Bu il yağan yağışların Damlası bir az da ağır



Yüklə 3,84 Kb.
Pdf görüntüsü
tarix25.04.2017
ölçüsü3,84 Kb.
#15736

Bu il 

Bu il yağan yağışların  

Damlası bir az da ağır. 

Bu il yağan yağışların 

Içində göz yaşı yağır. 

Bu il vaxtın baxtı kəm, 

Bu il əqrəblər yağır. 

Zınqırovlu saatlar 

Səslənir fağır-fağır. 

Torpaq qana susayıb, 

Sağır ulu göy, sağır. 

Göydən hələ qan yağmır, 

Bağır, Karqaya, bağır! 

Bu da qırxıncı otaq, 

Bu da sevdiyim çığır. 

Əlimi vuran kimi 

Bütün güllər çığırır. 

Bu il yağan yağışların 

Damlası bir az da ağır. 

Bu il yağan yağışların 

Içində göz yaşı yağır. 

 

Astanbəyli M. Bu il : şeir // Ulduz. - 1990. – S. 30.  



 


Yüklə 3,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə