EMOMALİ RAHMON YENİDƏN
TACİKİSTAN PREZİDENTİ SEÇİLDİ
Dövlət başçısı Emomali Rahmonun 23 noyabr tarixli sərəncamı ilə
Koxir Rasulzoda ölkənin yeni Baş naziri təyin olunmuşdur. Bundan əvvəl
Koxir Rasulzoda Tacikistanın Soqd vilayətinin rəhbəri vəzifəsində çalış-
mışdır.
Prezidentin sərəncamları ilə Davlatali Saidov Baş nazirin birinci
müavini, Marxabo Cabborova, Azim İbroxim və Murodali Alimardon Baş
nazirin müavinləri təyin edilmişlər.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Düşənbə
TACİKİSTANIN YENİ BAŞ NAZİRİ – KOXİR RASULZODA
Tacikistanın yeni hökuməti fəaliyyətə başlayıb
Noyabrın 9-da Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Ab-
bas Belçikanın xarici işlər naziri Didye Reynderslə görüşündə Avropa İt-
tifaqı (Aİ) yanında administrasiyanın nümayəndə heyətinin statusunun "Fə-
ləstin missiyası"na qədər artırılması barədə qərar qəbul edildiyini bildirib.
Belçika XİN-in açıqlamasına görə, Fələstin nümayəndəliyinin rəhbəri
bundan sonra səfir statusu daşıyacaq: "Statusun artırılması Avropanın iki
dövlətin (Fələstin və İsrail) yaradılmasına dəstəyini ifadə edir".
Əmmanda M.Abbas və D.Reynders arasında ikitərəfli görüş keçirilib
FƏLƏSTİNİN Aİ YANINDA NÜMAYƏNDƏLİYİNİN
STATUSU ARTIRILDI
Seçici səslərinin təqribən 51,5 faizini toplayan Milli Alyansın lideri
və banisi Abdulla Yamin noyabrın 17-də and içmişdir.
A.Yamin 30 il ölkəyə rəhbərlik etmiş Mömün Abdul Qayumun
qohumudur.
Qalibin əsas rəqibi, sabiq prezident və müxalifətin lideri Məhəmməd
Naşid seçkiqabağı kampaniyanın favoriti olmasına baxmayaraq, 48,5
faiz səs toplamışdır. M.Naşid nəticələr elan olunduqdan dərhal sonra
məğlubiyyətini qəbul etmişdir. Maldivdə prezident birbaşa ümumi
səsvermə yolu ilə 5 il müddətinə seçilir.Maldiv Respublikası Hind
okeanının 1190-dan çox adanı əhatə edən şimal-qərb hissəsində
arxipelaqdır. Həmin adaların 280-i məskundur.
61
324
Dekabr 2013
“Böyük iyirmilik”, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (İƏİT) üzvü olan ölkələr iqlim dəyişmələrinə qarşı
mübarizədə, o cümlədən bu məsələ ilə bağlı yeni qlobal sazişin
hazırlanması sahəsində liderlik etməlidirlər.
Bu barədə jurnalistlərə noyabrın 20-də BMT-nin baş katibi
Pan Gi Mun məlumat vermişdir.
P.G.Mun Varşavada mətbuat konfransında demişdir: “Biz
istəyirik ki, inkişaf etmiş ölkələr bu kampaniyaya (insan
fəaliyyətinin doğurduğu iqlim dəyişmələrinə qarşı mübarizə
kampaniyası nəzərdə tutulur) başçılıq etsinlər. Bunun üçün
onların həm potensialı, həm də vəsaiti vardır. “Böyük iyirmilik”,
xüsusən İƏİT ölkələri belə liderlik üçün nümunə olmalıdırlar”.
Bununla belə, baş katib 2014-cü ilin sentyabrında Nyu-
Yorkda təşkil edəcəyi zirvə görüşünə bütün ölkələrin iqlimlə bağlı öz hədəflərini təqdim etmələrinin vacib olub-
olmaması barədə məsələyə münasibətini dəqiqləşdirməmişdir.
Ölkələrin parnik qazı tullantılarının 2020-ci ildən sonrakı dövr üçün azaldılmasına dair öhdəliklərinin hazır-
lanması məsələsi mübahisəli olaraq qalmaqdadır.
Bəzi ölkələr, o cümlədən Aİ ölkələri hesab edir ki, belə hədəfləri məhz zirvə görüşündə səsləndirmək lazım-
dır, halbuki, məsələn, ABŞ son müddət kimi 2015-ci ili göstərir.
Pan Gi Mun İƏİT və “Böyük iyirmilik” ölkələrinə müraciət etmişdir
BMT BAŞ KATİBİNİN MÜRACİƏTİ
“Foreign Policy" jurnalının yazdığına görə, Kim Çen Un
fəaliyyətdə olan ölkə rəhbərləri içərisində hələ heç bir dövlət
başçısı ilə görüşməyən tək liderdir. Məlumata görə, noyabr
ayında Şimali Koreyada səfərdə olan Monqolustan Prezidenti
Saxiaqiyn Elbeqdorj da Kim Çen Un ilə görüşə bilməyib.
Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İr 17 illik
hakimiyyəti dövründə Rusiya prezidenti Vladimir Putin və
Cənubi Koreyanın iki dövlət başçısı ilə görüşüb. Ölkənin
qurucusu Kim İl Sunq isə 45 il boyunca 10-dan çox dövlət başçısı
ilə rəsmi ünsiyyətdə olub.
Şimali Koreya lideri Kim Çen Unun hələ də heç bir dövlət başçısı ilə
rəsmi ünsiyyətdə olmadığı bildirilir
HEÇ BİR DÖVLƏT BAŞÇISI İLƏ GÖRÜŞMƏYƏN LİDER
Maldiv Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun qalibi sabitlik və
demokratiya naminə işləyəcəyini vəd etmişdir
ABDULLA YAMİN MALDİV RESPUBLIKASININ YENİ PREZİDENTİ OLMUŞDUR
62
TƏBABƏT
TƏBABƏT
324 Dekabr 2013
Məlum olub ki, vaxtaşırı qoz-fındıq yeyənlərin
arasında xərçəng və ya ürək xəstələrinin sayı daha azdır.
Harvard Universitetinin 30 il sürən araşdırmalarından
bu nəticə çıxıb. Sözügedən araşdırmaya 119 min adam
cəlb olunub.
Araşdırmalar nəticəsində üzə çıxıb ki, işləyənlər
arasında davamlı qoz-fındıq yeyənlər yeməyənlərə
nisbətdəı 20% az ölür. Belələri arasında ürək
xəstəliklərindən ölənlərə 29%, xərçəngdən ölənlərə
11% az rastlanır. Tədqiqatçılar pəhriz zamanı qoz-
fındıq yeməyin faydasını da ayrıca vurğulayırlar.
Araşdırma sonucları “New England Journal of
Medicine” jurnalında dərc edilib.
İnsan qidalarını araşdıran ailmlər yeni nəticələr əldə ediblər
QOZ - FINDIQ YEYƏN DAHA ÇOX YAŞAYIR
Ürək çatışmazlığı və ağciyər xərçəngi son dövrün
ən təhlükəli xəstəliklərindəndir.
Əlbəttə, bu xəstəliklər həm genetik, həm də sonra-
dan qazanılmış da ola bilər. Yəni, insan bilərəkdən və
ya bilməyərəkdən öz ömrünün qısalmasında bilavasitə
iştirak edir, desək, yanılmarıq. Çünki siqaret çəkməklə
bu xəstəliklər arasında güclü bir əlaqə vardır. Siqaret
çəkənlərin bəziləri bunu dəb üçün, bəziləri arıqlamaq
məqsədi ilə, bir qrup insan isə bunu məşğuliyyət üçün
edir. Siqaret orqanizmi məhv etdikdə artıq ondan imti-
na etməyin də bir faydası olmur. Bu səbəbdən də
həkimlər siqareti daha tez tərgidənlərdə xəstələnmə
nisbətinin az olduğunu bildirirlər.
Siqaret çəkməklə insanın ağciyərinin normal quru-
luşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir.
Siqaret çəkənlərdə xroniki öskürək, bəlğəm və
nəfəs darlığı olur. Tənəffüs yolu infeksiyaları da
siqaret çəkənlərdə daha çoxdur.
Siqaret çəkməklə ağciyər xərçəngi arasında əlaqənin olduğu 1964-cü ildə təsdiqlənmişdir. Daha sonra isə bu,
daha dəqiqləşdirilmişdir. Gündə 1 qutu siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riski 10 qat çox olduğu
halda, 2 qutu çəkənlərdə isə risk 25 qat artmaqdadır. Son illərdə isə qadınlar arasında da siqaret çəkənlərin sayının
artması onlarda da ağciyər xərçəngi riskini artırmışdır.
Əgər siz siqaret çəkmirsinizsə, heç də sevinməyə tələsməyin. Çünki çəkənlər tərəfindən siqaretin mənfi
təsirlərinə məruz qala bilərsiniz. Bu zaman siz passiv siqaret çəkən hesab olunursunuz. Passiv siqaret çəkmə
yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməsidir. Passiv siqaret
çəkmək bəzi hallarda hətta ağciyər xərçənginə gətirib çıxarır.
Sonda isə onu demək istərdik ki, əgər siqaret çəkən hər kəs bəlkə həyatı boyu siqaretin dadını belə bilməyən
ona ən yaxın və doğma olan insanların ağciyər xərçənginə yoluxmasına səbəb olursa, bizcə hamılıqla siqaretə yox
deməliyik!
Siqaret çəkməklə insanın ağciyərinin normal
quruluşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir
HAMILIQLA SİQARETƏ “YOX” DEMƏLİYİK!
Məlum olub ki, hər gün qara gavalı yeyilərsə, o, sü-
mükləri möhkəmlədər. Osteoporozun yaranması üçün
yüksək risk daşıyan menopauza vəziyyətinə girən 90
qadın təcrübəyə qatılıb. Onları iki yerə ayırıblar. Birinci
qrupdakılar hər gün alma qurusu, ikinci qrupdakılar isə
qara gavalı yeyirdilər. Təcrübə bitdikdə müqayisəli təh-
lil aparıldı. Məlum oldu ki, hər gün qara gavalı yeyən-
lərin sümükləri daha möhkəm olub.
Bundan başqa, stomatoloqlar deyirlər ki, qara gavalı
kariyes və damağın iltihabı, eləcə də ağız boşluğunun
digər xəstəlikləri ilə də effektiv mübarizə aparmağa
qadirdir. İş burasındadır ki, bu meyvə qurusu zərərli
mikroorqanizmlərin çoxalmasını əngəlləyir, stomato-
loji pozuntular yaradan bakteriyaları bloka salır.
Ancaq qara gavalını artıq hər gün rasionuna daxil et-
məyə qərar verənlərə bir xəbərdarlığımız var: qara
gavalı qarın açır. Qədəri gözləyin.
63
324
Dekabr 2013
İmmunitetin güclü olması insanları bir çox
xəstəliklərdən qoruyur. Xüsusilə soyuq havalarda qrip,
zökəm və digər bu kimi xəstəliklərə tutulmamaq üçün
güclü immunitetə sahib olmaq çox vacibdir.
Əksər hallarda immun sistemini qaldırmaq üçün
dərman preparatlarından istifadə olunur. Preparatların
qəbulu isə insan orqanizminə faydalı olduğu qədər də
ziyanlıdır.
İmmuniteti möhkəmləndirməyin ən asan yolu
sağlam həyat tərzidir. Mütəxəssislərin fikrincə,
stressdən uzaq olmaq, düzgün qidalanmaq, zülal və
yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisinə
çıxmaq, məşq etmək, zərərli vərdişləri tərgitmək
insanı qış xəstəliklərindən mühafizə edir və orqanizmi
möhkəmləndirir.
Bunun üçün ilk növbədə qış aylarında pomidor,
xiyar, bibər kimi qışda təbii yolla yetişməyən tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır. Çay və qəhvə yerinə
C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları içilməlidir.
Gündə 1,5-2 litr maye qəbul edilməsi, nizamlı şəkildə gimnastika ilə məşğul olmaq da immuniteti gücləndirir.
Əsasən C vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq kimi meyvə və tərəvəzlərə,
buxarda bişirilmiş və ya qaynadılmış qidalara üstünlük verilməlidir. Həftədə iki dəfə balıq yemək, həmçinin balıq
yağı qəbul etmək də məsləhət görülür.
Soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı ödəmək üçün günəşli
günlərdə təmiz havada gəzmək məsləhətdir. Eyni zamanda, B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə
qidalanmaq zəruridir.
2 alma, 2 kök və 1 çuğundurun şirəsini 1 yemək qaşığı limon suyu ilə qarışdırıb gündə 3-4 dəfə yeməkdən 20
dəqiqə əvvəl qəbul etmək immuniteti möhkəmləndirmək üçün ən təsirli vasitələrdən biridir.
Soyuq havalarda xəstəliklərə tutulmamaq üçün
güclü immunitetə sahib olmaq çox vacibdir
GÜCLÜ İMMUNİTET XƏSTƏLİKDƏN QORUYUR
SÜMÜKLƏRİN "XÖRƏYİ"
Florida Universitetinin (ABŞ) alimləri osteoporozun
inkişafının qarşısını almaq üçün effektiv vasitə tapıblar
64
324 Dekabr 2013
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin
saytında “onlayn konfrans” vasitəsilə jurnalistlərin
suallarını cavablandıran Respublika Endokrinoloji
Mərkəzinin direktoru Rauf Cabbarov bildirib ki,
hazırda ölkədə ən çox yayılan endokrinoloji xəstəliklər
şəkərli diabet və qalxanvari vəzin xəstəlikləridir. Onun
sözlərinə görə, bütün dünyada olduğu kimi,
Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam
həyat tərzi artıq çəkinin artmasına gətirib çıxarır: “Bu
da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
Buna görə də, ölkədə şəkərli diabet xəstəliyində artım
müşahidə olunur. Bundan əlavə, illərlə qeydiyyata
düşməyən diabet xəstəsi də maariflənərək, qeydiyyata düşür”.
Bu xəstəliyin daha çox hansı bölgədə yayılmasına gəlincə, R.Cabbarov qeyd edib ki, əhalisi çox olan
bölgələrdə daha çox, az olan ərazilərdə isə daha az şəkərli diabet xəstəsi qeydiyyatdadır. Həkim vurğulayıb ki, bu
xəstəlik bütün bölgələrdə yayılıb.
DİABET XƏSTƏLİYİ BÜTÜN BÖLGƏLƏRDƏ YAYILIB
Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlandı
Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsa-
zından, qidadan, dərmandan) bağlı olur".
lınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Ope-
Z.Vahidova qeyd edib ki, xəstəliklərin sayının
rativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahido-
dinamikası ilin fəsillərinə görə dəyişir: "Yay ayların-
va bildirib. Baş həkimin sözlərinə görə, “stabil olaraq
da, əsasən, isti ilə əlaqədar günvurmalar, suda batan-
9-10 faiz hallarda xəstələr, yəni təxminən 150 nəfər
lar, ilansancmalar, əqrəbsancmalar, ümumiyyətlə, hə-
xəstəxanaya yerləşdirilir. Çağırışlar, əsasən, yol qəza-
şərat sancmaları çox olur. Payız aylarında xroniki xəs-
ları, cərrahiyyə, zədələr (gün ərzində 30-35 zədə
tələrdə təzyiq, uşaqlarda epidemiyalarla bağlı kəskin
olur), ürək xəstəlikləri (infaktlar, ən azından 4-5 in-
respirator xəstəliklər, yazda xroniki xəstələrdə animi-
sult), doğuşlar (ən azı günə 12-15 uşaq dünyaya gəlir),
yalar, qanazlığı, hemofiliyalı uşaqlarda vəziyyətin
cürbəcür qanaxmalar (qadınlarda qanaxmalar, burun
ağırlaşması daha çox olur. Qarşıdan qış ayları gəlir.
qanaxmaları, zədə alarkən qanaxmalar), bıçaqlanma-
Bu vaxtlar, ələlxüsus yanvar-mart aylarında çağırış-
lar, yoluxucu xəstəliklər və zəhərlənmələrlə (dəm qa-
larımızın sayı 1800-ə, hətta 2000-ə çatır".
«Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində orta hesabla 1500-1600
çağırış daxil olur; elə gün olur ki, bu rəqəm 1700-1800-ə çatır"
TƏCİLİ TİBBİ YARDIMA ƏN ÇOX
HANSI XƏSTƏLİKLƏRƏ GÖRƏ MÜRACİƏT EDİLİR?
Bu barədə İSNA agentliyi xəbər verir. Məlumata əsasən,
istehsal olunan insulin iynəsinin qanda təsir müddəti artırılıb və
bununla da insulinin tez-tez vurulmasından yarana biləcək
problemlərin qarşısı alınır.
Yeni istehsal olunmuş insulin iynəsinin layihə rəhbəri Siyamək
Biranvənd deyib ki, bir növ yağ turşusunu insulinə əlavə etməklə
onun qanda təsir müddətini artırmaq olur: "Diabet xəstəliyinə görə
gündə 3-8 saatdan bir insulin iynəsinin vurulması zəruridir. Bizim hazırladığımız insulini diabetdən əziyyət
çəkənlər gündə bir dəfə, yatmaq istəyərkən istifadə edə bilər və 21-24 saat ərzində dərman öz təsirini qanda
saxlaya bilir".
S.Biravənd bildirib ki, istehsal olunan yeni preparatın digər ölkələrdə oxşarı yoxdur: "Bu dərman heyvanlar
üzərində test olunub və onun geniş miqyasda istehsalı və bazara çıxarılması üçün işlər görülür". Onun sözlərinə
görə, yeni insulin dərmanı İranın Razi Kimya Gahar korporativ şirkəti tərəfindən hazırlanıb.
DİABET XƏSTƏLƏRİ ÜÇÜN YENİ İNSULİN İYNƏSİ
İranda diabet xəstələri üçün uzunmüddətli təsir gücünə malik yeni insulin iynəsi istehsal olunub
Məsələn, uşaqlarınızın mobil vasitələrlə oynaması-
nın qarşısını ala bilməsəniz, heç gözləmədiyiniz halda
ötən əsrin 60-cı illərindən qalma sınıq-salxaq maşının
sahibi ola bilərsiniz.
ABŞ-ın Portlend şəhərində yaşayan 14 aylıq Sorella
Stautun valideynləri daha bir avtomobil almaq fikrində
olmamışlar. Amma sən saydığını say, gör, Sorella nə
sayır. Atasının smartfonunu gizlicə ələ keçirən bu
fərasətli qızcığaz təsadüfən “eBaty” internet-
hərracının telefonda quraşdırılmış mobil əlavəsini açır.
Təsadüflər bununla bitmir. Dəcəl körpə düymələri
nizamsız şəkildə basaraq 1962-ci ilin istehsalı olan
“Austin Healy Sprite” retromobilinin alınmasına dair
saziş bağlayır.
Sorellanın “hədiyyəsi” valideynlərin büdcəsinə elə ciddi maddi ziyan vurmur. Pis gündə olan bu maşın
Stautlar ailəsinə cəmi 225 dollara başa gəlir. Ancaq vəziyyət daha acınacaqlı ola bilərdi. Məsələ bundadır ki, ailə-
nin başçısı Pol Staut bir qədər əvvəl qiyməti 38 min dollar olan “Porshe” avtomobilinin satışı barədə elanı gözdən
keçirirmiş, əgər qızı xırdaca barmaqları ilə bir neçə dəfə başqa düymələri də bassa idi, Almaniya istehsalı olan ba-
halı sportkar ala bilərdi.
Pol Skaut “KOIN” telekanalına müsahibəsində demişdir ki, dəmir hissələrlə işləməyi bacarır və təsadüfən
alınmış bu maşını saz vəziyyətə gətirməyə çalışacaqdır. Üstəlik, köhnə maşının taleyi də artıq müəyyənləşib. Va-
lideynləri Sorellanın 16 yaşı tamam olanda maşını ona hədiyyə etməyə hazırlaşırlar. Necə də olsa, maşını, axı, So-
rella alıb.
65
324
Dekabr 2013
190 ölkənin yayımladığı bu müsabiqənin finalına 16 iştirakçı
çıxmışdı. Qalibə 120 min dollar mükafatla yanaşı, başqa hədiyyələr də
verilir. Bu isə 4 milyon dolları keçir. Qabriel İsler gözəllik tacını ötən ilki
qalib Oliviya Kalponun əlindən alıb.
Yarışma “Kainat gözəli”-nin 60 illiyi ilə bağlı ilk dəfə Rusiyada
keçirilib. Xatırladaq ki, ölkəmizi bu müsabiqədə Aysel Manaflı təmsil
edib.
“Kainat gözəli – 2013” müsabiqəsinin qalibi
Venesueladan olan Qabriel İsler seçilib
“KAİNAT GÖZƏLİ” SEÇİLDİ
İnternet-treydinqin və mobil texnologiyaların paralel inkişafı nəticəsində bəzən
valideynlərin başına məzəli əhvalat gəlir
BİR YAŞLI UŞAĞIN İNTERNET - HƏRRAC SƏRGÜZƏŞTLƏRİ
Bu qeyri-adi təşkilat Mançesterdə fəaliyyətə başlayıb.
Məlumata görə, aqnostiklər və həyatda ümidləri boşa çıxmış
insanlar "kilsə"yə gələrək, bir-birilə görüşür və mühazirələr
oxuyurlar. Bu zaman tanrı və din barədə heç nə danışılmır.
Adi kilsələrdə olduğu kimi, burada da xor fəaliyyət göstərir,
həmçinin ianələr toplanır. Lakin dini nəğmələr və "Bibliya"
oxumaq əvəzinə, toplaşanlar tanınmış müğənnilərin hitlərini
ifa edir və "Alisa möcüzələr ölkəsində" əsərini oxuyurlar.
"Kilsə"nin qurucularından biri qeyd edib ki, Böyük
Britaniya əhalisinin təqribən 35 faizi ateistdir və həmin
insanlara dəstək lazımdır.
66
324 Dekabr 2013
Bu haqda “USA Today” qəzeti yazıb. Bayden prezi-
dent Barak Obama ilə nahar etdiyi ənənəvi “Cap-
riotti's” kafelər şəbəkəsinə gedib. Yeməyi götürüb, he-
sab 56 dollar 25 sent olub. Onu ödəməyə 10 dolları çat-
ma-yıb və köməkçisinə “Fren, 10 dollar borc verə bi-
lərsən?”- deyə müraciət edib.
Kafenin əməkdaşları onu qonaq etmək istəyiblər.
Ancaq prezidentin müavini hamısını ödəyəcəyini söy-
ləyib: “Lazım deyil. Ödəyəcəyəm. Vilminqtonda
“Capriotti's”-ə 40 ildir gedirəm. Həmişə də ödəmi-
şəm”.
Baydenin köməkçisinə borcunu qaytarması haqda
məlumat yayılmayıb.
Noyabrın 22-də ABŞ prezidentinin müavini
Co Bayden kafedə yemək alarkən, köməkçisindən 10 dollar borc alıb
ABŞ PREZİDENTİ MÜAVİNİNİN YEMƏYƏ PULU ÇATMAYIB
Böyük Britaniyada ateistlər üçün özünəməxsus "kilsə" yaradılıb
ATEİSTLƏR ÜÇÜN “KİLSƏ” YARADILDI
Sinxua agentliyinin verdiyi məlumata görə, şəhər
hakimiyyəti yeni göydələnin tikintisinin Suçjouya aparıcı qlobal
mərkəz şöhrəti gətirəcəyinə ümid edib. Lakin yerli sakinlər
hesab edirlər ki, göydələn bir qədər qəribə görünür və şalvarı
xatırladır. 74 mərtəbəli binanın layihəsini Böyük Britaniyanın
“RMJM” arxitektura şirkəti hazırlayıb. Layihə müəlliflərinin
fikrincə, göydələn Şərqə açılan qapını təcəssüm etdirməlidir.
Dəyəri 700 milyon dollar qiymətləndirilən bina Çin
sivilizasiyasının qalibiyyətini, müasir dünyada Çinin
əhəmiyyətini də simvolizə etməlidir. Arxitektorların böyük
zəhmət çəkməsinə, inşaatçıların onların ideyasını heyranedici
dəqiqliklə həyata keçirməsinə baxmayaraq, göydələnin ümumi
görünüşü bir qədər qəribə alınıb. Əksər çinlilər göyə ucalan binanın kişi şalvarını xatırlatdığını düşünür,
tənqidçilər isə göydələni xarici arxitektorların qarışıq ideyalar meydançası adlandırırlar.
Çinin Suçjou şəhərində hündürlüyü 300 metr olan
“Şərq qapısı” adlı yeni göydələn inşa edilib
ŞALVAR BİNA
67
324
Dekabr 2013
Türkiyə informasiya vasitələrinin məlumatına görə, ölkənin ən gözəl türk qadını
seçilən universitet tələbəsi Əlifi ilk təbrik edən 51 yaşlı atası Yunus Özkan olub.
Jurnalistin “Əlif bikini ilə səhnəyə çıxanda narahat olmadınız” sualına cavabında
Yunus Özkan deyib: “Nədən bir problem olsun? Əlif özünə güvənən bir qızdır, o nə
etdiyini bilir”.
Əlifin boyu 1 m 78 sm, çəkisi 59 kq-dır. 19 iştirakçı arasında o, birinciliyi ötən ilin
qalibi Damla Bingöldən alıb
Almaniyanın Gelsenkirçen şəhərində bu il düzənlənən “Miss Turkuaz 2013”
gözəllik yarışmasının qalibi 22 yaşlı Əlif Özkan olub
ALMANİYANIN ƏN GÖZƏL TÜRKÜ
Daşdan, uzun müddət ərzində, millimetrlərlə yonularaq
hazırlanan bu nərdtaxta Şəmkirin Posanlı kəndində yaşayan 10-cu
sinif şagirdi Xəyal Allahverdiyevin əl işidir. Olduqca zəhmət və
vaxt tələb edən əl işlərinin hər biri 3-4 aya, bəzən 2 ilə başa gəlir.
Bunlar arasında onun 1 ildən artıq üzərində işlədiyi nərddaş diqqət
çəkəndir. Xəyal nərd üzərində son oyma işlərini həyata keçirir. O,
bu cür işlərə uşaqlıq illərindən böyük həvəsinin olduğunu deyir.
Gənc usta işlətdiyi iri ağ sal daşları kəndin ətrafındakı dağlardan
gətirir. Nərd hələ tam hazır deyil, onun daha mənalı görkəm
alacağı uzun müddətli zəhmətdən sonra mümkün olacaq. Xəyal
deyir ki, nərdin zər və daşlarını da yonacaq, eləcə də lövhənin
hündürdə durması üçün ona altlıq da hazırlayacaq.
Bütün işlərində daşdan qoparılan kiçik parçalardan istifadə
edən usta Xəyal həmin daş parçalarından uşaqlar üçün müxtəlif
fiqurlar hazırlayır, rəngləyir və onları kiçik yaşlı məktəblilərə hədiyyə edir.
O deyir ki, daşdan olan nərdtaxtanı xüsusi sevgi və maraqla hazırlayıb. Bir sıra məktəbli müsabiqələrində də
fərqlənmiş gənc ustanın ən böyük arzusu Şuşanın dağlarını gəzməkdir.
Bunu əslində nərdtaxta yox, nərddaş adlandırmaq daha düzgün olardı
DAŞDAN YONULAN NƏRD LÖVHƏSİ
Hündürlüyü 2,4 metr olan ağacın hazırlanmasına təxminən 43 kq-a yaxın
qiymətli metal sərf olunub. Trend-in məlumatına görə, bu barədə "Forbes" Yaponiya
mətbuatına istinadən xəbər verir.
Ağac Mikki Mausun, onun hava şarlarında uçan dostları Minni və Donald Dakın
təsvirləri ilə bəzədilib. Qızıl yolka öz alıcısını dekabrın 25-də zərgərlik şirkətinin
paytaxtın Gindzao məhəlləsindəki mağazasında gözləyəcək. Orada, həmçinin
qiyməti 1,62 milyon iyen (16 min dollardan artıq) olan mini-yolkalar da satılır.
Qeyd edək ki, bununla şirkət ötənilki rekordunu qırıb. Belə ki, 2012-ci ilin
noyabrında şirkət dəyəri 4,2 milyon dollar olan yolkanı satışa çıxarmışdı.
Tarixdə ən bahalı Milad ağacı isə 2010-cu ildə Əbu Dabidəki (BƏƏ) dəbdəbəli
"Emirates Palace" hotelində qurulmuşdu. Ağacın öz dəyəri bir neçə min dolları
ötməsə də, onun üzərindəki oyuncaqların hazırlanmasına bir neçə milyon dollar
vəsait sərf edilmişdi: oyuncaqların hazırlanmasında mirvaridən, qızıldan,
brilyantlardan, sapfir və zümrüdlərdən istifadə olunmuşdu. Ağacdan, eyni zamanda,
zinət əşyaları - saatlar, bilərziklər, boyunbağılar da asılmışdı. Nəticədə Yeni il
yolkasının qiyməti 11 milyon dollar təşkil etmişdi.
Tokioda "Tanaka Kikinzoku" zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon
ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb
YAPONİYADA 5 MİLYON DOLLARLIQ YOLKA SATIŞA ÇIXARILIB
68
İDMAN
İDMAN
324 Dekabr 2013
Assambleyanın son günü “Bakı–2015” Avropa
Oyunlarının təqdimatı çərçivəsində Azərbaycanın gənclər və
idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarının
rəsmi loqosunu təqdim etmişdir.
Azad Rəhimov çıxışında bildirmişdir ki, xalqımız ilk dəfə
keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük
fərəh hissi duyur. O demişdir: “Bizim loqomuz xalqımızın
idman irsindən qürur duymasını, qonaqpərvərliyə
sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi
kimi mövqeyini əks etdirir”.
AOK-un prezidenti Patrik Hikki “Bakı–2015” Avropa
Oyunlarının rəsmi loqosunun təqdim edilməsinin tədbirə
hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə
çatdırmışdır. O demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə
multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün
bu tədbir böyük əhəmiyyət daşıyacaq”. Avropa Oyunlarında
49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq.
35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu,
xalı və nar da daxil olmaqla, ölkəmizin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya
gətirmişdir. A.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini,
mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını
təsvir edir. Bu loqo, həmçinin, İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də
bəzəyəcək.
Tədbirdə, həmçinin “Bakı–2015” Avropa Oyunları ilə bağlı stend də qurulmuşdur. Milli geyimli gənclər
assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–2015”
Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylamışlar
.
2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ilk Avropa
Oyunlarının rəsmi loqosu noyabrın 23-də Avropa Olimpiya Komitəsinin
(AOK) Romada keçirilən 42-ci Baş Assambleyasında təqdim olunmuşdur
“BAKI-2015” AVROPA OYUNLARININ LOQOSU
TƏQDİM OLUNMUŞDUR
Bu barədə memorandumu noyabrın 26-da Avropa
imzalamışlar. Avropa Üzgüçülük Liqasının məlumatına
Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki,
görə, Avropa Oyunlarında yunior qitənin bütün əsas
Avropa Üzgüçülük Liqasının başçısı Paolo Barelli,
yığma komandaları çıxış edəcəklər.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov
Üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və su polosu Avropa
Oyunlarının proqramına rəsmən daxil edildi
AVROPA OYUNLARININ PROQRAMINA
DÖRD İDMAN NÖVÜ DƏ DAXİL EDİLDİ
Y.Blatter noyabrın 8-də Tehrana rəsmi səfəri zamanı bu məsələni İranın vitse-
prezidenti və parlament sədri ilə müzakirə edib.
Qeyd edək ki, İran qanunlarına görə, qadınlara kişi komandalarının oyunları
zamanı stadiona getmək qadağan edilib. Hökumət və dini liderlər hesab edirlər
ki, tribunalarda hər iki cinsin nümayəndələrinin olması onların mənəviyyatına
ziyan vurar.
Bu təkliflə FİFA prezidenti Yozef Blatter çıxış edib
İRANLI QADINLARA FUTBOL OYUNLARINA GETMƏYƏ
İCAZƏ VERİLMƏLİDİR
69
324
Dekabr 2013
İlk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komi-
təsinin vitse-prezidenti Çingiz Hüseynzadə AOK
İcraiyyə Komitəsinə üzv qəbul edilmişdir.
Tədbir çərçivəsində AOK-un növbəti, 43-cü Baş
Assambleyasının Azərbaycanda keçirilməsi ilə bağlı
qərar qəbul olunmuşdur. Qərarla bağlı sənədi Çingiz
Hüseynzadə, Patrik Hikki və Rafael Paqnozzi
imzalamışlar.
“AOK İcraiyyə Komitəsinə azərbaycanlı nüma-
yəndənin üzv seçilməsi ölkəmizin idman tarixində ilk
dəfə baş verən önəmli bir hadisədir”. Bu sözləri Azər-
baycanın gənclər və idman naziri Azad Rəhimov
AzərTAc-a müsahibəsində demişdir. Nazir qeyd et-
mişdir ki, Azərbaycanda idman sahəsində əldə olunan
nailiyyətlər, ölkəmizin bir çox mötəbər yarışlara ev
sahibliyi etməsi və bu istiqamətdə qazandığı təcrübə
göz qabağındadır. Məhz bu səbəbdən AOK həyata
keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
AOK-un 43-cü Baş Assambleyasının Bakıda keçi-
rilməsinə münasibət bildirən Azad Rəhimov vurğulamışdır ki, bu qərar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb
edir. Azərbaycanda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili və bu tədbirlərdə qazandığımız uğur-
lar ölkə idmanının inkişafının göstəricisidir.
Qeyd olunmuşdur ki, AOK-un 43-cü Baş Assambleyasının iştirakçıları Bakıda aparılan islahatlarla yaxından
tanış olmaq imkanı əldə edəcəklər.
AOK-un Romada keçirilən 42-ci Baş Assambleyasında 2013-2017-ci illər üzrə
AOK İcraiyyə Komitəsinə prezident, vitse-prezident, baş katib, xəzinədar və üzvlər seçilmişdir
AOK-UN İCRAİYYƏ KOMİTƏSİNƏ
İLK DƏFƏ AZƏRBAYCANLI SEÇİLMİŞDİR
İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi
2012/2013-cü il mövsümünün yekunlarına əsasən, “Qızıl buts”
mükafatına layiq görülmüşdür.
AzərTAc xəbər verir ki, argentinalı futbolçu üçüncü dəfə bu
nailiyyəti təkrarlamaqla yeni rekord müəyyənləşdirmişdir.
Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina
millisinin hücumçusu Lionel Messini “Qızıl buts”la
mükafatlandırmışdır. İyirmi beş yaşlı futbolçu UEFA-ya daxil olan
ölkə çempionatlarında ən çox qol vurduğuna görə bu mükafata sahib
çıxmışdır. Messi ötən mövsümdə İspaniya La Liqasının 32 oyununda
meydana çıxmış və 46 dəfə fərqlənmişdir. Futbolçu çempionatda
iştirak edən bütün komandaların qapısına yol tapmışdır.
Daha əvvəl o, 2010 və 2012-ci illərdə buna nail olmuşdu. Mükafat
uğrunda mübarizədə Messinin əsas rəqibi “Real”ın futbolçusu
Kriştiano Ronaldo idi. İki dəfə “Qızıl buts”a sahib çıxan
portuqaliyalı ötən mövsümdə Messidən 12 qol az vurmuşdu.
Qeyd edək ki, cənubi amerikalı futbolçu həmçinin son 4 ildə
qazandığı “Qızıl top”a namizədlər arasındadır. Bu mükafatın qalibi yanvarın 13-də məlum olacaq.
Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina
millisinin hücumçusunu “Qızıl buts”la mükafatlandırmışdır
“QIZIL BUTS” MESSİYƏ VERİLDİ
Norveç şahmatçısı Maqnus Karlsen Hindistanın Çennay
şəhərində şahmat üzrə dünya çempionu adı uğrunda keçirilən
matçda Hindistan şahmatçısı Vişvanatan Ananda noyabrın 23-də
vaxtından əvvəl qalib gəlmişdir.
Karlsenin ağ fiqurlarla oynadığı onuncu partiyada 65-ci
gedişdə heç-heçə qeydə alınmışdır.
Bu oyundan sonra V.Anand dünya çempionu adını saxlamaq
imkanından məhrum olmuşdur, çünki 12 partiyadan ibarət matçda
hesab namizədin xeyrinə 6,5-3,5 olmuşdur.
Xatırladaq ki, V.Anand 2007-ci ildə dünyanın ən güclü
şahmatçılarının turnirində qazandığı çempion adını Vladimir
Kramnik, Veselin Topalov və Boris Gelfandla matçlarda qoruyub
saxlamışdı.
FİDE-nin siyahısında ən yüksək reytinq əmsalına malik olan
M.Karlsenin noyabrın 30-da 23 yaşı tamam olmuşdur.
M.Kalsen Londonda namizədlərin turnirində əlavə göstəricilər üzrə yekun protokolunda rusiyalı Vladimir
Kramniki geridə qoyaraq, V.Anandla qarşılaşmaq hüququ qazanmışdı.
70
324 Dekabr 2013
Maqnus Karlsen dünya şahmat tacı uğrunda mübarizədə Vişvanatan Ananda qalib gəldi
YENİ DÜNYA ÇEMPİONU MAQNUS KARLSEN
Siyahıda ilk pillədə “Atletiko Madrid” klubudur. Onun ardınca “Bavariya”, üçüncü
“Real Madrid”, dördüncü “Barselona”, beşinci isə PSJ komandalarıdır.
Azərbaycan klublarında reytinq sıralamasında geriləmə müşahidə olunur. Belə ki,
ötən mövsüm son açıqlanan reytinqlə müqayisədə “Qarabağ” 7 pillə geriləyərək 99-cu
olmuşdur. “Neftçi” əvvəlki yerini qoruyub saxlamışdır - 129. “Xəzər-Lənkəran” 4 xal
itirərək 173-cü, “İnter” isə 174-cü yerdə qərarlaşmışlar.
Maraqlıdır ki, “Xəzər-Lənkəran” və “İnter” kollektivləri “Fənərbaxça” kimi
komandalardan ön sırada dayanmışdır.
UEFA 2013-2014-cü il mövsümü üçün futbol klublarının reytinq cədvəlini açıqlamışdır
UEFA-NIN REYTİNQ CƏDVƏLİ
“Kruzeyro” klubunun yarımmüdafiəçisi Everton Ribeyro Braziliya çempionatının ən yaxşı futbolçusu adına
layiq görülmüşdür.Ribeyro ötən mövsümdə komandasının heyətində 34 oyun keçirmiş, 7 qol vurmuş və 11
məhsuldar ötürmə vermişdir.“Kruzeyro”nun çalışdırıcısı Marselo Oliveyra isə çempionatın ən yaxşı məşqçisi
seçilmişdir. O, komanda ilə birlikdə çempionluq tituluna yiyələnmişdir.
BRAZİLİYA ÇEMPİONATININ ƏN YAXŞI FUTBOLÇUSU
ALLAH RƏHMƏT ELƏSİN!
Xəzər Universitetinin kollektivi
İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyevə əzizi
NİGAR MUSA QIZI HƏNİFƏYEVANIN
vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar
Document Outline - Page 1
- Page 2
- Page 3
- Page 4
- Page 5
- Page 6
- Page 7
- Page 8
- Page 9
- Page 10
- Page 11
- Page 12
- Page 13
- Page 14
- Page 15
- Page 16
- Page 17
- Page 18
- Page 19
- Page 20
- Page 21
- Page 22
- Page 23
- Page 24
- Page 25
- Page 26
- Page 27
- Page 28
- Page 29
- Page 30
Dostları ilə paylaş: |