Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?


) II dərəcəli idiopatik koksartrozlu xəstələrdə Mak-Mareye görə osteotomiya zamanı xoş effektin nəticəsi nədir?



Yüklə 1,29 Mb.
səhifə10/21
tarix13.12.2016
ölçüsü1,29 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

489) II dərəcəli idiopatik koksartrozlu xəstələrdə Mak-Mareye görə osteotomiya zamanı xoş effektin nəticəsi nədir?
A) Bütün sadalananlara

B) Oynağın yüklənmə sahəsinin dəyişməsi

C) Çanaq başının yaxşı mərkəzləşməsi

D) Oynaqda hərəkətin məhdudlaşması

E) Oynağın biomexanikasının dəyişməsi, qan təminatının yaxşılaşması və oynağa təzyiqin çanağın medializasiyası sayəsində azalması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
490) Vertebralarası osteotomiyadan sonra fraqmentlərin ən çox qəbul olunmuş fiksasiya üsulu hansıdır?
A) Q-şəkilli plastinka

B) Yalnız gips immobilizasiyası

C) Sivaş ştoporu

D) Trotsenko-Nujdin plastinkası

E) Xarkov ETİ fiksatoru
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
491) İkitərəfli koksartroz müalicə göstərişi nədir?
A) İkizolaqlı protezlə endoprotezləşdirmə - bir tərəfdən, və ikinci mərhələ -ikinci oynağın artrodezi

B) Hər iki tərəfdən artroplastika

C) Hər iki tərəfdən Mak-Mayyerə görə osteotomiya

D) Palçıq müalicəsi də daxil olmaqla, ildə2 dəfə ardıcıl konservativ terapiya

E) İkitərəfli endoprotezləşdirmə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
492) Koksartroz xəstəliyində ilkin müalicə üsülları hansıdır?
A) Xiariyə görə osteotomiya

B) Mak-Marrey əməliyyatı

C) Vertelaltı detorsion osteotomiya və Xiariyə görə osteotomiya

D) Hidrokartizonla ultrasəs, massaj, MBT, palçıq müalicəsi daxil olmaqla konservativ terapiya

E) Foss əməliyyatı
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
493) 24-40 yaşlı gənc adamlarda I-II dərəcəli deformasiya olunan diz oynağı artrozu və oynağın qeyri-stabilliyi zamanı əməliyyat göstərişi hansıdır?
A) Diz oynağının endoprotezləşdirilməsi

B) Böyük baldır sümüyünün yüksək korrigirə olunmuş osteotomiyası

C) Bağlayıcı apparatın bərpası ilə diz oynağında stabilləşdirici əməliyyat

D) Şarnir apparatın goyulması

E) Diz oynağının artrodezi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
494) 40-60 yaşlı adamlarda I-II dərəcəli deformasiya olunan diz oynağı artrozu, varus və ya valqus deformasiyası zamanı göstəriş nədir?
A) Böyük baldır sümüyünün, deformasiyanı korreksiya etməklə, yüksək korrigirə olunmuş osteotomiyası

B) Şarnir apparatın qoyulması

C) Diz oynağının endoprotezləşdirilməsi

D) Diz oynağının artrodezi

E) Sadalananlardan istəniləni
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
495) Bandi əməliyyatı hansı halda göstərişdir?
A) Oynağın varus və ya valqus deformasiyası ilə defartrozu zamanı

B) Diz oynağının patello-femoral artrozu zamanı

C) Remissiya mərhələsində diz oynağının revmatoid monoartriti zamanı

D) Diz oynağının I-II dərəcəli deformasiya olunan artrozu zamanı

E) Sadalananların hamsı
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
496) Böyük baldır sümüyünün yüksək korrigirə olunmuş osteotomiyasından sonra sümük fraqmentlərinin fiksasiyasının ən çox qəbul olunmuş üsulu hansıdır?
A) Sponqioz vintlər

B) Gips immobilizasiyası

C) Q-şəkilli plastinka

D) İlizarov apparatları

E) İntramedular ştift
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
497) Onurğanın qapayıcı plastinkasında defekt əmələ gətirən və fəqərə cisminə edən fəqərəarası disk hansıdır?
A) Sadalananlardan heç biri

B) Disk nüvəsinin qabardılması (batması)

C) Spondiloliz

D) Sümük şporalı deqenerativ disk

E) Şmorl düyünü
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
498) Hədsiz adduksiya nəticəsində böyük baldır sümüyünün daxili kondilusunun zədələnməsi nə ilə müşayiət olunur?
A) Meniskin yan və xaçvari bağlarının zədələnməsi ilə

B) Diz oynağının yan bağlarının zədələnməsi ilə

C) Xarici kiçik baldır bağının, ön xaçvari bağın və daxili meniskin zədələnməsi ilə

D) Xaçvari bağların zədələnməsi ilə

E) Yan və xaçvari bağların zədələnməsi ilə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
499) Hədsiz abduksiya nəticəsində böyük baldır sümüyünün xarici kondilusunun zədələnməsi hansı zədə ilə müşayiət olunur?
A) Yan və xaçvari bağların

B) Ön xaçvari bağın və xarici meniskin

C) Yan bağların

D) Daxili böyük baldır bağının

E) Menisklərin
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
500) Böyük baldır sümüyü kondilusları sınıqlarının, qırıqların sürüşməsi olmadan, müalicəsi üçün longet-sirkulyar gips sarğısı hansı müddətə qoyulmalıdır (diz oynağında bükülmə bucağı 90 dərəcə) ?
A) 1 ay

B) 2 ay


C) 5 ay

D) 4 ay


E) 3 ay
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
501) Böyük baldır sümüyünün kondilus zirvələrinin sınıqları hansı parçalanma ilə müşayiət olunur?
A) Yan və xaçvari bağların

B) Diz oynağının xarici yan bağının

C) Diz oynağının daxili yan bağının

D) Arxa xaçvari bağların

E) Ön xaçvari bağların
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
502) Böyük baldır sümüyü kondilusunun qırıqların sürüşməsi ilə kompression sınıqlarının müalicəsi zamanı üstünlük nəyə verilməlidir?
A) Böyük baldır sümüyü sınıqlarının qapalı kompression-destraksion osteosintezi

B) Ultrasəs qaynağı

C) Böyük baldır sümüyü kondilusları sınıqlarının əllə düzəldilməsi

D) Topuqüstü, yaxud daban hissəsindən skelet dartması

E) Artrotomiya, zədələnmiş menisklərin götürülməsi, çökmüş kondilusların metalloosteosintezi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
503) Böyük baldır sümüyü kondilusunun kompression sınıqlarının müalicəsi zamanı osteosintez yolu ilə ayağı yükləməyə hansı müddətdən tez icazə verilmir?
A) 1 ay

B) 2 ay


C) 5 ay

D) 3 ay


E) 4 ay
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
504) Diz qapağının çoxqəlpəli qırıqların sürüşməsi ilə parçalanması zamanı üstünlük verilən müalicə metodu hansıdır?
A) Parçalanmış diz qapağının kəsilməsi, dördbaşlı əzələnin və diz qapağının xüsusi bağının vətərlərinin bərpası, 4 həftəlik tutor qoyulması

B) Müllerə görə osteosintez

C) Osteosintez

D) Konservativ üsul

E) Skelet dartması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
505) Diz qapağının odlu silah yarasından zərərçəkənə ixtisaslaşdırılmış yardım zamanı nə etmək lazımdır?
A) Yaranın ilkin cərrahi işlənməsi, intensiv infuzion terapiya, geniş təsir spektrli antibiotiklər altında onun aktiv drenajı

B) Geniş təsir spektrli antibiotiklərin istifadəsi

C) Diz ounağının bol yuyulması və 1:1000 xlorheksidin məhlulu ilə aspirasiya ilə ultrasəs tətbiq etməklə ilkin cərrahi işləmə, vakuumdan istifadə

D) Diz oynağı yarasının erkən cərrahi işləməsini aparmaq, intensiv infuzion terapiya aparmadan erkən osteosintez

E) ilkin cərrahi işləmə aparmağa tələsməmək
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
506) Baldır sümüyünün çəpinə (vintşəkilli) sınıqları hansı tipik sürüşməyə malikdir ?
A) Böyük baldır sümüyünün mərkəzi kəsiyi əninə yerini dəyişir

B) Böyük baldır sümüyünün uzununa sürüşmüş mərkəzi kəsiyi içəriyə və önə yerləşir, periferik kəsik arxaya yerini dəyişir və xaricə rotasiya olur

C) Böyük baldır sümüyünün mərkəzi kəsiyi uzununa, xaricə yerini dəyişir, periferik kəsik önə yerini dəyişir

D) Böyük baldır sümüyünün mərkəzi kəsiyi uzununa yerini dəyişir, içəriyə rotasiya olur, periferik kəsik önə yerini dəyişir və daxilə rotasiya olur

E) İstənilən variznt mümkündür
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
507) Qırıqların sürüşməsi ilə baldır sümüyü sınıqlarının konservativ müalicəsi zamanı skelet dartması hara qoyulur?
A) Düzgün cavab yoxdur

B) Daban sümüyü arxasına

C) Topuqdahiıi hissənin ardına

D) Topuqüstü hissənin ardına

E) Aşıq sümüyü ardına
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
508) Qırıqların sürüşməsi ilə baldır sümüyünün vintşəkilli sınıqları zamanı bütün sadalananlar mövcuddur, istisna təşkil edən hansıdır?
A) Üzərlərinə, onları ətraflarına sarıyan və bununla da interpozisiya əmələ gətirən yumşaq toxumaları (əzələlər, vətərlər, aponevrotik örtüklər, sümük üstlüyü və s. çəkən iti nizəyəbənzər qırıqlar

B) Yumşaq toxumaların interpozisiyasının çox vaxt olmaması

C) Qırıqların mürəkkəb anatomik nisbəti və konservativ yolla onların düzgün vəziyyətdə saxlanmasının mümlünsüzlüyü

D) Yumşaq toxumaların əhəmiyyətli dərəcədə zədələnmələri

E) Qırıqların tipik yerdəyişməsi, onların davamsızlığı, gips sarğısında tez-tez təkrar yerdəyişmə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
509) Qırıqların yerdəyişməsi ilə baldır sümüyünün vintşəkilli sınıqlarının optimal müalicə metodu hansıdır?
A) Kompression-distraksiya metodu

B) Skelet dartması + gips sarğısı

C) Osteosintez əməliyyatı

D) Gips sarğısı

E) Sadalalanlar düzgündür
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
510) Baldır sümüyünün yerdəyişməsi ilə qapalı vintşəkilli sınıqlarının konservativ müalicə metodu nə verir?
A) Kafi nəticələr

B) Əla nəticələr

C) Pis nəticələr

D) Yaxşı nəticələr

E) Əlillik
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
511) Qırıqların yerdəyişməsi ilə baldır sümüyünün açıq sınıqlarının optimal müalicə metodu hansıdır?
A) İlkin cərrahi işləmədən sonra kompression-distraksiya apparatının qoyulması

B) İlkin cərrahi işləmə, skelet dartmasının qoyulması

C) Maddi-texniki baza, hazır kadrlar olduqda, osteosintez

D) İntramedullar osteosintez

E) İlkin cərrahi işləmə, sınıqların repozisiyası, budun yuxarı üçdə birindən pəncə barmaqlarının uclarınadək kəsik gips sarğısının qoyulması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
512) Sümüklərin, yumşaq toxumaların həmin sahədə massiv zədələnmələri ilə müştərək açıq sınıqları zamanı optimal olan hansıdır?
A) Yaranın ilkin cərrahi işləməsi, sınığın repozisiyası, kəsik gips sarğısının qoyulması

B) Yaranın ilkin cərrahi işləməsi, mil apparatı modulunun qoyulması

C) Maddi-texniki baza, hazır kadrlar olduqda, osteosintez

D) İlkin cərrahi işləmədən sonra kompression-distraksiya apparatının qoyulması

E) Yaranın ilkin cərrahi işləməsi, sınığın repozisiyası, dempfer skelet dartmasının qoyulması
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.
513) Düzgün bitişməmiş baldır sümüyü sınığının optimal müalicə metodu hansıdır?
A) Skelet dartması

B) Kiçik baldır sümüyünün osteotomiyası, böyük baldır sümüyünün kompression-distraksiya apparatı qoymaqla korriqəedici osteotomiyası

C) Baldır sümü korriqəedici osteotomiyası,autoplastika, kompression-distraksiya apparatı

D) Təkrar repozisiya, gips sarğısının qoyulması

E) Kiçik baldır sümüyünün düzgün vəziyyətdə osteosintezlə korriqəedici osteotomiyası
Ədəbiyyat: Казарезов М.В., Бауэр И.В. Травматологическая ортопедия и восстановительная хирургия. Новосибирск, 2004
514) Yalançı oynağın aradan qaldırılmasına bütün sadalananlar aiddir, istisna təşkil edən hansıdır?
A) Xaxutov-Olbiyə görə plastik sümük əməliyyatları

B) Beka əməliyyatları, yalançı oynaq uclarının rezeksiyası

C) Sürüşən transplantant və yalançı oynağın onunla tədricən İlizarov apparatının köməyilə örtülməsini formalaşdırmaqla korriqəedici osteotomiyalar

D) Polisinostozun “yanından ötmə” əməliyyatları

E) Damar əsas üzərində kompression-distraksiya apparatı istifadə etməklə, yalançı oynağın və ya defektin sümük transplantantı ilə plastikası
Ədəbiyyat: Казарезов М.В., Бауэр И.В. Травматологическая ортопедия и восстановительная хирургия. Новосибирск, 2004
515) Baldır sümüyü osteomielitinin müalicəsinə bütün sadalananlar aiddir, müstəsna olan hansıdır?
A) “Kor” tikişin qoyulması

B) Axarlı yuma və uzunmüddətli drenaj

C) 1:1000 xlorheksidinin yerli tətbiqi

D) Geniş təsir spektrinə malik antibiotiklərin tətbiqi (yerli, damardaxili,arteriyadaxili)

E) Sekvestroektomiyalar, mikrosirkulyasiya sisteminin yuyulması, yaranın ultrasəs səsləndirilməsi
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
516) Baldır sümüyü sınıqları zamanı əmək qabiliyyətinin orta bərpa müddəti nə qədərdir?
A) 5-6 ay

B) 3-4 ay

C) 6-8 ay

D) 4-5 ay

E) 2-3 ay
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
517) Axill vətərinin yeni zədələnmələrinin müalicəsinə hansılar aiddir?
A) Pəncə aponevrozu ilə plastika

B) “Uc-uca” açıq tikmə üsulu

C) V.A.Çernavskiyə görə axilloplastika

D) Vətərin qapalı tikilişi

E) Pəncə altının maksimum bükülməsi vəziyyətində 5 həftəyədək gips sarğısının qoyulması
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
518) Gemartroz aşkar edilməsi üçün baldır-pəncə oynağının palpasiyası necə aparılmalıdır?
A) Arxadan

B) Baldır-pəncə oynağının ön və arxa tərəfindən, axillov vətərinin daxili və xaricindən

C) Yanlardan

D) Bütün cavablar düzdür

E) Qabaqdan
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
519) Daxili topuq çıxıntısının sınığı zamanı baldırın rentgenoqramı nəyi aşkar etmək üçün çəkilir?
A) Böyük baldır sümüyünün xarici kondilusunun sınığını

B) Kiçik baldir sümüyünün yuxarı üçdə birinin

C) Bütün cavablar səhvdir

D) Böyük baldır sümüyünün daxili kondilusunun

E) Bud sümüyü başının və ya onun yuxarı üçdə birinin sınığı
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
520) Daxili və xarici topuqların dəqiq hündürlüyünü təyin etmək üçün çəkilməsi vacib olan üfiqi xətt- perpendikulyar haradan keçir?
A) Böyük baldır sümüyü distal epimetafizinin oynaq hissəsindən

B) Beller bucağı bissektrisindən

C) Aşıq, daban, böyük baldır və kiçik baldır sümüklərindən

D) Aşıq, daban, böyük baldır sümüyündən

E) Aşıq və daban sümüyündən
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
521) Topuqların düzəldildikdən sonra fiksassiyası üçün nə göstərişdir?
A) V-şəkilli pəncəli sarğı

B) İçliksiz sirkulyar gips sarğısı

C) Pəncə üçün longetsiz V-şəkilli sarğı

D) “Uzunboğaz” tipli kəsikli sirkulyar gips sarğısı

E) Pambıq içlikli sirkulyar gips sarğısı
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
522) Topuq sınmaları zamanı ikinci yerdəyişmə əmələ gəlməsinə bütün sadalananlar səbəb ola bilər, istisna təşkil edən hansıdır?
A) MBT tətbiqi

B) Erkən dayaq yüklənməsi

C) İlkin sirkulyar sarğının istifadəsi

D) Gips sarğısının pis modelləşdirilməsi

E) Travmatik şoka düşmə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
523) Baldır-pəncə oynağının sınıq-çıxıqları zamanı düzəltdikdən sonra ayaqda qan dövranının pozulması və fiksəedici gips sarğısının qoyulmasına bütün sadalananlar səbəb ola bilər, istisna təşkil edən hansıdır?
A) Çoxsaylı repozisiyalar

B) Sirkulyar gips sarğısının tətbiqi

C) Gips sarğısı ilə təzyiq

D) Xarici fiksasiya apparatlarının qoyulması

E) Gips sarğısının pis modelləşdirilməsi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
524) Aşıq sümüyü boynunun köhnə, yerinə salınmamış çoxqəlpəli sınmaları zamanı yerinə yetirilməsi vacib olan nədir?
A) Sadalananalar düzgündür

B) Vintlərlə osteosintez

C) Astraqalektomiya

D) Baldır-pəncə və aşıqaltı oynaqların artrodezi

E) Millərlə osteosintez
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
525) Aşıq sümüyü cisminin kompression sınıqları zamanı gips sarğısı ilə orta immobilizasiya müddəti nə qədərdir?
A) 3 ay

B) 1 ay


C) 4-5 ay

D) 2 ay


E) 3-4 ay
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
526) Aşıq sümüyünün aseptik nekrozu və baldır-pəncə və aşıqaltı oynaqların deformasiya olunan osteoartrozunun inkişafı zamanı göstəriş nədir?
A) Astraqalektomiya

B) Millərlə osteosintez

C) Baldır-pəncə və aşıqaltı oynaqların artrodezi

D) Vintlərlə osteosintez

E) Məftillə osteosintez
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
527) Aşıq-daban bucağı normada neçə dərəcədir?
A) 20-50

B) 10-20


C) 20-30

D) 40-60


E) 20-40
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
528) Daban sümüyü sınığının əlamətləri hansılardır?
A) Daban sümüyü sahəsində ağrılar, pəncə bağının sadələşdirilməsi, baldır-pəncə oynağının deformasiyası, topuq zirvələrinin daban sümüyü sınığı tərəfə endirilməsi

B) Baldır-pəncə oynağının deformasiyası və daxili topuğun yuxarı yerdəyişməsi

C) Baldır-pəncə oynağının hemartrozu, pəncənin daxili bağının sadələşdirilməsi

D) Sadalanlar düzgündür

E) Daban sümüyü sahəsində ağrılar, baldır-pəncə oynağı deformasiyasının olmaması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
529) Qırıqların yerdıyişməsi və aşıq-daban bucağının azalması ilə daban sümüyü sınıqları bütün sadalanan metodlarla müalicə olunurlar, istisna təşkil edən hansıdır?
A) Sümükdən keçməklə fiksasiya etmə apparatlarının qoyulması

B) Yaxşı pəncə bağı modelləşdirilməsi, üzəngi sütunu və ya daban montaj etməklə, öncədən repozisiya olunmadan “uzunboğaz” gips qoyulması-konservativ müalicə

C) Skelet dartması

D) Sonradan xarici fiksasiya apparatı və ya gips “uzunboğaz” qoymaqla, “paz”da və ya dizdə əllə repozisiya

E) Osteosintez
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
530) Qırıqların yerdəyişməsi ilə ayaq darağı sümüklərinin operativ müalicə olunan (millərlə, ştiftlərlə) sınıqlarının gips sarğısı ilə immobilizasiyasının orta müddəti nə qədərdir?
A) 5 həftə

B) 6-8 həftə

C) 6 həftə

D) 4 həftə

E) 3 həftə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
531) Qırıq yerdəyişməsi olmayan pəncə barmaqları sınıqlarının orta immobilizasiya müddəti nə qədərdir?
A) 1 həftə

B) 3 həftə

C) 4 həftə

D) 2 həftə

E) 5 həftə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
532) Pəncə barmaqlarının sınıqları zamanı skelet dartması nə zaman çıxarılır?
A) 2 həftə sonra

B) 1 həftə sonra

C) 5 həftə sonra

D) 3 həftə sonra

E) 4 həftə sonra
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
533) Sümüklərin açıq sınığı hansı sınıqdır?
A) Sınıq səviyyəsində dəri örtüklərinin çökmə zonası yerləşir,

B) Sümük yarası xarici mühitlə zədələnmiş yumşaq toxumalar və dəri vasitəsilə əlaqəlidir

C) Yumşaq toxumaların yarası sınma zonasından 5 sm sümüyə işləyir

D) Yerini dəyişmiş sümük qırığının daxildən, sınma xəttindən 8 sm-dən az olmayaraq törətdiyi yumşaq toxuma yarası

E) Dəri və yumşaq toxuma yarası sınıq səviyyəsində sümüklə birləşmir,
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
534) Açıq sınıqların təsnifatına müvafiq olaraq (A.V.Kaplan və O.N.Markovaya görə) 3 dərəcəli sınma zamanı yaranın xarakteri və ölçüsü necədir?
A) Cırılmış və ovxalanmış, 2-dən 9 sm-dək

B) Əzilmiş, 2-dən 9 sm-dək

C) Bölünmüş, 1-dən 2 sm-dək

D) Əzilmiş, 1,5-dən 2 sm-dək

E) Cırılmış və ovxalanmış, 10 sm-dən böyük
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
535) İri oynağın açıq zədələnməsi zamanı bütün sadalanan fəsadlar baş verə bilər, istisna hansıdır?
A) Sepsis

B) Çətinhərəkətlilik, bükülümə və ya açılma kontrakturaları

C) İrinli artrit

D) Fibroz və ya sümük ankilozu

E) Hava emboliyası
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
536) Yaranın ilkin cərrahi işlənməsinin əsas məqsədi hansıdır?
A) Mikrob florasının (infeksiyanın)inkişafı üçün qidalandırıcı mühitin aradan qaldırılması məqsədilə bütün şübhəli ölmüş toxumaların götürülməsi

B) Skalpellə yarmaqla yaranın sterilizasiyası

C) Yerli toxumalarla plastik qapamaq məqsədilə yaraya düzgün forma verilməsi

D) Yara kənarlarının təzələnməsi və ondan qan laxtaları və xarici cisimlərin təmizlənməsi

E) Qapamaq məqsədilə təsadüfi yaranın “cərrahi”yə çevrilməsi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
537) Açıq sınıqlar zamanı antibiotiklərin yeridilməsinin rasional üsullarına bütün sadalananlar aiddir, istisna hansıdır?
A) Sümükdaxili

B) Endolimfotik

C) Quru toz halında yaraya yerli yeritmə

D) Əzələdaxili, dərialtı, enteral

E) Arteriyadaxili
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
538) Açıq sınıq zamanı dəri yarasının qapanması üçün dəri plastikasının bütün sadalanan növləri müvəffəqiyyətlə tətbiq edilir, istisna hansıdır?
A) Sərbəst dəri plastikası

B) Linberq üsuluna görə toqquşan üçbucaqlarla plastika

C) Yerli toxumalarla plastika

D) Qidalanan ayaqda qarışıq tikə ilə plastika

E) Tıçinkinaya görə tikə ilə plastika
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
539) Açıq sınıqlar zamanı ilkin cərrahi işləmələrdən sonra bütün sadalanan metodlar istifadə edilir, istisna hansıdır?
A) Dəridən keçən ocaqətrafı osteosintez

B) Skelet dartması

C) Sümükdaxili osteosintez

D) Gips sarğısı

E) Sümüküstü osteosintez
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
540) Sümüklərin açıq sınıqlarının stimullaşdırıcı terapiyası məqsədilə bütün sadalanan metodlar istifadə edilir, istisna hansıdır?
A) Üzvi və qeyri-üzvi biostimulyatorların enteral tətbiqi

B) Sınıq sahəsinin az dozalarla yerli şüalanması

C) Müxtəlif fizioterapevtik prosedurlarla sınma sahəsinin erkən paylanmış yükləmə

D) Sümükdaxili antibiotikoterapiya

E) Hemotransfuziya və infuziyanın kəsirli tətbiqi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə