Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Doğuş zalında yenidoğulmuşda nə xüsusi işlənmə tələb etmir?



Yüklə 1,41 Mb.
səhifə8/21
tarix13.12.2016
ölçüsü1,41 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

361) Doğuş zalında yenidoğulmuşda nə xüsusi işlənmə tələb etmir?
A) Göbək ciyəsinin işlənməsi

B) Doğuşu qəbul etmək üçün təmiz səth

C) Yeni doğulmuşu çəkmək

D) Bilərziklərin yazılması və bağlanması

E) Boyunu ölçmək
Hal-hazırda göbək ciyəsi skopka ilə bağlandıqdan sonra onun xüsusi işlənməsi tələb olunmur, onun quruması və sağalması üçün açıq qalmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 157
362) Doğuş zalına kimlər daxil olmamalıdır?
A) Doğuşu qəbul edən mama

B) Doğan qadınlar

C) Yeni doğulmuşu qəbul edən tibb işçisi

D) Doğum otağının kiçik tibb işçisi

E) Doğuşda iştirak etməyən personal
Doğuş zalında doğan qadınlara fərdi yanaşılır və burada olan tibbi personal iştirak edir. Aseptika və antiseptikaya ciddi riayət olunduğu üçün kənar tibbi personalının iştirakı qadağandır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 127
363) Hansı halda doğuş vaxtından qabaq qurtara bilər?
A) Çox döllü hamiləlikdə

B) Uşaqlıq daxili spiral olduqda

C) Vaxtı ötmüş hamiləlikdə

D) İnfeksiyalaşmış abortda

E) Kombinə olunmuş hamiləlik əleyhinə vasitələr istifadə etdikdə
Uşaqlıqda yerləşən döllərin sayından asılı olaraq, hamiləlik çox vaxt vaxtından qabaq yarımçıq doğuşla nəticələnir. Çünki hamiləliyin müddəti artdıqca döllərin bətn daxilində hərəkəti və inkişafı ləngiyə bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115; И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 225
364) Cinsiyyət üzvlərinin inkişaf qüsurlarına nə aid deyil?
A) Qoşa buynuzlu uşaqlıq

B) Uşaqlığın düzgün olmayan vəziyyəti

C) Qoşa uşaqlıq

D) Yəhərvari uşaqlıq

E) Qoşa uşaqlıq yolu
Normada uşaqlıq kiçik çanağın mərkəzində önə əyilmiş- bükülmüş vəziyyətdə yerləşir. Uşaqlığın düzgün olmayan vəziyyəti inkişaf qüsurlarına aid deyil.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 217
365) Mama çanaq gəlişlərində xarici müayinədə nəyi təyin edir?
A) Uşaqlığın dibi göbək səviyyəsindədir

B) İri, hamar olmayan, yumşaq hissə

C) Sağ qalça nahiyəsində iri hissə

D) İri, hamar bərk hissə

E) Çanaq girəcəyi üzərində heç nə əllənmir
Çanaq gəlişlərində xarici müayinənin 3-cü momentində yumşaq, iri hissə təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 174
366) Asfiksiyada doğulmuş uşağa nə etmək olmaz?
A) Göbək venasına 10-15 ml qlükoza vurmaq

B) Dəri altına 0,2-0,3 ml – 10% kofein

C) Döşlə əmizdirmə

D) Tənəffüs yolundan seliyi təmizləmək

E) Göbək venasına 5% hidrokarbonat natrii
Asfiksiyada doğulan yenidoğulmuşlara ağırlıq dərəcəsindən asılı olaraq ilk yardım göstərilir. Ancaq onları ananın döşünə qoymağa müəyyən vaxtdan sonra icazə verilir. Belə uşaqlar xüsusi qulluq tələb edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 165
367) Aşağıdakılardan hansı yarımçıq doğulmuş uşaqlara aid deyil?
A) İnfeksiyalardan qorumaq

B) Küvezdən istifadə

C) İlıq istiqaclardan istifadə

D) Soyuqdan mümkün qədər qorumaq

E) Bədən temperaturunun normal olması
Yeni doğulmuş yarımçıq uşaqlar istiyə və soyuğa həssas olduqları üçün bədən temperaturu ona uyğun dəyişir. Onlarda immunitet aşağı olur. Xəstələnməyə meylli olurlar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 177-350; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 167
368) Zahılıq palatasında doğan qadınlarda nəyə fikir verilmir?
A) Qarının ön divarında olan çapıqlara

B) Süd vəzisinin funksiyasına

C) Sidik ifrazının xarakterinə

D) Zahının ümumi vəziyyətinə, tikişlərə

E) Bağırsaqların funksiyasına
Doğan qadınlar zahılar palatasında hər gün yoxlanılmalıdır ,həkimdən əvvəl bu işi mamalar görür və həkimə məlumat verir. Qarının divarında olan çapıqlar a fikir verilmir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 149
369) Qadın məsləhətxanasında II məşğələ zamanı hamilənin doğuşa hazırlanmasına nə aid deyil?
A) Düzgün nəfəsalma

B) Fasilələrlə dincəlmək və yatmaq

C) Güc vermək

D) Sakit uzanaraq dərin və ritmiki nəfəs almaq

E) Qarnın aşağı hissəsini və bel nahiyəsini sığallamaq
Sonrakı məşğələdə hamilələrdə psixoprofilaktik tədbirlər aparılır və qadına doğuş haqqında xüsusi məlumatlar verilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 109; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 146
370) Döl doğulduqdan sonra göbək ciyəsi nə vaxt kəsilməlidir?
A) Ağız və burnu selikdən təmizləndikdən sonra

B) Dəri təmasından sonra

C) Göbək ciyəsində pulsasiya kəsildikdən sonra

D) Dölün çiyinləri doğulduqdan sonra

E) Dölün boyu və çəkisi təyin edildikdən sonra
Döl doğulduqdan sonra, ciyədə pulsasiya itir , mama onu kəsir və ciftin ayrılması üçün 3-cü dövrü aktiv idarə edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 134
371) Kicik hamiləliyi pozmaq üçün hansı müayinəni etmək vacib deyil?
A) Sifilis

B) Hepatit B

C) Süzənək

D) QİÇS


E) Qanda qalıq azotun təyini
Hamiləlik zamanı qanın və sidiyin analizi ilə yanaşı bir çox analizlər də yoxlanılır. Ancaq bu çox kiçik bir müddət olduğu üçün qalıq azotun təyini aparılmır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
372) Mamaharada maskadan istifadə etməlidir?

1. Zahılar otağında

2. Əməliyyat otağında

3. Doğuş otağında

4. İntensiv terapiya palatasında

5. Qəbul otağında
A) 1,2

B) 2,4


C) 1,5

D) 1,3


E) 3,5
Mamanın əməliyyat və intensiv terapiya palatasında maska taxması vacibdir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985səh 123
373) Hamilə qadınlarda hansı hallarda şəkərli diabetdən şübhələnmək olar?
A) Vaxtından qabaq doğuşlarda

B) Iri döl olarsa

C) Gecikmiş doğuş olarsa

D) Çoxlu abort edibsə

E) Uşaqlıqda köhnə çapıq toxuma varsa
Endokrin pozğunluğu, şəkərli diabet olan hamilə qadınlar çox vaxt iri döl doğa bilərlər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 162; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 123
374) Hamiləlik qusması zamanı hansı preparatdan istifadə olunur?
A) Streptomisin

B) Sintomisin

C) Serukal

D) Sulfademizin

E) Stiptisin
Hamiləlik zamanı qusmanı aradan götürmək üçün serukaldan istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 189
375) Doğuş zamanı susuz dövr çox çəkərsə antibakterial müalicə nə vaxt təyin edilməlidir?
A) 5 saatdan gec olmadan

B) 12 satdan gec olmayaraq

C) 1 saatdan gec olmayaraq

D) 24 saatdan gec olmadan

E) 6 saatdan gec olmadan
Doğuş zamanı susuz dövr çox çəkərsə antibakterial müalicə 12 saatdan gec olmadan təyin edilir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123
376) Patoloji cift gəlişləri ən çox hansı qadınlarda ola bilər?
A) Özbaşına düşüklərdə

B) Ürək – damar xəstəliyi olanlarda

C) Təkrar doğan qadınlarda

D) Çoxlu abort edənlərdə

E) İlk doğan qadınlarda
Abortlardan sonra uşaqlığın selikli qişasında destruktiv dəyişikliklər ola bilər. Bu zaman hamiləlik üçün qorxulu ağırlaşma ciftin aşağı seqment nahiyəsinin yerləşməsi ola bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 232
377) Mərkəzi cift gəlişində daxili müayinə harada aparılmalıdır?
A) Doğum şöbəsində

B) Açıq cərrahi əməliyyat otağına yaxın yerdə

C) Qadın məsləhətxanasında

D) Qəbul şöbəsində

E) Doğuşdan qabaqki otaqda
Mərkəzi cift gəlişində daxili müayinə güclü qanaxmaya səbəb ola bilər və qadının həyatı üçün təhlükə yaranar. Ona görə də cərrahi əməliyyat tələb olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 232
378) Ciftin uşaqlıq divarına həqiqi bitişməsi olarsa mamanın taktikası nədən ibarətdir?
A) Uşaqlıq divarından ciftin əllə ayrılması

B) Cift sahəsinin xüsusi məhlulla işlənməsi

C) Uşaqlıq boşluğunun əllə yoxlanması

D) Mütləq həkimə müraciət etmək

E) Göbək ciyəsindən dartmaq
Ciftin həqiqi bitişməsinə az rast gəlinir. Bu zaman ciftin lifləri uşaqlığın dərin qatlarına daxil olduğu üçün ayrıla bilmir. Buna görədə qadının həyatını xilas etmək məqsədilə mama mütləq həkimə müraciət etməli və əməliyyat icra edilməlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 273
379) Hipotonik qanaxma doğuşun hansı dövrünə təsadüf edir?
A) Son dövrü

B) Açılma dövrü

C) Qovulma dövrü

D) Erkən zahılıq dövrü

E) Zahılıq dövrü
Doğuşdan sonra ilk saatlarda uşaqlıq əzələsinin tonusunun zəifləməsi nəticəsində o, zəif yığılır və hipotonik qanaxma baş verir.
Ədəbiyyat: 239H.F.Bağırova. Mamalıq.Bakı-2007; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва 1985 səh 276
380) Sadə yastı raxitik çanaqlarda oxabənzər tikiş çanaq girəcəyinin hansı ölçüsündə olur?
A) Çanağın girəcəyinin köndələn ölçüsündə

B) Oxabənzər tikiş çanaq oxundan arxaya tərəf

C) Çanağın girəcəyinin hər hansı bir çəp ölçüsündə

D) Çanağın çıxacağının düz ölçüsündə

E) Oxabənzər tikiş çanaq oxundan önə tərəf
Belə çanaqlarda bütün düz ölçülər qısaldığı üçün başın daxildə dönməsi baş vermir, o bəzən çanaq dibinə kimi enir, ancaq oxabənzər tikiş çanağın köndələn ölçüsündə durur. Bu isə başın aşağı köndələn vəziyyəti adlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 262
381) Dölyanı mayenin azlığı olduqda döldə hansı patologiya ola bilər?
A) Onurğanın əyilməsi

B) Əyripəncəlik

C) Dölün bətn daxili ölümü

D) Sadalananların hamısı

E) Ətrafların amputasiyası
Dölyani mayenin patoloji hallarında döldə bir çox eybəcərliklərə rast gəlinir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76,280; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 207
382) Hansı hallarda hamiləliyi başa çatdırmaq mümkün deyil?
A) Vaxtı ötmüş hamiləlik

B) Preeklampsiya

C) İkincili doğum zəifliyi

D) Ağır ürək-damar xəstəliklərində

E) Dölün köndələn vəziyyəti
Ürək-damar xəstəlikləri hamiləlik, doğuş və zahılıq dövrünün çox ağır keçməsinə səbəb ola bilər. Həyati göstərişlə hamiləliyin pozulması təklif olunur. Doğuş zamanı isə kollaps baş verə bilər. Qadının ölümünə səbəb ola bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 150-154; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 213
383) Hansı hamilə qadınlara dölyani mayenı yoxlamaq məsləhətdir?
A) Ölü döldə

B) Bütün hamilələrə profilaktik məqsədlə

C) Hamiləliyin pozulması zamanı

D) Abortlarda

E) Döldə patologiyaya şübhə olarsa
Döldə genetik xəstəliyə, ağır forma hemolitik xəstəliyə və başqa hala şübhə olarsa, döl qişasının punksiyası və alınan dölyani mayenin müayinəsi aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-294; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 92
384) Hipotonik qanaxmada nədən istifadə edilmir?
A) Uşaqlığı yığan preparatlar

B) Ləngimiş ciftin xaric edilməsi

C) Qarın aortasının sıxılması

D) Sidik kisəsinin boşaldılması

E) Uşaqlıq boşluğunun əllə yoxlanması
Erkən zahılıq dövründə hipotonik qanaxma uşaqlığın əzələ tonusunun zəif olması səbəbindən baş verir. Ləngimiş ciftin xaric edilməsi son dövründə aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 239-332; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 276
385) Aşağıdakı halların hansında xarici qanaxma olmur?
A) Ciftin həqiqi bitişməsi

B) Ciftin hissəvi bitişməsi

C) Qanın laxtalanma sisteminin patologiyası

D) Doğum yollarının yumşaq toxumalarının zədələnməsi

E) Uşaqlığın hipotoniyası
Əgər xarici qanaxma 2 saata kimi yoxdursa, bu halda ciftin həqiqi bitişməsindən söhbət gedir və cərrahi müdaxilə edilməsi məsələsi həll edilməlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 210
386) Mayalanmış döl yumurtası uşaqlıq boşluğuna neçə günə düşə bilər?
A) 1-2

B) 2 həftəyə

C) 6-7

D) 18


E) 10
Mayalanma borunun ampulyar hissəsində gedir. Ancaq mayalanmış döl yumurtası özü hərəkət etmək qabiliyyətinə malik deyil, borunun hərəkəti və kipriklərin köməyi ilə yavaş-yavaş uşaqlığa döğru itələnir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 52
387) Uşaqlıq seroz qişa (periton) ilə necə örtülür?
A) Hissəvi

B) Periton arxadan keçir

C) Örtülmür

D) Periton öndən keçir

E) Tam
Periton uşaqlığın cismini və uşaqlıq boynunun bir hissəsini örtür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 20
388) Follikullar harada inkişaf edir və partlayır?
A) Uşaqlıq boynunda

B) Uşaqlıqda

C) Yumurtalıqda

D) Uşaqlıq yolunda

E) Boruda
Cinsi yetişkənlik dövründə follikullar yumurtalığın qabıq qatında çox olur, getdikcə azalır, ayda biri yetişir və partlayır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 29
389) Yumurtalıqlar enli bağın hansı hissəsində yerləşir?
A) Arxa hissəsində

B) Ön hissəsində

C) Ortasında

D) Kənarında

E) Yuxarı hissəsində
Yumurtalıqlar ön tərəfi ilə enli bağın arxa vərəqinə bitişik olur. Qalan hissəsi isə sərbəst kiçik çanaq boşluğuna baxır və enli bağın özünün xüsusi bağı - qıfabənzər bağın köməyi ilə asılı vəziyyətdə qalır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 22
390) Aybaşı tsiklində yumurtalıqda hansı faza olur?
A) Sarı cismin inkişafı

B) Sekresiya fazası

C) Uşaqlığın selikli qişasının bərpası

D) Proliferasiya

E) Uşaqlığın selikli qişasının qopması
Yumurtalıq tsiklinin III fazasında partlamış follikulun yerində sarı cisim əmələ gəlir və progesteron hormonu ifraz edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
391) Doğus zamani su kisəsinin vaxtından qabaq süni açılması na vaxt məsləhətdir?
A) Başın açılış gəlişlərində

B) Ayaq gəlişlərində

C) Preeklampsiyada

D) Mərkəzi cift gəlişlərində

E) Sağrı gəlişlərində
Doğuş zamanı preeklampsiyanın yüngül dərəcəsində su kisəsi süni açılır ki ,uşaqlıq daxili təzyiq aşağı düşsün.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 193
392) Mama döl doğulduqdan sonra yenidoğulmuşu dərhal hara qoymalıdır?
A) Uşaq çarpayısına

B) Bələk stoluna

C) Ananın qarnının üstünə

D) Küvezə

E) Doğuş stoluna
Normal yenidoğulmuş doğulan kimi ananın qarnının üstünə qoyulmalıdır.Bu zaman dəri təması ilə körpə ilə ana arasında əlaqə yaranır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
393) Aralıqda tikiş olduqda ana yenidoğulmuşu hansı vəziyyətdə əmizdirməlidir?
A) Əmizdirməməlidir.

B) Arxası üstə uzanmış

C) Oturmuş

D) Yarıoturmuş

E) Böyrü üstə uzanmış
Aralığa qoyulmuş tikişlərin vaxtından əvvəl açılmasının qarşısını almaq məqsədilə ana uşağı böyrü üstə əmizdirməlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120-242; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва 1985 səh 29
394) Hamiləlik dövründə dəmir (Fe) defisitli anemiyanin əmələ gəlməsinə nə səbəb ola bilər?
A) Malyariya xəstəliyi

B) Hamiləlik zamanı babasil qanaxması

C) Sadalananların hamısı

D) Böyrəyin iltihabi xəstəlikləri

E) Bağırsaq qurdlarının olması
Anemiya-qırmızı qan hüceyrələrinin keyfiyyət və kəmiyyətinin çatmamazlığı nəticəsində qanın oksigen daşıyıcı qabiliyyətinin azalmasıdır. Hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklər , hamilələrdə qanazlığının əmələ gəlmə təhlükəsini sadalananların hamısı artırır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 15
395)Dəmir( Fe) defisitli anemiyanın hamilənin orqanizminə mənfi təsiri necə ola bilər?
A) Dölun bətn daxili ölümunə səbəbola bilər

B) Ananın qan damarlarının trombla tutulması təhlükəsini artırır

C) Doğuş və doğuşdan sonrakı dövrdə qanaxma ana üçün təhlukəli ola bilər

D) Döldə bətn daxili hipoksiyaya səbəb ola bilər

E) Sadalananların hamısına
Anemiya-qırmızı qan hüceyrələrinin keyfiyyət və kəmiyyətinin çatışmazlığı nəticəsində,qanın oksigen daşıyıcı qabiliyyətinin azalmasıdır. Hamiləlik dövründə baş verən dəyişikliklər hamilələrdə Fe defisitli qanazlığının əmələ gəlmə təhlükəsini artırır Fe defisitli anemiyanın hamilənin orqanizminə mənfi təsiri ana və döl tərəfdən ağırlaşmalara gətirib çıxarır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 15
396) Hamiləlik zamanı anemiyanın qarşısını almaq üçün qadınlara mamanın məsləhəti nə ola bilər?
A) Abortların sayının azaldılması

B) Tərkibindədəmir olan qidaların qəbulu (noxud, kartof, mərci,quru meyvələr)

C) Dəmirlə zəngin ət məhsulları nın(qara ciyər,balıq,quş əti və s.) qəbulu

D) Sadalananların hamısı

E) Hamiləliklər arası müddətin uzadılması
Hamiləlik zamanı qanazlığının qarşısının alınmasına, orqanizmdən dəmirin normadan artıq itkisinin qarşısının alınması yolu ilə nail olmaq mümkündür.(sadalananlardan hamısı).
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 17
397) Keyfiyyətsiz qidalanma anayanecə təsir göstərə bilər?
A) Dölün aşağı enməsi nəticəsində nəfəs alma asanlaşır

B) Qalxanvari vəzi böyümür

C) Hamilə qadınınnəbzi 60-80 vurğu olur

D) Hamiləliyin axırlarında yüngül təngənəfəslik olur

E) Hamiləlik və doğuş vaxtı fəsadlar verə bilər
Mama hamilə qadınlara onların qidalanması ilə bağlı məsləhətlər verməzdən qabaq bəzi halları aydınlaşdırmalıdır (çəkısini, pəhrizini və s.) Keyfiyyətsiz qidalanma hamiləlik və doğuş vaxtı ana və döl üçün ağırlaşmalar verə bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 19
398) Qadın məsləhətxanasında mama hansı xəstəliyi olan hamilə qadınları risk qrupuna daxil edir?
A) Şəkərlidiabet

B) Allergiya

C) Epilepsiya

D) Urək - damar xəstəlikləri

E) Hamısı

Ana və yenidoğulmuşların xəstələnmə və ölüm hallarını azaltmaq ,hamiləlik zamanı mövcud olan risk faktorlarının hamısını vaxtında aşkara çıxartmaq üçün mama hamilələri müntəzəm müayınə olunmaqları məqsədi ilə həkimə gəlməyi başa salmalıdır,çünki , yüksək riskli hamiləliklərdə ana və yenidoğulmuşun təhlükəyə məruz qalmaması üçün lazımi tədbirlər qadın məsləhətxanasında aparılmalıdır.


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 27
399) Təmiz sarğı gəlişində doğuşun birinci dövrundə nə ola bilər?
A) Doğum fəaliyyətinin zəifliyi

B) Ciftin ayrılması

C) Başın açılması

D) Göbək ciyəsinin düşməsi

E) Əllərin açılması
Təmiz sarğı gəlişində doğuşun birinci dövrundə doğum zəifliyinə abortlar və cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, mioma,piylənmə ,dölyanı mayenn vaxtından qabaq axması səbəb ola bilər.Bu sonradan ikinci dövrun də zəifliyinə səbəb olur
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 240
400) Uşaqlığın həddən artıq ləngböyüməsinin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Hamilə qadının A/T –nin yüksək olması

B) Dölün inkişafının dayanması

C) Sadalananların hamısı

D) Hamilə qadının qidalanmasının pis olması

E) Dölyanı mayenin miqdarının az olması
Xarici müayinə üsulundan istifadə edərək uşaqlığın əllənməsi bətn daxilindəki dölün diri yaxud ölu ölması haqqında məlumat əldə etmıyə imkan verir

Sadalananların hamısı buna səbəb ola bilər.


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 27
401) Mama hamilə qadının müayinəsi zamanı hansı əlamət mövcud olarsa onu xəstəxanaya göndərməlidir?
A) Sadalananların hamısı

B) Qarnında daimi ağrılar varsa

C) Qanaxması varsa

D) A/T-i yüksək olarsa

E) Anemiya əlamətləri olarsa
Mama hamilə qadınla söhbət edərkən hazırkı vəziyyətini qiymətləndirməli qarnında daimi ağrılar olduqda, qanaxma olduqda,A/T-i yüksək olduqda,anemiya əlamətləri olarsa onu mütləq xəstəxanaya göndərməlidir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 36
402) Doğuşdan sonra uşaqlığın yığılma qabiliyyətinə təsir göstərən səbəbə nə aid deyil?
A) Anemiya

B) Çoxdöllü hamiləlik (əkizlər)

C) Əvvəllər uşaqlıqda aparılmış cərrahi əməliyyat

D) Dölyanı mayenin cox olması

E) Qanın laxtalanmasının pozulması
Uşaqlığın yığılma qabiliyyətinin pozulması nəticəsində,ciftin ayrıldığı yerdən baş verən qanaxma atonik qanaxma adlanır.Uşaqlıq üzərində köhnə çapıq olduqda hamilə qadın doğuşa buraxılmır ,mütləq əməliyyat olunur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər səh 38
403) Doğuşdan sonrakıqanaxmalar qadında hansı fəsadlar verə bilər?
A) İnfeksiya və xəstəliklərə meyillilik

B) Kəskin ürək-damar çatışmazlığı

C) Anemiya

D) Sadalananların hamısı

E) Ölüm
Sadalananların hamısında doğuşdan sonrakı ilkin ( hipotonik və atonik ) qanaxmalar qadının həyatına təhlukə törətdiyi üçün mama mutləq həkim çağırmalıdır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər səh səh 47.
404) Hamiləlik zamanı dölün hipoksiyasına nə səbəb ola bilməz?
A) Dölyanı mayenin az olması

B) Vaxtından əvvəl doğuş

C) Hamiəlik vaxtı hipertoniya

D) Rezus uyğunsuzluq

E) Anada infeksiyanın olması
Hamiləlik zamanı dölün hipoksiyasının baş verməsinin qarşısını almaq mümkündür.Bütün doğuşlar mütləq stasionarda aparılmalıdır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50.
405) Doğuş vaxtı dölün hipoksiyasına nə səbəb ola bilər?
A) Ölü döl

B) Özbaşına düşüklər

C) Dölün düzgün olmayan vəziyyəti

D) Sidik kisəsinin dolu olması

E) Uşaqlığın atoniyası
Dölün düzgün olmayan vəziyyıtində döğuş aparılarsa əvvəlcədən dölun hipoksiyasına qarşı profilaktik tədbirlər görulməli və keysəriyyə kəsiyi əməliyyatı aparılmalıdır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə