Biz proqramlarda hansısa məlumatı yadda saxlamaq üçün dəyişənlərdən istifadə edirik. Adətən bizə simvol, sətir və ya ədəd kimi sadə məluamtları yadda saxlamaq tələb olunur. Nisbətən irihəcmli və mürəkkəb struktura malik olan məlumatları yadda saxlamaq üçün isə cərgələrdən, obyektlərdən istifadə edirik. Bütün bunlar öz işlərini mükəmməl görür lakin, bir çatışmamazlıqdan başqa. Dəyişənlərdə yadda saxladığımız məlumat proqram icrasını bitirdikdən sonra yaddaşdan silinir. Əgər bizə bu məlumatları yadda saxlamaq tələb olunursa onda biz onu “fayla yazmalıyıq”.
Fayla yazılşım məlumat daimi yadddaş qurğusunda yadda saxlandığından (Sərt disk, usb, CD/DVD disklər v.s.) onlar nəinki proqram bitdikdən sonra, hətta kompüter söndürüldükdə belə yaddaşdan silinmir və uzun müddət yaddaşda qalır (Yalnız yaddaş qurğusu fiziki olaraq zədələndiyi və ya öz istismar müddətini başa vurduğu müddətdən sonra fayl silinmiş olur, əlbəttə ki faylın səhvən və ya bilərəkdən əl ilə silinməsini də nəzərə almaqla).
Faylda saxlanılan məlumatı proqram daha sonra istədiyi vaxt oradan oxuya bilər.
C++ dilində məlumatlar fayla 2 üsulla yazıla(oxuna) bilər:
Xam formada, yəni necə var elə, oluğu kimi, məlumat üzərində heç bir dəyişilik aparmadan
Emal olunmuş formada. Bu zaman məlumatlar olduğu kimi deyil, bir qədər dəyişikliyə uğrayaraq fayla yazılır(oxunur)
C++ dili fayl üzərinə oxuma-yazma əməliyyatı aparmaq üçün stream –lərdən istifadə edir. Stream sözü Azərbaycan dilində axın mənasını verir. Bu məlumatların bir mənbədən digər mənbəyə köçürülməsi üçün istifadə olunan xüsusi yaradılmış sinifdir. Bu sinfin bəzi obyektləri ilə biz artıq tanışıq: cin və cout obyektləri. Bu iki axın obyekti müvafiq olaraq məlumatı klaviaturadan proqrama və proqramdan ekrana ötürmək üçün istifadə olunurlar. Fayllarla işləmək üçün isə ayrıca tərtib olunmuş axın sinifləri mövcuddur.
Bu siniflər müvafiq olaraq ifstream(fayldan oxumaq üçün), ofstream(fayla yazmaq üçün) və fstream(eyni zamanda həm oxuyub, həm də yazmaq üçün) sinifləridir.
Bu siniflərdən istifadə edə bilmək üçün fstream başlıq faylını proqrama əlavə etmək lazımdır ( #include )
Əvvəlcə bu axın siniflərindən obyekt elan etməliyik və bu obyekti açmalıyıq. Açılma zaman biz verilmiş axın obyektini fayl ilə əlaqələndiririk. Daha sonra isə axına əlavə et << və axından götür >> operatorlarını köməyi ilə məlumatları fayla yazıb-oxuya bilərik.
Faylı açmaq üçün bu open funksiyasından istifadə edirik. Sadəcə open yazırıq və açmaq istədiyimiz faylın adını cütdırnaq işarəsi arasıda veririk.
myfile.open ("numune.txt");
#include #include using namespace std;
int main () {
ofstream myfile;
myfile.open ("example.txt");
myfile <<”Lazim olan metni yaziriq";
myfile.close();
return 0;
}