Stefano Benni müasir italyan yazıçısıdır. 1947-ci ildə
İtaliyanın Boloniya şəhərində doğulub. “Yer Kürəsi” adlı ilk
romanı 1994-cü ildə çapdan çıxmışdır. 1994-cü ildə
"Feltrinelli" nəşriyyatında çap olunmuş, iyirmi yeddi
hekayənin yer aldığı “Sonuncu göz yaşı” kitabında Stefano
Benni televiziyanın insanlara kütləşdirici təsirini qrotesk
üslubda lağa qoymuşdur. Müəllifi olduğu “Hürküdülmüş
gülməli pəhləvanlar” kitabı əsasında 1998-ci ildə “Qoca
heyvanlar üçün musiqi” filmi çəkilmişdir. “La Repubblica”,
“Il manifesto”, “Panorama” və digər italyan qəzetləri ilə
əməkdaşlıq edir. Yaradıcılığı İtaliyanın bir neçə ədəbi
mükafatına layiq görülmüşdür
Stefano Benni
BUMERANQ
(
)
Hekayə
53
324
Dekabr 2013
məhdudlaşdı. İt ulamırdı, hansı vəziyyətdə olduğunu sahibinə heç zaman bildirmirdi. Aradabir
pəncərədən bağçaya baxır, köksünü ötürüb qüssəli-qüssəli ah çəkirdi.
Sahibi sağalıb ayağa durduğunda heç bir səbəb olmadan itini təpiklədi. Bum çarpayının altında
gizləndikdə, cənab Remo tutduğu işdən xəcalət çəkdi. İti yanına çağırdı, it yaxınlaşdı. Sahibi saxta
məsumluqla itini tumarlayıb dedi:
- Bum, səndən qurtulmalıyam. Təəssüf edirəm, amma daha qayğı göstərə bilmərəm sənə. Bu bir
yana qalsın, nifrət edirəm sənə, bunu anlamağın müşküldür.
İt sonsuz sevgiylə və sədaqətlə baxırdı sahibinə.
Cənab Remo bu iti nəyə görə axı itlər sığınacağına və ya hansısa tanışlarından birinə vermədi? Yəqin
həm tənbəlliyindən, həm də arvadının sözlərini xatırladığından. Arvadı Dora hələ sağlığında demişdi:
“Remo, ölüb eləsəm, xahiş edirəm, itimizi tullama”. Remo arvadının bu sözlərinə acıqlanıb, ürəyində
fikirləşmişdi: iti tullamaq kimi bir rəzilliyə əl atacağım hardan gəldi ağlına bu arvadın?! Amma kasıb
Dora ərinin qəddarlığından xəbərdar idi.
Doranın ölümünü Remo xəyanət saydığından, itdən qurtulmaqla taleyindən intiqam almağa
çalışırdı. Maşınına oturub, Bumeranqı şəhər kənarında birgə oynadıqları çəmənliyə apardı. Əvvəllər
də iti bu çəmənliyə gətirmişdi ki, iradəsinə güvənib çıxıb getsin. Sahibi arxada, it isə irəlidə gedirdi.
Bumun ritmsiz yerişinə Remo çoxdan diqqət kəsilmişdi. Hər on addımdan bir Bum dal pəncəsini
qaldırıb axsayır, sanki alışıb-yanan yerin üstüylə addımlayırdı.
Hələ arvadının sağlığında itin bu cürə yerişində baməzəlik, həlimlik duyardılar. İndiysə Sahibi itin
şişman arxasının yırğalanmasına nifrətlə tamaşa edirdi. Bumun maraq dolu baxışlarından
uzaqlaşmaq üçün onu ağaca bağlayıb, arxaya çönmədən, çıxıb getdi.
Evə qayıdıb, cidd-cəhdlə nahar hazırlamağa girişdi. Çoxdan yemək bişirmirdi. Bumun kasasını
təpiklə küncə itələdi, xaltasını götürüb zibil vedrəsinə atdı.
Gecə saat üçdə taqqıldayan qapı səsinə oyandı. Bumeranq idi. Kir-pasaqlı, bədəni islaq it sevincdən
uçunmuş gözləriylə sahibinin qarşısında tullanıb-düşüb evə keçdi. İt heç nədən şübhələnmirdi.
Sadəlövh canında xəyanətə yer yox idi.
Cənab Remo o gecəni hirsindən yarıyuxulu-yarıoyaq vəziyyətdə keçirdi. Suitilərin amansızcasına
qətliamı, qıvrımtüklü it cinslərinin yunundan hazırlanmış papaqlar girirdi yuxusuna.
Ertəsi günün axşamı Remo iti maşına qoydu, yüz kilometr yol qət edib, maşını saxladı, yolüstü
kafenin avtodayanacağında iti tək-tənha qoyub getdi. Şəhərə qayıdıb, bütün Amerika sakinlərini
vahiməyə bürüyən dirilmiş bədheybətdən bəhs edən kinoya baxmağa getdi. Kinonun bir epizodunda
bədheybətin quyruğuyla döyəcləməsi, Bumeranqı xatırlatdı Remoya. Bədheybəti reaktiv mərmilərlə
və ölümcül zəhərlərlə məhv elədilər. O gecə mışıl-mışıl yatdı cənab Remo. Ertəsi gün supermarketdə
Bumeranqın rəfiqəsi Tommazinanın sahibəsiylə qarşılaşdı.
- Bəs Bum hardadı?
- Təəssüf, bilmirəm - Cənab Remo əlini yelləyib dedi. Xanım canıyananlıqla köksünü ötürdü.
Nəzakət nümayiş elətdirib, daha heç bir sual ünvanlamadı Remoya. Əlinə toxunub dedi:
- Nələr çəkdiyinizi təsəvvür edirəm!
- Elədir... - Cənab Remo cavab verdi.
Əlində bazarlıq zənbili evə qayıtdı. Pilləkənlə qalxarkən, eşitdiyi səsi dünyada heç bir səslə səhv
salmaq mümkün deyildi.
Mərmər üzərində gəzişən caynaqların çıxardığı qıcırtı səsi.
Dəhlizdə sahibini gözləyirdi Bumeranq.
Cənab Remo ayaqyoluna keçib, bütün günü unitazın qapağı üstündə əyləşdi. Tutqun qapı
54
324 Dekabr 2013
şüşəsindən sahibini gözləyən Bumun qıcıqlandırıcı cizgiləri sezilirdi.
Səhər şəfəqləri çıxarkən, it nigaran qaldığından şüşəni cırmaqladı.
- Rədd ol burdan! - cənab Remo bağırdı.
İt sevincindən quyruğunu buladı. Axı sahibi ayaqyolunda ölməmişdi! Bundan böyük xoşbəxtlikmi
olar?!
Üstündən iki gün keçdi. Cənab Remo iti maşına yerləşdirdi və gün uzunu yol gedib dənizə çatdılar.
Cənab Remo gəmiyə oturdu. Gəminin uşaq sərnişinləri Bumeranqla oynayırdılar. Cənablardan biri
Remoya dedi:
- Bu iti özünüzlə məzuniyyətə götürməyiniz çox yaxşıdır. Mənim itim çox böyükdür. Belə baxıram,
siz bu itlə bir-birinizə çox bağlısınız.
- Hə, çox bağlıyıq, çox, - cənab Remo cavab verdi.
Axşam düşmüşdü. Cənab Remo Bumeranqı dənizə apardı və ağac parçasını əlinə alıb suya atdı.
Bum ağac parçasının dalıyca üzüb, ağzıyla qapdı, sahilə qayıdanda sahibini tapmadı.
Cənab Remo yolun o biri tərəfində iki qədəh konyak içdiyindən ürəyi bulanırdı.
Bir həftə keçdi. Bumeranqın ötən dəfə qayıdışının şahidi olan xanım itin yenidən itməsi barədə
soruşdu.
- Təəssüf edirəm, - Cənab Remo dedi, - əvvəlcə özünə gəldi, sonra halı yenə pisləşdi.
Xanımın dodaqlarına təəssüf qondu, Tommazina göz yaşını saxlaya bilmədi, bəlkə xəstə
olduğundan, bəlkə də Buma yazığı gəldiyindən.
Həmən həftə cənab Remo üçün kədərli həftə oldu. Səbəbi heç də Bumeranqın yox olması deyildi. İt
getsə də, izi qalmışdı.
Xalça və divan itin nəcisiylə iyləndiyindən, dezodorantla təmizlədi.
Cənab Remo darıxırdı, itə görə yox, televizorunun xarab olmasına görə.
Televizor ustası gəldi.
Ordan-burdan hap-gop etdilər, birdən Bumeranqın kasası ustanın gözünə sataşdı.
- Sizin itiniz var? - usta soruşdu.
- Daha yoxdur.
- Amma mənim itim var, böyük problemlər yaşadır mənə. Təsəvvürünüzə gətirin, dənizdə
məzuniyyətdə idim. Geriyə qayıdarkən, köntöy bir it maşınıma hoppandı. Uşaqlarım yalvardılar,
dedilər bu it sahibi tərəfindən atılıbdır, götürək özümüzlə. Bu uşaqlar bilirsiniz də necə dilə tutmağı
bacarırlar...
- Əlbəttə bilirəm, - Cənab Remo cavab verdi.
- İt indi yanımdakı maşındadır. Bilmirəm kimə verim. İt saxlayanlardan tanıdıqlarınız var?
- İt hansı rəngdədir? - daxilən səksənən cənab Remo soruşdu.
- Qara. Yarasayabənzər qulaqları var.
Usta getdi. Televizor işlədi. Cənab Remo televizor qarşısında otursa da, ekrana yox, qapıya baxırdı.
Biz az keçmişdi, cırmaqlaşma səsi eşidildi.
Cənab Remonun yadına uşaqlıq dövründə baxdığı film düşdü, həmən filmdə ölülər qəbirdən
xortlayırdılar. Ancaq cənab Remonun həmən dəqiqə hiss etdikləri, hansısa dəhşət filmiylə müqayisəyə
gəlməzdi.
Zombi Bumeranq qayıtmışdı. Səhərdən-axşamacan uşaqlar tərəfindən yemləndiyindən, daha da
kökəlmişdi. Dəyişməz sevgisiylə, sədaqətiylə, etibarıyla, mərhəmətli hissləriylə baxırdı sahibinə.
- Ay it, ay allahın heyvanı, səni tulladığımı anlamırsan? - cənab Remo qışqırdı.
- Məni tullamağa səbəblərin vardı. Sən müdriksən, əvvəlkindən də çox istəyirəm səni, - it
55
324
Dekabr 2013
quyruğuyla cavab verdi.
Bu zaman cənab Remo başqa ölkəyə, hətta başqa qitəyə getmək qərarına gəldi. Bütün pullarını
hesabından çıxartdı, ağ pencək və saman şlyapa aldı. Səhər tezdən Bumeranqı eyvanda bağlayıb getdi.
Təyyarəyə oturdu, on dörd saat uçdu.
Təyyarənin pilləkənləriylə düşərkən, özünü tamamən başqa cür hiss etdi. Yükünü gözləyərkən,
dərisi gündən qaralmış qızın yanında durub, üzünə gülümsədi. Bəli, cənab Remo hər şeydən
uzaqlaşmışdı. Dəniz qoxusu gəlirdi. Günəş qoxusu gəlirdi. İt qoxusu gəlmirdi. Məhz bu anda qəribə
səhnəyə rastlaşdı. İki polisin arasında vurnuxan bir xanım ağlayıb-sızlayıb, malyükləyənlər
tərəfindən indicə gətirilmiş it qəfəsinə işarə edərək, bərkdən qışqırırdı:
- Bu mümkün deyil! Mənim Rufusum hardadır?!
- Sakitləşin, xanım! - polis başını qaşıyıb xanıma deyirdi: siz dediyiniz kimi ola bilməzdi....
Marağa gələn Remo daha da yaxınlaşdı.
Polisin yük axtarışı bürosunun əməkdaşıyla danışdıqlarını eşitdi.
- Çox qəribə hadisə baş verib. Xanım adi prosedur qaydalarla itini qəfəsdə göndərirmiş, indiysə
deyir bu it onunku deyil.
- Ola bilməz...
- Mənim itim irlandiya setteri cinsindəndir, - xanım ağlaya-ağlaya dedi, - bu it isə piyli və
yöndəmsizdir. Öz itimi yaxşı xatırlayıram, uçmamışdan əvvəl aeroportda sərbəst gəzişirdi.
- Demək istəyirsiniz, kimsə itinizi dəyişibdir?
- Hə, - büro əməkdaşı qəhqəhə çəkdi, - yaxud piyli it qəfəsi açıb və itinizlə qarşılıqlı anlaşma
şəraitində yerlərini dəyişiblər.
- Dişinizi ağartmayın! İtlərin ağıllı olmasından bixəbərsiniz!
Cənab Remo qəfəsin açılmasını gözləmədi. Deyəsən, ürəyinə dammışdı. Diyircəkli çemodanını
qaça-qaça sürüyərkən, dəhlizdə nəyəsə vurdu və onu təqib edən Bumeranqın şiddətli addımlarını
eşitdi. Taksiyə oturub dedi:
- “Tropikana” mehmanxanasına, cəld!
- Sürə bilmərəm, cənab, - taksi sürücüsü dedi. – maşının qarşısında it uzanıb.
Cənab Remo yuxarı mərtəbədəki nömrəsinə qalxdı. Qapını açıb, eyvana çıxdı. Bumeranq razı halda
xalçanı iyləyirdi.
Cənab Remo ağ pencəyini və şlyapasını çıxardı.
Dənizə baxdı, səmaya baxdı, baxışları uzaq üfüqlərə pərvazlandı.
Arxaya çəkilib, sürətlə irəliyə doğru qaçdı.
Eyvandan tullandı.
Pərəstişlə sahibinə baxan top mərmisi sayaq kök Bumeranqı sonuncu dəfə gördü.
Remo və Bum yan-yana aşağı şığıyırdılar.
Sahibim, bu, yeni oyundurmu?
Yerli qəzet manşet xəbərini bu kədərli hekayəyə həsr etdi.
Onları yan-yana dəfn etdilər.
Ruscadan tərcümə:
Ramil Rahiboğlu
rı aradan qaldırmaq üçün xərclənən məbləğ daha çox və
daha az effektlidir. Bu mənada, riskli uşaqların erkən təh-
silinə xərclənən vəsait sonralar erkən dövrün çatışmaz-
lıqları səbəbindən yaranan uğursuzluqlara xərclənən və-
saitdən dəfələrlə azdır.
Araşdırmalar göstərir ki, koqnitiv bacarıqlar gələcək
uğur üçün lazım olan tələblərin yalnız bir hissəsidir. Yaxşı
həyat üçün lazım olan maaş, təhsil, sağlamlıq və digər bir
çox aspektlərin təminatında xarakter bacarıqları da vacib-
dir. Özünənəzarət, açıqfikirlilik, insanlarla yola getmək,
planlaşdırma və qətilik kimi bacarıqlar insanlara uğur
əldə etməkdə, iş tapmaqda və ümumilikdə rahat həyat ya-
şamaqda yardımçı olur. Koqnitiv və xarakter bacarıqları
insanda bir tamlıq təşkil edir. Bacarıqdan yeni bacarıq ya-
ranır. Daha motivasiyalı uşaqlar daha çox öyrənməyə
meylli olurlar. Daha məlumatlı insanlar adətən daha ağıllı
qərarlar verirlər. Əlverişsiz mühitdən (disadvantaged
background) olan uşaqlar bağçaya gedənə qədər artıq bu
Məktəbəqədər yaş dövrü uşaq həyatında çox
sahələrdə geri qalır və sonralar da istənilən səviyyəyə çata
həssas mərhələdir. Nevroloji araşdırmalar sübut
bilmirlər. Bu baxımdan kasıb uşaqlar üçün erkən təhsilin
etmişdir ki, uşaqlar doğularkən öyrənməyə hazır
təminatı iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaqda ən
olurlar. Uşaq həyatının ilk illəri beynin sürətli inkişaf
güclü vasitələrdən biridir.
dövrüdür və insan beyninin inkişafı prosesinin 90%-i
Bütün bu nəticələr, əlbəttə ki, erkən təhsilin keyfiyyə-
bu yaş dövründə baş verir. Uşaqların əqli, fiziki və
tindən çox asılıdır. Belə ki, çox zaman dövlət proqramları
emosional inkişafı baxımından ilk beş il ən vacib
gözlənilən nəticəni verə bilməmişdir. Bunun da səbəbi
dövrdür və bu dövrdə keyfiyyətli erkən təhsil gələcək
proqramın düzgün keyfiyyətdə aparılmamasıdır. Beləlik-
uğurların əldə edilməsi üçün çox vacibdir.
lə, uyğun dizayn, yüksək standartlar, yaxşı təlim keçmiş,
Bir sıra sosial iqtisadi faktorlar uşaqların psixoloji
uyğun maaş verilən heyət, güclü rəhbərlik və yoxlama, la-
inkişafı və məktəbdə əldə edəcəyi uğurlara mənfi təsir
zımi maliyyələşmə və qiymətləndirmə uğurlu layihənin
göstərə bilər. Bu faktorlara kasıblıq, aşağı sosial təbə-
və təhsilin keyfiyyətinin əsas amilləridir.
qəyə aid olma, valideynlərin təhsilsiz və ya aztəhsilli
Uşaqların Erkən Təhsil və Qayğısı (UETQ) sahəsində
olması və s. daxildir.
keyfiyyəti artırmaq beş əsas komponentin üzərində da-
Aşağı gəlirli, aşağıtəhsilli, etnik və sosiolinqvistik
yanır: 1.Keyfiyyəti əks etdirən məqsəd və qanunvericili-
azlıqlara mənsub olan valideynlər uşaqların evdə ana-
yin hazırlanması; 2. Kurikulum və standartların hazırlan-
ları tərəfindən böyüdülüb öyrədilməsinin tərəfdarıdır.
ması və həyata keçirilməsi; 3. İxtisaslaşma, təlim və iş şə-
Bu valideynlər uşaqlarının gələcəkdə yaxşı karyera sa-
raitinin yaxşılaşdırılması; 4.Ailələrin və icmaların bu işə
hibi olmalarını arzulamalarına baxmayaraq, bu arzu
cəlb olunması; 5.Yeni məlumatların, tədqiqat işlərinin və
ilə erkən təhsil arasındakı bağlılığı görə bilmirlər. Təd-
monitorinqin genişləndirilməsi.
qiqatlar göstərir ki, ev təhsili bağça təhsili qədər
Son illər UNİCEF uşaqların inkişafı istiqamətində
effektli ola bilməz. Evdə valideynlərin təhsilsiz və ya
xeyli işlər görmüşdür və bu işdə müxtəlif yanaşmalar tət-
aztəhsilli olması, evdəki danışıq dilinin tədris dili
biq edilmişdir: valideynlərin təhsili, uşaqların səhhəti və
olmaması, evdəki vəziyyətin optimal öyrənmə üçün
inkişafı, evə səfərlər, qadınların və kişilərin bu prosesə
u y ğ u n o l m a m a s ı b u e ff e k t i v l i y i a z a l d a n
cəlb edilməsi, məktəbəqədər təhsil, kommunikasiya yol-
səbəblərdəndir.
larının yaradılması və s.
“Uşaqların erkən təhsil və qayğısı: gələcəyin nə-
ABŞ-da Boston universitetində Dr. Barry Zuckerman
aliyyət amilləri” mövzusunda tədqiqatlar göstərmiş-
tərəfindən pediatr və digər səhiyyə işçiləri üçün yaradılan
dir ki, uşaqların erkən təhsilinə xərclənən pul ağıllı in-
“Əlaqə yarat və oxu” adlı proqram çərçivəsində pediatrla-
vestisiyadır. XXI əsr üçün keyfiyyətli erkən təhsil yol-
ra uşaqları yoxlamaq üçün mütəmadi olaraq evlərə gedər-
ların çəkilməsi və ya internet qədər önəmlidir, bu sa-
kən analara uşaqlarına oxumaq üçün sadə kitablar ver-
həyə investisiya qoymaq iqtisadiyyatı inkişaf etdirir.
mək, oxuma qaydalarını öyrətmək, onları buna həvəslən-
Keyfiyyətli erkən təhsilin bütün sosial və iqtisadi qru-
dirmək məqsədilə təlim keçdilər. Burada məqsəd
pa aid uşaqlar üçün faydaları vardır.
uşaqlara oxumağı öyrətmək deyil, analarda uşaqlarını
Məktəb və daha sonrakı dövrlərdəki uğursuzluqla-
pozitiv və tərbiyəvi böyütmə təcrübəsinin, uşaqlarda
56
324 Dekabr 2013
UŞAQLARIN ERKƏN İNKİŞAFI VƏ TƏHSİLİ
ARAŞDIRMA
ARAŞDIRMA
Günay Ağayeva
57
324
Dekabr 2013
emosional bağ lı lıq və öyrənmək istəyinin
ozünə hörmət hissini formalaşdırır.
formalaşdırılması idi. Araşdırmalar göstərir ki, bir çox
·Ailələr uşaqları ilə daha çox vaxt keçirməyə, onlara
ölkələrdə tətbiq edilən bu proqram (eləcə də Türkiyədə)
daha çox kitab oxumağa başladılar.
nəticəsində pediatrlar evlərə səfərləri zamanı bu
·Kişilər uşaqları ilə daha çox vaxt keçirməyə, uşaq-
məqsədlə cüzi vaxt artımı ilə uşaqların koqnitiv
larını məktəbə aparmağa və müəllim-valideyn iclasla-
inkişafında böyük dəyişikliklərə səbəb olmuşlar.
rında iştirak etməyə başladılar.
1999-cu ildə UNİCEFin Maldiv adaları (90.000
·Uşaqlarından uzaqda yaşayıb işləyən atalar övlad-
kvadrat kilometr ərazidə yerləşən 200 ada) üçün yeni
ları ilə əlaqə yaratmağın yeni yollarından (evə oyuncaq
Uşaq Erkən İnkişafı Layihəsi tətbiq olunmağa başlan-
alıb göndərmək, tez-tez zəng etmək, məktub yazmaq və
mışdı. Layihənin əsas strategiyaları bunlar idi:
s.) istifadə etməyə başladılar.
Birbaşa ailələrlə əlaqə yaratmaq. Validyenlərlə
Erkən Təhsil (ET) sahəsinin maliyyələşdirilməsi öl-
dost kimi danışmaq, uşaqların qayğısı ilə düzgün
kələr üzrə fərqlənir. Adətən 0-3 yaşlı uşaqlar üçün təhsil
məşğul olanların digərlərinə məsləhət verməsi üçün
daha çox özəl sektor tərəfindən maliyyələşdirilir. Ümu-
şərait yaratmaq. Burada əsas yanaşma növü “reklam
miyyətlə, ET sahəsinin hər hansı mərkəzi orqan tə-
etmək deyil, cəlb etmək” idi, “nümayiş ən yaxşı
rəfindən idarə olunmadığı və bu sahəyə dövlət fondu ay-
məsləhət növüdür”.
rılmayan ölkələrdə ET özəl sektor tərəfindən maliyyə-
Analarda və uşaqlarda özünəinam hissi forma-
ləşdirilir.
laşdırmaq. Xüsusi diqqət insanlar və uşaqlarla kom-
ET-nin maliyyələşdirmə modelləri ölkələr üzrə fərq-
munikasiyanın yaradılması və təlimlərin təşkil
lidir. Grun (2008) ET-nin maliyyələşdirilməsinin beş nö-
edilməsinə yönəlmişdi. İnsanlarda, xüsusilə də kasıblar,
vünü qruplaşdırmışdır: 1)Mərkəzi Dövlət Təminatı – hö-
müəyyən qüsurlu, dərisinin rənginə görə ayrı-seçkiliyə
kumət ET üzrə xərcləri birbaşa özü ödəyir (Fransada);
məruz qalan insanlarda özünə qarşı qürur hissinin for-
2) Deleqasiyalı Dövlət Təminatı – mərkəzi hökumət xid-
malaşdırılmasına xüsusi önəm verilirdi.
mətlərin təminatı məqsədilə yerli səlahiyyətli orqanlara
Gənclərdə uşağa qayğı bacarıqlarının formalaş-
pul ayırır (İsveç, Almaniya); 3) İnsentiv əsaslı Dövlət
dırılması. Təlimlərdə iştirak edən gənclərə müəyyən
Təminatı – keyfiyyət tələblərinə cavab verən
qrup oğlan və ya qız verilirdi və onlarda gələcək vali-
provayderlər EUT xidmətlərini həyata keçirmək üçün
deynlər kimi uşaqların qayğısına necə qalmaq lazım ol-
hökumət tərəfindən maliyyələşir. Ödəniş bağçaların
duğu bacarıqları formalaşdırılırdı.
keyfiyyət nailiyyətlərinə əsasən ölçülür. (ABŞ-ın bəzi
Yaradıcı istedadları olanları birləşdirmək. Bir
ştatlarında); 4) Qarışıq Model və Market meykinq –
qrup müxtəlif sektorda işləyən insanlar bir yerə yığışıb,
EUT hökumət deyil, valideynlər və QHT-lər tərəfindən
Uşaq Erkən İnkişafı istiqamətində bir-birlərindən
maliyyələşdirilir (İngiltərədə); 5)Tələb əsaslı Dövlət
müəyyən şeylər öyrənirdilər.
Subsidiyası, Özəl Təminat – hökumət valideynlərə
Bütün bu məqsədləri həyata keçirmək üçün 52 həftə-
vauçer və ya vəkalət şəklində subsidiyalar verir ki, onlar
lik kampaniya başlandı və bu məsələdə KİV onlara dəs-
da bunların vasitəsilə özəl və dövlət bağçaları arasında
tək oldu. Təhsil Nazirliyinin Təhsilin İnkişafı Mərkəzi
azad seçim edərək, xidmət haqqı ödəyə bilərlər (Yeni
bu proqramda əsas rol oynadı. Beş nəfərdən ibarət əsas
Zelandiya).
Erkən Uşaq İnkişafı komandası layihə ərzində, demək
İƏİT ölkələri arasında məktəbəqədər təhsil üzrə döv-
olar ki, hər gün görüşür, görülən işlərlə, təlim planları ilə
lət və özəl xərclər orta hesabla ÜDM-nin 0.49%-ni
tanış olurdular. UNİCEF layihə rəhbəri isə ümumi ida-
təşkil edir ki, bunun da 0.43%-i dövlət xərcidir. Bu
rəetməni həayat keçirirdi.
məbləğ ölkələr üzrə dəyişir. Belə ki, Avstraliya və
Radio və televiziya işçilərinə uşaqların inkişafı üçün
İrlandiyada ET-ə ÜDM-nin 0.1% və ya daha az
proqramların hazırlanmasında müəyyən təlimlər keçi-
xərcləndiyi halda, Danimarka, İslandiya, İsrail,
rildi. Bu işə maraq göstərən informasiya naziri
İspaniya kimi ölkələrdə bu məbləğ 0.8% və ya daha
təlimlərin bir həftəsində özü şəxsən iştirak etmiş və
çoxdur.
uşaqlar üçün bir neçə kitab yazmışdır.
Dövlət tərəfindən maliyyələşən bağçaların sayı
Turizm Nazirliyi ailələrindən uzaqdüşərək turist ada-
Avropa ölkələrində digər qitələrin ölkələrinə nisbətən
larında işləyən atalara təlim keçmək üçün təlimçilər
daha çoxdur. Özəl sektor tərəfindən maliyyələşmə Bel-
üçün burada yerləşən otellərdən istifadə imkanı yaratdı.
çika, Estoniya, Luksemburq, Niderland, İsveçdə 5% və
Çox böyük müsbət dəyişikliklərə səbəb olan layihə
ya daha az olduğu halda, Avstriya, Almaniyada 25% və
ölkənin bir çox nazirliklərinin bu layihəyə qoşulmasına
ya daha çox, Avstraliya, Yaponiya, Koreyada isə 48% və
nail oldu. Ümumi qiymətləndirmələrə görə ailələr, eləcə
ya daha çoxdur.
də müəllimlər Uşaqların Erkən İnkişafı istiqamətində
İsveçdə 3-5 yaşlılar üçün bağça təhsili illik 525 saat
yeni biliklər qazandılar və onların davranışlarında dəyi-
(gündə 3 saat) ödənişsiz təmin edilir. Bu saatdan artıq
şikliklər yarandı:
olarsa, valideyn 140 avroya qədər (ailədə ən yüksək gə-
·Ailələr öyrəndilər ki, uşaqlar nə vaxtdan
liri olan üzvün maaşının iki faizi) pul ödəyir. İsveçdə
başlayaraq görə, eşidə, düşünə, hiss edə bilir (bunun
ÜDM-nin 2%-i erkən təhsilə sərf edilir. Ümumilikdə er-
vasitəsilə onların davranışlarına təsir edə bilsinlər) və
kən təhsil dövlət, yerli bələdiyyə yardımı və bir qədər də
öyrəndilər ki, uşaqlara qarşı qayğı və sevgi onlarda
ailələrin ödənişi ilə maliyyələşdirilir. Bağçaların 20%-i
58
324 Dekabr 2013
özəl olsa da, onlara da dövlət bağçaları kimi yardım edi-
nişdən məhrum edilir. Avstriyada 3 illik analıq məzu-
lir.
niyyətinin 16 həftəsi 100% ödənişli, qalanı isə qismən
Finlandiyada erkən təhsil tam pulsuz olmasa da,
ödənişlidir. İsveçdə verilən 480 günlük məzuniyyət hər
xərclərin çox hissəsi dövlət tərəfindən qarşılanır. Bu ödə-
iki valideyn arasında bölüşdürülür və bunun 390 günü
niş ailə üzvlərinin sayından və ailənin gəlirindən asılı
80% ödənişlidir. Koreyada analıq məzuniyyəti uşağın
olaraq aylıq 18-200 avro təşkil edir və əgər artıq bir
doğuşdan beş yaşınadək olan dövrü əhatə edir və yalnız
ailədən bağçaya ikinci uşaq gedirsə, ödənilən məbləğ
üç ay təxminən 400 ABŞ dolları məbləğində ödəniş
azalır.
verilir. Norveçdə məzuniyyətin 43 həftəsi 100%
ödənişli, 53 həftə isə 80% ödənişli olaraq verilir.
Ümumilikdə valideyn ümumi xərcin təxminən 15%-
ni ödəyir. Aşağı gəlirli ailələr üçün isə tam ödənişsizdir.
Bu vəziyyət analıq məzuniyyəti müddətinin qanun-
vericilik tərəfindən azaldılması və uşaqları bağçalara ge-
Koreyada uşaqların 78%-i özəl bağçalara gedir və
dən analara icazələrin verilməsi ilə düzəldilə bilər.
burada valideynlər xərclərin 100%-ni ödəyirlər. Dövlət
Çexiyada analar yalnız 4 yaşından aşağı uşağı ayda 5
bağçalarında isə valideynlər ümumi xərcin 66%-ni
gündən çox olmayaraq, 3 yaşdan aşağı uşağı gündə 4
ödəyirlər.
saatdan çox olmayaraq erkən təhsil xidmətlərindən
UETQ mərkəzlərinə qəbul üçün uşaqların yaşı Avro-
yararlanarsa, ödənişli məzuniyyət imkanlarından
pa ölkələri üzrə müxtəlifdir. Bütün ölkələrin 3-6 yaşlı
faydalana bilər. Bolqarıstanda yarım gün bağçaya
uşaqlar üçün proqramları vardır. Əksər ölkələrdə do-
gedən uşaqlara kitablar pulsuz verilir.
ğuşdan başlayaraq (praktik olaraq 3 aydan), Danimar-
UETQ xidmətlərində müəllim-uşaq nisbəti keyfiy-
ka, Slovakiya və Lixtenşteyndə 6 aydan, Baltikyanı öl-
yətin təmin olunmasında çox önəmlidir. Adətən 3 yaş-
kələr, Bolqarıstan, İsveç, Avstriya və Sloveniyada isə 1
dan aşağı olan 10 uşağa, 3-6 yaşlılar üçün isə 20-25
yaşdan etibarən uşaqlar bu mərkəzlərə gedə bilər.
uşağa bir müəllim məsuliyyət daşıyır. Estoniya,
Bolqarıstan, Malta, Rumıniya, İngiltərə, Lixtenşteyn ki-
İrlandiya, Latviya, Finlandiya və İslandiyada bir
mi ölkələrin kiçik yaşlılar üçün “İlk üç il önəmlidir”
müəllim üçün uşaqların sayı 12 və ya daha aşağıdır.
(Birth to Three Matters) milli tədris proqramları vardır.
Avropada UETQ xidmətinin təminatında əsas üç
Beş şimal ölkəsi və Sloveniya 0-6 yaşlı uşaqlar üçün
məqsəd nəzərə alınır: 1.0-3 yaşlılar – uşaqların fiziki,
kurikulum və metodologiyanın hazırlanması istiqamə-
psixoloji və sosial baxımdan inkişafına kömək, valide-
tində işlər aparır. Eləcə də Belçika, Estoniya, İrlandiya,
ynlərin işləyə bilmələrinə dəstək, uşaqların erkən təhsil
Litva 0-6 yaşlılar üçün tədris proqramının hazırlanması-
alması və sosiallaşması, sosial problemlərin qarşısının
na başlamaq niyyətindədirlər.
alınması; 2. 3-6 yaşlılar - əsasən təhsil alma baxımından
Bir çox ölkələr 0-3 yaşlı uşaqlar üçün ET xidmətləri-
önəmlidir, koqnitiv və sosial inkişaf, erkən öyrənmə və
nin iqtisadi məqsəd güddüyünü hər iki valideynin
sosiallaşma; 3. Məktəbə başlamaq üçün ilkin yazma,
işləmə imkanının olması ilə əlaqələndirirlər. Lakin
oxuma, riyazi vərdişlərin öyrənilməsi, fiziki sağlamlıq.
bunun təhsil və sosiallaşma kimi amilləri daha vacibdir.
Bağçalarda hər öyrənmə sahəsi uşaqlarda müəyyən
Bəzi ölkələr erkən təhsilə qayğıdan kənar qalan uşaqları
inkişafa səbəb olur. Belə ki:
pis rəftardan qorumaq, onlara sağlam mühit yaratmaq,
digərləri isə kasıblıq səviyyəsinin azalması vasitəsi
·
Ümumilikdə savadlılıq dərəcəsinin inkişafı
kimi baxır. Latviyada UETQ xidmətinin 0-3 yaşlılar
digər bacarıqların əldə edilməsi istiqamətində bir vasi-
üçün təmin edilməsi doğumun sayını artırmaq məqsədi
tədir və o, dil inkişafı, oxu bacarıqları, məktəbdəki gös-
güdür.
təricilər və nailiyyətlərlə birbaşa əlaqəlidir.
Araşdırmalar göstərir ki, bütün dünyada 0-3 yaşlılar
·
Erkən riyazi bacarıqlar uşaqlarda məkan, za-
arasında bağçaya gedən uşaqların sayı 3 yaşdan sonra ge-
man, kəmiyyət, ölçü, məntiqi düşüncə və problem həl-
dənlərin sayından xeyli azdır.
letmə bacarıqlarının formalaşmasına töhfə verir.
Qanunlarda edilən dəyişikliklər də bağçalara qoyu-
·
UETQ xidmətlərində İKT-nin tətbiqi uşaqlarda
lan uşaqların sayının artmasına gətirib çıxara bilər. Mek-
yaradıcılq və marağın artmasına təsir edir, yazılı və şifa-
sikada 2002-ci ildə konstitusiyada bağça təhsilinin icba-
hi dil arasındakı sərhədi aradan qaldırır, eləcə də, onlara
ri olması ilə bağlı edilən dəyişiklik 4 və 5 yaşlılar arasın-
mücərrəd anlayışları dərk etməkdə yardım edir.
da bağçaya gedənlərin sayının artmasına səbəb olmuş-
·
Elmlə bağlı bilgilər uşaqlara məntiqin prinsip-
dur.
lərini öyrənməkdə, problemi yaxşı həll edə bilməkdə
Bəzi ölkələrdə sosial təhlükəsizlik sistemi UETQ
yardım edir və onların İQ dərəcəsinin yüksəlməsinə
xidmətlərindən yararlananların sayını azaldır. Belə ki,
səbəb olur.
analıq məzuniyyətinin uzunmüddətli olması, eləcə də
·
İncəsənət və musiqi bilikləri uşaqlarda diqqəti
onlar üçün verilən genişmiqyaslı təminatlar anaların
artırır, təsəvvürlərinin və zövqlərinin formalaşmasına
evdə oturub öz uşaqlarına baxmasına səbəb olur. Buna
gətirib çıxarır.
misal olaraq Rumıniya, Estoniya, Litva, Avstriya kimi
·
Uşaqların fiziki inkişafı onların sosial bacarıq-
ölkələri göstərmək olar. Rumıniyada analıq məzuniyyə-
larını inkişaf elətdirir. Sağlamlıq və gigiyena üzrə bilgi-
ti iki il ərzində tam ödənişlidir və hətta bu ödənişin məb-
lər uşaqların gigiyena və qidalanma vərdişlərini inkişaf
ləği bəzi maaşlardan daha çoxdur. Lakin uşaqlar hər ha-
etdirir.
nsı erkən təhsil imkanlarından yararlanarsa, ana bu ödə-
59
324
Dekabr 2013
xüsusilə də, kasıb ailələrin uşaqlarının erkən təhsillə
·
Kurikulumla inteqrasiya edilmiş oyun uşaqla-
təmin edilməsi və valideynlər üçün işləmə imkanlarının
rın əlaqə qurma (uşaqlar və böyüklərlə) bacarıqlarına tə-
yaradılması bu hədəfin tərkib hissəsi idi. UNİCEF-in
sir edir, eləcə də, onlarda özünüidarə və insanlarla mü-
izləməsinə görə (2005) bu proqram kasıblığın azalması
nasibət vərdişlərinin formalaşmasına kömək edir.
istiqamətində öz təsirini göstərməkdədir. Proqrama tək-
Yaxşı təhsil almış və təlim keçmiş müəllim
valideynli ailələrin uşaqlarının erkən təhsilə cəlb
uşaqlarda müsbət koqnitiv və sosial nəticələr əldə
edilməsi və onların işləyə bilmələri üçün bu
etmək məqsədilə yüksək keyfiyyətli UETQ xidmətinin
valideynlərə ET üzrə ümumi xərcin 70%-i daxil
təmin edilməsində əsas faktor rolunu oynayır.
olmaqla uşaq vergi kreditlərinin verilməsi daxildir.
Müəllimlərin işləmə şəraiti UETQ xidmətləri ilə
Bir çox ölkələrdə erkən təhsilin keyfiyyətinin və
yanaşı uşaqların inkişafında da vacib rol oynayır və bu
təsirlərinin öyrənilməsi məqsədilə monitorinqlər
şəraiti şərtləndirən amillərə müəllim-uşaq nisbəti və
aparılır.Bu məqsədlə məlumatlar əsasən aşağıdakı
kiçik ölçülü qruplar, yüksək maaş və digər mənfəətlər,
sahələr üzrə toplanır:
düzgün cədvəl/iş yükü, stabil işçi heyəti, həvəsləndirici
a)
Uşaqlar (yaşlar üzrə bağçaya cəlb edilən uşaq-
fiziki mühit və lazım olan ləvazimatlarla təminat,
ların sayı, onların sosial-iqtisadi durumları, cinsi, miq-
anlayışlı və dəstək olan menecer daxildir.
rant statusu);
Koreyada dövlət bağçalarında müəllimlərin 66%-i
b)
Proqramlar (xidmətlərin növləri və formaları);
4illik universitet dərəcəli, özəl bağçalarda isə müəllim-
C)
İşçi gücü (işçi heyətinin sayı və onların dərəcə-
lərin 88%-i 2illik kollec diplomlu müəllimlərdi. ABŞ-da
ləri, yaşı, cinsi,miqrant statusu, maaşı və inkişaf imkan-
ET üzrə müəllimlərin ixtisası ilə bağlı heç bir milli sis-
ları);
tem yoxdur, hər bir ştat bununla bağlı standartlar qoy-
d)
Maliyyə mənbələri və xərclərlə bağlı malumat-
maqda azaddır. Norveçdə ET üzrə qanuna uyğun olaraq
lar.
müəllimlərin 35%-i ixtisaslı pedaqoqlardı. İsveçdə
Avstraliyada ET ilə bağlı monitorinq və məlumat-
bağça işçi heyətinin təxminən 54%-i universitet təhsilli
landır ma Avstraliya Məhsuldarlıq Komissiyası
bağça müəllimi, 41%-i dayəlik üzrə iki illik təhsil almış,
tərəfindən hər bir ştat üzrə, Avstriyada bələdiyyə
yalnız 5%-i isə uyğun təhsili olmayan şəxlərdir.
nəzarətçiləri tərəfindən aparılır. Koreyada erkən
Hökumət işçi heyətinin kompetensiyalarının artırılması
təhsilin monitorinqi əsasən iki mənbədə aparılır: Təhsil
məqsədilə tədqiqat məktəblərinə maliyyə ayırıb. Fin-
Üzrə İllik Statistika və Bağçalarda Cari Vəziyyət və bu
landiyada ET üzrə işləyən insanların hər üç nəfərdən
məlumatlar Təhsil Nazirliyinin saytında dərc edilir.
birinin bağça müəllimliyi üzrə bakalavr dərəcəsi (əlavə
Norveçdə bu məqsədlə müşahidə metodundan geniş
olaraq hər sinifdə bir baş müəllim), digər ikisinin
istifadə edilir. 2006-cı ildə Təhsil və Tədqiqatlar
“dayəlik təcrübəsi lisenziyası” olmalı, kiçikyaşlı
Nazirliyi bu sahə üzrə qiymətləndirmənin səviyyəsini
uşaqlarla işləmək üçün xüsusi təhsil və təlim
yüksəltmək məqsədilə plan təqdim etmişdi.
keçməlidir. Finlandiyada müəllimlik statusu çox
Belçikada Təhsil və Təlim nazirliyi ilə İqtisadiyyat,
yüksəkdir və ölkənin ən çox müraciət edilən iş
Elm və İnnovasiya Nazirliyi erkən təhsilin uşaqlara təsi-
yerlərindən hesab edilir.
rini öyrənmək üçün proqram təşkil etmişdi. Bu proqram
Avropada 6 yaşdan aşağı uşaqları olan ailələrin təx-
uşaqların bağçadakı üçüncü ilini, məktəb təhsilini və iş
minən altıda biri kasıblıq baxımından risk faktorlu he-
həyatını araşdıraraq erkən təhsilin gələcək inkişafdakı
sab edilir. Bu, əsasən də Estoniya, İtaliya, Litva, Luk-
təsirini öyrənməyə hədəflənmişdi.
semburq, Polşa, Portuqaliya, Böyük Britaniya kimi öl-
İrlandiyanın Səhiyyə və Uşaq Departamenti tərəfin-
kələrdə özünü göstərir. Araşdırmalar göstərir ki, erkən
dən 2006-2012-ci illər üzrə “İrlandiyada böyümək” adlı
təhsildə ən az iştirak etnik azlıq və təkvalideynli
uzunmüddətli araşdırma mərkəzi yaradılıb. Uşaqların
ailələrin uşaqlarının payına düşür. Sübuta yetirilmişdir
doğuşdan başlayaraq inkişafını öyrənən layihənin nəti-
ki, UETQ xidmətlərinin ən yüksək faydası məhz bu
cələri daim cəmiyyətə çatdırılır.
qruplardan olan uşaqlarda özünü göstərir, çünki bu
yolla təhsil sistemində uzunmüddətli inteqrasiya və
Türkiyədə Ana-Uşaq Təlim Fondu 1982-2005 illər
gələcək uğurlar üçün böyük şanslara nail olmaq
üzrə Erkən İnkişaf Layihəsinə başladı. Layihə ET
mümkündür.
müəssisələrinin və evdə öyrənmə proqramlarının
uşaqların gələcək həyatında olan təsirlərini
İsveçdə İƏİT ölkələri arasında uşaqlar arasında ka-
öyrənmişdir.
sıblıq səviyyəsi aşağıdır və bu baxımdan burada kasıb
uşaqlar üçün ET-in təminatına diqqət yetirməyə ehtiyac
Koreyada ET-nin uşaqların gələcək həyatına təsirini
yoxdur. Lakin tez-tez nisbətən kasıb və miqrant ailələrin
öyrənmək məqsədilə Koreya Uşaqlara Qayğı və Təhsil
uşaqları üçün əlavə müəllimlər cəlb edilir.
İnstitutu adlı milli araşdırma institutu yaradılmışdır.
1998/99-cu illərdə Böyük Britaniya risk qrupuna aid
Erkən təhsil üzrə siyasət və idarəolunma ölkələr
uşaqlar üçün çoxsaylı xidmətlərin, eləcə də erkən təhsil
üzrə dəyişir. Bəzi ölkələr təhsil, qayğı və inkişafın bir-
təminatının genişləndirilməsi istiqamətində xeyli in-
birilə əlaqəli formasını, digərləri isə bunların ayrı-
vestisiya qoydu. Həmçinin, hökumət 2020-ci ilədək
ayrılıqda təşkilini əsas götürürlər.
uşaqlar arasındakı kasıblıq səviyyəsini minimuma
endirməyi qarşısına hədəf qoydu və bütün uşaqların,
60
324 Dekabr 2013
DÜNYA
DÜNYA
Noyabrın 6-da Tacikistanda keçirilən prezident seçkilərində indiki
dövlət başçısı Emomali Rahmon dördüncü dəfə ölkənin prezidenti
seçilmişdir.
Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Şermuhammad
Şoxieninin verdiyi məlumata görə, səsvermədə seçicilərin 86,6%-nin
iştirak etmiş və E. Rahmon 84,23% səs toplayaraq, qalib gəlmişdir.
Digər 5 namizəd arasında 5%-dən çox səs alan olmayıb.
Tacikistanın Azərbaycandakı səfirliyindən verilmiş məlumata
görə, Azərbaycanda yaşayan Tacikistan vətəndaşlarının 96,5 faizi
hazırkı prezident Emomali Rahmona səs verib. Səfirlikdə yaradılan
seçki məntəqəsində ümumilikdə 86 nəfər - məntəqə üzrə seçicilərin
89,6 faizi səs verib.
Emomali Rahmon birinci dəfə 1994-cü il noyabrın 6-da keçirilən
prezident seçkilərində bu ölkənin dövlət başçısı olmuşdur. O, 1999-cu
və 2006-cı illərdə keçirilən seçkilərdə də qələbə qazanmışdır.
Noyabrın 16-da Düşənbədəki “Koxi Somon” Dövlət İqamətgahında Emomali
Rahmonun andiçmə mərasimi keçirilmişdir
Dostları ilə paylaş: |