BAKI 2015
Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin 07 sentyabr 2015-ci il DK-827/M nömrəli
razılıq məktubuna əsasən nəşr edilmişdir.
Müəllif: Muhamməd Abdurraşid ən-Numani
Təhqiq edən: Abdulfəttah Əbu Ğuddə
Anadolu türkcəsindən Azərbaycan türkcəsinə
uyğunlaşdıran: Ramazan Muhamməd
Dizayner: Hətəmov Tural
Əlinizdəki kitab İmam Əzəm Əbu Hənifənin hədis el-
min dəki mövqeyi haqqındadır. Kitabda İmama yö nəl dilən
tənqidlər, atılan ittihamlar və iftiralara İslam alimlərinin
verdiyi cavablar və onun haqqındakı fi kir ləri öz əksini
tapmışdır. Hədis elmi ilə əlaqəli bəzi terminlərin izahı
tərcüməçi tərəfindən əlavələrdə qeyd edilmişdir ki, bu əsərin
əslində mövcud deyildi. Kitab İslami elmlərlə məşğul olan və
araşdırma aparanlar üçün nəzərdə tutulmuşdur.
İpəkyolu nəşrİyyatı
Bakı Şəhəri Səbail Rayonu
Cəfərov qardaşları, 16
Tel: (+994 12) 492 32 23
Faks: (+994 12) 492 21 67
Web sayt: ipekyolunesriyyati.az
Elektron poçt: ipekyolunesriyyati@gmail.com
Bakı-2015; İpəkyolu Nəşriyyatı: 170
İSBN: 978-9952-8259-5-4
Muhamməd Abdurraşid
ən-Numani
Mündəricat
Ön söz...............................................................................................................9
Müqəddimə.....................................................................................................13
Giriş..................................................................................................................17
Əbu Hənifənin hədis öyrənməyə verdiyi əhəmiyyət..............................19
Əbu Hənifənin hədis elmində imam olması haqqında ..........................23
Beyhəqinin qənaəti........................................................................................24
Tirmizinin qənaəti.........................................................................................26
Hakimin qənaəti............................................................................................27
İbn Teymiyyənin qənaəti..............................................................................29
İbn Kəsirin qənaəti.........................................................................................31
İbn Həcərin qənaəti.......................................................................................32
İbn Qayyimin qənaəti....................................................................................33
Digər alimlərin qənaəti və nəticə................................................................33
Zəhəbinin Əbu Hənifəni mədh etməsi.......................................................37
Nəticə...............................................................................................................46
İbn Teymiyyənin Əbu Hənifəni mədh etməsi...........................................47
Nəticə...............................................................................................................50
Əbu Hənifənin ədaləti ilə məşhur imamlardan
biri olması haqqında.....................................................................................51
Əbu Hənifənin məzhəbinə tabe olanların çoxluğu,
məzhəbinin dünyanın hər tərəfinə yayılması ..........................................51
Əbu Hənifənin etibarlı, höccət, öz dövründə hədisi
ən yaxşı bilənlərdən olması haqqında........................................................56
İmam Əbu Hənifənin hədis hafizlərindən olması haqqında..................57
Məqdisinin qənaəti: .....................................................................................57
İbn Nasirin qənaəti........................................................................................59
İbnul-Mibrədin qənaəti.................................................................................60
Suyutinin qənaəti...........................................................................................60
Bədaxşinin qənaəti.........................................................................................61
Salehinin qənaəti............................................................................................63
Əcluninin qənaəti..........................................................................................64
CƏRH VƏ TƏDİL İMAMI OLARAQ ƏBU HƏNİFƏ/67
İbn Teymiyyənin fikirləri..............................................................................67
Zəhəbinin fikirləri.........................................................................................67
Səxavinin fikirləri...........................................................................................69
Əbdülqadir Qurəşinin fikirləri....................................................................71
İbn Hibbanın fikirləri....................................................................................75
İbn Adiyyin fikirləri......................................................................................75
İbn Əbdilbərrin fikirləri...............................................................................76
Beyhəqinin fikirləri.......................................................................................76
İbn Hazmın fikirləri.......................................................................................77
Hakimin fikirləri............................................................................................77
Zəhəbinin digər fikirləri................................................................................78
Əbu Həyyanın fikirləri..................................................................................78
Nəticə...............................................................................................................79
Səhih isnad və Əbu Hənifənin mövqeyi...................................................79
Nəticə...............................................................................................................80
Mühəddislərin Əbu Hənifənin tərcümeyi-halından
cərh ifadələrini
çıxarması haqqında...........................................................86
Mizzinin fikirləri............................................................................................86
Zəhəbinin fikirli............................................................................................87
Hüseyninin fikirləri.......................................................................................96
İbnul-Əcəminin fikirləri...............................................................................98
İbn Həcərin fikirləri....................................................................................100
İbn Kəsirin fikirləri.....................................................................................100
Təbrizinin fikirləri.......................................................................................101
Nəvəvinin fikirləri......................................................................................102
İbn Əsirin fikirləri.......................................................................................102
İbn Allanın fikirləri.....................................................................................106
Şəraninin fikirləri........................................................................................109
Albaninin İmam Əbu Hənifə haqqındakı fikirləri ...............................111
İbn Əbdilbərrin Əbu Hənifəyə iftira atanlara verdiyi
cavabdan Albani ibrət almalıdır!..............................................................120
Hafiz İbnut-Türkməninin imamın cərh
edilməsinə cavabı........................................................................................127
Əbu Hənifənin hədis və ərəbcə biliyindən şübhə
edənlərə İbnul-Vəzir əl-Yəmaninin cavabı..............................................127
Nəticə.............................................................................................................141
Əlavə..............................................................................................................143
Cərh və Tədildə məzhəb təəssübkeşliyi
Əbu Hənifənin timsalında.........................................................................143
Ön söz
Müttəqi və saleh bəndələrin hamisi olan Uca Allaha həmd
olsun. Aləmlərə rəhmət olaraq göndərilən hidayət pey ğəmbəri
Həzrət Muhəmmədə (s.ə.s), onun ailəsinə, səhabələrinə və
qiyamətə qədər ona tabe olanlara salətu-salam olsun.
Müəllimim, böyük mühəddis, fiqh və üsul alimi Əbul-
Məhəsin Seyyid Muhəmməd Yusif əl-Huseyni əl-Bənnurinin
banisi olduğu Pakistan/Karaçi İslami Elmlər Universitetinin
keçmiş hədis müəllimlərindən olan alim, mühəqqiq,
1
mühəddis,
2
münəqqid,
3
ustad Muhəmməd Əbdürrəşid ən-
Numaninin əlinizdəki “İmam Əzəm Əbu Hənifənin Hədis
Elmindəki Yeri” adlı bu əsəri çox dəyərli və faydalı əsərdir.
Əlinizdəki kitabı əvvəlki Hindistan və Pakistan nəşr lər in-
dən fərqləndirən əsas xüsusiyyət bu nüsxənin müəllif tə-
rəfindən yenidən gözdən keçirilməsidir. Oxu- narkən müəl lif
bəzi ifadələri dəyişdirmiş və son dərəcə əhəmiyyətli mü əy yən
əlavələr etmişdir. Ustad hələ də kitaba əlavələr et məkdə davam
edir.
Qiymətli əsər ərsəyə gətirmək böyük səbir və əziyyət təl-
əb edir. Müəllif kitabdakı məlumatları toplamaq üçün bö-
yük əmək sərf etmiş, xeyli əziyyət çəkmiş, səbrlə qarşılaşdığı
çətinliklərə sinə gərmişdir.
Hənəfi məzhəbindən olmayan bir çox mühəddis və ta-
rixçi alim Əbu Hənifəyə atılan böhtan və iftiralara rədiyyə
1. təhqiq edən, həqiqəti araşdıran.
2. Hədis sahəsində mütəxəssis. Çox hədis toplayıb, sənəd və mətnlərilə
əzbərləyən, ravilərin cərh və tədil baxımından vəziyyətlərini bilən, bu sahədə
kitablar yazan alim.
3. tənqidçi deməkdir.
10
İmam Əbu Hənifə
mahiyyətində müstəqil əsərlər qələmə almışlar. Fəqih,
4
mühəddis, Məğrib hafizi Əbu Ömər İbn Əbdilbərr əl-Maliki,
imam, hafiz, mühəddis Şəmsəddin əz-Zəhəbi əş-Şafei,
İbnul-Mibrəd adı ilə tanınan imam, fəqih, mühəddis Yusif
ibn Həsən ibn Əbdülhədi Hənbəli əd-Dəməşqi əs-Salehi,
imam, mühəddis, hafiz əs-Süyuti əş-Şafei, imam, hafiz,
mühəddis Muhamməd ibn Yusif əs-Salehi əş-Şafei, böyük
Şafei alimi, imam və fəqih İbn Həcər əl-Heytəmi əl-Məkki
və digərləri bu böyük alimlərdən bəziləridir.
Bundan əlavə bir çox alim Əbu Hənifənin fəzilətləri,
mənqibələri və onun böyük din alimlərindən olduğu
haqqında əsərlər yazmışlar. Qələmə aldıqları həmin əsərlərlə
Əbu Hənifəni müxtəlif məzhəblərdən olan təəssübkeş
insanların iftiralarından qorumuşlar.
Əlinizdəki bu kitab İmam Əbu Hənifənin hədis elmin-
dəki yerini göstərmək baxımından olduqca əhəmiyyətlidir
və bu sahədə yazılan digər kitablardan fərqlənir.
Bu əsər Hindistan və Pakistanda dəfələrlə nəşr edil-
mişdir. Lakin mən kitabın Ərəb ölkələrində də nəşrinin
lüzumlu olduğu qənaətinə gəldim. Ona görə ki, bu ölkələrin
bəzilərində, İmam Əbu Hənifəyə hədis baxımından xor
baxan düşüncə hakimdir.
5
İmam Əbu Hənifəyə atılan
4. Fiqh alimi. Dinin ibadət və müamilə sahəsində mütəxəssis alim. İslam
Hüquqçusu. Quran və Sünnədə olmayan və ya açıq-aydın başa düşülməyən
hökmləri ictihad səlahiyyətinə əsasən var gücünü sərf edib şəri dəlillərdən
əməli hökmləri çıxaran (istinbat edən) müctəhid. Səhabə və tabeundan fəqif
olanların sayı çox olsa da, ictihadları ilə məzhəb əmələ gələn fəqiflər azdır.
Bunlar əbu Hənifə, İmam Malik, İmam şafei, İmam əhməd ibn Hənbəl və s.
Hal-hazırda müsəlmanların əksəriyyəti bu məzhəblərdən birini təqlid edir. El-
min inkişafı ilə məişətdə təzahür edən məsələləri dövrün şərt və ehtiyaclarını da
nəzərə alaraq Quran və Sünnə çərçivəsində həll etmək üçün adı keçən məzhəb
daxilində belə, fəqif dərəcəsinə çatmış bir çox alim yetişmişdir. Bu fəqiflər,
müctəhid dərəcəsində olsa da, fitva və ictihadları ilə tabe olduğu məzhəbin
metodlarından kənara çıxmamışlar.
5. Digər ölkələrdə olduğu kimi ölkəmizdə də İmam Əbu Hənifə
11
İslam alimlərinin gözü ilə hədis elmində
iftiralara cavab mahiyyətində, həmçinin onun şəxsini,
elmini, fiqhi bilgisini və böyük imam olduğunu ehtiva edən
belə bir əsərə çox ehtiyac var. Bu əsər doğrunu tapmaq
istəyənlər üçün bir fənər, təəssübkeşlik libasına bürünənlərə
isə nəsihət mahiyyətindədir. Şübhəsiz ki, doğru yola
yönəldəcək yalnız Allah-Təaladır.
Allah Peyğəmbərimiz Muhəmməd Mustafaya salətu-
salam etsin. Aləmlərin Rəbbi olan Uca Allaha həmd olsun.
Abdulfəttah Əbu Ğuddə
1
Zilqədə 1415
Ər-Riyad
haqqındakı yanlış düşüncələr formalaşmağa başlamışdır. Ümidvarıq
ki, bu kitab vəsiləsilə onun haqqındakı yanlış düşüncələr ortadan qal-
xacaq.
Müqəddimə
Aləmlərin Rəbbi olan Uca Allaha həmd olsun. Gözəl
aqibət müttəqilərindir. Salətu-salam nəbilərin və rəsulların
rəhbəri, peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd
Mustafaya, onun pak ailəsinə, səhabələrinə, din alimlərinə,
müctəhidlərə və mühəddis hafizlərə, xüsusilə də imamımız
və ilk müctəhidlərdən olan İmam Əzəm Əbu Hənifə Numan
ibn Sabitin üzərinə olsun.
Başda İmam Əzəm Əbu Hənifə olmaqla, özlərinə tabe
olunan imamların doğru yolda olduqları, elmdə onların tayı-
bərabərinin olmadığı xüsusunda müsəlmanlar həmrəydir.
Onların elmdəki fəzilətləri, çatdıqları elmi səviyyə, Allaha,
Rəsuluna və Kitabına qarşı sayğıları müsəlmanlara
məlumdur. Allah onları göydəki ulduzlar kimi fərqli
yaratmışdır. Həqiqəti axtaran bir çox müsəlman onların
vasitəsilə doğru yolu tapmışdır. Allaha qulluq edən, ibadət
əhli kimsələr onlara tabe olmağı özlərinə borc bilmişlər.
Onlar sevilməyə və təriflənməyə layiq şəxsiyyətlərdir.
Onların üzərimizdəki haqqları danılmazdır.
Sələf alimləri və onlardan sonra gələn tarix, hədis, fiqh
və ictihad sahəsindəki alimlər sadəcə xeyirlə yad edilmişlər.
Onlar haqqında doğru düşünməyənlər isə, haqq yoldan
uzaqlaşanlar olmuşdur.
Lakin, son dövrlər yeni bir ideologiya ortaya çıxmışdır. Bu
ideologiya mənsubları imamlara tamamilə uzaq olduqları
şeyləri isnad etməyə, onları nüfuzdan salmağa, özlərini isə
onların səviyyəsində və ya daha üstün tutmağa başladılar.
Xüsusilə İmam Əbu Hənifəyə çox ağır iftiralar atdılar.
Əbu Hənifə haqqında yanlış qənaətdə olan bu insanlar,
imanı, dini və fiqhi bilgisi haqqında əsassız ittihamlarla
14
İmam Əbu Hənifə
onun adını ləkələməyə çalışdılar. Mütəqaddimun və
mütəaxxirun alimlərin bir çoxu deyilənlərin əsassız iftiralar
olduğunu sübut etmişdir.
Ancaq, bəzi kəslər hələ də bu sübutları qəbul etmək
istəmir, bəziləri də
cərh
6
və tədil
7
kitablarındakı bir neçə fikri
əsas götürdü. Halbuki deyilənlər müxtəlif illətlər
8
səbəbilə
elmi yöndən qəbuledilməz idi. Bu səbəblə həmin bilgilərə
isnad edilən cərhə etibar etmək olmaz. Amma, həmin şəxslər
bu fikirləri əsas gətirərək İmam Əbu Hənifənin hafizəsini və
zəbti
ni
9
tənqid etməyə başladılar. Mütəqaddimun mühəddis
6. Bir ravinin, günahkarlıq, yalançılıq və s. qüsurularına görə hədis mütə-
хəs sisləri tərəfindən rəvayətinin rədd edilməsinə cərh deyilir.
7. tədil isə ravinin, rəvayətinin qəbul edilməsinə dair оnu tаnıdаn sifət-
lərinin qeyd edilməsiylə təzkiyə edilməsi (ədalətli və etibarlı olduğunun
göstərilməsi) deməkdir. Bir hədisin sənədindəki raviləri, lazım olan şərtləri
daşıyıb-daşımadıqları və hər cəhətdən etibarlı olub-olmadıqları bахımındаn qi-
ymətləndirmək və tənqid etmək isə cərh və tədil adlanır. Cərh və tədil elmi,
İslamın ikinci əsas mənbəyi olan Sünnəni qorumaq üçün gərəklidir. İslami
hökm lərə mənbə təşkil edən hədislərin səhhəti, hər şeydən əvvəl onları rəvayət
edən ravilərin ədalət və zəbt yönündən dürüst və etibarlı olmalarına bağlıdır.
Bu səbəblə bu sahənin alimləri ravilərin şəxsiyyətlərini, rəvayət qaydalarına
bağlılıqlarını, nəqldəki diqqət və etinalarını, nəhayət dinin əmr və qadağaları-
na riayət dərəcələrini tənqid etmişlər. Hədis elminin bu sahəsi, ən inkişaf et-
miş sahələrdən biridir. Bəzi səhabələr və bir çox hədis alimi bu sahədə bir çox
əsərlər yazmışlar. Səhabələrdən Hz. aişə, İbn abbas və ənəs ibn Malik, tabeun-
dan şabi, İbn Sirin, aməş, şöbə və Malik ibn ənəs, abdullah ibn Mübarək,
yəhya ibn Məin və əhməd ibn Hənbəl və s. alimləri buna misal göstərmək
olar. ravilərin Cərh və tədili haqqında yazılmış əsas əsərlərdən bəziləri bun-
lardır: əl-İcli (vəfatı 361/972), İbn əbi Xatim ər-razi (vəfatı 327/939) və İbn
Hibban əl-Bustinin (vəfatı 354/965) eyni adla təlif etdikləri “kitabul-cərh vət-
tədil”, əbul Fərəc İbn Cövzi (vəfatı 597/1201) “kitəbud-duəfə”, Zəhəbi (vəfatı
748/1347) “Mizanul-İtidal fi nəqdir-rical”.
8. İllət kəlməsi lüğətdə «xəstəlik, üzr, bəhanə, səbəb, qüsur, mənşə» kimi
mənalara gəlir.
9. ravinin, rəvayət etdiyi hədisi tam və doğru olaraq eşitməsi, başa düşməsi,
əzbərləməsi, hədisi eşitdiyi andan rəvayət etdiyi vaxta qədər bu vəziy yəti qo-
15
İslam alimlərinin gözü ilə hədis elmində
imamların onun şəxsi, elmi və zəkası haqqındakı təriflərini
isə görməzlikdən gəldilər. Halbuki, bu imamlar cərh və
tədil elminin qurucularıdır.
Mən də yazdığım bu əsərlə İmam Əbu Hənifəyə atılan
iftiralara cavab vermək, iftiraçıların toruna düşənləri
həqiqətlərdən xəbərdar etmək, həmçinin mütəqaddimun və
mütəaxxirun alimlərin böyük imam haqqındakı fikirlərini
bir yerə toplamaq qərarına gəldim. Ümidvaram ki, Əbu
Hənifə haqqında yanlış düşünən insanlar yazdığım bu
əsər vasitəsilə haqq və həqiqətlərdən xəbərdar olar, onun
haqqındakı yanlış düşüncələrini dəyişərlər.
Bu böyük imamın fəzilət və mənqibələri saymaqla
qurtara bilməyəcək qədər çoxdur. Bir çox mütəqaddimun
və mütəaxxirun alim bu mövzuda müstəqil risalələr və
kitablar yazmış, tarix, bioqrafiya kitablarında ondan bəhs
etmişlər. Amma yazılanların əksəriyyəti oxucu kütləsinin
asanlıqla başa düşəcəyi əsərlər deyil. Əlinizdəki kitabda
müxtəlif əsərlərdəki məlumatları bir yerə toplamağa,
həmin kitablardakı bilgilərdən oxucuların asanlıqla
faydalanmalarını təmin etməyə çalışdım.
Allah-Təaladan arzum budur ki, bu əsəri Özünün xoş-
ruması və lazım olduqda hədisin eynilə nəql edə bilməsidir. Zəbt sahibi bir
ravi: 1) Hədisi əzbərindən nəql edirsə, tam olaraq əzbərləmiş olmalıdır. 2)
rəvayət etmədiyi hədis təqdim ediləndə həmin hədisi özünün nəql etmədiy-
ini bilməlidir. 3) ravi hədisi kitabından nəql edirsə, kitabını yaxşı mühafizə
etməlidir. 4) Hədisi məna ilə rəvayət edirsə, mənanı pozan amilləri bilməlidir.
Hədisi yaxşı öyrənən ravinin zəbt sahibi olduğunu başa düşmək üçün, rəvayət
etdiyi hədis, sağlam, möhkəm və siqa ravilərin hədisləri ilə qarşılaşdırılır. əgər
rəvayəti onların rəvayətləri ilə uyğun gəlirsə o ravi zəbt sahibi qəbul edilir.
əksinə ravi, siqa ravilərə tez-tez müxalifət edir və rəvayət etdiyi hədislər siqa
ravilərin rəvayətinə ümumiyyətlə uyğun gəlmirsə, o ravi zəbt sifətini itirdi-
yinə görə nəql etdiyi hədislər dəlil olaraq istifadə edilə bilməz. ədalət və zəbt
sifətlərini özündə cəm edən raviyə siqa ravi deyilir. Siqa ravinin rəvayət etdiyi
hədislərlə əməl etmək olar. raviləri ədalət və zəbt sifətlərinə görə araşdıran
elmə Cərh və tədil elmi deyilir.
16
İmam Əbu Hənifə
nud və razı qalacağı şəkildə tamamlamağı mənə nəsib et -
sin. Allah-Təala hidayət üzrə olan və insanları doğru yo-
la istiqamətləndirən imamların hamısından razı olsun.
On ları İslama və müsəlmanlara etdikləri xidmətlərə gö rə
dərgahından yüksək dərəcələrlə mükafatlandırsın. Boy-
numu bükərək, acizliyimi etiraf edərək Uca Şanını təqdis
et diyim Rəbbimdən bu işimi qəbul etməyini niyaz edirəm.
Həqiqətən O, duaları qəbul edəndir. Hər anımız üçün Uca
Allaha həmd olsun. Peyğəmbərlərin sonuncusu Həzrət
Muhəmmədə, ailəsinə, səhabələrinə və onun yolundan
gedənlərə salətu-salam olsun.
Muhəmməd Əbdürrəşid ən-Numani,
20 Şaban 1415
Karaçi
Giriş
Aləmlərin Rəbbi olan Uca Allaha həmd, Peyğəmbərimiz
Hz. Muhəmmədə (s. ə. s), onun ailəsinə və bütün səhabələrinə
salətu-salam olsun.
Bu kitabı yazmaqda məqsədim İmam Əzəm Əbu Həni-
fə nin hədis elmindəki əvəzolunmaz yerini göstərməkdir.
Yazdığım bu əsərlə düşmənlərin onun haqqındakı
şübhələrinə cavab verəcəyimi ümid edirəm. Allahdan
niyaz edirəm ki, bu işimi qəbul buyursun, günahlarımı da
bağışlasın. Həqiqətən, yeganə ümid qapısı Onun dərgahıdır.
İmam Əbu Hənifə
dinə və ibadətə düşkün insan idi. Çox
Quran oxuyar, gecələri ibadətlə keçirərdi. Bununla yanaşı
əliaçıq, səxavətli və iti hafizəyə malik insan kimi tanınırdı.
O, Kitab və Sünnəyə son dərəcə əhəmiyyət vermiş, hədis
öyrənmək üçün şövqlə çalışmış və bunun üçün səfərlərə
çıxmışdır. Hz. Peyğəmbərdən nəql olunanları başqa söz-
lərdən üstün tutmuş, sünnələri bir yerə cəm etməyə,
yad fikirlərdən qorumağa, müxalif olanları ayırmağa
çalışmışdır. Hədis rəvayətində sadəcə siqa
10
ravilərdən hədis
rəvayət edən, zəif ravilərin rəvayətlərini qəbul etməyən
ilk şəxsdir. Ömrünün axırına kimi hədis və fiqh sahəsində
fəaliyyətlərinə davam etmişdir. O, həmçinin şəhərlərdə
müraciət edilən, uzaq diyarlarda insanların özlərinə rəhbər
saydığı öndər şəxsiyyət olmuşdur.
Bunlarla yanaşı Əbu Hənifənin yaxşı elm öyrənmə və
əzbər qabiliyyəti vardı. Fiqh elminin tədrisi və yayılmasında
10. Zəbt ravinin eşitdiyi hədisi uzun müddət yadda saxlama qabiliyyətinə
deyilir. ravinin zəbti, etibarlı ravilərin rəvayətlərinə zidd olmamalıdır. əgər
cüzi ziddiyyət olarsa, bu zəbtə mane olmur. Bu iki xüsusiyyətə (ədalət və zəbt)
malik ravilərə hədis elmində siqa ravi deyilir.
18
İmam Əbu Hənifə
onun böyük əməyi olmuşdur. Saraydan uzaq olmağa
çalışmış, ömrünü elm öyrənməyə və öyrətməyə həsr
etmişdir. Onun yüksək əxlaqi məziyyətləri sayılmayacaq
qədər çoxdur.
Onun dində imam, dərin elmi bilgisi və son dərəcə
fəzilətli insan olduğu haqqında ümmətin icması var.
Dövrünün alimləri onu elmi, zühdü, ibadətə düşkünlüyü,
hakimiyyətdən uzaq durması, qazılıq təklifini rədd etməsi,
nəql etdiyi hədislərin çoxluğu, fiqh elmindəki üstünlüyünə
görə mədh etmişlər. Bütün bunlar tarix və bioqrafiya
kitablarında müfəssəl şəkildə öz əksini tapmışdır.
Dostları ilə paylaş: |