Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Mayalanmış döl yumurtasının uşaqlığın selikli qişasına daxil olması prosesi necə adlanır?



Yüklə 1,41 Mb.
səhifə2/21
tarix13.12.2016
ölçüsü1,41 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

54) Mayalanmış döl yumurtasının uşaqlığın selikli qişasına daxil olması prosesi necə adlanır?
A) Ovulyasiya

B) Regenerasiya

C) Sekresiya

D) İmplantasiya

E) Mayalanma
Mayalanmış döl yumurtası borunun hərəkəti nəticəsində uşaqlığın selikli qişasına nüfuz edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009səh42
55) Hamiləliyin sonuna yaxın dölyani mayenin miqdarı normada nə qədər olmalıdır?
A) 2 – 10 litr

B) 100 – 300 ml

C) 1,8 – 2 litr

D) 2 – 3 litr

E) 1000 – 1500 ml
Dölyani mayenin miqdarı amnion epitelinin ifrazatından asılı olaraq hamiləliyin sonuna yaxın 1000-1500 ml-ə çatır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 41; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 59
56) Hamiləlik zamanı progesteron harada ifraz olur?
A) Ciftdə

B) Hipofizdə

C) Uşaqlıqda

D) Hipotalamusda

E) Qalxanabənzər vəzdə
Hamiləlik zamanı cift daxili sekresiya vəzisi rolunu oynayır və hamiləliyin saxlanması üçün lazım olan progesteron hormonunu ifraz edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 61; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 64
57) Hamiləliyin hansı ayında dölün uzunluğu 16 sm, çəkisi 120 qr olur?
A) 6 – cı ayda

B) 2 – ci ayda

C) 4 - cü ayda

D) 3 – cü ayda

E) 5 - ci ayda
Qaaze sxeminə görə 6(1,2,3,4,5 aylarda) ayına kimi hamiləliyin müddəti öz ayının rəqəminə vurulur, 6 aydan sonra isə 5 rəqəminə vurulur.

4 - cü ayda dölün uzunluğu 16 sm, çəkisi 120 qr-a çatır.


Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 110
58) Hamiləliyin hansı həftəsində dölün uzunluğu 35 sm, çəkisi 1000 qr ola bilər?
A) 26 – cı həftədə

B) 32 – ci həftədə

C) 36 – cı həftədə

D) 30 – cu həftədə

E) 28 – ci həftədə
Qaaze sxeminə görə hamiləliyin VII ayını 5 rəqəminə vurmaqla dölün uzunluğu təyin edilir. 28 – ci həftədə dölün uzunluğu 35 sm, çəkisi 1000 qr ola bilər. Bu ayda yarımçıq doğulmuş uşağa yaxşı qulluq edilərsə yaşamaq qabiliyyətinə malik olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 110
59) Qadının bədən çəki indeksi (BÇİ) necə hesablanır?
A) Çəki (kq) / boy2 (m2)

B) Boy (m) / çəki (kq2)

C) Boy2 (m2) / çəki (kq)

D) Çəki (kq) / boy (m)

E) Çəki (kq2) / boy2 (m2)
Hamilənin qadın məsləhətxanasına ilk gəlişi zamanı bədən çəki indeksi (BÇİ) hesablanır –qadının çəkisi (kq) bölünür boyun uzunluğunun kvadratına (m2) və yol verilə biləcək çəki artımı müəyyən edilir.məs.60 / (1,60)2=23,4
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı 2008.
60) Axırıncı aybaşıya görə doğuş vaxtını necə təyin etmək olar?
A) 3 ay çıxmaq

B) 4 ay çıxmaq

C) 3 ay geriyə çıxmaq və 7 gün əlavə etmək

D) 3 həftə çıxmaq

E) 4 ay çıxmaq və 7 – 10 gün əlavə etmək
Axırıncı aybaşıdan 3 ay geriyə çıxılır, 7 gün əlavə edilir və doğuş vaxtı hesablanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 110
61) Doğuşun sonunda uşaqlığın çəkisi nə qədər olur?
A) 300 q olur

B) 2 dəfə çoxalır

C) 7 dəfə çoxalır

D) 5 dəfə çoxalır

E) Təqribən 1000 qr
Doğuşdan sonra uşaqlıq yığılır, göbək səviyyəsində və ya ondan 1 sm aşağıda bərk olur, çəkisi təqribən 1 kq-a yaxın olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
62) Uşaqlığın dibi qasıq simfizi ilə göbək arasında olduqda, hamiləlik hansı müddətə uyğun gəlir?
A) 20 həftə

B) 16 həftə

C) 12 həftə

D) 14 həftə

E) 22 həftə
Hamiləliyin müddətinə uyğun olaraq uşaqlıq dibinin hündürdə durma səviyyəsi 16 həftədə 4 köndələn barmaq qasıqdan yuxarıda olur. Bu dölün ölçüsündən, dolyani mayenin miqdarından asılı olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 88
63) Doğuşa yaxın uşaqlıq boynunun yetişməsini göstərən əlamət hansıdır?
A) Uşaqlıq boynu arxaya yönəlmişdir

B) Uşaqlıq boynunun 1 sm- ə qədər qısalması

C) Uşaqlıq boynunun uzunluğu 3 sm - dir

D) Xarici dəlik barmağın ucunu buraxmır

E) Uşaqlıq boynunun uzunluğu 4 sm – dir
Hamiləliyin axırında uşaqlığın dibi gələcək hissənin enməsi hesabına aşağı düşür. Doğuşa yaxın uşaqlıq boynunun ifrazatı dartıcı xarakter daşıyır, qadının qarının aşağı nahiyəsində ağrı hiss edilir, uşaqlıq boynu 1 sm-ə qədər qısalmış olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115
64) Doğuşun baş verəcəyini ( doğuşönü) göstərən əlamət hansıdır?
A) “Selikli tıxac”-ın xaric olması

B) Qanaxma

C) Sancıların 5 – 8 dəqiqədən bir olması

D) Sancıların 10 – 12 dəqiqədən bir olması

E) Dölyanı mayenin axması
Doğuşun baş verəcəyini ( doğuşönü) göstərən əlamətlərdən biri uşaqlıq yolundan “selikli tıxac” adlanan selikli ifrazatın xaric olmasıdır.Bu uşaqlıq boynundakı vəzilərin sekretidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 91; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 118
65) Normal hamiləliyin hansı həftəsində uşaqlıq boynunun yetişməsi baş verir?
A) 38

B) 32


C) 34

D) 36


E) 30
Doğuşa 2-3 həftə qalmış, doğuşun başlanmasını göstərən əlamətlər meydana çıxır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 91; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 118
66) Doğum fəaliyyətinin başlanmasını hansı əlamət göstərir?
A) Ardıcıl doğum sancıların əmələ gəlməsi və uşaqlıq boynunun hamarlaşması

B) Dölyani mayenin açılması

C) Uşaqlıq boynunun qısalması

D) Qanaxmanın olması

E) Döl başının kiçik çanaq girəcəyinə pərçim olması
Uşaqlıq əzələlərinin yığılması, qarının aşağı hissəsində ağrıların əmələ gəlməsinə, uşaqlıq boynunun hamarlaşmasına səbəb olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 93; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 120
67) Doğuşun ikinci dövrü necə adlanır?
A) Zahılıq

B) Açılma

C) Preliminar

D) Son


E) Qovulma
Uşaqlıq boynu tam açıldıqdan sonra uşaqlıq əzələlərinin yığılmasına qarındaxili təzyiq və çanaq dibi əzələləri də qoşularaq dölün qovulmasına səbəb olur. Bu güc dövrü də adlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 93; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 120
68) Ənsə gəlişi ön görkəmdə aparıcı nöqtə hansıdır?
A) Kiçik əmgək

B) Böyük əmgək

C) Ənsəaltı qabar

D) Promontorium

E) Ənsəaltı çuxur
Daxili müayinə yolu ilə təyin edilir, kiçik əmgək aparıcı və ya bələdçi nöqtə sayılır, doğuş vaxtı öndə gəlir, gələcək hissənin üzərində yerləşir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
69) Ənsə gəlişi ön görkəmdə dölün başı hansı ölçü ilə doğulur?
A) Orta çəp ölçü

B) Kiçik çəp ölçü

C) Böyük köndələn ölçü

D) Böyük çəp ölçü

E) Kiçik köndələn ölçü
Dölün başı kiçik çəp ölçü -9,5 sm, dairəsi 32 sm - lə doğulur (ənsə altı çuxurdan böyük əmgəyin ön kənarına qədər olan məsafədir).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
70) Ənsə gəlişi arxa görkəmdə döl başı hansı ölçü ilə doğulur?
A) Şaquli ölçü ilə

B) Kiçik çəp ölçü ilə

C) Böyük çəp ölçü ilə

D) Düz ölçü ilə

E) Orta çəp ölçü ilə
Döl başı orta çəp ölçü- 10 sm, dairəsi 33 sm ilə doğulur (ənsə altı çuxurdan başın tüklü hissəsinə qədər olan məsafədir).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 98; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 130
71) Ənsə gəlişi ön görkəmdə doğuş mexanizmində döl başının açılmasından sonra hansı moment gəlir?
A) Döl başının bükülməsi

B) Ciyinlərin doğulması

C) Döl başının xarici fırlanması

D) Döl başının daxili fırlanması

E) Başın əlavə bükülməsi
Doğuş zamanı dölün etdiyi hərəkətlərin cəmi doğuş mexanizmi adlanır. Baş doğulduqdan sonra mövqedən asılı olaraq ananın buduna doğru çevrilir (fırlanır).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
72) Doğuşun ikinci dövrü nə vaxt başlayır?
A) Gücvermələr olduqda

B) Uşaqlıq boynu tam açıldıqda

C) Sancılar 3 dəqiqədən bir və uşaqlıq boynu 5 sm açıldıqda

D) Dölyani maye vaxtından əvvəl axdıqda

E) Qanaxma olduqda
Daxili müayinə yolu ilə təyin edilir, uşaqlıq boynunun tam açılmasından sonra dölün doğularaq xaric olmasına qədər olan müddətdir. Qovulma dövrü də adlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 93; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 120
73) Doğan qadın nə vaxt güc verməməlidir?
A) Təpə qabarları doğularkən

B) Ciftin ayrılma əlamətləri müsbət olduqda

C) Döl başının xarici fırlanması zamanı

D) Döl başı doğulandan sonra

E) Çiyinlər doğularkən
Doğuşun II dövrünü mama azca da olsa idarə edir. Ənsəaltı çuxur simfizin altında dayaq nöqtəsi əmələ gətirir, təpə qabarları görünərkən qadına güc verməmək məsləhət görülür. Məqsəd dölün asfiksiyada doğulmasının qarşısının alınmasıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
74) Göbək ciyəsinin xarici ucunun təqribən 10 sm uzanması əlaməti kimin adı ilə bağlıdır?
A) Alfeld

B) Kustner - Cukalov

C) Krede - Lazarevic

D) Şreder

E) Pickacek
Son dövrünü idarə edərkən ciftin ayrılıb - ayrılmamasını yoxlamaq üçün bir neçə əlamət mövcuddur. Belə ki, Alfeld üsulunda göbək ciyəsinin xarici ucu 10 sm-ə qədər uzanmış olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
75) Şreder üsulu ilə ciftin ayrılma əlamətini yoxlamaq üçün nə etmək lazımdır?
A) Qasıq üzərindən ovucun kənarı ilə bir qədər basmaq

B) Qadına gücənmək təklif etmək

C) Uşaqlıq dibinin hündürdə durma səviyyəsinin dəyişilməsini müəyyən etmək

D) Qadına nəfəs almasını təklif etmək

E) Göbək ciyəsinin pulsasiyasını yoxlamaq
Döl doğulduqdan sonra uşaqlıq yumru formada olur, uşaqlığın dibi göbək bərabərliyinə çatır, cift ayrıldıqdan sonra uşaqlıq dibi ciftin ayrılmasından asılı olaraq göbəkdən yuxarı sol qabırğaaltı nahiyədə əllənir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 138
76) Sancıların ağrısını azaltmaq üçün nədən istifadə edilir?
A) Uterotoniklər

B) Sidikqovucular

C) Spazmolitiklər

D) Novokain

E) Antibiotiklər
Bəzən qadınlarda sancılar tez-tez və güclü olur. Lazım gələrsə spazmolitiklərdən istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 109
77) Ana südünün az olması zamanı hansı dərman istifadə edilir?
A) Sinestrol

B) Kamfora

C) Parlodel

D) Apilak

E) Kamfora yağı
Hamiləlik zamanı döş vəzisi doğulan dölü südlə təchiz etmək üçün hazırlanır. Əgər zahı qadının süd ifrazatı az olarsa, onda onu apilakla tənzimləyirlər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 350; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 168
78) Doğuşdan sonra al – qırmızı loxi normada neçə gün olmalıdır?
A) 40 gün

B) 2 həftə

C) 2 – 3 gün

D) 10 gün

E) 3 həftə
Doğuşdan 2 saat sonra doğan qadın doğuşdan sonrakı palataya keçirilir. 2-3 gün müddətində ifrazat loxi adlanır və al-qırmızı rəngdə olur. Getdikcə uşaqlığın yığılması nəticəsində ifrazatın rəngi dəyişir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
79) Doğuşdan sonra ciftin ayrıldığı yer hansı müddətə sağalır?
A) 3 həftə

B) 2 həfətə

C) 2 ay

D) 1 ay


E) 1 həftə
Zahılıq dövründə ciftin ayrıldığı yerin sağalması bir qədər ləng gedir, 8 həftə, yəni 2 aya qədər çəkir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 122
80) Keysəriyyə əməliyyatları hansı halda təcili aparılır?
A) Dölyani mayenin vaxtından qabaq axması

B) Ölü döl

C) Hidrosefaliya

D) Doğum fəaliyyətinin birincili zəifliyi

E) Ana və döl üçün təhlükəli hallar olduqda
Əgər hamilə qadının və dölün həyatı üçün təhlükə olarsa, onda ana və dölün həyatını təhlükədən qurtarmaq üçün mamalıq əməliyyatı aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 343
81) Doğuşdan sonra uşaqlıq boynunun daxili dəliyi nə vaxt formalaşır?
A) 3 həftədən sonra

B) 1 aydan sonra

C) 3 gün

D) 4 həftədən sonra

E) 10 gündən sonra
Doğuşdan 2 saat sonra doğan qadın doğuşdan sonrakı palataya köçürülür. Normal doğmuş qadınlarda uşaqlıq boynunun daxili dəliyi 3 gün müddətində formalaşır. Ancaq hələ barmağın ucunu buraxır. 7-10 gündə tam bağlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 121; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
82) Doğuşdan sonra qadına cinsi əlaqədə olmaq neçə müddət məsləhət görülmür?
A) 10 gün

B) 4 ay


C) 3 həftə

D) 1,5 – 2 ay

E) 2 həftə
Doğmuş qadının orqanizmi doğuşun gedişatından asılı olaraq zəifləyir, immuniteti aşağı düşür və zahılıq dövrünün xəstəlikləri üçün şərait yarana bilər. Ona görə infeksiyanın orqanizmə düşməsinin qarşısını almaq məqsədi ilə cinsi əlaqəyə doğuşdan 2 ay sonra icazə verilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
83) Doğuşdan sonra uşaqlıq boynu neçə günə tam formalaşır?
A) 1 həftədən sonra

B) 2 həftədən sonra

C) 5 gün

D) 3 həftədən sonra

E) 3 gün
Doğuşdan sonra uşaqlıq boynunun tam formalaşması 3 həftədən sonra baş verir, loxi azalır, selikli olur, 5-6-cı həftədə isə tamamilə kəsilir.Kanalın tam formalaşması isə 13-cü həftənin sonunda başa çatır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 121; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
84) Normal doğuşdan sonra uşaqlığın yığılması üçün nə etmək lazımdır?
A) Bir həftə yataqda qalmaq

B) Doğuşdan 2 sutka sonra durmaq

C) Doğuşdan bir neçə saat sonra durmaq

D) Doğuşdan 5 gün sonra durmaq

E) Yataqda 3 gün qalmaq
Normal doğmuş qadın 2 saatdan sonra zahılar palatasına keçirilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
85) Çanaqla döl başı arasındakı münasibəti təyin etmək üçün daxili müayinədə nəyə fikir vermək lazımdır?
A) Kiçik çəp ölçü, kiçik əmgək

B) Oxabənzər tikiş, kiçik əmgək

C) Kiçik çəp ölçü, böyük əmgək

D) Şaquli ölçü, burun kökü

E) Böyük çəp ölçü, böyük əmgək
Daxili müayinədə ənsə gəlişi ön görkəmdə oxabənzər tikiş və əmgəyin doğuş zamanı kiçik çanağın hansı hissəsində olmasının böyük əhəmiyyəti var.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
86) Maşanı qoymaq üçün dölün başı çanağın hansı hissəsində olmalıdır?
A) Çanaq girəcəyinin köndələn ölçüsündə

B) Çanaq boşluğunda, uşaqlıq boynu 6 – 7 sm açıq olduqda

C) Çanaq boşluğunda, ölü döl olduqda

D) Çanaq girəcəyi üzərində hərəkətli olduqda

E) Çanaq boşluğunda, çıxacağında
Doğuş mexanizmi tam axıra çatmadıqda ananın və dölün vəziyyətindən asılı olaraq doğuşun II dövrünü tezləşdirmək məqsədi ilə boşluq və çıxacaq maşasından istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 322
87) Mamalıq maşaları qoyduqda döldə hansı zədələr ola bilər?
A) Hidrosefaliya

B) Bud – çanaq oynağının çıxığı

C) Göbək ciyəsinin başa dolanması

D) Daxili orqanların zədələnməsi

E) Kəllə sümüklərinin travması və beyindaxili qansızma
Doğuşun II dövrünü tezləşdirmək məqsədi ilə maşadan istifadə etdikdə bəzən döldə kəllə sümüklərinin travması baş verə bilər.
Ədəbiyyat: H.FBağırova. Mamalıq.Bakı-2007 səh 322-280
88) Aşağıdakı halların hansında Keysəriyyə kəsiyi aparılmalıdır?
A) I – II dərəcəli dar çanaq

B) Dəqiqləşdirilməmiş preeklampsiya

C) Dölün köndələn və çəp vəziyyətlərində, ana mütləq diri uşaq istəyirsə

D) Anensefaliya

E) İnkişafdan qalmış hamiləlik
Hamilə qadınlarda dölün normal olmayan vəziyyətlərində diri uşaq vermək məqsədi ilə keysəriyyə əməliyyatı aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh225
89) Sidik – cinsiyyət və bağırsaq – cinsiyyət svişləri (fistula) nə vaxt baş verir?
A) Doğuş fəaliyyətinin diskoordinasiyası olarsa

B) Uşaqlığın cırılma təhlükəsi olarsa

C) Dölün xırda hissələrinin düşməsi

D) Həddən artıq güclü doğuş fəaliyyəti olarsa

E) Gələcək hissə 2 saatdan çox bir müstəvidə qalarsa
Doğum fəaliyyətinin anomaliyalarında gələcək hissə uzun müddət bir nöqtədə qaldıqda toxumalar döl başı və çanaq arasında sıxılır, həmin nahiyənin qidalanması pozulur və svişlər əmələ gəlir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 242
90) Doğuşdan əvvəl əllər hansı antiseptik məhlulla işlənilir?
A) Furasilinlə

B) Sabunla

C) Spirtlə

D) Adi su ilə

E) Xlorheksidin
Doğuş zamanı əllər bir neçə dəfə dezinfeksiyaedici məhlulla- xlorheksedinlə yuyulmalı və steril olmalıdır.
Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 6
91) Alfeld üsulunda əllər necə yuyulur?
A) İki şotka ilə

B) Spirt və yodla silinir

C) Ammiakla

D) Adi su, şampunla

E) Lizanin məhlulu ilə
Aseptika və antiseptika qaydalarına riayət etməklə doğuşu idarə etmək üçün əllər bir neçə üsulla işlənir. Bunlardan biri iki şotka və sabunlu su ilə yumaqdır.
Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 6
92) Aybaşı vaxtı uşaqlığın hansı qatı qopub düşür?
A) Selikli qişanın funksional qatı

B) Seroz qatı

C) Selikli qişanın bazal qatı

D) Bütün selikli qişa

E) Əzələ qatı
Aybaşı zamanı uşaqlıqda da dəyişiklik gedir, belə ki, endometriumun funksional qatı aybaşının sonunda aybaşı qanı ilə birlikdə xaric olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
93) 28 günlük aybaşı siklində ovulyasiya neçənci günə təsadüf edir?
A) 1 – 3 günə

B) 5 – 10 günə

C) 14-cü günə

D) 18 – 26 günə

E) 5 – 6 günə
28 günlük aybaşı tsiklində ovulyasiya 14 -cü günə düşür. Yəni yetişmiş follikul partlayır, yumurta hüceyrə mayalanmaya qadir olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
94) Yetişmiş dölün başının kiçik çəp ölçüsü neçə sm - dir?
A) 13,5 sm

B) 9,5 sm

C) 12 sm

D) 10,5 sm

E) 13 sm
Ənsə gəlişi ön görkəmdə -kiçik çəp ölçü 9,5 sm olub, böyük əmgəyin ön tini ilə ənsəaltı çuxur arasında olan məsafədir .
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 59; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 85
95) Qadın məsləhətxanasında uşaqlıq boynuna baxış sağlam hamilə qadınlarda nə vaxt aparılır?
A) Heç aparılmır

B) Hər üç aydan bir

C) İlk dəfə qeydiyyata götürüləndə

D) 6 aydan sonra

E) Analıq məzuniyyətinə çıxdıqda
Qadın məsləhətxanasında sağlam hamilə qadınlar ilk dəfə qeydiyyata götürüləndə (12 həftəyə qədər) uşaqlıq yolu yaxmasının mikroskopik müayinəsi üçün yaxma götürülən zaman uşaqlıq boynuna baxış (güzgülərlə) aparılmalıdır .
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol Bakı-2008
96) Normal hamiləliyin müddəti nə qədər olmalıdır?
A) 320 gün

B) 380 gün

C) 280 gün

D) 240 gün

E) 300 gün
Axırıncı aybaşıdan hesablanır -280 gün, 10 mamalıq (qəməri) ayı, normal doğuşun baş vermə müddəti 37-41 həftə arasında ola bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115
97) Təkrar doğan qadın dölün tərpənməsini nə vaxt hiss edir?
A) 18 həftədə

B) 16 həftədə

C) 22 həftədə

D) 20 həftədə

E) 8 həftədə
Təkrar doğan qadınlar dölün tərpənməsini 18-19 həftəlik hamiləlik müddətində hiss edirlər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 83; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 107
98) Dölün ürək döyüntüsü 1 dəqiqədə neçə vurğu olur?
A) 160-170

B) 90 – 100

C) 50 – 60

D) 120-160

E) 110 -115
Normalda dölün ürək döyüntüsü 1 dəqiqədə 120-160 vurğu olur. Bundan az və ya çox olarsa bu ana bətnində döldə O2 çatışmazlığını göstərir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 83; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 107
99) Hamiləliyin 1-ci rübündə qadının qidalanmasında nə üstünlük təşkil etməlidir?
A) Tez həzm olunan qida

B) Yağlar,zülallar

C) Karbohidratlar

D) Zülal,vitamin, mineral maddələr

E) Meyvə və tərəvəzdən az istifadə
Hamiləliyin 1-ci rübündə döl orqanlarının təməli qoyulduöuna görə orqanizmə zülalların, vitaminlərin və mineral maddələrin optimal miqdarda və nisbətdə daxil olması təmin edilməlidir.Hamilə təmiz havada çox olmalıdır.
Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 71
100) Dölün kürəyinin uşaqlığın soluna və sağına münasibəti necə adlanır?
A) Mövqe

B) Görkəm

C) Duruş

D) Vəziyyət

E) Gələcək hissə
I mövqedə dölün kürəyi uşaqlığın soluna , II mövqedə uşaqlığın sağına baxır. Xarici müayinənin II üsulu ilə təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh76; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009səh100
101) Dölün boylama oxunun uşaqlığın boylama oxuna münasibəti necə adlanır?
A) Mövqe

B) Gələcək hissə

C) Vəziyyət

D) Görkəm

E) Üzvlərinin yerləşməsi
Dölün ana bətnində yerləşməsi boylama, köndələn və çəp vəziyyətlərdə olur. Xarici müayinə üsulu ilə təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
102) Xarici müayinənin III üsulunda nə təyin olunur?
A) Mövqe

B) Gələcək hissə

C) Duruş

D) Görkəm

E) Vəziyyət
Xarici müayinənin III üsulunda qasıq üzərində gələcək hissə (baş,sağrı) əllənir (gələcək hissə və onun kiçik çanaq girəcəyinə olan münasibəti təyin edilir).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə