Bu sayimizda 3



Yüklə 59,36 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix10.07.2017
ölçüsü59,36 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15

BU
SAYIMIZDA
3
Nizami TAĞISOY
“Ulduz”un noyabr
sayına baxış
8
Mətləb AĞA
özüylə söhbə  
və şeirləri
11
qisa fi̇kirlәr
xәzinәsi
15
Vüsal NURU
Tüklü sabun
20
FURQAN
şeir vax
22
Әsəd CAHANGİR
tribuna
29
Frans KAFKA 
tərcümə saa
30
Murad
KÖHNӘQALA
nağıllar
42
Ayqiz
BAYMUXAMETOV
Türk eli
45
Qərib NİCAT
debüt
38
E bar KӘRİMLİ
esse

Redaksiya heyəti
Təranə Vahid
(Baş redaktor müavini)
Həyat Şəmi
Elçin Mirzəbəyli
Xəyal Rza
Səhər
Xanəmir
Rəsmiyyə Sabir
Elxan Yurdoğlu
Nuranə Nur
Anar Amin
Elmar Vüqarlı
Әləmdar Cabbarlı
Qılman İman
Hafiz Hacxalıl
Nisəbəyim
Fərid Hüseyn
Məshəti Musa
Elşən Әzim
Seyfəddin Altaylı 
(Türkiyə)
Xaqani Qayıblı 
(Estoniya)
Baloğlan Cəlil 
(Başqırdıstan) 
Saodat Muxammadova 
(Özbəkistan)
Nilufər Şıxlı
(Rusiya)
Bədii redaktor
Әdalət Həsən
Ünvanı: Az‐1000, Bakı, 
Xaqani küçəsi, 25
ulduz_dergisi@mail.ru
dursul@mail.ru
www.ayb.az
Telefon: 498‐72‐43
Çapa imzalanıb: 09.12.2016
«Ulduz» jurnalı
redaksiyasında yığılıb
səhifələnib. «Təhsil Nəşriyyat‐
Poliqrafiya» müəssisəsində 
çap olunub. 
Sifariş. №124, Tiraj: 300
Qiyməti: 2 man.
1967‐ci ildən çıxır
Şəhadətnamə № 238
Nömrənin eksperti:
Abid Tahirli
Baş redaktor
Qulu Ağsəs
Təsisçilər:
Azərbaycan Yazıçılar Birliyi və
«Ulduz» jurnalının kollektiv
i
46
İlkin ELSEVӘROĞLU
folklor
48
Namiq
HACIHEYDӘRLİ
atlı yazı
51
Tural SAHAB
nəsr
61
Zeynəb ӘLİQIZI
nəsr
60
Gülşən
MUSTAFA
debüt
64
Tural ADIŞİRİN
şeir vax
81
Hikmət
MӘLİKZADӘ
şeir vax
88
Orxan
FİKRƏTOĞLU
dərgidə kitab
87
debüt
74
bölgәlәrdәn
soraqlar
77
tәrcümә saa
79
Mənsur MATT 
nəsr
83
səsli yazı
67
Cavid QӘDİR
nəsr

«АЗЯРМЯТБУАТЙАЙЫМЫ»
АЧЫГ СЯЩМДАР 
ЪЯМИЙЙЯТИ
«Улдуз» журналына абуня 
олмаг цчцн республиканын
бцтцн шящяр вя район 
«Мятбуатйайымы» шюбяляриня
мцраъият етмяйиниз кифайятдир.
«ГАЙА»
МЯТБУАТ ЙАЙЫМЫ
«Улдуз» журналына абуня 
олмаг цчцн республиканын
бцтцн шящяр вя район
«QAYA» мятбуат йайымы 
шюбяляриня мцраъият 
етмяйиниз кифайятдир.
Журналын
1 айлыг абуня гиймяти — 2.00 ман.
6 айлыг абуня гиймяти — 12.00 ман.
Бакы шящяриндя абуня йазылмаг истяйянляр:
нюмряли телефонлара зянэ едя билярляр.
ISNN 0134-522 ИNDEKS AZ 1000  2 АЗН
«EKSPRESS»
МЯТБУАТ ЙАЙЫМЫ
«Улдуз» журналына абуня 
олмаг цчцн республиканын
бцтцн шящяр вя район 
«EKSPRESS» мятбуат йайымы 
шюбяляриня мцраъият 
етмяйиниз кифайятдир.
440 — 27 — 85
440 — 39 — 83
440 — 46 — 94
564 — 63 — 45
598 — 35 — 22
556 — 67 — 13
564 — 48 — 96
437 — 28 — 10
408 — 17 — 51

Nizami TAĞISOY
Jurnalın eksperti olduğum noyabr sayını,
“Bayatı” kitab mağazasından alan kimi, onu
oxumağa başladım. Rəyimə nəsr nümunə ‐
lərindən başlamağı qərara aldım. Nilufər Şıxlının
“Özüylə söhbəti…” və ixtisarla təqdim olunmuş
“Ölümsüz” hekayəsi ilə tanış oldum. Onun
“Özüylə söhbəti”ndə xo şuma gələn əsasən o
oldu ki, müəllif öz‐özü ilə söhbəti ‐ vicdanla
üz‐üzə durmaq kimi qiymətləndirir. Deməli,
Nilufər özü ilə söhbətin dəyərini bilir və yəqin
ki, yaradıcılıqla məşğul olacaq bir insanın bu
kredoya ömrü boyu xidmət etməsi haqqında
düşünür. Qələm sahiblərindən Qulu Ağsəsin
yazı manerasını, üslubunu bəyənməsi, görünür,
özünün də fərdi manerada yazacağına inamı
artırır. “Ölümsüz” hekayəsinin adı mənimçün
maraq doğurdu. Müəllifin mövzunu
özünəməxsus ştrixlərlə boyamağa səy
göstərməsi yaxşı haldır. Heka yədəki Sarmadın,
Әmirin, Әsranın, Tuncayın, Safiyə xanımın,
Ömər bəyin, Sonayın timsalında yaradılan
obrazlar, ümumi təhkiyənin gedişi normaldır.
Bununla belə, hekayə ideya baxımından bizdə
hər hansı bir qeyri‐adi marağa səbəb olmadı.
Məişət məsələlərinə həsr olunmuş bu hekayənin
dil‐üslub xüsusiyyəti də diqqətimi xüsusi bir
aclıqla özünə cəlb etmədi. Ata‐ana, qız, gəlin,
baldız, qayınata və başqaları arasında cərəyan
edən münasibətlər də fərdi yozum tərzi
ənənəvidən, demək olar ki, seçilmir. Hekayənin
bir sıra yerlərində (məsələn, “axşama yorğun
düşür düm”, “havanın ən qızmar zamanında”
(s.12), (“doğuşun çox gec çəkdiyini” (s.13),
(“onun hərəkətlərinə alışqan idim”… (s.14),
(“Әmir hər zamankı kimi, yenə də bu oyuna
gəldi” (s.14), (“hər şeyə rəğmən bu anda ona
yazığım gəlirdi” (s.15), (sakit ol, ‐ Әmir bacısına
səsini qaldırdı” (s.16) və s. kimi ifadələrdə dil‐
imizin üslub qaydaları da yetərincə qorunub
saxlanılmayıb. 
Nəsr nümunələrindən xoşuma gələni (hesab
edirəm ki, bu həm də oxucuların rəğbətini qa ‐
zana bilər) Çinarə Ömrayın “Çinar tərəzi”
hekayəsi oldu. Açığını deyim, imza mənə o
qədər tanış olmasa da, müəllifin yazı manerası,
dəst‐xətti, təhkiyəni maraqlı, orijinal məcraya
yönəltmə istəyi diqqətçəkəndir. Hekayənin
bədii axını, hadisələrə müəllif nəzarəti özünə ‐
məxsusdur. Hiss edirsən ki, gənc yazar ədəbi
sözün “mayasını” yaxşı tutmağı bacarır və
yəqin ki, gələcəkdə onun bu bacarığı vərdişə
keçə bilmək ehtimallarını çin edə biləcək. Çinarə
“Çinar tərəzi”də fərdi bədii duyumunun özəl
interpretasiyasını yoza və yaza bilib. “Qapını
açan kimi xan çinardan sallanmış iki kişi cəsədi
gözümə girir. Yaxınlaşıram. İki kişi cəsədi daş
tərəzilər kimi yellənir. Gah o ağır gəlir, gah
bu…” (s. 27). Çinarə Ömray hekayədə uğurlu
keçidlər edə, hadisələri bir süjet məkanından
digərlərinə uğurla daşıya bilir. Bunu biz bir
neçə sintaqmatik vahidlərə bölünmüş mətndə
yaxşı görürük. Çinarənin işlətdiyi “… atamın
№12 (571) dekabr 2016
I
3
EKSPERT
Ĥłħīī-IJıĨĵīĭ 
ħĹĻĹİĽłįīĪīİ
ĴľİģĦ įĨĬħģİľ
(“Ulduz”un noyabr sayına baxış)

o alçaq kürəkəni qolumda təkcə siqaretini deyil,
o siqaretlə yanaşı, hər dəfə insanlara olan
sevgini söndürürmüş”… “Uşaqlara olan sevgim
idi qolumda lal‐lal sönən siqaretlər”, yaxud
“… sevgim o qış gecələrində qan əvəzi xalçalara
hopub qurudu, xalça güllərini, ağaclarını qu‐
rutdu” və ya  “Hisslərimi nazik gecə geyimi
ilə qarlı qış gecələrində həyətdə, ağacın altında
donanda itirmişəm” (s.25) frazaları görümlü
və düşündürücü effekt yaradır. Çinarənin nəsr
yaradıcılığının başqa nümunələri ilə tanış ol‐
masam da, mənə elə gəlir ki, onun ədə biy ‐
yatımızda gələcəkdə öz fərdi üslubunu yaratmaq
istəyi daha da reallaşacaqdır. Çünki onun bədii
ifadələrində müəllif fərdiliyini, sözün məna
və mahiyyətinin daha dərin keyfiyyətlərini or‐
taya çıxarmaq istəyi özünü büruzə verməkdədir. 
“Ulduz”un müəlliflərinin dəyərləndirməyə
can atdığımız bu sayında tanınmış nasir və
dramaturq, tarixi romanlar müəllifi Elçin
Hüseynbəylinin də “Kənddə bir gün” adlı
hekayəsi yer alıb. Mən Elçin Hüseynbəylinin
hekayə, povest, roman (o cümlədən tarixi ro‐
man) janrında qələmə aldığı nümunələrə, on‐
larda qoyulmuş bədii problematikalara daim
sayğı ilə yanaşmışam. Hər dəfə Elçin əsərlərində
sözü mum kimi edib istədiyi hala gətirdiyinin
şahidi olmuşam. Elçin burada da həmin kre‐
dosuna sadiq qalıb. “Yovşan qağayılar”,
“Gözünə gün düşür” və s.ilə səsləşən bəzi
məqamlar “Kənddə bir gün”ün müəyyən
mənada fraqmental cizgilərini yaratsa da,
mövzuya yaradıcı münasibət istedadlı qələm
sahibi tərəfindən uğurla sərgilənməkdədir.
Elçin nəsrində biz xalq dilinin imkanlarından
yaradıcılıqla yararlanmanı görürük. “Kənddə
bir gün”də belə yanaşma yetərincə səmərəli
nəzərə çarpmaqdadır. Hekayəyə çəkilmiş evin
4
I
ULDUZ

illüstrasiyası isə nədənsə xatirimdə Qarabağda
yetim qalmış yurd yerlərinin mənzərəsini
yaratmaqdadır. Fikrimcə, hekayənin ən yaxşı
tərəflərindən biri müəllifin vətənə, yurda bağlılıq
ideyasını qabartmağa səy göstərməsidir.
“Zürafə ilə dovşanın dostluğu” ‐ Səmayə
Nənənin nağılı isə mənə məşhur “Kəlilə və
Dimnə”dəki hekayətlərdən bəzilərini xatırladır.
Və elə bilirəm ki, belə nümunələrin jurnala
ayaq açması o qədər də təqdir olunası hal
hesab edilə bilməz.
Nəsr nümunələrini əks etdirən Nargisin
“Boşluğun tragediyası” hekayəsini də oxudum.
Açığını desəm, burada nəzərləri özünə cəlb
edən hansısa məqamlarla rastlaşmadım. Məlum
məsələdir ki, ədəbiyyata həm də bədiyyat
deyirlər. Yəni bu, dildən, xüsusən xalq dilindən
bacarıqla faydalanmaqdır. Bu yöndə müəllif,
fikrimcə, hər hansı uğura imza atmayıb. Təqdim
olunmuş nümunədən görünür ki, Nargis indiki
halda dilin ifadə imkanlarından yararlanmağa
yetərincə müvəffəq olmayıb. Qeyd etdiklərimi
Nargisin istifadə etdiyi frazalarda aydın görmək
mümkündür. “Belə anlarda ruhu siqaretə
hərisləşirdi”, “… bədəninə toxunan isti sudan
xüsusi zövq almağa başladı”, “Ürəyi yerindən
çıxacaq kimiydi”, “… balaca münaqişənin
nəticəsində toplaşan yaş özünü çölə atdı” “…
özünüzə qalacaq yer tapın”, “Onlar nadirən
danışardılar”, “Bilirdi ki, qadınlar bir yolunu
tapıb gedirlər…” (s. 52), “Evin simasından
yetimlik yağırdı” (s. 53) və s. kimi ifadələr ox‐
unulacaq mətnə münasibəti nəzərəçarpacaq
dərəcədə zəiflədir. 
Bunlar mənim jurnalın bu sayındakı nəsr
nümunələri ilə bağlı qənaətlərimdir. 
İndi də keçək “Şeir vaxtı” rubrikası altında
təqdim olunmuş nümunələrə. Xuraman
Hüseynzadənin şeir duyumu məni  özünə cəlb
etdi. Məsələn, baxın görün Xuraman “Sarışın
payız”da fəslin peyzajını necə uğurlu assosiativ
ifadələrlə yarada bilir:
qara buludlarla yaşmaqlandı günəş
yorğun göylərin
təri səpələndi yerə.
etibarsız quşlar
günəşi axtarmağa getdi… (s. 18)
Sizi deyə bilmərəm, Xuramanın bu misraları
mənim payız hisslərimə nostalji bir sığal çəkir
və payız aurasına qarışdırır. 
“Pencək havası” şeirində də Xuramanın
poetik konstruksiyaları cəlbedicidir:
sevgilim səndə doğulub
özüm oktyabrda
o, üzü yaya gedərək böyüyüb,
mən qışa…
ortaq sevgimiz var onunla,
bir də ilıq
günəşimiz 
və 
ikimiz də pencək havasında doğulmuşuq…
‐ deməklə müəllif bu fəslin hər iki gəncin
həyatına vurduğu ştrixləri göz önünə gətirib. 
“Hərdən xətrimə dəy” şeirinin də öz hüsnü,
öz camalı, öz fərqli ahəngi nəzərdə  canlandırılır:
hərdən xətrimə dəy
küsməyi öyrənim
ara ver təriflərə
özümdən
bezməyi öyrənim
bunun yaşlaşmağı
qocalmağı var
təriflərin təsəlliyə dönməsin
sonra…      
Biz Xuramanın bundan sonra şeirlərin dili‐
ni‐felini yaxşı biləcəyi qənaətindəyik. O, şeirə
klassik qiyafədə yox, yeni tərzdə don biçməyi
bacaracağı qənaətini ortaya qoymaqdadır.
Nazilə Gültacın “Şeir vaxtı” rubrikasında
dörd şeiri var. Bu şeirlərin içərisində ən xoşuma
gələni, ən müxtəsəri və sərrast ifadələri ilə
diqqəti çəkən “Sənə güvənim çat verib”dir. 
Sənə güvənim çat verib.
Hər dəfə baxanda
özümü, əksimi
sınmış görürəm.    
Düşünürəm ki, Nazilə Gültac istifadə etdiyi
ifadələrdən şeir çələngi hörməyi bacara bilər.
Firəngiz Sabirqızının “Ulduz”un bu sayında
debüt etməsi də, qənaətlərimə görə normal
№12 (571) dekabr 2016
I
5

hesab edilməlidir. “Seçib şəkillərinin ən gözəlini”
şeirində bir parçaya nəzər salaq:
Seçib şəkilinin ən gözəlini,
Özümə tutmuşam öz də dəyişib.
Mən səni özümə geydiyim gündən
Üzümə geydiyim üz də dəyişib.    
Firəngizə daha tutarlı, düşündürücü, qeyri‐
adi hiss və ovqat yarada biləcək yaradıcılıq
uğurları arzulayıram. 
Rəfael Tağızadənin şeirləri torpaq,vətən
sevgisi ilə intim sevgi hissinin qovuşuğundan
araya‐ərsəyə gəlib. “Torpaq sevgisi”, “Xəyalım”,
“Sükutlu gecə”, “O baxış ola”, “Yuxumda”
adlı nümunələrdə Rəfaelin sözdən poetik fikir
yoğurmaq istəyini görmək mümkündür. Bunu
“Xəyalım” şeirindəki ifadələrdə izləyək:
Gecə küləyinin sehrinə düşüb
oynayır ağacın kölgə qolları.
Başımın üstündə mürgüləyir Ay
Uzanır gecənin həsrət yolları.  
Açığını desəm, bu şeiri oxuyanda gözümün
qarşısında böyük rus şairi Sergey Yeseninin
yaradıcılığının 20‐ci illərə qədərki dövrü yada
düşür. Rəfael də Yeseninsayağı gecəni, Ayı,
qara buludları özünəməxsus təsvir predmeti
edir ki, bu tipli poetik oxşama oxucunun
hisslərini fəslin təsvir olunan çağına qovuşdurur.
Eyni zamanda uğurlu peyzaj nümunələrini
“Sükutlu gecə” şeirində də görmək müm ‐
kündür:
Göy üzü aram‐aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır. 
Yuxumu itirmişəm
bu darıxan gecədə.
Әlin qoynuna qoyub
mürgü vurur küçə də.  
Məncə,  ağıllı, orijinal, ölçülü‐biçili, götür‐
qoylu ifadələrdir. Bu misralar poetik biçim və
deyim tərzi nöqteyi‐nəzərdən qüsurlu hesab
edilə bilməz. Әksinə, burada müəllifin hər
hansı zaman xronotopunun özünəməxsus
görüntüsünü yaratma bacarığı oxucu nəzərini
özünə cəlb etməkdədir. Fikrimcə, Rəfael
Tağızadə indən belə daha sərrast, ülgülü ifadələr
seçməyə səy göstərməli, poetik duyum tərzini
daha parlaq nümayiş etdirməlidir.  
“Şeir vaxtı” rubrikasında Gülnarə Sadiqin
bir neçə nümunəsi “Ulduz”un oxucularına
çatdırılıb. “Alın yazım” şeirindəki
Bu gecəm də yarımçıqdı
Öz‐özümdə təkbətəkəm.
Kədər yaman əlaçıqdı,
Gərək onu qəlbə tikəm:
misraları da, düşünürəm ki, oxucularda
xoş ovqat, müsbət assosiasiyalar yaradacaq.
“Ulduz”un Fərqanə Mehdiyevanın təq ‐
dimatında “Bölgələrdən 6x6” rubrikası altında
Salyandan, Cəlilabaddan, Goranboydan,
Laçından, Qəbələdən və Şəmkirdən olan gənc
poeziya həvəskarları ilə müsahibəsi, sual‐cavab
xarakterli mükaliməsindən, sorğusundan sonra
Şəhriyar İbrahimov, Rəsul Mirzə, Rəvan Cavid,
Pərviz Axund, Qoşqar Qaraçaylı, Məhəmməd
Turanın şeir nümunələri “Ulduz”un baş redak‐
toru Qulu Ağsəs və redaksiya heyətinin
bölgələrimizdə yaşayan müəlliflərin yara dı ‐
cılığına sayğı və qayğı ifadə etməsi təq dirəşayan
haldır. Çünki nəzərə almalıyıq ki, Azərbaycan
ədəbiyyatı (janrlarından asılı olmayaraq) təkcə
paytaxtda yox, həm də bölgələrimizdə, Arazdan
o tayda (Cənubi Azərbaycanda), digər region
və ölkələrin ərazilərində də yaradılır. Buna
görə də ədəbiyyatımızın ümumi nəbzinin, ürək
6
I
ULDUZ

döyüntüsünün müxtəlif bölgələrdə, ölkələrdə
yaradılmış nümunələrinin eşidilməsinə də
həssaslıqla yanaşılmalıdır. Mənə belə gəlir ki,
istedadlı ədəbi gəncliyin yaratdıqları (onların
sayı o qədər də çox deyil) örnəklər geniş oxucu
auditoriyasına çatdırılmalı, onların orkestri
daha gur eşidilməlidir. Elə salyanlı dənizçi şeir
həvəskarı Şəhriyar İbrahimovun payızla bağlı
fikirlərində olduğu kimi:
Təqvim yola salır aylar, fəsillər,
Ömür də yarpaqtək soluxur axı.
Dəmləyib gözündə bir ovuc kədər,
Adam da adama yoluxur axı... 
Bundan başqa, Şəhriyarın şeirlərində orijinal
ifadə tərzi,  poetik tutum (“Üst‐üstə geyinib
tənhalığını”, “Yarısı yeyilmiş alma kimi
çürüməyə başladım”, “Yaş damlaları, dara
çəkilən məhkumtək asılır kirpiklərindən”,
“Soyundum əynimdən sevgi köynəyin”,
“Nimdaş yaraların qaysağı kimi”, “Yolsuz
məhəbbətin sərnişiniyəm” və s.) onun maraqlı
təfəkkür yelkəninin hələ dayandığı sahildən
uzaqlara adlaya biləcəyi fikrini formalaşdırır.
Cəlilabadlı Rəsul Mirzənin də şeirlərində
öz yazı tərzini axtardığını görmək mümkündür.
Onun “Gəmi dərdlərim bəs niyə rahatca üzür
canımda”, yaxud “... Səni bətnindəki körpən
təpiklər, Məni bətnimdəki ölən sevgilər” kimi
misralar Rəsulun gələcək şeir düşüncəsinə
pərvaz verəcəyi qənaətini ortaya qoyur.
Goranboylu Rəvan Cavid isə “Daşlaşır in‐
san” şeirində digər misralarla yanaşı, “Bahara
açılan o pəncərələr, payıza açılır mən bö ‐
yüyəndən”,  “Hər ötən nəfəsdə yaşlaşır insan”,
“... Uşaqlığına çəkdiyi həsrət,  heykəltək içində...
daşlaşır insan” deməklə sözdə, fikirdə gənc
yazarın özünəməxsus deyim tərzinə “yuvar ‐
lanmağa” çalışdığı görünməkdədir.
Laçınlı Pərviz Axund xalq yaradıcılığı, aşıq
şeiri tərzində cıgalı təcnis, mükərrər gəraylı və
s. üstündə oxuculara təqdim etdiyi nümunələrin
də özəlliyi şübhə doğurmur. Yaxud “Köç”
şeirində Qarabağdan perik düşdüyümüz illərdə
(elə bu gün də) ellərimizin həyata baxışlarını,
nisgillərini, narahatlıqlarını necə qələmə alması
və sonda bu şeiri:
Fələk, susursan niyə sən?
Çox şey bilirsən guya sən
Xətrinə dəydim, deyəsən,
Fikir vermə, şeirdi də... ‐  
ilə tamamlaması da görümlüdür.
Qəbələli Qoşqar Qaraçaylının “Sevgi ya ‐
ğışı” şeirində Azərbaycanın müxtəlif region ‐
ları  göz önünə gətirilir. Dərbənd, Təbriz,
Göyçə, Murov, Laçın, Xaçın nəinki toponim,
həm də vətən torpağı kimi içimizdən keçir.
Şəmkirli Məhəmməd Turanın “Nisgillər
şəhəri...”, “Şeir sevgilim”, “Yeyər ömrü qız
ahı...” kimi nümunələr gənc şeir həvəskarının
sevgi ilə bağlı düşüncələrinin özünəxas ovqatını
yaradır.
“Ulduz” bu sayında da ənənəyə sadiq
qalaraq digər xalqların sənətkarlarından tərcümə
nümunələri təqdim etmişdir.  Məsələn, istedadlı
qələm sahibi, bacarıqlı mütərcim kimi özünü
təsdiqləməkdə israrlı olan Fərid Hüseyn Dünya
Yazıçılarının 53‐cü Belqrad görüşündə gənc
yunan şairi Koniks Christosla tanışlıqda əldə
etdiyi  bir neçə nümunəni Azərbaycan dilində
maraqlı struktur‐kompozisiya və düzümdə
təqdim etməyə müvəffəq olmuş, oxucularımızı
müasir yunan poeziyasının nümayəndələrindən
biri ilə  görüşdürmüşdür.
Jurnalın bu sayındakı maraqlı nümunələr
sırasında mühacirət ədəbiyyatı və mətbuat tar‐
iximizin dəyərli araşdırıcısı, filologiya elmlər
doktoru, prof. Abid Tahirlinin “Ceyhun
Hacıbəylini anırıq” portret‐oçerki, filologiya
elmləri doktoru Cavanşir Yusiflinin “Tomas
Tranströmerin böyük müəmması” yazısı, Samirə
Әşrəfin isveçli rejissor İnqmar Berqmanla bağlı
verdiyi informativ məlumatlar, Ayişə Nəbinin
Seyid Nigarinin dini‐fəlsəfi, təsəvvüf‐irfan
dünyabaxışına dair təhlil mülahizələri, Hicran
Hüseynovanın Mina Rəşidin şeirlərindən bir
neçəsinə ekskursu, gənc teatrşünas Әli Hacılının
teatr haqqında düşüncələri və s. kimi nümunələr
“Ulduz”un bu sayda da öz qaynar həyat və
yaradıcılıq ritmi ilə yaşadığını sübut etməkdədir.
Mən “Ulduz”un redaksiya heyətinə, orda
əsərləri çap olunan və gələcəkdə olunacaq gənc
müəlliflərə yaradıcılıq məsuliyyətini daha da
yüksəltmək, sözə, bədii yozuma və düşüncəyə,
elmi‐nəzəri, ədəbi‐estetik  fikrə qarşı həssas və
tələbkar olmaq arzulayıram.  
№12 (571) dekabr 2016
I
7

Mətləb AĞA
özüylə söhbəti...
‐ Bəlkə elə ümumilikdə “niyə yazıram”,
“ədəbiyyat haqqında nə düşünürəm” və s.
haqqında danışaq?
‐ İlk dəfə şeir yazanda (ona şeir demək
olarsa) doqquz yaşım vardı və əlbəttə, buna
qədər şeirin nə olduğunu az da olsa bilirdim,
bilirdim ki, şeir təxminən, alt‐alta sırayla yazılmış
sözlərdir və bu sözlər hər şeydən əvvəl qulağa
xoş gəlməlidir, yəni xoşa gələn olmalıdır. Sonra
illər keçdi və mən yenə yazmağa davam elədim,
sonra bir ara yazmadım, hardasa on il və on
ildən sonra sonra yenidən yazmalı oldum,
ancaq  yazdım‐yazmadım, doqquz yaşımdan
üzü bəri bu “şeir nədir?” sualını özümə heç
verməmişəm. Cəmi bircə dəfə  Azərbaycan
Radiosuna müsahibədə Laura xanım Cəbrayıllı
bunu məndən soruşub və mən də bu suala
özümdən bir cavab düzüb‐qoşub demişəm,
ancaq hələ də bunu ciddi–ciddi özümdən
soruşub ciddi bir cavab verməmişəm,
düşünürəm ki, buna heç gərək da yoxdu və
yəqin ki, heç gərək də olmayacaq. Bu, yəni
yazmaq, şeir, bir sözlə, ədəbiyyat hər şeydən
əvvəl mənim üçün bir ehtiyacdı və elə bir
ehtiyacdı ki,  aradan on il keçsə belə dönüb
həmin ehtiyaca qayıtmalı olursan.Yeri
gəlmişkən, söhbət açılıb deyirəm, təxminən üç
il bundan əvvəl “Kulis.az” saytına müsahibəmdə
belə bir şey demişdim ki,  şair olmaq dəqiqələrin
işidir. Yenə də o fikrimdə qalıram. Ona görə
də, belə bir iddianı qəbul etmirəm ki, filankəs
şair qəlbli insandır, nə bilim, filankəs şair ruh‐
ludur və s. Belə bir şey yoxdur. Şeiri yazırsan
və sonra o situasiya sona çatır. Yəni yazırsan,
bitir, vəssəlam. Daha bunun üstündə “oyun”
qurmaq, “mən yaradıcı adamam” deyib özünə
nəsə istisnalıq arzulamaq absurddur. Elə buna
görə də, məsələn, bəzi yazarların buna görə
hansısa bir təmənnada olmasını heç cür başa
düşmürəm (əsasən də Azərbaycan Yazıçılar
Birliyini bu cəhətdən tənqid etmək günümüzun
dəbidir), yazırsan, lap yaxşı, daha buna görə,
özünə hansısa imtiyaz ummaq nə deməkdir
(O başqa şeydi, ayrı məsələdi ki, yazırsan,
kitabların çap olunur, pul qazanırsan, mükafat
alırsansa, daha yaxşı.)? Başa düşürəm ki,  Sovet
dövründə bu, dövlət tərəfindən nizamlanan
bir  məsələ idi, yəni yuxarıdan nə deyirdilərsə,
onu yazırdın, ya da dediklərini yazmasan da,
hər halda “problemli” bir şey yazmırdın,
əvəzində sənə pul verirdilər, maşın, ev verirdilər,
dediklərini yazmırdın, ya “zərərli” bir şey
yazırdın, tutub Sibirə göndərirdilər, yəni bu, o
dövlətin siyasəti idi, düzdür, indi kimsə durub
deyəcək bəs, nə bilim, filankəs belə qəhrəmanlıq
edib, elə yazıb‐pozub və s. Ancaq Joze Sara‐
maqonun “İsanın incili” romanında yazdığı
kimi, istisnalar da hərdən elə ona görə  baş
verir ki,  bununla mövcud  qanun‐qaydalar
daha da möhkəmlənsin. Saramaqo təxminən
belə yazıb və fikirləşirəm ki,  çox düz də yazıb.
İndi fikrimi belə konkretləşdirirəm ki, yazmaq
8
I


Yüklə 59,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə