Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?


) Çoxsaylı və müştərək travmalar bütün aşağıdakı əlamətlərlə xarakterizə olunur, hansı istisna olunur?



Yüklə 1,29 Mb.
səhifə7/21
tarix13.12.2016
ölçüsü1,29 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   21

324) Çoxsaylı və müştərək travmalar bütün aşağıdakı əlamətlərlə xarakterizə olunur, hansı istisna olunur?
A) Erkən diaqnostikanın çətinliyi

B) Dövr edən qanın həcminin azalması, arterial təzyiqin aşağı düşməsi

C) Klinik gedişatın ağırlığı

D) Zədələnmələrin müxtəlifliyi

E) Yüksək letallıq - 60%-dək və yuxarı
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
325) Dayaq-hərəkət apparatı və kəllə-beyin travması və döş qəfəsi, dayaq-hərəkət apparatı və qarın boşluğunun müştərək travması zamanı letallığın dəyişmə həddləri neçə faiz təşkil edir?
A) 3-dən 8%-dək

B) 21-dən 25%-dək

C) 40-dan 55%-dək

D) 15-dən 19%-dək

E) 56%-dən və yuxarı
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
326) Çoxsaylı sınıqlar zamanı letallığın dəyişmə sərhədləri hansıdır?
A) 40-dan 55%-dək

B) 21-dən 25%-dək

C) 56%-dən və yuxarı

D) 3-dən 8%-dək

E) 15-dən 20%-dək
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
327) Çoxsaylı və müştərək travmalar zamanı travmanın ilk saatlarında letallıq bütün

sadalananlarla şərtlənir, hansı istisna edilir?
A) Ağciyər arteriyasının tromboemboliyası

B) İrinli fəsadlar

C) Ağır kəllə-beyin travması

D) Piy emboliyası

E) Şok və qan itirmə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
328) Çoxsaylı və müştərək travmalar zamanı, travmadan çox sonrakı dövrdə letallıq hansı ilə şərtlənir?
A) Piy emboliyası ilə

B) Digər səbəblərlə

C) Ağciyər arteriyasının tromboemboliyası ilə

D) İrinli fəsadlarla

E) Ağır kəllə-beyin travması ilə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
329) Travmanın müəyyən mexanizmində tipik zədələnmələrin əhəmiyyəti bütün sadalanan tədbirlərlə təyin edilir, hansı istisna edilir?
A) Zədələnmənin lokalizasiyasının təyini

B) Travmatizmin qarşısının alınması

C) Zədələnmənin növ təyini

D) Müalicə üsulunun seçilməsi

E) Zədələnmələrin erkən diaqnostikası
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
330) Yumşaq toxumaların geniş zədələnmələri ilə hansı daha ağır sınmalar şərtlənir, bir qayda olaraq?
A) Birbaşa qüvvə təsiri ilə

B) Tangensial qüvvə təsiri ilə

C) Fırladıcı qüvvə təsiri ilə

D) Bütün sadalananlarla

E) Bədən və ya ətraf oxu boyunca qüvvə təsiri ilə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
331) Sadalanan çoxsaylı zədələnmələrdən hansı katatravma üçün tipikdir?
A) Baldırların və çiyinin sınığı

B) Onurğa sütununun döş hissəsinin və said sümüklərinin sınması

C) Onurğa sütunu və budun boyun hissəsinin sınığı

D) Qabırğaların çoxsaylı sınıqları və pəncə sümüklərinin sınığı

E) Çanaq sümükləri, bud, baldırın sınığı
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
332) Zərərçəkən nəqliyyat relsləri altına düşən zaman hansı xarakterdir?
A) Onurğa sütununun döş hissəsinin sınığı ilə döş qəfəsinin zədələnməsi

B) Onurğa sütununun bel hissəsinin, kəllə-beyin travması və qarın boşluğu orqanlarının travması ilə müştərək sınığı

C) Çanağın zədələnməsi və budun açıq sınığı

D) Yuxarı ətraf sümüklərinin sınması ilə müştərək çanaq sümüklərinin çoxsaylı sınıqları

E) Aşağı ətrafların xırdalanmış halda zədələnməsi və onların seqmentlərinin qopması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
333) Çoxsaylı sınmalar zamanı daban sümüklərinin zədələnməsi harada daha çox müşayiət olunur?
A) Pəncə sümüyü sınığıilə

B) Aşıq sümüyü sınığı ilə

C) Çanaq sümüyü sınığı ilə

D) Böyük baldır sümüyü sınığı ilə

E) Onurğa sütunu sınığı ilə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
334) “Travmatik ocaq” termini çoxsaylı və müştərək zədələnmələr zamanı aşağıdakı faktorlarla təyin edilir, hansı istisna edilir?
A) Dayaq-hərəkət apparatının bir neçə seqmentinin və ona bitişik bir sahənin daxili orqanlarının zədələnməsini göstərir

B) Dayaq-hərəkət apparatının bir seqmentinin izolə edilmiş zədələnməsini göstərir

C) Travmanın mexanizmini göstərir

D) Həkimi qorxudur və travmanın fəsadlarını proqnozlaşdırmağa imkan verir

E) Qabırğalar, döş sümüyü, ağciyər və qaraciyərin eyni zamanda mümkün zədələnməsini göstərir
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
335) Çoxsaylı və müştərək travmalar zamanı aparıcı patogenetik hissə hansıdır?
A) Metabolik pozuntular

B) Poliüzvi çatışmamazlıq

C) Bütün sadalananlar doğrudur

D) Mərkəzi və periferik hemodinamikanın pozulması

E) Tənəffüsün pozulması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
336) Dərialtı emfizemalı ağır müştərək döş travması fonunda tənəffüs pozğunluğu yaranan zaman hansı biri vacibdir?
A) Traxeyanın intubasiyası aparılmalı və ağciyərlərin süni ventilyasiyası keçirilməlidir

B) Medikamentoz terapiya və dinamik müşahidə aparılmalıdır

C) Ağciyərlərin süni ventilyasiyası keçirilməli və plevral boşluğun drenajı aparılmalıdır

D) Traxeostoma qoyulmalı və ağciyərlərin süni ventilyasiyası keçirilməlidir

E) Ağciyərlərin süni ventilyasiyası keçirilməli və plevral boşluğun punksiyası aparılmalıdır
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
337) Hospitalaqədərki dövrdə tənəffüs çatışmamazlığı ilə mübarizə ilk növbədə hansından ibarətdir?
A) Ağızdan və ya burundan havaverici

B) Ağız, boğaz, qırtlağın tualeti

C) Tənəffüs analeptiklərinin yeridilməsi

D) Ağciyərlərin intubasiyası və köməkçi ventilyasiyası

E) Traxeyanın intubasiyasından
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
338) Hospitalaqədərki dövrdə çoxsaylı və müştərək travmalardan zərərçəkənlərə kömək zamanı tədbirlər kompleksinə aşağıdakılar daxildir, hansı istisna edilir?
A) Aparıcı zədələnməni tətin etməklə zərərçəkənin vəziyyətinin ağırlığının qiymətləndirilməsi

B) Daxili qanaxma zamanı hemotransfuzion terapiya

C) Xarici qanaxmanın dayandırılması və zədələnmiş seqmentin immobilizasiyası

D) İxtisaslaşdırılmış stasionara sürətli nəqletmə

E) Ürək-damar və tənəffüs sistemlərinin funksiyalarının bərpası və dəstəklənməsi
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
339) Çoxsaylı və müştərək travmalar zamanı kəskin dövrdə aşağıdakı bütün tədqiqatlar əhəmiyyətlidir, hansı istisna edilir?
A) Hematokritin və dövr edən qan həcminin təyini

B) Rentgenoloji tədqiqatların keçirilməsi

C) Endoskopik tədqiqatların keçirilməsi

D) Qanın və sidiyin klinik tədqiqatları

E) Qanın immunoloji və bakterioloji göstəricilərinin tədqiqi
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
340) Travmatik şok halında olan ağır müştərək kəllə və dayaq-hərəkət apparatı travmalı

xəstələrdə keyləşdirmənin daha məqsədəuyğun növü hansıdır?
A) Venadaxili narkozla kombinə olunmuş prolongirə edilmiş sümükdaxili hemostatik blokada

B) Endotraxeal narkoz

C) Ət və inqalyasiya narkozu

D) Venadaxili narkoz

E) Yerli anesteziya
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
341) Bud sümüyünün, müştərək travmalı xəstədə fraqmentlərin çox yerdəyişməsi ilə osteosintezi zamanı daha məqsədyönlü keyləşdirmə hansıdır?
A) Venadaxili narkozla kompleksdə peridural anesteziya

B) Böyük dozada əzələ relaksantları ilə endotraxeal narkoz

C) Kiçik dozada əzələ relaksantları ilə endotraxeal narkoz

D) Ozon –bir-oksidli narkozla kompleksdə onurğa beyni anesteziyası

E) Prolongirə edilmiş sümükdaxili hemostatik blokada ilə kompleksdə xloretil narkozu
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
342) Travmatik şokla ağırlaşan ağır çoxsaylı travma zamanı keyləşdirmə üçün maddənin seçilməsi, ilk növbədə hansı halla təyin edilir?
A) Endokrin sistemi

B) Laxtalandırıcı sistem

C) Tənəffüs

D) Hemodinamika

E) Mərkəzi sinir sistemi
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
343) Çoxsaylı qabırğa sınıqları zamanı stasionar şəraitdə optimal keyləşdirmə üsulu hansı hesab edilir?
A) Sınıq sahəsinin blokadası

B) Spinal anesteziya

C) Narkotik analgetiklər

D) Paravertebral blokada

E) Epidural blokada
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
344) Ağır çoxsaylı və müştərək zədələnmələr zamanı novokain blokadasının müsbət cəhətləri hansıdır?
A) Arterial təzyiqi aşağı salmır

B) Klinik mənzərəni pərdələmədən, ağrını ləğv edir

C) Bədən temperaturunu aşağı salır

D) Uzunmüddətli keyləşdirici təsiri təmin edir

E) Mərkəzi venoz təzyiqi artırır
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
345) Dayaq-hərəkət apparatının çoxsaylı travmasından zərərçəkənlərdə sınıq-çıxıqlar zamanı sümük toxumasının regenerasiyası hansı xüsusiyyətlərlə xarakterizə edilir?
A) Regenerasiya prosesinin ləngidilməsi ilə

B) Hipokalsiemiya

C) İzolə edilmiş travma zamanı reparativ proseslərə analoji axın

D) İmmobilizasiya müddətinin artması ilə

E) Konsolidasiya müddətinin artması ilə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
346) Çiyin sümüyü və said sümüklərinin sınığı zamanı repozisiyanı hansından başlamaq lazımdır?
A) Barmaqdan

B) Saiddən

C) Çiyindən və saiddən eyni zamanda

D) Çiyindən

E) Dirsəkdən
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
347) Müştərək kəllə-beyin travması və dayaq-hərəkət apparatının travması zamanı osteosintez aparılması üçün daha səmərəli müddət bütün sadalananlardır, hansı istisna edilir?
A) Travmadan 3 həftə sonra

B) İlk 7 sutka

C) 8-21 sutka

D) Travmadan 1 aydan sonra

E) İlk 48 saat
Ədəbiyyat: Казарезов М.В., Бауэр И.В. Травматологическая ортопедия и восстановительная хирургия. Новосибирск, 2004
348) Çanaq sümüyünün çoxsaylı sınıqları zamanı periton xarici qanaxmaların müalicəsinin ümumi taktikası hansıdır?
A) Prolongirə edilmiş sümükdaxili hemostatik çanaq blokadası

B) Daxili qabırğa-qarın arası arteriyaların sarğısı

C) Çanaq arteriyasına kateter vasitəsilə autoloji tomb yeridilməsi

D) Peritonxarici boşluğun sərt tamponada ilə lyumbotomiyası

E) Massiv hemotransfuziya
Ədəbiyyat: Казарезов М.В., Бауэр И.В. Травматологическая ортопедия и восстановительная хирургия. Новосибирск, 2004
349) Çoxsaylı və müştərək travma fəsadlarına bütün sadalananlar aiddir, hansı istisna edilir?
A) Sümük və oynaqların zədələnməsi zamanı kontrakturalar

B) Mikrosirkulyar və trofik pozğunluqlarla yanaşı qanın reoloji xüsusiyyətinin pozulması (beynin, ağciyərlərin şişmələri, tromboemboliyalar və piy emboliyası)

C) Toksik fəsadlar (kəskin böyrək-qaraciyər çatışmamazlığı və s.)

D) Zədələnmə zonasə və onun xaricində inkişaf edən irinli-septik fəsadlar

E) İnfeksion hepatit
Ədəbiyyat: Казарезов М.В., Бауэр И.В. Травматологическая ортопедия и восстановительная хирургия. Новосибирск, 2004
350) Ağır çoxsaylı zədələnmələr zamanı piy emboliyasının profilaktika və müalicəsi üçün hansı müalicəvi preparatların tətbiqi daha məqsədəuyğundur?
A) Alkohol

B) Heparin

C) Lipostabil

D) Qordoks

E) Tzalol
Ədəbiyyat: Казарезов М.В., Бауэр И.В. Травматологическая ортопедия и восстановительная хирургия. Новосибирск, 2004
351) Dayaq-hərəkət apparatı və qarın boşluğunun müştərək travması zamanı çox ağır xəstələrdə hansı birin istifadəsi daha məqsədyönlü sayılır?
A) Laparosentez

B) Qarın boşluğunun ÜSŞ

C) Laparoskopiya

D) Radionuklid tədqiqatı

E) Diaqnostik laparotomiya
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
352) Dayaq-hərəkət apparatınin daxili orqanların travması ilə zədələnməsi zamanı osteosintez necə həyata keçirilir?
A) Daxili orqanın zədələnməsinə görə eyni anda operativ müdaxilə

B) Ətrafların fiksasiyasi

C) Şokaqarşı tədbirlərlə parallel

D) Həyatxilasedici əməliyyatlardan və orqanizmin həyati funksiyalarının stabilləşməsindən sonra

E) Bütün sadalananlar doğrudur
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
353) Dayaq-hərəkət apparatı müştərək travmasının gedişi və nəticəsini hansı müşayətedici zədələnmələr təyin edir?
A) Qabırğaların çoxsaylı zədələnmələr

B) Qarın boşluğu orqanlarının zədələnməsi

C) Kəllə və baş beyin travması

D) Döş boşluğu orqanlarının zədələnməsi

E) Çanaq sümüklərinin çoxsaylı sınıqları
Ədəbiyyat: Казарезов М.В., Бауэр И.В. Травматологическая ортопедия и восстановительная хирургия. Новосибирск, 2004
354) Politravma zamanı əlilliyin səbəbi kimi birinci yerdə dayaq-hərəkət apparatı zədələnməsi və hansı biri durur?
A) Qarın boşluğu

B) Hərəkət-dayaq orqanları

C) Döş qəfəsi

D) Kəllə-beyin travması

E) Periton boşluğu və kiçik çanaq orqanları
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
355) Politravma zamanı əlillik əsasən hansına görə təyin edilir?
A) Diaqnostik xətalar

B) Müalicə defektləri

C) Həkim-əmək ekspertizası keçirilən zaman deffektlər

D) Travma zamanı fəsadlar

E) Dayaq-hərəkət apparatının zədələnmə ağırlığı
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
356) Barmağın dərin bükücü əzələsinin vətəri üzərinə ilkin qapayıcı vətər tikişləri qoyularkən fəal hərəkət nə vaxt yaranır?
A) Əməliyyatdan 7 gün sonra

B) Əməliyyatdan 21 gün sonra

C) Əməliyyatdan 30 gün sonra

D) Əməliyyatdan 5 həftə sonra

E) Əməliyyatdan 14 gün sonra
Ədəbiyyat: Ю.Ю.Колонтай “Открытые повреждения кисти” Киев, 1983
357) Ən çox sınan bilək sümüyü hansıdır?
A) Aypara sümük

B) Üçhədli sümük

C) Qayıqvari sümük

D) Böyük çoxbucaqlı sümük

E) Qarmaqşəkilli sümük
Ədəbiyyat: Колонтай Ю.Ю. Открытые повреждения кисти. Киев, 1983
358) Bud boynunun sınığını təsnif edərkən sadalananlardan hansı istisnadır?
A) Subkapital və boyun

B) Milaltı

C) Lateral

D) Milarası və milüstü

E) Medial
Ədəbiyyat: А.В. Каплан ”Закрытые повреждения костей и суставов” Москва,-1967
359) Bud boynu sınığının əsas əlamətlərinə sadalananlardan hansı aid deyil?
A) Ətrafların daxilə rotasiyası

B) Qirqolov simptomu

C) Çanaq-bud oynağında ağrılar

D) Ətrafların qısalması

E) “Yapışmış daban” simptomu
Ədəbiyyat: ”Закрытые повреждения костей и суставов” А.В.Каплан Москва-1967
360) Bud boynu sınığının konservativ müalicəsi zamanı aşağıdakı üsullarin hansından istifadə olunmur?
A) Skeletin dartılması

B) Budun üst üçdə-bir hissəsinə qədər ətrafın üzərini örtən gips sarğısının repozisiya olunmuş qırıntılarının immobilizasiyası

C) Koksitli gips sarğısının qoyulması

D) Funksional müalicə

E) Qırıntıların repozisiyası və ilizarov aparatı ilə fiksasiya
Ədəbiyyat: ”Ошибки и осложнения при лечении переломов костей” М.В.Волков,О.Н.Гудушаури. Москва 1970
361) Bud boynu sınığının əməliyyat yolu ilə müalicəsi aşağıdakı üsullardan hansı ilə həyata keçirilmir?
A) Qırıntıların açıq repozisiyası və gips sarğısı ilə fiksasiya

B) Auto- və allotransplantlar vasitəsi ilə osteosintez

C) Müxtəlif metal konstruksiyalar vasitəsi ilə açıq osteosintez

D) Müxtəlif metal konstruksiyalar vasitəsi ilə qapalı osteosintez

E) Çanaq-bud oynağının endoprotezləşdirilməsi
Ədəbiyyat: ”Ошибки и осложнения при лечении переломов костей” М.В.Волков,О.Н.Гудушаури. Москва 1970
362) Bud boynunun açıq osteosintezi aşağıdakı üstünlüklərdən hansına malik deyil?
A) Qırıntıları möhkəm bərkitməyə imkan verir

B) Fiksatoru düzgün keçirməyə imkan verir

C) Qırıntıları üst-üstə düzgün qoymağa imkan verir

D) Daha az travmatikdir

E) Xəstənin fəaliyyətini vaxtından əvvəl bərpa etməyə imkan verir
Ədəbiyyat: ”Ошибки и осложнения при лечении переломов костей” М.В.Волков,О.Н.Гудушаури. Москва 1970
363) İntramedullyar osteosintez hansı ağırlaşma halına səbəb ola bilməz?
A) Şok və qanitirmə

B) Diz oynağının deformasiyaedici oynağı

C) Yalançı oynaq

D) İrinləmə

E) Piy emboliyası
Ədəbiyyat: ”Остеосинтез”С.С.Ткаченко. Ленинград 1987
364) Budun intramedullyar osteosintezi zamanı fiksatorun ölçülərinə görə düzgün seçilməməsi aşağıdakı ağırlaşma hallarından hansına səbəb ola bilməz?
A) Sümük divarının perforasiyası

B) Ştiftin diz oynağına nüfuz etməsi

C) Fiksatorun sınması

D) Sümükdə çatların yaranması

E) Fiksatorun sümük sınığında ilişməsi
Ədəbiyyat: Ревенко Т.А., Гурьев В.Н. Операции при травмах опорно-двигательного аппарата. Москва, 1987
365) Budun diafiz sınığının əməliyyat yolu ilə müalicəsinin optimal müddəti hansıdır?
A) Zədədən sonrakı 1-ci gün

B) Zədədən sonrakı 1-2-ci günlər

C) Zədədən sonrakı 7-15-ci günlər

D) Zədədən sonrakı 2-5-ci günlər

E) Zədədən 15 gün sonra
Ədəbiyyat: Ткаченко С.С. Остеосинтез. Ленинград, 1987
366) Böyük baldır sümüyünün kondilus zirvəsinin sınıqları nəyin qırılması ilə müşaiyət olunur?
A) Arxa çarpaz bəndin

B) Diz oynağının daxili yan bəndinin

C) Ön carpaz bəndin

D) Diz oynağının xarici yan bəndinin

E) Yan və çarpaz bəndlərin
Ədəbiyyat: Каплан А.В. ”Закрытые повреждения костей и суставов” Москва,-1967
367) Qırıntıların yerdəyişməsi ilə müşaiyət olunan qamış sümüyünün kondilusunun kompression sınıqlarının müalicəsi zamanı nəyə üstünlük verilir?
A) Böyük baldır sümüyü kondilusunun əllə düzəldilməsi

B) Ultrasəs qaynağı

C) Böyük baldır sümüyünün sınığının qapalı kompression-destraksion osteosintezi

D) Artotomiya, zədələnmiş menisklərin çıxarılması, çökmüş kondilusların qaldırılması, metal osteosintezi

E) Skeletin topuqüstü və ya daban nahiyəsindən dartılması
Ədəbiyyat: ”Остеосинтез”С.С.Ткаченко. Ленинград 1987
368) Diz qapağında qırıntıların yerdəyişməsi ilə müşaiyət olunan çoxqırıntılı ovulmuş sınıq olduqda ən yaxşı müalicə üsulu hansıdır?
A) Skelet dartqısı

B) Ovulmuş diz qapağının çıxarılması, dörduclu əzələ vətərinin və diz qapağının öz bəndinin bərpası, 4 həftəlik tutorun qoyulması

C) Konservativ üsul

D) Osteosintez

E) Müller üzrə osteosintez
Ədəbiyyat: Ревенко Т.А., Гурьев В.Н. Операции при травмах опорно-двигательного аппарата. Москва, 1987
369) Qırıntıların yerdəyişməsi ilə müşaiyət olunan baldır sümüyünün müalicəsi zamanı skelet dartqısı hara qoyulur?
A) Düzgün cavab yoxdur

B) Daban sümüyünə

C) Aşıq sümüyünə

D) Baldır sümüylərində

E) Topuqüstü nahiyyəyə
Ədəbiyyat: ”Закрытые повреждения костей и суставов” А.В.Каплан Москва-1967
370) Qırıntıların yerdəyişməsi ilə müşaiyət olunan baldır sümüyünün vintşəkilli sınıqlarının optimal müalicə üsulu hansıdır?
A) Qapalı repozisiya

B) Skelet dartqısı + gips sarğısı

C) Kompression-destraksion üsul

D) Osteosintez əməliyyati

E) Gips sarğisi
Ədəbiyyat: ”Закрытые повреждения костей и суставов” А.В.Каплан Москва-1967
371) Qırıntıların yerdəyişməsi ilə müşaiyət olunan baldır sümüyünün vintşəkilli sınıqlarının optimal müalicə üsulu hansıdır?
A) İlkin cərrahi müdaxilədən sonra kompression-distraksion aparatın qoyulması

B) İlkin cərrahi müdaxilə, sınığın repozisiyası, budun yuxarı üçdə-bir hissəsindən pəncə barmaqlarının uclarına qədər kəsikli gips sarğısının qoyulması

C) Maddi-texniki bazanın, təcrübəli kadrların olması şərti ilə osteosintez

D) Qapalı sınığın repozısıyası və gips sarğısının qoyulması

E) İlkin cərrahi müdaxilə, skelet dartqısının qoyulması
Ədəbiyyat: Ревенко Т.А., Гурьев В.Н. Операции при травмах опорно-двигательного аппарата. Москва, 1987
372) Baldır sümüklərinin düzgün bitişməmiş sınıqlarının müalicəsinin optimal üsulu hansıdır?
A) Təkrar repozisiya, gips sarğısının qoyulması

B) Skelet dartqısı

C) Kiçik baldır sümüyünün osteotomiyası, düzgün vəziyyətdə osteosintezlə müşaiyət olunan böyük baldır sümüyünün korriqasiyaedici osteotomiyası

D) Kiçik baldır sümüyünün osteotomiyası, kompression-distraksion aparatın qoyulması ilə müşaiyət olunan böyük baldır sümüyünün korriqasiyaedici osteotomiyası

E) Kiçik baldır sümüyünün osteotomiyası, gips sarğısı
Ədəbiyyat: Илизаров Г.А. Лечение переломов и их последствии методом чрескостного остeосинтеза. Курган, 1979
373) Aşağıdakı əməliyyatlardan hansı yalançı oynağın çıxarılmasına aid deyil?
A) Bek əməliyyatı, yalançı oynağın uclarının rezeksiyası

B) “Dolayı” polisinostoz əməliyyatı

C) Xaxutov-Olbi üsulu üzrə sümüyün plastik əməliyyatı

D) Kompression-distraksion aparatdan istifadə etməklə sümük transplantındakı qüsurun və ya yalançı oynağın plastikası

E) Sürüşkən transplantantın formalaşması ilə müşaiyət olunan korriqasiyaedici osteotomiya və ilizarov aparatinin köməyi ilə onunla yalançi oynağin tədricən örtülməsi
Ədəbiyyat: Ревенко Т.А., Гурьев В.Н. Операции при травмах опорно-двигательного аппарата. Москва, 1987
374) Baldır sümüklərinin osteomielitinin müalicəsinə aşağıdakılardan hansı aid deyil?
A) Geniş təsir spektrinə malik antibiotiklərdən istifadə (yerli, venadaxili, arteriyadaxili)

B) Axar su ilə yuma və uzunmüddətli drenajlama

C) 1:1000 nisbətində xlorheksidinin yerli tətbiqi

D) “Bütöv” tikişin qoyulması

E) Sekvestroektomiya, mikrosirkulyasiya sisteminin yuyulması, yaraya ultrasəs üsulu ilə müdaxilə
Ədəbiyyat: ”Остеомиелит” М.В.Гринев. Ленинград 1979
375) Axilles vətərinin təzə zədələrinin müalicəsinə nə daxildir?
A) 5 həftəyədək müddətdə pəncənin maksimum bükülməsi vəziyyətində gips sarğısının qoyulması

B) “Uc-uca” tikişin açıq üsulu

C) Pəncə aponevrozu ilə plastika

D) V.A.Çernavski üsulu ilə axilloplastika

E) Vətərin qapalı tikişi
Ədəbiyyat: ”Спортивная травматология” Д.Шойлев София 1986
376) Topuq yerinə salındıqdan sonra onun fiksasiyası üçün nə məsləhət görülür?
A) Altlıqsız sirkulyar gips sarğısı

B) “Çəkmə” tipli, kəsikli sirkulyar gips sarğısı

C) Pəncə üçün, U-şəkilli, longetsiz sarğı

D) Pambıq altlıqlı sirkulyar gips sarğısı

E) U-şəkilli, pəncəli gips sarğısı
Ədəbiyyat: Каплан А.В. Закрытые повреждения костей и суставов. Москва,-1967


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə