Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?


) Yanıq septikotoksemiya dövründə xəstələrin müalicəsinin əsas prinsiplərinə aşağıdakılardan hansı uyğundur?



Yüklə 1,29 Mb.
səhifə13/21
tarix13.12.2016
ölçüsü1,29 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

632) Yanıq septikotoksemiya dövründə xəstələrin müalicəsinin əsas prinsiplərinə aşağıdakılardan hansı uyğundur?
A) Sadalananların heç biri

B) Yaraların regenerasiyasını stimullaşdırmaq üçün yağda həll olan əsasda məlhəmlər, kremlərlə yerli müalicə

C) Əməliyyatdan sonra yaraların, donor sahələrinin və autotransplantatların infeksiyalaşmasının profilaktikası

D) Orqanizmin regenerator qabiliyyətinin stimullaşdırılması

E) Sadalananların hamısı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
633) I dərəcəli yanıqların yerli müalicəsinə hansılar aiddir?
A) Paltarı və bəzək əşyalarını çıxarmaq

B) Termiki zədələnməni törədən agentlə zərərçəkənin kontaktını kəsmək

C) Zədələnmiş sahəni azı 20 dəq soyuq (8-15ºC) su axını ilə soyutmaq, əgər mümkün deyilsə, 30-60 dəq ərzində kriopaketlə toxuma hiperemiyasının ləğvi

D) Ağrını kəsmək (diklofenak, ketonal, algikey və s.)

E) Sadalananların hamısı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
634) I dərəcəli yanıqların yerli müalicəsinə hansılar aiddir?
A) Zədələnmiş sahəni yerli olaraq anestezin, novokainlə işləmək

B) Sadalananların heç biri

C) Antiseptik məhlullarla yaş-quruducu sarğılar qoymaq

D) Pasiyent özü ağrını tənzimləyə bilər, müalicə – ambulatordur, əmək qabiliyyəti 24-48 saatdan sonra bərpa olunur

E) Sadalananların hamısı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
635) II dərəcəli yanıqların yerli müalicəsinə hansılar aiddir?
A) Yanıq törədən termiki və digər agentlərlə əlaqəni kəsmək, paltarı və bəzək əşyalarını çıxarmaq

B) Zədələnmiş sahəni soyuq su və ya kriopaketlə 60 dəq və daha çox müddət ərzində soyutmaq, anestezin, novokainlə ağrısızlaşdırma

C) Xəstənin isidilməsini təmin etmək

D) Sadalananların hamısı

E) Qopmuş epidermis hissələrini götürmək, nazik divarlı suluqları açmaq
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
636) III dərəcəli yanıqların yerli müalicəsinə hansılar aiddir?
A) Yaranı, onun episentri ətrafındakı qan dövranını qiymətləndirmək

B) Paltarı və bəzək əşyalarını çıxarmaq

C) Travmanı törədən agentlərlə kontaktı kəsmək

D) Bədənin zədələnmiş sahəsini soyuq su və kriopaketlə 30-60 dəq müddətində soyutmaq

E) Sadalananların hamısı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
637) III dərəcəli yanıqların yerli müalicəsinə hansılar aiddir?
A) Nekrozlaşmış toxuma hissələrini götürmək, qalın divarlı suluqları açmaq və möhtəviyyatını sormaq

B) Antiseptik məhlullarla sarğı qoymaq. Nəqliyyatla daşınma zərurəti zamanı 3-4 saatlıq quru və ya soyuducu gellə sarğı

C) 0,25%-li novokainlə yumaq

D) Sadalananların hamısı

E) Barmaqların zədələnməsi zamanı onları ayrı-ayrı sarımaq, yanığı törədən agentdən, zədələnmə sahəsindən asılı olmayaraq hospitalizasiya. Xəstənin isidilməsini təmin etmək
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
638) Gözün yanması zamanı ilk yardım tədbirlərinə hansılar aiddir?
A) Sadalananların hamısı

B) Anestetiklərin yerli istifadəsi

C) Xəstəni oftalmoloqa göstərmək və ya yaxınlıqdakı oftalmoloji mərkəzə göndərmək

D) Travmadan dərhal sonra və sonrakı 48 saat ərzində periodik olaraq bol Miqdarda fizioloji məhlulla yumaq

E) Gözə quru sarğı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
639) Üzün yanıqlarına aşağıdakı maddələrdən hansı törədə bilər?
A) Sadalananların hamısı

B) Kimyəvi maddələr

C) İsti mayelər, buxarlar

D) Sadalananların heç biri

E) Alov, günəş şüaları
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
640) Üzün yanıqları zamanı aşağıdakı tədbirlərdən hansı görülməlidir?
A) Tənəffüs yolları təmizlənməli, ütülmüş tüklər kəsilməlidir

B) Alovla kontakt kəsilməlidir, suluqlar olduqda açılmalı, möhtəviyyatı boşaldılmalı

C) Epidermis qalıqları götürülməlidir, göz işlənməli, anestetiklərlə yuyulmalıdır

D) Hospitalizasiyaya qədər bir neçə saatlığa az miqdarda parafin hopdurulmuş və ya polivinil-xloridlə steril, nazik sarğı qoyulmalı

E) Sadalananların hamısı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
641) Üzün yanıqları zamanı aşağıdakı tədbirlərdən hansı doğrudur?
A) Xəstənin başı qaldırılmış vəziyyətdə uzadılmalı

B) Sadalananların heç biri

C) İnfuzion terapiya başlanmalıdır, sonrakı dövrdə suda həll olunan əsasda kremlər çəkilməlidir

D) Periferik venaların kateterizasiyası aparılmalı, nəmləndirilmiş O2 verilməli

E) Sadalananların hamısı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
642) Kimyəvi yanıqların əsas xüsusiyyəti nədən ibarətdir?
A) Qısa müddət ərzində toxuma hüceyrələrinin tamlığının pozulması və geniş yayılmış odemin əmələ gəlməsi müşahidə edilir

B) Qısa müddət ərzində toxuma hüceyrələrinin tamlığının pozulması və nekroz müşahidə edilir

C) Qisa müddət ərzində toxuma hüceyrələrinin tamlığının pozulması və yaş qasnağın əmələ gəlməsi müşahidə edilir

D) Qısa müddət ərzində toxuma hüceyrələrinin tamlığının pozulması və suluğun əmələ gəlməsi müşahidə edilir

E) Qısa müddət ərzində toxuma hüceyrələrinin tamlığının pozulması və quru qasnağın əmələ gəlməsi müşahidə edilir
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
643) Turşularla zədələnmənin əsas xüsusiyyətləri nədən ibarətdir?
A) Turşular toxumaları susuzlaşdırır və toxuma zülallarının koaqulyasiyasına səbəb olur (koaqulyasion nekroz). zədələnmənin intensivliyi onların konsentrasiyasından asılıdır.

B) Turşuların təsir yerində aydın sərhədlərə malik quru qasnaq əmələ gəlir. Qasnaq dəri səthindən qalxmır, əksinə çox vaxt aşağı səviyyədə olur.

C) Kənarlarında – hiperemiya – iltihab zonası. Zədələnmə çox vaxt dərin olur.

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
644) Qələvilərlə yanıqların əsas xüsusiyyəti nədən ibarətdir?
A) Quru nekroz törədir

B) Geniş ödem törədir

C) Koaqulyasion nekroz törədir

D) Quru qasnaq törədir

E) Yaş kollikvasion nekroz törədir
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
645) Kimyəvi yanıqların təsnifatı termiki yanıqlardan nə ilə fərqlənir?
A) Yanıqlar zamanı dərinliyi qiymətləndirərkən IV dərəcə A və B hissələrinə ayrılmır.

B) Yanıqlar zamanı dərinliyi qiymətləndirərkən IV dərəcə A və B hissələrinə ayrılır

C) Yanıqlar zamanı dərinliyi qiymətləndirərkən III dərəcə A və B hissələrinə ayrılır

D) Heç biri doğru deyil

E) Yanıqlar zamanı dərinliyi qiymətləndirərkən III dərəcə A və B hissələrinə ayrılmır
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
646) Kimyəvi zədələnmələr zamanı ilk və təxirəsalınmaz yardımına aid aşağıdakılardan

hansı doğrudur?
A) Zərərçəkənin paltarı kimyəvi maddəyə bulaşıbsa, onu tez çıxarmaq lazımdır

B) Sadalananların hamısı

C) Turşuların və qələvilərin zəif məhlulları ilə neytrallaşdırma az effektlidir.

D) Kimyəvi maddəni dəri səthindən təmizləmək

E) Dərini bir saat ərzində axar su ilə yumaq, flüorit turşusu ilə zədələnmə zamanı isə 3-5 saat yumaq lazımdır
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
647) Kimyəvi zədələnmələr zamanı ilk və təxirəsalınmaz yardıma aid aşağıdakılardan hansı doğrudur?
A) Sadalananların heç biri

B) Geniş sahəli zədələnmələrdə – periferik venaların kateterizasiyası və infuzion terapiyanın başlanması, stasionar müalicəsinə göndərilmənin vacibliyi

C) Ağrısızlaşdırma

D) Sadalananların hamısı

E) Antihistamin preparatları, antibiotiklər.
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
648) Elektrik yanıqlarına dair aşağıdakılarda hansı doğrudur?
A) Elektrik yanıqları zamanı “cərəyan işarələri” görünür. Onlar müxtəlif ölçülərdə və rənglərdə, çox zaman ağımtıl olur. Cərəyanın çıxma nöqtəsi daha böyük ölçülü olur. Cərəyan işarələrinin sinir-damar dəstəsi üzərində yerləşməsi xüsusilə təhlükəlidir

B) Elektrik yanıqları travmaların ağır növlərinə aiddir və tez-tez zərərçəkənin əlilliyinə gətirib çıxarır

C) Elektrik travmalarında destruktiv proseslər uzun müddət davam edir və toxumaları çox dərin zədələyir

D) Sadalananların hamısı

E) Zədə yüksək gərginlik təsiri nəticəsində baş verdikdə toxumaların “metallaşması” baş verir
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
649) Elektrik travmaları zamanı ilk yardım tədbirlərindən hansı doğrudur?
A) Ürəyin qapalı masajı, süni tənəffüs, AMBU aparatı, intubasiya

B) Neyroleptoanalgeziya və ya narkotiklərin vurulması

C) Zərərçəkəni elektrik gərginliyi mənbəyindən ayırmaq

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
650) Elektrik travmaları zamanı ilk yardım tədbirlərindən hansı doğru deyil?
A) Müalicə mütləq ixtisaslaşdırılmış klinikalarda kombustioloq tərəfindən aparılmalıdır

B) Yardım göstərən quru yerdə durmalı, əlcəklə işləməlidir

C) Yaraların sağalma müddəti bir neçə ay və daha çox çəkir

D) Sonrakı dövrdə uzun müddətli reabilitasiya tədbirləri aparılmalıdır

E) Yaraların sağalma müddəti bir neçə həftə və daha çox çəkir
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
651) Yanıqla xəstələrin intensiv müalicəsinin vacib elementlərindən biri nədir?
A) Ürəyin qapalı masajı, süni tənəffüs, AMBU aparatı, intubasiya

B) Qidalanma

C) Neyroleptoanalgeziya və narkotiklərin vurulması

D) Yerli müalicə

E) İnfusion terapiya
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
652) Yanıqla xəstələrin qidalanmasına aid aşağıdakılardan hansı doğrudur?
A) Sadalananların hamısı

B) İxtisaslaşdırılmış yanıq şöbələrində, mərkəzlərində orqanizmin suya, elektrolitlərə, karbohidratlara, zülallara, azota və s. sutkalıq tələbatını ödəyən parenteral qidalanma (PQ) aparılmalıdır

C) EZQ sutkada 1-2 dəfə damcı üsulu ilə dəq-də 40-60 damcıdan çox olmamaqla aparılır

D) Sadalananların heç biri

E) Qidalandırıcı qarışıqlarla nazoqastroduodenal zond vasitəsilə qidalanma (EZQ) aparılır
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
653) Yanıq travması keçirmiş pasientlərin reabilitasiası hansı tədbirlərdən ibarətdir?
A) Poliorqan pozğunluqların qalıq əlamətlərinin müayinə və müşahidəsinin davamı

B) Sadalananların hamısından

C) Yanıqdan sonrakı dermatozların, qızılyelin, yaraya çevrilmiş çapıqların yerli müalicəsi

D) Müxtəlif dərəcəli kobud, kelloid çapıqların fizioterapevtik və medikamentoz müalicəsi, ixtisaslaşdırılmış stasionarlarda, mərkəzlərdə rekonstruktiv operasiyalar

E) Psixo-emosional və nevroloji pozğunluqların aradan qaldırılması
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008

Bölmə 4. Dayaq-hərəki aparatın anadangəlmə xəstəlikləri.

654) Əyriboyunluğun ən çox rast gəlinən formaları hansılardır?
A) İltihab

B) Bütün cavablar dogrudur

C) Reflektor

D) Sümük


E) Əzələ
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
655) Uşağın həyatının ilk həftələri və ayları ərzində əyriboyunluğun əzələ formasının konservativ müalicəsinə nə daxildir?
A) Bütün cavablar dogrudur

B) Gips sargisi

C) Başın fiksasiya olunmuş vəziyyəti

D) Ağrılı hissənin sorucu massajı

E) Şants boyunluğunun geyilməsi
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
656) Anadangəlmə əzələ əyriboyunluğu zamanı cərrahi müdaxilənin ən səmərəli növü hansıdır?
A) Sinə-körpücük-məməşəkilli əzələ ayaqlarının miotomiyası;

B) Sinə-körpücük-məməşəkilli əzələ ayaqlarının miotomiyası + onun alloplastikası

C) Lans üsulu ilə əməliyyat

D) Hagen-Tornun üsulu ilə əməliyyat

E) Zatsepinin üsulu ilə əməliyyat
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
657) Anadangəlmə bud çıxığının (displaziyasının) etioloji amili hansıdır?
A) Displaziya

B) Mübadilə proseslərinin pozulması

C) Dölün ana bətnində düzgün yerləşməməsi

D) İltihabi proses

E) Zədə amili
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
658) Uşağın həyatının ilk ayları ərzində baş verən canaq-bud oynağı displaziyasının əsas simptomu hansıdır?
A) Budların ayrılmasının məhdudiyyəti

B) “Çırtma” simptomu

C) Ətrafın xarici rotasiyası

D) Dəri qatlarının asimmetriyası

E) Ətrafların qısalması
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
659) Çanaq-bud oynağının müalicəsi nə vaxtdan başlanır?
A) 3 aylıqdan və daha sonra

B) Anadan olandan

C) 1 aylıqdan

D) 6 aylıqdan sonra

E) 1-2 aylıqdan
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
660) 2 yaşdan yuxarı uşaqlarda anadangəlmə bud çıxığının kliniki simptomatologiyasına nə daxildir?
A) Sadalananlardan hamısı

B) Rozer-Nelaton xəttindən yuxarı böyük mil

C) Müsbət Tendelenburq simptomu

D) Ətrafların qısalması

E) Axsaqlıq
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
661) Çanaq-bud oynağı çıxığının (displaziyasının) konservativ müalicəsi zamanı ən çox rast gəlinən ağırlaşma halı hansıdır?
A) Oynaq hərəkətsizliyi və ankiloz

B) Çanağın əyriliyi

C) Oturaq sinirin parezi

D) Sadalananlardan hamısı

E) Bud başlığının aseptik nekrozu
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
662) Anadangəlmə bud çıxığının operativ müalicə üsulları hansılardır?
A) Solter əməliyyatı

B) Oynaqdaxili və oynaqxarici müalicə

C) Budun proksimal hissəsində müalicə

D) Oynağın artroplastikası ilə birgə müalicə

E) Çanaq sümüyü üzərində müalicə
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
663) Anadangəlmə bud çıxığı zamanı əməliyyat olunmuş ətrafın üzərinə yük düşməsinə nə vaxt yol verilir?
A) 2 ildən sonra

B) 2 aydan sonra

C) 3 aydan sonra

D) 6 aydan sonra

E) 1 ildən sonra
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
664) Diz qapağı çıxığının hansı növlərinə rast gəlinir?
A) Gayıdıcı

B) Sadalananlardan hamısı

C) Daimi

D) Adi


E) Anadangəlmə
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
665) Anadangəlmə yastıdabanlıq zamanı etioloji amil hansıdır?
A) Bətndaxili poliomielit

B) Displaziya

C) Doğuş zamanı zədə

D) İlkin özülün qüsuru

E) Bətndaxili zədə
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
666) Yastıdabanlığın əsas simptomu hansıdır?
A) Pəncənin ön hissəsinin qabarması

B) Pəncə ekskavatusu

C) Pəncə ekvinsusu

D) Pəncə varusu

E) Pəncə valqusu
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
667) Yastıdabanlığın konservativ müalicəsi nə vaxtdan başlanır?
A) Anadan olandan

B) Anadan olandan 1 ay sonra

C) Anadan olandan 3 ay sonra

D) 1 yaşında

E) Anadan olandan 6 ay sonra
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
668) Anadangəlmə yastıdabanlıq zamanı yastıdabanlığın əməliyyat yolu ilə müalicəsi nə vaxtdan başlanır?
A) 12 aylıqdan

B) 9 yaşından

C) 6 aylıqdan

D) 10 yaşından

E) 5 yaşından
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972
669) Anadangəlmə yastıdabanlıq zamanı əməliyyatdan sonrakı gips immobilizasiyası nə qədər davam edir?
A) 2 ay

B) 3 ay


C) 1 ay

D) 6 ay


E) 1 ilədək
Ədəbiyyat: Волков М.В., Дедова В.Д. Детская ортопедия. Москва, 1972

Bölmə 5. Dayaq-hərəki aparatın qazanılmış xəstəlikləri.

670) Kliniki gedişinə görə hematogen osteomielit hansı formada ola bilər?
A) Sadalananlardan hamısı

B) Kəskin

C) İlkin-xroniki

D) Postinfeksion

E) Xroniki
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
671) Kəskin hematogen osteomielitin başlanması nə ilə səciyyələnir?
A) Sadalananlardan hamısı

B) Kəskin ağrılarla və ağrı kontrakturası ilə

C) Reaktiv artritlə

D) Artan SOE ilə

E) Yüksək hərarətlə
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
672) Hematogen osteomielitin rentgenoloji əlamətləri hansılardır?
A) Sadalananlardan hamısı

B) Periostun yaylı plastlaşması (soğanaqlı periostit)

C) Yumşaq toxumaların yoğunlaşması

D) Osteoporoz

E) Periostal sümükləşmə və ekzofit törəmələr
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
673) Hematogen osteomielitin müalicə prinsipi nəyə təsir göstərilməsini nəzərdə tutur?
A) Rahatlığın yaranmasına

B) Orqanizmin immunitetinə

C) İltihab ocağına

D) Xəstəlik törədicisinə

E) Sadalananlardan hamısına
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
674) Hematogen osteomielitin əməliyyat yolu ilə müalicəsi nədən ibarətdir?
A) Sümükdaxili yuma

B) Sümük plastikası

C) Nekrosekvestrektomiya

D) Oynağın rezeksiyası

E) Göstəricilərinə görə sadalananlardan hamısına
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
675) Xroniki posttravmatik osteomielit aşağıdakılardan hansının mövcudluğu ilə şərtlənir?
A) Sadalananlardan hamısı

B) Residivli gediş

C) İrinli fistul

D) Anamnezdə zədələr

E) Sümük sekvestri
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
676) Xroniki posttravmatik osteomielitin konservativ müalicəsi nədən ibarətdir?
A) Hormonoterapiyadan

B) İmmunoterapiyadan

C) Pirogen terapiyadan

D) Mikrob əleyhinə terapiyadan

E) Sadalananların hamısından
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
677) Xroniki posttravmatik osteomielitin əməliyyat yolu ilə müalicəsi nəyi nəzərdə tutur?
A) Nekrosekvestrektomiya

B) Sümük plastikasını

C) Sümüyün seqmentar rezeksiyasını

D) Metal osteosintezini

E) Sümüyün perforasiyasını
Ədəbiyyat: Гринев М.В. Остеомиелит. Ленинград, 1979
678) Qapalı və açıq sınıqların müalicəsi zamanı baş verən əsas ağırlaşma halları hansılardır?
A) Sümüyün bitişməməsi

B) Sümüyün düzgün bitişməməsi

C) Sadalananların hamısı

D) Zədə osteomielitləri

E) Yalançı oynaqlar
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
679) Sümüklərdəki yalançı oynaqların müalicəsi üçün nə tətbiq olunur?
A) Kompression-dikstrasion osteosintez

B) Endoprotezləşdirmə

C) Sümükdaxili osteosintez

D) Balneoterapiya

E) Sümük plastikası
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
680) Budun patoloji çıxığı nəyin nəticəsində baş verir?
A) Sümük-oynaq vərəmi və osteomielit

B) Şüa təsiri

C) Sadalananların hamısı

D) Nevrogen atropatiyaları

E) Şiş prosesi
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
681) Budun patoloji çıxığının əməliyyat yolu ilə müalicəsi zamanı hansı müdaxilə növlərindən istifadə olunur?
A) Oynağın artrodezləşdirilməsi

B) Ekzartikulasiyası

C) Osteosintez

D) Endoprotezləşdirmə

E) Oynağın rezeksiyası
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
682) “Koksa vara” nəyin xəstəliyi ilə əlaqədar baş verir?
A) Bud mili nahiyəsinin

B) Budun başlığının və epifizinin

C) Budun milaltı və diafiz nahiyəsinin

D) Sadalanan zonaların kombinasiyasının

E) Bud boynunun
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
683) Menisk kistasının müalicəsi zamanı hansı üsuldan istifadə olunur?
A) Meniskotomiya

B) Meniskin punksiyası

C) Oynağın immobilizasiyası

D) Meniskoektomiya

E) Fizioterapiya
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
684) Koksartrozu nədən fərqləndirmək lazımdır?
A) Revmatoid poliartritindən

B) Bexteryov xəstəliyindən

C) Sakroiliitdən

D) Vərəmli prosesdən

E) Rişə sindromlu osteoxondrozdan
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
685) Koksartrozun konservativ müalicəsinin əsas vəzifəsi nədən ibarətdir?
A) Ağrı sindromunun aradan qaldırılması

B) Ətrafın qısalmasının kompensasiyası

C) Oynaq kontrakturasının aradan qaldırılması

D) Hərəkət həcminin artırılması

E) Sadalananların hamısı
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
686) Koksartrozun əməliyyat yolu ilə müalicəsinin əsas göstərişləri hansılardır?
A) Qısa remissiya dövrləri

B) Dövretmə hərəkətlərinin məhdudlaşması

C) Konservativ müalicənin təsirinin olmaması

D) Sadalananların hamısı

E) 1-ci və 2-ci dərəcəli displastik koksartroz
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
687) Onurğa sütununun bel hissəsinin osteoxondrozu ilə müşaiyət olunan 3-cü dərəcəli koksartroz xəstələrinə hansı əməliyyat məsləhət görülür?
A) Foss əməliyyatı

B) Mak-Marrey üsulu ilə osteotomiya

C) Oynağın detorsion-varizasiyalaşdırıcı osteotomiyası

D) Çanaq-bud oynağının artrodezi

E) Oynağın endoprotezləşdirilməsi
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
688) Diz oynağının deformasiyaedici artrozunun əsas kliniki əlamətləri hansılardır?
A) Hərəkət zamanı oynaqda xırçıltı

B) Hərəkət məhdudiyyəti

C) Diz oynağında ağrılar

D) Diz oynağının varus və ya valqus deformasiyası

E) Sadalananların hamısı
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
689) Diz oynağının deformasiyaedici artrozunun nə ilə fərqləndirici analizini aparmaq lazımdır?
A) Revmatoid poliartriti

B) Süzənək artriti

C) Sinoviit

D) Vərəmli qonit

E) Sadalananların hamısı
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
690) Diz oynağının deformasiyaedici artrozunun əməliyyat yolu ilə müalicəsinin əsas göstərişləri hansılardır?
A) Konservativ müalicənin təsirinin olmaması

B) Diz oynağının aşkar patello-femoral artrozu

C) Qısa remissiya dövrləri

D) Sadalananların hamısı

E) Varus və ya valqus deformasiyalı defartroz
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə