Cənab Prezidentimiz İlham Əliyev



Yüklə 15,73 Kb.
tarix02.01.2022
ölçüsü15,73 Kb.
#44782
[Untitle


Hörmətli cənab Prezidentimiz İlham Əliyev.

Sizin son zamanlarda, əsasən Bakı və ətrafı rayonlarda tikilən çoxmənzilli binaların problemlərinin həlli yolunda verdiyiniz Qərar və Sərəncamları səmimi qəlbdən alqışlayır və sevinirik.Sizə müraciət səbəbimiz yaşadığımız və sakinlərinin əksəriyyəti gənc və azyaşlı uşaqları olan ailələrin yaşadığı yaşayış kompleksinin problemlərinin bizim öz səylərimizə baxmayaraq həllini tapmamasıdır.Bina “Çinar-AN”MTK tərəfindən inşa edilmişdir.Binanın kommunal problemləri bitib tükənmək bilmir.Binada qaz verilişi mövcud deyildir və buna görə də qış aylarında əhali soyuqdan olduqca əziyyət çəkir.Məişət qazı olmadığına görə yay aylarında da isti su və mətbəx üçün elektik enerjisindən istifadə olunur.Binanın elektrik sistemi mövcud deyildir.Binada işlədilən enerji sərfiyyatı biz sakinlərin aldığı sayğaclar vasitəsilə qeydə alınır.Binamızın həyətində heç bir təhlükəsizlik sistemi,mühafizə sistemi yoxdur.Binaların daxilində heç bir işıqlandırma sistemi mövcud deyildir.Bütün bu sadalanan problemlərin həll olunmaması,həm da binamızın sakinlərinin yaşayış yeri olaraq öz evlərinə qeydiyyata düşə bilməməsinə və evlərin xüsusi mülkiyyət çıxarışların verilməməsinə gətirib çıxarır.Binadakı körpə uşaqları qohumlarımızın və digər tanışlarımızın yaşadıqları yerlərdə qeydiyyata salmaq məcburiyyətində qalırıq.

Sizdən çox xahiş edirik ki, müraciətimizə baxmaq üçün müvafiq dövlat qurumlarına göstərişlərinizi verəsiniz.

Dərin hörmətlə,



Filankəsov Filankəs
Yüklə 15,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin