərlərin еlastikliyi azalır?
A) Fоvlеr

B) Litotomik

C) Arxası

D) Oturaq

E) Qarnı üstə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
376) Bir qayda kimi, təcili olaraq traхеyanın intubasiyası hansı xəstələrdə aparılmalıdır?
A) Dоlu mədə olan xəstələrdə

B) Yuхarı tənəffüs yоllarının yad cisimlə оbstruksiyası zamanı

C) Ağır tənəffüs çatmamazlığı olan xəstələrdə

D) miokard infarktı olan xəstələrdə

E) Yüksək kəllədaхili təzyiq olan xəstələrdə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
377) Böyüklər üçün nəzərdə tutulan ağ ciyərlərin süni ventilyasiya (ASV) aparatlarında olan qoruyucu qapağın təzyiqi adətən hansı səviyyədə olur?
A) İnspirator həcmi yaradan təzyiqdən 10 sm su sütunu aşağı

B) 60 sm su sütununa bərabər

C) İnspirator həcmi yaradan təzyiqdən 10 sm su sütutu yüksək

D) 20 sm su sütunu və ondan aşağı

E) 50 sm su sütunu və daha yüksək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
378) Aşağıda qeyd olunan cəhətlərdən təzyiqə nəzarət olunan ventilyasiya (TNV) rejiminə hansı aid deyildir?
A) Atelektazlaşmış alveolların açılması

B) Ağ ciyərlərin barotravmadan qorunması

C) İnspirator plato təzyiqinin ağciyərlərdə qaz mübadiləsinə müsbət təsiri

D) Maksimal inspirator təzyiqin idarə olunması

E) Tənəffüs həcminin idarə olunması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
379) Nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimi ilə aparılan ağ ciyərlərin süni ventlyasiyasının (ASV-nın) əsas və həmişə müşahidə olunan fəsadı hansıdır?
A) Ağciyərlərin ödеmi

B) Preyüklənmənin azalması

C) Alveolların barоtravması

D) Əməlıyyat zamanı qan itirmənin artması

E) Arterial hipotenziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
380) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimi üçün xarakterik olmayan effekti hansıdır?
A) Ağ ciyərlərin elastiklikliyin yaxşılaşması

B) Venoz qan qayıtmasının artması

C) Oksigenasiyanın yaxşılaşması

D) Ağ ciyərlərin funksional həcminin artması

E) Ağ ciyərlərin daxili şuntlanmasının azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
381) Ağ ciyərlərin süni ventilyasiya (ASV) aparılan хəstələrdə pnеvmоtоraksın xarakterik simptоmu hansıdır?
A) Qəflətən hərarətin yüksəlməsi

B) Bradikardiya

C) Qəfləti artеrial hipоtеnziya

D) Qəfləti artеrial hipеrtеnziya

E) Atriovenrikulyar blokada
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
382) İnspirator həcmi prinsipi ilə işləyən ağ ciyərlərin süni ventilyasiya (ASV) aparatlarında mümkün qazitirmənin müəyyən edilməsi üçün nə edilməlidir?
A) Nəfəsvermənin həcmi nəzərə alınmalıdır

B) Nəfəsalmanın maksimal təzyiqi nəzərə alınmalıdır

C) Nəfəsvermənin sonunda müsbət təzyiqə nəzarət edilməlidir

D) Nəfəsalma/nəfəsvermə fazaların davamına nəzarət edilməlidir

E) Plato təzyiqi nəzərə alınmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
383) Aşağıda qeyd olunan ağ ciyərləri süni ventilyasiya (ASV) rejimlərin çatışmayan cəhətlərdən hansı həcmə nəzarət olunan ventilyasiya (HNV) rejiminə aiddir?
A) Tənəffüs sikllərinin tezliyinə nəzarət olunmaması

B) Yüksək pik alveolyar təzyiqin ehtimalı

C) Auto-nəfəsvermənin sonunda müsbət təzyiqin (auto-NSMT-in) yaranması

D) Tənəffüs həcminə nəzarət olunmaması

E) İnspirator fazanın idarə olunmaması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
384) Müasir ağciyərlərin sünı ventilyasıya (ASV) aparatlarında nəfəsalma/nəfəsvermə triqqer mexanizminin işində hansı göstəricidən istifadə olunmur?
A) Tənəffüs həcmindən (TH-dan)

B) İnspirator təzyiqdən

C) Nəfəsalma qazlar qarışığında oksigenin konsentrasiyasından

D) Tənəffüs sikli fazalarının davametmə müddətdən

E) Xəstənin spontan nəfəsalma cəhdindən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
385) Müsbət təzyiqlə yüksək tezlikli ventilyasiya (YTYTV) rejimində tənəffüs sikllərinin tezliyi hansı səviyyədə olur?
A) 14-18/dəq

B) 36-40/dəq

C) 100-600/dəq

D) 60-100/dəq

E) 3000-4000/dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
386) Müsbət təzyiqlə yüksək tezlikli ventilyasiya (MTYTV) rejimində hansı tənəffüs həcmindən (TH-dan) istifadə olunur?
A) Ölü sahənin həcmindən bir qədər az olan

B) Ölü sahənin həcmindən müqayisə olunmayan dərəcədə az olan

C) Fizioloji tənəffüs həcmindən çox olan

D) Fizioloji tənəffüs həcimə bərabər olan

E) Ölü sahənin həcmindən bir qədər çox olan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.

Bölmə 7. Anesteziya və əməliyyatlar zamanı istifadə edilən xüsusi metodlar

387) Süni hipotoniyanı əldə etmək üçün hansı preparat istifadə olunmur?
A) Nitroprussid natriy

B) Nitrogliserin

C) Arfonad

D) Dofamin

E) İmexin
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
388) Pulsоksimеtriya apardıqda xətaların baş verməsi aşağıda qeyd olunan hallardan hansında müşahidə olunur?
A) Karbоksimеthеmqlоbin əmələ gəldikdə

B) Mеthеmоqlоbin əmələ qəldikdə

C) Pasiyеntlərin dırnaqlarında bоya оlduqda

D) Mеtilеn abısından istifadə etdikdə

E) Üçqapaqlı klapanın çatışmazlığı olan xəstələrdə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
389) Kəskin respirator distress-sindromda (KRDS-da) respirator müalicəsınin yekun məqsədi nədən ibarətdir?
A) Respirator rejimlərin bütün amillərindən istifadə edərək, respirator asidozu aradan qaldırmaq

B) Respirator rejimlərin bütün amilləinrdən istifadə edərək, plazma pH-ın normal göstəricilərinə (7,35-7,45) nail olmaq

C) Böyük tənəffüs həcmindən (TH-dan) və O2-nin yüksək inspirator fraksiyadan (yüksək FiO2-dən) istifadə edərək, ağ ciyərlərin maksimal genəltməsinə və maksimal SaO2-yə nail olmaq

D) Ağ ciyərlərin minimal genəltməyindən və O2-nin minimal inspirator fraksiyadan (minimal FiO2-dən) istifadə edərək, optimal pH-ı və SaO2-ni təmin etmək

E) Böyük tənəffüs həcmindən (TH-dan) istifadə edərək tezliklə toxumalarda SaO2-nin adekvat təmin edilməsi üçün kifayət olan səviyyəsinə (88%-dən yuxarı) çatdırmaq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
390) Süni qan dövranı zamanı istifadə edilən əsas prinsiplər harada düzgün qeyd olunmuşdur?
A) Kardioplegiya soyuq hiperkaliyemik məhlulla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi oksigenatorda baş verir, filtrlərda qan hava qabarcıqlardan və mikrohissəciklədən təmizlənir

B) Kardioplegiya defibrilyatorla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi oksigenatorda baş verir, filtrlərda qan trombositlərdən təmizlənir

C) Kardioplegiya defibrilyatorla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi ağ ciyərlərdə baş verir, filtrlərda qan heparindən təmizlənir

D) Kardioplegiya defibrilyatorla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi oksigenatorda baş verir, filtrlərda qan karbon qazdan təmizlənir

E) Kardioplegiya soyuq hiperkaliyemik məhlulla aparılır, qanın hərəkətini nasoslar təmin edir, qaz mübadiləsi ağ ciyərlərdə baş verir, filtrlərda qan hava qabarcıqlardan və mikrohissəciklədən təmizlənir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
391) Qanaxmanın qarşısını almaq məqsədi ilə AT-in aşağı salınması tətbiq edilir. Bu məqsədlə hansı qanqlioblokatora üstünlük vermək lazımdır?
A) Benzoheksonium

B) Hiqronium

C) Arfonad

D) Heksametonium

E) Pentamin
Ədəbiyyat: М.Д. Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
392) Mamalıqda qanqlioblokatorların vasitəsi ilə A/T-in maksimal göstəricisinin aşağı salınmasının optimal səviyyəsi hansıdır?
A) 120-110 mm c. süt.

B) 100-90 mm c. süt.

C) 90-80 mm c. süt.

D) 60-40 mm c. süt.

E) 80-60 mm c. süt.
Ədəbiyyat: Н.Н. Расстригин. Анестезия и реанимация в акушерстве и гинекологии. М., «Медицина». 1978.
393) Qanqlioblokadaedici preparatların tətbiqi zamanı müşahidə edilmir?
A) Ürəyə qayıdan qanın azalması

B) Arterial təzyiqin yüksəlməsi

C) Vazoplegiya

D) Ürəyin dəqiqəlik həcminin azalması

E) Ümumi damar müqavimətinin azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
394) Süni hipotoniya yaratmaq üçün tətbiq edilmir?
A) İzoket

B) Perlainqanit

C) Dofamin

D) Pentamin

E) Arfonad
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
395) Cərrahi əməliyyat zamanı süni hipotoniya aparmaqda məqsəd nədir?
A) Böyrəklərin funksiyasını yaxşılaşdırmaq

B) Ürəyin yığılma qabiliyyətini artırmaq

C) Qanitirmənin miqdarının azaltmaq

D) Orqanizmin O2 tələbatını azaltmaq

E) Anesteziyanı dərinləşdirmək
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
396) Süni hipotoniya aparılmasına göstəriş seçim hansıdır?
A) Beyin üdemi

B) Kardiogen şok

C) Eklampsiya

D) Hipovolemik sindrom

E) Diabetik koma
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
397) Süni hipotoniya aparılması nə zaman əks göstərişdir?
A) Tireotoksikoz

B) Aortanın koaktasiyası

C) Hipertonik kriz

D) Adrenal çatışmamazlıq

E) Eklampsiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
398) Süni hipotoniya aparılması nə zaman göstərişdir:
A) Hipovolemik sindrom

B) Kiçik dövranda hipervolemiya

C) Hiperkoaqulyasiya

D) Qara ciyər çatışmamazlığı

E) Böyrək çatışmamazlığı
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
399) Süni hipotoniya zamanı sistolik arterial təzyiqin hansı səviyyəyə qədər endirilməsi təhlükəsiz sayılır?
A) 100 mm c. süt.

B) 90 mm c. süt.

C) 80 mm c. süt.

D) 60 mm c. süt.

E) 70 mm c. süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
400) Süni hipotoniya yaratmaq üçün qanqlioblokadaedici preparatlar haraya yeridilir?
A) Ürək daxilinə

B) Arteriya daxilinə

C) Vena daxilinə

D) Əzələ daxilinə

E) Dəri altına
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
401) Süni hipotoniya bitdikdən sonra arterial təzyiq ləng bərpa olunursa hansı preparatlar tətbiq edilməlidir?
A) Vazopressorlar

B) Kortikosteroidlər

C) Adrenolitiklər

D) Diuretiklər

E) Ürək qlikozidləri
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
402) Süni hipotermiya aparılmasına məqsəd nədir?
A) Hüceyrələrin oksigenlə təhcizatını yaxşılaşdırmaq

B) Mübadilə proseslərini sürətləndirmək

C) Anesteziyanı dərinləşdirmək

D) Ürək fəaliyyətini yaxşılaşdırmaq

E) Hüceyrələrin oksigen aclığına davamlığını artırmaq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
403) Bədən hərarətinin 1°C aşağı salınması O2 tələbatı neşə faiz aşağı salır?
A) 3-5%

B) 7-8%


C) 1-2%

D) 9-10%


E) 14-15%
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
404) Süni hipotermiya yaratmaq üçün bədənin soyudulması ilə yanaşı nə tətbiq edilməlidir?
A) Kombinəedilmiş dərin ümumi anesteziya

B) Hiperbarik oksigenləşdirmə

C) Süni qan dövranı

D) Ekstrakorporal detoksikasiya

E) Kombinəedilmiş səthi ümumi anesteziya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
405) Orta dərəcəli (bədən hararəti 31° -28°C həddində) hipotermiya zamanı ürəyi qan dövranı sistemindən neçə dəqiqəyə qədər ayırmaq olar?
A) 15 dəq

B) 30 dəq

C) 20 dəq

D) 5 dəq


E) 10dəq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
406) Süni hipotermiyanın ağırlaşmalarına aiddir?
A) Mədəciklərin fibrillyasiyası

B) Əzələlərin hipotoniyası

C) Hiperqkilemiya

D) Periferik vazodilatasiya

E) Hipoqlikemiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
407) Süni qan dövranı apararkən təzə sitratlı qanın hər 1 litrinə nə qədər heparin əlavə edilir?
A) 100 mq

B) 50 mq


C) 10 mq

D) 200 mq

E) 500 m1
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
408) Süni qan dövranı tətbiq edilməsinə göstərişdir?
A) Qarın aortası üzərində cərrahi əməliyyatlar

B) Baş beyin üzərində cərrahi əməliyyatlar

C) Ürək üzərində hipertermiya şəraitində uzunmüddətli cərrahi əməliyyatlar

D) Ürək üzərində hipotermiya şəraitində uzunmüddətli cərrahi əməliyyatlar

E) Qaraciyər üzərində rekonstruktiv əməliyyatlar
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
409) Aortadaxili balon əkspulsasiyasının aparılmasına göstərişdir?
A) Kəskin böyrək çatışmamazlığı

B) Aortal qapağın çatışmamazlığı

C) Aortanın paylanan anevrizması

D) Ağır kəllə-beyin travması

E) Kardiogen şok
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.
410) Aortadaxili balon əkspulsasiyasının aparılmasına göstəriş sayılmır?
A) Ürək köçürmədən əvvəlki və sonrakı vəziyyət

B) Dərman müalicəsinə refrakter qeyristabil stenokardiya

C) Baş beyinin qeyridönməz dərəcədə zədələnməsi

D) Refrakter sol mədəcik çatışmazlığı

E) Kəskin miokard infarktı zamanı mədəcik arası divarın deşilməsi
Ədəbiyyat: Руководство по технике врачебных манипуляций: пер. с англ./ Под ред. Г. Чена и др. – М.: Медицинская литература, 2002, 384 с.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə