Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir



Yüklə 0,77 Mb.
səhifə1/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
  1   2   3   4   5   6   7   8   9   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ


MÖVZU1
Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir.

İqtisadi inkişaf nəticəsində biosferaya düşən antropogen, insan amilli təsirin səviyyəsi böhran həddinə yaxınlaşması və bütövlükdə bəşəriyyət üçün fəlakətli dönməz nəticələr törəməsi təhlükəsi yaradır, iqtisadiyyatın əsasən intensiv inkişafı və bunun sayəsində bir çox məqsədlər üçün istifadə edilə biləcək bir sıra təbii ehtiyat növlərinin ancaq bir məhdud məqsəd üçün işlədilməsi, təbii xamallardan olduqca samərəsiz istifadə, müvafiq ekoloji sistemlərin təsərrüfat tutumu nəzərə alınmadan istehsalatların azsaylı bəzi məhdud regionlarda toplanıb tomərküzləşməsi, məişət və istehsalat tullantılarının təkrar istehsal və istifadə edilməsi üçün müvafiq obyektlərin olmaması da ətraf mühitə xeyli neqativ təsir göstərməkdədir. Əsas fondların aşınması nəticəsində müəssisələrin əksəriyyətində köhnəlmiş texnologiyalardan istifadə edilməsi, texnologi avadanlıqların etibarsızlığı və s. vəziyyəti daha da mürəkkəbləşdirir.

FH vurduğu birbaşa ziyanın onların nəticələrinin aradan qaldırılması və zərər çəkmiş əhalinin və ərazilərin reabilizasiya bərpa edilməsi üçün xərclərin həcminin durmadan artdığını nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, FH təhlükəsi ehtimalının, onların nəticələrinin miqyasının azaldılması üzrə görülən qabaqlayıcı tədbirlərin səviyyəsini və effektivliyini kəs kin surətdə yüksəltmədən iqtisadiyyatın dəyanətli və etibarlı inkişafının təmin edilməsi qeyri-real olar. Bir sıra təbii fəlakətlərin qarşısının alınması nümkün olmadığı üçün, onların vurduğu zərərin və törətdiyi itkilərin azaldılması uğrunda mübarizə - bu sahədə respublikada dövlət siyasətinin vacib elementlərindən biri kimi əhəmiyyət kəsb edir ki, bu gün də təhlükə törədən fəlakətin proqnozlaşdırılması və bu barədə insanlara vaxtında xəbər verilməsi təşkil etməlidir.

Nəzərdən keçirilən problemlərin həlli üçün vahid «insan-hüquq-siyasət» üçlüyü çərçivəsində yollar axtarmaq lazımdır. Belə halda riskin (təhlükənin azaldılması və fövqəladə hadisənin nəticələrinin zəiflədilməsi yollarının axtarılması vəzifəsi 13-

biət elmlərinə həvalə olunur. Hüquq sahəsinin rolu isə təbiət elmlərinin təbiətlərini normativ sənədlərdə göstəriş formasında əks etdirmək və bu göstərişlərə əməl olunmasını təmin etdir məkdən ibarətdir, müəyyən olunmuş və dövlət tərəfindən qorunan belə norma və qaydalar əsasında da dövlət hakimiyyət orqanlarının fəaliyyətini müəyyən edən və riskin azaldılmasına FH nəticələrinin zəiflədilməsinə yönəldilmiş dövlət siyasəti formalaşmalıdır. Yüksək dərəcədə inkişaf etmiş ölkələrdə təhlükəsizliyin təmin olunması sahəsindəki təcrübə göstərir ki, fövqəladə hadisələrin qarşısının alınması probleminin həlli bu gün nəhəng maddi xərclər tələb edir, bunlar da təhlükəsizlik səviyyəsi yüksəldikcə sonsuz dərəcədə artmağa meyllidir. Ehtiyyatlarımizın məhdud olduğu bir şəraitdə, bu ehtiyatların miqdarından azaltmaq ücün bölüşdürülməsinin səmərəliliyi və optimallılığının qiymətləndirilməsi məsələsi vacib əhəmiyyət kəsb edir. Buna görə də təhlükəsizliyin təminatı üzrə problemlər xeyli dərəcədə iqtisadi qanunla və siyasi qərarlarla müəyyən edilir.

Təhlükəsizliyin təminatı problemi aşağıdakı istiqamətlər üzrə aparılan elmi axtarışları əhatə edir:



  • Sosial-iqtisadi sistemin inkişafını göstərən dinamik modellərin yaradılması;

  • Təhlükəsizliyin təminatı problemi üzrə maqsadli funksiyanın tərtib edilmasi və funksiyanın sosial-iqtisadi sistemi idarə etmayə imkan verən müvafiq dəyişkən ünsürlərinin müəyyənləşdirilməsi.

Əhalinin və ərazinin təhlükəsizliyi üzrə təminatı sasli sístem olmaqla risklərin araşdırılması və idarə edilməsi prinsipinin qəbul edilməsi təbii və texnogen xarakterli fövqəladə hadi sələrin sayının artması sahəsindəki neqativ tendensiyaların qarşısının alınmasına imkan yaradır. Belə ki, risklərin azaldılması məqsədilə dövlət tərəfindən tənzimləyici tədbirlər həyata keçirilən Avropa ölkələrində 10 il ərzində fövqəladə hadisələrin sayı 7-10 dəfə azalmışdır. Məhz belə tədbirlər iqtisadi cəhətdən daha az xərc tələb edən tədbirlərdir.

Hazırda cəmiyyətdə risklərin idarə edilməsi sisteminin yaradılması zərurəti meydana çıxmışdır; bu sistemdə məqsəd cəmiyyətin dəyanətli inkişafını təmin etməkdən, hər bir şəxsin rifahının yaxşılaşması şəraitində, insanların və onları əhatə edən mühitin təhlükəsizliyini təmin etməkdən ibarət olmalıdır. Bu problemi riskin idarə edilməsi üzrə aşağıdaki 4 prinsip əsasında həll etmək təklif olunur ki, həmin prinsiplərdə qarşılıqlı əlaqəli vahid bir sistem kimi nəzərdə tutulmalıdır. Risklərin idarə edilməsi üzrə bu prinsiplərdən hər biri ayrı-ayrılıqda dayanıqlı inkişafın təmin olunması üzrə lazımi şərtlərdən birim sayılır. Prinsiplər aşağıdakılardan ibarətdir:



  • Əməli fəaliyyətə və görüləcək işlərə haqq qazandırılmasi prinsipi - riskin idarə edilməsinin strateji məqsədi cəmiyyətdə rifah həyat səviyyəsinin yüksəldilməsinə imkan yaratmaqdır, lakin bu fəaliyyət aşağıdakı şərtin hökmən gözlənilməsi şəraitində olmalıdır: əgər hər hansı bir məqsədin reallaşdırılmasına yönəldilmiş omoli fəaliyyətinin cəmiyyətə verəcəyi fayda onun vuracağı zərərdan artıq olmayacaqsa, heç bir belə fəaliyyətə haqq qazandırmaq, yoni onu məqbul saymaq olmaz;

  • Mühafizənin optimallaşdırılması prinsipi - riskin idarə edilməsinin taktiki məqsadi cəmiyyətdə hər bir fərdin fiziki və mənəvi sağlamlıq şəraitində firavan və gumrah yaşaya biləcək orta statistik ömür müddətinin gələcəkdə daha uzun olmasına imkan yaratmaqdır;

  • Təhlükənin inteqral, yəni ayrılmaz tam bir halda qiymətləndirilməsi prinsipi - riskin idarə edilməsi sahəsində yürüdülən siyasət ancaq elə halda təsirli və ardıcıl ola bilər ki, riskin idarə edilməsi prosessi cəmiyyətdə mövcud olan bütün təhlükə növlərini tam əhatə etsin, habelə bu sahədə qəbul olunmuş qərarlar və görülən işlər barədə informasiya heç bir məhdudiyyət qoyulmadan ən geniş əhali kütlələrinə çatdırılsın.

  • Ekoloji sistemlərin dayandığı prinsipi riskin idarə edilməsi sahəsində yürüdülən siyasət, məcburi bir şərt olaraq ekosistemlərə göstərilən təsirlərin ciddi məhdudlaşdırılması çərçivəsində həyata keçirilməli, bu təsir ekosistemlərə göstərilə biləcək təsirlərin yol verilən kəmiyyətlərindən artıq olmamalıdır.

Fövqəladə hadisələrin qabaqlanması (qarşısının alınması) üzrə siyasət iki istiqamətə bölünür.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin