Bütün dünyada yaşayan 48 703 575 nəfər təşkil edir‖



Yüklə 14,57 Kb.
tarix22.01.2023
ölçüsü14,57 Kb.
#80176
1.Azərbaycan dövlət dili haqqında.


Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Azərbaycan dilindən həm respublikamızda, həm də xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində yaşayan 45 milyon azərbaycanlı bu dildən doğma ana dili kimi istifadə edir. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili kimi də işlənir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra kiçik xalqlar, o cümlədən lahıc, talış, tat, qırğız və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.
Bütün dünyada yaşayan 48 703 575 nəfər təşkil edir‖. Almaniyada yaşayan soydaşımız Əlixan İqbal ötən əsrin sonunda böyük xərc çəkərək araşdırmalar aparmışdır. Onun əldə etdiyi nəticələr ―Respublika qəzeti‖nin 4 oktyabr 1994-cü il tarixli nömrəsində dərc edilmişdir. İndi bu rəqəm 6 milyona çatmışdır.
Azərbaycan dili öz mahiyyətinə görə dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.
Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyarlarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün çox yararlıdır. Eyni zamanda dünya mədəniyyəti xəzinəsinə qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzulinin məşhur ―Leyli və Məcnun‖ poeması, M.F.Axundovun komediyaları və bir çox sənət əsərləri həmin dildə-Azərbaycan dilində yaranmışdır.
Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə bağlı olur. Azərbaycan dilinin tarixi xalqımızın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir.
Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. Bu bir sıra əsrlərin məhsuludur. İlk dövrlərdə, başqa dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız tarixən inkişaf etdikcə dilimizin səs sistemi tədricən səlisləşmiş, lüğət tərkibi zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir.
Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətində yaşayan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bir sıra işğallarla üz-üzə gəlmişdir. VII əsrdən başlayaraq Azərbaycana ərəb işğalçıları, sonralar isə fars, monqol, türk qəsbkarları basqın etmişlər. Bu yadellilərin məqsədi xalqımızı və eləcə də onun dilini tarix meydanından çıxarmaq idi.
Lakin Azərbaycan xalqı tarix boyu bu mənfur işğalçılarla amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, öz dilini də mühafizə edib saxlamışdır.
İşğalçıların arzu və əməllərinin əksinə olaraq, Azərbaycan dilində sənət əsərləri yaradılır və dilimiz yavaş-yavaş ədəbi zəmin əsasında formalaşıb inkişaf edirdi.
Həmin dövrlərdə (assimilyasiya dövründə) Azərbaycan dili nəinki öz müstəqilliyini qoruyub saxlamış, eyni zamanda "...öz həyatilik və sabitliyini sübut etmiş, hətta öz növbəsində ərəb və xüsusilə də fars dilinə də təsir göstərmişdir". Bu təsir sonralar təkcə həmin dillərə deyil, başqa bir sıra dillərə də olmuşdur.
Bütün tarix boyu öz orijinallığını mühafizə edib saxlayan Azərbaycan dili get-gedə inkişaf edərək XIX əsrdə milli dilə çevrilmişdir. Bu dövrdə Azərbaycan dilinin müstəqilliyinə qarşı olan mübarizə daha da kəskinləşmişdir. Lakin dövrün qabaqcıl adamları və bütün xalq dilin milli varlığını qorumağa başlamışlar.
Həmin dövrdə böyük mütəfəkkir M.F.Axundov dilimizin çox nadir və poetik vüsətə malik bir dil olduğunu həm nəzəri, həm də əməli olaraq sübut etməyə çalışmışdır.
Bütün sahələrdə olduğu kimi dil sahəsində də inkişaf üçün geniş imkanlar yarandı. Sovet dövründə Azərbaycan dilinin lüğət tərkibi, qrammatik quruluşu, üslubları bəlkə də min ilə bərabər bir inkişaf yolu keçdi. Hazırda dilimiz öz inkişafını davam etdirir.
Yüklə 14,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin