Bunula yanaşı dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0-14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15-65 yaş qrupudur
Bunula yanaşı dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0–14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15–65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur. Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104–107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.