Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur


) Epidural anesteziyadan fərqli olaraq spinal anesteziya zamanı simpatik blokadadanın sensor blokadan 3-4 seqment geniş olması nə ilə izah olunur?



Yüklə 1,18 Mb.
səhifə9/20
tarix11.12.2016
ölçüsü1,18 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

472) Epidural anesteziyadan fərqli olaraq spinal anesteziya zamanı simpatik blokadadanın sensor blokadan 3-4 seqment geniş olması nə ilə izah olunur?
A) Spinal anesteziya zamanı daha çox sərt qisa ilə örtülməmiş sinir kökcüklər blokada olunur

B) Spinal anesteziya zamanı daha güclü motor blokada əmələ gəlir

C) Diffuziya qanununa uyğun olaraq likvorun perifərik zonalarında anestetikin konsentrasiyası azalır

D) Epidural anesteziya zamanı daha böyük dozada anestetik istifadə olunur

E) Epidural anesteziya zamanı istifadə edilən anestetik məhlulunun həcmi daha çox olur
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
473) Spinal və epidural anesteziya zamanı blokada zonasında olan periferik qan damarlarına aiddir?
A) Periferik α-adrenoreseptorlar blokada olunmur

B) Periferik damarın spazmı inkişaf edir

C) Periferik α-adrenoreseptorlar blokada olunur

D) Periferik qan damarlarında qanın durğunlğu inkişaf edir

E) Periferik qan damarlarının endo- və ekzogen katexolaminlərə cavab reaksiyası olmur
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
474) Еpidural anеstеziyanın çatışmazlıqlarına aiddir?

A) Hipоtоniyanın əmələ gəlmə еhtimalı

B) Hipertenziyanın əmələ gəlmə ehtimalı

C) Hipоksiyanın əmələ gəlmə еhtimalı

D) Əzələ gərginliyinin əmələ gəlmə ehtimalı

E) Qanaхmanın artması


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.

Bölmə 9. Cərrahiyyənin ixtisaslaşdırılmış sahələrində anesteziya

475) Əməliyyatdan sonra baş verən tireotoksiki krizi aradan qaldırmaq üçün hansı tədbirlər gorülməlidir?
A) β-blokatorların tətbiqi

B) Kortikosteroidlər

C) Sadalananların hamısı

D) Plazmafarez

E) Sedasiya
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002
476) Neyrocərrahi əməliyyatlar aparılan xəstələrdə anesteziyanın induksiyası üçün istifadə olunan barbituratlar, propofol və etomidat hansı effekti törətmir?
A) Kəllədaxili təzyiqi yüksəldir

B) Arterial qan təzyiqi endirir

C) Beyin qan həcmini azaldır

D) Kəllədaxili təzyiqi endirir

E) Beyin metabolizmini azaldır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
477) Neyrocərrahi əməliyyatlar aparılan xəstələrdə anesteziyanın induksiyası üçün istifadə olunan halotan və izofluran hansı effekti törətmir?
A) Kəllədaxili təzyiqini yüksəldir

B) Arterial qan təzyiqini endirir

C) Beyin metabolizmini yüksəldir

D) Beyin metabolizmini azaldır

E) Beyin qan həcmini artırır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
478) Neyrocərrahi əməliyyatlar aparılan xəstələrdə anesteziyanın induksiyası üçün istifadə olunan ketamin hansı effekti törətmir?
A) Beyin metabolizmini dəyişdirmir

B) Beyin qan həcmini artırır

C) Arterial qan təzyiqini yüksəldir

D) Kəllədaxili təzyiqini endirir

E) Kəllədaxili təzyiqi yüksəldir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
479) Neyrocərrahi əməliyyatlarda anesteziya zamanı hansı metod yaxud preparatdan istifadə etdikdə kəllədaxili təzyiqin yüksəlməsi gözlənilmir?
A) Ağciyərlərin süni vüntilyasiyası (ASV)

B) Ketamin

C) Halotan

D) Suksinilxolin (listenon)

E) Propofol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
480) Baş beynin damar xəstəlıkləri ilə əlaqədar aparılan anesteziyanın induksiyası üçün hansı anestetik seçim preparatı deyildir?
A) Ketamin

B) Etomidat

C) Propofol

D) Heksenal

E) Natrium tiopental
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
481) Kəlləbeyin travmalı xəstələrdə əməliyyatdan qabaqkı hazırlığı zaman hansı tədbirdən istifadə olunmur?
A) Beynin metabolik proseslərinin aktivləşməsinə yönəldilmiş terapiya

B) Qanitirmənin konpensasiyası

C) Hipoksemiya və hiperkapniyanın profilaktikası

D) Baş beynin adekvat perfuzion təzyiqin saxlanılması

E) Hipertenzion-dislokasion sindromun profilaktikası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
482) Neyrocərrahi əməliyyatlar aparılan xəstələrdə infuzion terapiya zamanı hansı məhlulu infuziya edəndə kəllədaxili təzyiqin yüksəlməsi gözlənilmir?
A) 10%-li glükoza

B) Hipoosmolyar kristalloid məhlulları

C) 5%-li albumin

D) 5%-li glükoza

E) 40%-li glükoza
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
483) Subtentorial yerləşən patoloji proseslərlə əlaqədar aparılan ümumi anesteziya zamanı aşağıda göstərilən preparatlardan hansı istifadəyə əks-göstərışdir?
A) Propofol

B) Barbituratlar

C) Azot oksidi

D) Fentanil

E) Etomidat
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
484) Patoloji prosesin supratentorial yerləşməsi nəticəsində nevroloji defisitin təzahürlərin adətən daxil deyildir?
A) Qıcolmalar

B) Afaziya

C) Periferik parez və paraliçlər

D) Psixi pozulmalar

E) Ortostatık hemodinamiki pozğunluqlar
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
485) Subtentorial yerləşən patoloji proseslərlə əlaqədar aparılan əməliyyatlarda ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı aşağıda göstərilən parametrlərdən hansı istifadəyə məsləhət görülmür?
A) Tənəffüs konturundaki təzyiq ≤ 35 sm su süt.

B) Nisbətən yüksək tənəffüs tezliyi

C) Mülayim hiperventilyasiya (PaCO2 30-35 mm c.süt.)

D) Nisbətən kiçik tənəffüs həcmi

E) Tənəffüs konturundaki təzyiq 16-18 sm su süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
486) Neyrocərrahi əməliyyatlar aparılan xəstələrdə plazma osmolyarlığının məqsədəuyğun göstəriciləri hansı səviyyədə olmalıdır:
A) 325-330 mosm/L

B) 285-290 mosm/L

C) 305-310 mosm/L

D) 3,5-5,1 mosm/L

E) 142 mosm/L
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
487) Üz-çənə patologiyası ilə əlaqədar aparılan əməliyyatlar zamanı anesteziyanın təhlükəsizliyinin təmin edilməsinin əsas şərti nədən ibarətdir?
A) Yuxarı tənəffüs yollarının keçırıciliyinin təmin edilməsi və qanın aspirasiyasının profilaktikası

B) Turşu-qələvi pozğunluqlarının korreksiyası

C) Kəllədaxili təzyiqin yüksəldilməsinin profilaktikası

D) Hiperkaliyemiyanın inkişafunın əleyhinə yönəldilmiş tədbirlərin aparılması

E) Uzunmüddətli postnarkоz yuxusunun təmin edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
488) Üz-çənə patologiyası ilə əlaqədar aparılan əməliyyatlar zamanı xəstənin vəziyyətinə nəzarət edilməsinin çətinləşdiyinə görə əsas diqqət nəyə verilməlidir?
A) Qısamüddətli və palliativ xarakterli əməliyyatların aparılmasına

B) Yalnız yerli infiltrasion anesteziyadan istifadə edilməsinə

C) Distansion nəzarət metodlarına

D) Vaxtaşırı əməliyyatı dayandırıb xəstənin vəziyyətin yoxlanmasına

E) Yalnız periferik sinir blokadalarından istifadə edilməsinə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
489) Aşağıda qeyd olunan hallardan hansı planlı sürətdə tonzillektomiya əməliyyatının aparılmasına əks-göstərişdir?
A) 10 yaşdan kiçik olması

B) Yerli anestetiklərə yüksək həssaslığın olması

C) Anamnezdə bronxial astmanın olması

D) Anamnezdə pnevmoniyanın olması

E) Kəskin respirator xəstəliklərin və uşaq virus infeksiyalarının olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
490) Tonzillektomiya əməliyyatdan sonraki dövrdə xəstədə dərinin solğunluğu, tərlilik, taxikardiya, hipotoniya, qanla qusma müşahidə olunanda ilk növbədə nədən şübhələnməlidir?
A) Qida borusunun varikoz genəlmiş venalarından olan qanaxmadan

B) 12-barmaq bağırsaq xorasından olan qanaxmadan

C) Əməliyyat yarasından davam edən qanaxmadan

D) Mədə xorasından olan qanaxmadan

E) Dissiminə olunmuş damardaxili laxtalanma sindromundan (DDLS-dan)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
491) LОR-əməliyyatları zamanı aparılan anesteziyadan sonra ən vacibi nədir?
A) Narkоzdan sоnrakı yuхunun uzanması

B) Əməliyyatın sоnunda tənəffüs analеptiklərinin yeridilməsi

C) Uzadılmış ağ ciyərlərin süni ventilyasiyanın aparılması

D) Əməliyyatın sоnunda diuretiklərin yeridilməsi

E) Anesteziyadan dərhal sоnra qırtlaq və udlaq rеflеkslərinin aktiv bərpa оlunması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
492) Aşağıda geyd olunan preparatlardan hansı anesteziya zamanı gözdaxili təzyiqi artırmır?
A) Suksinilxolin (listenon)

B) Adrenomimetiklər

C) Ketamin

D) Dietilefir

E) Propofol
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
493) Gözdə aparılan əməliyyatlar zamanı okulo-kardial refleksin qarşısını almaq üçün nə edilməlidir?
A) Ürək qlikozidlər yeridilməlidir

B) Retrobulbar blokada aparılmalıdır

C) Spinal blokada aparılmalıdır

D) Torakal epidural blokada aparılmalıdır

E) Beta-adrenoblokatorlar yeridilməlidir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
494) Gözdə əməliyyatlar aparılan pasiyentlərdə ümumi anesteziya zamanı okulo-kardial refleks adətən nə vaxt baş verir?
A) Anesteziya zamanı hiperventilyasiyadan istifadə etdikdə

B) Analgeziya və neyrovegetatıv müdafiə qeyri-adekvat olduqda

C) Miorelaksasiya məqsədilə suksinilxolindən istifadə etdikdə

D) Ürək qlikozidlərdən istifadə etdikdə

E) Anesteziya üçün ketamindən istifadə etdikdə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
495) Okulo-kardial refleks hansı klinik əlamətlərlə müşayiət olunur?
A) Bradikardiya

B) Larinqospazm

C) Qusma

D) Hipertenziya

E) Taxikardiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
496) Aşağıda qeyd olunan halların hansında anesteziyadan əvvəl mütləq traxeostomiya icra olunmalıdır?
A) Əməliyyatlara hazırlanan xəstələrdə anamnezində yuxuda apnoe sindromunun olması

B) Konxotomiya əməliyyatına hazırlanan xəstələrdə

C) Tonzillektomiya əməliyyatlarında

D) Ağız boşluğu və boynun fleqmonası ilə əlaqədar əməliyyatlarda

E) Əməliyyatlara hazırlanan xəstələrdə anamneinzdə bronxial astmanın olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
497) Aşağıda qeyd olunan fəaliyyətlərdən hansı retroqrad intubasiyanın icra metodikasına uyğundur?
A) Krikotireoid membranı punksiya edib Seldinger üsulundan istifadə olunması

B) Dəri və krikotireoid membranı köndələn istiqamətdə kəsərək traxeostomik borunun yerləşdirilməsi

C) Fibrobronxoskopun nəzarəti ilə endotraxeal borunun səs yarığına keçirilməsi

D) Traxeyanın 2-ci və 3-cü halqaların arasından punksiya edib iynənin içərisindən plastmas sapın (leska) keçırılməsi

E) Sağ yaxud sol aşağı burun keçəcəyindən istifadə edərək endotraxeal borunun səs yarığına keçirilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
498) Tonzillektomiya əməliyyata hazırlanan kiçin yaş qrupuna aid uşaqlarda anesteziyaya induksiyasını palatada aparanda hansı şərtə əməl olunmalıdır?
A) Xəstəyə palatanın tibb bacısının nəzarətinin olması

B) Xəstəyə LOR həkimin nəzarətinin olması

C) Xəstəyə uşağın valideynlərinin nəzarətinin olması

D) Xəstəyə anestezist tibb baçısının nəzarətinin və yardımının göstərilməsi üçün şəraitin olması

E) Xəstəyə anestezioloqun nəzarətinin və yardımının göstərilməsi üçün şəraitin olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
499) Tonzillektomiya zamanı anesteziya aparkən endotraxeal borunun hansı yolla keçirilməsi üstün sayılır?
A) Sol orta burun yolundan (keçəcəyindən)

B) Sağ yaxud sol aşağı burun yolundan (keçəcəyindən)

C) Sağ orta burun yolundan (keçəcəyindən)

D) Orotraxeal yolla

E) Traxeostomik kəsiyi icra edib onu endotraxeal borunun keçirilməsi məqsədi ilə istifadə edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
500) Ümumi anesteziya ilə aparılan tonzillektomiya əməliyyatı zamanı yaradan olan qanaxmanın artması hansı anestezioloji səbəb ilə bağlı olur?
A) İnfuziyaların nəticəsində hemodilyusiyanın yaranması ilə

B) Anesteziya preparatlarının təsiri nəticəsində dissiminə olunmuş damardaxili laxtalanma sindromunun (DDLS-ın) inkişafı ilə

C) Anestetik preparatların hipokoaqulyasion təsiri ilə

D) Əzələ relaksasiyası ilə

E) Xəstədə səthi anesteziya zamanı gücənmənin və öskürəyin baş verməsi ilə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
501) Tonzillektomiya əməliyyatı olunan xəstələrdə endotraxeal narkoz zamanı miorelaksasiyanı davam etdirmək məqsədilə hansı preparatlardan istifadə edilməsi daha üstün sayılır?
A) Orta təsir müddətinə malik antidepolyarizasiyaedici relaksantlardan

B) Depolyarizasiyaedici relaksantlardan

C) Qısamüddətli təsirə malik antidepolyarizasiyaedici relaksantlardan

D) İnhalyasion anestetiklərin böyük dozalarının miorelaksasiyaedici təsirdən

E) Uzunmüddətli təsirə malik antidepolyarizasiyaedici relaksantlardan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
502) Burun nahiyəsində aparılan əməliyyatlarda ağızdan ağ ciyərlərin süni ventilyasiyasını aparmaq üçün hansı borudan istfadə etmək daha məqsədəuyğundur?
A) Manjeti olmayan endotraxeal borudan

B) Sağ tərəfli ikiyollu endobronxial borudan

C) Laringeal maskadan

D) Düz bucaq altında əyilmiş yaxud armaturlaşdırılmış (sıxılmayan) endotraxeal borudan

E) Sol tərəfli ikiyollu endobronxial borudan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
503) Burun nahiyəsində aparılan əməliyyatlarda endotraxeal anesteziya zamanı qırtlağın bərk tamponadası hansı məqsədlə aparılır?
A) Endotraxeal borunun fiksasiyası üçün

B) Qan aspirasiyasının profilaktiktikası üçün

C) Ağız suyunu sormaq üçün

D) Mədə requrgitasiyanın qabağını almaq məqsədilə

E) Tənəffüs konturun qermetikliyini təmin etmək üçün
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
504) Aşağıda qeyd olunanlardan hansı tədbir anesteziya zamanı gözdaxili təzyiqin yüksəlməsinin profilaktikasına yönəldilməmişdir?
A) Boyun venalarının sıxılmasının qarşısının alınması (məs., endotraxeal borunu fiksasiya edən dairəvi sarğı boynun ətrafında keçirməməlidir)

B) Depolyarizasiyaedici relaksantların istifadəsindən əvvəl prekurarizasiyanın aparılması

C) Miorelaksasiya məqsədilə mivakrondan (mivakurium) istifsadə edilməsi

D) Premedikasiyanın tərkibində və anesteziyaya induksiya zamanı atropindən istifadə edilməsi

E) Larinqoskopiya və intubasiyadan əvvəl tənəffüs yollarına yerli anestetikin çilənməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
505) Aşağıda qeyd olunanlardan hansı tədbir anesteziya zamanı və anesteziyadan sonra gözdaxili təzyiqin yüksəlməsinin profilaktikasına aid deyildir?
A) Əməliyyatdan sonra qusmanın profilaktikasının təmin edilməsi

B) Anesteziya zamanı süni hipotoniyanın yaradılması (qanqlioblokatorlar, natrium nitroprussid, nitroqliserinlə)

C) Miorelaksasiya məqsədilə suksinilxolindən (listenon) istıfadə edilməsi

D) Anesteziya zamanı xəstənin oyanmasının, hərəki reaksiyaların, öskürəyin profilaktikasının təmin edilməsi

E) Ağciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsalmada təzyiqin 10-12 sm su süt-dan yuxarı olmaması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
506) Okulo-kardial, okulo-qastral və okulo-respirator reflekslər nə vaxt yaranır?
A) Göz əzələlərinin traksiyası zamanı

B) Depolyarizasiyaedici miorelaksantlardan istifadə etdikdə

C) Gözdaxili mayenin filtrasiyası pozulduqda

D) Gözdaxili təzyiq yüksələndə

E) Hipoksiya zamanı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
507) Ağ ciyərlərin süni ventilyasiyasını (ASV-nı) yüksək tezlikli inyeksion metodla aparanda insuffilyasiya üçün kateterin ucu harada yerləşdirilməlidir?
A) Qırtlaq qapağının yanında

B) Sağ bronxda

C) Səs bağlarından 2 sm distal

D) Səs bağlarından 2 sm proksimal

E) Traxeya bifurkasiyasına 5 sm məsafə qalanda yaxud ona daha yaxın
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
508) Tonzillektomiyaya hazırlanan kiçik yaş qrupuna aid uşaqlarda palatada anesteziyanın induksiyası üçün əzələdaxili atropin, droperidol yaxud diazepamla birlikdə yeridilən ketaminin dozası nə qədər olmalıdır?
A) 14,0-15,0 mq/kq

B) 9,0-10,0 mq/kq

C) 1-1,5 mq/kq

D) 2,5-3,0 mq/kq

E) 5,5-6,0 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
509) Okulo-qastral refleks hansı klinik əlamətlərlə müşayiət olunur?
A) Taxikardiya

B) Epiqalstral nahiyədə ağrılar

C) Bradikardiya

D) Hipertenziya

E) Hicqırma, qusma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
510) Okulo-respirator refleks hansı klinik əlamətlərlə müşayiət olunur:
A) Bronxospazm

B) Hipotoniya

C) Taxikardiya

D) Larinqospazm

E) Təngnəfəslik
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
511) Aşağıda qeyd olunmuş tənəffüs modellərindən hansı açıq pnevmotoraks zamanı müşahidə olunur?
A) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən plevra boşluğun daxil olur, nəfəsfermə zamanı isə hava döş qəfəsinin defekti olan yerdən xaric olur

B) Spontan tənəffüs zamanı hava tənəffüs yollarından ağ ciyərlərə daxil olur, qaz mübadiləsi baş verir, sonra isə hava tənəffüs yolları vasitəsilə xaric olur

C) Spontan tənəffüs zamanı havanın bir qismi bir ağ ciyərdən digərinə keçir və tənəffüs qarışmış (atmosfer və ekspirator) hava ilə baş verir

D) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən ağ ciyərə daxil olur, nəfəsfermə zamanı isə hava döş qəfəsinin defekti olan yerdən xaric olur

E) Spontan nəfəsalma zamanı hava döş qəfəsinin defekti olan yerdən plevra boşluğun daxil olur, nəfəsfermə zamanı isə döş qəfəsinin defekti bağlanır və plevra boşluqda olan havanın təzyiqi artır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
512) Açıq pnevmotoraks olan xəstələrdə inkişaf edən ventilyasion-perfuzion pozulmaların mexanizmi nədən ibarətdir?
A) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə güclü arterio-venoz şunt əmələ gəlir və buradan axan qan daha yaxşı oksigenasiya olunur

B) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə ventilyasiya olunmayan sahələr əmələ gəlir və oradan perfuziya olunan qan oksigenasiya olunmur

C) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə qanın perfuziyası baş vermir, kiçik qan dövranından keçən bütün qan normal ağciyərdən axır

D) Pnevmotoraks tərəfdəki ağciyərə hava döş qəfəsinin defektindən daxil olur, nəfəsfermədə döş qəfəsinin defekti bağlanır, havanın təzyiqi artır və oksigenasiya daha yaxşı keçir

E) Pnevmotoraks tərəfdəki yığılmış ağciyərdə ventilyasiya və perfuziya baş vermir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
513) İkimənfəzli boru vasitəsilə ağciyərlərin süni ventilyasiyası apardıqda aşağıda qeyd olunan fəaliyyətlərdən hansını həyata keçirmək mümkün olmur?
A) Bir ağciyərin ventilyasiyası zamanı ventilyasiya olunmayan ağciyər bronxların sanasiyası

B) Sol ağciyərin müstəqil ventilyasiyası

C) Sağ ağciyərin müstəqil ventilyasiyası

D) Bronxiolların müstəqil ventilyasiyası

E) Eyni zamanda hər iki ağciyərin ventilyasiyası
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
514) Pulmonektomiya zamanı birləşdirilmiş anesteziyanın tərkibində tətbiq edilən epidural blokada hansı səviyyədə aparılmalıdır?
A) Th10 – L1

B) L5 – S1

C) C6 – Th2

D) L2 – L4

E) Th4 – Th7
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
515) Böyüklərdə pulmonektomiya zamanı sağ və sol ağ ciyərin müstəqil ventilyasiyanın aparması üçün ikimənfəzli borudan istifadə edəndə onun kəsici dişlərin səviyyəsində olan nişanı neçə sm göstərməlidir?
A) 16

B) 26


C) 13

D) 9


E) 29
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
516) Endotraxeal (yaxud endobronxial) borudan istifadə edərək sorucu vasitəsilə traxeya və bronxlardaki qanın xaric edilməsi üçün nə edilməlidir?
A) Əvvəl boruya 5 ml antibiotik məhlulu yeridilməlidir

B) Əvvəl boruya 5 ml 4%-li natrium hidrokarbonat yeridilməlidir

C) Əvvəl boruya 5 ml distillə olunmuş su yeridilməlidir

D) Əvvəl boruya 5 ml 0,9%-li natrium xlorid yeridilməlidir

E) Əvvəl boruya 5 ml 1%-li lidokain məhlulu yeridilməlidir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
517) Açıq pnevtoraks zamanı baş verən ventilyasion-perfusion pozulmaların nəticəsində təmiz oksigenin verilməsi ilə korreksiya olunmayan PaO2-nin kritik enməsi üçün həqiqi şuntun fraksiyası neçə faizdən çox olmalıdır?
A) 20%

B) 10%


C) 15%

D) 25%


E) 30%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə