Böyrək çatışmazlığı Kəskin böyrək çatışmazlığı



Yüklə 464,5 Kb.
tarix09.02.2017
ölçüsü464,5 Kb.
#7999


Böyrək çatışmazlığı


Kəskin böyrək çatışmazlığı

  • Kəskin böyrək çatışmazlığı - böyrək parenximasına müxtəlif faktorların (ekzogen, endogen) təsiri nəticəsində əmələ gələn vəziyyət olub, böyrəklərin ekskretor, sekretor, filtrasiya funksiyalarının kəskin pozulması ilə müşayiət olunur



Etiologiyası

  • Prerenal (hemodinamik) forma – böyrək qan

  • cərəyanının kəskin pozulması nəticəsində əmələ

  • gəlir.

  • Renal (parenximatoz) forma – böyrək

  • parenximasının zədələnməsi nəticəsində əmələ

  • gəlir.

  • Postrenal (obstruktiv) forma – sidiyin xaric

  • olmasının kəskin pozulması nəticəsində əmələ

  • gəlir.

  • Arenal forma çox nadir forma olub, həyati göstərişə

  • görə hər iki böyrəyin və ya tək böyrəyin çıxarılması

  • nəticəsində əmələ gəlir.



Etiologiyası



Etiologiyası



Patogenezi

  • Sitokinlərin böyrəklərə zədələyici təsiri

  • Böyrək qan cərəyanı və yumaqcıq filtrasiyasının azalması, böyrəklərin işemiyası

  • Na və suyun distal kanalcıqlara gəlməsinin azalması

  • Kanalcıqların epitelinin apoptozu güclənməsi

  • Disseminə olunmuş damar daxili laxtalanma sindromu inkişaf etməsi

  • Böyrək kanalcıqları hüceyrələrində Ca-nin toplanması, onun ödemi və şişməsi

  • Pielorenal və pielovenoz reflüksün inkişaf etməsi

  • Kanalcıqlarda hidrostatik təzyiqin artması

  • İnterstisiyanın ödemi

  • Yumaqcıqlarda və kanalcıqlarda qan cərəyanının pozulması

  • Tubulyar nekrozun əmələ gəlməsi



Təsnifatı

  • Zədələnmə yerinə görə

  • Prerenal

  • Renal

  • Postrenal



Təsnifatı

  • Etiopatogenezinə görə

  • Şok böyrəyi

  • Toksiki böyrək

  • Kəskin infeksion böyrək

  • Damar obstruksiyası

  • Uroloji obstruksiya

  • Arenal vəziyyət



Təsnifatı

  • Gedişinə görə

  • Faktorun təsirinin başlanğıc dövrü

  • Oliqoanuriya dövrü

  • Diurezin bərpa olunması dövrü

  • Sağalma dövrü



Təsnifatı

  • Ağırlıq dərəcəsinə görə

  • 1-ci dərəcə - yüngül

  • 2-ci dərəcə - orta ağırlıqda

  • 3-cü dərəcə - ağır



Klinikası

  • Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü

  • Oliqoanurik dövr

  • Diurezin bərpa olunması dövrü

  • Böyrək funksiyasının bərpa olunması dövrü



Klinikası

  • Başlanğıc dövr yaxud etioloji faktorun

  • təsir dövrü:

  • Təxminən 1-2 gün davam edir

  • Kollaps

  • Diurezin azalması baş verir



Klinikası

  • Oliqoanurik mərhələ

  • 1 neçə gündən 3-4 həftəyə qədər davam edir

  • Ümumi zəiflik

  • İştahsızlıq

  • Gündüz yuxululuq, gecə yuxusuzluq

  • Ürək bulanma, qusma

  • Sidik ifrazının azalması



Klinikası

  • Dəri quru olur, qabıqlanır

  • Dil quru olur

  • Uremik qastrit, kolit

  • Qaraciyər böyüyə, funksiyası pozula, hətta qaraciyər çatışmazlığı inkişaf edə bilər



Klinikası

  • Kəskin miokardit, az hallarda isə fibrinoz perikardit inkişaf edə bilər

  • Ciddi hiperhidratasiya zamanı ağciyər ödemi müşahidə oluna bilər

  • Tez-tez pnevmoniya inkişaf edir və abseslə ağırlaşa bilər

  • Ağır hallarda Kussmaul tənəffüsü (asidozla əlaqədar) əmələ gəlir



Klinikası

  • Baş ağrıları

  • Əzələ dartılmaları

  • Qıcolmalar

  • Huşun pozulması



Klinikası

  • Hiperkaliemiya

  • Hiponatriemiya

  • Hipokalsiemiya

  • Hipoxloremiya

  • Hipermaqniemiya

  • Hiperfosfatemiya

  • Hipersulfatemiya



Klinikası

  • Diurezin bərpa olunması dövrü

  • Diurez tədricən artmağa başlayır

  • Yumaqcıq filtrasiyası bərpa olunur

  • Kanalcıq reabsorbsiyası isə pozulmuş vəziyyətdə qalır

  • Hüceyrədən kənar dehidratasiya və hüceyrə dehidratasiyası əlamətləri qeyd olunur

  • Hipokaliemiya

  • Hipomaqniemiya

  • Hiponatriemiya müşahidə olunur



Klinikası

  • Böyrək funksiyasının bərpa olunması

  • dövrü

  • 3-12 ay və daha çox davam edir

  • Bu dövrdə kreatinin və sidik cövhərinin qanda səviyyəsi normal olur



Müalicəsi

  • Əsas etioloji faktorların aradan qaldırılması

  • Travmatik şok zamanı - ağrısızlaşdırma, yaranın cərrahi işlənilməsi

  • Hemorragik şok zamanı - qan əvəzedici məhlulların köçürülrməsi

  • Nefrotoksik kəskin böyrək çatışmazlığında - mədə-bağırsağın

  • təmizlənməsi, bu yolla uremik toksinlərin orqanizmdən

  • çıxarılması

  • Renal mənşəli KBÇ-da - böyrək xəstəliklərinin müalicəsi

  • Sidik yollarının okklyuziyası fonunda əmələ gələn KBÇ – da -

  • təcili nefrostomiya

  • Massiv hemoliz zamanı - qan köçürülməsi

  • Sepsis fonunda baş vermiş KBÇ-da - intensiv antibakterial terapiya



Şok əleyhinə tədbirlər

  • Dövr edən qanın həcminin bərpa edilməsi

  • Poliqlükin - plazma əvəz edici preparatdır, tədricən damar divarından keçir, hemodinamik təsir göstərir, AT-ni tez yüksəldir.

  • Reopoliqlükin - dekstranın 10%-li məhluludur. Preparat mayenin toxumalardan qan dövranına keçməsinə şərait yaradır, dövr edən qanın həcmini artırır, mikrosirkulyasiyanı yaxşılaşdırır.V/d damcı üsulu ilə istifadə edilir (400-1000 ml).

  • Şok zamanı dövr edən qanın həcmini bərpa etmək üçün - zülal preparatları - Yeni hazırlanmış plazmanın v/d. damcı üsulu ilə köçürülməsi



Şok əleyhinə tədbirlər

  • Beta adrenostimulyatorların vena daxilinə

  • istifadəsi

  • Dopamin (dopmin) - beta-adrenoreseptorları stimulyasiya

  • etməklə miokardın yığılma qabiliyyətini artırır, böyrək qan cərəyanını artırmaqla, yumaqcıq filtrasiyasını

  • yaxşılaşdırmaqla diurezi artırır.

  • 200 mq (5 ampula) dopmini 5%-li 400 ml qlükoza yaxud

  • NaCl-da həll edib v/d. damcı üsulu ilə yeridilir.

  • Dopmin böyrək qan cərəyanını yaxşılaşdırır, AT-ni yüksəldir

  • Dopmin dozasının çox olması fonunda böyrək

  • arteriyalarının daralmasına görə böyrək qan cərəyanı

  • pisləşə bilər.



Şok əleyhinə tədbirlər

  • Prednizolonun istifadə edilməsi

  • Qlükokortikoidlərin istifadəsi - autoimmun

  • proseslər fonunda əmələ gələn KBÇ-da məsləhət görülür.

  • Prednizolonu 3-5 mq/kq dozada istifadə etmək olar.

  • Qlükokortikoidləri həmçinin hemolitik mənşəli KBÇ-da da

  • tətbiq etmək olar.

  • Arterial hipotenziya ilə müşayiət olunan KBÇ-da da 60-90 mq prednizolondan v/dax. axınla istifadə etmək olar,

  • sonra isə saxlayıcı doza təyin edilir.



Şok əleyhinə tədbirlər

  • Xəstələrdə şok vəziyyəti 4-5 saatdan çox davam edərsə, böyrək toxumasında geri dönməz dəyişikliklər əmələ gəlir. Odur ki, şok zamanı tədbirlər təcili, qısa müddət ərzində aparılmalıdır.



Diuretiklərin istifadə edilməsi

  • Diuretiklər KBÇ-nın müalicəsində ilk saatlardan istifadə edilməlidir.

  • Furosemid Na və suyun geriyə sorulmasını blokada etməklə böyrək damarlarını genişləndirir, diurezi artırır.

  • KBÇ-da furosemid v/d. yeridilməklə 2 mq/kq (8 ampula-160 mq) dozadan başlanır, əgər 1 saat ərzində effekt olmazsa, təkrar preparatı 1 mq/kq dozaya (40 ampula-800 mq) qədər vena daxilinə vurmaq olar.

  • Furosemidin böyük dozalarının toksiki effekti əmələ gələ və böyrək çatışmazlığı proqressivləşə bilər.



Diuretiklərin istifadə edilməsi

  • Mannitol böyrək kanalcıqlarında sidiyin osmotik təzyiqini

  • artırmaqla suyun reabsorbsiyasını azaldır, yumaqcıq

  • filtrasiyasını, böyrək qan cərəyanını yaxşılaşdırır.

  • Əgər KBÇ olan xəstələrdə mannitolun istifadəsindən

  • sonra diurez artmırsa, onu sonra istifadə etmək lazım deyil,

  • çünki mannitolun artıq tətbiq edilməsi nəticəsində

  • hipervolemiya, ağciyərlərin və beynin ödemi əmələ gələ

  • bilər.

  • Mannitolun 10-20% məhlulunu 5%-li qlükoza məhlulunda həll etməklə vena daxilinə damcı üsulu ilə yaxud v/dax. Axınla yavaş-yavaş 1 q/kq dozada istifadə etmək olar.

  • Mannitolla bərabər vena daxilinə 200 mq furosemidin vurulması da məsləhətdir.



Antikoaqulyantların təyinatı

  • KBÇ-da antikoaqulyantların istifadəsi disseminə olunmuş damar daxili laxtalanma (DDDL) yaxud hemolitik-uremik sindrom zamanı göstəriş hesab olunur.

  • DDDL sindromunun hiperkoaqulyasiya dövründə heparin hər 6 saatdan bir 15-50 vah./kq dozada təyin edilir.

  • DDDL sindromunun 2-ci (hemorragik) fazasında təzə hazırlanmış plazmaproteolitik fermentlərin inhibitorları v/dax. vurulur.



KBÇ-nın oliqoanurik fazasının müalicəsi

  • Bu mərhələdə ölüm daha çox

  • Hiperhidratasiyadan

  • Hiperkaliemiyadan

  • Tənəffüsün və qan dövranının pozulması ilə müşayiət olunan metabolik asidozdan

  • Hiperazotemiyadan ola bilər.



Zülal metabolizminin azalması və orqanizmin energetik tələbatının təmin edilməsi

  • Pəhriz az zülallı olmalı (gün ərzində 20 qramdan artıq olmamaqla), əsasən karbohidratyağlardan təşkil olunmalıdır.

  • Zülal katabolizmini azaltmaq üçün anaboliklərdən-retabolil ə/dax. 1 ml-dən həftədə 1 dəfə, kişilərə testosteron propionat 100 ml/gün dozada ə/dax. istifadə edilir.

  • Zülal katabolizmini azaltmaq üçün həmçinin proteolitik fermentlərin inhibitorları: kontrikal, trasilol 30000-50000 TV v/dax. damcı üsulu ilə 250-300 ml 5%-li qlükoza məhlulunda gündə 1 dəfə 4-5 gün ərzində köçürülə bilər.



Mayenin optimal balansının təmin edilməsi

  • Xəstəliyin oliqoanurik mərhələsində çox maye köçürmək olmaz

  • Mayenin artıq miqdarda infuziyası hidremiyanı artıra, su zəhərlənməsi yarada bilər

  • Xəstədə diurez olmadıqda yaxud oliqouriya olduqda, gün ərzində 600-700 ml maye köçürülməsi məsləhət görülür

  • Xəstəyə mayeni daxilə də vermək olar

  • Eyni zamanda v/dax. 5-10 %-li qlükoza yaxud Ringer məhlulunu köçürmək olar. Qlükoza zülal katabolizmini azaldır, ketoasidozım qarşısını alır



Elektrolit pozğunluqlarının korreksiyası

  • Hiperkaliemiyanın korreksiyası üçün ilk növbədə K ilə zəngin qida məhsullarını istifadə etməmək lazımdır (kartof, meyvə şirələri, ərik, gavalı qurusu və s.).

  • Bu məqsədlə 200-300 ml 40%-li qlükoza məhlulunun 40 vahid insulinlə v/dax. vurulması məsləhətdir.

  • Ağır hiperkaliemiya zamanı 5%-li 10-20 ml NaCl yaxud laktat məhlullarını v/dax. istifadə etmək olar. Ancaq bu zaman ehtiyatlı olmaq lazımdır, çünki Na-un dozası çox olduqda ağciyərlərin ödemi əmələ gələ bilər.



Elektrolit pozğunluqlarının korreksiyası

  • Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır. Odur ki, NaHCO3 məhlulunu v/dax. istifadə etmək olar.

  • Aparılan tədbirlər effektsiz olduqda hemodializ müalicəsi məsləhət görülür.

  • Hipokalsiemiyanın qarşısını almaq üçün isə v/dax. 10%-li kalsi qlükonatdan 20-40 ml v/dax. istifadə edilir.

  • Hiponatriemiya adətən hidremiya ilə əlaqədar olur. Bu zaman hüceyrələrdə K Na ilə əvəz edilir. Hiperkaliemiya, hidremiya aradan qaldırdıqda hiponatriemiya da normallaşır.



Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası

  • KBÇ-nın oliqoanuriya mərhələsində asidoz əmələ gəlir.

  • Metabolik asidoz zamanı K hüceyrə daxilindən çıxır və Na hüceyrə daxilinə keçir.

  • KBÇ zamanı nadir hallarda metabolik alkaloz inkişaf edə bilər ki, bu da özünü qusma, ishal, hiperventilyasiya ilə göstərir.



Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası

  • Asidozun müalicəsi

  • 4,2% NaHCO3 məhlulu hər kq çəkiyə 4 ml hesabi ilə köçürülürə bilər

  • NaHCO3 məhlulunun təsirindən asidoz azalan zaman Ca-nın qan zərdabında səviyyəsi azalmaqla qıcolma əmələ gətirə bilər

  • Onun qarşısını almaq üçün isə Ca qlükonatın 10%-li məhlulu 20 ml v/dax. vurula bilər



Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası

  • Alkalozun müalicəsi

  • Ca qlükonatın 10%-li məhlulundan 50 ml-ə qədər v/dax istifadə olunur.



Dezintoksikasiya edici müalicə

  • Dezintoksikasiya məqsədilə hemodez, qlükoza, ringer məhlullarından istifadə etmək olar, ancaq KBÇ olan xəstələrdə hiperhidratasiya olduğundan bu preparatların böyük dozalarda istifadəsi məhdudlaşdırılmalıdır

  • KBÇ-nin müalicəsində hemodializin tətbiqi ən effektiv üsullardan hesab edilir

  • Əgər xəstələrdə hemodializ müalicəsini aparmaq mümkün deyilsə, bu zaman hemofiltrasiya üsulundan istifadə etmək olar



Antibiotiklərin istifadə edilməsi

  • KBÇ zamanı antibiotiklər əsasən sepsis, infeksion fəsadlar olan zaman təyin edilir.

  • Antibiotiklərin istifadə edilməsi zamanı nefrotoksiklik, böyrək funksiyasının pozulmasının dərəcəsi, preparatın farmakokinetikası nəzərə alınmalıdır.



Diurezin bərpa olunması dövründə müalicə

  • Qidalanma rejimi

  • Diurezin bərpa olunması dövründə xəstələrin qidalanması rejimi genişləndirilməlidir

  • Kifayət qədər zülal qəbulu məsləhət görülür

  • Xörək duzunu məhdudlaşdırmağa ehtiyac olmur

  • Qida vitaminlə, minerallarla zəngin olmalıdır

  • Vitamin çatışmazlığı dövrlərində polivitamin preparatlarından istifadə etmək olar

  • Poliuriya fazasında xəstələr 2-3 l və ondan artıq maye qəbul edə bilərlər ki, kifayət qədər diurez olsun.



Su balansı pozğunluğunun korreksiyası

  • Hüceyrədən kənar dehidratasiyanın

  • müalicəsi

  • NaCl-u daxilə qəbul etmək lazımdır (xaric edilən hər litr sidiyə təxminən 2 qram hesabı ilə)

  • NaCl-un 0,9%-li məhlulunun v/dax. yeridilməsi (gün ərzində 2-3 litr)

  • v/dax plazma, albuminin istifadə edilməsi



Su balansı pozğunluğunun korreksiyası

  • Hüceyrə dehidratasiyasının müalicəsi

  • Gün ərzində xaric edilən sidiyin miqdarından çox mayenin daxilə qəbul edilməsi

  • v/dax. 3-5 litr 5%-li qlükozanın damcı üsulu ilə köçürülməsi

  • NaCl məhlullarının, hipertonik məhlulların v/dax. yeridilməsi



Ümumi dehidratasiya zamanı müalicə

  • 5%-li qlükoza məhlulu v/dax. köçürülür

  • Sonra isə NaCl-un izotonik məhlulu v/dax. yeridilir

  • NaCl, qlükozanın hipertonik məhlulları, kolloid məhlulların istifadəsi əks göstərişdir



Elektrolit balansı pozğunluğunun müalicəsi

  • KBÇ-nın poliuriya fazasında sidiklə çoxlu miqdarda elektrolitlər itirildiyindən hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipomaqniemiya yarana bilər.

  • Bu dövrdə qan zərdabında Ca-nin səviyyəsi normallaşır.

  • Hipokaliemiya və hiponatriemiyanı korreksiya etmək üçün müvafiq elektrolitlər təyin edilir.

  • Eyni zamanda tərkibi K ilə zəngin olan məhsulları da istifadə etmək olar (portağal, mandarin, süd, kartof, qara gavalı, banan və s.).



İnfeksion ağırlaşmaların müalicəsi

  • KBÇ zamanı infeksion ağırlaşmalar əmələ gələrsə, nefrotoksik olmayan (penisillin qrup antibiotikləri) və az nefrotoksik (sefalosporinlər) antibiotiklərdən istifadə etmək olar.

  • Antibiotiklərin təyin ediləcək dozaları böyrəklərin funksional vəziyyətindən asılı olaraq seçilməlidir.



Anemiyanın müalicəsi

  • Müalicə məqsədilə dəmir tərkibli preparatlar, eritropoetin istifadə edilməlidir.

  • Hb-nin səviyyəsi 50 g/l-dən aşağı olarsa xəstələrə eritrosit kütləsinin köçürülməsi məsləhətdir.



Bərpa dövründə müalicə

  • Böyrəklərin funksional vəziyyətinin göstəricilərinə

  • Gündəlik diurezə

  • Qan zərdabında elektrolitlərin səviyyəsinə

  • Azotemiyaya

  • Qanın ümumu analizinə nəzarət olunmalıdır



Xroniki böyrək çatışmazlığı

  • Xroniki böyrək çatışmazlığı – tədricən əmələ gələn, getdikcə proqresivvləşən, nefronların funksiyasının və miqdarının azalması, böyrəklərin ekskretor və inkretor funksiyasının, turşu-qələvi, su-duz mübadiləsinin pozulması, uremik intoksikasiya ilə müşayiət olunan xəstəlikdir.



Etiologiyası

  • Xroniki qlomerulonefritlər

  • Xroniki pielonefrit

  • Diabetik qlomeruloskleroz

  • Böyrəklərin polikistozu

  • Böyrək daşı xəstəliyi

  • Birləşdirici toxumanın diffuz xəstəlikləri

  • Prostat vəzinin adenoması və xərçəngi

  • Böyrəklərin amiloidozu

  • Böyrəklərin kistası

  • Böyrəklərin vərəmi

  • Hipertoniya xəstəliyi

  • Böyrək və sidik çıxarıcı yolların anomaliyaları

  • Podaqra və s.



Patogenezi

  • Etioloji xəstəliklərin uzun müddət ərzində davam etməsi nəticəsində böyrəklərin parenximasında geri dönməz struktur dəyişikliklər baş verir

  • Nefronların miqdarı azalır, onlar atrofiyalaşır, büzüşürlər

  • Böyrəklərin kompensator imkanları tükənir

  • Böyrəklərin zədələnməsinin struktur dəyişikliyi ilə bərabər, XBÇ-nin terminal mərhələsində immunoloji dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir

  • Xəstəlik fonunda yumaqcıqların çox hissəsi boşalır, kanalcıqlar atrofiyalaşır

  • Böyrəklərin sidiyi konsentrasiya, həll etmək imkanları azalır

  • Bu dəyişikliklər nefronlar üzərinə osmotik yükün artması, eyni zamanda henle ilgəyinin zədələnməsi ilə əlaqədardır

  • Kanalcıqların sekretor funksiyası azalır, xəstəliyin terminal mərhələsində bu göstərici 0-a bərabər olur

  • Beləliklə, böyrəklərin sidik əmələ gətirmə, xaric etmə, qanyaratma və s. funksiyaları kobud şəkildə pozulur və XBÇ-nin simptomatologiyası əmələ gəlir



Təsnifatı

  • Xəstəliyin gedişində 2 mərhələ ayırd

  • edilir:

  • Konservativ mərhələ - yumaqcıq filtrasiyası 40 ml/dəq-dək enir

  • Terminal mərhələ - yumaqcıq filtrasiyası 15 ml/dəq-dək enir. Bu zaman qanın böyrəkdən kənar təmizlənmə üsulLARIndan (hemodializ, PERİTONEAL DİALİZ) yaxud böyrək transplantasiyası əməliyyatından istifadə olunur



Klinikası

  • Xəstələr ləng, apatik, yuxulu olurlar

  • Dəri quru, sifət şişkin olur

  • Əzələ zəifliyi (hipokaliemiya ilə əlaqədar olaraq), asidotik tənəffüs, əzab verici dəri qaşınması ( uremik toksinlərin dəridəki sinir uclarını qıcıqlandırması nəticəsində)

  • Bəzən əzələlərdə qıcolmalar, əzələ dartılmaları, gərilmələri (Ca-nin qan zərdabında səviyyəsinin azlması ilə əlaqədar)

  • Osteopoz, “ikincili podagra”, uremik plevrit, perikardit. Perikardın sürtünmə küyü - “uremikin ölüm zəngi”. Bu əlamətin olması xəstəliyin finalının yaxınlaşdığını göstərir



Klinikası

  • Arterial hipertenziya, uremik vaskulit, qastrit, enterokolit

  • Ürəkbulanma, qusma, iştahasızlıq, ağızda quruluq, yanğı hissinin olması, hipotermiya, uremik artrit (sidik turşusunun artması ilə əlaqədar)

  • Böyrəklərin eritropoetin əmələ gətirmək fuksiyasının pozulması nəticəsində azotemik (ikincili, toksiki) anemiya

  • Preterminal mərhələyə qədər poliuriya, terminal fazada isə oliqoanuriya



Diaqnostikası

  • Qanın ümümi analizindəki dəyişikliklər:

  • Hb-nin azalması

  • Eritrositlərin azalması

  • Leykositoz

  • Trombositopeniya

  • EÇS-in artması



Diaqnostikası

  • Qanın biokimyəvi müayinəsi

  • Qan zərdabında kreatinin, sidik cövhərinin səviyyəsi artır

  • Ümumi zülalın miqdarı etioloji xəstəliklə əlaqədar olaraq dəyişə bilər

  • Xəstəliyin terminal mərhələsində hiperkaliemiya, preterminal mərhələsinə qədər hipokaliemiya müşahidə edilə bilər

  • Hipokalsiemiya, hipermaqniemiya, hiperfosfatemiya

  • Hiperurikemiya



Diaqnostikası

  • USM, kompüter tomoqrafiya, nüvə maqnit rezonansı üsullarının köməkliyi ilə böyrəklərin büzüşməsi, onlarda ola bilən struktur dəyişikliklər haqqında məlumatlar əldə etmək mümkündür.

  • Bağırsaqlar yaxşı təmizlənərsə - ümumi rentgenoqrafiya vasitəsilə də böyrəklərin ölçülərinin kiçilməsini müəyyən etmək olar.



Diaqnostikası



Müalicəsi

  • Pəhriz

  • Qəbul edilən zülalların miqdarı məhdudlaşdırılmalıdır

  • Qidanın tərkibi əsasən karbohidrat və yağlardan ibarət olmalı, qida mikroelement və vitaminlərlə zəngin olmalıdır

  • Qəbul edilən fosfatların miqdarı azaldılmalıdır

  • NaCl, su və K-nin qəbuluna nəzarət edilməlidir



Müalicəsi

  • Bağırsaqların təmizlənməsi - NaHCO3 məhlullu imalələrdən istifadə edilir.

  • Xəstələrin müalicəsində eyni zamanda sorbit, ksiliti ( 50 qram sorbit verməklə stulu tezləşdirmək və bu yolla uremik intoksikasiyanı azaltmaq mümkündür) də tətbiq etmək olar.

  • Zəif soda məhlulu ilə mədənin yuyulması



Müalicəsi

  • XBÇ-nin başlanğıc mərhələsində anaboliklərdən ( retabolil ) istifadə etmək olar ( 1 ml-dən həftədə 1 dəfə, 3-4 həftə ərzində ).

  • Bitki mənşəli preparatlar ( xofitol, lespenefril ) da xəstəliyin başlanğıc mərhələlərində azotemiyanı azalda bilər.

  • Dezintoksikasiya məqsədilə isə 5%-li qlükoza , hemodez, 0,9%-li NaCl məhlulları v/dax. yeridilə bilər.



Müalicəsi

  • Xəstələrdə reninemiya ilə əlaqədar olaraq ciddi arterial hipertenziya olur.

  • Bu zaman AÇFİ, ARA, Ca ionlarının blokatorlarından, beta- adrenoblokatorlardan istifadə etmək olar.

  • AÇFİ və ARA-nın istifadəsi zamanı qan zərdabında K-nin və kreatininin səviyyəsinə nəzarət etmək lazımdır.



Müalicəsi

  • Qan zərdabında kreatininin səviyyəsi 200 mmol/l.-dən artıq olduqda- tiazid və tiazidə bənzər diuretiklərin (hidrochlortiazid, indapamid) istifadə edilməsi məsləhət görülmür, çünki onlar yumaqcıq filtrasiyasını pisləşdirməklə uremiyanı artıra bilərlər.

  • İlgər diuretikləri əsasən diuretik məqsədlə istifadə edilir ( furosemid, laziks, uregit).

  • XBÇ zamanı hipertonik kriz müşahidə edilərsə, peroral olaraq kaptopril, nifedipin və klofelindən istifadə edilməlidir. MgSO4-ün krizlərdə istifadəsi məsləhət görülmür, çünki bu qrup xəstələrdə hipermagniemiya olur.



Müalicəsi

  • Xroniki uremiyalı xəstələrdə eritropoetin çatışmazlığının müalicəsi üçün rekormondan

  • (rekombinat eritropoetin) istifadə edilir.

  • 1 ampulada 1000 TV olur. Preparatın başlanğıc dozası 20 TV/kq-dan həfdədə 3 dəfə dəri altına təyin edilir, effekt olmadıqda hər ay 3 inyeksiya artırılır. Preparatın maksimal dozası 720 TV/kq/ həftə hesab edilir. Hemoqlobinin səviyyəsi artandan sonra saxlayıcı doza seçilir.



Müalicəsi

  • Kişilərdə eritropoezi gücləndirmək üçün androgenlərdən istifadə olunur.

  • Testosteron ə/dax. 400-600 mq 5%-li məhluldan həfdədə 1 dəfə, sustanon isə ə/dax. 100-150 mq 10%-li məhluldan həfdədə 3 dəfə vurulur.

  • Dəmir preparatlarını ( tablet şəklində ) da bu məqsədlə uzun müddət ərzində istifadə etmək olar.

  • Ağır formalı anemiyalarda (Hb 50 q/l-dən aşağı olduqda) qan köçürülməlidir.



Müalicəsi

  • XBÇ olan xəstələrdə uremik osteodistrofiya əmələ gəlir, yəni qanda kalsiumun miqdarı azalır, fosfor isə artır.

  • Bu məqsədlə Ca qlükonat 10%-dən 10-20 ml. v/dax. istifadə edilməlidir.

  • Hiperfosfatemiyanı azaltmaq üçün isə almageldən istifadə etmək olar.

  • Almagelin tərkibində olan alüminium hidroksid bağırsaqlarda fosforla həll edilməyən birləşmə əmələ gətirir və bağırsaqlardan xaric olur.



Müalicəsi

  • XBÇ zamanı infeksion ağırlaşmalar olarsa penisillin yaxud sefalosporin qrup antibiotiklərindən, xəstə onları qəbul edə bilmədikdə ( yanaşı təsirlərinə görə) makrolidlərdən istifadə olunmalıdır.

  • Aminoqlikozidlərin ( gentamisin, kanamisin, amikasin, streptomisin) istifadəsi məsləhət görülmür, çünki onların güclü nefrotoksik təsirləri vardır.

  • Tetrasiklinlər az nefrotoksikdirlər, ancaq onlar uremiyanı artırdığından istifadəsi məsləhət görülmür.

  • Nitrofuran birləşmələrinin və nalidiks turşusu preparatlarının yalnız XBÇ-nın kompensasiya və latent mərhələsində təyin edilməsi tövsiyyə olunur.



Müalicəsi

  • XBÇ-nın terminal mərhələsində xəstələrə konservativ müalicə kömək etmədikdə, permanent (fasiləsiz) hemodializböyrək transplantasiyası üsullarından istifadə edilməlidir.



Müalicəsi

  • Hemodializin aparılmasına göstərişlər:

  • Yumaqcıq filtrasiyası 5 ml/ dəq-dən az olduqda

  • Qan plazmasında sidik cövhərinin konsentrasiyası >35 mmol/l olduqda

  • Plazmada kreatinin səviyyəsi >1 mmol/l olduqda

  • Kalinin qan zərdabında konsentrasiyası >6 mmol/l olduqda

  • Oliqoanuriya yaranarsa

  • Ağciyərlərin ödemi, fibrinoz yaxud nadir hallarda eksudativ perikardit əmələ gələrsə

  • Periferik neyropatiya əlamətləri artarsa



Müalicəsi

  • Xroniki hemodializdə olan xəstələr böyrək köçürülməsi əməliyyatına hazırlanmalıdırlar.

  • Böyrək transplantasiyasının 45-50 yaşdan yuxarı yaşı olan, şəkərli diabetli xəstələrə aparılması məqsədəuyğun deyildir, çünki bu zaman donor böyrəyinin uyğunlaşmamaq ehtimalı çox olur.

  • Transplantasiya zamanı donor böyrəyi HLA-antigen sistemi ilə seçilir.



Müalicəsi

  • Donor böyrəyini adətən eyni yumurta əkizlərindən, xəstənin valideynlərindən, bəzi hallarda HLA sistemi ilə uyğun gələn, avtomobil qəzasında ölmüş xəstələrdən götürürlər.

  • Statistik məlumatlara görə, hemodializ və böyrək transplantasiyası üsullarını tətbiq etməklə xəstələrin ömürlərini 10-20 ilə qədər artırmaq, xəstələrdə proqnozu və xəstələrin həyat keyfiyyətlərini yaxşılaşdırmaq mümkündür.



Proqnozu

  • Xəstəliyin gedişi tədricən

  • proqressivləşəndir



Profilaktikası

  • Xəstəliyin əmələ gəlməsində etoloji rol

  • oynayan xəstəliklər vaxtında, adekvat

  • müalicə olunmalıdırlar.



Yüklə 464,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin