P L A N 1.Fiziki kəmiyyətlərin beynəlxalq vahidlər sistemi
2. Beynəlxalq vahidlər sisteminin əsas vahidləri
Fiziki kəmiyyətlərin beynəlxalq vahidlər sistemi 1948-ci ildə ölçü və çəkilər üzrə IX Baş Konfransa beynəlxalq əlaqələr üçün vahid praktiki vahidlər sisteminin qəbul edilməsi təklifi daxil oldu. X Baş Konfrans (1954 il) əsas vahidlər keyfiyyətində bu sistemi qəbul etdi: uzunluq-metr; kütlə-kiloqram; zaman-saniyə; cərəyan şiddəti –amper; termodinamik temperatur - dərəcə, Kelvin; işıq şiddəti-kandela. Ölçü və çəkilər üzrə Beynəlxalq Komitə yeni sistemin törəmə vahidlərinin siyahısını tərtib etdi və onu Beynəlxalq vahidlər sistemi adlandırılmasını təklif etdi. 1960-cı ildə ölçü və çəkilən üzrə Baş konfrans yeni sistemi yekun olaraq, azərbaycan transkripsiyası ixtisar edilmiş işarəsi “Sİ” olan Beynəlxalq vahidlər sistemi (System İnternational) adı ilə adlandırmaqla qəbul etdi.
Bizim respublikamızda bu sistem 1961-ci ildə qəbul edilmiş və qanunvericilik hüququ SSRİ Dövlət standartlarına verilmişdir.
1 yanvar 1982-ci il tarixdən ГОСТ 8.417-81 “ÖVTDS( Ölçmələrin vəhdətinin təminatının dövlət sistemi )Fiziki kəmiyyət vahidləri” qüvvəyə minmiş və buna uyğun olaraq SSRİ-də Beynəlxalq vahidlər sisteminə-Sİ keçid həyata keçirildi.
Beynəlxalq vahidlər sistemi bir sıra üstünlüklərə malikdir: universallığı, yəni elmin, texnikanın və iqtisadiyyatın bütün sahələrini əhatə edir, bütün ölçmə növləri üçün vahidlərin unifikasiyası əsas və törəmə vahidlərinin tətbiqi praktiki olaraq rahatdır. (sahə -kvadrat metr, həcm - kub metr, elektrik müqaviməti –Om və s.) kütlə və qüvvə vahidləri aydın və dəqiq ayrılır (qüvvə-nyuton, kütlə - kiloqram); koherentliyi, yəni hissə və misilli vahidləri arasındakı nisbətin onluq tam qüvvət üstlərinə mütənasibdir (müsbət yaxud mənfi); keçid əmsalları olmadan əsas vahidlərdən törəmə vahidlərinin yaradılması (formalaşdırılması), yəni tənlikdə rəqəmsal keçid əmsalları vahidə bərabərdir.