www.kitabxana.net
Milli Virtual Elektron Kitabxana
“Çağdaş Azərbaycan bədii nəsri”:
N 19 (43 - 2016)
Qəni Camalzadə
“Karxana”
Roman və hekayələr
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəĢri
YYSQ – 2016
18.02.2016
Yeni Yazarlar və Sənətçilər Qurumu
www.yysq.org
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
www.kitabxana.net
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun
"Çağdaş
Azərbaycan
bədii
nəsri"
ədəbi-kulturoloji
layihəsi
çərçivəsində təqdim edilir. Elektron kitab N 19 (43 - 2016)
Kulturoloji layihəni maliyyələşdirən qurum:
YYSQ -
http://www.yysq.org
Qəni Camalzadə
“Karxana”
Roman və hekayələr
Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.
Kitab YYSQ tərəfindən e-nəĢrə hazırlanıb.
Virtual redaktoru və e-nəĢrə hazırlayanı: Aydın Xan (Əbilov),
yazar-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəĢri
Bаkı, YYSQ – 2016
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
DĠQQƏT
Müəlliflik
hüququ
Azərbaycan
Respublikasının
qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun
qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda,
yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron
informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu
qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və
tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
Qəni Camalzadə
“Karxana”
Roman və hekayələr
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəĢri
YYSQ – 2016
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
Qəni CAMALZADƏ
KARXANA
Roman
Yadımdadır, qonum-qonşuda sözə baxmayan uşaqları
onun adıyla qorxudurdular: Sözə baxmasan, Sanı gəlib
səni aparacaq. Bu xofla da böyüdük. Böyüyəndən sonra
da Sanı Abşeronski kimi tanınan qəhrəmanımı
görmədim, amma günlərin birində hiss elədim ki, həm
onun haqqında eşitdiklərim, həm də onunla münaqişədə
olan insanların barəsində bildiklərim mənə rahatlıq
vermir. Və bütün bunları ona görə yazıya aldım ki,
Abşeron tarixinin çeşidli insan mənzərələri ilə zəngin bir
zaman kəsiyi itməsin.
Onu da deyim ki, əhvalat çoxdan baş verib,
yazdıqlarımın səhihliyinə zəmanət vermirəm. Bu
hadisələrin baş verdiyi məkanın adını da rəsmilər bir
neçə dəfə dəyişiblər, yalnız yaddaşlarda KARXANA kimi
qalıb.
Müəllif
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
– I –
Ravillərin “aeroport əməliyyatı” uğurlu alındı, indi
onlardan icazəsiz bircə qərənfil də təyyarəyə yüklənmirdi.
Hava limanındakı yükçülərin hamısı öz adamları idi.
Amma baĢladığı iĢləri birdən Sanı yarımçıq qoydu,
Ravilləri yanına aldı, özünü Kürsümoğlunun dənizkənarı
bağ evinə verdi, xanəniĢin oldu. Soyuqlar düĢəndən bu
tərəflər seyrəklik olurdu, ətrafda ins-cins gözə dəymirdi.
Evin geniĢ otaqları Sanının xoĢuna gəlmədi, gecələr qapı-
pəncərədən içəri sızan nəmiĢlikdən sümükləri eymənirdi.
YaĢamalı yer bağ evinin yarımzirzəmisi idi. Bura həm
quru, həm isti, həm də kifayət qədər iĢıqlı idi.
Kürsümoğlunun bağbanı arvadı ilə onların qulluğunda
durur, biĢ-düĢə baxırdılar.
Bir neçə gün keçəndən sonra süfrə arxasında Asta
ləqəbli Ravil soruĢdu:
-QədeĢ, elə bilirsən burda bizi tapmazlar?
O, Bakı tatarlarından idi. Mehribanlıq yağan girdə
sifətinə, tosqun cəmdəyinə, astagəlliyinə baxan deməzdi
ki, bu adam peĢəkar qatildir. O, heç vaxt zarafatından
qalmırdı, hətta qətlləri də deyə-gülə baĢa çatdırırdı.
-Zona düĢməzdən əvvəl bir az canımıza qulluq eləsək
pis olmaz, - deyə Sanı da güldü. - Oğrunun evi türmə olsa
da, azadlıq Ģirin Ģeydi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
Taxta ləqəbli Ravil heyifisləndi:
-Hayıf zəhmətimizə, batka!-dedi. - Hər Ģeyi düzüb-
qoĢmuĢuq.
Bu Ravil Kazan tatarlarından idi. Dəvə kimi kinli,
həddən ziyadə əzazildi. Can-cüssəsiz bir adamdı, tənini
ikilik taxtadan ayırmaq olmurdu. Sanıya “batka” deyə
müraciət eləyirdi. Onlar öz aralarında rus, Azərbaycan,
tatar sözlərini bir-birinə qarıĢdıraraq danıĢırdılar.
-Hər halda, Məlikəjdərin kürkünə birə saldıq, -deyə
Asta dilini nırçıldatdı. - Güldən gələn pullarına Ģərik
olduq.
Taxta əlini oynatdı:
-Görünür, güldən gələn pul bizə qismət deyilmiĢ.
Sanı qətiyyətlə:
-Elə Ģey yoxdu, harda olsaq payımız çatacaq!-dedi. -
Yükçülərin briqadiri etibarlı adamdı.
Asta əllərini bir-birinə sürtdü:
-Görərsiz, Məlikəjdər tezliklə dizini yerə qoyacaq.
Sanı razılaĢmadı:
-Məlikəjdərin gücü balıqdadı. Hər dəfə gör, neçə qayıq
salır suya! Bunu onun əlindən ala bilsəydik, kürəyini yerə
qoyardıq...
Taxta laqeyd halda:
-Sən onu bizə tapĢır, batka!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
Bu deyimin altında nə gizləndiyini yaxĢı bilən Sanı
baĢını buladı:
-Olmaz! Deyərlər ki, Sanı övladi-peyğəmbəri öldürdü.
Bütün Bakı üstümüzə qalxar. Yoxsa nə vardı ki!-dedi,
yenə nəsə demək istəyən Taxtaya məsləhət gördü: -
YaxĢısı budu, yeməyinə bax, bir dəri-bir sümüksən,
qabaqda bizi zon gözləyir.
Elə də oldu. Bir gün baĢlarının üstünü aldılar. Sanının
gözləri dumanlandı, əlini yemək masasının altına atdı,
tapançanın dəstəyindən yapıĢdı, amma zirzəmiyə doluĢan
milislərin sayı onu açmadı, tapançanı boĢlayıb süfrədən
bir duzlu xiyar götürüb diĢinə çəkdi. Asta milislərə
etinasızlıqla baxdı, özünü itirmədən axırıncı badəni
qaldırdı, içməzdən qabaq:
-AdaĢ, iç, belə nemət yaxınlarda ələ düĢən deyil!-deyə
zarafat elədi.
Dəstəni qandallayıb istintaq təcridxanasına apardılar.
Burda onları bir-birindən ayırdılar.
Ġttihamnamə Sanının gülüĢünə səbəb olsa da, səsini
çıxarmadı. Talançılıqda, qətl-qarətdə ad çıxarmıĢ canini
dələduzluqda günahlandırırdılar. Bu onu düĢündürdü.
Ġstintaq uzun çəkmədi. Müstəntiqin hər addımında bir
ölçü-biçi gözə çarpırdı, dərinə getmədən, deyə-gülə
sənədləri hazırlayırdı. Sanının cəzası yüngül oldu, cəmi
iki il iĢ kəsdilər, amma, təəccüblü də olsa, hökm
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
oxunandan sonra onu “zona” göndərmədilər, yenidən
təcridxanaya qaytardılar.
Sanınən salındığı kiçik kamerada ondan baĢqa daha üç
nəfər vardı. Biri köhnə cibgir idi, qalan ikisi isə, ilk
baxıĢdan bilinirdi, cinayətdən uzaq adamlardı, həbsxanaya
təsadüfən düĢmüĢdülər. Köhnə cibgir, az qala, Sanının
baĢına dolanırdı. Həbsxana qaydalarını əzbər bildiyindən,
kameradakı nizamı dəyiĢdi. Sanının taxtını ayaqyolundan
aralı, qapının böyründə yerləĢdirdi, ətrafına mələfə çəkdi,
ayağının altına, haradan gətirdiyi məlum olmayan, yüngül
bir xalça döĢədi. Kameranın qalan iki sakini də qoyulan
oğru qanunlarına dinməz boyun əydilər. Adına əfsanələr
qoĢulmuĢ qanuni oğru Sanı AbĢeronskinın zəhmi hamını
basmıĢdı.
Köhnə cibgir canlı ensiklopediya idi. Cinayət aləmində
baĢ verənləri əzbər bilir, burda oturub “zon”lardan xəbər
verirdi. Nəzarətçilərlə isə çox asanlıqla dil tapırdı.
Sanıdan soruĢdu:
-Bilmirsən, qədeĢ, səni hansı zona göndərəcəklər?
Sanı könülsüz dedi:
-Güman ki, TurĢuluya, - dedi. - Bu maddə ilə ancaq ora
göndərirlər.
Cibgir yara basmıĢ üzünü qaĢıdı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
-TurĢulu yaxĢı yerdi, - dedi. - Mən orda iki dəfə
yatmıĢam. Nəzarətçiləri də insaflıdı, “obĢakı” da zəngindi,
maĢallah, Lotu Faxı pul toplamağı bacarır.
Sanı onun sözünü kəsdi, hədələdi:
-Sən çərən-pərən danıĢma, bildiyini açıq de.
Cibgir dərhal mətləbin üstünə gəldi:
-Ġndi orada qarıĢıqlıqdı.
Sanı maraqla soruĢdu:
-Müdiriyyətlə...?
-Yox, qardaĢlarımızın arasına ikitirəlik düĢüb.
Sanı cibgirdən öyrəndi ki, TurĢulu zonda dustaqlar üç
dəstəyə bölünüblər. DüĢmənçilik eləyən iki dəstədi,
üçüncü dəstə isə bitərəfdi. Əndazədən çıxmıĢ
qarĢıdurmanın qabağını heç kim ala bilmir. Bu məlumatı
alandan sonra Sanı həbsxanaya salınmağının səbəbini,
təxmini də olsa, baĢa düĢdü.
Səhərisi Ravilləri də onların kamerasına qatdılar.
Əlaltılarına da oxĢar maddələrlə hökm oxunmuĢdu.
Ravillərin gəliĢi Sanını sevindirdi. Onların Ģərəfinə çay
dəsgahının ətrafına təzəcə cəm olmuĢdular ki, nəzarətçinin
baĢı kameranın dəmir qapısındakı pəncərədə göründü.
-Sanı qardaĢ, rəis səni görmək istəyir.
Sanı çarpayıdan qalxmaq istəyəndə köhnə cibgir
astadan dedi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
-Həbsxana qanunlarına görə oğrular rəislərlə təkbətək
söhbət eləyə bilməz.
Sanının əvəzinə Asta Ravil dilləndi:
-Biz hələ ki, təcridxanadayıq, “zon”da deyilik.
Köhnə cibgir inadından dönmədi:
-Sizə
artıq
hökm
oxunub!-dedi.
-
Harda
saxlanmağınızdan asılı olmayaraq siz həbsxanadasınız.
-Yum ağzını! Bu da mənimçün qanun bilən olub!-deyə
Taxta Ravil köhnə cibgirə acıqlandı.
Sanı mübahisəyə yekun vurdu:
-QardaĢımız haxlıdı, - dedi, sonra çarpayıda yerini
təzədən rahatladı.
O, heç vaxt cinayət aləminin yazılmamıĢ qaydalarını
pozmazdı. Ġndi də həbsxana rəisinin çağırıĢına tək
getmədi. Nəzarətçidən soruĢdu:
-Özümlə neçə nəfər götürə bilərəm?
-Öz məsləhətinə bax, qardaĢ.
Sanı zarafatla:
-Kamerada məndən baĢqa beĢ nəfər var, - dedi. -
Hamısını aparaqmı?
Nəzarətçi:
-Mənə elə gəlir ki, iki nəfər bəsdi, -dedi.
Sanı qalxdı, Ravillərə dedi:
-Mənimlə gedəcəksiz.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
Ravillər dinməz ona qoĢuldular. Üçü də kamera
yoldaĢlarının diqqətli baxıĢları altında cingilti ilə açılan
dəmir qapıdan çıxdılar.
TanıĢ təcridxana rəisi yerində yox idi. Onun böyük
kabinetində var-gəl eləyən mülki geyimli Ģəxsi Sanı
dərhal tanıdı. Bu, təcridxana ilə yanaĢı yerləĢən TurĢulu
əmək-islah müəssisəsinin məĢhur rəisi idi. Rütbəcə
polkovnik olsa da özünü general kimi aparırdı.
Dustaqların qarĢısına mülki geyimdə çıxmağı xoĢlayırdı.
O, keçib kürsüyə yayxandı. Ravillərə saymazyana
baxdı, onlara küncdə, Sanıya isə üzbəüz yer göstərdi. Üç
nəzarətçi qapıda hazır dayanmıĢdı. Rəis mehribanlıqla
dedi:
- Sanı AbĢeronski, uzatmayacağam, sənə iĢimiz düĢüb.
Sabah nə olacaq, bilmirəm, bu gün bizim sənin köməyinə
ehtiyacımız var.
Sanı ehtiyatla:
-EĢidirəm, - dedi.
-TurĢulu zonda dustaqlar arasına ikitirəlik düĢüb,
qarĢıdurmada ölənlər var. Sən bizə kömək eləməlisən.!
-Bəs, niyə mən?
Polkovnik iĢgüzarlıqla:
-Birincisi, sənin bütün zonlarda nüfuzun var,
avtoritetsən!
Sanı iltifatla:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
-Məni qiymətləndirdiyinizə görə sağ olun. Amma
TurĢulu zonun Lotu Faxısı var. O məndən də nüfuzludu,
məndən də...
Polkovnik onun sözünü kəsdi:
-Bizə sən lazımsan!-dedi. - Sən TurĢuluda bir neçə dəfə
oturmusan. Dəstə baĢçılarını yaxĢı tanıyırsan, bəziləri
sənin köhnə əlaltıların olub. Həm də tərcümeyi-halından
məlumdu ki, sənin bir tərəfin azərbaycanlı, bir tərəfin
ermənidir.
-QarĢıdurma, bəyəm, milli zəmindədi?
-Bəli, çəkiĢmə azərbaycanlılarla ermənilər arasında
gedir. Səni hər iki tərəf özününkü sayır.
-Davaya səbəb nədi, axı?
Polkovnik çiyinlərini çəkdi:
-Kim bilir!-dedi. - Bitərəf qalanlar deyir ki, zona
pərxaĢlığı bir əcnəbi erməni salıb. O gələndən sonra
dustaqlar arasına nifaq düĢüb.
-Dediyin əcnəbi erməni hələ oradadı?
-Yox, onu baĢqa zona etap elədilər.
Polkovnik Sanının suallarını daha təhəmmül eləmədi,
dustaq yenə nəsə demək istəyəndə səbirsizliklə onun
sözünü kəsib soruĢdu:
-Bizə kömək eləmək fikrin var, ya yox?
Sanı baĢını buladı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
-Sən bilirsən ki, oğru həbsxana rəisi ilə əlbir ola
bilməz. Mən qardaĢlarıma qarĢı gedə bilmərəm, -dedi.
-Bu sənin axır sözündü?
Sanı dərindən nəfəs aldı:
-Bəli, axır sözümdü!-dedi və Ravillərə tərəf iĢarə elədi.
Polkovnik iĢarəni alan kimi qalxdı, qapıda dayanmıĢ
nəzarətçilərə dedi:
-Hər üçünü təkadamlıq kameraya salın. Görünür,
bunları sözlə qandırmaq çətindi.
Çox keçmədi ki, Ravillər yıxıla-dura kameraya
qayıtdılar. Onların halı cibgiri təĢviĢə saldı:
-Vay-vay!-dedi. - Bəs, Sanı qədeĢ hanı?
Taxta ağrıdan nıqqıldadı:
-Yəqin hələ çırpırlar... -dedi.
-Sizi nəyə görə döyürdülər ki?
Taxta qısaca izahat verdi. Cibgir mızıldandı:
-Sanı gərək razı olaydı.
Özünə gəlmiĢ Asta fısıldadı:
-BoĢ-boĢ danıĢma, Sanı nə elədiyini bilir.
Cibgir yekə-yekə dedi:
-Görünür, bilmir də!
Taxta hədə ilə:
-Sən bunu qanmazsan!-dedi. - Anladın?
Asta da qaydaları yaxĢı bildiyindən:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
-Cibgir ağa, hər iki tərəfin xahiĢi olmasa Sanı bu
qarĢıdurmaya giriĢə bilməz. Bilirsən ki, həbsxana rəisinin
sözü ilə hərəkət eləsə, deyərlər, satqındı.
Cibgir üzünü qaĢıdı. SoruĢdu:
-Deməli, hər iki tərəfin xahiĢi lazımdı?
Asta baĢını tərpətdi:
-Hər iki tərəfin... -dedi.
- II -
87-ci ilin payızı idi. Günlər soyuq, solğun keçirdi. Axır
vaxtlar Məlikəjdərin əndiĢəli əhvalı düzəlmirdi. Təbib
qismində yanında fırlanan Səkil Qoçunun dəmlədiyi otlar
da kömək eləmirdi. HəmiĢəki kimi Məlikəjdərin sol
tərəfində bardaĢ qurub oturmuĢ Seyfəl dedi:
-Sonqulu da himayəmizə keçmək istəyir, ağa, -dedi.
Məlikəjdər məxmər kisədən çıxartdığı təsbehi əlinə
alıb Seyfələ tərəf döndü:
- Deyirsən, Sonqulunun canına qorxu düĢüb? -deyə
soruĢdu.
Söhbətin iĢgüzar istiqamətə dönməyindən Seyfəl razı
qaldı, dərhal:
-Qorxu düĢüb də sözdü, lap əsirdi, -deyə təsdiqlədi.
Məlikəjdər istehza ilə:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
-Deyəydin ki, Sanı AbĢeronski daha türmədədi, - dedi.
- Əl-ayağa düĢməyə lüzum yoxdu.
Seyfəl qımıĢdı:
-Dedim. Dedi ki, bu yaĢımda ortada qalmaq istəmirəm.
Sanının adı çəkilən kimi onlardan bir az aralı yastıqlara
yaslanmıĢ Səkil Qoçu dodaqlarını marçıldatdı, gözünü
açdı, mürgülü səslə:
-Siz yenə Sanını əldən buraxdız... -dedi, sonra yenə
gözünü yumdu.
Məlikəjdər qocaya mehribanlıqla baxdı, amma
qətiyyətlə dedi:
-Mən övladi-peyğəmbərəm, ocaq sahibiyəm, dədəm,
qətlə rəvac verə bilmərəm.
Səkil Qoçu deyintili səslə:
-Mən Nazıoğlu Qulunun kökünün kəsilən günü görmək
istəyirəm, ağa!-dedi.
Kifayət qədər ömür sürmüĢ Səkil Qoçu yalnız keçmiĢlə
nəfəs alırdı, bu günlə, sabahla maraqlanmırdı. Dumanlı
beynində aləm bir-birinə qarıĢmıĢdı. Bunu bilən
Məlikəjdər ağsaqqalın sözünün baĢına ip salmadı.
Seyfəl təkrar soruĢdu:
-Sonqulu kiĢiyə nə deyim, ağa?
-Qoy gözləsin, - deyə Məlikəjdər fikirli dilləndi. -
Vaxtı çatanda özüm onu axtaracağam.
Seyfəl razılaĢmadı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
-Ağa, lap vaxtıdı, - dedi. - Sonqulu danqa adamdı, nə
qədər qorxu-ürkü içindədi, dizi üstə oturtmaq olar, elə ki
qorxusu keçdi, quyruğunu belinə qaldırıb aradan çıxacaq.
-Qorxu altında ləbbeyk deyənləri neynəyirəm ki!-deyə
Məlikəjdər baĢını buladı. - Hələ çox adam qorxudan
üstümə qaçacaq, deyirsən, bu qorxaqların hamısını
himayəmə almalıyam?
Seyfəl fikrini aydınlaĢdırdı:
- Qızıl yumurta qoyan toyuğa hin tikməyə nə var ki!
Məlikəjdər qaĢqabağını tökdü:
-YaxĢı bilirsən ki, himayədarlıqdan pay ummuram.
Mənim adamlardan istəyim yalnız sədaqətdi, baĢqa bir
umacağım yoxdu. Belə olub, bundan sonra da belə olacaq,
- dedi. Və soruĢdu:-Bayaq kim idi mənim yanıma gəlmək
istəyən?
Seyfəlin cavabı kəsə oldu:
-Hambal oğlu Rahibdi.
***
Altı-yeddi il öncə фящля тяcщизатыnda çalıĢan
Məlikəjdərin yanına bir nəfər cavan oğlan gəldi.
Саламлашандан сонра dedi ki, мян Ряззагын оьлуйам!
Мяликяjдяр баша дцшмяди:
- Ня Ряззагдыр еля?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Qəni Camalzadə
“Karxana”
- Аьа, мян достунуз щамбал Ряззагын
оьлуйам.-дейя cаван тякрар dilləndi- Адым да
Ращибдир.
Cavan bir az ĢiĢirdirdi, Allahın ən mağmın, ən
yazıq bəndələrindən olan Rəzzaq Məlikəjdərin dostu yox,
əsgərlik yoldaĢı idi. Sanı ilə uĢaq evində böyümüĢdü. Bir
neçə oğurluqda əli olsa da yazıqlığı-mağmınlığı sayəsində
haqlı cəzadan canını bir təhər qurtarmıĢdı. Aldığı dərslər
karına gəlmiĢdi, əsgərlikdən sonra Sanının dəstəsindən
canını qurtarmaq üçün özünü axmaqlığa vurub oğruya
yaraĢmayan bir iĢlə, Sabunçu vaqzalında hamballıqla
məĢğul olurdu. Bundan sonra zəhmətlə dolanmağı özünə
ar bilən əməl yoldaĢları ondan üz döndərmiĢdilər.
Əsgərlikdən sonra soraqlaĢıb Məlikəjdəri tapmıĢ,
pıtraq kimi ona yapıĢmıĢ, daha qopmamıĢdı. Ġldə bir neçə
dəfə kəndə gəlib ağaya baĢ çəkir, iĢindən-gücündən
danıĢırdı. ġəhərin mərkəzində yarımzirzəmi mənzilində
tək-tənha yaĢayırdı. Məlikəjdər ona yazığı gəlmiĢ, canını
hamballıqdan qurtarmaq istəmiĢdi. Rəzzaqın rəngi
ağarmıĢdı:”-Ağa, canım hamballıda çıxsa yaxĢıdı! Sanı,
bilsəki onu aldadıram, boğazımı üzəcək!” Hətta, ağa onu
evləndirmək fikrinə düĢəndə də boyun qaçırmıĢdı:”-
Sanıdan qorxuram!” Məlikəjdərin əlindən bir o gəlirdi ki,
hər dəfə yanına gələn əsgərlik yoldaĢının cibinə karlı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |