- Varikozun müalicəsində hansı
yeniliklər tətbiq edilir?
- Son 15 ili varikozun müalicəsində
inqilabi bir dövr adlandırmaq olar.
Əvvəllər varikoz adi metodlarla müalicə
olunurdu, bu da çox saylı kəsiklərlə
müşayiət olunurdu, əmliyyatlardan sonra
xəstənin ayağında izlər qalırdı.
Lakin indiki dövr lazerlə müalicə
(EVLA – Endovenoz Lazer Ablasiyası)
dövrüdür. Yəni, damar daxilinə bu və
digər kimyəvi vasitəni daxil etməklə,
damarları çıxarmadan müəyyən müddət
ərzində varikozun aradan götürülməsinə
nail oluruq. EVLA prosedurası varikoz
xəstəliyinin ən son müalicə metodu olub,
damar divarına daxildən lazer enerjisi
ilə təsir etməklə, onun bağlanmasına
əsaslanır.
Lazer müalicəsinin üstünlükləri
kəsiksiz, ağrısız, qansız, yerli anesteziya
( “keyitmə” ) ilə icra olunmasıdır. Digər
tərəfdən, proseduradan dərhal sonra
pasient ayağa duraraq sərbəst gəzir.
Endovenoz lazer koaqulyasiyası və ya-
xud varikozun lazer müalicəsi son vaxt-
lar çox köklü dəyişiliklərə məruz qalıb.
Son illər ərzində yeni növ lazer - suya
təsir edən lazer və yeni lazer ötürücüsü -
radial ötürücü kəşf edilib. Yeni növ lazer
şüalarının təsirindən damar divarının
kollagen lifləri zədələnir və onun bütün
qatları bir növ əriyərək çapıq toxuması
ilə əvəz olunur. Bu, ilk nəsil lazerlərdən
- hemoqlobin lazerindən əsaslı şəkildə
fərqlənir, damar daxilində tromb yarat-
mır. Bu səbəbdən prosedurada trombo-
embolik fəsadların yaranma ehtimali
sıfıra bərabərdir, yəni demək olar ki, tam
təhlükəsizdir. Beləliklə, bu müalicədən
sonra biz içərisi trombla dolmuş vena
yox, çapıqlaşımış vena görürük.
- Hazırda Azərbaycanda belə
əməliyyatlar icra olunurmu?
-Fəxrlə qeyd etmək istərdim ki, yeni
innovasion texnologiyanın həyatda
özünə çox çətinliklə yol açmasına
baxmayaraq, biz buna maksimum qısa
müddətdə - 3 ay ərzində nail olduq. Artıq
Azərbaycanda “üçüncü nəsil” adlan-
dırılan son lazerlə uğurlu əməliyyatlar
aparmışıq.
Təəssüf ki, hələlik Azərbaycanda
aparılan əməliyyatların yaınız 1 faizi
lazerlədir, yerdə qalan hallarda klassik
- flebektomiya üsulundan istifadə olu-
nur. Halbuki, dünyada göstəricilər tam
əksinədir. Təəssüf ki, bu, həkimlərimizin
yeni texnologiyaları öyrənməyə az meyl
göstərməsi ilə əlaqədardır.
- Endovenoz üsulla aparılan əməliy-
yatlar dan sonra xəstədə yenidən varikoz
əmələ gəlmə ehtimalı varmı?
- Klassik üsulla aparılmış əməliyyat-
dan sonra bu risk 15-20%, lazer
müalicəsindən sonra isə 1-2 %-dir. Bu da
bir daha lazer müalicəsinin üstünlüyünü
vurğulayır. Biz xəstələri 1 il müşahidə
edirik, kiminsə çətinlik yaşadığını
görməməişik.
Qeyd edim ki, varikoz xəstəliyinin
müasir müalicə metodları arasında
Radiodalğalı ablasiya (RDA) adını
çəkmək olar. Bu üsul radiodalğalar
vasitəsi ilə genişlənmiş damara təsir
etməklə onun yığılmasına və sorulub
itməsinə əsaslanır. Digər üsul - minif-
lebektomiya – dəridə kəsik aparmadan,
kicik dəliklərdən xüsusi alətlər vasitəsi
ilə varikoz venaların çıxarılmasıdır.
Mikrodəliklər steril striplər (steril plast-
rlar) vasitəsi ilə örtülür. Qısa müddətdən
sonra dəliklər iz buraxmadan tamimilə
sağalır.
Skleroterapiya - damar daxilinə xüsusi
preparatın (sklerozantın) yeridilməsi ilə
onun sorularaq aradan qaldırılmasıdır.
Bu metod daha çox dəridaxili retikul-
yar venaların və damar ulduzcuqlarının
(teleangioektaziyaların ) müalicəsində
istifadə olunur.
- Məhəmməd müəllim, ayaqlarında
varikoz damarları olan insanlara nə
tövsiyə etmək olar?
- Dərhal fleboloq və ya damar
cərrahına müraciət etmək lazımdır.
Gündəlik həyatda isə uzun müddət
ayaqüstə və ya oturaq vəziyyətdən
imtina etmək, hündür dabanlı ayaqqabı
geyməmək lazımdır. Fleboloqlar 5 sm-
dən hündr dabanlı ayaqqabı geyməyi
məsləhət görmürlər.
Həmçinin, hansısa isidici prosedu-
ralardan (müxtəlif növ fizioterapiyalar)
uzaq olmaq, isti vanna və saunadan
istifadə etməmək məsləhətdir. Komp-
ression corablardan istifadə etmək,
uzanarkən ayaqların altına yastıq qoya-
raq qaldırmaq və müalicə tədbirlərinə
mümkün qədər tez başlamaq lazımdır.
Bu tip problemi olan hamilə qalmaq
istəyən xanımlar mütləq fleboloqa
müraciət etməli, onun məsləhətlərindən
sonra hamilə qalmalıdırlar.
Günel ASLANOVA
Varikozun ən müasir müalicə metodları Azərbaycanda
31 avqust 2015-ci il
http://www.amu.edu.az
7
Sentyabrın 3-dən 5-dək Soçidə
Rusiya
Onkomammaloqlar
Cəmiyyətinin ikinci «Süd vəzi
xərçənginin diaqnostikasında və
müalicəsində innovasiyalar» adlı
illik konqresi keçiriləcək. Tədbirdə
Rusiyanın 50 regionunun, eləcə
də Azərbaycan, ABŞ, Finlandiya,
Ukrayna, Belarus, Qazaxıstan və
Özbəkistanın onkoloqları iştirak
edəcəklər.
AZƏRTAC xəbər verir ki, 500dən çox mütəxəssis süd vəzisi xərçənginin müalicəsi və
diaqnostikasında problemləri, eləcə də ən son nailiyyətləri müzakirə edəcəklər. Konq-
res çərçivəsində məruzə müsabiqəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin onkoloji
müəssisələrin baş həkimlərinin, şüa terapevtlərinin, mammaloqların, radioloqların və
digər mütəxəssislərin iştirakı ilə “dəyirmi masa”lar təşkil olunacaq.
“Dünya alimləri və onkoloqları bədxassəli şişlərin müalicəsinin ən səmərəli sxemini
axtarırlar. Bu sahədə cərrahiyyə texnikası ildənilə təkmilləşir, dərman və şüa tera-
piyasında yeni yanaşmalar müəyyənləşir, onkoloji xəstəliklərin diaqnostikasında yeni
üsullar yaradılır.
Biz əminik ki, konqresdə onkoloqlar təcrübələrini bölüşəcək, öz bilik və bacarıqlarını
daha da zənginləşdirəcəklər”, deyə Rusiyanın “Birgə xərçəng əleyhinə” Fondunun ic-
raçı direktoru Katerina Yarova bildirib.
u Azərbaycan Tibb Univer-
site tinin
çoxprofilli
Tədris
Terapevtik
Klinikası
qon-
şu dövlətlərin nüfuzlu xəstə-
xanaları ilə əlaqələrini daim
ge nişləndirir.
Təbabətin
ən
aktual problemlərinə aid fikir
mübadiləsi aparılır, tanınmış
mütəxəssislərin
mühazirələri
dinlənilir, canlı telekörpü va-
sitəsilə ağır xəstələrin vəziy-
yəti
müzakirə
edilir
və
çıxış yolları axtarılır. Xüsusi
ehtiyac yarananda isə aparıcı
mütəxəssislər klinikaya dəvət
olunurlar.
Artıq ənənəyə çevrilən belə
dəvətlər zamanı daha çox
türkiyəli mütəxəssislərə üs-
tünlük verilməsi də təbiidir.
Biz bu dəvətləri zəruri edən
əsas
məqamları
həmişə
diqqətdə saxladığımızdan İs-
tanbul Universitetinin İstanbul
Tibb Fakültəsinin professo-
ru, reanimatoloq İbrahim Öz-
can Akıncının klinikaya dəvət
olunması xəbərini eşidəndə
də onunla görüşmək qərarına
gəldik. Məlum oldu ki, klini-
kanın
həkimreanimatoloqu
Emil Qasımov rəhbərliklə məs
ləhətləşərək Türkiyədə təhsil
aldığı universitetin professoru-
nu klinikaya dəvət edib.
Yeri gəlmişkən qeyd edək
ki, Tədris Terapevtik Klinika-
nın Reanimasiya və intensiv
terapiya şöbəsi klinikanın ən
vacib bölmələrindən biridir. Bu
şöbədə onlarla ağır xəstənin
şəfa tapması Klinikanı ölkəmizin
reanimatoloji xidməti ən yüksək
səviyyədə olan xəstəxanaları
sırasında ön plana çıxarmışdır.
Şöbəyə həyati vacib funksiya-
ları dayanmış, kəskin pozulmuş
və ya pozulması gözlənilən
xəstələr yerləşdirilir, onlara 24
saat ərzində xidmət göstərilir.
Şöbədə 25 funksional çarpayı
var ki, bunların da 7si uşaq-
lar üçün nəzərdə tutulub. Hər
çarpayının başında ən müasir
tənəffüs aparatı cihazı və mo-
nitorlar yerləşdirib.
Şöbənin defibrilyatorlar, por-
tativ rentgen aparatı, infuzo-
matlar, perfuzorlar və s. müasir
tibbi avadanlıqlarla da təchiz
edildiyini deyən şöbə müdiri,
dosent Əliyar Sultanov bildir-
di ki, kəskin ürək, tənəffüs,
böyrək, qaraciyər çatışmazlığı
olan xəstələr intensiv terapiya-
ya cəlb edilir, ağır vəziyyətdən
çıxarılaraq klinikanın müvafiq
şöbələrinə köçürülürlər.
Peşəkar tibbi personalın çalış-
dığı şöbənin sanitargigiyenik
vəziyyəti yüksək səviyyədədir.
Burada yatan xəstələrə günün
hər saatında bütün laboratori-
ya testlərinin və instrumental
müayinələrin aparılması üçün
şərait yaradılıb.
İstanbul Universitetinin İstan-
bul Tibb Fakültəsinin profes-
soru İbrahim Özcan Akıncının
klinikaya dəvət olunmasın-
da da məq səd onun şöbənin
işinə
dair
tövsiyyələrini,
məsləhətlərini dinləmək, re-
animasiya xidmətini daha da
təkmilləşdirməkdən ibarət olub.
Reanimasiya və intensiv te-
rapiya şöbəsi, bütövlükdə kli-
nika haqqında ilk təəssüratının
müsbət olduğunu vurğula-
yan professor İbrahim Özkan
Akıncı müalicə alan xəstələrin
xəstəlik tarixçələrini nəzərdən
keçirərək ümumi müalicə tak-
tikası və strategiyasının doğ-
ru, müasir olduğunu söylədi.
Şöbənin ən ağır xəstəsi
G.Fərəcovanın
müalicəsi
ilə bağlı öz tövsiyyələrini
də verərək xəstənin mexa-
nik ventilyatordan ayrılması
üçün maye balansının daha
neqativdə
saxlanılmasını,
eləcə də bronx dilatatoru ilə
müalicənin gücləndirilməsi, an-
tibiotik terapiya, ən son nəsil
antimitotik dərmanlardan biri
olan caspofungin molekulunun
əlavə olunmasını məsləhət
gördü. Professor İbrahim Öz-
can Akıncı bizə bildirdi ki,
ümumiyyətlə, bu cür xəstələr
başqa xəstəxanalarda itirilir. Ən
vacibi xəstəyə zaman qazandır-
maq, ağ ciyər və bronxlardakı
problemləri çözüb rahatlamaq-
dır. Məsləhətləşmələr zamanı
bu qənaətə gəlindi ki, xəstənin
həyatda qalma şansı var. Or-
qanizmi möhkəmləndirdikdən
sonra şüur durumunu anlamlı
cavablar və işarətlərlə bərpa
etmək zərurəti ortaya çıxacaq.
Türkiyəli professor klinika-
nın direktoru, professor Sur-
xay Musayevlə də görüşərək
xəstənin sağlamlıq durumu
barədə qısa məlumat verdi.
İlk növbədə dəvətlərini qəbul
etdiyinə görə professor İbrahim
Özkana təşəkkürünü çatdıran
professor S.Musayev rəhbərlik
etdiyi klinikanın ölkə başçısı
cənab İlham Əliyevin 11 sent-
yabr 2007ci il tarixli Sərəncamı
əsasında inşa edilən, tədris,
elmitədqiqat, müalicə və di-
aqnostika
işlərini
özündə
birləşdirən unikal bir universitet
klinikası olduğunu dedi. Qeyd
etdi ki, 2007ci il sentyabr ayı-
nın 18də Azərbaycan Respub-
likası Prezidenti İlham Əliyevin
və Heydər Əliyev Fondunun
Prezidenti,
YUNESKO
və
İSESKOnun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın iş-
tirakı ilə ümumi sahəsi 25000
m2 olan, 15 mərtəbəli, 400
çarpayılıq çoxprofilli klinikanın
təməlqoyma mərasimi keçirilib,
2010cu il oktyabrın 1də açılışı
olub.
Sovet dönəmində universite-
tin bütün kafedralarının şəhər
klinikalarında yerləşdiyini, baş
həkimlərin sağlıq bakanlığına,
kafedra müdirlərinin isə rek-
tora tabe olduğunu söyləyən
S.Musayev o zamanlar anormal
bir vəziyyətin yarandığını xatır-
latdı: “Hörmətli rektorumuz aka-
demik Əhliman Əmiraslanov
uzun illər Moskvada çalışmış
onkoloqdur. O, 1992ci ildən bu
məsələləri səlahiyyətli qurum-
lar qarşısında dəfələrlə qaldı-
rararaq bildirirdi ki, universitetin
klinikaları yaradılmalı, proq-
ramlar dəyişdirilməlidir. 1998
ci ildə Azərbaycan Respubli-
kasının prezidenti, xalqımızıın
ümummilli lideri Heydər Əliyev
Azərbaycan Tibb Universitetinə
gəlmişdi. Bu məsələ yenidən
qaldırılanda Heydər Əliyev
dedi ki, ölkənin maddi durumu
hələlik yeni klinikaların inşası-
nı reallaşdırmağa yetərli deyil,
vəsaitimiz yoxdur. Nəhayət,
2000ci ildə ulu öndər Heydər
Əliyevin xeyirduası ilə univer-
sitetin ilk klinikası – Stomoto-
loji klinika, daha sonra Onko-
loji klinika yaradıldı. Beləliklə,
universitet klinikalarının yara-
dılması istiqamətində görülən
işlər intensivləşdi. Cənab İl-
ham
Əliyevin
prezidentliyi
dövründə Tədris Terapevtik Kli-
nikadan sonra 500 çarpayılıq
Tədris Cərrahiyyə Klinikası da
istifadəyə verildi”.
Universitetdə kadr hazırlığının
mövcud vəziyyətinə də toxunan
professor S.Musa yev bildirdi
ki, 4 ildir rezidentura sisteminə
keçərək mütəxəssis hazırlı-
ğının türk modelini seçmişik,
yönümüz Tür kiyəyədir. 1990
cı illərdən bəri tələbələrimiz
Türkiyədə uzmanlıq təhsili al-
mağa başlayıblar və onların
səviyyəsindən olduqca razıyıq.
Təsadüfi deyil ki, universitet kli-
nikalarında həmin kadrlar heç
bir maneəsiz işlə təmin olunur-
lar.
Görüş
zamanı
qarşılıq-
lı əlaqələrin bundan sonra
da uğurla davam edəcəyinə
əminlik ifadə olundu, xəstələrin
şəfa
tapması
üçün
or-
taq bilgilərin və təcrübənin
əhəmiyyəti vurğulandı.
A.KAMRANOĞLU
Ö.Akıncı: «Ən vacibi xəstəyə zaman qazandırmaqdır»
u
Dünyada hər il
təxminən 2 milyon
insanın, xüsusilə
uşaqların ölümü təhlükəli
qidalarla bağlıdır.
“lenta.ru” saytının yaydığı
xəbərə görə ərzaq məhsullarının
tərkibində olan patogen bakteri-
ya, virus, parazit və ya kimyəvi
maddələr ishaldan tutmuş
xərçəngə qədər 200-dən çox
xəstəliyə səbəb olur.
Qida məhsulları üçün
daim yeni təhlükələr var. Ərzaq
məhsullarının istehsal texnologiyasında,
bölüşdürülməsi və istehlakı, eləcə də
ətraf mühitdə baş verən dəyişikliklər,
mikroblara müqavimət və digər bu
kimi amillər hər bir ölkənin milli qida
təhlükəsizliyi sistemi üçün problemlər
yaradır. Bununla yanaşı, beynəlxalq
ticarət əlaqələrinin genişlənməsi
təhlükəli məhsulların yayılması ehtima-
lını artırır.
Dünya Səhiyyə Təşkilatı bildirir
ki, istifadə edilən qida məhsullarının
təchizatı mənbələri getdikcə qlo-
ballaşdığından, bütün ölkələrdə
ərzaq təhlükəsizliyi sistemlərini
gücləndirmək lazımdır. Bu səbəbdən,
Dünya Səhiyyə Təşkilatı qida
təhlükəsizliyinin möhkəmləndirilməsinə,
o cümlədən qida ilə ötürülən
xəstəliklərin yayılmasının qarşısını
almağa çalışır. Eyni zamanda, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO) da beynəlxalq informasiya
şəbəkəsi vasitəsilə ərzaq təhlükəsizliyi
sahəsində fövqəladə hadisələr haqqında
bütün ölkələri xəbərdar edir.
Qida təhlükəsizliyi ortaq bir
məsuliyyətdir. Ərzaq istehsalı zəncirində
hamı təhlükəsizlik qaydalarını
gözləməlidir. Bu qaydalara fermerlər və
istehsalçılar, eləcə də satıcılar və isteh-
lakçılar ciddi əməl etməlidirlər.
Təhlükəli qidalar ölüm yayır
Azərbaycan onkoloqları Soçidə süd vəzisi
xərçənginin diaqnostikasında problemləri
müzakirə edəcəklər
http://www.amu.edu.az
31 avqust 2015-ci il
Abdurəhmanova Firuzə Yusif qızına 2002-ci ildə
Azərbaycan Tibb Universiteti tərəfindən stomatoloq ixtisası
üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün etibarsız sa-
yılır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin STKS
fakültəsinin III kurs, 304
a
qrup tələbəsi Orucova Lamiyyə
Suliddin qızının adına verilmiş tələbə bileti itdiyi üçün eti-
barsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 258
çəkinmədən qidalana bilərlər.
İdman yarışlarının keçirilməsi
uşaqların hərbi vətənpərvərlik və
idman ruhunda tərbiyəsinə çox
böyük bir töhfə verir. Cahangir
müəllimdən düşərgəyə birbaşa
nəzarət edən şəxs kimi çox razıyam.
Malik müəllimə də minnətdaram
ki, gündə bir neçə dəfə bizə
yaxınlaşaraq ümumi vəziyyətlə
maraqlanır. Buranın bir özəlliyi,
gözəlliyi də budur ki, bütün sakinlər
doğma kollektivin üzvləridir.
“Yeni, müasir standarlara
u yğun
bir
istirahət
kompleksinin inşasi nəzərdə
tutulub”
Xoş təsadüf nəticəsində
ezamiyyətimiz Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent Cahan-
gir Qasımovun düşərgəyə gəlişi
ilə eyni vaxta düşmüşdür. Cahan-
gir müəllim bütün korpusları birbir
gəzərək istirahətçilərlə haləhval
tutdu, əməkdaşların hər birinə uni-
versitetimizin rektoru, akademik
Əhliman Əmiraslanovun salamla-
rını çatdırdı. Burada dincələnlərlə
səmimi ünsiyyət quran C.Qasımov
onların arzu və təkliflərini dinlədi,
bir sıra məsələlərə dair ətraflı fi-
kir mübadiləsi apardı. Düşərgənin
səliqəsəhmanına diqqət yetirən
komitə sədri ərzaq saxlanılan an-
barın, xörəklərin hazırlandığı ümu-
mi mətbəxin vəziyyətini yoxladı,
təsərrüfat işçilərinə, düşərgəyə
birbaşa cavabdeh olan şəxslərə
lazımi tapşırıqlarını verdi. Komitə
sədri sakinlərlə görüşündə qeyd
etdi ki, gərgin zehni əməklə məşğul
olan əməkdaşlarımızın istirahəti
həmişə olduğu kimi, bundan son-
ra da universitet rəhbərliyinin daim
diqqət mərkəzində duran ən ümdə
vəzifələrdən biridir: “Fürsətdən
istifadə edib akademik Əhliman
Əmiraslanova təşəkkür edirəm ki,
o öz nüfuzundan istifadə edərək
bu düşərgəni əməkdaşlarımız üçün
qoruyub saxlaya bildi. Gələcəkdə
hörmətli rektorumuzun təşəbbüsü
ilə burada yeni, müasir standarlara
uyğun bir istirahət kompleksinin in-
şası nəzərdə tutulub”.
Cahangir müəllim daha kon-
fort şərait üçün yol vərəqələrinin
qiymətini artırmağı təklif edən
sakinlərə hələ bu haqda düşün
mədiklərini dedi. Bildirdi ki, 23 ildən
bir çox cüzi qiymət artımı ola bilər.
Nə qədər çətin olsa da, biz hər han-
sı dəyişikliyi, yeniliyi daxili imkanla-
rımız hesabına həyata keçirməyə
çalışacağıq. Xörəklərin çeşidini ar-
tırmaq üçün gələn mövsümdə əlavə
işçi götürüləcəyini deyən komitə
sədri 2017ci ildən etibarən hamı-
nın ümumi yeməkxanadan istifadə
edəcəyini də söylədi.
“İstirahət mərkəzi üç
növbəli iş rejimi ilə işləyir”
Nəhayət, bütün işinigücünü
düşərgənin təmizliyinə, təmirinə,
əməkdaşların rahatlığına və mədəni
kütləvi tədbirlərin keçirilməsinə
həsr edən Düşərgənin rəisi
Malik
Əbülhəsənovu
dinləyirik:
- Hər il olduğu kimi bu il də
akademik Ə.Əmiraslanovun gös-
tərişi ilə burada mövsümə hazırlıq
işləri aparılıb. Otaqlar təmir olunub,
divarlar rənglənib. Kommunikasiya
xətləri yenilənib, ərazi məişət
tullantılarından təmizlənib, həyətyanı
ərazi, binalar mövsümə qədər bir
neçə dəfə dərmanlanıbdır. Yeməyin
keyfiyyətinə də özüm nəzarət edirəm.
Yeməkxananın müdiri Xətai Novruzov
öz işinin öhdəsindən layiqincə gələn
gənclərimizdəndir. Düşərgədə istirahət
edənlər X.Novruzovun fəaliyyətindən
və aşpazlardan Xanım Ağazadə və
Nazilə Quliyevanın bişirdiyi dadlı
yeməklərin keyfiyyətindən razılıq
edirlər.
Hər mərhələnin əvvəli Universitet
Həmkarlar İttifaqı Komitəsinin sədri,
dosent Cahangir Qasımov əraziyə
baş çəkir, sakinlərlə söhbət aparır.
Çatışmazlıqları vaxtında aradan
qaldırmaq üçün tövsiyələrini verir.
Siz özünüz də bunun şahidi oldunuz.
İstirahət mərkəzi 3 növbəli iş rejimi
ilə işləyir.
Çimərlikdə də təmizlik işləri aparılıb,
soyunub-geyinmə yerləri quraşdırılıb.
Dənizdə çimən istirahətçilərin
təhlükəsizliyi nəzarətdə saxlanılır.
Xilasedicimiz Azər müəllim bu işi
yüksək səviyyədə həyata keçirir. Səhər
saat 10-dan 11-ə, axşam isə saat 17-
dən 19-dək dəniz saatıdır. Hava küləkli
olanda çimmək qadağan olunur.
Hər gecə saat 10-dan 12-dək uşaqlar
diskotekada şənlənirlər.
Qida məhsullarının təzəliyinə və
keyfiyyətinə xüsusi fikir veririk.
Müqavilə əsasında süd alırıq.
İstirahətçilərə yeməkdən əlavə gündə
2 dəfə süd verilir. Sakinlərin asayişi
qorunur, sakitliyə əməl olunur.
Ümumiyyətlə, məqsədimiz budur ki,
hər il istirahətin keyfiyyəti əvvəlki
illərlə müqayisədə xeyli yüksəlsin.
İşimizi yekunlaşdıraraq özlərini
düşərgədə tam rahat hiss edən,
illərlə birbirlərinə qaynayıb qarış-
mış tanış simalardan ayrılırıq. On-
ları quşların cəhcəhi, cırcıramaların
nəğməsi, Xəzərin sahili döyən sakit
ləpələri ilə başbaşa qoyaraq Bakıya
qayıdırıq. Ruhumuza qeyriixtiyari bir
rahatlıq hopur. Ona görə rahatıq ki,
öz işinin öhdəsindən layiqincə gələn
məsuliyyətli kadrların sayəsində
“Təbib” istirahət düşərgəsinə üz tu-
tanlar öz ürəklərincə istirahət edə
biləcəklər.
Arif MƏMMƏDLİ,
Qabil Abdullayev,
Фотолар Ъянняталы ÇИНЭИЗИНДИР
MƏNALI İSTİRAHƏTİN ÜNVANI - «TƏBİB»
Kafedraların professorları (elmlər doktorları):
- II cərrahi xəstəliklər kafedrası - 1 yer
- İnsan anatomiyası kafedrası -1 yer (0,25 vahid)
Kafedraların dosentləri (fəlsəfə doktorları):
- I cərrahi xəstəliklər kafedrası - 1 yer (0,75 vahid )
- Ümumi cərrahiyyə və anesteziologiya kafedrası - 1 yer
- II MPF-nin daxili xəstəliklər kafedrası -1 yer
- Neonatologiya kafedrası - 1 yer (0,5 vahid)
- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer
- Oftalmologiya kafedrası - 1 yer (0,75 vahid )
- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer
- Neyrocərrahlıq kafedrası - 1 yer
- Tibbi fizika və informatika kafedrası - 1 yer
- Fizioterapiya və idman təbabəti kafedrası - 1 yer
- II uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)
- II uşaq xəstəlikləri kafedrası nəzdində
«İmmunologiya» kursu - 1 yer
- Terapevtik stomatologiya kafedrası - 1 yer
- Terapevtik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)
- Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrası - 1 yer
- Yoluxucu xəstəliklər kafedrası - 1 yer
- Latın dili kafedrası - 1 yer
Kafedraların baş müəllimləri:
- Histologiya, embriologiya və sitologiya kafedrası - 1 yer
- Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrası - 1 yer
Kafedraların assistentləri:
- III cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- II cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- Müalicə profilaktika, pediatriya fakültələri üçün
stomatologiya kafedrası - 1 yer (0,5 vahid)
- Oftalmologiya kafedrası - 1 yer (0,5 vahid)
- Oftalmologiya kafedrası - 1 yer (0,5 vahid)
- Nevrologiya və tibbi genetika kafedrası - 1 yer (0,5 vahid)
- I cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- I cərrahi xəstəliklər kafedrası - 1 yer (0,25 vahid)
- Onkologiya kafedrası - 1 yer
- Kliniki farmakologiya kafedrası - 1 yer (0,5 vahid)
- Məhkəmə təbabəti kafedrası - 1 yer
- Terapevtik və pediatrik propedevtika
kafedrası - 1 yer (0,5 vahid)
- Terapevtik və pediatrik propedevtika kafedrası - 1 yer
- Neyrocərrahlıq kafedrası - 1 yer
- Tibbi fizika və informatika kafedrası - 1 yer (0,5 vahid)
- II mamalıq və ginekologiya kafedrası - 1 yer (0,25 vahid)
- II MPF-nin daxili xəstəliklər kafedrası - 1 yer
- II MPF-nin daxili xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- II MPF-nin daxili xəstəliklər kafedrası - 1 yer (0,75 vahid)
- Şüa diaqnostikası və terapiyası kafedrası - 1 yer
- Psixiatriya kafedrası - 1 yer
- Ümumi cərrahlıq və anesteziologiya
kafedrası - 1 yer (0,5 vahid)
- Uşaq yoluxucu xəstəliklər kafedrası - 1 yer (0,75 vahid)
- Histologiya, embriologiya və sitologiya kafedrası - 1 yer
- Neonatologiya kafedrası - 1 yer (0,5 vahid)
- İctimai sağlamlıq və səhiyyənin təşkili
kafedrası - 1 yer (0,5 vahid)
- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer (0,75 vahid)
Kafedranın müəllimləri:
- Xarici dilər kafedrası - 3 yer
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma
müddəti elan qəzetdə («Təbib» qəzeti, 31 avqust 2015-ci il) dərc
olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23. Telefon: 597-43-23
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
ÊÀ ÔÅÄ RÀ ËÀR ÜZRƏ
ÀŞÀ ĞÛ ÄÀ ÊÛ ÉÅRËƏRİ ÒÓÒÌÀà Ü×ÜN
ÌÜÑÀ ÁÈÃß ÅËÀN ÅÄÈR