Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?


) Rinqer-laktat məhlulunun aşağıda göstərilən hansı xüsusiyyətləri düzdür?



Yüklə 1,31 Mb.
səhifə3/19
tarix10.12.2016
ölçüsü1,31 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

101) Rinqer-laktat məhlulunun aşağıda göstərilən hansı xüsusiyyətləri düzdür?

A) İzotonik dehidratasiyada suyun çatmamazlığını nizamlayır, izotonikdir, amin turşuları var

B) Albumin qarışığı var, natrium qarışığı var, amin turşuları var

C) İzotonik dehidratasiyada suyun çatmamazlığını nizamlayır, izotonikdir, natrium qarışığı var

D) İzotonik dehidratasiyada suyun çatmamazlığını nizamlayır, natrium qarışığı var, amin turşuları var

E) Izotonikdir, albumin qarışığı var, natrium qarışığı var


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
102) Qastroduodenal qanaxmaya səbəb olan aşağıda qeyd olunanlardan hansılardır?

A) Mədə xərçəngi

B) Eroziv qastrit

C) Mədənin və yemək borusu venalarının varikoz genişlənmələri

D) Mədə və 12-barmaq bağırsağın xorası

E) Bütün göstərilənlər


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
103) Kəskin daxili qanaxmalarda ilk laborator dəyişikliklər qanın aşağıda göstərilən hansı parametrlərində olur?

A) Qanın oksigenlə doyma dərəcəsində

B) Mərkəzi venoz təzyiqdə

C) Arterial qanın Ph və PCO2

D) Hemoqlobinin və hematokritin səviyyəsində

E) Eritrositlərin çökmə sürətində


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
104) Qarın boşluğunda aparılan əməliyyatdan (mədə rezeksiyası, xolesistektomiya, appendektomiya və s.) 20-24 saat sonra xəstədə şok əlamətləri inkişaf etmişdir. Şokun inkişafına səbəb nə ola bilər?

A) Endotoksikoz

B) Ağ ciyər arteriyasının trombemboliyası

C) Qanaxma

D) Ürək çatmamazlığı

E) Fistulanın əmələ gəlməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
105) Nefrotoksik, ototoksik təsirə malik antibiotk hansıdır?

A) Linkomisin

B) Levomisetin

C) Polimiksin

D) Oksitetrasiklin

E) Sefozalin


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
106) Hansı preparatların istifadəsi zamanı virus hepatitinə yoluxma ehtimalı yüksək olur?

A) Plazma, kriopresipitat, trombositar kütlə

B) Eritrositar kütlə, albumin, plazma, kriopresipitat

C) Albumin, plazma, kriopresipitat

D) Eritrositar kütlə, plazma, kriopresipitat, trombositar kütlə

E) Albumin, plazma, kriopresipitat, trombositar kütlə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
107) Qarın və ya döş boşluğuna yığılmış qan nə qədər müddətə yararlıdır?

A) 3 sutka

B) 1-ci sutka

C) 1 həftə

D) 2 sutka

E) Maye halındadırsa müddət əhəmiyyət daşımır


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
108) Bakteriosid və bakteriostatik təsirə hansı preparat malikdir?

A) Karbenisilin, dibekasin, tetrasiklin

B) Potoseptil, rifampisin, vankomisin

C) Rifamid, minosiklin, sizomisin

D) Neomisin, metasiklin, ampioks

E) Vankomisin, oksiqlukosiklin, azlosillin


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
109) II qan qrupuna malik xəstəyə təcili plazma köçürülməlidir. Hansını köçürtmək olar?

A) İstəlinən qrup qan plazmasını

B) Ancaq öz qrupun

C) I qrupu

D) III qrupu

E) IV qrupu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
110) Süni tənəffüs aparatında kəskin tənəffüs çatmamazlığı ilə yatan xəstənin PO2 nə qədər olmalıdı?

A) 50 mm c süt-dan aşağı olmayaraq

B) 40 mm c süt-dan aşağı olmayaraq

C) 70 mm c süt-dan aşağı olmayaraq

D) Düzgün cavab yoxdur

E) 60 mm c süt-dan aşağı olmayaraq


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
111) Dekompensə olmuş metabolik asidozda laborator göstəricilər necə olur?

A) pH 7,3 dən yuxarı olur, VE 10 mmol/l-dən çox

B) pH 7,3 dən yuxarı olur, PCO2 40 mm c süt-dan aşağı olur, VE 5 mmol/l-dən çox

C) PCO2 40 mm c süt-dan aşağı olur, VE 5 mmol/l-dən çox

D) pH 7,3 dən yuxarı olur, pCO2 20 mm c süt-dan aşağı olur

E) pH 7,3 dən yuxarı olur, pCO2 20 mm c süt-dan aşağı olur, VE 10 mmol/l-dən çox


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
112) Dekompensə olmuş metabolik alkalozda laborator göstəricilər necə olur?

A) pH 7,45 dən yuxarı olur, pCO2 60 mm c süt-dan aşağı olur

B) pH 7,45 dən yuxarı olur, pCO2 40 mm c süt-dan aşağı olur, VE 5 mmol/l-dən çox

C) pH 7,45 dən yuxarı olur, pCO2 60 mm c süt-dan aşağı olur, VE 10 mmol/l-dən çox

D) pCO2 40 mm c süt-dan aşağı olur, VE 5 mmol/l-dən çox

E) pH 7,45 dən yuxarı olur, VE 5 mmol/l-dən çox


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
113) Anafilaktik şokda aşağıdakılardan hansının massiv xaric olması baş verir?

A) Histamin, serotonin və gec təsirli substansiya

B) Histamin və serotonin

C) Histamin, seratonin, bradikinin

D) Histamin

E) Histamin, seratonin, bradikinin, asetilxolin


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

114) Anafilaktik şokda təxirəsalınmaz yardım kimi hansı daha çox effektivdir?

A) Dimedrol

B) Adrenalin

C) Kalsium xlorid

D) Noradrenalin

E) Prednizolon


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
115) Laparotomiyadan sonra normal peristaltika əsasən hansı müddətə bərpa olunur?

A) Mədə- 4 saat, nazik bağırsaq dərhal, yoğun bağırsaq 24 saatdan sonra

B) Mədə- 4 saat, nazik bağırsaq 24 saat, yoğun bağırsaq ilk qida qəbulundan sonra

C) Mədə- 24 saat, nazik bağırsaq 24 saat, yoğun bağırsaq 24 sutkadan sonra

D) Mədə- 24 saat, nazik bağırsaq 4 saat, yoğun bağırsaq 3 sutkadan sonra

E) Mədə- 3 sutka, nazik bağırsaq 3 sutka, yoğun bağırsaq 3 sutkadan sonra


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
116) Portal hipertenziyalı xəstədə varikoz genəlmə ilə əlaqədar qanaxma zamanı pituitrin vena daxilinə hansı məqsədlə köçürülür?

A) Qanın qatılığın artırmaq

B) Portal venada spazmı aradan qaldırmaq

C) Qanın aktivliyini aşağı salmaq

D) Qapı venasında təzyiqi aşağı salmaq

E) Protrombinin trombinə keçməsini aktivləşdirmək


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

Anesteziologiya və intensiv terapiya

117) Fentanil necə təsir edir?

A) 2-3 dəqiqə ərzində ağrıkəsici kimi

B) Psixotrop preparat kimi

C) Antidepressant kimi

D) Neyroleptik kimi

E) 20-25 dəqiqə ərzində güclü ağrıkəsici kimi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
118) Ümumi anesteziya vaxtı arterial hipotenziyaya nə səbəb ola bilər?

A) Dərin olmayan narkoz, duz məhlulunun köçürülməsi, qaz mübadiləsinin pozulması, qanitirmə nəticəsində ümumi dövr edən qanın azalması

B) Duz məhlulunun köçürülməsi, qaz mübadiləsinin pozulması, qanitirmə nəticəsində ümumi dövr edən qanın azalması

C) Dərin olmayan narkoz, refleksogen zonanın manipulyasiyası, qaz mübadiləsinin pozulması, qanitirmə nəticəsində ümumi dövr edən qanın azalması

D) Dərin olmayan narkoz, refleksogen zonanın manipulyasiyası, duz məhlulunun köçürülməsi, qaz mübadiləsinin pozulması

E) Refleksogen zonanın manipulyasiyası, duz məhlulunun köçürülməsi, qaz mübadiləsinin pozulması, qanitirmə nəticəsində ümumi dövr edən qanın azalması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
119) Venanın uzun müddətli kateterizasiyası nəticəsində nə baş verə bilər?

A) Trombemboliya, septisemiya, yayılmış damardaxili laxtalanma sindromu

B) Septik flebit, kimyəvi flebit, trombemboliya, septisemiya

C) Septik flebit, trombemboliya, yayılmış damardaxili laxtalanma sindromu

D) Septik flebit, kimyavi flebit, trombemboliya, yayılmış damardaxili laxtalanma sindromu

E) Kimyəvi flebit, trombemboliya, septisemiya, yayılmış damardaxili laxtalanma sindromu


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
120) Turşu-qələvi müvazinətinin kompensə olunmuş fazası hansıdır?

A) 7.19-7.28

B) 7.46-7.51

C) 7.25-7.43

D) 7.10-7.18

E) 7.35-7.45


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
121) Qlükozanın izotonik məhlulu hansı hesab olunur?

A) 4,2%


B) 10%

C) 0,8%


D) 3%

E) 5%
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.


122) Hansı hallar ürək-ağciyər reanimasiyasını tələb edir?

A) Huşun itməsi, akrosianoz, ürək tonlarının itməsi

B) Nəbz və arterial təzyiqin itməsi, tənəffüsün dayanması, huşun itməsi

C) Nəbz və arterial təzyiqin itməsi, tənəffüsün dayanması, huşun itməsi, akrosianoz, ürək tonlarının itməsi

D) Tənəffüsün dayanması, huşun itməsi, akrosianoz

E) Nəbz və arterial təzyiqin itməsi, tənəffüsün dayanması, ürək tonlarının itməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
123) Ürəyin birbaşa-açıq yolla masajına göstəriş hansıdir?

A) Ürəyin fibrilyasiyası

B) Huşun itməsi

C) Tənəffüsün dayanması

D) Ürəyin dayanması

E) 2 dəqiqə müddətində qapalı ürək masajından sonra yuxu arteriyasında nəbzin olması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
124) Ağ ciyərin ödemi nə zaman əmələ gəlir?

A) Ağ ciyərdaxili mənfi təzyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda, ağ ciyərin limfatik mayesində reabsorbsiya artdıqda

B) Ağ ciyərdaxili mənfi təzyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda, kolloid-osmotik təzyiq qalxdıqda

C) Ağ ciyərdaxili mənfi təzyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda, ağ ciyərin limfatik mayesində reabsorbsiya aşağı düşdükdə

D) Ağ ciyərdaxili mənfi təzyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda, kolloid-osmotik təzyiq qalxdıqda, ağ ciyərin limfatik mayesində reabsorbsiya aşağı düşdükdə, membran keçiriciliyi aşağı düşdükdə

E) Kolloid- osmotik təzyiq qalxdıqda, ağ ciyərin limfatik mayesində reabsorbsiya aşağı düşdükdə, membran keçiriciliyi aşağı düşdükdə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

125) Ağ ciyər ödemində intensiv terapiyaya hansılar daxildir?

A) Venadaxili analeptiklər, traxeobronxial sanasiya, sidikqovucu və hormonlar, lazım olduqda qanqliolitiklər

B) Venadaxili analeptiklər, traxeobronxial sanasiya, oksigen terapiyası, lazım olduqda qanqliolitiklər

C) Traxeobronxial sanasiya, oksigen terapiyası, ventilyasion süni tənəffüs, sidikqovucu və hormonlar, lazım olduqda qanqliolitiklər

D) Oksigen terapiyası, ventilyasion süni tənəffüs, sidikqovucu və hormonlar, lazım olduqda qanqliolitiklər

E) Venadaxili analeptiklər, traxeobronxial sanasiya, oksigen terapiyası, ventiyasion süni tənəffüs, sidikqovucu və hormonlar


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
126) Asmatik statusda intensiv terapiya zamanı hansı taktika seçilir ?

A) 0,3 ml adrenalin, 5% li qlikozada həll etməklə 240 mq hidrokortizon,oksigen terapiyası, süni tənəffüs aparatına qoşulma

B) İnyeksion bronxoskopiyanın tətbiqi ilə bronxial lavaj, rehidratasiya,qanqliolitiklər, öskürmənin stimulə edilməsi

C) 0,3 ml adrenalin, 5% li qlikozada həll etməklə 240 mq hidrokortizon, oksigen terapiyası, natrium bikorbanat, süni tənəffüs aparatına qoşulma,inyeksion bronxoskopiyanın tətbiqi ilə bronxial lavaj, rehidratasiya,öskürmənin stimulə edilməsi

D) Bütün sadalananlar

E) 5% li qlikozada həll etməklə 240 mq hidrokortizon, oksigen terapiyası, natrium bikorbanat, süni tənəffüs aparatına qoşulma, inyeksion bronxoskopiyanın tətbiqi ilə bronxial lavaj


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
127) Dəniz suyunda boğulmada hansı hallar mümkündür ?

A) Kəskin qara ciyər çatmamazlığı

B) Hemoliz

C) Hipervolemiya

D) Qanda kaliumun miqdarının artması

E) Hiperosmolyar ağ ciyər ödemi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

128) Aspirasion (Mendelson) sindromun profilaktikası üçün hansılar vacibdir?

A) Bütün sadalananlar

B) Sakitləşdirici vermək, yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı soda təyin etmək, simetidin təyin etmək,maqnezium 3 silikatı sxemlə vermək

C) Mədəni zond vasitəsi ilə təmizləmək, sakitləşdirici vermək, yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı soda təyin etmək

D) Mədəni zond vasitəsi ilə təmizləmək, simetidin təyin etmək, maqnezium 3 silikatı sxemlə vermək

E) Mədəni zond vasitəsi ilə təmizləmək, yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı soda təyin etmək, simetidin təyin etmək, maqnezium 3 silikatı sxemlə vermək


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
129) Albumin preparatı hansı məqsədlə tətbiq etmək olmaz?

A) Xəstənin qan qrupunu və ya rezus faktorunu dəyişmək üçün

B) Hormon, ferment, dərman preparatlarının transportunda universal preparat kimi

C) Orqanizmin zülal qida ehtiyatı kimi

D) Damardaxili mayeni artırmaq və saxlamaq məqsədilə

E) Kolloid-osmotik təzyiqi plazmada saxlamaq üçün əhəmiyyəti var


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
130) Qanaxmanın vaxtı nə zaman uzanır?

A) Trombositopeniyada

B) Yanıqlar zamanı

C) Travmalarda

D) Asfiksiya zamanı

E) Hemolitik kriz zamanı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
131) Vaksinasiyalarda hansı hallar artır?

A) Hipokoaqulyasiya

B) Hiperkoaqulyasiya

C) Anemiya

D) Fibrinoqen

E) Yanıqlar


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
132) Fibrinogenin deqradasiya elementi hansıdır?

A) Fibrinogen konsentrasiyası aşağı düşür

B) Trombin vaxtı aşağı düşür

C) Hiperkoaqulyasiya

D) Qanda olmur

E) Antikoaqulyant


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
133) Peritonitin terminal fazasına hansı xarakterikdir?

A) Funksional bağırsaq keçməməzliyi,DVS sindromu ,qara ciyər-böyrək çatmamazlığı

B) DVS sindromu, qara ciyər-böyrək çatmamazlığı, immunodefisit

C) Funksional bağırsaq keçməməzliyi, DVS sindromu, immunodefisit

D) Toksiki deyişiklik, funksional bağırsaq keçməməzliyi, qara ciyər-böyrək çatmamazlığı

E) Bütün sadalananlar


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
134) Diabetik komada nə müşahidə olunur?

A) Metabolik alkalozlu tənəffüsün dekompensə olunmuş asidozu

B) pH 7.35-dən yuxarı olur

C) Metabolik asidozla hiponatremiya

D) Metabolik alkalozlu hiponatremiya

E) Metabolik alkalozlu dekompensə olunmuş tənəffüs alkalozu


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
135) Anafilaktik şokun müalicəsidə hansı preparatlar istifadə olunur?

A) Adrenalin, qlükokortikoidlər, kofein, kalsi xlorid

B) Plazmaəvəzedicilər, kalsi xlorid, kofein

C) Kalsi xlorid, kofein

D) Bütün sadalananlar

E) Adrenalin, qlükokortikoidlər ,antihistaminlər, plazmaəvəzedicilər


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

136) Sağ mədəciyin yüklənməsinə hansı səbəb olur?

A) Pnevmotoraks, massiv atelektaz, hidrotoraks, massiv pnevmoniya

B) Ağ ciyər arteriyasının tromboliyası, pnevmotoraks, massiv atelektaz, hidrotoraks

C) Massiv atelektaz, hidrotoraks, massiv pnevmoniya, asmatik status, aşağı şobələrin trombozu

D) Bütün sadalananlar

E) Ağ ciyər arteriyasının trombemboliyası, pnevmotoraks, massiv atelektaz, hidrotoraks, massiv pnevmoniya,asmatik status


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

137) Kəskin pankreatitdə diurezi gücləndirmək üçün üsullar hansıdır?

A) Mayelərlə yükləmə, ion balansına nəzarətlə elektrolitlərin köçürülməsi, 1 litrə qədər zülal preparatların köçürülməsi

B) 15-20%-li mannitolu 1-1,5/kq-na köçürtmək, ion balansına nəzarətlə elektrolitlərin köçürülməsi,1litrə qədər zülal preparatların köçürülməsi

C) Mayelərlə yükləmə, 15-20%-li mannitolu 1-1,5/kq-na köçürtmək, ion balansına nəzarətlə elektrolitlərin köçürülməsi

D) İon balansına nəzarətlə elektrolitlərin köçürülməsi, 1 litrə qədər zülal preparatların köçürülməsi

E) Bütün sadalananlar


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
138) Kəskin pankreatitdə intensiv terapiyanın məqsədi hansıdır?

A) Ağrı sindromunu aradan götürmək, sitostatik və antifermentativ preparatların təyini, mədənin lokal hipertermiyası

B) Hipovolemiya və şokun müalicəsi, tənəffüs pozğunluğunun müalicəsi, su-duz mübadiləsini kəskin pozğunluğunun korreksiyası, ağrı sindromunu aradan götürmək, sitostatik və antifermentativ preparatların təyini

C) Hipovolemiya və şokun müalicəsi, tənəffüs pozğunluğunun müalicəsi, su-duz mübadiləsini kəskin pozğunluğunun korreksiyası

D) Hipovalemiya və şokun müalicəsi, ağrı sindromunu aradan götürmək,mədənin lokal hipertermiyası

E) Bütün sadalananlar


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
139) Plazma əvəzedici kimi hansı daha çox effektlidir?

A) Plazma, ringer-laktat

B) Dekstran, plazma

C) Fizioloji məhlul

D) Ringer-laktat, kristalloid

E) Jelatin, plazma


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.

140) Dekstran qəbulundan sonra nə ola bilər?

A) Qan dövranının yaxşılaşması, qara ciyər çatmamazlığı, bronxit

B) Qan dövranının yaxşılaşması, qanaxma qorxusu bronxit

C) Qanaxma qorxusu, qara ciyər çatmamazlığı, bronxit

D) Qan dövranının yaxşılaşması, qanaxma qorxusu, qara ciyər çatmamazlığı

E) Qan dövranının yaxşılaşması, bronxit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
141) Damardaxili trombozda hansı istifadə olunmalıdır?

A) Fibrinolizin

B) Bütün sadalananlar

C) Heparin, fibrinolizin

D) Fibrinogen, fibrinolizin, trombositar kütlə

E) Heparin, fibrinogen, fibrinolizin


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
142) Hansı halda ağ ciyər ödemi əmələ gəlmir?

A) Ağ ciyərdaxili təyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda ağ ciyərin limfatik mayesində reabsorbsiya aşağı düşdükdə

B) Kolloid-osmotik təzyiq qalxdıqda, membran keçiriciliyi aşağı düşdükdə

C) Ağ ciyərdaxili təzyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda, membran keçiriciliyi aşağı düşdükdə

D) Ağ ciyərdaxili təyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda, kolloid-osmotik təzyiq qalxdıqda ağ ciyərin limfatik mayesində reabsorbsiya aşağı düşdükdə, membran keçiriciliyi aşağı düşdükdə

E) Ağ ciyərdaxili təzyiq artdıqda, ağ ciyər kapilyarlarında hidrodinamik təzyiq qalxdıqda, kolloid-osmotik təzyiq qalxdıqda, ağ ciyərin limfatik mayesində reabsorbsiya aşağı düşdükdə, membran keçiriciliyi aşağı düşdükdə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
143) II qan qrupuna malik xəstəyə təcili plazma köçürülməlidir. Hansını köçürtmək olmaz?

A) IV, I qruplar

B) Bütün sadalananlar

C) IV, III qruplar

D) IV qrup

E) IV, I, III qruplar


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
144) Arteriyada oksigeinin miqdarı neçə faiz olduqda xəstədə sianoz müşahidə edilmir?

A) 100%


B) 80%-dək

C) 85% dək

D) 95% dək

E) 90% dək


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
145) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?

A) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

B) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər

C) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

D) Fibrinolitik aktivliyin yuxarı olması

E) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
146) Əməliyyatdan sonrakı parezin qarşısını almaq məqsədilə hansı istifadə olunur?

A) Epidural anesteziya, mədə-bagırsaq sisteminin dekompresiyası, paranefral blokada, elektrostimulyasiya

B) Adrenomimetiklar, epidural anesteziya, mədə-bagırsaq sisteminin dekompresiyası

C) Adrenomimetiklar, mədə-bagırsaq sisteminin dekompresiyası , paranefral blokada, elektrostimulyasiya,prozerin, serotonin, imalə

D) Epidural anesteziya, mədə-bagırsaq sisteminin dekompresiyası, paranefral blokada, elektrostimulyasiya, prozerin, serotonin, imalə

E) Adrenomimetiklar, epidural anesteziya, paranefral blokada, elektrostimulyasiya,prozerin, serotonin, imalə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.

Üz-çənə cərrahiyyəsi. Neyrocərrahiyyə məsələləri

147) Beyin silkələnməsinə sadalananlardan hansı aiddir?

A) Huşun itməsi ,baş ağrısı, qulaqdan likvorun gəlməsi, retroqrad amneziya

B) Baş ağrısı, qulaqdan likvorun gəlməsi, retroqrad amneziya

C) Ürəkbulanma və qusma, baş ağrısı, qulaqdan likvorun gəlməsi, retroqrad amneziya

D) Huşun itməsi ,ürəkbulanma və qusma, baş ağrısı, qulaqdan likvorun gəlməsi

E) Huşun itməsi, ürəkbulanma və qusma, baş ağrısı, retroqrad amneziya


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
148) Baş beyinin silkələnməsi zamanı sadalananlardan hansı xarakterikdir?

A) Burundan qanaxma

B) Nistaqm və başgiсəllənmə

C) Huşun itməsi

D) Epileptik tutmalar

E) Baş ağrısı


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва

Torakal cərrahiyyəsi

149) 50 yaşında olan xəstə uzun müddət olan quru öskürəkdən şikayət edirsə, daha çox hansı xəstəlikdən şübhələnmək olar?

A) Ağ ciyər xərçəngi

B) Bronxoektaziya

C) Xroniki bronxit

D) Kəskin bronxit

E) Plevrit


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва

Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə