Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?



Yüklə 1,29 Mb.
səhifə8/21
tarix13.12.2016
ölçüsü1,29 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

377) Baldırla pəncəni birləşdirən oynağın çıxıqı və ya sınığı zamanı fiksasiyaedici gips sarğısının qoyulmasından sonra qan dövranının pozulmasına aşağıdakı amillərdən hansı biri səbəb ola bilməz?
A) Gips sarğısı ilə basma

B) Gips sarğısının düzgün modelləşdirilməməsi

C) Xarici fiksasiya aparatlarının qoyulması

D) Sirkulyar gips sarğısının tətbiqi

E) Təkrar repozisiyalar
Ədəbiyyat: Волков М.В., Гудушаури О.Н. Ошибки и осложнения при лечении переломов костей. Москва, 1970
378) Aşıq sümüyünün aseptik nekrozunun inkişafı, eləcə də baldırla pəncəni birləşdirən və aşıqaltı oynaqların deformasiyaedici osteoartrozu zamanı nə tövsiyyə olunur?
A) Məftillərlə osteosintez

B) Astraqalektomiya

C) Millərlə osteosintez

D) Vintlərlə osteosintez

E) Baldırla pəncəni birləşdirən və aşıqaltı oynaqların artrodezi
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
379) Daban sümüyü sınığının əlamətləri hansılardır?
A) Baldırla pəncəni birləşdirən oynağın deformasiyası və daxili topuğun yuxarıya doğru yerdəyişməsi

B) Daban sümüyü nahiyəsindəki ağrılar, pəncə tağının yastılanması, baldırla pəncəni birləşdirən oynağın deformasiyası

C) Baldırla pəncəni birləşdirən oynağın henartrozu, daxili pəncə tağının yastılanması

D) Daban sümüyünün sındığı tərəfdə topuq zirvəsinin batması

E) Daban sümüyünün yerləşdiyi nahiyədə ağrılar, baldırla pəncəni birləşdirən oynaqda deformasiyanın olmaması
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
380) Açıq sınıqların təsnifatına əsasən (A.V.Kaplana və O.N.Markovaya görə), 3-cü dərəcəli açıq sınıq zamanı yaranın xarakteri və ölçüsü necə olur?
A) Əzilmiş yara, 2-9 sm ölçüdə

B) Cırılmış və parçalanmış yara, 2-9 sm

C) Əzilmiş yara, 1,5-2 sm ölçüdə

D) Cırılmış və parçalanmış yara, 10 sm-dən çox

E) Deşilmiş yara, 1-2 sm ölçüdə
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые поврежденя костей и суставов. Москва.
381) Açıq sınıq zamanı yaraya ilkin cərrahi müdaxilədən sonra aşağıdakı üsullardan hansı tətbiq edilmir?
A) Ocaqdankənar, dəridən keçən osteosintez

B) Sümükdaxili osteosintez

C) Gips sarğı

D) Skelet dartqısı

E) Sümüküstü osteosintez
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
382) Çoxsaylı və əlaqəli xəsarətlər zamanı xəstəxanadan əvvəlki dövrdə hansı ağrıkəsici tətbiq olunur?
A) Narkotik analgetiklərin daxil edilməsi

B) Qeyri-narkotik analgetiklər daxil etməklə novokain blokadasının tətbiqi

C) Sınıq yerlərinin anesteziyası

D) Ağrının oksidləşmiş azotla kəsilməsi

E) Neyroleptiklərin və analgetiklərin daxil edilməsi
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
383) Çoxsaylı və əlaqəli xəsarətlər zamanı ağrıkəsici əməliyyatlar aşağıdakı pozuntuların hansının qarşısının alınmasına yönəldilir?
A) Ağciyər arteriyasının tromboemboliyası və piy emboliyası

B) Travmatik şok

C) Tənəffüs və ürək-damar çatışmazlıqları

D) İkinci dərəcəli qanaxma

E) Psixi-əsəb pozuntuları
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
384) Dayaq-hərəkət aparatının çoxsaylı xəsarətlərinin müalicəsi zamanı nəyə üstünlük verilir?
A) Konservativ üsula

B) Konservativ və operativ üsulların birləşməsinə

C) Göstərilən üsullardan heç birinə üstünlük verilmir.

D) Operativ üsula

E) Funksional üsula
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
385) Dayaq-hərəkət aparatının bir-birinə uyğun zədələri zamanı sümük fraqmentlərinin stabilləşdirilməsini hansı üsulla həyata keçirmək daha məqsədəuyğundur?
A) Skelet dartqısı ilə

B) Xarici fiksasiya aparatı ilə

C) Göstərilən üsullardan hər hansı biri ilə

D) Sümükdaxili fiksatorla

E) Gips sarğısı ilə
Ədəbiyyat: Илизаров Г.А. Лечение переломов и их последствии методом чрескостного остеосинтеза. Курган, 1979
386) Dayaq-hərəkət aparatının çoxsaylı və əlaqəli xəsarətləri zamanı sınıqların operativ müalicəsinin üstünlükləri nədən ibarətdir?
A) Xəstənin yerdəyişməsinin asanlaşdırılmasından

B) Erkən aktivləşmənin və funksional müalicənin mümkünlüyündən

C) Sınığın – sümüyün regenerasiyasının sağalmasının sürətləndirilməsindən

D) Qırıntıların dəqiq uyğunlaşdırılmasından və sabit fiksasiyasından

E) Xəstələrə qayğının yüngülləşdirilməsindən
Ədəbiyyat: Ревенко Т.А., Гурьев В.Н. Операции при травмах опорно-двигательного аппарата. Москва, 1987
387) Ətrafların çoxsaylı açıq sınıqları zamanı irinli ağırlaşmaların profilaktikasında əsas əhəmiyyət daşıyan amil hansıdır?
A) Açıq sınıqların nahiyəsinə antibakterial preparatların daxil edilməsi

B) Antibakterial dolduruculara malik polimer örtük sarğılarından istifadə

C) Antibiotiklərlə sümükdaxili, uzunmüddətli novokain blokadaları

D) Yaralara ilkin cərrahi müdaxilə

E) Antibiotiklərlə qişalı novokain blokadaları
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
388) Çanağın distal ucluğunun travmatik epifeziolizinin ən çox rast gələn fəsadlarına nə aiddir?
A) Damar-sinir düyününün zədələnməsi

B) Piy emboliyası

C) Sümük böyüməsinin pozulması

D) Ətrafın magistral qan axınının pozulması (trombozu)

E) Qapalı repozisiyanın qeyri-mümkünlüyü
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
389) Çanaq kondilusunun sınığı zamanı operativ müalicəyə mütləq göstəriş hansıdır?
A) Fraqmentin, konservativ üsullarla aradan qaldırılmayan sürüşməsi

B) Düz bitişməmiş sınıq

C) Damar-sinir düyününün zədələnməsi və əzilməsi

D) Damar səthlərinin konqruentliyinin pozulması

E) Yunşaq toxumalarının intrepozisiyası
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
390) Çanağın odlu silahla sınığının müalicəsinin hospital mərhələsinə aid olan tədbirlər hansıdır?
A) Cərrahi işləmə, aktiv drenaj, qırıqların xarici fiksasiyası

B) cərrahi işləmə, vakuumlaşdırma və gips sarğısının qoyulması

C) Cərrahi işləmə, passiv drenaj, kompression-distraksion osteosintez

D) Antibiotiklərin vurulması, novokain blokadası, seqmentin immobilizasiyası

E) Cərrahi işləmə və intramedullyar osteosintez
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
391) Çanağın, gec reabilitasiya dövründə sınığı zamanı müşahidə olunan fəsadlara bütün aşağıdakılar aiddir, istisna olan hansıdır?
A) Damar-sinir düyününün əzilməsi

B) Bitişməmiş sınıq

C) Kontrakturalar

D) Ətrafın deformasiya və qısaldılması

E) Osteomielit
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
392) Fiksatorların ləğv edilməsi üçün optimal müddət hansıdır?
A) 2 il

B) 6 ay


C) 1 il

D) 1,5 il

E) Fiksatoru ləğv etməmək olar
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
393) Çanağın odlu silahla zədələnmələrinin hərbi-səhra şəraitində müalicəsi bütün aşağıdaki tədbirlərdən başlayır, istisna olan hansıdır?
A) Reanimasion tədbirlərin keçirilməsi

B) Ətrafın immobilizasiyası

C) Kompression-distraksion apparatin qoyulması

D) İxtisaslaşdırılmış hospitala nəql edilmə

E) Xarici qanaxmanın dayandırılması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
394) Axill vətərinin köhnə zədələnmələrinin optimal üsulla müalicəsinə hansı aiddir?
A) V.A. Çernavskiyə görə axilloplastika – açıq üsul

B) Çanağın enli fassiyası defektinin plastikası

C) Axill vətəri defektinin pəncə aponevrozu plastikası

D) Sökülmüş axillov vətərinin uclarına tikilmiş lavsan lenti vasitəsilə defektin plastikası

E) “Uc-uca” və ya “uc yana” tikilmə - açıq üsulu
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
395) Axil vətərinin tikilməsi zamanı gips sarğısı ilə immobilizasiya neçə müddətdir?
A) 7-8 həftə

B) 3-4 həftə

C) 6-7 həftə

D) 5-6 həftə

E) 4-5 həftə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
396) Diz oynağında 4-8 ml-ə qədər az miqdar mayeni belə aşkar etməyə imkan verən simptom hansıdır?
A) Diz qapağının “seçilmə” simptomu

B) Ön və arxa “siyirtmə qutu” simptomu

C) Qabartma simptomu

D) Arxa “siyirtmə qutu” simptomu

E) Ön “siyirtmə qutu” simptomu
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
397) “Qabartma” simptomu nədən ibarətdir?
A) Diz oynağı xaricindən mayenin sıxışdırılması

B) Diz oynağının perkussiya və askultasiyası

C) Diz oynağının askultasiyası

D) Xaricdən mayenin sıxışdırılması və diz oynağı səthinin daxili tərəfindən perkussiya

E) Diz oynağı səthinin daxili tərəfindən perkussiya
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
398) Diz qapağının “seçilmə” simptomunun yerinə yetirilmə texnikası nədən ibarətdir?
A) Barmaq uclarının dizaltına ön-arxa istiqamətdə basılmasından

B) Diz oynağının sıxılmasından

C) Bükümün sol əllə sıxılması və barmaq uclarının dizaltına ön-arxa istiqamətdə basılmasından

D) Diz qapağının perkussiyasından

E) Sol əlin bükümünün sıxılmasından
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
399) Baldırın, aşağı ətrafın orta xəttindən ön səthdə 0-dan 3 dərəcəyədək kənarlaşması zamanı nə nəticə çıxarmaq olar?
A) Diz oynağının yan bağları salamatdır

B) Yan bağlarının qismən qopması və xaçşəkilli bağların qopması

C) Xaçşəkilli bağlar saxlanılıb

D) Xaçşəkilli bağların qismən qopması

E) Yan bağlarının qismən qopması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
400) Baldırın ön səthdə orta xəttdən 3-5 dərəcəyədək deviasiyası zamanı hansı diaqnoz qoymaq olar?
A) Yan bağlarının qismən qırılması

B) Menisklərin zədələnməsi

C) Xaçşəkilli bağların qırılması

D) Yan və xaçşəkilli bağların qırılması

E) Yan bağlarının tam qırılması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
401) Baldırın ön səthdə orta xəttdən daxilə 3-5 dərəcəyədək kənarlaşmasında hansı diaqnoz qoyulur?
A) Diz oynağının xarici yan bağının qismən zədələnməsi

B) Xaçşəkilli bağların qismən qırılması

C) Diz oynağının daxili yan bağının qismən zədələnməsi

D) Diz oynağının daxili yan bağının tam zədələnməsi

E) Diz oynağının daxili yan bağının tam zədələnməsi
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
402) Baldırın ön səthdə orta xəttdən daxilə və xaricə 5–dən 10 dərəcəyədək kənarlaşması nəyi göstərir?
A) Yan bağlarının qismən qırılmasını

B) Yan bağlarının tam qırılmasını

C) Xaçşəkilli bağların tam qırılması

D) Yan və xaçşəkilli bağların qismən qırılmasını

E) Xaçşəkilli bağların qismən qırılması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
403) Baldırın ön səthdə orta xəttdən xaricə 3-5 dərəcəyədək kənarlaşması nəyi göstərir?
A) Daxili yan bağının qismən qırılması

B) Menicklərin və bütün diz oynağı bağlarının zədələnməsi

C) Xarici yan bağının qismən qırılması

D) Xarici yan bağının tam qırılması

E) Daxili yan bağının tam qırılması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
404) Meniskoektomiyadan sonra tamamilə götürülmüş meniskin regenerasiya mənbəyi nə ola bilər?
A) Sinavial maye

B) Diz oynağı kapsulu

C) Qığırdaq qalığı

D) Diz oynağı boşluğunda qan laxtası

E) Parakapsulyar zona və meniskoektomiya zamanı meniskin eni 1-2 mm-dək saxlanılan kənarı
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
405) Baldır-pəncə oynağının hemartrozu zamanı aparıcı simptom hansıdır?
A) Qan yığışması

B) Ətrafın funksiyasının pozulması

C) Ağrı

D) Baldırarası sindesmozun qırılması



E) Oynaq boşluğuna qan yığılması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
406) Deltoşəkilli bağın qırılması adətən nə ilə müşayiət olunur?
A) Daban və aşıq sümüyünün sınması ilə

B) Baldırarası sindesmozun qırılması ilə

C) Oynağında çıxıq

D) Ayaq darağı sümüklərinin sınması ilə

E) Baldır-pəncə oynağının xarici bağlarının qırılması ilə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
407) Gips sarğısı ilə müalicə olunan baldır-pəncə oynağının pronasion üçtopuqlu sınıq-çıxığı zamanı immobilizasiya müddəti neçədir?
A) 6 ay

B) 4 ay


C) 2 ay

D) 2,5-3 ay

E) 1 ay
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
408) Operativ yolla müalicə olunan baldır-pəncə oynağının pronasion üçtopuqlu sınıq-çıxığı zamanı immobilizasiya müddəti neçədir?
A) 3 ay

B) 5 ay


C) 4 ay

D) 1 ay


E) 2 ay
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
409) Operativ yolla baldır-pəncə oynağının sınıq-çıxığının müalicəsi bitişmə müddətini neçə müddətə sürətləndirir?
A) 21 gün

B) Sürətləndirmir

C) 10 gün

D) 14 gün

E) 28 gün
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
410) Baldır-pəncə oynağının odlu silahla yaralanmalarının ilkin cərrahi işlənməsi müasir mərhələdə nədən ibarətdir?
A) Yaranın antibiotiklərlə sümükdaxili yuyulması

B) Yaranın drenajı

C) Vakuumun istifadəsi

D) Toxumaların bütövlüyünün yarılması, kəsilməsu və bərpası

E) Yaralanmış kanalın kəsilməsi, yarılması, ultrasəs emalı, antibiotiklərlə sümükdaxili yuyulması, aktiv drenajı, immobilizəedici sarğının və ya modulun qoyulması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
411) Baldır-pəncə oynağının pronasion üçtopuqlu sınıq-çıxığı zamanı əmək qabiliyyəti hansı müddətə bərpa olunur?
A) 2 ay

B) 1 ay


C) 4 ay

D) 4-6 ay

E) 3 ay
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
412) Baldır-pəncə oynağının supinasion üçtopuqlu sınıq-çıxığı zamanı əmək qabiliyyəti hansı müddətə bərpa olunur?
A) 1 ay

B) 3 ay


C) 2 ay

D) 4-5 ay

E) 6 ay
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
413) Pəncənin yumşaq toxumalarının zədələnmələrinin müalicəsinə bütün sadalananlar daxildir, istisna olan hansıdır?
A) Kəskin dövrdə soyuqdan istifadə

B) MBT


C) Rentgenoterapiya (az dozalarla) tətbiqi

D) Fizioprosedurlar

E) Təzyiq göstərən sarğı qoyulması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
414) Aşıq sümüyü sınığının əlamətləri hansılardır?
A) Axill vətəri sahəsində kəskin ağrı, pəncənin arxaya bükülməsi zamanı ağrıların artması, dabana vurmaların sınıq sahəsində ağrını artırması, pəncənin birinci barmağı alta qatlanma vəziyyətində

B) Pəncənin adduksiya və abduksiyasının kəskin azalması

C) Aşıq-daban düyünündə hərəkətliliyin artması

D) Baldır-pəncə oynağında alta bükülmə və arxadan açılmanın məhdudlaşması

E) Baldır-pəncə oynağında hərəkətin normal həcmi
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
415) Aşıq sümüyünün arxa qırığının sınmaları zamanı gips sarğısının, pəncənin yüngül arxa bükülməsilə qoyulması müddəti neçədir?
A) 6-8 həftə

B) 12-14 həftə

C) 10-12 həftə

D) 8-10 həftə

E) 3-4 həftə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
416) Aşıq sümüyü boynunun yerdəyişməsiz sınığı zamanı ayağın yüklənməsinə nə zaman icazə verilir?
A) 4 ay sonra

B) 10-12 həftə sonra

C) 3 ay sonra

D) 1 ay sonra

E) 2 ay sonra
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
417) Konservativ yolla müalicə olunan aşıq sümüyü boynunun yerdəyişmə sınmaları zamanı əmək qabiliyyətinin bərpası neçə müddətdir?
A) 1 ay

B) 2 ay


C) 4 ay

D) 3 ay


E) 5 ay
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
418) Daban sümüyünün kompression sınmaları zamanı orta immobilizasiya müddəti neçədir?
A) 4 ay

B) 3 ay


C) 5 ay

D) 1 ay


E) 2 ay
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
419) Topşəkilli, kubşəkilli və pazşəkilli sümüklərin yerdəyişmə sınmaları zamanı pəncə darağını yaxşı modelləşdirməklə, “uzunboğaz çəkmə” gips immobilizasiyası neçə müddətdir?
A) 4-6 həftə

B) 2 həftə

C) 1 həftə

D) 6-8 həftə

E) 3 həftə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
420) Topşəkilli, kubşəkilli və pazşəkilli sümüklərin yerdəyişmələri aradan qaldırmaqla, sınmaları zamanı gips immobilizasiyasınin orta müddəti neçədir?
A) 8-10 həftə

B) 10-12 həftə

C) 4 həftə

D) 4-6 həftə

E) 6-8 həftə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
421) Topşəkilli sümüyün, arxa böyük baldır əzələsi vətərinin bərkidildiyi, təpəsinin qopması zamanı gips sarğısınin qoyulma müddəti neçədir?
A) 6 həftə

B) 6-8 həftə

C) 3 həftə

D) 4 həftə

E) 5 həftə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
422) Kubşəkilli və pazşəkilli sümüklərin sınmaları zamanı gips sarğısınin daşınması neçə müddətdir?
A) 3 həftə

B) 4 həftə

C) 9-10 həftə

D) 4-6 həftə

E) 6-8 həftə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
423) Sürüşmə aradan qaldırıldıqdan sonra ayaq darağı sümüklərinin sınıqlarının gips sarğısı ilə orta immobilizasiya müddəti neçədir?
A) 6 həftə

B) 5 həftə

C) 4 həftə

D) 3 həftə

E) 6-8 həftə
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
424) Mikrob florasının generalizasiyasınin baş verməsi üçün 1 qr açıq sınıq yarası toxumasına düşən mikrob cisimlərinin miqdarı nə qədərdir?
A) 102 mikrob

B) 106 mikrob

C) 105 mikrob

D) 103 mikrob

E) 104 mikrob
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
425) Açıq sınığın müalicəsinin vacib elementlərinə bütün sadalananlar aiddir, istisna təşkil edən hansıdır?
A) Yarada mikrobların, qan laxtalarının və yadcinsli cisimlərin miqdarının bir neçə tərtib azaldılması

B) Bütün həyat qabiliyyəti olmayan və zədələnmiş toxumaların radikal kəsilməsi

C) Dəqiqliklə hemostaz, yarılma, əzələlərin fassial yolu

D) Açıq sınıq sahəsindən bütün mikrob cisimlərinin tam təmizlənməsi

E) Sümük qırıqlarının davamlı osteosintezi
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
426) Ağır zədələnmə qrupuna hansılar aiddir?
A) Oynaqdaxili qəlpəvari sınıqlar

B) Epifizlərin məhdud zədələnmələri

C) Oynaq kapsulunun izolə edilmiş yaralanmaları

D) Epifizlərin əhəmiyyətsiz zədələnmələri ilə oynağın deşilmiş yaralanmaları

E) Oynaqların dərinə gedən kor yaralanmaları
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
427) İri oynaqların dərinə gedən yaralanmaları üçün hansı hal qeyri-xarakterikdir?
A) Travmatik şok

B) Hemartroz

C) Hemorraqik sinovit

D) Seroz sinoviti

E) İrinli artrit
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
428) İri oynaqların odlu silahla yaralanmaları zamanı praktiki olaraq rast gəlməyən fəsad hansıdır?
A) Sepsis

B) Zədələnmiş epifizin yalançı oynağı

C) Anaerob infeksiya

D) İrinli artrit

E) Çətinhərəkətlilik, oynağın ankilozu
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
429) Oynağın açıq zədələnməsinin ən etibarlı simptomu nədir?
A) Yumşaq toxumaların yaralanması ilə oynaq hissəsində qırıqların krepitasiyası

B) Sinovil mayesinin yaradan axması

C) Kəsiyində yara olduğu təqdirdə oynaq funksiyasının kəskin məhdudlaşması

D) Oynaq hissəsində bol qanaxmalı yaranın olması

E) Oynaq kəsiyində dərin yaranın olması
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.
430) Açıq sınıqların fəsadları arasında bütün sadalananlara rast gəlinir, istisna halı hansıdır?
A) Yaranın irinləməsi, osteomielit

B) Sepsis

C) Yavaş konsolidasiya, yalançı oynaq əmələ gəlməsi

D) İzafi peiostal və endostal döyənəyin əmələ gəlməsi

E) Anaerob infeksiyalar, tromboflebit
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.
431) Ən çox rast gələn açıq zədələnmələr hansıdır?
A) Bilək mili

B) Çiyin oynağı

C) Diz oynağı

D) Dirsək oynağı

E) Baldır-pəncə oynağı
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.
432) Diz oynağının ağır çoxqəlpəli odlu silahla sınmasından zərərçəkənə ilkin cərrahi işləmədən sonra diz oynağının immobilizasiyası yalnız hansı yolla həyata keçirilir?
A) Dərin qalın gips sarğısı-longetlə budun yuxarı üçdə bir hissəsindən pəncə barmaqlarının ucunadək

B) Dərin qalın gips sarğısı-longetlə budun yuxarı üçdə bir hissəsindən baldır topuğunadək

C) Pəncəli tipik koksit sarğı ilə

D) Diz oynağına gips tutorla

E) Enli gips longeti ilə beldən baldırın aşağı üçdə birinədək
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.
433) Dirsək oynağının açıq zədələnmələrinin müalicəsi zamanı sadalanan reabilitasion tədbirlərdən tətbiqi lazım olmayanı hansıdır?
A) Dirsək oynağına isti prosedurlar

B) Dirsək oynağı və saiddə məcbur edilmədən və passiv açılıb-bükülmə, supinasion və rotasion hərəkətlər

C) Dirsək oynağına isti prosedurlar

D) Zədələnmiş ətrafların çiyin və bilək milində aktiv hərəkətlər

E) Çiyin və said əzələlərinin yumşaldıcı massajı
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə