31 avqust 2015-ci il
http://www.amu.edu.az
5
əməkdaşların necə istirahət
etmələri ilə maraqlanır. Elə
bunun özü düşərgə sakinlərinə
göstərilən diqqət və qayğının
göstəricisidir. Ümumiyyətlə,
qayğı çox yüksəkdir. Sakinlər
a r a s ı n d a
s ə m i m i y y ə t ,
mehribançılıq hökm sürür. Sanki
hamı eyni bir ailənin üzvüdür.
Azər müəllim də sağ olsun,
uşaqların təhlükəsizliyini
yüksək səviyyədə qoruyur.
«Atıcılıq yarışını da
idman növləri sırasına
daxil etmişik»
Sakinlərin adını teztez
çəkdikləri bədən tərbiyəsi və
idman kafedrasının müəllimi,
düşərgənin təlimatçıxilasedicisi
Azər Bağırov
burada təşkil
olunan idman yarışlarından
həvəslə söhbər açır:
- Universitet əməkdaşlarının
istirahəti üçün lazımi şərait
yaratmağa çalışırıq. Hər il
etdiyimiz yeniliklərlə insanları
cəlb edirik. Birinci mərhələdə
40-a yaxın uşaq yarışlara
qatılmışdı. Yarışa qatılan
uşaqlarla həm dəniz sahilində,
həm düşərgənin ərazisindəki
idman meydançasında iməcilik
həyata keçirdik.
İdman yarışları əsasən
domino, şahmat, dama, güllə
atıcılığı və üzgüçülük idman
növü üzrə idi. Domino yarışına
təxminən 25-ə qədər uşaq
qatılmışdı. Birinci yerə Xəyal
Hidayətzadə, 2-ci yerə Emil
Quluzadə, 3-cü yerə isə Ziya
Bünyadzadə layiq görüldü.
30-dan çox uşağın qatıldığı
dama yarışında 1-ci yerə Emil
Quluzadə, 2-ci yerə Həmid
Rzazadə, 3-cü yerə Fərid
İsmayılov çıxdı.
Müharibə şəraitində yaşa-
dığımız bir dövrdə uşaqların
böyük marağına səbəb ola
biləcəyini nəzərə alıb bu ildən
xüsusi önəm verdiyimiz güllə
atıcılığı yarışında 1-ci yerə
Elton Əliyev, 2-ci yerə Samir
Əliquliyev, 3-cü yerə isə Cəmil
Cəfərov layiq görüldü. Deməli,
bizim uşaqların arasında da
sərrast atıcılar yetişməkdədir
ki ,
o nl ara
g əl ə c ə k d ə
torpaqlarımızın müdafiəsini
tam şəkildə etibar etmək olar.
Hesab edirəm ki, belə
yarışların keçirilməsi çox
zəruridir və yeniyetmələr
arasında böyük maraq yaradır.
Ümumi fiziki hazırlıq yarışı 5
mərhələdən ibarətdir ki, buraya
da qaçış, idman nərdivanında
əllərlə yerimək, turnikdə
dartınmaq, yerdə qolların
açılıb-bükülməsini həyata
keçirmək və ayaqları paralel
vəziyyətdə saxlamaq daxildir.
Bu da idmançıdan böyük bir
iradə, cəsarət tələb edir. Birinci
yerə layiq görülən Samir
Əliquliyev turnikdə 16 dəfə
dartındı, idman nərdivanında 14
dəfə gedib qayıtdı və ayaqlarını
paralel vəziyyətdə 35 dəqiqə
saxladı ki, bu da V sinif şagirdi
üçün yaxşı nəticədir. 2-ci yeri
Rəşad Ağazadə, 3-cü yeri Fərid
İsmayılov tutdu.
Şahmat yarışına 25-ə qədər
uşaq qatılmışdı. 1-ci yerə Eltun
Əliyev, 2-ci yerə Məhəmmədəli
Əliyev, 3-cü yerə Samir
Əliquliyev layiq görüldü. Samir
bütün yarışlarda öz bacarığını
nümayiş etdirirdi. Düşünürəm
ki, belə perspektivli uşaqlara
həmişə böyük ehtiyacımız var
və onların əsl idmançı kimi
yetişmələri üçün üzərlərində
ardıcıl işləmək lazımdır.
Üzgüçülüyün əhəmiyyətini
nəzərə alaraq idmanın bu növünü
də daim diqqətdə saxlayırıq. Biz
dənizdə iplə məsafə müəyyən
edir, yarışanların qarşısında
məqsəd qoyuruq ki, bu məsafəni
üzməlidirlər. Onlar çalışırlar ki,
qarşılarına qoyulan məqsədə
nail olaraq normativi ödəsinlər.
27 nəfərdən normativ götürüldü,
9 nəfər də üzməyi öyrəndi.
İkinci növbədə də çox
uşaq qatılıb yarışlara. Həm
böyüklər, həm də kiçiklər
arasında ən böyük maraq
atıcılıq yarışına oldu. Bu
yarışda 50-yə qədər iştirakçı
vardı. Mükafatlar da müəyyən
edildi. Kiçiklər arasında birinci
yerə Ceyhun Məmmədli, 2-ci
yerə Anar Əzimzadə, 3-cü
yerə isə Nigar Əlizadə layiq
görüldülər. Nigar yarışın ən
kiçik yaşlı iştirakçısıdır və
sərrast atıcı olmağa layiq bir
qızdır. Böyüklər arasında 1-ci
yerə Cəlal Məlikov, 2-ci yerə
Tərlan Əliyev, 3-cü yerə isə
Cavid Ağazadə çıxdı. Dünən
(avqustun 3-də) domino yarışını
başa çatdırdıq. Gərgin mübarizə
getdi və qaliblər müəyyənləşdi.
Xəyal Hidayətzadə 1-ci, Mehin
İsayeva 2-ci, Vüqar Əsmətov
3-cü yerə layiq görüldülər.
Dama yarışının da püşkü atılıb.
Uşaqlar günlərini çox mənalı
keçirərək futbol, voleybol
oynayırlar. Azərbaycanın
futbol klublarına da azarkeşlik
edirik.
Dənizdə uşaqların təh-
lükəsizliyini qorumaq məqsədi
ilə 2 sahə yaratmışıq: 1-ci və 2-ci
sahə. 2-ci sahənin girəcəyində
şarlar yerləşdirmişik, ondan
o yana üzüb keçən olmasın.
Çalışırıq ki, bu qaydalara hamı
riayət eləsin.
Öz fikirlərini bizimlə bölüşən
ictimai fənlər kafedrasının do-
senti Məhəmməd Paşayev, la-
borant Mehparə Əliyeva, uni-
versitetimizin əməkdaşı Fatma
Əliyeva, Onkoloji Klinikanın baş
tibb bacısı Kəmalə Zülfüqarova,
həyat yoldaşı Azad Zülfüqarov,
ictimai sağlamlıq və səhiyyənin
təşkili kafedrasının professoru
Vaqif Vəkilov və başqaları bu-
rada yaradılan rahat şəraitdən,
onlara göstərilən diqqət və qay-
ğıdan razılıqla söhbət açdılar.
Digər həmsöhbətlərimiz də
istirahətlərindən, asudə vaxtla-
rının səmərəli keçməsindən bö-
yük həvəslə danışır, onlara bu
şəraiti yaradanlara minnətdarlıq
etməyi də unutmurlar.
“ Y e m ə k l ə r i n
keyfiy yətindən hamı
razıdır”
Operativ cərrahlıq və topoqrafik
anatomiya kafedrasının tədris
hissə müdiri, baş müəllim Arif
Kosayev:
Artıq neçə illərdir
“Təbib” istirahət düşərgəsində
dincəlirəm. Əvvəllər bura
övladlarımla gəlirdim, indi 4
nəvəmlə gəlirəm. Təəssüratım
çox yüksəkdir. Hər il bura
gələndə hansısa yeniliyin,
dəyişikliyin şahidi oluram.
Ərazidəki səliqə -səhman
göz oxşayır. Verilən qidanın
keyfiyyətindən hamı razıdır. Bu
il heç kəs əlavə yemək hazırlamır.
Bu da həm xanımlarımızın,
həm də bizim rahatlığımızdır
ki, əlavə bazarlıq etmirik.
Düşərgədə xidmət göstərən
insanların böyük qayğısını
hiss edirik. Bu da Malik
müəllimin uğurlu fəaliyyətinin
nəticəsidir. Bakının istisindən
qaçıb gəlmişik ki, il boyu gərgin
zehni əməkdən sonra yaranan
yorğunluğumuzu çıxaraq.
Əməkdaşlarına göstərdikləri
diqqətə, qayğıya görə hörmətli
rektorumuz akademik Əhliman
Əmiraslanova, Həmkarlar
İttifaqı Komitəsinin sədri
Cahangir Qasımova öz
adımdan, ailəmiz adından
minnətdarlığımı çatdırıram.
Farmakologiya kafedrasının
professoru Vəli Əsmətov:
Azərbaycan Tibb Universiteti
bizim üçün müqəddəs bir yerdir.
Bu adla bağlı olan hər şey
bizə əzizdir. “Təbib” istirahət
güşərgəsi də ilk növbədə
universitetimizə məxsus
olduğuna görə dəyərlidir.
Artıq 5-6 gündür ki, burada
dincəlirik. Tam qayğı ilə əhatə
olunmuşuq. Hətta Həmkarlar
İttifaqı Komitəsinin sədri
mənə zəng edərək necə istirahət
etməyimizlə maraqlanıb.
İstirahət çox düzgün qurulub.
Yaşlı insanlar və uşaqlar
üçün əlverişli şərait yaradılıb.
Qidalanma normallaşıb. Hətta
qidalanma kaprizinə malik
olan adamlar da qorxmadan,
İSTİRAHƏTİN ÜNVANI - «TƏBİB»
http://www.amu.edu.az
31 avqust 2015-ci il
6
Mütəxəssis sözü
P
rezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi
prosesi davam etdirilir. Məlumat verildiyi kimi, Tarif
(qiymət) Şurasının bu il iyulun 30-da keçirilmiş iclasında
256 dərman vasitəsi üzrə qiymətlər təsdiq olunub.
Tarif (qiymət) Şurasının avqustun 25də keçirilən
növbəti iclasında isə daha 801 dərman vasitəsinin
qiyməti müəyyənləşdirilib.
Şuranın Katibliyindən AZƏRTACa bildirilib ki,
ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə
1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun
nəticəsində hazırda satışda olan dərman vasitələrinin
qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin
qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin
qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə,
həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94
faizi üzrə qiymətlər aşağı salınıb.
Bununla da, dövlət qeydiyyatına alınmış dərman
vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə
müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış
qiymətləri təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb
edən bu proses bütün dərman vasitələrinin qiymətləri
tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək
və bu ilin sonunadək əksər dərman vasitələri üzrə
qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə
(kombinə olunmuş dərman vasitələri istisna olmaqla)
üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri
bu il sentyabrın 15dən qüvvəyə minəcək. Şuranın
qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri
təsdiq edilməyən qeyd olunan tərkibli dərman
vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən
sonra həyata keçirilə bilər.
İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman
vasitələrinin
qiymətlərinin
təsdiqlənməsi
üçün
sənədlərin (bəyannamələrin) qəbulu elan olunub
və bunun üçün son müddət bu il sentyabrın 10dək
müəyyən edilib.
Tarif (qiymət) Şurasının qərarları və qiymətləri
tənzimlənmiş dərman vasitələrinin siyahısı ilə Şu-
ranın rəsmi internet səhifəsində (www.tariff.gov.az)
və AZƏRTACın saytında http://azertag.az/ tanış ola
bilərsiniz.
Tarif (qiymət) Şurasının növbəti iclasında daha 801 dərman
vasitəsinin qiyməti təsdiq edilib
H
azırda damar və venala-
rın xroniki xəstəlikləri
dünyada ən çox yayılmış
xəstəliklər sırasındadır.
Bunlar arasında daha
çox varikozun adı çəkilir.
Bu xəstəliklərin yaran-
ma səbəbi, profilaktikası,
müayinə və müalicəsi
haqqında Azərbaycan
Tibb Universitetinin (ATU)
professoru, tibb elmləri
doktoru, Dünya və Avropa
Damar Cərrahları Assosia-
siyasının üzvü Məhəmməd
Kərimov danışıb.
- Bir millimetrlik sahə düşünək. Bu sahə
Varikoz xəstəliyi doğrudanmı dünyada
çox yayılıb? Bu xəstəliyin ən çox hansı
növünə rast gəlinir və səbəbi nədir?
- Dünya üzrə statistikaya görə, hazırda
əhalinin 40-50 faizi varikozdan əziyyət
çəkir. Aşağı ətrafların (ayaqların) vena-
larının, yəni dərialtı səthinin venalarının
varikoz genişlənməsi daha çox yayılıb.
Əgər varikozun başlanğıc formasını
(kiçik damarların genişlənməsini) də
bura əlavə etsək, demək olar ki, varikoz
xəstəliyi az qala əhalinin 70-80 faizini
əhatə edir. Azərbaycanda varikozu artıq
“xalq xəstəliyi” adlandırırlar.
Beynəlxalq araşdırmaların nəticələrinə
görə, varikoz xəstəliklərinə qadınlar
arasında daha çox rast gəlinir. Statistika-
ya fikir versək, qadınlar arasında varikoz
35-50 faiz, kişilər arasında 25-35 faiz
civarında rast gəlinir. Səbəbi odur ki,
qadınlar varikoza meylli olurlar. Əgər
qadın hamiləlik keçirərsə, bu, aşağı
venozlara əlavə ağırlıq verir və variko-
zun yaranma ehtimalı daha da artır. Əgər
qadın bir dəfə hamilə olarsa 40 faiz,
üç dəfə hamiləlik keçirərsə, varikozun
yaranma ehtimalı 360 faiz olur.
Varikozun yaranmasında üçüncü
önəmli amil - birləşdirici toxuma siste-
minin anadangəlmə zəifliyi sindromu-
dur. İnsan orqanizmində iki skelet var:
sümük skeleti və ona birləşik toxumadan
ibarət olan skelet. İkinci skeletimiz bizim
həyatımız üçün çox önəmli rol oynayır.
Və bu toxuma bütün orqanlarda var,
xüsusilə damarların divarında. Əgər bu
sistemdə anadangəlmə zəiflik varsa,
onda varikozun yaranma ehtimalı daha
çox olur. Anadangəlmə varikozu olan
qadınların anası, xalası və yaxud digər
qohumunda bu xəstəlik olur. Yəni, bu,
həm də irsi xəstəlikdir.
- Belə çıxır, varikoz əsasən
anadangəlmə faktorlarla əlaqəlidir?
- Yox, digər amillər həyatda rast
gəlinən faktorlardır. Məsələn, oturaq
həyat, saatlarla ayaqüstə durmaq, ağır
fiziki işlə məşğul olmaq, yük qaldırmaq
və s. davranışlar da varikozun əmələ
gəlməsində böyük rol oynayır. Bunlar-
dan başqa, piylənmə, ağır çəki, xroniki
kolitlər, qəbzlik də varikoz yaradan əsas
faktorlardandır.
Varikoz xəstəliyinin daha çox C2
və C3 variantlarına rast gəlinir. Yəni,
əsasən diametri 3 mm-dən böyük olan
damarların genişlənməsi ilə bizə daha
çox müraciətlər olunur. Varikoz xroniki
gedişə malik xəstəlikdir, uzun illər da-
vam edir. Əsasən yay aylarında qadınlar-
da ağrılar artır, soyuq aylarda isə azalır.
Varikozun daha çox rast gəlinən
fəsadları arasında bunları saymaq olar:
trombozlar, kəskin tromboz, tromboflebit
. qanaxmalar, trofiki dəyişikliklərin və
trofiki qanaxmaların baş verməsi. Bizə
müraciət edən xəstələrin əksəriyyətində
varikozun bu və ya digər fəsadı
müşahidə olunur. Trafkiyaları olan
xəstələrdə yaralar uzun illərlə sağalmır.
Və onların sağalması demək olar ki,
qeyri-mümkündür.
Dostları ilə paylaş: