Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?


) Ağ ciyərin qanqrenasında daha çox hansı əməliyyat istifadə olunur?



Yüklə 1,31 Mb.
səhifə4/19
tarix10.12.2016
ölçüsü1,31 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

150) Ağ ciyərin qanqrenasında daha çox hansı əməliyyat istifadə olunur?

A) Ağ ciyərin pazvari rezeksiyası

B) Lobektomiya

C) Pnevmoektomiya

D) Torakoplastika

E) Pnevmotomiya


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
151) Eksudativ plevrit hansı xəstəliyin ağırlaşması kimi əmələ gəlir?

A) Abses

B) Kəskin pnevmoniya

C) Exinokokkoz

D) Vərəm

E) Bronxoektatik xəstəlik


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
152) Sadalananlardan hansında qida borusunun zədələnməsinə daha çox rast gəlinə bilər?

A) Endoskopiya

B) Yad cism

C) Spontan cırılmada

D) Traxeostomiya

E) Narkoz zamanı traxeyanı intubasiya edərkən


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
153) Qida borusunun dərin yanığına sadalananlardan hansı səbəb ola bilər?

A) Fosfor preparatı

B) Turşu məhlulu

C) Qələvi məhlulu

D) İsti su

E) Spirt


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
154) Mədənin kardial hissəsinin xərçəngində sadalananlardan hansı radikal müalicə sayılır?

A) Kimyəvi terapiya

B) Kombinə olunmuş müalicə

C) Cərrahi müalicə

D) Şişin elektrokoaqulyasiyası

E) Şüa terapiyası


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
155) Ağ ciyərin dağılması üçün nə xarakterikdir?

A) Hemopnevmotoraks

B) Qanqusma

C) Hemotoraks

D) Pnevmotoraks

E) Rentgenolojı olaraq ağ ciyərin tündləşməsi


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
156) Arteriyada oksigeinin miqdarı neçə faiz olduqda xəstədə sianoz müşahidə edilir?

A) 85%


B) 90%

C) 100%


D) 95%

E) 80%
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


157) Sağ və sol bronxun intubasiyasını göstərişlər hansı hallardadır?

A) Bronxoplevral fistula

B) Bronxoektatik seqmentin rezeksiyası

C) Ağ ciyərin qiqant kistasının rezeksiyası

D) Ağ ciyərin exinokokkozu

E) Plevranın mezetelioması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
158) Hansı cərrahi əməliyyat zamanı pnevmotoraks müşahidə edilə bilər?

A) Treoidektomiya və traxeostomiya

B) Qastroektomiya zamanı

C) Mədə rezeksiyası

D) Boyunda simpatektomiya

E) Nefroektomiya və adrenalektomiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
159) Bir neçə qabırğanın sınığında hansı məqsədlə idarə olunan ventilyasiyaya üstünlük verilir?

A) Qabırğaların bitişməsini sürətləndirmək üçün

B) Pnevmotoraksın qarşısını almaq üçün

C) Parodoksal ventilyasiyanı aşağı salmaq üçün

D) Ürəyin işini artırmaq üçün

E) Ağ ciyər infeksiyasının qarşısını almaq üçün


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
160) Döş qəfəsi-ağ ciyər hərəkəti (compleance) əsasən hansı xəstiklərdə müşahidə edilir?

A) Ağ ciyərin fibrozu

B) Astma

C) Emfizema

D) Pnevmoniya

E) Ağ ciyər xərçəngi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

161) Traxeyanın güclü deviasiyası özünü nə zaman göstərir?

A) Urda


B) Sol ağ ciyərin kollapsında

C) Sol tərəfli empiemada

D) Sağ tərəfli pnevmotoraksda

E) Sol tərəfli pnevmoektomiyada


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
162) Hər iki bronxun intubasiyasına mütləq göstəriş hansıdir?

A) Qida borusunda əməliyyat zamanı

B) Bronxoplevral fistula

C) Ağ ciyərin xərçəngi

D) Transtorakal laminektomiya

E) Lobektomiyaya göstərişin olması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
163) Pnevmoniyalar zamanı hipoksemiyaya səbəb olan əsas faktorlara hansı aiddir?

A) Hipoventilyasiya

B) Ağ ciyərdə təzyiqin yuxarı olması

C) Metobolizm pozğunluğu

D) Ağ ciyər payının ventilyasiya olunmaması

E) Səthi tənəffüs


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
164) Parodoksal tənəffüs əsasən nə vaxt müşahidə edilir?

A) Pnevmoniyada

B) İdarə olunan ventilyasiyada

C) Pnevmotoraksda

D) Atelektazda

E) Larinqospazmda


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
165) Arxası üstə uzanmış xəstə yan tərəf üstə uzandıqda yuxarıda olan ağ ciyərdə oksigen necə dəyişir?

A) 15-30% azalır

B) Azca artır

C) 15-30% artır

D) Azca azalır

E) Dəyişmir


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
166) Qeyri spesifik spontan pnevmotoraks hansı xəstəliklə əlaqədardır?

A) Bulloz emfizema

B) Astma

C) Revmatoid artrit

D) Anadangəlmə ağ ciyər kistası

E) Sarkoidoz


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
167) 50 yaşında olan xəstə uzun müddətli quru öskürəkdən şikayət edirsə, daha hansı xəstəlikdən şübhələnmək olar?

A) Kəskin bronxit

B) Bronxoektaziya

C) Plevrit

D) Ağ ciyər xərçəngi

E) Xroniki bronxit


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
168) Ağ ciyərin qanqrenası olduqda hansı üsuldan daha çox istifadə olunur?

A) Pnevmoektomiya

B) Torokoplastika

C) Pnevmotomiya

D) Lobektomiya

E) Ağ ciyərin pazvari rezeksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
169) Ekssudativ plevrit hansı xəstəliyin ağırlaşması kimi əmələ gəlir?

A) Kəskin pnevmoniya

B) Abses

C) Exinokokkoz

D) Vərəm

E) Bronxoektatik xəstəlik


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
170) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?

A) Spontan cırılmada

B) Endoskopiya

C) Traxeostomiya

D) Yad cism

E) Narkoz zamanı traxeyanı intubasiya edərkən


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

171) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?

A) Qələvi məhlulu

B) Spirt

C) Fosfor preparatı

D) İsti su

E) Turşu məhlulu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
172) Mədənin kardial hissəsinin xərçəngində radikal müalicə hansı sayılır?

A) Cərrahi müalicə

B) Şua terapiyası

C) Kombinə olunmuş müalicə

D) Şişin elektrokoaqulyasiyası

E) Kimyəvi terapiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
173) Ağ ciyərin dağılması üçün nə xasdır ?

A) Hemopnevmotoraks

B) Qanqusma

C) Pnevmotoraks

D) Rentgenoloji olaraq ağ ciyərin tündləşməsi

E) Hemotoraks


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
174) Ön-yan torakotomiya ilə aparılan sağ ağciyərin yuxarı payının rezeksiyası zamanı 2-ci seqmentin arteriyası hansı elementin işlənməsindən sonra əldə edilir və bağlanılır?

A) Ağ ciyər arteriyasının ön şaxəsi və yuxarı payın seqmentar venaları, yuxarı pay bronxu

B) Ağ ciyər arteriyasının ön şaxəsi

C) Yuxarı pay bronxu

D) Yuxarı ağ ciyər venası

E) 1, 2 və 3 seqmentlərin venaları


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
175) Boyunda döş limfa axarının əldə edilməsi və drenə olunması üçün hansı kəsiklərdən istifadə edilir?

A) Boquş və Byerk kəsikləri

B) Byerk və Jdanov kəsiyləri

C) Şevkunenko və Byerk kəsikləri

D) Struçkov kəsiyi

E) Jdanov və Şevkunenko kəsikləri


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
176) Çəp payarası şırım sağda və solda döş qəfəsinin divarına hansı nahiyyəsinə proyeksiya olunur?

A) 2-ci döş fəqərəsinin ox çıxıntısından 6-cı qabırğanın qığırdağına qədər

B) 4-cü döş fəqərəsinin ox çıxıntısından döş sümüyünün xəncərvari çıxıntısına qədər

C) 3-cü döş fəqərəsinin ox çıxıntısından döş sümüyünün xəncəlvari çıxıntısına qədər

D) 3-cü döş fəqərəsinin ox çıxıntısından 7-ci qabırğanın döş sümüyünə birləşən yerinə qədər

E) 3-cü döş fəqərəsinin ox çıxıntısından 6-cı qabırğanın qığırdağına qədər


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
177) Aşağıdakılardan hansı Fovler əməliyyatıdır?

A) Osteoplastik torakoplastika

B) Əməliyyat plevrodezin yaradılması

C) Plevropulmonektomiya

D) Ağ ciyərin dekortikasiyası

E) Plevrektomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
178) İntraplevral torakoplastika aparılmaqla ağciyərin rezeksiyası zamanı ardıcıl olaraq nə icra olunur?

A) Ağ ciyərin rezeksiyası, 2-ci qabırğanın sümüküstüaltı rezeksiya, sonra isə lazımi sayda aşağıda yerləşən qabırğalar

B) Ağ ciyərin rezeksiyası, 1-ci qabırğanın ləğv olunması, sonra isə lazımi sayda aşağıda yerləşən qabırğalar

C) Tam həcmdə torakoplastika, sonra isə ağ ciyərin rezeksiyası

D) 1-ci qabırğanın ləğv olunması, ağ ciyərin rezeksiyası, lazımi həcmdə torokoplastika

E) 1-ci və 2-ci qabırğaların ləğv edilməsi, sonra ağciyərin rezeksiyası, daha sonra isə lazımi həcmdə torakoplastika


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
179) Soltərəfli pulmonektomiyadan sonrakı bronxoplevral fistulalar zamanı Perelman-Ambatyello əməliyyatı aşağıdakı ardıcıllıqlardan hansısı ilə icra olunur?

A) Sağtərəfli arxa-yan torakotomiya, arxa divararalığının açılması, yarımtək venanın bağlanılması, mərkəzi kənarının tikilməsi və periferik kənarının ləğv edilməsi ilə traxeobronxial bucaq səviyyəsində bronx güdülünün rerezeksiyası

B) Orta sterniotomiya, perikardiotomiya, traxeyanın kənarı ilə bronxun güdülünün tikilməsi, periferik güdülün selikli qişasının ləğvindən və Suitu üsulu ilə tikilməsindən sonra saxlanılması

C) Soltərəfli arxa-yan torakotomiya, plevral boşluqdan keçməklə arxa divararalığın açılması, bronx güdülünün mərkəzi kənarının tikilməsi və periferik kənarının ləğv edilməsi ilə traxeobronxial künc səviyyəsindən reamputasiyası

D) Soltərəfli qabırğaarası torakotomiya, total plevrektomiya, diqqətli plevrizasiya aparmaqla bronx güdülünün reamputasiyası və istənilən məlum üsulla sağlam toxumalar səviyyəsində təkrari tikilməsi

E) Soltərəfli Nasilov üsulu ilə torakotomiya, arxa divararalığının ekstraplevral kəsiklə açılması, bronxun güdülünün mərkəzi və periferik kənarlarının kəsilib tikilməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
180) «Diaqnostik torakotomiya» aşağıdakılardan hansısını nəzərdə tutur?

A) Torakotomiya, ağ ciyərin, plevral boşluğun reviziyası və prosesin operabelliyi və ya rezektabelliyi məsələsinin həlli

B) Torakotomiya, plevral boşluğun, ağ ciyərin reviziyası və morfoloji tədqiqat üçün materialın götürülməsi

C) Torakotomiya, dərhal icra olunacaq əməliyyatın həcmini dəqiqləşdirmək məqsədi ilə ekspress-morfoloji tədqiqat üçün materialın götürülməsi

D) «Kiçik» torakotomiya və morfoloji tədqiqat üçün materialın götürülməsi

E) Torakotomiya, plevral boşluğun, ağ ciyərin, divararalığının, diafraqmanın reviziyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
181) Hiperkapnik tənəffüs çatmamazlığının səbəbi nə ola bilər?

A) Mendelson sindromu

B) Ağ ciyərin kəskin obturasion atelektazı

C) Respirator distres-sindrom

D) Astmatik status

E) Pnevmotoraks


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
182) Eritrositar kütlənin bir vahidinin köçürülməsi (davam edən qanaxma olmadıqda) hemoqlobinin və hematokritin səviyyəsini uyğun olaraq necə qaldırır?

A) 10 q/l və 3%

B) 25 q/l və 6%

C) 20 q/l və 5%

D) 5 q/l və 2%

E) 15 q/l və 4%


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
183) Aşağıdakılardan hansısı autodonorluğa əks göstəriş deyil?

A) Autoresipientdə QİÇS-in, hepatitin, sifilisin olması

B) Bakteriemiya

C) Trombositlərin miqdarının180 * 109/l - dən aşağı olması

D) Hemoqlobinin səviyyəsi 110 q/l - dən, hematokritin isə 33%-dən aşağı olması

E) Bədən çəkisinin 50 kq-dan az olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
184) Əməliyyatönü izovolemik və hipervolemik hemodilyusiyadan sonra hematokritin maksimal mümkün olan səviyyəsi uyğun olaraq aşağıdakılardan hansısıdır?

A) 25% və 21%

B) 28% və 23%

C) 23% və 21%

D) 27% və 21%

E) 30% və 25%


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
185) Miastenik kriz zamanı təcili yardım tədbirləri aşağıdakılardan hansından ibarətdir?

A) Prozerin 0,05% - 1,0 ml venadaxili, sonra isə əlavə olaraq həmin preparatın 2,0-3,0 ml həcmində əzələdaxili yeridilməsi, effekt əldə etmədikdə - traxeyanın intubasiyası və ASV

B) Atropin – 0,1 ml və prozerin – 1,0 ml venadaxili yeridilməsi, hemodez köçürülməsi, effekt əldə etmədikdə – plazmoforez

C) Prednizolon 60-90 mq, vitamin B6 – 500 mq, prozerin – 2,-3,0 ml venadaxili yeridilməsi, köməkçi üsül kimi – ASV

D) Vitamin B6 500 mq venadaxili yeridilməsi, hemodez köçürülməsi

E) Atropin 0,1% - 1,0, prednizolon 60 mq və kalsium xlorid 10% - 10,0 venadaxili yeridilməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

186) Ağ ciyərlərin bədxassəli şişlərinin kimyəvi terapiyası zamanı «şiş prosesinin stabilizasiyası» dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

A) Yeni ocaqların olmaması şərti ilə şişin ilkin ölçülərinin saxlanılması

B) Yeni ocaqların olmaması şərti ilə şişin həcminin 25%-dək kiçilməsi

C) Yeni ocaqların olmaması şərti ilə şişin həcminin 50%-dək kiçilməsi və ya 25%-dək böyüməsi

D) Şişin yeni ocaqlarının mövcud olmaması

E) Şiş prosesinin yeni ocaqları müəyyən olunursa belə şişin həcminin 50%-dan çox kiçilməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
187) Ağ ciyərin metastatik şişləri arasında kimyəvi müalicəyə ən yüksək rezistentlik göstərən hansı şişlərin metastazlarıdır?

A) Mədə xərçəngi

B) Süd vəzisinin xərçəngi

C) Ağ ciyərin kiçik hüceyrəli xərçənginin metastazları

D) Seminomalar

E) Xorionepiteliomalar


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
188) Floranın həssaslığı barəsində laborator göstəricilər olmadıqda ağ ciyərin qanqrenası və qanqrenoz abseslərinin müalicəsində seçim preparatlar hansılardır?

A) Ftorxinolonlar, amfenikol, makrolidlər, siprofloksasin

B) Xloramfenikol, sefalosporinlər, amikasin, metronidazol

C) Klindomisin, sulfanilamidlər, rondomisin

D) Nitrofuranlar, vankomisin, eritromisin

E) Gentamisin, kanamisin, tetrasiklin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
189) Ağ ciyərlərin iltihabi prosesin kəskin fazası və intoksikasiya olduğda seçim immun preparatı aşağıdakılardan hansıbiridir?

A) Interferon, qammaferon

B) Pirogenal, zimozan

C) Hiperimmun plazma, qamma-qlobulin

D) Taktivin, timalin

E) Levamizol, prodiqiozan


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
190) Travmatik asfiksiyanın klinik təzahürünün inkişafının əsası nədir?

A) Döş qəfəsinin sıxılması nəticəsində ağ ciyər arteriyası sistemində təzyiqin kəskin artması

B) Döş qəfəsinin və diafraqmanın sıxılması nəticəsində bronxlarda və alveollarda təzyiqin kəskin artması

C) Döş qəfəsinin sıxılması nəticəsində kiçik qan dövranı sistemində təzyiqin kəskin artması

D) Döş qəfəsinin və diafraqmanın sıxılması nəticəsində bronxlarda təzyiqin kəskin artması

E) Qarnın və ya döş qəfəsinin güclü sıxılması nəticəsində yuxarı boş vena sistemində təzyiqin kəskin artması və qanaxınının pozulması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
191) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?

A) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası

B) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası

C) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i

D) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i

E) Torakoskopiya və laparoskopiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
192) Diafraqmanın küt travmatik zədələnmələri (cırılmaları) zamanı əsasən hansı hallar müşahidə olunur?

A) Vətər hissəsinin əzələ hissəsindən ayrılması

B) Bel nahiyəsində diafraqmanın qopması

C) Sol tərəfdə vətər hissəsinin cırılmaları

D) Sağ tərəfdə vətər hissəsinin cırılmaları

E) Diafraqmanın döş hissəsinin qopması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
193) Ağ ciyərin odlu silah (güllə) yarasının tipik xüsusiyyəti hansılardır?

A) Geniş yara kanalının, böyük nekroz zonasının və kiçik molekulyar silkələnmə zonasının olması

B) Kiçik yara kanalının, kiçik nekroz və geniş molekulyar silkələnmə zonalarının olması

C) Kiçik yara kanalının, geniş nekroz və geniş molekulyar silkələnmə zonalarının olması

D) Kiçik yara kanalının, geniş nekroz və kiçik molekulyar silkələnmə zonalarının olması

E) Geniş yara kanalının, kiçik nekroz zonasının və böyük molekulyar silkələnmə zonasının olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
194) Daxili döş limfatik düyünlərinin kazeoz nekrozu zamanı ən radikal müalicə üsulu hansıdır?

A) Mediastinoskopiya əməliyyatı, limfatik düyünlərin punksiyası və kazeozun evakuasiyası

B) Limfatik düyünlərə vərəməleyhinə preparatların yeridilməsi ilə transbronxial punksiya və limfotrop terapiya

C) Vərəməleyhinə preparatların endolimfatik yeridilməsi

D) Ən böyük limfatik düyünlərin punksiyası, kazeozun evakuasiyası və vərəməleyhinə preparatların yeridilməsi

E) Limfonodulotomiya və ya limfonodulektomiya əməliyyatı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

195) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim əməliyyatı hansıdır?

A) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası

B) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya

C) Ağ ciyərin atipik rezeksiyası

D) Plevrolobektomiya

E) Lobektomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
196) Kazeoz pnevmoniyaya görə əməliyyat olunmuş xəstələrdə ən çox rast gəlinən ağırlaşma hansıdır?

A) Pnevmoniya

B) Bronxoplevral fistula və plevranın empiyeması

C) Ağ ciyər arteriyasının tromboemboliyası

D) Irinli mediastinit

E) Ürək-ağ ciyər çatmamazlığı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
197) Ağ ciyərin tuberkulyomasına görə əməliyyat olunmuş xəstələrdə residiv əleyhinə aparılan antibakterial müalicəyə neçə kimyəvi preparat daxil edilməlidir?

A) 1


B) 3

C) 5


D) 4

E) 2
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


198) Ağ ciyərin qanqrenoz absesinin xüsusiyyəti aşağıdakılardan hansısıdır?

A) Nekrotik proseslərin üstünlük təşkil etməsi və boşluqda sekvestrin olması

B) Çoxsaylı kiçik ölçülü ğoşluqların yaranması ilə sürətlə inkişaf edən destruktiv proseslər

C) Yalnız 6-cı seqmentdə lokalizasiyası

D) Yalnız bazal seqmentlərdə lokalizasiyası

E) Qram mənfi mikrofloranın daha çox olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
199) Ağ ciyərin kəskin və xroniki absesləri zamanı seçim əməliyyatlar qruppu hansısıdır?

A) Absestomiyalar və pnevmotomiyalar

B) Iki mərhələli plevropulmonektomiyalar

C) Pulmonektomiyalar və plevropulmonektomiyalar

D) Seqmentar, biseqmentar, kombinə olunmuş və poliseqmentar rezeksiyalar, o cümlədən plevrektomiya aparılmaqla

E) Lob- və bilobektomiyalar, kombinəolunmuş lobektomiyalar, plekvrolobektomiyalar


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
200) Ağ ciyərin qanqrenasına görə aparılmış pulmonektomiyadan sonra ilkin 3-5 sutkalarda antibiotiklərin hansı yeridilmə üsuluna daha çox üstünlük verilməlidir?

A) Venadaxili və plevradaxili

B) Intraplevral və endobronxial

C) Endolimfatik və əzələdaxili

D) Endobronxial və endolimfatik

E) Əzələdaxili və venadaxili


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
201) Ağ ciyərin qanqrenası zamanı əməliyyatdan sonrakı ölüm faizi nə qədər təşkil edir?

A) 28% - 35%

B) 50%

C) 7%-dən aşağı



D) 7% - 10%

E) 50% - dən yuxarı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

202) Hansı proses müşahidə olunan xəstəliklər şişönü hesab edilir?

A) Epitelial qatın alterasiya prosesləri

B) Atrofiya halları ilə toxumaların trofikasının pozulması

C) Epitelial hüceyrələrin stratifikasiyasının pozulması

D) Epitelin proliferasiya və metaplaziyası

E) Epitelin displaziyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

203) Penkost simptomokompleksinə hansı zədələnmələr daxildir?

A) Simpatik kötüyün, qayıdan sinirin, bazu kələfinin zədələri

B) 1-ci qabırğanın, körpücükaltı venanın, bazu kələfinin zədələri

C) Simpatik kötüyün, körpücükaltı venanın, bazu kələfinin zədələri

D) 1-ci qabırğanın, simpatik kötüyün, körpücükaltı venanın zədələri

E) 1-ci qabırğanın, simpatik kötüyün, bazu kələfinin zədələri


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
204) Hansı orqanların şişlərində ağ ciyər metastazlarına daha çox rast gəlinir?

A) Uşaqlığın, yumurtalıqların xorionepiteliomalarında

B) Süd, qalxanvari və prostat vəzlərinin xərçəngində

C) Qida borusunun xərçəngində, dərinin melanomasında

D) Böyrəyin, yumurtalığın, sidik kisəsinin xərçəngində

E) Mədənin, düz və çənbər bağırsağın xərçəngində


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

205) Cərrahi müalicə baxımından bronxların və traxeyanın inkişaf qüsurları arasında hansılar daha böyük praktiki əhəmiyyət kəsb edir?

A) Vilyams-Kempbel sindromu

B) Anadan gəlmə stenozlar, traxeal bronx, ekspirator kollaps, anadan gəlmə traxeya-qida borusu fistulası

C) Traxeal ağ ciyər, traxeyanın və bronxların divertikulları

D) Traxeyanın atreziyası, ikili traxeya, traxeyanın trifurkasiyası

E) Munye-Kun sindromu


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə